İzafi dəyər izafi əməklə yaradılır.
Buna görə də işçilərin istismar dərəcəsinin artırılmasının istənilən üsulu
əlavə iş vaxtının artırılması ilə bağlıdır. Amma bu vaxtı necə artırmaq olar?
Hesab edək ki, iş gününün müddəti 8
saata bərabərdir,hansı ki, bunun 4 saatı lazımi iş vaxtını və digər 4 saatı isə
əlavə iş vaxtını təşkil edir. Qəbul edək ki, işçi 1 saata 2 dollara bərabər
dəyər yaradır. Buna görə də işçi qüvvəsinin günlük dəyəri 8 dollar və izafi
dəyəri də həmçinin – 8 dollar təşkil edəcək.
İndi isə hesab edək ki, iş günü 2saat
uzadılıb, lazımi iş vaxtının miqdarı isə əvvəlki kimi – 4 saat qalır. İzafi
dəyərin norması və miqdarı necə dəyişəcək?
Əlavə iş müddətinin artırılması ilə
izafi dəyərin miqdarı və norması da artacaq. 6 saatlıq əlavə vaxt ərzində işçi
12 dollarlıq izafi dəyər yaradır, amma işçi qüvvəsinin günlük dəyəri dəyişməz
qalır (8 dollar). İzafi dəyərin miqdarı 4 dollar artır,yəni 50% artır, izafi
dəyərin norması da dəyişir.
Mütləq izafi dəyərin istehsalından
söhbət gedərkən təkcə iş gününün uzadılması nəzərdə tutulmur. Kapitalistlər
buna hansı yollarla nail olurlar? Hər şeydən əvvəl, onlar iş gününü açıq şəkildə
uzadırlar. Məsələn, işçiləri 8 saat əvəzində 10 saat işləməyə məcbur edirlər.
Bundan əlavə, onlar istənilən növ maskalanmış yollara əl atırlar. Beləliklə, iş
günü nahar fasilələrinin qısaldılması, iş vaxtından artıq işlərin tətbiqi
hesabına uzadılır. Çox tez-tez belə bir forma da tətbiq edirlər: iş yerinin
hazırlanması,həmçinin hazır məhsulun təhvil verilməsi üçün lazım olan vaxtı iş
günündən ixtisar edirlər. Bir sözlə, mütləq izafi dəyərin istehsalını artırmaq
üçün yeni-yeni metodlar axtarırlar.
Dayanmadan iş gününü artırmaq
mümkündürmü? Əlbəttə ki,yox. İş günü
təkcə minimal deyil,həm də maksimal sərhədlərə malikdir. Birincisi, iş
qüvvəsinin istifadə edilməsinin fiziki həddi var. İşçi sutkanın bütün 24
saatını işləyə bilməz. Bədəninin ən vacib fiziki tələbatlarını (qida,yuxu,istirahət
və s.) təmin etmək üçün ona vaxt lazımdır.
İkincisi, iş gününün sosial
sərhədləri var. İşçinin də, cəmiyyətin hər bir üzvü kimi, müəyyən intelektual
və sosial ehtiyacları var.Bu ehtiyacların xarakteri,həcmi, həmçinin onların təmin
edilməsi ölkənin sosial-iqtisadi və siyasi inkişafından, işçi sinfin
formalaşmasının tarixi xüsusiyyətlərindən asılıdır.
Müəssisə sahibi iş gününü maksimal
mümkün həddə qədər uzatmağa çalışır, işçi isə iş gününün qısaldılması uğrunda
mübarizə aparır. Bu mübarizənin nəticəsi işçilər və kapitalistlər arasındakı
gərgin sinfi qarşıdurmalarla həll olunur. Elə buna görə də iş gününün müddəti kapitalizm
cəmiyyətində həmişə əsasən sinfi qüvvələrin münasibətindən, proletariatın
təşkilatlanma dərəcəsindən asılı olub.
Kapitalistlər maksimal miqdarda izafi
dəyər əldə etməyə çalışdıqları zaman iş gününün təkcə əxlaqi sərhədlərini
deyil,həm də fiziki sərhədlərini keçirlər. Əgər işçi ağır zülmə dözmürsə və
ölürsə, onun yerinə istənilən şəraitdə işləməyə hazır olan onlarla başqa
işçilər tapılır.
İş gününün ixtisarına nail olmaq üçün
proletariatın inadlı sinfi mübarizəsinə onilliklər lazım olmuşdur. Müasir
kapitalist ölkələrin əksəriyyətində qanunvericiliklə 8 saatlıq iş günü tətbiq
olunur. İş gününün ixtisarı birbaşa proletariatın sinfi mübarizəsinin
nəticəsidir.
Amma sahibkarlar tez-tez qanunlardan
yan keçirlər- iş gününü uzadırlar, iş vaxtından əlavə işlərin həcmini artırır,
əməyin intensivliyini, yəni gərginliyini gücləndirirlər. Bundan əlavə, onlar
mütləq iş gününün uzadılmasından da imtina etmirlər.
Lazımlı iş vaxtı,məlum olduğu kimi,
iş qüvvəsinin dəyəri ilə təyin olunur. Uyğun olaraq, o qida məhsullarının,
paltarın, ayaqqabın və digər yaşayış vasitələrinin istehsalının ucuzlaşması
şəraitində ixtisar oluna bilər. Bundan ötrü isə işçilər üçün yaşayış vasitələri
istehsal edən sahələrdə əməyin məhsuldarlığının yüksəlməsi lazımdır.
Kapitalistlər yaşayış vasitələrinin ucuzlaşmasının
acgöz məqsədləri üçün istifadə edirlər. İş qüvvəsinin dəyəri azalıbsa,işçilərə
də az ödəmək olar. İş gününün müddəti dəyişməz qaldığı üçün əlavə vaxt da
artır. Buna görə də izafi dəyər norması çoxalır. İstismar dərəcəsinin
çoxaldılmasının ikinci üsulu məhz budur.
Kapitalizm şəraitində əməyin
məhsuldarlığı əvvəlcədən işlənib hazırlanmış plan üzrə yüksəldilə bilməz. Hər bir
sənayeçi texniki və texnoloji təkmilləşdirmələri
digərlər əvvəl və tez tətbiq etməyə can atır. Əlbəttə ki,onu buna sövq edən
alıcının maraqları deyil. Bazar qiymətləri məhsulun ictimai dəyəri əsasında
formalaşır. Və əgər sahibkar öz müəssisələrində əməyin məhsuldarlığının
artırılmasına və məhsulun dəyərinin azaldılmasına nail olursa, onu ictimai
dəyərdə satmaqla öz rəqiblərindən çox izafi dəyər əldə edə bilər.
Belə bir misala baxaq. Tutaq ki, bazar
dəyəri 8 dollara bərabərolduğu halda ayaqqabı fabrikinin sahibi öz müəssisəsində
1 cüt ayaqqabının fərdi dəyərinin 5 dollara qədər azaldılmasına nail olub. Amma
o ayaqqabını bazar dəyərində satacaq. Deməli,
o əlavə, və ya artıq, izafi dəyər qazanacaq.
Deməli, əlavə izafi dəyər ictimai və
fərdi dəyər arasındakı fərqdir. O daha yüksək əmək məhsuldarlığına nail olmuş müəssisələrin
sahibləri tərəfindən mənimsənilir.Əlavə izafi dəyər nisbi izafi dəyərin bir növüdür.
O iş gününün mütləq uzadılması hesabına yaradılmır, lazımlı vaxtın ixtisarı və uyğun
olaraq əlavə vaxtın artırılması əsasında əmək məhsuldarlığının artırılması nəticəsində
yaradılır.
Amma əlavə izafi dəyər nisbi izafi
dəyərdən bununla fərqlənir ki,birincisi – o bütün müəssisələrdə yaradılmır və yalnız
ayrı-ayrı kapitalistlərdə alınır,bütün kapitalist siniflərdə deyil,ikincisi,
izafi dəyərin bu növü müvəqqəti haldır. Bu onunla izah olunur ki,vaxt keçdikcə
təkmilləşən texnika daha çox izafi dəyər əldə etmək uğrunda öz aralarında rəqabət
aparan digər müəssisə sahiblərinin də əmlakı olur. Bu isə ayrı-ayrı
sənayeçiləri əlavə izafi dəyər qazanmaq imkanından məhrum edir.
Kapitalistlər arasında əlavə izafi dəyər
uğrunda rəqabət hansı nəticələrə səbəb olur? Əlavə izafi dəyər arxasınca qaçmaq
texnikanın inkişafına, istehsalın təkmilləşdirilməsinə və bununla da əmək
məhsuldarlığının yüksəldilməsinə səbəb olur. Amma hər bir sahibkar çalışır ki,
maksimum izafi dəyər yalnız ona qalsın,başqa heç kimə. Buna görə də o bütün var
qüvvəsiylə çalışır ki,texniki yenilik digərləri üçün gizli qalsın. Kəşflərin
gizli saxlanılması, düşünülmüş şəkildə daha təkmilləşmiş avtomatların,
mexanizmlərin,yeni texnologiyaların yayılmasının qarşısının alınması istehsal
qüvvələrinin inkişafını zəiflədir.
Tərcümə Günel Muradova
Günel. Yeni dəyərin, o cümlədən izafi dəyərin yaranmasında kapital (əsas kapital, dövriyyə kapitalı) da iştirak edir. İşçi qüvvəsi əsas və dövriyyə kapitalı olmasa yeni dəyər, o cümlədən izafi dəyər yarada bilməz. Bu əsasda J.B.Seyin və C.B.Klarkın dəyərin, o cümlədən, izafi dəyərin yaranmasında kapitalın iştirakı konsepsiyasını nəzərə almamaq mümkün deyil. K.Marks üzü də "Kapital" əsərində Əmək prosesini izah edərkən, bu kapital amilini nəzərə alıb. Ödur ki, yaranmış dəyərin, o cümlədən izafi dəyərin kapital ilə əmək arasında bölünməsini izah edən Klarkın amillər nəzəriyyəsi daha ədalətlidir. Bu konsepsiya əsasında yaranmış dəyərin (gəlirlərin) kapital ilə əməkarasında bölünməsini izah edən məhşur Kobb-Duqlas tənliyi mövcuddur.
ОтветитьУдалитьO ki qaldı kapitalı kapitalistin əlindən alıb ictimailəşdirilməsi yolu ilə, yaranmış yeni dəyərin, o cümlədən izafi dəyərin kapitala düşən payının da ictimailəşdirilməsi iqtisadi məsələ yox, artıq siyasi məsələdir....