-Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə ABŞ nəyə
nail olmağa çalışır?
- Amerika sanksiyaları təbliğat
xarakterli sanksiyalardır. Hökumət onlardan ölkəni iblisləşdirmək, onları doğru
olmayan bir şeyi etmək vəziyyətində qoymaq üçün istifadə edir . Rusiyanı “cəzalandırmaqla”
Vaşinqton onu pis vəziyyətdə qoyur : “Baxın görün ruslar nə edirlər! Biz buna
qarşı təbdir görəcəyik!”. Bu Rusiya hökumətinə qarşı açıq təbliğat gedişidir:
siz ya bizim söylədiklərimizi edəcəksiz, ya da sizin dərsinizi verəcik.
Diplomatiya belə olmur, bu imperializmdir.
-Bu sanksiyaların iqtisadi nəticələri necə ola bilər?
Moskva xəbərdarlıq edir ki, bugün dünyada hər şey bir-birilə əlaqəlidir və
onları təkcə Rusiya deyil, ABŞın özü də, Aİ və digərləri də hiss edəcək..
-Sanksiyalar vasitəsilə Rusiya və digər
ölkələr arasında olan ticarəti məhv etmək cəhdi həqiqətən Vaşinqton tərəfindən
ehtiyatsız addımdır. Belə tədbirlərin əks təsiri də olacaq, hər şeydən əvvəl
amerikalı partyorlar üçün. Misal üçün,
Almaniyanın Rusiya ilə, energetika da
daxil olmaqla, sıx iqtisadi əlaqələri var. Əgər sanksiyaların tətbiqi ilə Berlin Rusiya enerji resurslarından istifadə edə
bilməzsə, bu alman iqtisadiyyatına ciddi ziyan vuracaq.
Ümumilikdə ABŞ-ın indiki fəaliyyəti
bütün dünya üçün təhlükəlidir. Bu bilavasitə iqtisadi nəticələr çərçivəsindən
çıxır və eyni zamanda bir neçə dövlətin ağır konfrontasiyasına aparıb çıxarır.
Bugün sanksiyalar hərbi əməliyyatları əvəz edir.
-Belə vəziyyətdə Rusiya nə edə bilər?
- Rusiya nəhayət ki, amerika maliyyə
imperializmindən müdafiə oluna biləcək.Vaşinqton RF-nı “böyük səkkizlikdən”
çıxarmağa çalışacaq, amma əslində “böyük
səkkizlikdə” olmaq Moskvanın maraqlarında deyil! Eləcə də ÜTT-yə daxil olmaq –
bu Rusiya iqtisadiyyatını təhlükəyə uğradır. Qərb kapitalı onu manipulyasiya
edir, rubl xarici valyuta bazarından asılı olur – bütün bunlar digər dövlətlərə
ziyan vurmaq üçün Vaşinqtonun istifadə etdiyi texnikadır. Bu Amerika
imperializminin əsas silahıdır.
-Moskva bu asılılıqdan necə çıxa bilər?
-Əgər amerika sanksiyaları iqtisadi cəhətdən
effektiv olsalar, bu Rusiyanın da iştirak etdiyi BRİKS qrupunun inkişafını surətləndirəcək.
Beş ölkədən ibarət bu birlik yer kürəsi əhalisinin yarısını əhatə edir və ABŞ
valyuta sisteminin bir hissəsi kimi qalmağa ehtiyac duymur. Bugün Vaşinqton
dollar vasitəsilə ödəniş mexanizmlərini və kapital axınını nəzarətində
saxlayır. Amma Moskvaya qarşı sanksiyaların tətbiqi digər beynəlxalq ödəniş
üsullarının yaranmasını sürətləndirəcək. BRİKS öz valyutasını yarada bilər.
Bundan əlavə, qrup bunu etməlidir. Əks halda, Venesuelaya baxın, - dollar
sisteminin bir hissəsi olan bolivara hücum etməklə ABŞ artıq orada xaos, etiraz
hərəkatı yaradıb.
-Ukraynada baş verən hadisələrdə Vaşinqtonun əlinin
olduğunu iddia etmək olarmı?
-Təbii, bütün bunları ABŞ-dan maliyyələşdirdilər.
Dövlət katibinin müavini Viktoriya Nuland hələ ötən dekabrda bəyan etmişdi ki,
Amerika Ukrayna istiqamətində 5 milyard dollar xərcləyib. ABŞ ora pul vəsaitlərini
guya insan haqqları problemləri və
demokratiya məsələləri ilə məşğul olan
QHT-lər vasitəsilə yönləndirir. Nəticədə
isə bu pullarla küçə etirazları təşkil olunur. Məsələn, belə bir dəlil
mövcuddur ki, etirazların alovlanması üçün amerika və alman qeyri-hökumət təşkilatları
moldavanlara pul verirlər ki, onlar küçələrə çıxsınlar. Bütün bu orkestrə
dirijorluq edən isə Vaşinqtondur: həmin söhbətdə Nuland və ABŞ-ın Kiyevdəki səfiri
Ceffri Payett dövlət çevrilişini və hətta hakimiyyətə kimin gəlməli olduğunu
müzakirə edirdilər.
Bu o demək deyil ki, ukraynalıların
real qanuni narazılıqları yoxdur. Amma tamamilə aydındır ki, bütün bunlar
planlaşdırılıb ki, Ukrayna gələcəkdə Aİ və NATO-ya daxil olsun. Çünki ABŞ-ın əsas məqsədi onun ərazilərində, Rusiya sərhədlərinə yaxın öz hərbi bazalarını yerləşdirməkdir.
-Bəs, sizin fikrinizcə, Kiyev özü Aİ ilə əlaqədən
uda bilərmi?
-Çoxsaylı hesabatlara əsasən, Ai ölkələrində
anomal korrupsiya səviyyəsi var. Əgər Ukrayna Aİ-na inteqrasiya etsə,
darmadağın ediləcək. Çünki o BVF-ə böyük kreditlər ödəməli və sərt iqtisadi tədbirlər tətbiq etməli
olacaq. Biz isə BVF-in yardım proqramının necə işlədiyini yaxşı bilirik –
Yunanıstana, Kiprə, İrlandiyaya baxın. Qərb banklarına borcları qaytarmaq üçün
pensiyalar, sosial ödənişlər azaldılacaq. Əgər indi ukraynalılar vəziyyəti
pisdirsə, BVF ilə saziş imzaladıqdan sonra hər şey daha da pis olacaq.
Tərcümə Azərbaycan Ekososialistlər
Комментариев нет:
Отправить комментарий