Siz Leninin həyatı haqda çoxcildli işinizin artıq ik hissəsini
yazmısız. Bu həm inqilabçı başçının həyatı haqda anticommunist təhriflərə
cavab, həm də arxivlərə,faktlara və xarici mənbələrə sərbəst giriş şəraitində
bizə Leninin bioqrafiyasının yeni versiyasını verməli olan işdir. Söyləyin,
1991-ci ildən sonra Lenin haqda hər hansı yeni informasiya açılıbmı? İnqilab
başçısının “kanonik” sovet obrazı bizə məlumdur. Arxivlərin açılması nəyi
dəyişdi? Yeni bir şey məlum oldumu? 
 İş burasındadır ki,
1991-ci ildən sonra Lenin elmi tədqiqat dairəsindən çıxdı,
çünki, onun ətrafında baş verən hər şey tamamilə təbliğat sahəsindən, mən
deyərdim ki, ideoloji mübarizə sahəsindən idi.Antileninizm antikommunizmin ən
vacib hissəsinə çevrildi. Buna görə də, işıq üzü görən hər şey olduqca tətbiqi
xarakter daşıyırdı. Deyək ki, Volkoqonov – tamamilə propaqandadır, onun
epiqonları tərəfindən yaradılmış hər şey, bir ümman ədəbiyyat, - hamısı eyni
operadandır. Bununla belə həmin vaxt Qərbdə xeyli maraqlı şeylər çıxırdı. Bu
mənada ən dərin işlər amerika işləridir. Bu çox təəssüf ki, bu yaxınlarda vəfat
etmiş böyük tədqiqatçı Moşe Levindir. Bu Aleks Rabinoviçin kitablarıdır.
Məsələn. Onun sonuncu kitabı “Bolşeviklər hakimiyyətdə” – keyfiyyətli tədqiqat
nümunəsidir.Əlbəttə, onların hər birinin öz “tarakanları”
var. Amma analiz, yeni sənədlərin istifadəsi baxımından bunlar ciddi işlərdir.
Fransada, Almaniyada müəyyən simalardan ibarət dairə var ki, Lenin haqda
yazırlar. Bu yaxınlarda macar filosofu və tarixçisi Tamaş Krausun işləri.
Bir də əlbəttə ki, Jijek, onun Lenin haqqında fəlsəfi işləri. Odur ki, bu mənada hər şey qaydasındadır. Hə, bir də antileninçi, antikommunist ədəbiyyat da var, amma prinsip etibarilə Qərb ədəbiyyatına nəzər salsaq, bizdə olan tip belə kitablar ümumiyyətlə orada ədəbsizlik sayılır. Ştatlardan gələn uşaqlar deyir: “Siz dəli olmusuz?”. Bəzi konkret məsələlərin, misal üçün, guya Leninə göndərilən alman pulları haqda, araşdırılmasından söhbət düşəndə onlar xüsusilə təəccüblənirlər. Bu məsələdə birinci yeri amerikalılar tutur. Bizdə də Sobolevin “Alman qızılının sirri” adlı gözəl kitabı var, hansı ki, sübut edir ki, bütün bunlar tamamilə yararsız bir şeydir. Və bütün materiallar 40-50 il əvvəl məlum idilər, açıq idilər. Amerikalılar faktları çox yaxşı yoxlayıblar. Bizdə isə Lenin haqda məsələ daim ya yağ bahalaşdıqda, ya da seçkilər yaxınlaşdıqda üzə çıxarılır. Bu ildırım ötürücü kimi bir şeydir. Ki, yeri gəlmişkən, bu da sübut edir ki, bu məsələ böyük əksəriyyət insanları maraqlandırır. 
Bizdə
  kitab nəşriyyatında dəqiq siyasət yürüdülür: gəncləri qorxutmaq üçün maraq
  sahəsini kiçiltmək lazımdır. Əgər Suvorovun “Buzqıran”ı kimi sərsəm bir şey
  milyonlarla tirajla nəşr edilibsə, Qoredecskinin ingilis dilindən tərcümə
  edilmiş “”Buzqıran” Mifi” kitabı cəmi 1500 ekzemplyar tirajla çıxıb.
  Periferiyalara hansısa maraqlı işlər gəlib çıxır, amma onların hamısı tarixə
  heç bir aidiyyatı olmayan kitabların kütləsi, təbliğat uçqunu altında əzilir.
  “ Gözəl insanların həyatı” seriyası Leninin bioqrafiyasını ümumumiyyətlə elmi
  təsəvvürlərdən uzaq bir şey kimi təqdim edib. Bu artıq müəllifin tədqiqat
  predmetini anlamadığı hadisədir. O yeni sənədlərin meydana çıxmasından əvvəl
  yazılıb, ona görə də iş tərkibinə görə tamamilə gülüncdür. 
Leninin əsas xüsusiyyətlərini
  necə xarakterizə etmək olar? O sərt yoxsa demokratik insan idi? 
Bu
  bir qədər doğru müqayisə deyil. O, bütün həyatı müəyyən ideyaya, müəyyən
  məqsədə tabe olan insan idi. O özü söyləmişdi ki, zəhmətkeşlərin azadlığı
  uğrunda mübarizə böyük işdir, və 
  həyatını bu işə görə qurban vermək heyif deyil. Amma bu onun həyatdakı
  davranışlarını, dərrakəsini, sevincini, kampaniyaçılığını, dostluğunu,
  sevgisini tamamilə istisna etmirdi. Amma o həqiqətən hədəfi olan insan idi.
  İndi söyləyirlər: “Siyasi iradə çatmır!”. Siyasi iradəsi olan və bu iradənin
  insan azadlığna kömək etməsinə qətiyyətlə inanan insan isə öz məqsədinə doğru
  gedirdi. Düzgün olub olmamasını müxtəlif yollarla yoxlayaraq. Bu hər hansı
  bir sxolastın ağlının məhsulu deyil ki, o məntiqi olaraq bu və ya digər
  tərzdə hərəkət etməsi haqda nəticə çıxarsın. Əgər Rusiya tarixinin, onun
  həyatının hər hansı qarışıq dövrünü götürsək, XX əsr Rusiya tarixi və onun
  həyatı isə bir-birilə o qədər sıx bağlıdır ki, görərik ki, hər dəfə hər hansı
  bir vacib qərar qəbul ediləndə, istər bu 1917-ci il üsyanı məsələsi olsun,
  istər Brest sülhü məsələsi, həmin günlər insanlarla, fəhlələrlə, kəndlilərlə baş
  tutmuş onlarla görüşlərlə doludur. 
Əvvəllər
  xalqı qoyun sürüsü saymaq qeyri-mədənilik göstəricisi idi. Əvvəllər bu
  ədəbsizlik idi. Və Lenin də həqiqətən xalqa inanların sırasında idi və hər
  addımında əmin olurdu ki, bu kütlə nəhəng tarixi təcrübəyə, sağlam düşüncəyə,
  yaxşı və pis haqda öz düşüncəsinə malikdir. “Böyük reformların” iflasının
  səbəbi nədir? Və ya stolıpin islahatlarının iflasının? Stolıpin Avropanı
  gəzdi, Prussiya sərhədində onun malikanəsi vardı, o dedi: “ Nə gözəldir!
  Gəlin Rusiyada Prussiya ucaldaq. Bizim Qrossbayerlərimiz – qolçomaqlarımız
  olsun. Biz ayıqları və güclüləri seçirik, zəifləri və sərxoşları deyil”. Heç
  nə alınmadı, hər şey tamamilə əksinə alındı, çünki obyektiv qanunlar var. 
Pitirim
  Sorokini, onun “inqilab sosialogiyasını” götürək,  o reformların uğurluluğunun 4 əlamətini
  çıxardı: reformlar mövcud qanunlar çərçivəsində həyata keçirilməlidir,
  əvvəlcə hansısa regionda təsdiq edilməlidir, elmi cəhətdən
  əsaslandırılmalıdır və xalqın əsas instinktlərini nəzərə almalıdır. 
O
  onları əsas götürürdü. O şeyi ki, biz indi mentalitet adlandırırıq. Nəyin
  pis, nəyin yaxşı olması haqda xalqın öz təsəvvüləri var. NEP və inqilab aqrar
  problemləri, XİX əsr Kiselev komissiyasından başlayaraq onilliklərlə həll edə
  bilmədikləri torpaq məsələsini həll etdiyi halda, 20 ildir ki, islahatçılar
  nəsə islahatlar edirlər amma heç nə alınmır. Kişilər otururdular və
  düşünürdülər ki, kəndlilərə necə yaxşılıq etsinlər. İnsanları rahat buraxın,
  imkan verin istədikləri kimi yaşasınlar! Torpaq haqqında Dekret nədir?
  Kəndlilərin təkliflərini topladılar, ora heç nə daxil etmədilər. Bundan da
  küliyyat hazırladılar, hansı ki, dövlət qanunu oldu, yeri gəlmişkən, bu
  tarixdə yeganə hadisədir ki, xalqın iradəsi qanuna çevrilmişdi. Hansısa
  intelektual dairələr vasitəsilə ifadə edilmiş deyil, birbaşa xalqın ifadə
  etdiyi. Leninin bax belə bir xüsusiyyəti vardı. Bugün başa düşməli olduğumuz
  ikinci xüsusiyyət. O anlayırdı ki, inqilab kimi istənilən sosial silkələnmə
  çoxtəbəqəlidir. Bəli, orada avanqard, düşüncəli proletarlar var, amma
  insanları onillərlə ayaqlar altında əzəndə, onları saymayanda, özü də
  savadsız, təhsilsiz əhalini, etiraz formaları artıq Almaniyada olduğu kimi,
  orkestrlə, bayraqlarla olmayacaq. Puqaçov tərzində, 1905 və 1917-ci illərdə
  insanların baş verəcəyindən qorxduğu tərzdə olacaq, o isə hesab edirdi ki,
  əsas məsələ bu, mübarizədə ayağa qalxmış kütləyə işıq və ağıl verməkdən
  ibarətdir. Həmin bu nəhəng dalğanın istəyini düzgün ifadə etməsəydilər, nə
  Leninin özü , nə də partiya heç nə edə bilməyəcəkdilər. 
Tez-tez
  sual verirlər: “Əgər Lenin olmasaydı inqilab olardımı?”. İnqilab onsuz da
  Leninsiz başlamışdı. 1917-ci ilin fevralında o İsveçrədə oturub orada nə baş
  verdiyini qazetlərdən oxuyurdu. Amma o həmin nəhəng dalğanın ağrısını ifadə
  edə bildi, bununla da bolşeviklər hakimiyyətə gəldi. 
Siz Lenini və Stalini bir-birinə qarşı qoyursuz. Amma bugün əhalinin böyük hissəsinin Stalinə rəğbəti daha çoxdur, nəinki Leninə. 
Niyə
  bugün xalqın Stalinə münasibəti belədir? Bu məlumdur. Bu Stalinə münasibət
  deyil, hazırki hakimiyyətə, hazırki başçılara olan münasibətdir. Siz,
  hakimiyyət Stalini sevmirsiz? Onda biz onu sevəcik. Sadəcə belə. Amma yadda
  saxlamaq lazımdır: inqilablar dövrü titanlar doğurur. Fransız, ingilis, fərq
  etmir. İctimai süqut dövrü isə “piqmeylər” doğurur. Və siyasi xadimlərin bu
  uyğun gəlməyən miqyasları həmişə ziddiyyət yaradır. Lenin o qədər böyük
  simadır ki, hər hansı bir dosent “düşünürəm ki..” deyib fikirləşməyə
  başlayanda gülməli gəlir. O düşünür. Amma qarşınızda istənilən hakimiyyətə
  nifrət edən, sadəcə heç bir şey kimi nifrət edən Bernard Şou var. Bu geniş
  yayılmış fikir idi. Belə ki, Şou Leninə özünün “Mafusailə dönüş”-nü
  göndərəndə o yazırdı: “Həmin yüksək... layiq olan yeganə siyasi xadimə”.
  Ümumiyyətlə, məktub başdan ayağa hörmət, ehtiramdır. Siz ümumiyyətlə nəhəng
  XX əsr intelektuallarının içərisində, misal üçün, yazıçılar Romen Rolan,
  Sartr, kim olur olsun, Leninə qarşı fikir səsləndirən birini tapmayacaqsız.
  Məsələn, Eynşteyn söyləmişdi ki, o insan əxlaqının inkişafına kömək edən
  insanlardan biridir. Ona görə də, siyasi idarəetmədən general Volkoqonovun
  Lenin haqda fikir yürütməsi və onu qiymətləndirməsi sadəcə gülməlidir. 
Leninin
  bioqrafiyasına müraciət edərkən tez-tez tanınmış bolşeviklərin,partiyanın
  yüksək rütbəli üzvlərinin ona və onun mövqeyinə qarşı yönəldiyi anları
  görürük. Siyasi cəhətdən Lenin tək idi, onun indi adlandırdıqları kimi, komandası
  vardı? 
Onun
  həmişə komandası olub, amma səhv etmirəmsə, Sokolnikov onun ölümündən sonra
  yazmışdı: “Biz hamımız küləkdə yellənən cavan meşə kimi idik, amma bu meşədə
  bir şam ağacı vardı. Bu o idi, hər şeyi daha uzaq görən”. Mən onu bir insan,
  mütəfəkkir kimi sevdiyimi heç vaxt gizlətməmişəm. İndi 1922-23-cü illərdən
  yazıram. O tez-tez digərlərinin görə bilmədiklərini görürdü. Bu başqa
  miqyaslı bir şey idi. Məsələn onun Hegelə münasibəti. Hegeli oxuyan yaxşı
  bilir ki, bu ağıl üçün yaxşı gimnastikadır. Onun Hegellə çox maraqlı
  münasibəti vardı. O yeni başlayanda, Şuşenskiyə ilk sürgün, Krupskaya yazır,
  çarpayısının yanındakı taburetin üstündə Hegel və Puşkinin kitabları olurdu.
  Oxuyarkən tez-tez qeydlər aparırdı. Qaranlıq yerləri bir dəfə oxuyurdu, sonra
  ikinci dəfə yenə oxuyurdu, sonra 1915-16-cı illərdə ümumiyyətlə Hegelin
  işlərini dərindən öyrənməyə başladı. O hesab edirdi ki, bütün bunlara
  yiyələnmədən communist-marksist olmaq mümkün deyil. Onun son illəri də Hegelə
  müraciətlə bağlıdır. Lenin hətta Qorkiyə belə Hegelin beş cild kitabını
  özüylə götürmüşdü. Hegeli oxuyanlar bunu başa düşər. Beyin üçün çox ciddi
  gərginlikdir.  
Bizdə
  bu tip rəhbərlər var – “mənim öz ağlım özümə bəsdir, icraçılar lazımdır, sən
  –ora get, sən-onu gətir. Mənim öz ağlım yetərincədir”. Lenin başqa tip insan
  və rəhbər idi, o ünsiyyət axtarırdı. Mən Lenin, 1922-ci il, onun ömrünün qürb
  çağı haqda öz tədqiqatlarımın üçüncü cildini yazıram. Və çox nəzərə çarpır
  ki, o digərlərinin görmədiklərini görür. Trotski “Под знаменем марксизма”
  (“Marksizm bayrağı altında”) jurnalında gənc və yaşlı nəsil bolşeviklər
  arasındakı fikir ayrılıqlarından yazır. Yaşlı nəsil tarixin dərkinə və
  bolşevizmə həyat təcrübələri ilə gəliblər, gənclər isə hər şeyi hazır şəkildə
  qəbul edirlər. Bu onların dünyaya münasibətlərinin, dünya görüşlərinin amili
  olmur.... Özü də Lenini fəhlələr, Vasiliy Şelqunov kimi adi işçilər fəhlə
  hərəkatına gətiriblər. Trotski, Lenindən fərqli olaraq, daha genişmiqyaslı
  şeyləri dərk edə bilmirdi. Lenin ictimai şüura qarşı dayana bilirdi. Trotski
  üçün bu çətin idi. 
Amma Lenin müxtəlif
  dövrlərdə “müxtəlif” idi. Onun ölümündən sonra hər yeni rəhbər özünü Leninin
  ardıcılı elan edirdi. Stalin, Xruşov, Brejnev. Yenidənquruculuq Lenin kursuna
  qayıdış kimi başlayırdı. 
Tarixin
  faciəsi bundadır ki, o həmişə indiki zamandakıların legitimliyi üçün əsas
  olur. Onlar özləri Lenini yarı-dini, müqəddəs bir şeyə çevirdilər.Əvvəllər
  Nikolay uqodnik idi, indi isə -Lenin. Əxlaqi legitimləşdirmə buna əsasən
  aparılırdı: “Leninin sadiq şagirdi”, “ Leninin işinin davamçısı”. 
Lenin
  nə vaxtsa öz vərdişləri, özünəməxsus xarakteri, ünsiyyət manerası olan real
  insan olmağı dayandırdı. O simvola çevrildi. Xüsusilə aşağı kütlə insanları
  üçün. Əvvəllər hər bir kənd daxmasında Məryəmin ikonası və varisi ilə
  birlikdə hökmdar imperator olurdu. Sonralar isə, Qorbaçovun xatirələrini oxuyursan
  yazılıb, kənddə üstdə Məryəmin ikonası, yanında isə Marks-Engels-Lenin ola
  bilərdi. Beləliklə, Lenin -əfsanə real Lenindən ayrıldı. 
Sizcə, sovet
  başçılarından hansı həqiqətən Leninin ardıcılı olub? 
Heç
  biri. Onlar tarixin gedişini heç anlamadılar. Bu yaxınlarda Den Syaopini mütaliyə
  edərkən gördüm ki, onun leninçi tərzi var, çox oxşardı. Amma məsələ bunda
  deyil. NEP-dən çıxmaq, misal üçün, Stalinin istəyi deyildi, bu tarixin gedişi
  idi. Baxmayaraq ki, tarix həmişə çox variantlıdır, yeganə ən qısa yol yoxdur,
  çoxlu sayda yollar var. Leninin ardıcılları başqa yolla getdilər. Onlar nə
  pisdirlər, nə də yaxşıdırlar, amma vəziyyət belə alındı. Bu haqda cildlərlə
  yazmaq olar. Başqa, Lenin yolu ilə də getmək olardı. 
Sizcə Lenin daha
  çox Rusiya miqyasında yoxsa dünya miqyaslı simadır? 
Daha
  çox dünya miqyaslı. XX əsrin mahiyyəti nədədir? Hər bir əsrin müəyyən
  mahiyyəti olmalıdır. XX əsrin mahiyyəti bundan ibarətdir ki, arenaya bu vaxta
  kimi tarixi anabioz vəziyyətində olan xalqlar çıxır: Çin, Hindistan, Latın
  Amerikası. Milyardlarla əhalisi olan ölkələr. Biz axı tarixi belə
  öyrənmişdik: sivil Yunanıstan var, sonra Qədim Roma Bizans imperiyası ilə
  birlikdə genişlənir, sonra Avropa. Axı hələ də avrosentrizm üstünlük təşkil
  edir. XX əsrin mahiyyəti bundan ibarətdir ki, meydana milyardlarla insan
  çıxır. İlk rus inqilabından sonra 1917-ci il inqilabı başladı, elə həmin vaxtda
  da Meksikada Panço Vilya inqilabı. Latın Amerikasında da mülkədar
  malikanələrini yandırırdılar. Rusiyadakı kimi. Yeri gəlmişkən, XX əsrin
  mahiyyəti də elə burdadır: biz ya Şimal və Cənub arasında balans tapacıq, ya
  da... Lenin söylədiyi kimi, “tarix - sərt anadır”. Beləliklə, Lenin
  çoxmilyonluq kütlələrin arenaya çıxmasının simvolu oldu. Həmin qara, geridə
  qalmış kəndli kütləsinin... 1905-ci ildə kəndli müharibəsi başladı və elita
  belə xalqdan qorxdu. İndi bolşeviklər kimi elə bir güc yoxdur, hansı ki,
  həmin gücü, qəzəbi, nifrəti səmtləşdirə bilsin. “Qəzəb doğursun, qisas deyil”
  – Lenin söylədiyi kimi. İndi belə güc yoxdur. 
 | 
 
Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur

Комментариев нет:
Отправить комментарий