60-cı illərdə SSRİ-də kitab yarmarkalarında sərgilənən
kitablar. Sovet Azərbaycanı ilə “müstəqil” kapitalist Azərbaycan arasındakı fərqi
görə bilirsiz? Şəhərdə yerləşən istənilən kitab dükanına baş vurun və baxın,
orada oxşar kitablara rast gələcəksizmi. Gəlməyəcəksiz. Çünki, “müstəqil”
kapitalist Azərbaycanda nə elmi işlərə, nə də iqtisadiyyata aid kitab yoxdur.
Etiraz edəcəksiz ki, “Var, iqtisadiyyata aid xüsusilə kitablar çoxdur”. Amma yanılırsız. Bugün kitab
mağazalarının piştaxtalarını menecmentə, marketinqə, reklama və s. aid kitablar
bəzəyir. Kitablarda sizə uğurlu biznes qurmaq, varlanmaq yolları “öyrədilir”.
Özü də belə kitablar adətən uğurlu biznesə imza atmış şirkətlər, transmilli
korporasiyalar, iş adamları tərəfindən buraxılır, guya onlar sizinlə öz
uğurlarının sirrlərini bölüşürlər. Bir düşünün: Bu onların nəyinə gərəkdir? Həqiqətən
düşünürsüz ki, onlar bazarlarda, həyatda özlərinə rəqib yaratmaq istəyirlər?
Gülməlidir. Özü də bu kitablar az qala dünyanın bütün dillərinə tərcümə olunub
planetə yayılır. Hətta sizə necə yaşamağı öyrədən kitablar da var. Yəni, həqiqətən
öz həyatınızı doğru-dürüst yaşamaqda bir kitaba bu qədər ehtiyac duyursuz? Məsələ
bundadır ki, bu kitablar sadəcə onların müəlliflərinə gəlir gətirmək üçün
yazılır. Hətta belə bir ifadə də var: “ Bir milyon qazana bilmirsənsə “Necə
milyon qazanmaq olar” adlı kitab yaz”. Bir misala baxaq, Apple korporasiyasının
məhsullarının 60%-ni sensor ekranla təmin edən “Biel Crystal” şirkəti işçilərini
qul kimi istismar edir. 60 mindən çox işçisi olan şirkətdə işçilər çox ağır şəraitdə,
sutkada 15-16 saat, 20 dəqiqəlik nahar fasiləsi ilə işləyirlər. Ayda bir dəfə
24 saatlıq istirahət günləri olur. İnsanlar bununla bağlı Honkonqda yerləşən
Apple Store mağazası qarşısında etiraz edirdilər. Bu da Apple kimi
korporasiyanin biznes ugurunun sirri! Bu uğurun "sirri" haqda heç bir
kitabda bir söz açılmayacaq, yazılanlar isə sadəcə boş şeylərdir. Onları siz də
bilirsiz. XXİ-ci əsr informasiya əsridir, daha çox informasiyaya sahib olanlar
daha çox şeylərə malik olurlar. Amma bugün kitab piştaxtalarından, TV
kanallarından sizin beyninizə yeridilən informasiyalar yox. Onlar sadəcə beyin
yumaq, sizdən istifadə etmək üçün düşünülüb, bunu unutmayın.
Комментариев нет:
Отправить комментарий