9 мар. 2014 г.

Y.Qaqarin kosmosa ilk uçuşundan iki gün əvvəl ailəsinə yazdiğı məktub.
"Salam, mənim əzizlərim, çox sevimli Valeçka, Lenoçka və Qaloçka!
Bugün mənə nəsib olmuş sevinc və xoşbəxtliyi sizinlə paylaşmaq və bölüşmək üçün sizə bir neçə sətir y
azmaq qərarına gəldim. Dövlət komissiyası bugün ilk məni kosmosa göndərməyə qərar verib. Mənim nə qədər sevindiyimi bilirsən, əziz Valyuşka, istəyirəm ki, siz də mənimlə birlikdə sevinəsiz. Sadə insana beelə böyük dövlət məsələsini – kosmosa ilk yol açmağı tapşırıblar!
Texnikaya tamamilə inanıram. O piz vəziyyətdə qoymamalıdır. Amma olur ki, insan düz yerdə yıxılır və boynunu sındırır. Burdada da nəsə baş verə bilər. Amma mən özüm hələ ki, buna inanmıram. Amma əgər nəsə baş versə, sizdən xahiş edirəm və ilk növbədə səndən, Valyuşa, dərd çəkməyin. Axı həyatdır, və heç kim zəmanətli deyil ki, sabah onu maşın vurmayacaq. Xahiş edirəm, bizim qızlarımızı qoru, onları sev, necə ki mən onları sevirəm. Rica edirəm, onlardan əlini ağdan qaraya vurmayan, ərköyün qızlar böyütmə, həyatın çala-çuxurlarından qorxmayan həqiqi insan böyüt. Yeni cəmiyyətə - kommunizmə laiq insanlar böyüt. Sənə bunda dövlət kömək edəcək. Öz şəxsi həyatını isə vidanın sənə söylədiyi kimi, lazım bildiyin kimi qur. Mən sənin üzərinə heç bir öhdəçilik qoymuram, heç bunu etməyə haqqım da yoxdur. Nəsə çox qara məktub alınır. Mən özüm buna inanmıram. Ümid edirəm ki, sən bu məktubu heç vaxt görməyəcəksən və bu ani zəifliyə görə mən özümdən utanacam. Amma əgər nəsə baş versə, sən hər şeyi əvvəldən axıra kimi bilməlisən.
Mən indiyə kimi dürüst, doğru, insanlara xeyir verməklə yaşamışam, baxmayaraq ki, bu çox olmayıb. Vaxtilə hələ uşaqlıqda V.P.Çkalovun sözlərini oxumuşdum: “ Olmaqsa, birinci olmaq”. Odur ki, mən də sona kimi birinci olmağa çalışıram. Valeçka, istəyirəm ki, bu uçuşu artıq daxil olduğumuz yeni cəmiyyətin, kommunizmin insanlarına, bizim böyük Vətənimizə,bizim elmimizə həsr edim.
Ümid edirəm ki, bir neçə gündən sonra biz yenidən birlikdə olacıq, xoşbəxt olacıq. Valeçka, xahiş edirəm, mənim valideynlərimi unutma, imkan olduqda onlara nədəsə kömək et. Onlara məndən salam çatdır və bu haqda heç nə bilmədikləri üçün, heç onlar bilməli də deyillər, qoy məni bağışlasınlar. Deyəsən, bu qədər. Hələlik, mənim əzizlərim. Sizi möhkəm-möhkəm qucaqlayıram və öpürəm, salamlayır sizin atanız və Yura. 10.04.1961-ci il.
Qaqarin”.

Комментариев нет:

Отправить комментарий