Barsamian:
Birləşmiş Ştatlar yenə əvvəlki kimi Yaxın Şərqin enerji resursları üzərində
ciddi nəzarətə sahibdir?
Noam Xomski: Əsas neft və qaz istismarı ölkələri əvvəlki
kimi qərb tərəfindən dəstəklənən diktaturların ciddi nəzarəti altındadırlar.
Odur ki, “ərəb baharının” uğurları məhdud görünsə də, böyük əhəmiyyət kəsb
edir. Qərb tərəfindən idarə olunan diktator sistemlər dağılır. Əslində, onların
dağılması prosesi çoxdan gedir. Misal üçün, 50 il əvvələ qayıtsaq, görərik ki,
amerikalı strateqlərdə əsas narahatçılıq doğuran enerji resurslarının çoxu
milliləşdiriliblər. Daim bu vəziyyəti dəyişmək cəhdləri edilir, amma bu cəhdlər
uğursuz alınır.
Nümunə kimi İraqa amerika hücumunu götürək. Köhnə
ideoloqlardan başqa hamı üçün tamamilə aydın idi ki, biz İraqa demokratiyaya
olan alovlu sevgimizdən soxulmamışdıq, ona görə soxulmuşduq ki, bu ölkə neft
ehtiyatına görə dünyada ikinci ya üçüncü yeri tutur. Bundan əlavə, o nəhəng
neft istismarı regionunun düz mərkəzində yerləşir. Bu haqda danışmaq olmaz. Belə
söhbətlər sui-qəsd əlbirliyi adlanır.
İraq milliləşdirməsi qeyri-zorakı müqavimət metodlarıyla
hərəkət etməklə Birləşmiş Ştatlara ciddi zərbə vurdu. Birləşmiş Ştatlar döyüşçüləri
öldürə bilərdilər, amma küçələrə nümayişə çıxan yarım milyon insanla bacara
bilmədilər. İraq addım-addım işğalçı qüvvələrin qurduğu idarə mexanizmini
aradan qaldıra bildi. 2007-ci ilin noyabrına tamamilə aydın oldu ki, ABŞ üçün
öz məqsədlərinə nail olmaq çətin olacaq.Maraqlısı budur ki, həmin vaxt açıq şəkildə
bu məqsədlər haqda aydın bəyanat səsləndirildi. 2007-ci ilin noyabrında oğul
Buşun administrasiyası gələcəkdə İraqla hansı razılıqların mümkünlüyü haqda rəsmi
bəyanatla çıxış etdi. Orada iki əsas razılıq vardı. Birincisi bu idi ki, ABŞ
saxladığı öz həri bazalarından hərbi əməliyyatlar aparmaq üçün məhdudiyyətsiz
imkanlara sahib olmalıdır. İkincisi, İraq hökuməti “İraqa xarici
investisiyaların, xüsusilə, amerika investisiyalarının axınına kömək etməlidir”.
Buş bu haqda 2008-ci ilin yanvarında özünün vida bəyanatlarından birində açıq şəkildə
qeyd etdi. Bir neçə ay sonra İraq tərəfdən müqavimətlə qarşılaşan ABŞ bu tələblərindən
imtina etməli oldu. İraq üzərində hakimiyyət göz qabağında onların əlindən
çıxır.
İraq köhnə idarəetmə sistemini güc vasitəsilə yenidən
qaytarmaq və bərpa etmək cəhdi oldu. Amma bu cəhd müqavimətlə qarşılaşdı. Mənə
elə gəlir ki, ümumilikdə amerika siyasəti İkinci Dünya müharibəsi dövründən dəyişməz
olaraq qalır. Amma bu siyasətin reallaşdırılması imkanları getdikcə məhdudlaşır.
-İqtisadi zəifliyə görə məhdudlaşır?
- Qismən ona görə ki, dünya getdikcə daha müxtəlif
olur. Bugün dünyada ən müxtəlif güc mərkəzləri daha çoxdur. Birləşmiş Ştatlar
İkinci Dünya müharibəsinin sonunda öz gücünün və hakimiyyətinin tamamilə pik
nöqtəsində idi. Onlar dünya sərvətinin yarısına sahib idilər, onların bütün rəqibləri
isə ya müharibədən ağır əziyyət çəkmişdilər, ya da darmadağın edilmişdilər.
Amerika son dərəcə təhlükəsizliyə malik idi və işin mahiyyətinə görə, dünyanı
idarəetmək planları hazırlayırdı. O vaxt bu məsələ o qədər də qeyri-real
deyildi.
-Bu “böyük territorial planlar” adlandırılan
şeydir?
-Bəli. İkinci Dünya müharibəsindən dərhal sonra Dövlət
Departamentinin siyasi planlaşdırma şöbəsinin başçısı Corc Kennan(George
Kennan) və digərləri detalları hazırlayırdılar, sonra isə bu planın
reallaşdırılmasına başlanıldı. Bugün Yaxın Şərqdə və Cənubi Amerikada baş verənlər,
mahiyyətinə görə, öz köklərilə 1940-cı illərin sonuna gedir. Amerika
hegemoniyasına qarşı ilk uğurlu müqavimət 1949-cu ildə olub. Bu hadisə “Çinin
itirlməsi” idi, hansı ki, olduqca maraqlı adlandırmışdılar. İfadə çox
maraqlıdır, və onunla heç kim mübahisə etmirdi. Çinin itirlməsində kimin məsuliyyət
daşıması haqda çox mübahisələr olmuşdu. Yalnız sahib olduğun şeyi itirmək olar.Bu
adi bir şey kimi qəbul olunurdu: biz Çinə sahibik. Əgər çinlilər mütəqilliyə
can atarlarsa, deməli biz Çini itirmişik. Sonra “Latın Amerikasının itirilməsi”
, “Yaxın Şərqin itirilməsi”, bir sıra digər dövlətlərin “itirilməsi” ilə bağlı
qorxular meydana çıxdı. Və hamısı da buna əsasən ki, dünya bizə aiddir. Bizim nəzarətimizi
zəiflədən hər şey isə bizim üçün itkidir, və biz bu itkini necə doldurmaq haqda
düşünməliyik.
Bugün,
əgər siz xarici siyasət haqda ciddi jurnallar oxuyursuzsa və ya daha çox fars
lazım olduğunda respublikaçıların debatını dinləyirsizsə, “Gələcək itkilərimizin
qarşısını necə alaq?” sualını verdiklərini eşidəcəksiz.
Digər
tərəfdən, nəzarəti qoruyub saxlamaq imkanları kəskin azaldı. 1970-ci ilə dünya
artıq iqtisadi mənada üç qütblü oldu. ABŞ-da əsaslanmış şimali Amerika sənaye mərkəzi;
əsası Almaniyada olan, miqyasına görə şimali Amerika mərkəzi ilə müqayisə oluna
bilən avropa mərkəzi və əsası Yaponiyada olan şərqi Asiya mərkəzi – həmin dövrdə
dünyada ən dinamik inkişaf edən region. O vaxtdan dünyanın iqtisadi nizamı daha
rəngarəng oldu. Buna görə də öz siyasətimizi yürütmək bizim üçün çətinləşdi,
amma onun əsas prinsipləri çox da böyük dəyişikliklərə məruz qalmadı.
Klinton
doktrinasını götürək. Klintonun doktrinası bundan ibarətdir ki, Birləşmiş
Ştatlar “əsas bazarlara, enerji resursları təhcizatına və strateji resurslara
maneəsiz girişini” təmin etmək üçün birtərəfli qaydada güc tətbiq etmək
hüququna sahib olsun. Bu Corc Buşun söylədiklərini üstələyir. Amma bu sakit və
səssiz doktrina idi, o iddialı və kobud deyildi, buna görə də o qədər də qəzəb
doğurmurdu. Bu “haqqım var”-a inam indi də qalmaqdadır. Bu həm də intelektual mədəniyyətin
bir hissəsidir.
Usama
bin Ladenin öldürülməsindən, tərif qışqırıqları və alqışlar səsləndikdən, dərhal
sonra müəllifləri bu aksiyanın qanunu olmasına şübhə altına alan bir neçə tənqidi
şərhlər ortaya çıxdı. Çox əsrlər əvvəl günahsızlıq prezumpsiyası adlandırılan
bir şey vardı. Əgər sən şübhəlini saxlayırsansa, onun günahı sübut edilməyənə qədər
o şübhəli olaraq qalır. Onu məhkəməyə cəlb etmək lazımdır. Bu amerika hüququnun
əsas hissəsidir. O öz başlanğıcını Böyük anqlo-amerikan xartiyasından götürür.
Bu çox güclü qəzəb reaksiyası doğurmuşdu, amma, həmişəki kimi, ən maraqlı
reaksiya spektrin solliberal sonundan səsləndi. Tanınmış və hörmətli solliberal
şərhçi Metyu İqlesias(Matthew Yglesias) belə baxışları məsxərəyə qoyduğu bir məqalə
yazmışdı. O qeyd etmişdi ki, bu baxışlar “olduqca sadəlöhv” və axmaqdırlar.
Sonra isə öz bəyanatını əsaslandırmışdı. İqlesias yazmışdı: mövcud beynəlxalq
nizamın əsas funksiyalarından biri də qərb derjavalarının ölümcül hərbi güc tətbiqini
qanuniləşdirməkdən ibarətdir”. Əlbəttə ki, o Norveçi nəzərdə tutmurdu. Birləşmiş
Ştatları nəzərdə tuturdu. Odur ki, beynəlxalq sistemin istinad etdiyi prinsip
bundan ibarətdir ki, Birləşmiş Ştatlar istədikləri zaman güc tətbiq etmək
haqqına sahibdirlər. ABŞ-ın beynəlxalq hüquq normalarını pozması haqda söhbətlər
olduqca sadəlöhvlük və tamamilə axmaqlıqdır. Yeri gəlmişkən, bu mənə də aiddir
və mən sevinclə öz səhvimi qəbul edirəm.Mən də düşünürəm ki, Böyük müstəqillik və beynəlxalq hüquq normaları xartiyasına bir
az diqqət yetirmək lazımdır.
-Nyu-York Times “ərəb baharının” ,demokratik
dəyişiklikləri dəstəkləməyi, sabitliyə can atmağı, həmçinin də güclü siyasi gücə
çevrilmiş islamçılar qarşısında qoxunu özündə birləşdirən ziddiyətli amerikan istəyini
necə qarşılaşdıra bilməkdən ibarət olan, təyinedici siyasi çətinliklərini təsvir
edir. Nyu-York Times ABŞ-ın 3 hədəfini qeyd edir. Siz bu haqda nə düşünürsüz?
-İkisi
dəqiq şərh edilib. Birləşmiş Ştatlar stabillik tərəfdarıdır. Amma bu sabitliyin
nə ifadə etdiyini yadda saxlamaq lazımdır. Stabillik amerikanın əmrlərinin
icrası deməkdir. Misal üçün, güclü xarici siyasət təhlükəsi olan İranın ünvanına
olan ittihamlardan biri budur ki, o İraqın və Əfqanıstanın sabitliyini pozur.
Necə? Öz təsirini qonşu ölkələrə yaymaqla. Biz isə, digər tərəfdən, ölkələrə
soxularkən və dağıdarkən onları stabilləşdiririk.
Mən
arada hadisələrin belə vəziyyətinin sevdiyim təsvirini verirəm. Bu əvvəllər
Foreign Affairs-də redaktor işləmiş tanınmış və xarici siyasət məsələləri üzrə
çox yaxşı liberal analitikCeymc Çeysin (James Chace) sözləridir. 1973-cü ildə
Salvador Alyende rejiminin devrilməsi və Pinoçet diktaturasının qurulması haqda
danışarkən o qeyd etmişdi ki, biz “sabitlik maraqlarına görə Çilinin
sabitliyini pozmalı olduq”. Bu ziddiyyət kimi qəbul olunmur – heç ziddiyyət də
deyil. Sabitliyə nail olmaq üçün parlament sistemini məhv etməli olduq. Bu o
deməkdir ki – onlar dediklərini edirlər. Odur ki, bəli, biz texniki mənada sabitlik
istəyirik.
Siyasi
islama görə narahatlıq müstəqil hadisələrə görə istənilən narahatlığa bənzəyir.
Sizdən asılı olmayan hər şey mütləq narahatlıq yaratmalıdır, ona görə ki, bu
sizi zəiflədə bilər. Burada kiçik bir paradoks üzə çıxır, çünki Birləşmiş
Ştatlar və Britaniya ənənəvi olaraq var gücləri ilə radikal islam
fundamentalizmini dəstəkləyirlər, siyasi islamı deyil, çünki bu qüvvə məhz həqiqi
narahatçılıq yaradan dünyəvi millətçiliyə qarşı dayana bilər. Məsələn, Səudiyyə
Ərəbistanı dünyada ən aşkar fundamentalist, radikal islamçı dövlətdir. Onun
missioner məqsədləri var, o Pakistanda radikal islamı yayır, terrorizmi maliyyələşdirir.
Amma Səudiyyə Ərəbistanı amerikan və britaniya siyasətinin istehkamıdır. Onlar
bir-birinin ardınca sauditləri Hamal Abdel Naserin dövründə Misirdə və Abd al-Kərim
Kasimin dövründə İraqda dünyəvi millətçilik təhlükəsindən, həmçinin də digər təhlükələrdən
müdafiə edərək dəstəkləyirdilər. Amma onlar siyasi islamı sevmirlər, çünki o
müstəqil ola bilər.
Faktlara
baxsaq, bizim demokratiyaya can atmağımız pis anekdot kimi görünəcək. Bunu hətta
qabaqcıl alimlər də qəbul edir, baxmayaraq ki, bu haqda fərqli şeylər danışırlar. Demokratiyanının hərəkəti
üzrə əsas mütəxəssislərdən biri Tomas Karozersdir (Thomas Carothers), hansı ki
olduqca konservatordur və böyük avtoritetə sahibdir. O “neo-reyqançı”dır, amma
parlaq liberal deyil. Karozers Reyqanın yanında Dövlət Departamenrində çalışıb
və çox ciddi yanaşdığı demokratiyanın hərəkəti haqda bir neçə kitab yazıb. Hə,
o deyir ki, bu adət olunmuş amerikan idealıdır, amma onun qəribə tarixi var. Hər
bir amerikan administrasiyasının şizofreniyadan əzab çəkməsi haqda tarix. Onlar
yalnız bu halda demokratiyanı dəstəkləyirlər ki, bu müəyyən strateji və
iqtisadi maraqlara uyğun gəlsin. Karozers bunu qəribə patologiya adlandırır,
sanki ABŞ-ın psixiatrik müalicəyə ehtiyacı var. Əlbəttə, başqa izah da var,
amma əgər siz savadlı və özünü yaxşı aparan intelektualsızsa, sizin fikrinizə
başqa izah gəlməyəcək.
-Devrilməsindən bir neçə ay sonra prezident Hüsni Mübarək müttəhimlər skamyasında əyləşdi, ona qarşı ittiham irəli sürüldü, və onu həbs cəzası gözləyir. İmkansızdır ki, İraqdakı və ya hər hansı başqa bir yerdəki cinayətlərə görə amerikalı liderlər məsulliyətə cəlb edilsin. Belə vəziyyət nə vaxtsa dəyişəcək?
-Bu öz əsasına görə İqlesias prinsipidir; beynəlxalq
nizamın əsası bundan ibarətdir ki, Birləşmiş Ştatlar istədikləri zaman zor tətbiq
etmək hüququna malikdirlər. Və belə şəraitdə kiməsə qarşı necə ittiham irəli
sürmək olar?
-Və başqa heş kimin belə hüququ yoxdur.
-Əlbəttə, yox. Bəlkədəyalnızbizimsatellitlərin.
ƏgərİsrailLivanahücumetsə, minlərləinsanöldürəcəkvəölkəninyarısınıdağıdacaq,
burdaheçnəyoxdur, bunormaldır. Maraqlıdır. Prezidentolmazdanəvvəl Barak Obama
senator idi. Senator olarkən o çoxişlərgörməmişdi, ammaxüsusiləfəxretdiyibirneçəşeyhəyatakeçirmişdi.
Əgərpraymerizqabağıonunvebsaytınabaxmısızsa, o oradabuvəziyyətiqabardırki,
2006-cı ildəLivanaİsrailhücumuzamanı o
İsrailqarşısındaqoyduğuhədəflərə nail olmayınca ABŞ-ın onunhərbiəməliyyatlarına
maneolmamasıvəİsrailhücumunaqarşı, hansıki, buhücumunnəticəsindəcənubiLivandağıdılmışdı, müqavimətidəstəklədiklərinəgörəİranıvəSuriyanıtənqidetməsinitələbedənsenatorlarrezolyusiyasınıntəşəbbüskarlarındanolub.
Yerigəlmişkən, Livan 25 ilərzindəbeşdəfədağıdılıb. Odurki,
vassallarbuhüququnvarisidirlər. Bu digəramerikamüştərilərinədəaiddir.
HəqiqətdəbütünhüquqlarVaşinqtondadır.
Dünyanıidarəetməkbudur. Bu səninnəfəsaldığınhavakimidir. Buna şübhəedəbilməzsən.
MüasirBeynəlxalqmünasibətlərnəzəriyyəsininəsasyaradıcısı Hans Morqentau(Hans Morgenthau) çoxləyaqətliinsanolub,
Vyetnamdakımüharibənitaktikidüşüncəyəgörədeyil, mənəvidüşüncələrəgörətənqidedənbeynəlxalqməsələlərəgörəçoxazsaydasiyasətçilərdənvəmütəxəssislərdənbiriolub.
Çox
nadir insandır. O
«The Purpose of
American Politics»
(Amerika siyasətinin hədəfləri) adlı kitab yazıb. Siz bunun nə haqda olmasını
bilirsiz. Digər ölkələrin hədəfləri yoxdur. Digər tərəfdən, Amerikanın hədəfi
“transsendentaldır”: yerdə qalan dünyaya azadlıq və ədalət bəxş etmək. Amma o
da Karozers kimi yaxşı alimdir. Odur ki, o faktları araşdırıb. O qeyd edib:
faktları araşdırarakən, adama elə gəlir ki, Amerika öz transsendental hədəflərindən
yayınır. Amma sonra o bəyan edir: bizim transsendental hədəfimizi tənqid etmək
– “ eyni əsasla dini əsaslarını inkar edən ateizm cəfəngiyyatına uymaq” kimi
bir şeydir. Yaxşı müqayisədir. Bu çoxdan möhkəmlənmiş dini düşüncədir. O o qədər
dərindir ki, ondan baş açmaq çox çətindir. Və əgər kimsə şübhə nümayiş etdirməyə
başlayırsa, bu isteriyaya yaxın hal yaradır və adətən antiamerikaçılığa və
Amerikaya qarşı nifrətə görə ittihamlara gətirib çıxarır. Bu maraqlı
konsepsiyalardır, demokratik cəmiyyətlərdə belə konsepsiyalar olmur, yalnız
totalitar cəmiyyətlərdə olur.Və nəsə məntiqli bir şey kimi qəbul olunan bizim cəmiyyətdə.
Tərcümə: Günel Muradova
Комментариев нет:
Отправить комментарий