1947-ci ildə rublun
qızıl tərkibi 0,222168 qr təmiz qızıla bərabər idi. 1961-cil ildən etibarən
qiymətlərin yeni ölçüsü tətbiq olunmağa başladı, köhnə pullar 10:1 nisbətində
yeni pullarla əvəz edildi. Bununla belə, rublun qızıl təkibi cəmi 10 dəfə
deyil, 4,4444 dəfə artırıldı. Rubl 0,987412 qr təmiz qızıla bərabər oldu.
Deməli, əgər 10 stalin rublu 2,222168 qr qızıla bərabər idisə, nominal üzrə
həmin on stalin rubluna bərabər olan xruşov rublu 2,222168 qr əvəzinə cəmi
0,987412 qrama bərabər oldu. Yəni, qızılın ölçüsünə görə sovet insanının cibi
2,25 dəfə yüngülləşdi.
Xruşov bu şəkildə,
sovet pulunu faktiki olaraq iki dəfədən çox devalvasiya edərək xalqı aldatdı.
Bu azmış kimi Stalinin 2000 tondan artıq, o dövrü üçün topladığı nəhəng qızıl
ehtiyatını Xruşov 60-cı illərin əvvəllərində 1200 tonn qızıla endirməyə yol
tapdı...Bununla belə, hətta bugünun özündə dünya qızıl bazarının ümumi
dövriyyəsi təxminən 500 tondur. O vaxt dünyada ən böyük qızıl ehtiyatına sahib
olan ABŞ isə 1965-ci ildə Fransada toplanmış dollarları “əmtəə ilə təmin
etməkdən” imtina etmişdi. Müqayisə üçün qeyd edim ki, bugün Rusiyanın qızıl
ehtiyatı təxminən 500 tondur.
Bununla belə, qəbul
etmək lazımdır ki, islahatlar Stalinin tayı olamayan trotskiçi Xruşovun
dəstəklədiyi xırda sahibkarlara müəyyən xeyir gətirdi. Misal üçün, islahatlara
qədər olan rublla bazarda 3-5 stalin qəpiyinə olan kökün dəstəsi
“xruşovkalarda” da öz qiymətini saxladı və bu bazarda olan bütün tərəvəzlərə
aid idi. Bu təbii ki, az da olsa digər tərəvəz məhsullarına olan qiymətlərə də
təsir etdi, baxmayaraq ki, təzə-təzə mağaza qiymətlərinə demək olar ki, təsir
etməmişdi.Mağazada kartofun kiloqramı 50qəp-1 rubl olduğu kimi, islahatdan
sonra da kurs üzrə 5-10 qəp-ə bərabər oldu.
Qızıl ekvivalenti üzrə
stalin və xruşov rublunun qiymətini müasir dollarla və Stalinin və Xruşovun
dövründə orta əmək haqqı səviyyəsinin qızıl ekvivalentinə əsasən müasir
dollarla və rublla hansı səviyyədə olmasını hesablamaq faydalıdır.
Deməli. 2010-cu ildə
qızılın unsiyası təxminən 1100 dollar idi. Bu o deməkdir ki, qızılın 1 qramı
1100/31,1= $35.4 bərabər idi.
Stalin rublunun qızıl
tərkibi, yuvarlaq götürsək, 0,222 qr qızıldan ibarət olduğunu nəzərə alsaq,
stalin rublu $35.4 х 0.222 dollara, yəni təxminən $7.86-a bərabərdir.
1947-ci ildə
(müharibədən iki il sonra) SSRİ orta əmək haqqı təxminən 500 rubl-a bərabər
idi. Yəni, müasir dollarla hesabladıqda 500 х $7.86=$3930- təxminən 4 min
dollara.
Xruşov rubluna
gəldikdə isə, əvvəl də qeyd etdiyimiz kimi, 1 xruşov rublu təxminən 0,987 qram
qızıla bərabər idi. Deməli, müasir dollarla təxminən $30.78 ($35.4х0.987). Orta
əmək haqqı isə 1967-ci ildə xruşov rublu ilə elə 100 xruşov rubluna, yəni 3078
rubla bərabər oldu. Yalnız 1973-cü ilə xruşov devalvasiyasının nəticələri
düzəldildi və ölkədə orta əmək haqqı 128 rubl, yəni təxminən 4000 dollar oldu.
Düzdür, qızıl
ekvivalent rublun alıcılıq qabiliyyəti ekvivalentinə uyğun deyil. Burada
konkret ərzaq səbətinin qiymətinə qızılın qramı ilə baxmaq lazımdır. Bunun üçün
isə ölkənin yaşaması üçün müxtəlif illərdə olan qiymətləri yada salmaq
lazımdır.Bununla belə, bu uyğunluğa da fikir vermək lazımdır. Çünki, “qızıl
ekvivalent” bu və ya digər məhsulların dəyərliyinin və ya dəyərsizliyinin başa
düşülməsi üçün vacibdir.
Xatırlayırsızsa,
xruşov rublunu alıcılıq qabiliyyətinə görə təxminən 10 dollara, qızıl
ekvivalentindən yəni üç dəfə aşağı, bərabər götürdüm. Bu o deməkdir ki, 1973-cü
ildə alıcılıq qabiliyyətinə görə SSRİ-də orta əmək haqqı təxminən aylıq 1200
dollara bərabər idi, yəni bugünkündən 50% yüksək. Ayda 1200 dollar bugünkü
dollarla ayda 14400 dollara uyğun gəlir. ABŞ-la müqayisədə ictimai fondaların
xərclərini – pulsuz tibbi xidmət,ali təhsil,dərnəklər, seksiyalar,uşaq
baxçaları və s. - də minimum 50% əlavə etmək lazımdır. Bu təxminən 20000 dollar
orta illik əmək haqqı verir. Və ya əmək xüsusiyyətindən asılı olaraq üç
nəfərdən ibarət ailə üçün ildə təxminən 40000 dollar.
Amma bugün müasir ABŞ
ailəsinin orta gəliri cəmi 53000 dollardır. Hesablamalardan 10-15% ən varlı
ailələri çıxsaq, alınır ki, yerdə qalan amerikalıların bugünkü gəliri orta
sovet insanının 1973-cü ildəki gəlirinə bərabərdir. Bu bütün parametrlər üzrə
doğrudur, bir insan üçün yaşayış sahəsindən başqa. ABŞ-da hər bir insana düşən
yaşayış sahəsi olduqca çoxdur.
Və səbəb də aydındır:
İkinci dünya müharibəsi zamanı SSRİ-də 25 milyon insan mənzilini itirmişdi.
Nyu-Orleanda isə Katrina qasırğasından sonra cəmi 100000 sakin evini itirmişdi,
amma ABŞ hələ də itkiləri ödəyə bilməyib.
S.L.Lopatnikov
Tərcümə
Azərbaycan Ekososialistlərinə məxsusdur
Комментариев нет:
Отправить комментарий