Karl
Marksın Londonun Xayqeyt qəbiristanlığındakı
məzarı üzərindəki yazıda qeyd olunur:” Bütün ölkələrin proletarları birləşin!”.
Əlbəttə, hər şey gözlənildiyi kimi olmadı. Occupy hərəkatının bir neçə ay ərzində
yaratdığı güclü səs-səda və oyanışlar qulaqbatırıcı sakitlik və susqunluqla əvəz
olundu. Biz tez-tez Detroytda zavod işçilərinin eyni sinifdən olan Dalyanyalı çinli
qardaşları ilə öz kapitalist bosslarına “Rədd olun!” qışqırdıqlarını eşidirik. Həqiqətdə qlobal transmilli
kompaniyaların gücünü və həmkarlar
ittifaqlarının hakimiyyətini zəiflətmələrindən asılı olaraq zəngin ölkələrin
zavod işçilərinin kasıb ölkələrdən olan
yoldaşlarına kömək etmək istəkləri azalır. Amma belə bir nəzər nöqtəsi
mövcuddur ki, qlobal sinfi siyasət qayıdır. Əgər bu belədirsə, dünya elitası
qorxudan titrəməyə başlamalıdır. Əlbəttə,bu əvvəlki silaha sarılmaq çağırışları
qədər qəzəbli səslənmir, amma yeni kabus tezliklə bədnam 1%-i təqib etməyə
başlaya bilər. Söhbət orta sinfin kütləvi
siyasi aktivliyindən gedir.
Karl
Marks sinfi mübarizədə apokaliptik məntiq görürdü. Geniş xalq kütlələrinin
azsaylı plutokratiyaya qarşı mübarizəsinin qaçılmaz nəticəsi vardı: işçilər -1,
varlılar -0. Marks iddia edirdi ki, proletariatın inqilabi coşqusu həqiqətən
dünyəvi xarakter daşıyır – bütün ölkələrin işçi sinfini məhvedici yoxsulluğun və
zavod həyatının rəhimsizliyinin ümumi bəlası birləşdirəcək. Marks öz işlərini
yazdığı zaman praktiki olaraq bütün ölkələrdə
yoxsul insanların eyni olması ( və ya tezliklə eyni olacağı) fikri olduqca düşüncəli və məntiqli idi.
Dünya Bankının iqtisadçısı Branko Milanoviçin sözlərinə görə, 1848-ci ildə
“Kommunist partiyasının Manifesti” yazılan zaman gəlir bərabərsizliyi dünya səviyyəsində
ölkə daxilindəki sinfi fərqlərlə izah olunurdu. Bəzi ölkələrin digərlərindən zəngin
olmasına baxmayaraq, İngiltərədə gəlir, insanı varlı edən və ya onu yoxsulluğa
düçar edən, hesab olunan eynilə Fransada, ABŞ-da və hətta Argentinadakı kimi
qiymətləndirilirdi.
Amma
növbəti əsrdə sənaye inqilabı baş alanda bu paritet əhəmiyyətli şəkildə dəyişdi.
Bu Marksın dünya proletar inqilabı haqqında söylədiklərinin səhv çıxmasının əsas
səbəblərindən biri oldu. Kommunist Partiyasının Manifestinin nəşrindən cəmi bir
neçə il sonra Britaniyada işçilərin əmək haqqları artmağa başladı. Bu ənənə
bütün Avropada davam etdi və Şimali Amerikaya keçdi. Dünya Harvard
universitetinin iqtisadçısı Lant Pritçettin çox gözəl adlandırdığı “
diverqensiya, özü də böyük diverqensiya” dövrünə qədəm qoydu. Tarixi
statistikanın Medison layihəsinin məlumatlar
bazasında qeyd edilir ki, 1870-ci ildə
Afrikada adambaşına düşən orta ÜDM payı 648 dollar təşkil etdiyi halda Britaniyada adam başına düşən ÜDM təxminən
3190 dollar təşkil edirdi. İndi isə bu rəqəmləri 2010-cu ilin göstəriciləri ilə
müqayisə edin, Britaniyada adambaşına düşən UMD
23777 dollar təşkil edərkən, Afrikada orta 2034 dollar təşkil edir. 140
il əvvəl orta statistik afrikalı öz britaniyalı yoldaşından təxminən 5 dəfə
kasıb idi. Bugün ondan 10 dəfədən çox kasıbdır.
Bir
çox amerikalılar şirkət rəhbərlərinin olduqca yüksək əmək haqqından və
xedc-fondların bonuslarından narazıdırlar, amma onlar bir danılmaz iqtisadi
fakta əhəmiyyət vermirlər. Qərb sabit iqtisadi artıma keçərkən ölkələr arasında
gəlir fərqi ölkə daxilindəki gəlir fərqini daha da üstələməyə başladı. Bu o deməkdir
ki, əgər müvəqqəti katibə Londonda güc bəla ilə dolanırsa, Laqosda kraliça kimi
yaşaya bilər. Əgər ilin sonunda sizə premiya vermədiklərindən narazısızsa,
bunun üzərində düşünün. Milanoviçin qiymətləndirməsinə əsasən Hindistanın ən
varlı 5% əhalisinin orta gəliri təxminən ABŞ-ın ən yoxsul 5% əhalisinin orta gəliri
kimidir.
Banklara
və korporasiyalara görə zənginlik və yoxsulluq qloballaşdı. Avropadakı və
ABŞ-dakı ən aşağı əmək haqqı alan bələdiyyə işçiləri kasıb inkişaf etməkdə olan
ölkələrdəki kolleqalarından olduqca varlıdırlar. Və onlar hələ də kiçik kənd təsərrüfatı və mikromüəssisələr
hesabına yaşayan ölkələrdəki əksər insanlardan ölçüyə gəlməz dərəcədə zəngindirlər.
Bağışla, Karl. Məhz Avropanın və Amerikanın kasıblarının öz gəlirlərinə görə Cənubi Asiyanın və Afrikanın elitasından varlı olması faktı bütün ölkələrin proletarlarının hələ də birləşməməsinin səbəbidir. Kommunist İnternasionalının ikinci qurultayı 1920-ci ildə “Vətənin müdafiəsi “ şüarını “öz burjuaziyasının müstəmləkələrini genişləndirmək haqqını maskalamaq üçün istifadə edən”bir çox avropa və amerika sosialistlərinin Birinci Dünya Müharibəsi illərindəki alçaq satqınlığını pisləmişdi. Yığıncağa toplanmış nümayəndələr iddia edirdilər ki, yaranmış inamsızlığı “ yalnız inkişaf etmiş ölkələrdəki imperializmin məhv edilməsindən və geridə qalmış ölkələrdəki bütün iqtisadi həyat bazisinin tamamilə dəyişdirilməsindən sonra” aradan qaldırmaq mümkün olacaq.
Bağışla, Karl. Məhz Avropanın və Amerikanın kasıblarının öz gəlirlərinə görə Cənubi Asiyanın və Afrikanın elitasından varlı olması faktı bütün ölkələrin proletarlarının hələ də birləşməməsinin səbəbidir. Kommunist İnternasionalının ikinci qurultayı 1920-ci ildə “Vətənin müdafiəsi “ şüarını “öz burjuaziyasının müstəmləkələrini genişləndirmək haqqını maskalamaq üçün istifadə edən”bir çox avropa və amerika sosialistlərinin Birinci Dünya Müharibəsi illərindəki alçaq satqınlığını pisləmişdi. Yığıncağa toplanmış nümayəndələr iddia edirdilər ki, yaranmış inamsızlığı “ yalnız inkişaf etmiş ölkələrdəki imperializmin məhv edilməsindən və geridə qalmış ölkələrdəki bütün iqtisadi həyat bazisinin tamamilə dəyişdirilməsindən sonra” aradan qaldırmaq mümkün olacaq.
Amma
tezliklə hər şey dəyişə bilər. Qloballaşma, bəlkə də, keçmiş 1990-cı illərin
devizi olsa da, o hələ də mövcuddur və inkişaf edir. Bir-birilə əlaqəli dünya
bazarları daha da bir-birilə bağlı olurlar, orta gəlirlər isə bərabərləşməyə
doğru gedirlər. İnkişaf edən ölkələr son
10 ildə yüksək gəlirli dövlətlərlə müqayisədə daha tez inkişaf ediblər ki,
bununla da gəlirlər arasındakı fərq azalıbdır. Iqtisadçi Arvind Subramanyanın
qiymətləndirməsinə görə, Çin 2030-cu ildə bugün Avropa İttifaqının varlı olduğu
kimi zəngin olacaq, Braziliya isə adambaşına düşən ÜDM üzrə 31000 dollar göstəricisinə
nail olaraq ondan çox da geri qalmayacaq. O hesab edir ki, İndoneziya
texnologiya lideri Cənubi Koreyanın indiki səviyyəsinə yüksələrək adambaşına düşən ÜDM üzrə 23000 dollar göstəricisinə
nail olacaq.
Daha
sadə şəkildə desək, bu o deməkdir ki, bir nəslin həyatı müddətinə bizim dünyanın böyük hissəsi
zənginləşəcək və orada sanballı orta sinif
meydana gələcək. Qlobal İnkişaf Mərkəzindən
olan kolleqam Sara Dikstra ilə hazırladığım proqnozlara görə Yer kürəsi əhalisinin
təxminən 16%-i Dünya Bankının onları yüksək gəlirli ölkələr sırasına daxil edə
bilməsi üçün kifayət qədər zəngin olan ölkələrdə yaşayır. Əgər keçən onilliyin
inkişaf templəri dəyişməsə, 2030-cu ilə
dünya əhalisinin 41%-i bu kateqoriyaya daxil olacaq. Qısası, əgər inkişaf edən
ölkələr inkişafa son illər müşahidə etdiyimiz eyni templərlə davam etsələr dövlətlər
arasındakı bərabərsizlik azalacaq. Dünya bərabərsizliyinin əsas səbəbi isə ölkə
daxili bərabərsizlik olacaq.
Bu
Marksın haqlı olduğu və sadəcə müddətdə bir neçə yüzillik səhvə yol verdiyi demək
deyilmi?
Elə deyil.
Elə deyil.
Əslində,
bu yeni orta sinfin elə bir həyatı olacaq ki,
hansı ki, viktorian dövründəki britaniya proletarları bu həyatı yalnız
arzulaya bilərdilər. Onlar diodlu lampalarla işıqlandırılan sexlərdə və
kabinetlərdə işləyəcəklər, qaranlıq və tutqun yerlərdə deyil. Və uzunömürlülük
haqda məlumatlara baxsaq, onlar həm də 1848-ci ildəki orta statistik insandan təxminən
40 il çox yaşayacaqlar. Amma onlarda okeanın
o tayındakı sinif qardaşları ilə həmrəylik
hissi olacaqmı?
Bəlkə
də, amma ona görə yox ki, barrikada yeganə mübarizə üsuludur. Marks əvvəlcədən
qeyd edirdi ki, bütün dünyanın işçi sinfi ona görə birləşəcək və ayağa qalxacaq
ki, hər yerdə əmək haqqını yaşayış minimumuna qədər endirəcəklər. Amma bugün əmək
haqqı bütün dünyada qalxdığına və bərabərləşdiyinə görə, keçən əsrlərin proletarlarının
ağır əmək və aşağı gəlir kimi bəlaları arxada qalır, iş isə daha asan və yuxarı
maaşlı olur. O təkvə Çində yüz milyonlarla insanı yoxsulluqdan azad edir.
Tamamilə aydındır ki, 20-ci əsrin birinci yarısının kommunist inqilabları xalqın həyat səviyyəsi üçün çox –çox pis idi,
nəinki onun ikinci yarısının tamamilə nəzarət olunan bazarları.
Amma
bu o demək deyil ki, Uorren Baffet rahatlıqla nəfəsini dərə bilər. Əslində,
yoxsul və varlıların Laqosda və Londonda getdikcə daha da bir-birinə bənzəməsi
bütün ölkələrin proletarlarının 2030-cu ilə qədər birləşəcəyi ehtimalını daha
da artırır. Texnologiya və ticarət daha bərabər şərtlər yaratdıqda, insanlaq isə
öz aralarında bir-birinə yaxınlaşdıqda 3,5 milyard gələcək proletarlar nəhayət
anlayacaq ki, onların bir-birilə ortaq çox şeyləri var, nəinki öz ölkələrinin
superzəngin elitaları ilə.
Çarlz Kenni
Tərcümə Günel Muradova
Комментариев нет:
Отправить комментарий