Ictimai fikir heç də həmişə və hər yerdə siyasi proseslərə əhəmiyyətli
təsir göstərməyib. Bununla belə dünya öz informasiya toru ilə o qədər dəyişib və
qloballaşıb ki, ictimai fikir “elə Afrikada da ictimai fikirdir”. Qərb dövlətlərində
yalançı demokratiyanın daxili mexanizmlərini əvvəlcədən müəyyən ediblər,
ictimai fikrin formalaşdırılması və onun manipulyasiya edilməsi
texnologiyalarını vaxtında anlayıblar, işləyib hazırlayıblar və inkişaf
etdiriblər.
Belə alınıb ki, informasiya müharibələri istənilən dövlətlərarası,geosiyasi,
regional və daxili siyasət proseslərini müşayət edir. İctimai fikri öz xeyrinə
formalaşdırmadan siyasi meydanda tam qələbəyə nail olmaq asan deyil. Lazımı
informasiya resursları olmadan və onlardan bacarıqla istifadə etmədən ölkələr,
siyasi qüvvələr, ideologiyalar ən aydın, pozitiv və mütərəqqi olduqları halda
belə pis görünməyə məhkumdurlar. Opponentlər/rəqiblər/düşmənlər ayıq
davranırlar, onlar özlərinin “informasiya müharibələri itlərinin” köməyilə
mövcud nizama qarşı – qlobal və ya lokal – hər hansı bir narazılığını bildirən
istənilən kəsi divara dirəyirlər. Avroposentrik konsepsiya vaxtilə məhz bu
müharibənin uğurlu aparılması hesabına qalib gəlmişdi, hazırda isə ümumilikdə kapitalizmin,
xüsusilə avroatlantik imperialzimin mövqeləri sarsılmaz görünür. İnformasiya
müharibəsində qələbədə qara qüvvələr tarixi elə şəkildə dəyişə bilərlər ki,
növbəti dəfə zəfər çalmış şər kütlələrə xeyir sousu altında “tanrılar qidası”
kimi yedizdirilər, təsadüfi qurbanlar və ekstermistlər qəhrəmanlara, ikiüzlü
yalan birinci dərəcəli həqiqətə çevrilər. Çox da kateqorik və binar ifadə etməsək,
nisbi şər nisbi xeyir kimi, və ya əksinə, təqdim və qəbul ediləcək.
Yanukoviç nənəsini Leninin abidəsinə gül dəstəsi apardığını görə təpikləyən
nisbi şərin fonunda xeyir kimi görünür.
Bizim hamımız üçün yad olmayan Ukraynadakı neo-çəhrayı çalarlarla
ifadə olunmuş neo-narıncı hadisələr də istisna olmadı, hiperaktiv passionar
azlığın qiyamı udulmuş informasiya-psixoloji müharibənin fonunda baş verdi.
Yanukoviçə və Rusiyaya qarşı olan bu müharibənin közərtisi öz pik nöqtəsinə Aİ
emissarları Yanukoviç və Maydan arasında vasitəçi rolunu oynayarkən çatdı.
İnformasiya müharibəsini millətçilərin və faşistlərin nüfuz dairəsində vuruşan qərbçi
sektor uddu. Öz Pirr qələbələrinə görə onlar dünya KİV-nə, bununla da beynəlxalq
ictimai fikrə nəzarət edən “azad demokratik dünya”ya borcludurlar.
İnformasiya-psixoloji müharibə əhval-ruhiyyənin misli görünməmiş
manipulyatoruna çevrilmiş sosial şəbəkələrdə də əks olunur. Yanukoviç nəhayət
ki, öz korrupsioner fəaliyyətinin və antimilli faəliyyətsizliyinin bəhrəsini
görən gün feysbukda nələr paylaşmamışdılar. Məsələn, günorta çağı 21 yaşlı tibb
bacısı (və ya maydançıya tibbi kömək göstərən qız) Olesya Jukovskinin şərhlə
birlikdə şəklini paylaşmışdılar: “Tvitterdə “mən ölürəm” yazmışdı və bir dəqiqə
sonra öldü”. ( Yayılmış fotoqrafiyalara əsasən qız boynundan yaralanmışdı.)
Axşam Yanukoviçin vaxtından əvvəl seçkilərin keçirilməsinə və konstitusiyanın əvvəlki
variantına (2004-cü il konstitusiyasına) qayıtmağa razılıq verməsi haqda məlumat
yayıldıqdan sonra o, bizim bəxtimizdən, möcüzəvi şəkildə dirildi. Onun ölümü
haqda şaiyə yayanlar boyunlarına almalı oldular ki, “hazırda o reanimasiyadadır
və ona süni nəfəs aparatı qoşulub”. Bilmirəm bu həqiqətən belədir ya yox, amma
bu “Berkuta” qarşı qəzəb qasırğası doğurmaq üçün hesablanmışdı, elə bir
antixalqçı-zalıma ki, hətta ağ xalatlı qıza belə rəhm etməmişdi.
Maydan azarkeşləri Putin tərəfindən Maydanın dağıdılmasına ayrılmış
iki milyard barəsində əsassız fikirlər bildirirdilər. Mən ağlıma ilk gələn
suallara cavab verməyə çalışırdım.1. Kiyevdə nizam yaratmaq üçün yalnız siyasi
iradə kifayətdirmi? 2.Hakimiyyətin siyasi iradəsi yoxdursa, dünyanın bütün
pulları nəyə gərək? Və ya Maydan həqiqətən Ukrayna xalqını təmsil edirsə,
dünyanın bütün pulları nəyə gərək? 3.Liderin siyasi iradəsinin zəifliyinin xalq
dəstəyinə sahib olmadığından onun özünə inamının itirməsi ilə əlaqəsi varmı?
4.Lider öz korrupsionerliyinə, zəhmətkeş əhalinin deyil bir ovuc qorxaq və
satqın kapitalistin maraqlarını təmsil etdiyinə görə peşmandırmı, hansı ki,
indi o əhaliyə söykənə bilərdi? 5.Söz verilmiş həmin iki milyard iqtisadi yardımdandır
yoxsa qanunsuz kassadan? 6.Niyə Qərb vəhşilərinin alınında “siyasətçilərlə,
artistlərlə, şoumenlərlə, öz savadsızlığını və tamahkarlığını cəlbedici söz
oyunları ilə, Vətəni olmayan sevgilərini isə təmtəraqlı millətçilik və məzmunsuz
vətənpərvərliklə kompensasiya edənlərlə əməkdaşlığa məhkumdur” yazılıb? Necə yəni
niyə, bəyəm mənəvi və intelektual cəhətdən inkişaf etmiş kollaborsionistə
tez-tez rast gəlmək mümkündür? 7. Əgər bütün məsələ iki milyarddadırsa, bəyəm
Yanukoviçin özünün və ya onun oliqarx dostlarının iki milyardı yoxdur?
Bununla belə, Maydana maliyyə axını məsələlərində hər şey aydındır.
İndi aydın oldu ki, “bander baharına” milyardlar tökən ABŞ və Avropa
İttifaqıdır.
Bir də snayperlər. Onları yaddan çıxarmaq olmaz! Maydan döyüşçülərinin
odlu silahlarla, snayper tüfənglərilə fotolarını hamımız görüdük. Hamımız
bilirik ki, hüquq mühafizə orqanlarının müəyyən, qanunla təsbir olunmuş hallarda
silahdan, həmçinin də snayper tüfəngindən istifadə etmək haqqları var. “Kimin
snayperləri kimə atəş açırdı” mövzusu hələ çox çeynəniləcək. Kim ki həqiqət
axtarır, həqiqət kimin üçün dəyərlidirsə, hər hansı bir nəticəyə gəlməzdən əvvəl
“yüz dəfə ölçməlidir”. Berkutçular və digər hüquq mühafizə orqanları istisna
olmaqla, xatırladıram: onların silah tətbiq etmək haqqları vardı. Bəyəm
“demokratiya və azadlıq dayağında” hüquq mühafizə orqanları terroristlərə, daha
dəqiq desək, ictimai nizam və vətəndaşların təhlükəsizliyi üçün qorxulu olan
terrorist, cinayətkar olması ehtimal edilən silahlı şəxslərə atəş açmırlar?
Qaliblər mühakimə olunmur. Qaliblər mühakimə edirlər. Hüquq müdafiəçilərini
dizi üstə qoyurlar, demokratik şəkildə onları alçaldırlar, avro standartlara
uyğun olaraq onlara ayaqlarını silirlər, MKİ-nin “köçəri” həbsxanalarında amerikan metodu ilə
sındırırlar, çünki qalib onlardılar və özlərinə “Ukrayna xalqı” adlandırmaq
hüququ veriblər. “Xalq” silah daşımaq, xalq tərəfindən seçilmiş prezidentə tabe
olan hüquq mühafizə orqanlarına qarşı istifadə etmək haqqına malikdir. “Xalq”
xalqa qarşıdır – bu idarə olunan xaos deməkdir.
Sosial şəbəkədə paylaşılmış fotolardan birində Maydan döyüşçüləri
hansısa oğlanın sifətini maydançının meyidinə dirəyirlər, və fotoya izahedici şərh:
guya tituşkalardandır və onlara, dinc maydançılara atəş açan snayperlərdən
biridir. Görünür, ürəyi nazik insanlara bu qebbel propaqandasının kiçik şedevrləri
təsir edir, həyəcanlandırır. Bu səhnəni öz gözlərilə görən azərbaycanlı
jurnalist Seymur Kazımov belə yazır: “Meydana toplaşanlar bir az sonra tamamilə
fərqli səhnənin şahidi oldular. Bir neçə nəfər kimisə saçından sürüyə-sürüyə və
təpikləyərək dartıb gətirirdilər; söyləyirdilər ki, o, provokasiya məqsədi ilə,
kütləvi aksiyaların dağıdılması,nümayişçilərə hücum etmək üçün istifadə olunan
“tituşka” kimi tanınan qrupun üzvüdür, digərləri isə onun 20-si dinc nümayişçilərə
atəş açan snayperlərdən biri olmasını söyləyirdilər. Mitinq təşkilatçılarından
onun kim olmasını aydınlaşdırmaq mümkün olmadı, onlar özləri də mənim kimi az
şey bilirdilər”.
Hələ də heç kim bu oğlanın kim olmasını bilmir (bəlkə də fotosessiya
üçün tituşkoçu rolu oynamağa razı olan maydançılardan biridir), onun taqsırlandırıldığı
günahı sübut edilməyib ki, bu da istintaq və məhkəmə orqanları üçün
üstünlükdür, hətta maydançıların özləri belə konkret heç bir şey ortaya
çıxarmayıblar, sadəcə əllərinə ilk düşən kəsə vəhşicəsinə divan tuturlar,
feysbukda isə onu dinc vətənpərvərləri öldürən snayper kimi təqdim edirlər.
Mən maydançıların cəsarətinə şübhə etmirəm, onların cəsarətini qəbul
etməmək ədalətsizlikdir. Amma informasiya müharibələrinin metodlarının asılı
olduğu müsbət ideallar, humanist məqsədlər uğrunda mübarizə aparan igidlər hörmətə
layiqdirlər, maydançıların məqsəd və idealları isə çox çirkindir. Özləri şeyx
Yanukoviçin Mejqorye-dəki volyerindəki quşları öldürmüşdülər, özləri də
feysbukda öldürülmüş quşların fotolarını yazı ilə paylaşmışdılar ki, bu
Yanukoviçin bütpərəst rituallarıdır. Dezinformasiya aşıb-daşır.
Maydan haqda ziddiyyətli informasiya həddən artıqdır. Çoxları öz mənəvi
və siyasi seçimlərinə uyğun gələn şeylərə inanırlar. Mən isə həqiqət axtarıram
və özümə elementar suallar verirəm: Maydançılar, misal üçün, konservatoriyanı hansı məqsədlə ələ
keçirmişdilər? Dövlətə qarşı olan qüvvələrin nəzarəti altında olan binanın
damından kim atəş aça bilərdi?
İnformasiya-psixoloji müharibəni birləşmiş avroatlantik qüvvələr
qazandılar. Yoxsa onlar yalnız bir döyüşü udublar? Əgər müharibə udulubsa,
NATO-nun şərqə, Rusiya sərhədlərinə kimi genişlənməsi davam edəcək. Hadisələrin
inkişaf variantları o qədər də çox deyil. Rusiyanın və ondan aralanmaq istəməyən
Ukrayna əhalisinin simmetrik cavab üçün hələ zamanı var. Amma nə qədər zamanı
olmasını yenilənmiş informasiya-psixoloji müharibənin növbəti vektoru göstərəcək.
Akşin Sultanov
Комментариев нет:
Отправить комментарий