Texnologiya – istehsal prosesi ilə şərtlənən qüvvələrin bölünməsi, sosial münasibətlər və əmək növlərinin ierarxik bölümü əyani surətdə ifadə olunan matrisdir.Texniki sistemlərin seçimi maskası altında bizə daim bu və ya digər sosial sistemlərin seçimini etmək təklif edilir.
Sistemin yalnız texniki kriteriyalar üzrə seçimi nadir hallarda mümkündür, və bununla belə bir qayda olaraq heç də ən səmərəli sistemlər seçilmir. Çünki kapitalizm yalnız o texnologiyaları inkişaf etdirir ki, onun məntiqinə cavab verir və onun stabil dominanatları ilə uyğunlaşır.Amma hakim sosial münasibətlərin möhkəmlənməsinə səbəb olmayan texnologiyaları inkar edir, hətta onlar əsas məhsul nöqteyi nəzərindən daha rasional olsalar belə. Kapitalist istehsal münasibətləri və mübadiləsi artıq kapitalizmin bizə inadla təklif etdiyi texnologiyalarda aydın qeyd olunub.
Fərqli texnologiyalar uğrunda mübarizə fərqli cəmiyyətin yaradılması üçün təbii mübarizə vasitəsidir.
Bütün dövlət institutları və strukturları əsasən hakim texnologiyaların xarakteri və rolu ilə şərtlənir. Misal üçün, nüvə enerjisi, onun “kapitalistlər” və ya “sosialistlər” tərəfindən istifadə olunmasına baxmayaraq, xüsusi xidmət orqanları tərəfindən idarə edilən mərkəzləşmiş iyerarxik cəmiyyəti nəzərdə tutur.
İstehsal vasitələrinin dəyişdirilməsi istənilən cəmiyyətin transformasiyası üçün əsas şərtdir. Könüllü əməkdaşlığın, özünü idarə etmənin və icmaların və fərdlərin azadlığının inkişafı aşağıdakı texnologiyaların və istehsal vasitələrinin inkişafını tələb edir:
-qonşular və icmalar səviyyəsində nəzarət və istifadə oluna biləcək;
-lokal və regional birliklər üçün daha aktiv iqtisadi avtonomiya törətmək bacarığında olan;
-ətraf mühitə ziyan vurmayan;
-istehsalçılar və isthlakçılar tərəfindən istehsal məhsullarına və proseslərinə qarşı irəli sürülən birgə nəzarət tələblərinə cavab verən.
Əlbəttə, etiraz etmək olar ki, ümumilikdə cəmiyyəti transformasiya etmədən istehsal vasitələrini dəyişmək mümkün deyil, və dövlətdə hakimiyyəti ələ keçirmədən buna nail olmaq mümkün deyil. Belə etiraz bu şərtlə ədalətlidir ki, yeni hakimiyyət strukturunun sosial dəyişiklikləri və qanunları texnologiyanın qabaqcadan köklü dəyişilməsinə səbəb olmasını nəzərdə tutmasın. Çünki texnologiyanın strukturu dəyişmədən cəmiyyətin transformasiyası formal və qeyri-həqiqi olacaq. Alternativ texnologiyaların nəzəri və praktiki təyinatı istənilən siyasi nümayişlərin diqqət mərkəzində olmalıdır. Əgər bu baş vermirsə, dövlət hakimiyyətinin özünü sosialist adlandıran insanlar tərəfindən ələ alınması nə hakim sistemi, nə də insanlar (cinslər) arasında və insanla təbiət arasında bərqərar olmuş münasibətləri fundamental şəkildə dəyişə bilməyəcək. Sosializm texnofaşizm immunitetinə sahib deyil, əksinə, o ilk növbədə texnofaşizm qurbanı ola bilər. Buna görə də ekoloji mübarizə ilk növbədə kapitalizmə qarşı mübarizəni nəzərdə tutur. (c)

Комментариев нет:
Отправить комментарий