Bakıda ilk tramvayın buraxılması, 08 fevral 1924
8 fevral 1924-cü ildə
Bakıda ilk tramvay sisteminin açılışı olmuşdur. Bakı tamvayının ilk marşrutu
Vağzal – Azneft meydanı olub.Bakı elektrik tramvay qatarı daha əvvəllər əsası
H.Z.Tağıyev və başqa 5 mesenat tərəfindən qoyulmuş Bakı kongasının əvəzinə
yaradılmışdır. Sovet hökuməti tramvay sisteminin inkişafına xüsusi diqqət
ayırırdı. Sovet xadimi M.İ.Kalinin sözləri bunu sübut edirdi: “Əgər şəhərdə
tramvay işləyirsə, deməli şəhərdə Sovet hakimiyyəti fəaliyyət göstərir”.
60-cı illərdə Bakı
tramvayının inkişafı metropoliten şəbəkəsinin genişləndirilməsilə, avtobus və trolleybusun
inkişafı ilə əlaqədar olaraq daha az
templərlə gedir. 2004-cü ildə sonuncu tramvay xəttləri tamamilə yığışdırılır.
Tramvay sistemi tamamilə məhv edilməsəydi, çox güman ki, şəhərlərdə insan
sağlamlığı üçün zərərli olan bu qədər tıxac, maşın sıxlığı olmazdı. Bugün
ictimai nəqliyyat kimi tramvayları əvəz edən avtobusları yararsız vəziyyətə gətiriblər
– gediş haqqlarının qaldırılması bütün əksər ölkələrdə olduğu kimi bizdə də
tendensiya təşkil edir, bu nəqliyyat növləri əksərən natəmiz və texniki
yararsız vəziyyətdə olur, saatlarla tıxaclarda ilişib qalır və buna görə də insanlar
mənzil başına gec çatır, tez-tez qəzalar törədilir və s. Bütün bunlar isə şəxsi
avtomobil ehtiyacı yaradır.Bugün avtomobil almaq istəyən insanlar məhz yuxarıda
sadaladığımız mənfi hallardan bezib avtomobilə sahib olmaq istəyirlər. Və bu
zaman da şəxsi rahatlıqlarını önə çəkdiklərindən yaşadıqları şəhərin, ölkənin,
ümumilikdə planetin ekoloji durumunu unudurlar. Axı hər kəsin özünə şəxsi
avtomobil alması vəziyyətdən çıxış deyil, bu vəziyyətin daha da kəskinləşməsidir.
Buna görə də, həm insanlar, həm də planet üçün səmərəli olacaq şey pulsuz
ictimai nəqliyyat sistemi yaratmaq və tramvay sistemini bərpa etməkdir. Belə
olduqda şəxsi avtomobillər tələbat olmağı dayandıracaq, onlara ehtiyac
qalmayacaq, yollar boşalacaq. Yolların boşalması təmiz hava, təmiz hava isə
sağlam insanlar deməkdir.
Комментариев нет:
Отправить комментарий