Belə bir nəzər nöqtəsi var ki, ona görə bolşeviklərin hakimiyyətə gəlişindən
sonra kilsə ağır təqiblərə məruz qalmırdı. Keşişləri hər saat öldürə, öldürə
öldürməyə davam edirdilər, amma öldürüb qurtara bilmirdilər. Daim ibadətxanaları
partladırdılar, amma hamısını heç cürə partladım qurtara bilmirdilər. Görünür vəziyyət
ziddiyyətlidir. Amma həqiqətdə bu sadəcə həqiqətə uyğun gəlməyən keşiş əfsanəsidir.
Mən bu məqalədə əslində nələrin baş verdiyini göstərməyə çalışacam.
Beləliklə, hər şeydə keşişlərin əməllərinə göz
yuman və hətta onlara maaş verən müvəqqəti hökumət devrilib. Hamı maraqla hadisələrin
inkişafını izləyir. Bolşeviklərin hakimiyyətdə 1 həftə belə qalacağına az adam
inanırdı. Amma vaxt keçdikcə keşişlərin və kapitalistlərin əminliyi yavaş-yavaş,
amma doğru olaraq yox olmağa başladı. Artıq gələcək haqda düşünmək vaxtıdır.
Aydındır ki, həmişə əsaslı olaraq kilsənin dövlətdən
və məktəbin kilsədən ayrılmasının tərəfdarı olan bolşeviklər bu məsələni diqqətdən
kənar və hər şeyi çar və müvəqqəti hökumətin zamanında olduğu kimi qoya bilməzdilər.
Keşişlər isə siyasətçilərin prinsipsizliyinə, və elə ümumilikdə insan təbiətinə
(onlar, bir qayda olaraq, insanları özləri kimi zənn edirdilər, özü də adətən
doğru idilər) ümid edirdilər, amma bu dəfə onlar istədikləri kimi olmadı.
Əgər “mənfur” dekreti qəbul etsələr, arıq heç bir
desyatin torpaq sahəsi, torpaqlardan heç bir gəlir, digər etiqadlar üzərində
heç bir imtiyaz olmayacaqdı. Aydındır ki, bu dekret birmənalı olaraq yerli baş
kilsənin hökumətə olan tələblərini ixtisara salacaqdı. Ona görə də keşişlər
bolşeviklərlə “razılığa gəlməyə” çalışırdılar. Onlar həyasızcasına xalq
komissarları sovetinə gedirdilər və birbaşa bəyan edirdilər ki, əgər onlar pul
təminatından imtina etsələr boşeviklərin hakimiyyətinə dərhal son qoyulacaq!
Amma bolşeviklər qəti şəkildə kilsəni dövlətdən
ayırmaq qərarına gəldilər. Və dərhal dekreti işləyib-hazırlamağa başladılar.
Tezliklə o hazır oldu. Kilsənin dövlətdən və məktəbin kilsədən ayrılmasını nəzərdə
tutan dekret belə idi:
1.
Sovet dövlətinin dünyəvi xarakterinin bəyan
olunması – kilsə dövlətdən ayrılır.
2.
Vicdan azadlığına olan istənilən məhdudiyyətlərin,
və ya vətəndaşların dini mənsubiyyəti əsasında hər hansı bir üstünlüyün və ya
imtiyazların təyin edilməsinin qadağan olunması.
3.
Hər kəsin istənilən dinə etiqad etmək və ya heç bir dinə etiqad etməmək
hüququ var.
4.
Vətəndaşların dini mənsubiyyətinin rəsmi sənədlərdə
göstərilməsinin qadağan olunması.
5.
Dövlət işlərinin və ya digər açıq-hüquqi ictimai işlərin
yerinə yetirilməsi zamanı dini ayinlərin və mərasimlərin qadağan olunması.
6.
Vətəndaş vəziyyəti aktları yalnız vətəndaş hakimiyyəti,
nigahların və doğuşların qeydiyyatı şöbəsi tərəfindən aparılmalıdır.
7.
Məktəb dövlət təhsil müəssisəsi kimi kilsədən ayrılır
– dinin tədrisi qadağan edilir. Vətəndaşlar dini yalnız şəxsi qaydada öyrənməli
və öyrədilməlidirlər.
8.
Kilsə və dini icmaların xeyri üçün məcburi alınan
pul vəsaitlərinin, rüsumların və vergilərin, həmçinin bu icmalar tərəfindən
onların üzvlərinin məcbur edilməsi və cəzalandırılması tədbirlərinin qadağan
olunması.
9. Kilsə və dini icmaların mülkiyyət hüququnun ləğv
edilməsi. Onların hüquqi şəxs kimi hüquqlara sahib olmalarına yol verilməməsi.
10. Rusiyada mövcud
olan kilsə və dini icmaların bütün mülkiyyəti xalq əmlakı elan olunur.
Keşişlər üçün bu dünyanın sonuna bərabər bir
şeydir. Amma onlar başqa cür hərəkət etmək qərarına gəldilər. Axı dekret
yanvarda nəşr edilmişdi, amma martdan fəaliyyətə keçməli idi. Yeni hökumətə
qarşı keşiş çağırışları və təhdidləri dalğası başladı. Qeyd etmək lazımdır ki,
bütün bu çağırışlar və təhdidlər məhz kilsə xadimləri üçün maaşlarla və kilsənin
dövlət hesabına saxlanması ilə bağlı idi. Faktiki olaraq qeyd edilirdi ki, əgər bolşeviklər niyyətlərindən əl çəksələr
onlar sabotaja son qoyacaqlar.
Baş kilsədə keşişlər dekret əlehinə istiqamət
aldılar, çünki dekret “provaslav kilsəsinin bütün həyat quruluşuna mənfur qəsddir
və ona qarşı açıq təqibdir”.
Təqib – digər kilsələrlə birlikdə hüquqların bərabərləşdirilməsidir.
Rus Pravoslav Kilsəsi isə digərlərin “yüksək” olmaq istəyirdi, o ki qala itirmək.
Kilsə xadimləri (şəxsən də partiarx Tixon) faktiki olaraq öz vərəqələrində və ya kilsəyə
gələnlərlə söhbətlərində açıq şəkildə hökumətin devrilməsinə, hakimiyyətlə
silahlı münaqişəyə səsləyirdilər.
Onlar bütün ölkəni qana boyamağa hazır idilər, təki
onlara maaş verilsin.
Yalnız bu sevindirir ki, əslində kilsəyə münasibətdə
məcburi “ehtiram”dan azad edilmiş insanlar sadəcə keşişlərin çağırışlarına əhəmiyyət
vermədilər. Yəqin ki, əhalinin böyük hissəsi bu dekreti ədalətli hesab etdi,
çünki, RPK əvvəllər yalnız süngü hesabına özünü saxlayırdı. Pravoslavlıq xeyli
dövlət resurslarını yeyən məcburi, zorla qəbul etdirilmiş din idi. Aydındır ki,
kilsənin tərəfində olan fanatiklər də vardı, amma onların sayı az idi. Bir
qayda olaraq, onlar kəndlərdən olan savadsız insanlar idi. Kilsə xadimlərinin
dövlətə və məktəbə birləşdirilməsini tələb etməkdə onların nə marağı vardı? Heç
bir. Kilsə xadimləri uydururdular ki, bolşeviklər iblisin övladlarıdırlar,
antixristin çarlığı başlayır və s. Bəzi insanlar isə o qədər cahil idilər ki,
bunlara inanırdılar. Xalq komissarları Sovetinə məktublar gəlirdi ki, kilsə
xadimlərinə - “yüz milyon rusiya əhalisinə”
maaşları qaytarmağı tələb edirlər.
Həqiqətdə kilsə xadimlərinin təsiri cox az idi. Məsələn,
Peterburqda dekretə qarşı xaç yürüşü təşkil etmişdilər. Xalq komissarları
Sovetinə sorğu gondərmişdilər, orada qeyd olunurdu ki, yürüş iştirakçılarının
sayı 500 min olacaq. XKS yürüşün keçirilməsinə razılıq verdi, amma Lunaçarskiy
təşkilatçıya qabaqcadan xəbərdarlıq etdi ki, əgər provakasiyalara yol verilsə,
təşkilatçı özü buna cavab verməli olacaq. Nəticədə yürüşə 50 min insan gəldi,
digər şəhərlərdə isə hətta yüzlərlər...
Bir il sonra (1919-cu ildə) vəziyyət o dərəcədə dəyişdi
ki, xaç yürüşünə artıq minlərlə deyil, yüzlərlə insan gəlirdi. “Məcburiliyin” ləğvi
sübut etdi ki, kilsənin nüfuzu azdır. Onun heç bir real siyasi gücü yoxdur.
Hökumətin reaksiyasından sonra Sovet Rusiyası ərazisində
həyacanlara son qoyuldu. İş burasındadır ki, kilsənin nominal torpaqları (
hansı ki, hüquqi cəhətdən əvvəlcə çarın, sonra isə müvəqqəti hökumətin
ixtiyarında idi) müsadirə edilərkən, keşişlər tez-tez silahlı müqavimət təşkil
etmək istəyirdilər. Hökumət bunu bir neçə dəfə sərt şəkildə yatırmışdı, sonra
isə artıq heç kim belə bir işdə iştirak etmək istəmirdi. Görünür, cəhalətpərəstlər
özlərini o qədər müqəddəs hesab edirdilər ki, onların qanunsuz hərəkətlərinə
qarşı heç kimin cavab verməyəcəyini düşünürdülər. Buna baxmayaraq, patriarx
çağırışlara davam edirdi, amma bu çağırışlar artıq boş idi.
Maraqlıdır, amma dekret tətbiq edildikdən sonra o
heç də həy yerdə icra edilmirdi. Və tez-tez, keşişlər dövlətdən pul qopara bilməyəndə,
onlar pulu əhalidən toplayırdılar. Axı keşişlərin sayı çox idi, rahiblərin də
sayı çox idi, bütün bu köpək sürüsü isə qidalanmalı idi (rahibləri də saymaqla,
təxminən 2 milyon insan). Odur ki, onlar bu pulu kəndlilərdən çıxarırdılar. Nəticədə
sadə kənd əhalisi onlarla mübarizə aparmağa başladılar. Keşiş ölümlərinin çoxu
da məhz bu kortəbii şəraitdə baş verirdi. “Keşişlərin zəng qülləsindən aşağı
atılması” haqda söhbət açırlarsa, bunu heç də bolşeviklər etmirdilər, bunu sadə
kəndlilər edirdilər. Özü də bu ənənə hələ bolşeviklərə qədər başlamışdı. Hələ 1905-ci
ilin inqilab hadisələri bir kənara, hətta Puqaçovun üsyanı və ya kəndli
üsyanları olan dövrdən nümunələr var,
Artıq heç nə etmək mümkün olmadıqda, bolşevik hökumətinin
öz qərarlarında qəti olduğu, onun “bir həftədən” sonra yox olmayacağı aydın olduqda
kilsədə maraqlı vəziyyət yarandı.
Birincisi, RPK tamamilə intizamı itirmişdi. Əgər
pul yoxdursa, fiziki cəhətdən bütün kilsələri və monastrları saxlamaq mümkün
olmayacaqdı. Bu çox zərərli, sadəcə mümkünsüz fəaliyyət oldu.
Hökumətin kilsə xadimlərinə münasibətdə reqlamenti
sadə oldu: əgər keşişlər heç olmasa 20 prixod üzvünə malik olsalar, kilsə
havayı şəkildə onlara arendaya veriləcək. Həmçinin, onlar təmir işlərini yerinə
yetirməlidirlər. Yadda saxlamaq lazımdır ki, onlar yalnız şəxsi qaydada dini tədris
edə bilərlər. Hətta kütləvi xaç yürüşləri də təşkil edə bilərlər. Hər şey ədalətli
kimi görünürdü. Göründüyü kimi, hökumət “bütün” keşişləri müxalifətçilikdə ittiham etməmişdi, həqiqətən əksinqilabi qəsd
iştirak etmiş keşişləri ittiham etmişdi. Amma keşişlər belə bölüşmədə kasta
kimi tez inkişaf edirdilər. Onlar göstərdilər ki, ümumiyyətlə rəqabət qabiliyyətli
deyillər. Çar hökuməti yüzilliklər ərzində məhz buna görə onların rəqiblərini
boğurdu və vətəndaşları ağır repressiyalar vasitəsilə “inama” məcbur edirdi. Məsələn,
pravoslavlıqdan imtinaya görə mülkiyyətin müsadirə edilməsilə 20 il katorqa işi
almaq olardı.
Axı başa düşmək lazımdır ki, binanı restavrasiya
etmək, təmizləmək, digər xərcləri ödəmək lazımdır. Həm də keşişlərə yemək
lazımdır, onlar isə sadəcə yeməyi sevmirlər, cah-cəlalda yaşamağı sevirlər.
Odur ki, hər şey çətindir. Çox məhtərəm rahiblər isə
müxtəlif çıxış yolları tapmışdılar. Hamısını qruplara ayırmaq olar.
Keşişlərin bir hissəsi qızıl və digər müqəddəs şeyləri
topladılar, sonra isə sadəcə ölkəni tərk etdilər. Miqrasiyada isə onların vəziyyəti
pis deyildi. Onlar şahidi olmadıqları “sovet hökumətinin dəhşətlərini” yazmaqla
pul qazanırdılar. Qeyd etmək lazımdır ki, bu doğrudur ki, onlar əsasən ali təbəqə
və xidmətçi kimi onlara qatılmış “xırda” keşişlərin bir hissəsi idi.
Digər hissə ağ hərəkata qoşulmuşdu və açıq şəkildə
sovet hakimiyyətinə qarşı çıxırdı. Bundan başqa, hətta “İsa bölmələri” adlı
bölüklər də yaradılmışdı. Keşişlər həm də Antantanın müdaxiləsini dəstəkləyirdilər.
Bütün bunların səbəbi bu idi ki, əksinqilabçılar “lənətə gəlmiş bolşeviklərdən”
fərqli olaraq, keşiş zümrəsini tamamilə təmin edirdilər.
“Azad Rusiya” hökuməti öz qanunları ilə keşişlərə
ödənilən müavinətləri möhkəmləndirirdi. Nəticədə hər şey məhv oldu və kilsə
xadimlərinin bir hissəsi ölkəni tərk etdi, bir hissəsi döyüşlərdə birbaşa
iştirak etdiklərinə görə güllələndi.
Qeyd etmək lazımdır ki, “loyal keşiş” qrupları
formalaşmşdı. Bir qrup uzun müddət şübhə edirdi, digəri isə cəld hərəkət
edirdi. Bu pravoslavlığı Sovet Rusiyası ərazisində birdəfəlik dağıtdı. Bu iki
qrup əsasən bunlar idi:
“Yenilikçi” adlandırılanlar. Bunlar momentdən
istifadə etməyi başa düşən insanlar idilər. İş burasındadır ki, kilsə
ierarxiyası dağılmışdı, odur ki, aşağı təbəqənin keşişlərinin və praqmatik
keşişlərin bir hissəsi vaxt itirmədən “yenilənmiş kilsı” təşkil etdilər. Onlar
dövlət əlehinə fəaliyyətinə görə patriarx Tixonu yekdilliklə tənqid etdilər və
sovet rejiminə münasibətdə tamamilə loyallığa and içdilər.
Onlar niyə meydana çıxmışdı? Maaşlar olmasa da kilsəyə
qatılanlar hələ də çox idi. Axı mövhumatı bir sutkaya məhv etmək mümkün deyil.
Ümumiyyətlə, azsaylı keşiş qrupu məbədləri pulsuz icarəyə götürə və orada
boşboğazlıq və kilsəyə qatılanların ödədiklərinin hesabına yaşaya bilərdilər.
Faktiki olaraq elə həmin müftəxorlar idilər, sadəcə az yeyirdilər. Üstəgəl,
onlar kilsənin ən ali adlarını rahatca özlərinə götürə bilərdilər, yəni bunun
üçün onlar çox çalışmalı olmadılar.
Qeyd etmək lazımdır ki, hər şey çox ağıllı
reallaşdırılmışdı və onlar kifayət qədər uzun zaman ərzində fəaliyyət göstərdilər.
İkinci
qrup – “klassik” RSK –dır, sadəcə bu dəfə problemləri olan. Axı ilk zamanlar
patriarx barışmaz mövqe tutmuşdu, kilsənin böyük hissəsi isə ondan imtina etməyə
hazır idi. Həmin dövrdə, nəsə etmək mümkün olmayan zaman, yenilikçilər meydana
çıxdı. Ali iyerarxlar da onlara qatıla bilərdilər, amma onlar bunu etmədilər,
çünki, öz “fəxri adlarını” və mülklərini itirə bilərdilər. Axı hər şeyi cəld
etməyi bacaran yeniliçkilər, aydın məsələdir ki, onlara öz gəlirli yerlərini
verməyəcəkdilər. “Parçalanmanın” mahiyyəti də elə budur, çünki, formal olaraq
onlar arasında heç bir fikir ayrılığı yox idi.
“Klassik” RPK saxlanıldı, amma həmin illər onların
nüfuzu yenilikçilərdən olduqca aşağı idi. Bu nüfuzun qytarılması üçün uzun illər
lazım idi. Amma yuxarılarda olan keşişlər yenə də kilsəyə bağışlananlardan və ,
zənnimcə, müxtəlif dini bijuteriyaların satışından kifayət qədər gəlir
götürürdülər. Onlar “qızıl” mədaxillər üstündə tez-tez yenilikçilərlə dava
edirdilər.
Aydındır ki, belə vəziyyət kilsə üçün yalnız
rentabelli məbədlərin qalacağını vəd edirdi. Kəndlərdə, az əhalisi olan yaşayış
məntəqələrində demək olar ki, keşiş qalmamışdı, onların hamısı iri şəhərlərə üz
tuturdular.
İş burasındadır ki, çar dövründə, xüsusilə devrim
dövründə, dövlət hətta zərərli kilsələri belə dəstəkləyirdi, harda ki, sakinlərin
sayının az olmasına görə, kilsəyə gələnlər çox az idi. II Nikolayın dövründə vəziyyət
bununla gərginləşdi ki, o “müqəddəslərin”
kanonizasiyasını, həmçinin ölkədə kütləvi şəkildə kilsə və monastrların tikilməsini
qəbul etdi. Çox ehtimal ki, bunun inqilab problemini həll etməyə kömək edəcəyini
düşünürdü.
Ümumiyyətlə, belə qeyd etmək olar ki, məbədlərin,
xüsusilə də monastrların çoxu boşaldı. Və binalar məhz buna görə də
dağıdılırdı, “təqiblərə” görə deyil. Sadəcə heç kim məbədlərə getmirdi, keşişlər
isə yox idi. Boş binalar nəyə lazım idi?? Bəzən onları anbar kimi istifadə etmək
olardı, çox vaxt isə buna heç ehtiyac yox idi. Atılmış kilsənin yerində yeni
bina (məsələn, ev) tikmək daha asandır.
İndi isə bütün yuxarıda sadalananları ört-basdır
etmək istəyən çoxsaylı keşişlər qrupu haqda danışmaq istəyirəm. Bu keşişlər sadəcə
keşişlikdən əl çəkdilər və işləməyə yollandılar. Bəzisi arabaçı, bəzisi ticarətçi,
mirzə, qarovulçu oldu. Bunlar yuxarıda sadalananlarla müqayisədə böyük əksəriyyət
təşkil edirdilər. Məsələ bundadır ki, insanlar başa düşdülər ki, daha nəsə
ovlamaq mümkün olmayacaq, pul olmayacaq. Pulun dadı qalan yerlər isə artıq
tutulublar.
Yəni, keşişlər faktiki olaraq bunu iş kimi qəbul
edirdilər, indi də edirlər. Əgər danışan ilan, 900 yaşlı insanlr və yanan, amma
danışan kol haqda cəfəngiyyatlar söyləyərək yaxşı gəlir qazanmaq və işləməmək
mümkündürsə, o zaman hər şey qaydasındadır. Amma əgər cəfəngiyyat söyləmək və
buna görə pul qazanmamaq, işləmək lazım olacaqsa, keşiş olmağın mənası yoxdur.
Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur
Комментариев нет:
Отправить комментарий