Mən bir amerika
aktyoru kimi sizin bütün dünyada kapitalist mətbuatı tərəfindən nəşr olunan
bəzi ittihamlarınıza cavab verməliyəm. Mənim fikrimcə, onlar yalançı
ittihamlardır və dünya xalqları onların niyə yalançı olmasını bilməlidirlər.
Siz Sovet İttifaqını
“ nifrətlə və ədalətsizliklə yoluxmuş olduqca xəstə cəmiyyət” kimi
damğalamısız. Siz deyirsiz ki, Sovet hökuməti “düşmənlərsiz yaşaya bilməzdi və
bütün atmosfer nifrətlə, hətta irqi nifrət qarşısında belə dayanmayan nifrətlə
dolub”. Siz yəqin ki, mənim ölkəm haqda danışırsız, öz ölkəniz haqda deyil! Axı
öz iqtisadiyyatına hərəkət etmək, diktatorlarımıza, hərbi-sənaye
komplekslərimizə Vyetnam xalqının, bizim öz əsgərlərimizin və dünyanın bütün
azadlıq sevər xalqlarının qanı bahasına daha çox zənginlik və hakimiyət əldə etmək imkanı
vermək üçün müharibə aparan və mümkün müharibələrlə gərgin vəziyyət yaradan
məhz Amerikadır, Sovet İttifaqı deyil! Xəstə cəmiyyət mənim vətənimdədir, sizin
vətəninizdə yox, cənab Soljenicsin!
Bəşəriyyət
tarixinin indiyə kimi tanıdığı ən zorakı cəmiyyətə çevrilən məhz Amerikadır,
Sovet İttifaqı deyil. Nəhəng
korporasiyalardan çox mafiyanın ən çox iqtisadi hakimiyyətə sahib olduğu Amerikada, və harada ki, vətəndaşlarımız
cinayətkar hücumlara məruz qalmaq qorxusundan gecələr küçədə gəzə bilmirlər. Axı məhz
Birləşmiş Ştatlarda, Sovet İttifaqında deyil, öz vətəndaşlarımız 1900-ci ildən
bəri birinci və ikinci dünya müharibələrindəki, həmçinin Koreyada və Vyetnamdakı
döyüşlərdə ölən amerika əsgərlərindən daha çox insan öldürüblər! Bizim bəzi
ədalətsizliklərimizə qarşı səs qaldırmağa özündə cəsarət tapan istənilən şəxsi
və hər bir proqressiv lideri öldürməyi rahat hesab edən məhz bizim cəmiyyətdir.
Xəstə cəmiyyət budur, cənab Soljenitcsin!
Sonra siz irqi
nifrət haqqında danışırsız! İki yüzillik zaman boyunca yarımqul vəziyyətində
saxlanılan neqrlərin ölümü hələ də Amerikada cəzasız qalır, Sovet İttifaqında
deyil. Amerikada, Sovet İttifaqında deyil, polis araşdırmadan öz hüquqlarının
müdafiəsinə qalxan istənilən və hər bir neqri döyür və həbs edir.
Sonra da deyirsiz
ki, “söz azadlığı, sözün həqiqi və tam azadlığı – istənilən sağlam cəmiyyətin,
həmçinin də bizim, ilkin şərti budur”. Bu fikirləri əzab çəkən, öz varlığı
uğrunda mübarizə aparmalı olan və öz iradəsinin əksinə olaraq, yalnız ABŞ-ın
hərbi yardımı sayəsində hakimiyyətə qalan diktator rejimlərin zülmü altında yaşayan xalqların arasında yaymağa
çalışın.
Öz fikirləriniz haqda o insanlara danışın ki, “sağlamlığı” yalnız
bundan ibarətdir ki, həkimə vermək üçün pulu olmadığından uşaqlarının yarısı doğum zamanı ölür və tibbi
xidmətin olmaması üzündən bütün ömür boyu əzab çəkir. Bu haqda kapitalizm dünyasının
insanlarına danışın, hansıların ki, “sağlamlığı” yalnız bundan ibarətdir ki,
onlar bütün ömürlərini işsizlik qarşısında daimi qorxu ilə keçirirlər. Amerika
neqrlərinə söyləyin, iki yüz illik “amerikasayağı
söz-azadlığı”ından sonra hələ də ABŞ-ın əksər rayonlarında neqri öldürməyin ayı
ovu kimi bir şey olduğunu düşündükləri halda “sağlamlıq” və “ söz azadlığı”
onların ağlarla bərabərlik uğrunda ədalətli mübarizəsində onlara nə qədər kömək
edib!
Kapitalizm
dünyasının zəhmətkeşlərinə “söz azadlığı sağlamlığın ilkin şərti kimi”
xüsusunda ideyalarınızı söyləyin, əgər pul azlığına görə onların oğlanları və
qızları məktəbdə öz zehni bacarıqlarını inkişaf etdirə bilmirlərsə, buna görə
də heç vaxt oxumağı öyrənə bilməyəcəklər! Yer kürəsinin əhalisinin böyük əksəriyyəti hələ
də sözü üzündən oxumaq imkanı haqda danışdığı halda siz söz azadlığından danışırsız!
Xeyr, cənab Soljenicsin,
sizin söz azadlığı sağlamlığın ilkin şərti haqda tərifiniz doğru deyil. İlkin
şərt vətəndaşlarının oxuya, yaza, işləyə və birlikdə sülh şəraitində yaşaya
bilməsi üçün ölkəni əxlaqı, zehni, mənəvi və fiziki cəhətdən kifayət qədər sağlam
etməkdən ibarətdir.
Xeyr, cənab
Soljenicsin, mən sizin cəmiyyətin sağlamlığı haqda ilkin şərtinizi və xüsusilə
sizin təyin etdiyiniz kimi və sizin kontekstdə qəbul etmirəm. Mənim özünün “söz
azadlığı” ilə taninan ölkəm, - polisin dinc yürüş iştirakçılarına hücum etdiyi
ölkədir. Mənim ölkəmdə dinc yürüşlərə icazə verilir, və eyni zamanda da davam
edən müharibə vyetnam xalqının həyatına ölümcül təsir edir, çünki, nümayişlər,
əlbəttə ki, hökumətin siyasətini zərrə qədər də olsa dəyişmir. Yəni həqiqətən
düşünürsüz ki, mənim ölkəmi və dünyanın yarısını idarə edən hərbi-sənaye
kompleksi “söz azadlığı”na can yandırır?! Onun rəhbərləri başa düşürlər ki, onlar və
yalnız onlar qərar qəbul etmək hökmünə sahibdirlər. Həqiqətən də, söz azadlığı
sözdədir, əməldə deyil!
Siz həmçinin bəyan
edirsiz ki, Sovet İttifaqı XX əsrlə ayaqlaşa bilmir. Əgər bu doğrudursa, yalnız
ona görə ki, Sovet İttifaqı həmişə XX əsrdən yarım addım öndə gedir! Siz doğrudanmı
öz xalqınıza bütün proqressiv xalqların başçısı və avanqardı rolundan imtina
etməyi və Yer kürəsinin digər hissəsində, az qala feodal şəraitli bir çox dövlətlərin ədalətsizliklə dolu atmosferində
mövcud olan qeyri-insani və ağır şəraitə qayıtmağı təklif edirsiz?
Cənab Soljenicsin,
məqalədə daha sonra deyilir ki, siz – “Sovet İttifaqının çox əziyyətlər
çəkmiş yazıçısısız”. Görünür, bu o
deməkdir ki, siz əxlaqi və ictimai prinsiplərin yoxluğundan əziyyət çəkirsiz və siz sakit gecə
saatlarında özünüzlə tək qalan zaman vicdanınız sizə əzab verir.
Doğrudur ki, Sovet İttifaqının öz
ədalətsizlikləri və çatışmazlıqları var, amma axı dünyada hər şey nisbidir.
Sizin cəmiyyət prinsipdə və əməldə həqiqi sağlam və ədalətli cəmiyyətin
yaranmasına can atır. Bizim cəmiyyətin qurulduğu prinsiplər qəddar, tamahkar və
ədalətsiz olduğu halda, sizin cəmiyyətin qurulduğu prinsiplər – sağlamdırlar,
təmiz və ədalətlidirlər. Görünür, həyatda səhvlər və bəzi ədalətsizliklər ola
bilər, amma şübhəsizdir ki, ədalətli əsaslar üzərində qurulmuş cəmiyyət
ədalətli cəmiyyətə çevrilmək üçün daha çox perspektivlərə malikdir, nəinki ədalətsizlik
və insanın insan tərəfindən istismarı üzərində qurulan cəmiyyət. Mənim ölkəmin
cəmiyyəti və hakimiyəti zamandan geridə qalıblar, çünki onların yeganə məqsədi
bütan dünyada status-kvo saxlamağa çalışmaqdır. Məhz sizin ölkə insanlıq uğrunda
proqressiv addımlar atmağa çalışır, və əgər o hər hansı bir şeydə mükəmməl
deyilsə və bəzən büdrəyirsə, biz bu
çatışmazlıqlara görə bütün sistemi ittiham etməməliyik, onu cəsarətinə və yeni
yollar açmaq cəhdlərinə görə alqışlamalıyıq.
Səmimi qəlbdən sizin, Din Rid
Огонек № 5 (2274), 1971-ci il.
Литературная газета № 5, 1971-ci il.
Литературная газета № 5, 1971-ci il.
Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur
Комментариев нет:
Отправить комментарий