Nyu-Yorkda keçən gənclik illərimdə mən bayrağa sədaqət andı içməkdən imtina etmişdim. Təbii ki, məni direktorun kabinetinə göndərdilər, o soruşdu: “Niyə sədaqət andı içmək istəmirsən? Axı bunu hər kəs edir!” Mən cavab verdim: “Bir zamanlar hamı inanırdı ki, Yer düzdür, amma bu o demək deyil ki, bu belədir”. Mən izah etdim ki, Amerika öz nailiyyətlərinə görə digər mədəniyyətlərə və xalqlara borcludur, və mən Yer kürəsinə və onun sakinlərinə sədaqət andı içmək istərdim. Bunu söyləmək artıqdır ki, bu olaydan dərhal sonra məktəbi atdım və öz otağımda laboratoriya quraşdırdım, burada da təbiət elmlərinin və digər elmlərin tədqiqinə başladım. Və onda anladım ki, Kainat qanunlara tabe olur, və insan da cəmiyyətin özü kimi istisna deyil. Sonra, 1929-cu ildə birja böhranı baş verdi, hansı ki, bugün Böyük Depressiya adlandırılan böhranın başlanğıcı oldu. Mən başa düşə bilmirdim,zavodlar qaldığı və resurslar əvvəlki kimi əlçatan olduğu halda, niyə milyonlarla insan işsiz qaldı, evlərini itirdi və ac qalmağa məcbur oldu. Məhz o zaman anladım ki, iqtisadi oyunların qaydaları bünövrəsindən yanlışdır. Bundan sonra İkinci Dünya müharibəsi başladı, hansı ki, gedişində bir çox dövlətlər ardıcıl olaraq bir-birilərini məhv edirdilər. Müharibənin sonunda hesabladım ki, dağıtmaya xərclənmiş bütün vəsaitlər və resurslar planetin hər bir sakinini asanlıqla lazımı şeylərlə təmin edə bilərdi. O vaxtdan insanlığın özünə necə qəbir qazmasını müşahidə edirəm. Qiymətsiz tükənən resurslar daim sərf olunur və gəlir və azad bazar naminə məhv edilir. Sosial dəyərlərin süni materializmə və düşüncəsiz istehlaka çevrildiyini müşahidə edirəm. Maliyyə güclərinin guya azad cəmiyyətin siyasi sisteminə necə nəzarət etdiyini. İndi mənim 94 yaşım var. Qorxuram ki, mənim buna münasibətim 75 il əvvəl olduğu kimi qalıb. Bu ağılsızlığa son qoymaq lazımdır (Jak Fresko, futuroloq)
Комментариев нет:
Отправить комментарий