29 окт. 2013 г.

İkiüzlülük dövrünün sonu (“Foreign Affairs”, ABŞ)


Informasiya sızması dövründə ABŞ-ın xarici siyasəti

Aydındır ki, amerika vətəndaşlarının qeyri-nümunəvi hərəkətlərə aid gizli məlumatları yayması ABŞ hökumətini qəzəbləndirir. Və o öz hiddətini nümayiş etdirməkdən çəkinmir:  üç il əvvəl hələ ABŞ ordusunda sıravi Bredli Menninq (Bradley Manning)olan  Çelsi Menniniq (Chelsea Manning) WikiLeaks qrupuna gizli danışıqların yüz minlərlə şifrini ötürərkən ABŞ hökuməti əsgəri həbsxanaya elə şərtlər altında salmışdı ki, BMT-nin əzab vermə problemi üzrə xüsusi məruzəçisi bu şərtləri qəddar  və insanlığa sığmayan adlandırmışdı.

Menninqin həbs edilməsindən sonra Meet the Press proqramında çıxış edən respublikaçı və ABŞ senatı Mitç Makkonnell (Mitch McConnell) WikiLeaks-in rəhbəri Culian Assanjı (Julian Assange) “xaytek-terrorist” adlandırmışdı. Bu yaxınlarda, Milli Təhlükəsizlik Agentliyinin  Edvard Snouden (Edward Snowden)  adlı keçmiş analitiki amerika casusluq  proqramlarının təfərrüatlarını açdı, amerikalı məmurlar digər ölkələrin Snoudenə sığınacaq verməməsi üçün xeyli diplomatik səy göstərdilər.

Bundan əlavə, ABŞ prezidenti  Rusiya prezidenti Vladimir Putin onun tələblərinə tabe olmaqdan imtina edərkən, hətta onunla planlaşdırılmış görüşünü belə təxirə saldı. Bütün səylərinə baxmayaraq amerika isteblişmenti bu ifşaçılarn ABŞ təhlükəsizliyi üçün niyə bu qədər ciddi təhlükə olduğunu izah edərkən tez-tez çətinliklərlə qarşılaşır. Əslində Menninq və Snouden tərəfindən üstü açılan informasiyada dünyada baş verənləri diqqətlə izləyən insanları  şoka salacaq heç nə yoxdur.

2010-cu ildə WikiLeaks –in ifşa etdiklərinə görə  panikaya düşmək istəməyən keçmiş müdafiə naziri Robert Qeyts jurnalistlərlə söhbətində söylədi ki, gizli məlumatların nəşri sadəcə “olduqca məhdud”  təsir göstərdi və kəşfiyyat xidmətinin nə mənbələrini, nə də metodlarını şərh etmədi. Snouden kəşfiyyatın həm mənbələrini, həm də metodlarını şərh etdi, amma yeni heç nə xəbər verə bilmədi. Hələ onun ifşasına qədər ekspertlərin çoxu bu haqda öz fikirlərini bildirirdilər ki, Çinə qarşı kiber hücumların arxasında məhz ABŞ dayanırdı, müxəlif Avropa intitutlarının gizli izlənməsini həyata keçirirdilər və dünya internet-kommunikasiyasını ələ keçirirdilər.  Hətta onun ABŞ və Birləşmiş Krallığın istifadəçilərin təhlükəsizliyini və şəxsi həyatlarını qorumaq üçün əsas kommunikasiya proqramlarını və şifrələmə sistemlərini tənqid etmələrinə dair skandal açıqlamaları sadəcə bir çox məlumatlı müşahidəçilərin çoxdan bəri şübhələbdikləri şeyləri  təsdiq etdi.

Menninq və Snoudenin ABŞ hökuməti üçün daha ciddi təhlükə olması bilavasitə ABŞ milli təhlükəsizliyinə vurduğu zərbədən ibarət deyil, ondan ibarətdir ki, Vaşinqtonu öz simasızlığına görə məsuliyyət daşımaqdan qaçmaqla  ikiüzlülük etməkdən məhrum edir. Onların təhlkəliliyi onda deyil ki, onlar yeni informasiyanın üstünü açırlar, ondadır ki, onlar ABŞ hökumətinin hərəkətlərinin və motivlərinin sənədli sübutlarını təqdim edirlər. Və bu hərəkətlərin hökumət nümayəndələrinin açıq bəyanatlarına zidd olması  məlum olduqda – ki, adətən də belə olur –  Vaşinqtonun gizli fəaliyyətinə göz yummaq ABŞ mütəffiqləri üçün çətin olur, onların düşmənləri üçün isə bəhanə tapmaq asan olur.

Çox az amerikalı hokumət məmurları ikiüzlülük etmək bacarığını əsas strateji resurs kimi nəzərdən keçirir. Əslində, amerikalıların ikiüzlülüyünün belə effektiv olmasının əsas səbəblərindən biri bundan ibarətdir ki, o öz başlanğıcını səmimilikdən götürür: ABŞ siyasətçilərinin əksəriyyəti öz dövlətlərinin nə qədər ikiüzlü olmasını hələ dərk etmirlər. Bununla belə, onların sözləri ilə işləri arasında olan fərqi inkar etmək getdikcə çətinləşdiyindən onlar gələcəkdə xeyli çətin məsələləri həll etməli  və, bəlkə də, təbliğ etdikləri qaydalar üzrə yaşamalı olacaqlar.

İkiüzlü hegemon

İkiüzlülük Vaşinqtonun mülayim hakimiyyətinin  – yəni  digər dövlətləri onun hərəkətlərinin leqimitimliyinə inandırmaq bacarığının - əsasıdır, bununla belə əksər amerikalılar onun mənasını qiymətləndirmirlər. Liberallar, bir qayda olaraq, səmimi şəkildə inanırlar ki, digər dövlətlər ona görə ABŞ-la əməkdaşlıq edirlər ki, amerika ideallarının onlara cəlbedici, ABŞ-ın başçılığı altında olan beynəlxalaq sistemin  isə ədalətli görünür. Realistlər daha utanmaz nəzər nöqtəsinə tərəfdar olurlar, amma əgər onlar Vaşinqtonun ikiüzlülüyünü yadlarına salırlarsa, yenə də ona böyük əhəmiyyət vermirlər. Onların fikrincə, məhz Vaşinqtonun soyuq, kobud gücü, onun idealları deyil, digər ölkələrin onunla əməkdaşlıq etməsinə kömək edir.

Əlbəttə ki, ABŞ beynəlxalq siyasətdə yeganə ikiüzlü deyil. Amma ABŞ-ın ikiüzlülüyü digər dövlətlərin ikiüzlüyündən daha ciddi nəticələrə səbəb olur. Bu ona görə baş verir ki, bugün dünyanın böyük hissəsi Vaşinqtonun qurduğu sistem, o sistem ki, bir tərəfdən ABŞ-ın gücünə əsaslanıb, digər tərəfdən onun liberal idealları tərəfindən qanuniləşdirilib, çərçivəsində yaşayır. Qanunun diktaturasının, demokratiyanın və azad ticarətin amerika idealları Ikinci Dünya müharibəsindən sonra ABŞ-ın köməkliyi ilə əsası qoyulmuş beynəlxalq institutların, həmçinin də Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun,BMT-nin, eləcə də Ümumdünya Ticarət  Təşkilatının  ayrılmaz hissəsinə çevrilib.  ABŞ-ın aşkar dünya ağalığı təhlükəsinə baxmayaraq – İraq müharibəsindən başlamış maliyyə böhranına qədər – beynəlxalq nizam hələ də amerikaçı olaraq qalır.

Və bu sistem üçün ikiüzlülk sürtkü yağı ona görə lazımdır  ki, onun mexanizmləri fırlanmağa davam edə bilsinlər. Digər dövlətlərin belə dünya nizamının leqitimliyinə inanmağa davam etmələri üçün amerika məmurları daim öz ideallarını irəli sürməli və liberal prinsiplərə bağlılığını səsləndirməlidirlər. ABŞ öz hegemonluğunu yalnız kobud güc hesabına saxlaya bilməz. Amma, bu yaxınlarda ictimaiyyətə açılmış gizli məlumtlar göstərdi ki, Vaşinqton həm də təbliğ etdiyi dəyərlərə düzgün riayət edə bilmir. Belə uyğunsuzluq mövcud dünya nizamınıın digər dövlətlər tərəfindən  qanunsuz  kimi qiymətləndirmək riskini artırır.

Əlbətəə, indiyə kimi ABŞ öz ikiüzlülüyünə görə məsuliyyətdən qaça bilib. Vaşinqton uzun müddət nüvə silahının yayılmaması haqda ideyanı təbliğ edirdi və hətta bəzi dövlətləri nüvə sahəsində öz maraqlarından imtina etməyə belə inandırmışdı. Eyni zamanda da, o İsraildə nüvə silahının ortaya çıxmasını sakitcə qəbul etdi, 2004-cü ildə isə Hindistanın dinc məqsədlər üçün nüvə texnologiyalarından istifadə etmə hüququnu təsdiqləyən rəsmi müqavilə imzaladı, baxmayaraq ki, Hindistan nüvə silahının yayılmaması haqda Razılaşmaya məhəl qoymurdu. Vaşinqton demokratiya ideallarına tərəfdar olduğunu bəyan etməkdən yorulmur, amma iyulda misir ordusunun seçilmiş hökuməti devirərkən hərbi devrilişi devriliş adlandırmamaqla olaylara qarışmaq istəmədi. Bundan başqa, “terrorla mübarizəni” də yada salmaq lazımdır: xarici dövlətlər insan hüquqlarına toxunduqda Vaşinqton onları sərt şəkildə tənqid edir, amma eyni zamanda da tələb edir ki, onun öz hərəkətlərinə güzəştlə yanaşsınlar, çünki, ABŞ-ın milli təhlükəsizliyi ortaya qoyulub.
ABŞ-ın öz ikiüzlülüynüə görə məsuliyyət çəkməməsinin səbəbi ondan ibarətdir ki, digər dövlətlər onu inadla görmək istəmirlər. Onların Vaşinqtonun təmin etdiyi qlobal ictimai nemətlərdən əldə etdikləri gəliri nəzərə alsaq, onlar  hegemonun  öz pis hərəkətlərinə görə cavab verməsində maraqlı deyillər. Açıq tənqid ABŞ hökumətini  yalnız öz maraqlarını güdməyə təhrik edə bilər ki, bu da mövcud dünya nizamını təhlükə altında qoyar. Bundan başqa, ABŞ Vaşinqtonun hərəkətlərinin məntiqsizliyinə dəlalət edənləri onlarla ticarət əlaqələrini kəsməklə və ya başqa hər hansı digər yolla cəzalandıra bilər. Məhz buna görə də, ABŞ-ın mütəffiqləri, bir qayda olaraq, öz narahatlıqlarını bağlı qapılar arxasında şəxsi söhbətlər zamanı bildirirlər. Onların düşmənləri müəyyən müddətdən bir  ABŞ-ı çatışmazlıqlarını göstərirlər, amma onlar özəri də yüksək əxlaqları ilə fəxr edə bilməzlər.

ABŞ-ın asanlıqla vədlərini pozması onun liderlərinin arasında əlavə lovğalığın yaranmasına səbəb oldu. Nəzərə alsaq ki, bugün çox az dövlət ABŞ-ın ikiüzlülüyünə dəlalət edir, amerikalı siyasətçilər öz dövlətlərinin ikili standartlarına qarşı həssaslığı itirib. Amma Menninqin və Snoudenin sayəsində bu ikili standartlara göz yummaq daha çətin oldu.


Ciddi olmaq nə dərəcədə vacibdir


Bunun nələrə gətirib-çıxara biləcəyini anlamaq üçün Snoudenin ifşalarının amerikanın kibertəhlükəsizlik sahəsində siyasəti üçün nəticələrinə baxın. Yaxın günlərə kimi ABŞ məmurları öz dövlətlərinin kibersahədə hücum potensialını müzakirə etmirdilər  və əsasən ölkənin xarici hücumlardan müdafiə strategiyasını xüsusi olaraq qeyd edirdilər. Eyni zamanda da, onlar açıq şəkildə bir neçə dəfə  amerika kompyuter şəbəkələri üçün təhlükəli olan və ABŞ-la Çin arasındakı  münasibətlərə zərər verən çin xakerlərinin hücumları haqda bəyan etmişdilər .

Bununla belə ABŞ-da olduqca uzun zaman ərzində gizli şəkildə Çinin – və digər düşmənlərinin – kompyuter şəbəkələrinə irimiqyaslı hücumları aparılıb. ABŞ hökuməti kiberfəzada həm hücum, həm də müdafiə potensialının işlənib hazırlanmasına gizli şəkildə milyardlarla dollar qoyub. Snouden isə göstərdi ki, amerika hərbiçiləri təkcə Çinin hərbi qüvvələrinin kompyuterlərini deyil, həm də Çinin mobil əlaqə operatorlarına və bu ölkənin ən prestijli universitetinə aid olan kompyuter sistemlərini sındırıblar.

Baxmayaraq ki, Snoudenin materiallarının nəşrinə qədər bir çox ekspertlər çin kompyuter sistemlərinin sındırılmasında ABŞ hökumətinin əli olduğunu bilirdilər, Vaşinqton hər şeyi inkar edə bilirdi. Tənqidə qarşı immunitetə sahib olan merikalı məmurlar Çinin kiberfəzada qanunsuz fəaliyyətini müxtəlif təsir alətləri vasitəsilə , hədə-qorxodan tutmuş çin xakerlərinə qarşı ittiham irəli sürməyə qədər, dayandırmaq məqsədilə genişmiqyaslı piar-kampaniya planlaşdırmaqla məşğul idilər. Çin hökumətinə amerikalıların ikiüzlülüyü yaxşı tanış olsa da, ölkələr arasındakı münasibətlərin növbəti dəfə pisləşməsinə səbəb olmamaq üçün onların ikiüzlüyünü göstərmədilər.

Amma, Snoudenin ifşasından sonra çinlilər nəzər-nöqtələrini dəyişdilər. ABŞ-ın ikiüzlüyünü görə öz qəzəbini ifadə etmək üçün Çinin əlinə yaxşı səbəb düşdü. İndi Vaşinqton Çinin ABŞ-ın sənədlərlə sübut edilmiş hərəkətlərini ittiham etməsinə görə çətin ki, ondan inciyəcək. Əslində, Snoudenin açıqlamaları Çinə ABŞ-ın hərəkətləri ilə bağlı öz hiddətini açıq şəkildə bildirməkdən başqa seçim qoymurdu. Əgər Çin ABŞ-ın ikiüzlülüyünü tənqid etməsəydi, onun təmkinliyini zəiflik kimi izah etmək olardı. Snoudenin materiallarının nəşrindən sonra, mətbuat konfranslarından birində Çinin Milli müdafiə Nazirliyinin nümayəndəsi qeyd etdi ki, bu skandal ABŞ-ın internet-təhlükəsizliyi sahəsində “əsl simasını və ikiüzlü davranışını” açıb göstərdi.

Vaşinqton üçün gözlənilməz oldu. İndi o ABŞ kəşfiyyatının keçmiş rəhbəri Coel Brenner (Joel Brenner) təklif etdiyi kimi, çin xakerlərinin məqsədi kommersiya sirrlərinin oğurlanması olan təxmini qəbul edilməz  hərəkətləri və  ABŞ-ın milli təhlükəsizliyin müdafiəsinə yönəlmiş tamamilə leqitim hərəkətləri arasında sərhəd qoyan xətt çəksin. Amma, böyük ehtimal ki, bu sərhəd xəttinə heç kim əhəmiyyət verməyəcək. Buna görə də Vaşinqton çin xakerlərin hərəkətlərinə qarşı açıq kampaniyanı unutmalı oldu.

Menninqin və Snoudenin açıqlamaları yeni dövrün başlanğıcı oldu: ABŞ hökuməti artıq öz gizli fəaliyyətini gizli saxlayacağına  zəmanət verə bilməz. Bugün yüz minlərlə amerikalı gizli sənədlərə giriş imkanına malikdir, hansı ki, bu sənədlər açılması ölkəni olduqca pis vəziyyətdə qoya bilər. Son açıqlamalar sübut etdiyi kimi, kameralarla təhciz edilmiş fleş-disklrə və mobil telefonlar zamanında hətta əjdaha qanunlar və cəzalar belə gizli informasiyanı sızmalardan qoruya bilməz. Nəticədə bugn Vaşinqton elə bir hal yaşayır ki, bunu inkişaf edən ikiüzlülüyün kollapsı adlandırmaq olar. ABŞ hökuməti, onun dostları və rəqibləri amerika xarici siyasətinin qaranlıq tərəflərinin mövcud olduğunu daha əminliklə inkar edə bilməyəcəklər və indi onlar onun üzünə baxmalı olacaqlar.


Sözlərinizi işlərinizlə, işlərinizi sözlərinizlə möhkəmləndirin


İkiüzlülük  dövrünün sonu ABŞ-ı olduqca çətin seçim etmək zərurəti qarşısında qoyur. İstənilən halda, Vaşinqton siyasəti və onun bəyanatları bir-birinə uyğun gəlməlidir.

ABŞ hökuməti üçün ən sadə həll bundan ibarətdir ki, gələcək üçün ikiüzlü bəyanatlar etməsin və qəbul etsin ki, onun hərəkətlərinin çoxunun arxasında dar eqoistik hədəflər dayanır. O Vaşinqtonun indiyə kimi artıq  bəyan etdiklərini təsdiqləsə, sızmalar daha az peşmanlıq gətirəcək və məhvedici olacaq. Əslində Vaşinqton Çindən və Rusiyadan çox şey götürə bilər: öz davranışlarını ümumi rifah uğrunda mübarizə çərçivəsinə yazmaq əvəzinə, bu ölkələr onların milli suverenliyi üçün pozuntu görünən hər şeyi tənqid edirlər və öz maraqlarını lazım bildikləri kimi müdafiə etmək hüququnu qoruyurlar. İfşaçıları uzun həbsxana müddəti ilə cəzalandırmaqla və onlara siyasi sığınacaq təklif edən dövlətləri hədələməklə Vaşinqton da eyni şeyi edə bilərdi.

Bununla belə, belə kursun problemi bundadır ki, ABŞ-ın milli maraqları qlobal çoxtərəfli əlaqələr sistemi ilə sıx bağlıdır. Vaşinqton ifşaçıları sığınacaq təklif edən dövlətlərə qarşı sanksiyalar tətbiq edəcəyini bəyan etməklə liberalizm ideallarının müdafiəsi barəsindəki əhdini artıq pozub. Əgər ABŞ qarşılıqlı rifah barəsində bəyanatlarından imtina etsə, bu Vaşinqtonun başında dayandığı dünya nizamı prinsiplərinə riayət etməməsi demək olacaq. Əgər digər dövlətlər Vaşinqton kimi hərəkət etsələr və yalnız öz şəxsi eqoistik maraqlarını müdafiə etməyə başlasalar, Vaşinqtonun yaradılmasına bir neçə on illiklər sərf etdiyi ticarət əlaqələri və əməkdaşlıq sistemi sadəcə yox olacaq. ABŞ hər kəsin beynəlxalq əməkdaşlığa aid olduğu bir dünyada çiçəklənə bilməz, çünki, ora da Putin də aiddir.

Amma bu kursa daha uyğun alternativ kurs da var: Vaşinqton özünü elə aparmalıdır ki, onun işləri sözləri ilə daha tez-tez üst-üstə düşsün. Tamamilə ideal olmayan belə yanaşma da ona baha başa gələcək, çünki beynəlxalq siyasətdə dövlətlərin idealları və maraqları tez-tez konfliktə girir. Bununla belə, ABŞ hökuməti milli təhlükəsizliyi təhlükə altında qoymadan öz davranışlarında yavaş-yavaş ikiüzlülükdən imtina edə bilər.

İşgəncə məsələlərində, digər ölkələrin dinc əhalisi arasında qurbanlara tamamilə etinasızlıq, izləmə sistemlərinin genişləndirilməsində ikili standartlar – bu punktlardan heç birini millətin rifahında əsas faktorlardan biri adlandırmaq olmaz, baxmayaraq ki, bəzi hallarda onlar ona zərər vurur. Baxmayaraq ki, hazırki administrasiya onun sələfləri üçün xarakterik olan bəzi cinayətləri törətmir, amma yenə də o çox uzun yol keçməlidir.
Demokratiya şəraitində məxfilik hökumət siyasətinin bir hissəsi olmaq üçün hüquqi əsasa malikdir. Bununla belə, onda açıq ikiüzlülüyə yer olmamalıdır. Seçicilər başa düşürlər ki, onlar hökumətin etdiyi hər şeyi bilə bilməzlər, amma onlar aldadılmağı sevmirlər. Əgər ABŞ təhlükəli ikiüzlülük asılılığından yaxa qurtarmaq istəyirsə, o real qnunverici nəzarətlə və onun hökumətinin siyasəti ərtafında açıq demokratik müzakirələrlə barışmalı olacaq. İkiüzlülük dövrünün sonu gəldi.

Henri Farrel  (Henry Farrell), Marta Finnemor Финнемор (Martha Finnemore)


Henri Farrel Corc Vaşinqton universitetində politologiya və beynəlxalq münasibətlər professorunun köməkçisidir. Marta Finnemor Corc Vaşinqton universitetində politologiya və beynəlxalq münasibətlər professoru.

Tərcümə: Azərbaycan ekososialistləri

Комментариев нет:

Отправить комментарий