1985-ci ildə
hakimiyyətə Mixail Serqeyeviç Qorbaçov gəlir.
Sovet İttifaqının məqsədyönlü dağıdılması mərhələsi başlayır.
“1985-ci ildən sonra
Rusiyada baş verənləri “ikinci inqilab” adlandırırlar. Qoy olsun inqilab! Amma
necə inqilab?! Heç olmasa pyedestaldan düşürülənlərlə düşürənləri müqayisə edək!
Birincilər kimlər idi? Kütlənin içrisindən çıxanlar,işçilər, həbsxanalardan,
düşərgələrdən,sürgünlərdən, zirzəmilərdən, mühacirətlərdən keçmiş professional
inqilabçılar. Onlar necə yaşamışdılar?! Sverdlov otuz üç yaşında vərəmdən ölür,
Dzerjinski,Kuybışev,Frunze və bir çoxları gənc yaşlarında xəstəlikdən həyatlarını
itirirlər. Həbsxanalarda, dar ağacında,
Vətəndaş müharibəsi cəbhəsində nə qədəri həyatını itirmişdi! Bəs ikincilər?
Sov.İtKP MK-nin baş katibi, Siyasi Büro-nun və MK-nin üzvləri, nazirlər, generallar,
akademiklər və digərləri. Heç birinin başından bir tük belə əskik olmadı.
Xalqın talan edilməsi məsələsində isə onlar bunda demaqoq şəkildə ittiham
olunanları on dəfələrlə ötürdülər. Həmin Dzerjinski ölkə və xalq üçün onun
bütün ifşaçıları ilə onu devirənlərin cəmindən
qat-qat çox yaxşılıqlar etmişdi”. (А.Зиновьев. Русский эксперимент. М., 1995. С.
45.)
-Birincisi, Qorbaçov kommunizm ideologiyasını
satdı. Hələ 80-ci illərdə o deyirdi ki, onun atası leninçi idi və o da leninçi
kimi öləcək.Qorbaçov bəyan edirdi ki, reform zamanı heç vaxt ağalar meydana gəlməyəcək.
Amma indi o özü etiraf edir ki, yalan danışırdı və başdan tamamilə fərqli
baxışların tərəfdarı idi.
-İkincisi, Sovet İttifaqı Kommunist Partiyasını,
onu yetişdirən və rəhbəri olduğu partiyanı satdı. İndi aydın olur ki, bu onun
ilkin planlarına daxil imiş.
-Üçüncüsü, bizim sosializm ölkələrindəki siyasi mütəffiqlərimizi
satdı, hansı ki, onlardan çoxu sovet ali məktəblərini bitimişdilər, inam və ədalətlə
“böyük qardaşa” xidmət edirdilər.
Qorbaçov hər şeyi satdı. Son ana kimi Lenin vəsiyyətlərinə
sədaqət andı içən, sonra isə bir anda liberala çevrilən satqına inanmaq olarmı?
Onun bioqrafiyasında digər maraqlı faktlar da var.
Birincisi, 1978-ci ildə Stavropol ərazisi Kompartiyasının keçmiş katibi,
Sov.İtKP MK-nin üzvü F.D.Kulakov müəmmalı şəraitdə vəfat edir. Kifayət qədər gənc
siyasi xadimin bu ölümü Kulakovun müavininə -Qorbaçova vəzifə pilləsində
qalxmaq imkanı verdi.
İkincisi, Ukrayna KP
MK-nin birinci katibi, Siyasi Büronun üzvü V.V.Şerbicskinin rəhbərlik etdiyi ABŞ
deleqasiyansında qəribə yubanma baş verdi. Moskvada K.U.Çernenkonun dəfni üzrə
komissiyanın sədri, deməli, əslində SovİtKP MK-nin gələcək Baş katibi məsələsi
həll edildiyi zaman, ABŞ –da sovet deleqasiyasının Vətənə qayıtması üçün təyyarəyə
tökməyə bir şey tapmadılar. V.V.Şerbicski Qorbaçovun tərəfdarı deyildi və əgər
o Moskvada olsaydı Baş katib kandidaturası haqda məsələ başqa şəkildə həll edilə
bilərdi.
Üçüncüsü, 1980-ci
ildə, məhz Moskvaya təyin edilməsindən sonra Belorusiya KP MK-nin birinci
katibi P.M.Maşerovun müəmmalı şəraitdə ölümü. (Maşerov 4 oktyabr 1980-ci ildə
avtomobil qəzasında həlak olmuşdu: onun avtomobilinin yoluna qəflətən kartofla
yüklənmiş yük maşını çıxmışdı. Maşerov Moskvaya uçmaq üçün aeroporta gedirdi.
Kimsə bu təyinatdan çox qorxmuşdu. Hesab edilir ki, bu Maşerovu aradan götürmək
üçün son imkan idi, çünki Moskvaya gəldikdən sonra onun şəxsi mühafizəsinin
statusu onun vəzifəsinin artmasına uyğun olaraq artacaqdı). Maşerov – cəbhəçi,Sovet
İttifaqı qəhrəmanı, bacarıqlı, uğurlu və çox populyar rəhbər. Onun Moskvada işə keçiriləcəyi halda boz Qorbaçovun heç bir şansı olmayacaqdı.
Amma ən əsası, hətta
Qorbaçov hələ lenin ideallarına səadqət andı içdiyi və hələ heç nə edə bilmədiyi
zamanlarda belə Qərbdə ona qəribə iltifatla yanaşırdılar. Böyük Britaniyanın baş
naziri, qatı antikommunist Marqaret Tetçer Qorbaçova xüsusi dəstək göstərirdi.
(Burada xatırlatmağa dəyərdi ki, öz təyinatından bir qədər əvvəl Qorbaçov
Londona uçmuşdu). Niyə?
İstənilən insanın həyatında,
istənilən sosial sistemin inkişafı zamanı onda problemlər yaranır. Problemləri həll
etmək lazımdır. Sovet Ittifaqında problemlər vardımı? Bəli, vardı. Amma bu problemlərin həlli istiqamətində
Qorbaçov tərəfindən aktiv addımlar atılmışdımı? Xeyr. Elə təəssürat yaranırdı
ki, hər şey minimal müddət ərzində maksimum zərər vurmaqdan ötrü edilirdi. Bu
SSRİ-nin tərk-silah edilməsi məsələsində daha aydın nəzərə çarpırdı. Hər şey
olduqca tələsik həyata keçirilirdi. Reyqan tərk-silah edilmə haqda öz
variantını təklif edəndə amerika KİV-i onu ucuz piarda ittiham etdilər – guya,
Sovetlər onsuz da heç vaxt belə razılaşmaya imza atmayacaqlar. Amma biz qərb
kolleqalarımızda böyük təəccübə səbəb olaraq hər şeyi imzaladıq. Qərb elçilərinin
məlumatları əsasında, sovet deleqasiyasının üzvləri çox vaxt imza atdıqları sənədlərlə
yaxşı tanış deyildilər.
Qərb derjavalarının
deleqasiyaları manevr etmək üçün qəsdən ilkin sərt mövqedə dayanırdılar.
Danışıqlar üçün adi təcrübədir. Amma bizim elçilər müzakirəsiz olara təklif
edilən hər şeyi imzalayırdılar. Danışıqlar belə aparılmır. Qərb diplomatlarının
bəyanatı üzrə, onlar heç başa da düşmürdülər ki, onları ələ salırlar. Sovet tərəfi
böyük birtərəfli güzəştlərə gedirdi. Ordunu Avropadan sahələrə, çadırlara
çıxarırdı. Belə, qaçmaqla müqayisə olunan tələskənlik nəyə lazım idi? NATO
ordusunun həmin ölkələrdə yerləşdirilməyəcəyi haqda şifahi vədlərə inanaraq
ordunu çıxarırdılar, bu haqda Qorbaçovun özü də dəfələrlə bəyan etmişdi. Amma
Qorbaçov 5 yaşlı uşaq deyildi, o gözəl başa düşməli idi ki, biz ordunu real
olaraq çıxarırıq, vədlər isə şihafidir. Sonra onları kim xatırlayacaq?
“Qorbaçov bütün bəşəriyyət
tarixində ən uğursuz komersant oldu. O Qərbdən ölkəmiz üçün birinci dərəcəli
derjava statusu, böyük məbləğdə kömək tələb edə bilərdi və bu ədalətli olardı.
Ona isə alqışlar hədiyyə edirdilər və eyni zamanda da üzərimizə ağır xarici
borc qoyurdular”. (Ю.В.Яременко, Экономические беседы. - М., 1999 0 с.203).
Qorbaçovun hakimiyyətinin ilk illərində o hələ köhnə təcrübəli kommunistlərlə hesablaşmalı olurdu, bununla belə, əslində bir neçə il ərzində, 1988-ci ildən 1991-ci ilə kimi iqtisadiyyatı, ordunu, mənviyyatı və nəhayət bütün derjavanı dağıda bildilər.
Qorbaçovun hakimiyyətinin ilk illərində o hələ köhnə təcrübəli kommunistlərlə hesablaşmalı olurdu, bununla belə, əslində bir neçə il ərzində, 1988-ci ildən 1991-ci ilə kimi iqtisadiyyatı, ordunu, mənviyyatı və nəhayət bütün derjavanı dağıda bildilər.
İqtisadiyyatda məqsədyönlü dağıdılma başlandı. Əsas
zərbələrdən biri ticarətə vuruldu. Ölkədə ərzaq məhsulları üçün talonlar
meydana gəldi. Bəzi günlərdə Moskvada bir saat çörək növbəsində dayamalı
olurdun. Piştaxtalar boşalmışdı. Nə baş vermişdi? Qıtlıq? İstehsalın birdən-birdən
düşməsi? Müharibə? Taun? Nə?
Yox, taun yox idi, qıtlıq da həmçinin. Hər şey daha
sadədir – iqtisadiyyata külli miqdarda pul atılmışdı. Necə?
SSRİ-də iki növdə pul vardı – nağd və nağdsız. Nağd
pul - əmək haqqı fondu idi. Nağd olmayan pullarla müəssisələr arasında
hesablaşmalar ödənilirdi. Ölkənin əmtəə balansı nağd pulların miqdarı üzərində
qurulurdu. Bir pulun digər pula çevrilməsi qəti qadağan idi. Yuxarıda qeyd
edilmiş işçilər üçün əmək haqqı smetası istisna olmaqla.
Qorbaçov nə etdi? “SSRİ-də
kooperasiyalar haqda” Qanun qəbul edildi. Kooperativlərə banklarda hesab açmağa
və dövlət müəssisələrindən nağdsız pullar almağa və bu nağdsız pulları nağd
pullara çevirməyə icazə verdilər. Müəssisələr müəyyən məbləğ üçün saxta müqavilələr
bağlayırdılar, hansı ki, müəssisə həmin məbləği sonradan kooperativin hesabına
köçürürdü, kooperativlər isə nağd pul alırdılar. Və bundan sonra qorxulu şey
baş verdi – bütün bu nağdsız pul kütləsi kooperativlər vasitəsilə nağd pula
çevrildi, istehlak bazarına axdı.
Ödəmə qabiliyyətli tələb
birdən-birə təklifi yüksəltdi. Bu bazar iqtisadiyyatında qiymətlərin ani yüksəlməsinə
gətirməli idi. Amma SSRİ-də qiymətlər dövlətin nəzarətində idi və əvvəlki kimi aşağı
qaldılar. Nəticədə əhali bütün əmtəəni süpürüb yığışdırdı. Bütün bunlar istənilən
iqtisadçı üçün aydındır.
Bugün televiziyada kommunistləri
söyərək məhz həmin boş piştaxtaları göstərməyi sevirlər. Söyləməyi unudurlar
ki, onlar reformator Qorbaçovun fəaliyyətinin nəticəsidir.
Mənəvi və maddi dəstəyə
malik olan hər cür ekstremistlər başlarını qaldırırlar. Bütün İttifaq
respublikalarında müxtəlif millətçi hərəkatlar yaranır. Dünyanın istənilən ölkəsində
ekstremistlər söylədiklərinin çox cüzi hissəsinə görə həbsə salınardılar –
axı onlar hökumətin zorla dəyişdirilməsinə, konstitusiyon quruluşun dəyişdirilməsinə
çağırırdılar. Bütün bunlar cinayət maddələridir. Amma hökumət orqanları heç bir
hərəkət etmirdilər, sanki onlar ümumiyyətlə yox idilər.
“Amerika kəşfiyyatı bu
hədəflərdə təsir agentlərinin sovet vətəndaşlarının içərisindən toplanmasını həyata
keçirmək məsələsini qoyur, onların təlimlərini və gələcəkdə Sovet İttifaqının siyasətilə,
iqtisadiyyatı ilə və elmi ilə idarəetmə sahəsində qabağa çəkməyi həyata keçirir”.
(Доклад КГБ СССР "О планах ЦРУ по приобретению агентуры
влияния среди советских граждан").
Nümunə üçün misal. 1991-ci ilin avqustunda FHDK-nin (Fövqəladə Hallar üzrə Dövlət Komitəsi) yaradılması elan olunarkən üzdə olan heç bir “pəhləvan”
ona qarşı çıxmadı, FHDK-nin fəaliyyətinə öz dəstəkləri haqda teleqramı isə
milli cəbhənin iki ən görkəmli rəhbəri göndərdi: gürcü – Qamsaxurdia və litva –
Landsberqis.Yalnız FHDK üzvlərinin zəifliyini
və qərarsızlığını görəndə, yeni prezident Yanaevin mətbuat konfransında onların
əllərinin necə titrədiyini görəndə “pəhləvanlar” yavaş-yavaş öz əvvəlki
rollarına girməyə başladılar. Tez-tez növbəti yalançı sxemlə də rastlaşmaq
olar: kütlə etiraz edirdi, yuxarılar bununla bacarmırdı. Bu belə deyil.
Aşağıların etirazı hər yolla qızışdırılırdı. Qorbaçovun hakimiyyətə gəlməsindən
başlayaraq KİV vasitəsilə antisovet materialların və nəşrlərin kütləvi
yayılması həyata keçirilir. Baxmayaraq ki, KİV hələ də dövlətə aid idi. Bütün
bunlar səhlənkarlıqdan baş vermir – hökumətin birbaşa göstərişi ilə olurdu.
1985-ci ildə Qorbaçov Sov.İtKP MK-nin təbliğat Şöbəsinin müdiri vəzifəsinə,özünün
etiraflarına görə, Sov.İtKP-na və kommunizm ideologiyasına nifrət edən A.Yakovlevi
təyin edir. 1992-ci ildə MKİ ilə əlaqədə
şübhəli bilinməsinə görə ona qarşı cinayət işi açırlar, amma sonra tezliklə
ört-basdır edirlər.Dövlət kinostudiyaları filmlərin kütləvi istehsalına
başlayırlar, hansı ki, bu filmlərdə dövlət quruluşunu devirməyə hətta işarə belə
etmirlər, açıq-aşkar buna səsləyirlər.
Amerikanın nüfuzlu “The
Wall Street Journal” nəşriyyatı Yakovlevin fəaliyyəti haqda sevinclə rəy bildirərək
düşünülmüş dağıdılmanın əsl mexanizmlərini açır: “Sovet sistemində ideoloji nəzarəti
senzorlar kimi çıxış edən və kiçik bir səhvin əvəzini öz vəzifələri ilə ödəyən baş redaktorlar yerinə yetiridilər. Yakovlev
mövcud sistemin dəyişməsi üçün iki addım atmışdır. O əsas mətbəə nəşrlərinin
ştatına öz mütəffiqlərini-liberalları daxil etdi və onları siyasi müdafiə ilə təmin
etdi... Nəticədə sovet qazetləri dünyada baş verən hadisələri düzgün və dəqiq
ifadə etməyə başladılar. 1988-ci ildə mətbuatda stalin dövrünün vəhşilikləri
haqda geniş məlumat verən ifşaedici materiallar meydana çıxanda kommunizm
ideologiyasının avtoriteti dağıdıldı.
İdeologiyanın iflası
ilə sovet cəmiyyətində gizli parçalanmalar aşkara çıxdı, həmçinin – millətlərarası
konfliktlər,işçilərin istismarı, eyni zamanda vahidliyini yalnız güclə saxlamaq
mümkün olan partiya apparatı. Sovet İttifaqı daha 3 il mövcud oldu, amma o
artıq məhkum olunmuşdu, çünki, belə laxlayan fundament üzərində qurulmuş heç
bir sistem sağ qala bilməz”. (Д.Саттер. Сознательный революционер. The Wall
Street Journal. 21.10.2005).
Beləliklə, dövlətin
dağılması səhvlərin və ya Qorbaçovun yumşaqlığının nəticəsi deyil. Onun
hakimiyyətə gəlişi ilə dövlətin hərtərəfli,məqsədyönlü və çox düşünülmüş
dağıdılması mərhələsi başlayır.
Qorbaçov Sovet dövlətinin
məntiqli düşməni kimi ilk növbədə bizim ərazilərin bir hissəsini amerikalılara
verir – Berinq dənizinin 51 min kvadrat km su sahəsini. Bu isə ölkədə ümumi
balıq ovunun 10%-ni verən strateji əhəmiyyətli rayon idi. Alimlərin məlumatına
görə, bu rayonda həmçinin neft və qaz yataqları var.
Bizim ərazini niyə
başqa dövlətə verdi? Hansı əsasla?
Qorbaçov niyə satdı?
Bəziləri deyir k, Qorbaçovların ailəsi öz atalarına görə sistemdən qisas
alırdılar. Həqiqətən, həm Qorbaçov, həm də onun həyat yoldaşı xalq düşmənlərinin
ailə üzvlərindəndirlər. Digərləri söyləyirlər ki, Qorbaçov pula görə satırdı. Həqiqətən
də, Cənubi Koreya prezidenti tərəfindən Qorbaçovun şəxsən özünə rüşvət verilməsi
hadisəsi olmuşdu, amma onu örtbasdır etdilər ki, guya Qorbaçov ona kağızlarla
birlikdə pul verildiyinə diqqət etməyib. Qorbaçov öz kitablarının xaricdə nəşri
üçün böyük məbləğdə pul alırdı, premiyalar şəklində pullar alırdı.
Amma sonunda nə fərqi
var niyə satdı. Əsas odur ki, satdı.
Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur
Комментариев нет:
Отправить комментарий