18 окт. 2013 г.

Kəndlilər və pasport haqqında

Orada-burada periodik olaraq Stalinin zamanında “pasportsuz kəndlilərin kolxoz köləliyi” haqqında söhbətlər ortaya çıxır. Geniş kütlədə həmişə olduğu kimi bilik azdır, dərk etmək bacarığı ondan da azdır, amma ....
Bəs Stalinin zamanında necə olmuşdu?

Məsələnin tarixi.

Bolşeviklər hakimiyyətə gələrkən pasportu ləğv etmişdilər. Tam azadlıq: kiminlə və harada istəyirsən yaşa. Düzdür, bu zaman şəhərlər tezliklə cinayətkar, işləməyən və sadəcə asosial elementlərlə doldu. Şəhərdə nə 
inayətkarlıq isə yüksək idi. Buna görə də aydınlaşdırmaq və nizam yaratmaq qərarına gəlirlər. Amma əvvəlcə haşiyəyə çıxmaq lazım idi. Beləliklə...
 Ümumi qeyd: kənd əhalisinin şəhərlərə axının bolşeviklər tərəfindən yaradılmış “kolxoz cəhənnəmi”nin nəticəsi olması haqqında böhtanlar ağılsızlıqdır. “kənd-şəhər” əlaqəsində miqrasiya saldosu həmin şəhərin xeyrinədir. Hələ qədim Roma dövründən. İstənilən quruluşlarda və rejimlərdə. Vəziyyət yalnız fövqəladə hallarda dəyişir: aclıq, epidemiya, müharibə və s. zamanı. Məsələn, orta əsrlər Avropasında əhali taundan xilas olmaq üçün şəhərlərdən qaçırdı. Və ya Vətəndaş müharibəsi zamanı Rusiyada aclıq üzündən şəhər əhalisinin kəndlərə axını vardı. Şəhərlilər Almaniyada Ikinci dünya müharibəsi zamanı bombardumanlardan qorunmaq üçün kənd ərazilərinə gedirdilər. Normal şəraitdə isə saldo həmişə şəhərin xeyrinədir.

Tarixi məlumat: 20-ci illərin sonuna SSRİ aqrar ölkə idi, əhalinin əksəriyyətini (80%-dən çoxunu) kəndlilər təşkil edirdi. Rəhbərlik kollektivləşdirmə və sənayeləşmə kursunu götürmüşdü. Biri digərindən ayrılmazdır.

Kollektivləşdirmə. Kənd kiçik təsərrüfatlar okeanını xatırladırdı. Olduqca səmərəsiz. Təsərrüfat İvan Qrozninin dövründəki səviyyədə aparılırdı: xışla şumlama, əllə səpin, əl ilə biçin ( kərənti ilə, ya da ümumiyyətlə oraqla), məhsulun ambarda saxlanması, araba ilə daşınma. Əmtəəlik 1917-ci ildə, İmperiyanı məhv edən üzücü müharibənin dördüncü ilində olduğundan olduqca aşağı idi. Kənddə istehsal olunan məhsulun böyük hissəsi elə oradaca istifadə edilirdi. Kollektivləşdirmə kənd təsərrüfatının effektivliyini yüksəltmək və istehsalın əmtəəliyini artırmaq imkanı verirdi. Eyni zamanda da kəndi xeyli miqdarda insandan yüngülləşdirmək.

Sənayeləşmə. Şəhər əhalisi sayının az olması üzündən işçi əllərdə yaradılan sənayenin ehtiyaclarını fiziki cəhətdən ödəmək bacarığında deyildi. Qeyd edirəm: bu lap əvvəldən aydın idi. İşçi qüvvəsinin mənbəyi kimi kəndlilərin alternativi yox idi. Görünür, kəndliləri kölə halına salmaq və ayıq nəzarət altında iş qüvvəsi axınını xalq təsərrüfatının bir bölməsindən digər bölməsinə yönləndirmək istəyən cani-bolşeviklər üçün əhəmiyyətli olan ilk növbədə pasport sistemini tətbiq etmək, kəndliləri torpağa bağlamaq, bundan sonra isə ciddi nəzarət altında miqrasiya yaratmaq idi. Orqnabor ( Təşkilati seçim) üzrə. Reallıqda isə hər şey fərqli idi: kollektivləşdirmə və sənayeləşmə heç bir pasport sistemi olmadan başlandı. İlk beşillikdə heç bir pasport yox idi.

  Orqnabor. Yığılmadır. Tez-tez eşitmək olar ki, guya bu pasportsuz kəndlinin kəndi tərk etməsi üçün yeganə üsul idi. Yalandır. Əslində məsələ belə idi: Kuznecski və Norlski kombinatları kimi sənaye nəhəngləri üçün sərbəst şəkildə lazımi iş qüvvəsini toplamaq mümkün deyildi, ətraf az insan yaşayan ərazilərdən ibarət idi. İş qüvvəsini yalnız bütün ölkə boyunca toplamaq olardı. Ona görə də müəssisələrin köməyinə Əmək Xalq komissariatı gəldi. O orqnabor məsələsində kömək edirdi. Amma məsələ belə idi: orqnabor elə-belə şey deyildi. Təşkilatlanmaya və icraya çəkilən xərclər müəssisənin öz üzərinə düşürdü. Sənaye nəhənglərinin seçimi yox idi – özləri sərbəst şəkildə insanları toplaya bilmirdilər, beləliklə eyni pik vəziyyətdə olan bir çox müəssisələr özləri müstəqil şəkildə orqnabor-dan imtina etməyə və işçiləri ancaq qeyri-mütəşəkkil şəkildə toplamağa başladılar. Qeyd edim ki, özbaşına toplamaq lap əvvəldən var idi. O nə əvvəllər, nə də könüllü işə başlamağın və işdən çıxmağın qadağan olunduğu 1940-cı ildə qadağan olunmamışdı.Sərbəst şəkildə işə yeni işçi qəbul etmək heç vaxt qadağan olunmamışdı. Misal üçün, dünənki məktəb məzunu hara getməyi özü seçirdi, onun seçdiyi zavoda isə,uyğun olaraq, müstəqil olaraq yeni işçi işə qəbul etməyi heç kim qadağan etmirdi. Vacib moment: müəssisə necə işçi toplamağa özü qərar verirdi. Daha vacib moment: elə ikinci beşillikdən başlayaraq pasport sistemi fəaliyyətə başladı, orqnabor-un aktivliyi aşağı düşdü. Daha çox insanlar könüllü surətdə işə düzəlməyə başladılar: zavod/fabrikə gəldi, işə qəbul olundu. Böhtançılar bu haqda bilmirlər, nəzərə almaq lazımdır ki, məlum fakt isə “kəndliləri torpağa bağladılar, bütün fəaliyyət hakimiyyətin nəzarəti altında ciddi təşkil olunub” konsepsiyasına uyğun gəlmir.
  Beləliklə, ilk beşilliyin nəticələri necə idi? Milyonlar kəndli sənayeye üz tutdu. Milyonlarla əlavə işçi tələb olunurdu. Sənayeləşmə davam edirdi. Bununla belə olduqca mənfi hallar da müşahidə olunurdu: şəhərlər cinayətkarlarla və şübhəli şəxslərlə qaynayırdı. Kriminal hadisələrin genişlənməsindən əlavə şəhər təsərrüfatının idarə edilməsi problemləri də baş qaldırmışdı. Şəhərdə daimi yaşayış üçün (sadəcə qalmaq üçün yox) pasporta sahib olmaq mütləq oldu. Pasport almaq üçün əsas: işə, mənzilə malik olmaq, şəhərdə təhsil almaq. Hələ öhdəlikdə olanlar da vardı. Aparılmış pasportlaşdırma dərhal şəhərləri sağlamlaşdırdı: işləməyən elementlər, cinayətkarlar və digər yaramaz adamlar (professional yoxsullar, hər hansı bir məşğuliyyəti olmayan simalar, qaraçılar və digərləri) ya özləri şəhərləri tərk etdilər, ya da qovuldular. Kəndə pasportlaşdırmaya ehtiyac yox idi: hər şey onsuz da göz qabağında idi, hamı hamı haqda hər şeyi bilirdi.  Yəni, şəhərdəki kimi deyildi.
Bəs pasportla “xoşbəxt edilməmiş” kəndlilər necə? Deyilənə görə pasportları olmadığından onlar kəndə zəncirlənmişdilər. Bu yalandır.
Birincisi, anlamaq lazımdır ki, “pasportu olmamaq” “sənədləri olmamaq” demək deyil. Sənədləri vardı. Şəxsiyyət vəsiqəsi, kolxozçu kitabçası, arayışlar, şəhadətnamələr – kifayət qədər sənədləri vardı.
İkincisi, bilmək lazımdır ki, kəndlilər sənədləri ilə birlikdə öz ehtyacları üçün tez-tez şəhərlərdə olurdular: nəsə satmaq, almaq, doğmalarına baş çəkmək və s. üçün. Şəhərə səfər etmək nəsə ekstraordinar bir şey deyil, amma köhnəpərəstlik. Kəndlilər tez-tez şəhərlərə gedirdilər və, uyğun olaraq, daim kəndlərindən arayış alırdılar. Yeri gəlmişkən, qışda, kəndə iş azaldıqda, bir çox “torpağa zəncirlənmiş” kəndlilər işləmək üçün (aylarla) şəhərlərə gedirdilər.
 
  Üçüncüsü, şəhər sakini olmaq üçün pasport tələb olunmurdu. İşə düzəl, məktəbə qəbul ol və qanuni əsaslarla yaşa. Vacib moment: İşə düzəlmək və məktəbə daxil olmaq üçün pasport vacib deyildi. Şəhərlilərdən pasport tələb edirdilər, kəndlilərdən digər sənədləri. Arayış kifayət idi. Yenə də, bəziləri iddia edirlər ki, Sovet hökuməti hiyləgər idi: həqiqətən pasport lazım deyildi, amma qeydiyyat tələb olunurdu. Faktlara əsasən bu yalandır. İnsanın kənddə yaşaması (pasportsuz və qeydiyyatsız), amma şəhərdə zavodda və ya fabrikdə işləməsi adi hal idi. Aydındır ki, bu yaxınlıqda yerləşən kəndlər üçün aktual idi, amma yenə də.
Kifayət qədər biliyi olmayan vətəndaşlar iddia edirlər ki, guya kolxoz sədrinin yazılı razılığı ilə arayış almaq olardı. Yalandır. Həmişəki kimi yalançılar bəzi momentləri nəzərdən qaçırırlar. Birincisi, kəndlilərin hamısı kolxozçu deyildi. Məsələn, pasport sisteminin tətbiqinə qədər kənd məktəbinə yöləndirilmiş müəllimə pasportsuz kəndli idi, kolxozçu deyildi. Uyğun olaraq, kolxoz sədri onun rəisi deyildi. Üstəgəl, fərdi təsərrüfatı olan kəndlilər də vardı. Məsələn, mənim ulu babam, köhnə qolçomaq, həyatı boyu  kolxozda və Sovet hökumətinə çalışmamışdı. Təxminəm 100 il yaşamışdı. O, işlərin necə olacağını vaxtında başa düşərək öz təsərrüfatını oğlanlarına vermişdi, özü isə yalnız arı saxlamaqla məşğul olurdu. Öz şəxsi arıxanası ilə məşğul olurdu. Kolxoza daxil olmamışdı. Bazarda öz balını satırdı.
  İkincisi, iki cür arayış vardı: kolxozdan alınan və kənd sovetindən alınan. Kolxoz faktiki olaraq kooperativdir. Harda ki, idarəetmə kəndlilərin özü tərəfindən seçilir. Kolxoz öz mahiyyətinə görə firmadır, müəssisədir. Dövlət müəssisəsi deyil. Kənd soveti isə Sovet hökumətinin orqanıdır. Onları qarışdırmamaq lazımdır. Kolxoz yalnız kolxozçulara aiddir, kənd soveti isə bütün kəndlilərə, çünki, hamı vətəndaşdır. Sovet hökumətinin orqanı “kolxoz” qeyri-dövlət firmasına tabe deyildi. Onlar müstəqil idilər. Biri digərini idarə etmirdi. Kiməsə aydın deyilsə bilməlidir ki, kolxozçu təkcə kolxoza tabe deyil, həm də Sovet hökumətinə tabedir. Hətta ilk növbədə Sovet hökumətinə tabedir. Çünki, SSRİ vətəndaşıdır.
Hər iki yerdə arayış verilirdi. Arayışları asanlıqla verirdilər. Özbaşnalıqlara yol verilmiş hallar olurdumu? Bəli, olurdu. Amma bunları sistemə aid etmək lazım deyil: ölkədə sənayeləşmə davam edirdi, hökumətə sənayedə kəndlilərin işçi qüvvəsi lazım idi, kəndlilərə alternativ yox idi. Kolxoz sədri müasir zamanda firmanın baş direktoru kimi bir şey idi. İndi də o vaxtki kimi, məsələn, müddət başa çatdıqda, əvəzçi olmayanda və digər hallarda,deyək ki, məzuniyyətə və ya təhsil almağa göndərməyə bilərlər (əmək kitabçası verməyəcik, qeyd vərəqəsi yazmayacıq). Ya işlə, ya da birdəfəlik işdən çıx. Hesablaş. O vaxt da belə idi.
Bax belə, kəndli sənədləri ilə birlikdə şəhərə gəlirdi və işə düzəlirdi. Sənayeyə işçi qüvvəsi lazım idi, kəndliləri həvəslə işə götürürdülər. İşə düzəlmiş və yataqxanda yer almış (və ya şəhərdə yaşayan qohumlarının evində məskunlaşaraq) dünənki kəndli şəhərli olurdu və qeydiyyatla bərabər pasport alırdı. Vacib moment: miqrasiya guya “kəndlilərin kənddə saxlanması” ilə limitləşdirilirdi, şəhərlərin yeni sakinləri qəbul etmək imkanı ilə limitləşdirilirdi. İşləyirsən, oxuyursan, yaşamağa yerin var – xoş gəldin. Hökumət işləməyən elementləri çoxaltmaq fikrində deyildi. Əslində statistikaya nəzər salmaq kifayətdir: milyonlarla kəndli şəhərlərdə məskunlaşırdı. Saldo:

1927-1938-ci illər – 18,7 milyon insan
1939-1958-ci illər – 24,6 milyon insan
1959-1970-ci illər – 16,4 milyon insan

Onları torpağa bax belə zəncirləmişdilər. Qeyd edim ki, bu yalnız saldodur. Başa düşmək lazımdır ki, şəhərlərdə real məskunlaşanların sayı daha çox idi. Çünki, şəhərlərdən mütəxəssis axını çıxırdı:həkimlər, müəllimlər, mexanizatorlar, aqronomlar, zootexniklər və digərləri. Hətta genişmiqyaslı sənayeləşmənin artıq çoxdan sona çatdığı 60-cı illərin sonunda, 1968-69-cu illər ərzində kənddən şəhərə 4,4 milyon insan gəlmişdi, şəhərdən kəndə isə - 1,7 milyon. (böhtançıların söylədiklərinə görə isə kəndlilər 1974-cü ilə kimi pasporta sahib deyildilər, kəndə “təhkim” idilər). Yeri gəlmişkən, elə həmin vaxt 2,5 milyon “təhkimçi” bir administrativ kənd rayonundan digərinə köçmüşdü. Pasportun olmaması (guya pasportsuz işə düzəlmək mümkün deyildi) ilə kəndlilərin üzünə şəhərə gedən yolların bağlanması adi yalandır. Ölkədə o qədər yeni vakansiya vardı ki, pasporta malik əhali (əhalinin çox az hissəsi) şübhəsiz bu yerləri doldura bilməzdi. Sənayelərə milyonlarla işçi qüvvəsi lazım olduğu alda insan kütləsini kənddə saxlamağın mənası yox idi. Qeydiyyat üsulunun və pasport sisteminin tətbiqi ilə faktiki olaraq nə dəyişdi? “Yalnız öz istəyimə əsasən harada istəyirəm orada yaşayıram” özbaşnalığı aradan qaldırıldı. Şəhərdə yaşamaq üçün mütləq qanuni əsaslar oldu. İş, təhsil. Xarakterik olan budur ki, hamı üçün özbaşnalıq yox oldu. Misal üçün, Kazan sakini Saratova “elə-belə” yaşamağa gedə bilməzdi. Pasportu olsa belə. Pasport sistemi və qeydiyyat üsulu ölkənin bütün vətəndaşlarının hüquqlarını məhdudlaşdırdı, təkcə kəndlilərin deyil. Nəzərə almaq lazımdır ki, məhdudiyyətlər tamamilə məntiqli idi. “Şəhərdə işi, yaşamağa yeri olan insanlar yaşayır” variantı ilə “şəhərdə kim gəldi yaşayır” variantı arasında olan seçim hətta böhtançı nöqteyi-nəzərindən belə göz qabağındadır. İstəyən özü üçün “qonşu mənzildə məşğuliyyəti olmayan 20 qaraçı məskunlaşıb” və “ qonşu mənzildə işi olan vətəndaşlar, özü də müəyyən edilmiş sayda insan məskunlaşa bilər” variantları arasında fərqi müəyyən edə bilər.

  Təhsil barəsində də ayrıca qeyd etmək lazımdır. Bəziləri iddia edirlər ki, qəddar bolşeviklər burda da kolxozçulara mane olurdular. Belə axmaq sərsəm fikri şərh etmək çətindir, amma mümkündür və lazımdır. Xatırlayırsızsa, kəndlilər iki hakim sinifdən biri idilər. Fəhlələrlə birlikdə. Haqqını söyləmək lazımdır, Sovet hökuməti əhalinin digər təbəqələrinin mədəni və təhsil səviyyəsini yüksəltmək üçün həqiqətən də çox işlər görürdü. Kəndlilər və Sovet hökumətinin “sinfi yaxınlığından” asılı olaraq kəndlilərin bir sinif kimi mənşəyi özü artıq bir bonus idi. Bundan başqa: təhsil müəssisələrinə daxil olanlar üçün olduqca rəsmi güzəşt sistemi mövcud idi. Təkcə kəndlilər üçün deyil, həm də müəssisələrdən yönləndirilən gənc işçilər, yetimlər, ordudan buraxılanlar və digərləri üçün. Həmçinin İttifaq respublikalarında yerli kadrlar üçün. Məsələn, mənim kolxozçu doğma nənəm. O özü şəhərə gəlmişdi və feldşerliyə qəbul olmuşdu. Şəhərli olmuşdu. Və onun kimi milyonlarla insan vardı. Dünənki kəndlilər əsasən asan qəbul olunan müəssisələrə üz tuturdular: texnikumlara, tibbi, pedoqoji və s. Amma akademiyalara, hətta institutlara da qəbul olanlar vardı. Özü də həmin “hüquqsuz pasportsuz” kəndlilər.
  Çoxlarını kolxozçuların cinayət üzrə təqibi məsələsi narahat edir. Bununla bağlı vəziyyət necə idi? Çox sadə. Pasport rejimi hamı üçün idi. İlk pasport rejimi pozuntusu üçün heç kim cinayət məsuliyyətinə cəlb olunmurdu. Heç kim üçün. Pasportlu və pasportsuz vətəndaş arasında həqiqətən fərq vardı: ilk pozuntuya görə hər ikisi cərimə edilirdi, amma pasportsuz vətəndaşı həm də geri qaytarırdılar. Öz xoduna göndərirdilər. Cərimə, arayış, yaşayış üçün müəyyən  müddətə öz doğma kəndində qalmaq əmri. Daha sonra: ikinci pasport rejimi pozuntusu hamı üçün cinayət məsuliyyəti demək idi. Hamı üçün. Pasportlu/ pasportsuz olmasından asılı olmayaraq. İki ilə qədər azadlıqdan məhrum edilmək demək idi. Sorğu-sual/istintaq işində  təcrübəsiz olanlara növbəti nağılları söyləyə bilərlər: guya pasportsuz kolxozçunu 1 ay müddətinə xüsusi bölməyə sala və orada saxlaya bilərdilər. Və ümumiyyətlə, guya kolxozçu şəhər milisi üçün potensial şübhəli idi. Vacib izah: sənədləri olan vətəndaşı xüsusi bölməyə salmaq olmaz. Administrativ protokol tərtib olunur, pasport rejiminin pozulmasına görə cərimə - olan iş bu idi. Cinayət işi açılacaq bir şey yoxdur. Əgər təkrar törədilməyibsə, əlbət ki. Sənədsiz saxlanılan şəhərlilər Mərkəzi Ünvan Bürosu, kəndlilər sahə ünvan bürosu üzrə yoxlanılırdı. Daha sonra isə artıq yuxarıda qeyd etdiyimiz kimi. Əgər vətəndaş haqda heç bir məlumat tapılmırdısa, o zaman onu kimliyini aydınlaşdırmaq üçün onu həqiqətən xüsusi bölməyə ( bu bölmə “бомжатник” adlanırdı) salırdılar.

“ Təhkimçilik” haqda yanlış təsəvvürlər və böhtanlar hər şeydən əvvəl sadə əsasa malikdirlər: pasportlarla olan bugünkü vəziyyətin düzgün olmayan şəkildə Stalin dövrünə şamil edilməsi. Misal üçün, indi pasportsuz hətta paravoza belə bilət ala bilməzsən. O vaxt isə harasa getmək üçün pasport lazım deyildi. Pasport sistemi və qeydiyyat üsulu bütün SSRİ vətəndaşlarının hüquqlarını məhdudlaşdırırdı. Hamının. Öz istəyinə əsasən ağlına gələn yerdə yaşamaq azadlığı heç kimə verilməmişdi. Pasportu olan şəxs digər bir şəhərə gedərkən eynilə pasportsuz şəxs kimi sutka ərzində qeydiyyatdan keçməli idi. Eynilə onun kimi əsassız halda başqa bir şəhərdə 30 sutkadan artıq qala bilməzdi. Cinayət hüququ hər kəs üçün işləyirdi.
“Təhkimçilik”, “köləlik” və s. şeylər haqda söylənilənlər reallıqla sübut olunmur. Reallıqda on milyonlarla pasportsuz kəndlilər şəhərlərə yerləşirdilər. Bolşeviklərin kəndliləri torpağa təhkim etməyə çalışdıqları haqda uydurmaları ağılsızlar üçün saxlamaq lazımdır. Şəhərlərdə məskunlaşmış on milyonlarla insan guya qanunvericilikdə boşluqlara yol verən hökumətin fərasətsizliyinin nəticəsi deyil, məqsədyönlü siyasətin nəticəsidir.


Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur

Комментариев нет:

Отправить комментарий