SSRİ-nin “rəqabətsiz sistem” olması
uydurmadır – xüsusi olaraq hər uyğun imkan düşəndə mübahisədə fırlatmaq və
dünya tarixində SSRİ-nin real rolu barəsində düşünməmək üçün yaradılmış küt möhürdür.
Möhür sakinlərin beyinlərinin yuyulması üçün lazımdır. Həqiqətə bənzər möhür
yaratdılar, sakin isə bu tələdəki yemi uddu, çünki, özü səbəbləri araşdırmağa
və beynini işlətməyə tənbəllik edir. Başqasının qəşəng yalanlar yayan ağlı ilə
düşünmək, başqasının iradəsi ilə köləyə çevrilməkdir.
SSRİ təyinatına görə rəqabətsiz
sistem ola bilməz, çünki, bu insan cəmiyyətidir. Əgər insanın təkamülü düşüncənin təkamülüdürsə, onda SSRİ uğursuz
eksperiment deyil, insan təkamülünün insanın insana dost,yoldaş və qardaş
olduğu cəmiyyətdə yeni qarşılıqlı əlaqələr sisteminin qurulması ilə özünü təkmilləşdirmək
yolunda atılmış sınaq addımıdır. Və bu mənada insanın insana canavar olduğu bir
cəmiyyətlə rəqabət aparmaq əlbəttə ki, çətindir.
Kapitalizm təyinatına görə maddi
dəyərlər yaratmağa bacarıqlı deyil. Çünki, maddi dəyərləri yaradan insani
dəyərlərə əməl edə bilmir.
Kapitalizm yalnız yad dəyərləri parçalaya
və mənimsəyə bilər,çünki, o parazitdir. Parazit özü heç nə yaratmır, yalnız
başqa enerjiylə qidalanır.
SSRİ-də də belə oldu: elita mənəvi
cəhətdən deqradasiyaya uğradı – cəmiyyətin elita üzərində nəzarəti itirməsi
nəticəsində cəmiyyətin maraqları ilə yaşamağa son qoydu. Və özünün nüfuzlu
statusunun möhkəmlənməsi üçün elita sistemi sosial sistemdən a-sosial sistemə
dəyişdi. Bunun üçün mülkiyyət formasının ictimai mülkiyyətdən xüsusi mülkiyyətə
dəyişməsi lazım idi. Bu da özgəninkiləşdirməyə - bütün xalq tərəfindən
yaradılan maddi dəyərlərin bir qrup insan tərəfindən əldə edilməsinə imkan
yaratdı. Cəmiyyət isə nəticədə təkamül keçmişinə doğru addım atdı.
Əldə edilənləri ölkədən çıxarmaq
üçün, onu dollarla qiymətləndirmək lazım idi ki, buna görə də ölkənin
maliyyə sistemini dollara bağladılar.
Beləliklə, sovet xalqı tərəfindən yaradılan bütün maddi dəyərlər dollar
ekvivalentinə malik oldu və onları Qərbə aparmaq mümkün oldu.
Daha sonra, 20 il ərzində ictimai
mülkiyyətdən xüsusi mülkiyyətə çevrilən yüz milyardlarla dollarların qərb
banklarına illik daşınması Qərbi iyirmi illik iqtisadi artım üçün maddi baza
ilə təmin etdi: sonu görünməyən pullar qərb banklarını dolduranda,bu pulları
hesab ekvivalenti ilə təmin etmək və onları kredit formasında iqtisadiyyatda
dövriyyəyə buraxmaq üçün ABŞ-da çap maşınını işə saldılar. Qərbin
çiçəklənməsinin sirri də budur – başqalarının maddi dəyərlərini düşünülmüş
maxinasiyalar vasitəsilə əldə etmək.
Ona görə də bugün, insanlığın
kapitalizmdən - a-sosial sistemdən başqa maddi dəyərlər yaradan alternativi qalmadığından yenilənmiş SSRİ-yə
qayıtmaq qaçılmazdır. Əgər bu baş verməzsə, bütün insanlıq üçün fəlakət
qaçılmaz olacaq.
Tərcümə Azərbaycan Ekososialistləri
Комментариев нет:
Отправить комментарий