I. Sual
Mənim dinləyicilərimdən biri Pekində
mühazirədən sonra mənə yaxınlaşdı və söylədi ki, mühazirə onu tamamilə
inandırıb, amma onun üçün sual qalan bir şey var: “Ekososializm nə vaxt gələcək?”
Bu çətin, verməyə sadə cavabım olmayan sual idi. Cavab verdim ki, mən
astroloq deyiləm. Bununla belə bu maraqlı sualdır, amma onu başqa şəkildə
qoymaq lazımdır: Ekososializmin perspektivləri varmı? Və ya: Bugün insanların əksəriyyətinin
kapitalizm cəmiyyətini ekososialist cəmiyyətə transformasiya etmək istəyinin əlamətləri hansılardır?
Bu sual olduqca vacibdir, çünki dünyada
bərqərar olmuş vəziyyət uzun müddət davam edə bilməz. Bu sual Marksın
ardıcıllları üçün də başlanğıc nöqtə ola bilər. Marks özünün Siyasi İqtisadiyyatın
Tənqidi əsərinin müqəddiməsində yazırdı: “Sosial şərait istehsal qüvvələrinin
inkişafı olmadan aradan qalxa bilməz; uyğun olaraq da, köhnə cəmiyyətin
daxilində maddi şərait yetişmədən daha yüksək istehsal münasibətləri yarana
bilməz. Buna görə də bəşəriyyət qarşısında özü üçün ancaq həll edə biləcək məsələlər
qoyur; məsələni daha diqqətlə nəzərdən keçirməklə, görə bilərik ki, həmin məsələrin
özləri ancaq onların həlli üçün maddi şərait yarandıqda və ya ən azından
formalaşma prosesində olduqda meydana çıxırlar.” (Marks və Engels)Mən Marksın sözü onun üçün son siyasi
hikmət olan köhnə sosialistlərdən deyiləm. Amma onun sözləri kifayət qədər
inandırıcıdır və aydın düşünən, fantaziya qurmaqla məşğul olmayan sosialistlər
üçün faydalıdır. Bu sözlər inkişaf etmiş kapitalizm cəmiyyətlərində işçi sinfin
Marksın ümidlərini niyə doğrultmadığını dərk etməyə kömək edir. Bu ona görə baş
verdi ki, Marksın fikrinin əksinə olaraq kapitalizmdə mövcud olan istehsal qüvvələri
tamamilə tükənməmişdi. Onlar üçün hələ çox yer vardı.
II. Müasir böhranlar
Qoyulmuş suallardan ilkinə cavab verməzdən
əvvəl bugünkü vəziyyətin ən vacib və ən çox nəzərə çarpan aspektlərinin üzərində
dayanmaq lazımdır. Əgər biz problemləri aydın görsək və böhranın təbiətini
anlasaq, suala cavab vermək daha asan olacaq. Biz sual verməliyik: kapitalizm çərçivəsində
problemlərin həllini və böhranları aşa biləcək istehsal qüvvələrinin gələcək
inkişafını gözləmək olarmı? Əgər bu suala müsbət cavab versək, bu nəticəyə gəlməliyik
ki, kapitalizm tezliklə aradan qalxmayacaq və sosializmin meydana gəlməsi üçün
sosialistlərin fikrincə,daha yaxşı (hələlik “yüksək” terminini bir kənara qoyaq) istehsal münasibətlərinə
gətirib çıxaracaq maddi şərait hələ yetişməyib. Başqa sözlə, bu nəticəyə gəlməliyik
ki, sosializmə keçid üçün hələ zəruri şərait yoxdur. Son bir neçə ildə dünyanın kütləvi informasiya
vasitələri adətən xəbər verdikləri böhranlardan (inflyasiya, iqtisadiyyatın
çökməsi, fond bazarının dağılması, iqtisadi staqnasiya, işsizliyin artması,
velfer böhranı, inkişafda olan ölkələrdə xarici borcların artması, yoxsulluq,
ölkələr arasındakı münasibətlərdə artan gərginlik, müharibələr və s.) daha
ciddi müxtəlif böhranlar haqda məlumatlar verirlər. Bu böhranlar hələ də bizimlədir,
amma onlar ümumilikdə qanunauyğundurlar və işlərin ümumi vəziyyətinin bir hissəsidirlər.
Bəşəriyyətin qarşılaşdığı olduqca daha ciddi böhranlarla müqayisədə onlar
kapitalizm rejimi üçün təhlükəli deyillər.
Bugün dünyanın çox yerlərində aclıq çox
ağır problemə çevrilib, o olduğundan daha geniş yayılıb. Qısa vaxt ərzində
düyünün, taxılın, qarğıdalının və s. qiyməti o qədər artıb ki, bir çox ölkələrdə
yoxsullar hətta onları indiyə kimi həyatda saxlayan bir parça yeməyi belə ala
bilmirlər. 30 ölkədə qiymətlərin qalxmasına qarşı aclıq qiyamları və kütləvi
etirazlar baş verdi.Bundan əlavə, enerji böhranı. Yanacağa
və elektrik enerjisinə olan qiymətlərin tədricən qalxması təkcə kasıb ölkələrə
deyil, varlı ölkələrə də əziyyət verir. İspaniyada, Portuqaliyada, Fransada və
Böyük Britaniyada sürücülər və balıqçılar dizel yanacağına olan yüksək qiymətlərə
qarşı nümayişlər keçirirlər, yolları və portları mühasirəyə alırlar, çünki,
onların sözü ilə söyləsək, onların peşəsi ziyanlı olur. Hər tərəfdə nümayişçilər
və polis arasında qarşıdurmalar baş verir.Enerji böhranı resurs böhranının ən
vacib tərkib hissəsidir. Bir çox məhsullar üçün ən vacib və əsas enerji və
xammal mənbəyi olan xam neftin əldə olunması getdikcə daha çətin və buna görə də
getdikcə daha bahalı olur. Hətta kömürün dəyəri belə qalxır. Nüvə enerjisinin mədən
yanacağına alternativ olduğunu düşünənlər üçün qeyd edim ki, hətta uran ehtiyatı
belə tükənir, və onun əldə olunması bahalaşır. Bu şeyləri fotoenerji
batareyaları və elektron çiplər üçün əsas xammal olan silisium üçün də söyləmək
olar. Təkcə bunlar deyil, sənayedə istifadə olunan dəmir, mis, sink, nikel və
s. kimi adi metallar da bahalaşır. Hətta dəmir filizi və qara metalın qiyməti
belə bahalaşır.
Hər kəs bilir ki, ucuz və əlçatan enerji sənayecə inkişaf etmiş cəmiyyətlərin
əsası və yüksək həyat şəraitidir. Buna görə də ucuz neft erasının sonu belə cəmiyyətlərin
çiçəklənməsinin sonu deməkdir.Ümumilikdə enerji və resurs böhranı,
xüsusilə də təbii qaza olan qiymətlərin bahalaşması gübrəyə olan qiymətlərin də
artmasına səbəb olur; əhali artımı, sənayeləşmənin və urbanizasiyanın böyüməsi
şum üçün yararlı torpaqların və su mənbələrinin azalması nəticəsində baş verir.
Bu faktorlar - əkin üçün yararlı torpaqların bioyananacaq istehsalına istifadə
olunması kimi ehtiyatsız qərarlarla birlikdə - müasir ərzaq böhranının
arxasında dayanan səbəblərdir.Resurs böhranından daha ciddi böhran
iqlim dəyişiklikləri ilə əlaqədar təbii fəlakət təhlükələridir – fırtına,
daşqın, torpağın üst təbəqələrinin yerini dəyişməsi və s. – ki, onlar da öz
növbəsində qlobal istiləşmə və okean səviyyəsinin artması ilə əlaqədardır. Belə
təbii fəlakətlər faktiki olaraq Çin də daxil olmaqla, artıq bütün dünyada müntəzəm
xarakter almışdır. Gələcəkdə onlar daha tez-tez baş verəcək və daha dağıdıcı
olacaq.Bundan əlavə, biz daim pisləşən ekoloji
vəziyyəti unutmamalıyıq: havanın, suyun və torpağın keyfiyyətinin tozlu, kimyəvi
və radioaktiv çirklənmədən deqradasiyası
və bioloji növlərin məhv olması üzündən bio-müxtəlifliyin azalması.Resurs və ekologiya böhranından başqa
bugün dünya aradan qalxmayan sosial və siyasi böhrandan da əziyyət çəkir: yüz
minlərlə qaçqın öz vətənini yoxsulluq, müharibələr və ekoloji bəlalar üzündən tərk
edir; dini və millətçi fanatiklərin terrorist hərəkətləri; ölkə daxilində və sərhədlərində
etnik konfliktlər və vətəndaş müharibələri; hamı tərəfindən qəbul olunmayan
hökumətlərin mövcud olduğu və silahlı quldur dəstələri tərəfindən idarə olunana
yarımçıq dövlətlər.Bu böhranlar, xüsusilə bünövrəni təşkil
edən ümumi resurs böhranı, bu vaxta kimi görünməmiş inflyasiyaya və
iqtisadiyyatın çökməsinə gətirib çıxaracaq. İndiyə kimi inflyasiya ümumilikdə həmkarlar
ittfaqları tərəfindən yüksək əmək haqqı tələblərinə və (və ya) istehsal artımının yavaşlaması
zamanı tələbin artmasına görə yaranırdı. Bunun əlacı sadə idi: həmkarlar
ittifaqlarını əmək haqqının azalmasının vacibliyinə inandırmaq və ya monetar və
fiskal siyasətin köməkliyi ilə tələbi azaltmaq. Bu andan hətta işçilər yüksək əmək
haqqı tələb etməsələr belə, və hətta əmtəə və xidmətlərə olan tələb artmasa belə
qiymətlər artmağa davam edəcək. Bu ona görə baş verəcək ki, mövcud geoloji və
coğrafi şərtlər daxilində xammal hasilatı getdikcə daha da çətinləşəcək ki, bu
da ardınca istehsal dəyərinin artmasına gətirib çıxaracaq. Neft hasilatının dəyəri
arktik dərinliklərdə misal üçün, Küveyt qumluqlarındakından daha yüksək olacaq.Xammal az, qiymətlər isə daha yüksək
olduqda tələb nəinki dayanacaq, həm də azalmağa başlayacaq, çünki insanlar nəsə
almaq iqtidarında olmayacaqlar. Bundan başqa, xammal defisiti istehsalın çöküşü
demək olacaq. Və bu baş verən zaman, yeni növ resessiya başlayacaq, hansı ki,
artıq bərpa olunan resurslara əsaslanan iqtisadiyyat dayanıqlı, təbii vəziyyətinə
nail olmayana qədər davam edəcək. Bütün bu fundamental böhranlar daha əvvəllər
qeyd edilmiş, keçmişdə uyğun siyasət vasitəsilə
müəyyən dərəcədə zəiflədilə bilən
efemer böhranlara bənzəmirlər. Bugünün böhranları bu mənada fundamentaldırlar
ki, onların kökləri sistemin özəyində - onun kapitalist və sənaye təməlində -
yerləşir və onların dəf edilməsi üçün radikal şəkildə sistemi dəyişmək, bununla
həyat tərzini, eləcə də bizim əmtəə və xidmətləri necə istahsal etmək
üsulumuzu, həm əhalinin səviyyəsini, həm resurlardan istifadə üsulunu, təbiətə
münaisbətimizi, bizim sosial münasibətlərimizi və s.və s. şeyləri dəyişmək
lazım olacaq. Başqa sözlə, bu böhranları kapitalizmin mövcud sosial, iqtisadi və
siyasi sistemləri çərçivəsində dəf etmək mümkün deyil
.III. İstehsal qüvvələrinin vəziyyəti
İndi isə istehsal qüvvələrinin bugünkü
vəziyyətini ya artıq baş vermiş, ya da yaxın gələcəkdə baş verəcək hadislərlə
birlikdə nəzərdən keçirək. Və baxaq görək, onlar kapitalizm çərçivəsində
fundamental böhranın aradan qalxmasına imkan yaradacaqmı. “Eko-sosializm yoxsa
eko-kapitalizm?” kitabımda bu məsələni təfərrüatı ilə nəzərdən keçirmişəm.Bugün kapitalizm qarşısında dayanan ən
çətin məsələ yeni enerji mənbələrinin axtarışıdır, hansılar ki, (a) atmosferə parnik
qazları atmayacaq (və ya çox az atacaq) və (b) ucuz və kifayət qədər olacaq, və
buna görə də bərpa olunmayan və tez tükənən, və atmosfərə böyük həcmdə parnik
qazı atan mədən yanacağını əvəz edəcək. Başqa sözlə, ətraf mühiti dağıtmadan
iqtisadi artımı saxlamaq imkanı verən və bərpa olunan yeni enerji mənbələri (eləcə
də digər resursları) tapmaq məsələsi.Alimlər və mühəndislər bir-birilə sıx
bağlı olan resursların tükənməsi və ətraf mühtin pisləşməsi problemlərinin
ciddiliyini dərk edəndən – bu isə 1970-ci illərin ortalarında baş verdi – bir
çox sahələrdə, xüsusilə bərpa olunan və mühiti çirkləndirməyən resurslar sahəsində,
tədqiqatlar və axtarışlar aparılmışdır. Amma çox təəsüf ki, hələ də bunun həlli
tapılmamaışdır.Bərpa olunan və böyük miqdarda olan günəş
və külək enerjisinə böyük ümidlər bağlanmışdı. Gündəlik günəşdən əldə olunan
enerjinin miqdarı gündəlik istifadə olunan
dünya bütün kommersiya enerjisindən 15000 dəfə çoxdur. Buna görə də,
çoxları dayanıqlı iqtisadi artım problemini həll etməyə imkan verəcək günəş
texnologiyalarının yaradılmasına ümid edirdilər. Amma bu ümidlər hələ də gerçəkləşməyib.
Nə günəş, nə də külək enerjisi hələ də mədən yanacağının yandırılmasına əsaslanan
və atmosferə on minlərlə ton CO2 atan kommersiya energetikası, ənənəvi
energetika ilə rəqabət apara bilmir. Və görünür ki, heç vaxt da apara bilməyəcəklər.
Bərpa olunan energetika subsidiyalardan asılı olaraq qalır. Amma subsidiyaların
böyük hissəsi mədən yanacağı ilə hərəkətə gətirilən ümumi iqtisadiyyatdan gəlir,
o mənbə ilə ki, bərpa olunan mənbələr tərəfindən əvəz olunması güman edilir. Bu
o deməkdir ki, bərpa olunan enerji texnologiyaları həyat qabiliyyətli deyil,
onlar yalnız mədən yanacağı mövcud olduğu müddətdə mövcud ola bilərlər.Bu asılılığın azalmamasını bu fakt
sübut edir ki, Almaniyada bərpa olunan enerji təbliğatı ilə məşğul olan nəhəng Eurosolar
təşkilatı bu yaxınlarda zəmanət verilən subsidiyanın kilovatt-saat külək
enerjisi dəyərində artırılmasını buna görə tələb edirdi ki, xammalın dəyəri
artır. Külək stansiyalarının tikilməsi üçün
vacib olan ən əsas xammal təbii ki, dəyəri sürətlə artmaqda olan mədən
yanacağı enerjisidir. Almaniya hökuməti bu tələbi ödədi və zəmanət verilən
enerjinin dəyərini yüksəltdi. Eurosolar (hələ ki) zəmanət olunan fotoelektrik
enerjisinin dəyərinin artırılmasını tələb etmir, baxmayaraq ki, xammalın dəyərinin
artırılması həm də fotoelementlərin istehsal dəyərinin yüksəlməsinə səbəb olur.
Nazik kristal plastinkaların hazırlandığı təmiz silisium getdikcə azalır və
onun dəyəri artır. Amma zəmanət verilən günəş enerjisinin dəyəri şərti elektrik enerjisindən o qədər
yüksək olub ki, hökumət onu bir az azaltmaq qərarına gəlib. Mənim işim burada
enerjinin zəmanətli subsidiyalaşdırılmış dəyərinin nə qədər özünü
doğrultmasında deyil, təntənəli surətdə elan olunan bərpa olunan enerjinin tükənən
və parnik qazları atan yanacaq iqtisadyyatından iqtisadi asılılığını göstərməkdir.
Vəziyyəti texniki dillə izah etsək, nə günəş, nə də külək enerjisi özü-özünü
istehsal edə bilmir. Yəni, bu texnologiyalar üçün zəruri olan bütün
avadanlıqlar şərti (əsasən də mədən) yanacağın istifadəsi ilə hazırlanır.
Onların istehsal etdiyi təmiz enerji, yəni, əldə olunan enerji vahidinin
qoyulmuş enerji vahidinə olan nisbəti ya çox kiçikdir, ya da hətta vahiddən
kiçikdir.Hazırki dövrdə təbliğ olunan digər bərpa
olunan enerji mənbəyi 2 növdə bio-kütlədir:
(a) yanacaq əkinləri və (b) kənd təsərrüfatı və meşəçilik tullantıları. Bu
metodlardan heç biri yeni deyil. Bitki yağından istehsal olunan bio-dizel
keçmişdə, benzin tərəfindən sıxışdırılana qədər
avtomobillər üçün yanacaq qismində istifadə olunurdu. Bio-kütlə
tullantılarından əldə olunan bio-qaz 1950-ci illərdən 70-ci illərə kimi geniş
istifadə olunurdu. Bugün onu kiçik mqdarda elektrik enerjisinin istehsalı üçün
istifadə edirlər. Qədim bərpa olunan enerji mənbələrinin yenilənmiş şəkildə
istifadə olunması – xüsusilə bio-etanol və bio-dizel formasında – və böyük
subsidiya alması faktı, günəş və külək enerjisi qurğularından məyusluğu sübut
edir.Müasir sənaye cəmiyyətinə təkcə
elektrik enerjisi tələb olunmur, həm də maye yanacaq,xüsusilə avtomobillər üçün,
tələb olunur. Günəş və ya külək stansiyası
vasitəsilə istehsal olunan elektrik enerjisindən – bu enerjini isə bir
yerə toplamaq lazımdır, yəni bu mənbələrin enerjisi təsadüfi xarakter daşıyır -
maye yanacaq əldə etmək üçün suyun elektrolizi lazımdır. Bu isə çox bahalı
prosesdir. Belə yanacağın monetar dəyəri və günəş və ya külək qurğularından
yandırılmış hidrogen əldə etmək üçün lazım olan energetika xərcləri o qədər
yüksəkdir ki, onun avtomobillər üçün istifadəsinə mənasız olur. Məhz buna görə
şəkər qamışından, qarğıdalıdan və s.bitkilərdən bioetanol və rapsdan, palma
yağından və s. bio-dizel əldə etmək ideyasından yapışıblar.Bio-yanacaqların böyük çatışmazlığı var
– onlar üçün məhsuldar torpaqlar lazımdır. Buna görə də ya kənd təsərrüfatı sahələrini
əhalidən almaq lazımdır, ya da tropik meşələri dağıtmaq lazımdır ki, bu da
artıq neçə illərdir ki, Braziliyada, İndoneziyada və Malaziyada baş verir. Bu
yaxşı ideya deyil. Kənd təsərrüfatı sahələrini bioyanacaq istehsalı üzrə
profilləşdirmək bütün bunlardan əlavə həm də Yer kürəsinin əhalisinin 6,5
milyarda çatdığı və artmaqda davam etdiyi – bu əhalinin 800 milyonu isə
aclıqdan əziyyət çəkir - bir zamanda çox təhlükəli işdir. Hazırki dövrdə mövcud
olan ərzaq böhranı Dünya Bankının məlumatlarına əsasən 75% bu fenomendən
asılıdır (The Guardian, 4.07.2008). Tropik meşələrin bu məqsədlə məhv edilməsi
ona görə pis ideyadır ki, birincisi, onlar özləri CO2-ni canına çəkən təbii
sistemin tərkib hissəsidir və ikincisi, ona görə ki, onlar planetdə ən böyük
biomüxtəlifliyi təmin edirlər. Bundan başqa, hətta bio-yanacaq, baxmayaraq ki,
o günəş enerjisi kimi xi-tech istehsalına aid deyil, ondan ötrü subsidiyalaşdırılmalıdır ki, mədən yanacağı
ilə rəqabət apara bilsin. Onlardan əldə edilən təmiz enerjinin vahiddən böyük
olması böyük şübhə altındadır (Wall Street Journal, 5.12.2006).
Bərpa olunan energetikadan və mədən yanacağından böyük asılılıq səbəbindən
bərpa olunan energetikanın qlobal istilməşmənin qarşısını alacağı haqda
inandırmağa çalışma cəhdləri tamamilə tutarsız səslənir. Beynəlxalq Enerji
agentliyi (IEA) bu yaxınlarda parnik qazlarının qlobal tullantılarının
2050-ci ilə kimi ikiqat azaldılması haqda tövsiyyə paketi təqdim etdi. Bununla
belə, bərpa olunan enerji mənbələrinin istifadəsi bu ixtisarların 21%-ni təşkil
etməli idi. İEA hesab edir ki, bu hədəfə nail olmaqdan ötrü bərpa olunan
energetika 2050-ci ilə kimi dünya üzrə hasil edilən elektrik enerjisinin 46%-ni
təşkil etməlidir. Agentlik il ərzində 17500 külək turbinlərinin tikilməsini və
enerji istehsalı üçün istifadə olunan bio-kütləni 4 dəfəyə qədər artırmağı təklif
edir. IEA həmçinin bu hədəfə nail olmaq üçün lazım olacaq yatırımların dəyərini
qiymətləndirib (bura yeni nüvə stansiyaları üçün olan investisiyalar da
daxildir): bütün bunlara 45 trilyon ABŞ dolları lazım olacaq (S;ddeutsche
Zeitung, 7.06.2008; Schrader 2008). Bu zaman mədən yanacağının qlobal məhsul
(dünya üzrə ÜDM) üzərinə qoyuluşları radikal şəkildə azalacaqsa, bu pulları
hardan alacıq? Və əgər mədən yanacağına, xüsusilə neftə və qaza, olan daimi
qiymət artımını və dünya iqtisadiyyatının çökməsini nəzərə alsaq bu vəsait
hardan alınacaq? Aydındır ki, hətta müasir investisiya səviyyəsini saxlamaq belə
çətin olacaq.IEA agentliyi həmçinin hər il 32 nüvə
stansiyası tikməyi məsləhət görür, yeni stansiyaların ümumi sayı 2050-ci ilə
kimi 1300 olmalıdır.. Əsas güc mənbəyi kimi nüvə energetikasının yenidən
inkişafını istehsal qüvvələrinin inkişafı hesab etmək olmaz. Bu köhnə
texnologiya bərpa olunan enerji mənbələri ilə müqayisədə olduqca təhlükəli və
bahalı hesab olunur. Bugün bərpa olunan enerji mənbələrinin çoxlarını məyus etməsi
üzündən siyasətçilər bu köhnə texnologiyanı yenidən dirçəltmək istəyirlər. Amma
hətta, insanlar bu riski qəbul etməyə razı olsalar və hətta bu risklər stansiyaların təkmilləşməsi
ilə azaldılsa belə, uran tükənən resursdur və daim bahalaşır. Ekspertlərin qiymətləndirməsinə
görə, hazırda onun bütün dünya üzrə 439 nüvə reaktorunda istifadə tempi elədir
ki, onun ehtiyatları daha 60 ilə bəs edəcək. Bundan başqa, Dünya Nüvə
Assosiasiyasına ( World Nuclear Association) əsasən dünya üzrə uran istehsalı
1981-ci ildə öz pik nöqtəsinə çatmışdır. Bu o deməkdir ki, uran ehtiyyatı
getdikcə azalır. Uranın dəyəri 2006-cı ilin sentyabrında 2001-ci ilə nəzərən 6
dəfə çox olmuşdur (International Herald Tribune, 5.09.2006). Uran yanacağı
olmayan nüvə stansiyalarının işi ABŞ və keçmiş Sovet İttifaqının nüvə
arsenalının qarşılıqlı məhdudlaşdırılmasından sonra atom silahından alınan nüvə
materialının hesabına uzadılır. “Bərpa olunan” energetika
ilə olan bu problemlər üzündən energetika sənayesinin kütbeyin realistləri nisbətən
əlçatan və böyük miqdarda əldə edilən kömürə əsaslanan energetika üçün həll
yolu tapmaq barəsində düşünürlər. Kömür neft kimi universal yanacaq olmasa da,
onu qazlaşdırmaq və yandırmaq mümkündür. Problem bundadır ki, onu necə
yandırasan ki, atmosferə CO2 atmayasan. Bugün üzərində təcrübə aparılan qərar
karbonun tutulması və basıdırlması texnologiyası adlanır (Carbon Capture and
Storage, CCS). İdeya CO2-nin kömür stansiyalarında digər yandırılma məhsullarından
sənaye üsulu ilə ayrılması, onun tutulması və neft və qaz hasilatından sonra
yaranmış boşluqda yüksək təzyiq altında mayeləşdirilməsindən ibarətdir. Sonra –
bu hissə də aydın deyil – ya bu boşluqlar bağlanacaq,yaxud da mayeləşmiş CO2
boşluğun ətrafındakı süxurlar tərəfində udulacaq. Münasib geoloji süxurları
olan münasib boşluqları da təbii ki, hələ tapmaq lazımdır.Belə həllin ən güclü müdafiəçisi
2006-cı ildə Böyük Britaniya hökuməti tərəfindən yaradılmış komissiyanın rəhbəri
ser Nikolas Sterndir. Bu komissiyanın hesabatında bu metodla qlobal
tullantıların təhlükəsiz səviyyəsə qədər ixtisara salınmasının dəyərinin qiymətləndirilməsi
aparılmışdır ki, bu da 2050-ci ilə kimi çox kiçik bir məbləğ - dünya ÜDM-in
1%-ni təşkil etməlidir. Amma bəzi iqtisadçılar belə optimistik qiymətləndirmənin
dürüstlüyünə çox şübhə ilə yanaşırlar. Robert C.Samuelson yazır:“ İqtisadi artımın saxlanması üçün
parnik qazları probleminin kritik problem olmadığını düşünmək olmaz. Stern öncədən
onu cüzi güman etməklə kiçik dəyər alır. Onun qiymətləndirmələrində güman
edilir ki, texnoloji təkmilləşmələr tullantıların azalması ilə iqtisadi artımı əlaqələndirəcək...
İstiləşməni dayandırmaq üçün, Stern istəyir ki, 2050-ci ilə kimi illik
tullantılar hazırki səviyyəsindən 25% aşağı olsun. İEA agentliyinin
hesablamalarına görə, iqtisadi artım 2050-ci ilə kimi tullantıların ikiqat artmasına gətirib çıxaracaq. Biz bu
gün bu uçqun üzərindən tullana bilmərik...Biz dürüst olmalıyıq. Biz enerji
istifadəsi ilə tullantılar arasındakı sıx bağlılığı yox etməyən iqtisadi
etxnologiyalar yaratmadan heç nəyə nail ola bilməyəcik. Qlobal istiləşməyə
ciddi yanaşan istənilən kəs texnologiya haqqında düşünməlidir, onu passiv qəbul
etməməlidir. Əks halda bizim seçimimiz olmayacaq: ya iqtisadiyyatı parçalayan
bahalı nəzarət sistemləri, ya da parnik qazlarına həssas olmayan bahalı enerji
sistemləri. Ya da hər ikisi.” (Samuelson 2006. Emphasis added)
IV. Əsas inkişaf mənbəyi
Bugün Avropada bizim Wissensgesellschaft-da
yaşamağımız haqda tez-tez eşitmək olar. Bu alman terminini “bilik cəmiyyəti” və
ya “intelektual cəmiyyət” kimi tərcümə etmək olar. Bu yaxınlarda müxtəlif
müasir böhranlar barəsində aparaılan müzakirələrdən birində moderator alimdən,
Fransanın maliyyə nazirinin məsləhətçisindən soruşdu ki, böhranların qarşısının
alınması üçün qərb cəmiyyətləri nə etməlidir. Məsləhətçi bildirdi ki, ümumiyyətlə,
maddi resurslar dayanmadan azalır və bahalaşır, və dünyada az əmək haqqı səviyyəsi
olan dövlətlər – Çin, Hindistan və digərləri - arasında rəqabət artır. Beləliklə,
böhranı yalnız “elm cəmiyyətinə”, Wissensgesellschaft –a sürətli keçidlə dəf
etmək olar. Mən məxsusi olaraq qəsdən
internet ensklopediyasında axtardım və müəyyən etdim ki, əksər qərb
alimləri hesab edirlər ki, “nəzəri bilik – post-sənaye cəmiyyətlərinin ən zəruri
resursudur”, “biliklərin yaradılması, istifadəsi və təşkili - istehsalatın və artımın əsas mənbəyidir” (Wikipedia,
German edition).Bir neçə il əvvəl oxşar fikirlər daha
sadə ifadə olunurdu, daha dəqiq desək, elmi və texnoloji inkişafı tərif edərək.
Almaniyada bəzi insanlar söyləyrdilər: qoy çinlilər, hindlilər, şərqi-avropalılar
və digərləri adi məhsullar istehsal etsinlər, biz ideyalar və ya yüksək-texnoloji
məhsullar nə nou-xau satacıq. Amma belə ümidlər üçün bir əsas varmı?Müasir elm yaranan andan bilik
istehsalı dayanmayıb. İndiki dövrdə alimlərdən eşidirik ki, bilik, necə deyərlər,
partlayış xarakteri daşıyır. Amma əgər bilik iqtisadi artım üçün belə vacib
resursdursa və onun əsas mənbəyidirsə,
II bölmədə söhbət açdığım böhranlar hardan yaranıb? Aydındır ki, yalnız biliyin
kifayət etməsinə ümid etmək əsassızdır.Biliklərin yaradılması, istifadəsi və təşkili
həmişə vacib resurs və səmərəliliyin və istehsalın
mənbəyi olub. Amma onlar Sənaye Sivilizasiyasının inkişafının və partlayıcı
xarakterinin səbəbi deyillər. Bəs o zaman son iki yüz ildə rifah halının
artmasının əsas səbəbi nə olub? Bəli, mədən yanacağı.Hər birimizin də yaxşı bildiyi kimi,
buxar maşını Sənaye İnqilabını “işə saldı”. Yüksək təzyiqli buxarı kömürü
yandırmaqla əldə edirlər. Buxar istehsalı üçün odun da istifadə oluna bilərdi.
Amma İngiltərədə Sənaye İnqilabı başlayanda artıq odun çatışmırdı. Odunun yerinə
kömür, olduqca çirkli yanacaq istifadə olunmağa başladı. Odun və kömür
arasındakı fərq ilk növbədə bundadır ki, birincisi, kömür ehtiyatı o qədər çox
idi ki - ən azından Sənaye İnqilabının baş verdiyi yerlərdə - tükənməz
görünürdü. İkincisi, kömürün enerji tərkibi (enerji sıxlığı) odundan olduqca
çoxdur. 1996-ci ildə aparılmış tədqiqat göstərdi ki, ABŞ-da salınmış ağac
plantasiyalarındakı təmiz enerji göstəricisi EROEI 2.1-ə bərabərdir. İlkin
dövrlərdə (1901-1920) texas nefti üçün EROEI 20-yə bərabər idi. Başqa sözlə, mədən
yanacağı hər bir insana şərti olaraq onlarla kölə verirdi.
Praktiki bilik verən alimlər və mühəndislər nəsli öləndə, onun
yerinə başqa nəsil alimlər və mühəndislər gəlir. Onlar və onların bilikləri,
belə deyək, sənayecə inkişaf etmiş ölkələr üçün bərpa olunan mənbələrdir və
onların çatışmazlığı yoxdur. Amma mədən yanacağı ilə belə deyil.Son 200 ildə yer almış xeyli sayda
ixtiralar və istehsal artımı, təbii ki, alim və mühəndislərin işlərinin nəticələridir.
Amma onların üzərində işlədiyi platformanı nəticədə əlçatan və ucuz mədən
yanacağı təmin edirdi. Misal üçün, təyyarənin ixtirasını kifayət qədər neft
olmadan təsəvvür etmək deyil. Əl əməyini əvəz edən və səmərəliliyi artıran
elektrik maşınlarını da eynilə mədən yanacağı istifadə etmədən təsəvvür etmək çətindir.Bugün həmin bu platforma laxlayıb. Neft
hasilatı son həddə çatıb. Onun qiyməti hədsiz dərəcədə artıb və artıq təklifi
artırmaq mümkün deyil. Artıq üfiqdə qızıl neft əsrinin sonu görünür. Bir çox
hava yolları uçuş marşrutlarını bağlayır, qiymətləri qaldırır. Amerikalılar və
avropalılar daha az şütüməli və daha az avtomobil almalı olurlar. Amerika və
Avropa avtomobil sənayesi böhranı içərisindədir.Ekoloji iqtisadiyyatın banilərindən
olan Nikolas Georqeskyu-Reqen mədən yanacağı yataqlarını və digər vacib bərpa
olunmayan mədən minerallarını “bəşəriyyətin Yer kürəsindən aldığı kiçik miras”
adlandırır. Buna görə o belə bir nəticəyə gəlib:“Hətta əhalinin sabitliyi və
resursların sabit istismar tempində belə, insan nəsli digər faktorlar üzündən daha əvvəl məhv olmasa, nəticədə, bu miras
tükənəcək.”(Georgescu-Roegen 1971/1981: 296)“Digər faktorlar” adı altında müxtəlif
müharibələri, xüsusilə, yerdə qalmış
resurslar üstündə müharibələr, resurs məhdudiyyəti üzündən insanlığın müqavimət
göstərə bilməyəcəyi pandemiyalar, qlobal istiləşmənin yaratdığı dağıntılar və
digər fəlakətləri başa düşmək olar.Georqeskyu-Reqen bunu 1971-ci ildə, əsas
diqqətin resurs probleminə ayrıldığı bir vaxtda yazmışdı. 2006-ci ildə Ceyms
Lavlok diqqətini – digər gözəl alim və mütəfəkkir - əsasən Yer kürəsi
planetinin ekoloji sağlamlığı üzərində topladı. O Yer kürəsini canlı orqanizm
ilə müqayisə etdi və onu “Qeya” (qədim-yunan ilahəsinin adı ilə) adlandırdı. Qlobal
istiləşmədən qaynanaqlanan böyük təhlükə haqqında qeyd edərkən, Lavlok böyük
pessemizimlə yazırdı:“Qeyanın qızdırması var və onun xəstəliyinin səbəbi bizik. Tezliklə onun
vəziyyəti pisləşəcək və komaya düşəcək. O daha əvvəllər də komaya düşüb, amma özünə gəlirdi;
düzdür bunun üçün 100000 çox zaman tələb olunurdu. Onun vəziyyətinin məsuliyyəti
bizim üzərimizdədir və tezliklə onun xəstəliyinin bütün təsirlərini öz üzərimizdə
hiss edəcik: artıq bu yüzillik temperatur mülayim enliklərdə 8 dərəcə Selsi və
tropiklərdə 5 dərəcə Selsi artacaq.”Amma öz pessemizminə baxmayaraq, o hərəkət
etməyə çağırır:“Ümidsizliyə qapılmayaq və yalnız öz
hüquqlarımız və tələbatlarımız haqda düşünməyək; qəbul etmək lazımdır ki, biz
Yer Kürəsinə ziyan vurmuşuq və artıq Qeya ilə sülh bağlamaq zamanı gəlib. Hələ
gücümüz varkən, silahlı quldur dəstələri bizi aciz qullara çevirməmiş biz
onunla danışıqlara girməliyik.
”V. Yeni hədəflər
Biz Lavloku dinlədikdə, qarşımızda
tamamilə fərqli, yeni məsələlər dayanır. Və problem təkcə qlobal istiləşmədə
deyil. O daha genişdir. Bu gün ekologiya və iqtisadiyyat arasında danılmaz
ziddiyyət mövcuddur. Qısası, biz nə qədər çox istehlak ediriksə, ətraf mühiti o
qədər çox çirkləndiririk/dağıdırıq. Bu hətta istehlak tullantıların ixtisarı
üçün artsa belə doğrudur. Və əhalinin və
gələcək nəsillərin marağında olan ətraf
mühitin qorunması üzrə bütün tədbirlər mövcud nəslin xərclərinin və itkilərinin
artırılması ilə nəticələnir ki, bu da iqtisadi artımı məhdudlaşdırır. Təbiətin
çirklənməsinin və məhvinin –qlobal istiləşmə də daxil olmaqla - ən etibarlı azaltma üsulu ümumi istehlakı
azaltmaqdır. Hansı ki, ümumi iqtisadiyyatın kiçilməsinə səbəb olur. Öz kitabımda
aşağıdakıları təklif etmişəm. Biz bunu istəsək də, istəməsək
də III və IV bölmələrdə gətirilmiş
faktlar belə bir mütləq nəticəyə gətirir ki, sosializm ideyası sənayecə yüksək
inkişaf etmiş cəmiyyət əsasında artıq reallaşa bilməz. Bundan əlavə, sosializm
rejiminin ilk məsələsi istehsalın və əməyin səmərəliliyinin artırılmasından
ötrü istehsal qüvvələrinin inkişafı olmasına ənənəvi baxış artıq mənasızdır. Bu
ideyalar və anlayışlar köhnəliblər, və onları bugünkü problemlərə və
böhranlara daha uyğun ideya və
anlayışlarla əvəz etmək lazım. Beləliklə, bugün sosialistlər insan tələbatları
və hüquqlarının prioritet anlayışını ətraf mühitin mühafizəsi prioriteti
anlayışı ilə əvəz etməlidirlər. Və yeni sosializm rejiminin ilk vəzifəsi əsaslı
surətdə, və hətta məxsusən, bərpa olunan enerjiyə əsaslanan iqtisadiyyata keçid
təşkil etmək olmalıdır. Marks yazırdı: “Filosoflar indiyə kimi sadəcə dünyanı
izah edirdilər; məsələ isə onu dəyişməkdədir”. Biz bu gün söyləməliyik: biz,
sosialistlər də daxil, indiyə kimi dünyanı dəyişirdik; indi isə məsələ onu
qorumaqdır. Bundan başqa, kommunizm cəmiyyətində ilk qaydanın “hər kəsdən
bacarığına, hər kəsə tələbatına görə” olması haqda Marksın ideyasına düzəliş
edilməlidir. Bugün bu qayda belə səslənməlidir: hər kəsdən bacarığına... hər kəsə
- təbiəti dağıtmadan və zəiflətmədən ondan əldə edilə bilənin bərabər hissəsi. I bölmədə misal çəkdiyim
Marksın sitatına qayıdaq. O yazırdı: “... daha yüksək istehsal qüvvələri köhnə
cəmiyyətin daxilində maddi şərait yaranmadan meydana gələ bilməz.” Görünür,
Marks burda demək istəyir ki, yüksək istehsal qüvvələrinə malik sosializm uyğun
maddi şərait yetişən kimi öz-özünə (avtomatik) yaranacaq. Mən hesab etmirəm ki,
o öz-özünə yaranacaq, onu yaratmaq lazım; Marks həmçinin yaranmış “məsələlərdən”
danışır. Sual yaranır: onun üçün maddi şərait yetişibmi?“Maddi şərait” adı altında Marks və
onun ardıcılları bu vəziyyəti başa düşürdülər ki, sənayecə yeksək inkişaf etmiş
cəmiyyətdə kapitalizm istehsal qüvvələrinin gələcək inkişafını dayandıran güc
olacaq. Onların fikrinə görə, kapitalizm bu səbəbdən məhv olmalıdır. Bununla
belə, müasir kapitalizm iqtisadiyyatına nəzər salanda görürük ki, kapitalizm
istehsal qüvvələrinin inkişafını DAYANDIRMIR. Əksinə, kapitalizm istehsal qüvvələrini
inkişaf etdirir, özü də elə bir güclə və sürətlə ki, insanlar və qlobal ətraf
üçün ən böyük təhlükəyə çevrilir. Uyğun olaraq, bu gün məsələ istehsal qüvvələri
üçün məhdudiyyətləri aradan qaldırmaqda deyil, əksinə, kapitalizm şəraitində
bazar qüvvələri ilə həyata keçirilən bu qüvvələrin insan cəmiyyətinə və təbiətə
münasibətdə hər hansı bir əxlaqi normadan asılı olmayan dinamika aldığını dərk
edərək onları daha effektiv məhdudlaşdırmaqdadır. Amma bu kifayət deyil. Bugün məsələ artım dəliliyindən
uyğun uzaqlaşmanı təşkil etmək, insanlığın iqtisadi aktivliyini düşünülmüş şəkildə
azaltmaqdır.Bu məsələlərin öhdəsindən yalnız
artımın azalmasına istiqamətlənmiş sosializm və planlı iqtisadiyyat gələ bilər.
Kapitalizmdə ona yer yoxdur, çünki onun məntiqi artıma əsaslanıb. Məhz bu səbəbdən
o aradan qaldırılmalıdır. Bu tamamilə fərqli, tamamilə yeni səbəblərdir ki,
sosializm bu səbəblərə görə lazımdır. Bu sosializmin vəzifələrinin yeni
quruluşudur. Köhnə və yeni sosializm arasında fərqi göstərmək üçün yeni
sosializmi “eko-sosializm” adlandırmaq lazım.
VI. Eko-sosializmin perspektivləri
Marks yazırdı: “bəşəriyyət qarşısında
yalnız həll edə biləcəyi vəzifələri
qoyur; elə bu vəzifələrin özləri də yalnız onların həlli üçün maddi şərait
yetişdikdə meydana gəlir..”. Yeni məsələlərin, eko-sosializmin qarşısında
dayanan məsələlərin uğurlu həlli üçün maddi şərait mövcuddurmu? Mən hesab edirəm
ki, bəli. Çünki, sosializmin köhnə marksist anlayışından fərqli olaraq bugün
istehsal qüvvələrinin sürətli inkişafına, sənayecə yüksək inkişaf etmiş cəmiyyətin,
yenidən qurulmasına, sovet və çin kommunistlərinin etdiyi kimi, ehtiyac yoxdur.
Yeni sosializm məsələlərinin və yuxarıda qeyd olunan məsələlərin həlli üçün
vacib olan maddi şərait artıq çoxdan mövcuddur: uyğun bərpa olunan enerji mənbələri
və çox zəhmət tələb edən texnologiyalar. Həmçinin də əhali artımını məhdudlaşdıran
texnologiyalar.Burda əlavə etmək istəyirəm ki, sosializmə
hətta obyektiv zərurət də var. İnsanlığın böyük hissəsi başa düşür ki, II bölmədə qeyd edilmiş böhran
və bədbəxtlikləri kapitalizmdə dəf etmək mümkün deyil; insanlar alternativləri
arzulayırlar. Ən azından vəziyyətin inkiafını şəxsən müşahidə etdiyim
Almaniyada sosializmə olan keçmiş antipatiya getdikcə yox olur. Sorğularda
almanların təxminən yarısı hesab edir ki, sosializm çox yaxşı ideyadır, amma
onun həyata keçirilməsi uğursuz alınmışdı. Amma bir vacib şərt var ki, o hələ yoxdur, daha dəqiq desək dünya
insanlarının əksəriyyətinin yuxarıda sadaladığımız məsələləri öz qarşılarında
qoymağa və ümumilikdə ekososializmi qəbul etməyə subyektiv hazırlığı. “Uyğun bərpa
olunan mənbələr” ifadəsi, təəssüf ki, hələ də, deyək ki, ABŞ və ya Almaniyada
orta sinfin müasir həyat səviyyəsinin saxlanması üçün onların kifayət edəcək səviyyəsi
kimi başa düşülür.Köhnə marksist-sosialistlər inqilabdan
sonra özündə eqoizmə qalib gələn və kollektivin rifahı üçün öz maraqlarını
qurban verən, maddi bərabərliyi qəbul etməyə hazır olan Yeni İnsan yaratmaq hədəfini
ortaya qoymuşdular. Eko-sosializm bu mənada çoxluq üçün yeni hədəfi ortaya
qoyur – daha aşağı maddi səviyyəni qəbul etməyə hazır olmağı. Köhnə sosializmdə
eqoist insan kollektivin rifahının yüksəlməsindən asılı olaraq onun rifah
halının yüksələcəyi vəd edilən Yeni İnsan çevrilməli olduğu zaman,
eko-sosializm aşkar surətdə rifah halının yüksəlməsini vəd etmir. Misal
üçün, tropik amazon meşələrini surətlə məhv
edən bugünkü Braziliyada baş verənlərin əksinə olaraq eko-sosialist cəmiyyət bərpa
olunan enerji mənbələrini təkcə insanlar üçün sərf etməyə çalışmayacaq.Məhsuldar torpaqların böyük hissəsi digər
heyvan və bitkilərin yaşayış mühitinin saxlanması üçün insanlar tərəfindən
istifadə olunmayacaq. Eko-sosialist cəmiyyət elektrik enerjisi istehsalı üçün
bütün çaylar üzərində bəndlər qurmayacaq. Kapitalizmi əvəz edəcək
eko-sosializmin hansı perspektivlər var? İlk görünüşdən bu perspektivlər az
görünür. Lavlok “biz” söyləyir. “Biz” kimdir? Əminəm ki, Lavlok bütün insanlığı
nəzərdə tutur.Bugün ekososializmin perspektivləri az
olsa da, biz gələcək haqqında danışa bilərik. Bütün bugünkü böhranlar zaman
keçdikcə daha da kəskinləşəcək. Xaos, qarışıqlıq, konfliktlər bir-birinin
ardınca ölkələrdəki hakim siyasi rejimlərin çökməsinə aparıb çıxara bilər. Əlbəttə,
bugün ekososialist rejimin qurulacağına ümidlər azdır. Amma pessemizim üçün də
səbəb yoxdur. Bu gün dünyada
eko-sosialistlər azdır. Və hətta özünü eko-sosialist və ya eko-marksist
adlandıranların özləri də insanlığa orta sinfin həyat səviyyəsindən zövq almağa
imkan verəcək bərpa olunan mənbələrinin və “təmiz” texnologiyaların sonsuz
istifadəsi haqda illüziyaların əsiridirlər. Amma bu illüziyalar tezliklə keçə
bilər. Müxtəlif böhranlar, xüsusilə qlobal istiləşmə və resurs çatışmazlığı,
kütlələri tezliklə maarifləndirə və onları şeylərə real baxmağa məcbur edə bilər.
Biz, ekososialistlər, belə maarifləndirməyə kömək etməliyik. Çox şeydə məsuliyyət
bizim, bugünkü ekososialistlərin üzərinə düşür və bizim nə qədər inadla və
ağıllı işləməyimizdən asılıdır.Bundan başqa, sənayecə inkişaf etmiş
ölkələrdə bir az ümid görürəm. Birincisi, ekologiyadan fərqli səbəblərə görə bu
ölkələrin əhalisi azalır (Misal üçün, Rusiya və Almaniya) və ya eyni səviyyədə
qalır. Mənəvi, əxlaqi və ya ekoloji mülahizələrdən daha çox insan könüllü
olaraq sadə həyat tərzi sürür. Çoxları şəxsi avtomobillərdən imtina ediblər və
ümumilikdə istehlakı azaldıblar. Ekologiya üzrə nəzəri işlərdə tez-tez 19-cu əsr
iqtisadçısı, iqtisadiyyatın “daimiliyini” müdafiə edən Con Stüart Millin sitatı
ilə rastlaşıram. German Dali (1977) tərəfindən “sabit iqtisadiyyatın” müdafiəsi
ekoloqlara yaxşı tanışdır. Bu yaxınlarda İngiltərədə və Almaniyada iqtisadiyyatın
sənayecə inkaşaf etmiş ölkələrdə qaçılmaz çöküşü haqda xəbərdarlıq edən bir neçə
kitab və məqalələr yarandı. Bənzər baxışları bölüşən insanlar hələ də azdır.
Amma çoxluq artıq narahatdır və neft əsrindən sonrakı dövr barədə düşünür. Bu mənada
həmçinin bunu da qeyd etmək vacibdir ki, bu ölkələrdə özlərini “artım əleyhinə
hərəkat” (de-growth movement) adlandıran hərəkatlar mövcuddur.
Bununla belə, təəssüf ki, gələcək barəsində narahat olan və həll
yolları axtaran bu və digər müəlliflər ancaq kapitalizm çərçivəsində düşünürlər.
Onlar sual vermirlər: bəs onların ideyaları kapitalizmdə reallaşa bilərmi? Amma
mən düşünürəm ki, ola bilsin elə bir zaman gələcək ki, onda hökumətlər
insanlara zəruri qurbanlar haqda söyləməli olacaqlar və daha çox siyasiləşmişlər
tələb edəcəklər ki, ağırlıqlar ədalətli bölünsün, yəni əsas əmtəələrə, məhsullara
və xidmətlərə kartoçka sistemi tələb edəcəklər.
Ümid etmək olar ki, iqtisadiyyatın planlı şəkildə aşağı düşməsi başlayan zaman
sənayecə inkiaş etmiş ölkələrdə insanlar əcdadlarının sənaye dövrünə qədər
barışdıqları görünməmiş bərabərsizliklə barışmayacaqlar. Bu ekososializmə doğru
bir addım ola bilər.
VII. İnkişaf edən ölkələrdə
ekososializmin perspektivləri
Düşünürəm ki, Üçüncü dünyanın kasıb ölkələrində
ekososializmin perspektvləri daha yaxşıdır. İdeal ekoloji dayanıqlı həyat tərzi
və onların real həyat obrazı arasındakı fərqlər Qərbi Avropa və ya Şimali
Amerika ölkələrində olduğu qədər böyük deyil. Üçüncü dünyada elektriksiz və
maşınsız necə yaşadıqlarını hələ çoxları xatırlayır. Hindistanda hələ bugün də əhalinin
2/3-ü elektriksizdir. Amma burada çox ağır bir aspekt var – qarşısı heç nə ilə
alınmayan əhali artımı. Bugün Latın Amerikasında son hadisələrlə bağlı
sosialistlər arasında böyük entuziazm müşahidə etmək mümkündür. Bəzi ölkələrdə
özlərini sosialistlər adlandıran prezidentlər seçilmişdir, digərlərində sollar
sosial-demokratlarla bir bloka daxil olurlar. Xüsusilə böyük ümidlər
Venesuelanın və Boliviyanın üzərinə düşür. Amma belə gözləntilər sadəcə köhnə
sosialist düşüncəni ifadə edir. Bu iki ölkədə gedən neft və qaz
monopoliyalarının əhalinin yoxsul təbəqələrinin xeyrinə yenidən bölüşdürülməsi
təbii ki, istənilən halda alqışa layiqdir. Amma belə rejimi “petro-sosializm”
adlandırmaq olar. Bu siyasətin gələcəyi yoxdur. Neft və qazın istismarı aşağı
enməyə başlayanda sosialist-prezidentlər nəyi bölüşdürəcəklər? Buna görə də biz
neft və qazla və ya digər tükənən bərpaolunmayan “mirasla” təmin olunmamış dövlətlərə baxmalıyıq.
Dərhal ağıla Çin gəlir. Bu ən sıx əhaliyə
malik ölkənin iqtisadiyyatı artıq illərdir ki, bum vəziyyətindədir. O sürətlə sənayecə
inkişaf etmiş ölkəyə çevrilir. Bundan başqa, Çin qüdrətli kommunist partiyası tərəfindən
idarə olunur. Buna görə də, köhnə sosializm tərəfdarları düşünə bilərlər ki, bu
ölkədə sürətlə sosializm cəmiyyətinin əsasının qurulması gedir, baxmayaraq ki,
kapitalist müəssisələrin və bazar iqtisadiyyatının cəlb edilməsi ilə. Bi-Bi-Si
kanalının jurnalisti Çin Kommunist Partiyasının üzvündən kapitalist müəssisə
sahiblərinin işçilərin hesabına böyük gəlirlər əldə etməsinə necə baxdığını
soruşanda, o cavab vermişdi: “Hədəf eyni olaraq qalır, sadəcə yollar və temp dəyişib”.
Düşünürəm ki, Çin Kommunist Partiyasının liderləri də eyni cavabı verərdilər. Amma onlar daha ekoloji və
resurs böhranına əhəmiyyət verməyə bilməzlər.
Bir zamanlar Qandinin də qeyd etdiyi kimi, “Yer kürəsi hər kəsin
ehtiyaclarını ödəyə bilər, amma hərisliyi nəzərə almadan”.
Tərcümə Günel Muradova
Комментариев нет:
Отправить комментарий