16 дек. 2013 г.

Mövcud sistemi – rasizmi, işsizliyi, hüquqsuzluğu, bərabərsizliyi , həyat tərzi kimi reklam olunan mənəviyyatsızlığı qəbul etməyən və daim onunla mübarizə aparan tanınmış musiqiçi, şair və aktyor Din Ridin ABŞ prezidentinə yazdığı məktub.

  Din Rid ABŞ səfirliyi qarşısında simvolik olaraq amerika bayrağını yuyur. Santyaqo (Çili),
                                                               1 sentyabr 1970-ci il.

ABŞ PREZİDENTİNƏ

VAŞİNQTON

Əziz prezident Karter, “Siz əmin ola bilərsiz ki, amerika xalqı və bizim hökumət insan hüquqlarının müdafiəsi üzrə öz öhdəliklərini əminliklə yerinə yetirməyə davam edəcək”.
Bu sitat nə vaxtsa siz tərəfindən yazılmış açıq məktubdan götürülmüşdür. Bundan istifadə edib mən də Sizə açıq məktub yazıram.

Birləşmiş Ştatların Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi Endryu Yanq bu yaxınlarda söyləmişdi: “ Birləşmiş Ştatlarda yüzlərlə, bəlkə  də, minlərlə siyasi məhbus var, və onlar ona görə həbsxanadadırlar ki, günahkardırlar, ona görə ki,  yoxsuldurlar. Bizim sistem ağıllı, aktiv, yoxsul insanları həbsə atır və ağıllı, aktiv, varlı insanları mükafatlandırır”.

Baxın görün bizim ölkədə nələr baş verir, cənab prezident!

1978-ci ilin 8 sentyabr tarixli “Seven days” jurnalı yazırdı: “Amerika adam başına düşən məhbus sayına görə bütün qərb dövlətlərindən öndədir. Hazırda ABŞ həbsxanalarında təxminən 600 000-dən çox insan var”.

Baxın görün bizim ölkədə nələr baş verir, cənab prezident!

70-ci illərin əvvəlində keşiş Ben Çeyvis və 9 nəfər digər amerikalı Şimali Korolinada ümumilikdə 282 il həbs cəzasına məhkum edilmişdi. Onların cinayəti: onlar öz həyatlarını və bacarıqlarını Amerikada insan hüquqları uğrunda mübarizəyə həsr ediblər. “Uilminqton onluğundan” bəziləri  dünya ictimaiyyətinin fikrinin məhkəmə ədalətsizliyinə qarşı geniş etirazları sayəsində hazırda azadlıqdadırlar. Amma Çeyvis hələ də həbsxanadadır – və 34 il azadlığı gözləməlidir.

Baxın görün bizim ölkədə nələr baş verir, cənab prezident!

Böyük ironiya bundan ibarətdir ki, Amerikada insan hüquqları uğrunda mübarizə aparan insanlar həbsxanaya birinci düşürlər, onlara işgəncə verirlər və hətta öldürürlər. Amma ən böyük ironiya və ikiüzlülük bundadır ki, Siz, Birləşmiş Ştatların prezidenti kimi “insan hüquqları” uğrunda dünya miqyasında kampaniyaya başlamısız, amma burada, bizim ölkəmizdə, Amerika Birləşmiş Ştatlarında bu hüquqların biabırçı şəkildə  pozulmasını dayandırmaq üçün heç nə etmirsiz.
Baxın görün bizim ölkədə nələr baş verir, cənab prezident... və Ben Çeyvisi və Birləşmiş Ştatların digər siyasi məhbuslarını azad edin.

Səmimi qəlbdən,
Din Rid.

Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur

Комментариев нет:

Отправить комментарий