"Əziz qardaşlar!
Kuba bu konfransda birincisi, Latın Amerikasının yeganə nümayəndəsi, ikincisi isə, sosializm quran, inkişaf edən ölkə kimi iştirak edir.
Biz Asiya və Afrika xalqlarının nümayəndələri qarşısında təsadüfi çıxış etmirik. Biz ümumi məqsədə - imperializmin məğlubiyyətinə birlikdə gedirik.
Biz söyləyirik, ölkənin azadlıq qazanması dünya imperializm sisteminə zərbədir. Amma biz dərk etməliyik ki, müstəqilliyin elan olunması və ya silah yolu ilə qələbə sadəcə işin yarısıdır. Müstəqillik yalnız o zaman olur ki, ölkə imperializmin iqtisadi zəncirlərini dağıdır. Bu zəncirləri qırmaq sosializm ölkələri üçün ölüm-dirim məsələsidir. Bizə ideologiyamız tərəfindən diktə olunan bizim beynəlxalq borcumuz, vəzifəmiz tamamilə və hər şeyi əhatə edən azadlıq uğrunda bütün gücümüzü birləşdirməkdir. Burdan nəticə çıxır ki, azadlıq yoluna qədəm qoyan ölkələrin inkişafı sosializm ölkələri tərəfindən ödənilməlidir. Biz heç kimi şantaj etmək, bu bəyanatımızla Asiya və Afrika xalqlarının rəğbətini qazanmaq istəmirik, amma biz sadəcə müqəddəs məsləyimizi söyləyirik. Sosializm insanların düşüncəsində dəyişikliklər yaradır və onlarda həm individul səviyyədə, həm də dünya səviyyəsində planetin bütün sakinləri qardaşlıq əlaqəsi hissi doğurur; sosializm ölkələri imperializm əsarəti altında əzab çəkən bütün xalqları qardaş kimi görməlidirlər." (Çe Qevaranın İkinci afro-asiya iqtisadi konfransındakı nitqindən, 24 fevral 1965-ci il)
Комментариев нет:
Отправить комментарий