K.Marks 5 may
1818-ci ildə Almaniyanın qərbində yerləşənTrir şəhərində dünyaya gəlmişdir. Atası vəkil
idi. Trir şəhər gimnaziyasını bitirdikdən sonra Marks birinci Bonn, sonra isə
Berlin universitetlərində təhsil almışdır. Berlində oxuyarkən inqilabi yönlü təşkilat olan “gənc hegelçilər” təşkilatına
üzv olur. Universiteti bitirdikdən sonra “Demokrit naturfəlsəfəsi və Epikür
naturfəlsəfəsi arasında fərqlər” adı altında doktor dissertasiyası yazır.
Sonra Marks Köln şəhərinə köçür və orada “Reyn Qazeti”nin baş redaktor olur. Bu qazet Almaniyanın bu hissəsində yaşayan radikal burjuaziyanın maraqlarını əks etdirirdi. Leninin qiymətləndirməsinə görə bu dövr Marksın idealizmdən materializmə və inqilabi demokratizmdən kommunizmə keçdiyi zamanı xarakterizə edir.
1843-cü ilin əvvəllərində “Reyn Qazeti” qadağan edilir. Bu ilin iyununda Marks uşaqlıq rəfiqəsi Jenni Fon Vestfalenlə ailə qurur. Sonra o Parisə yerləşir və orada illik “Alman-fransız jurnalı”nı nəşr edir. Bu jurnalda Marksın çox gözəl məqalələri – “Hegel hüquq fəlsəfəsinin tənqidi.Giriş” və “Yəhudi məsələsinə dair” – çap olunur. Bu məqalələrdə Marks artıq proletariatı mübarizəyə çağıran əsl inqilabçı kimi çıxış edir.
1844-cü ilin sentyabrında Marks və Fridrix Engels arasında dostluq yaranır. Az sonra onlar həmin dövrün kiçik hegelçilərinin opportunistlərinə qarşı yönəlmiş “Müqəddəs ailə” kitabını yazırlar. Elmi kommunizmin nəzəriyyəsi 1845-46-cı illərdə yazılmış “Alman ideologiyası” əsərində öz əsasını tapmışdır. Marks və Engels yazırdı ki, kommunist şeylərin mövcud vəziyyətinə qarşı çıxmaq və onları dəyişdirmək üçün mövcud dünyanı kökündən dəyişdirməlidir. Kommunizmin fəlsəfi əsası yalnız, nəinki dünyanı izah edən, həm də onu dəyişdirən məntiqi praktik materializm ola bilər.
1845-ci ildə Marks rejim üçün təhlükəli olan inqilabçı kimi Parisdən qovulur. O Brüsselə köçməli olur. Brüsseldə o anarxizmin və kiçik burjua “sosializmi”nin əksinə yönəlmiş “Fəlsəfənin yoxsulluğu” əsərini nəşr etdirir. “Kommunistlərin birliyi” adlı gizli təbliğatçı cəmiyyətə qoşulur. Bu təşkilatın ikinci toplantısının göstərişi ilə Marks və Engels onun proqramını hazırlayır. Beləliklə “Kommunist Partiyasının Manifesti” yaranır. 1848-ci ildə işıq üzü görən bu vacib sənəddə Marks və Engels bütün antaqonist insan cəmiyyətlərinin əsas inkişaf qanununu – siniflərin mübarizəsini təyin edir. Sonra onlar kapitalizmin qaçılmaz iflasının səbəblərini onun daxili ziddiyyətlərindən asılı olaraq təhlil edir və işçi sinfinin son hədəfinin – kommunizm olduğunu əsaslandırır. Sonra “Manifest”də qeyd edilir ki, kommunist partiyası işçi sinfin ayrılmaz hissəsi və onun ön dəstəsidir.Kommunistlər istehsal vasitələri üzərində olan xüsusi mülkiyyəti məhv etməli və ictimai mülkiyyəti bərqərar etməlidirlər. İctimai mülkiyyət əsasında şəxsiyyətin, mədəniyyətin və elmin inkişafı üçün bütün imkanlar olacaq. Yalnız kommust inqilabı ictimai-iqtisadi münasibətlərdə,ictimai həyatda və insanların düşüncəsində köklü dəyişikliklərə gətirib çıxaracaq. Bundan başqa, sənəddə kommunizmə keçid zamanı proletariat diktaturasının vacibliyi qeyd olunur.
“Manifest” “Bütün ölkələrin proletariarları birləşin!” sözləri ilə yekunlaşır. Belçikada olarkən Marks burjua-feodal prussiya hökumətinə qarşı mübarizəsini davam etdirir. 1848-ci idə Almaniyada mart inqilabından sonra Köln şəhərinə qayıdır və “Yeni reyn qazeti”nin əsasını qoyur. Əksinqilabın qələbəsi nəticəsində sosializmin ideoloqu məhkəməyə verilir və ölkədən qovulur. Marks yenidən Parisə qayıtmalı olur. Amma 1849-cu ilin iyun nümayişlərindən sonra oradan da qovulur. Marks Londona köçür və ömrünün sonuna kimi orada yaşayır. İnqilabdan sonrakı illərini o çoxcildli “Kapital” əsəri üzərində işə həsr edir. Marks əsərdə kapitalizmin yaranmasının iqtisadi qanunlarını və onun qaçılmaz məhvini açır. Sosializmin və kommunizmin qanunauyğunluqlarını əsaslandırır. Marks ilk dəfə olaraq inkişaf və istehsalın ictimai xarakteri ilə kapitalizmdə istehsalın nəticələrinin şəxsi mənimsənilməsi arasındakı ziddiyyətlərin kəskinləşməsini təyin edir.
“Kapital” üzərində işləyərkən Marks praktik inqilabi fəaliyyətini dayandırmır. 1864-cü ildə onun təşəbbüsü və köməkliyi ilə “ İşçilərin Beynəlxalq yoldaşlığı” – I Beynəlmiləlin əsası qoyulur. Bu proletar təşkilata rəhbərlik etməklə Marks bütün dünya işçilərinin sosializm uğrunda birləşməsi üçün mübarizə aparırdı.Opportunizmlə barışmaz mübarizədə Marks işçi sinfin inqilabi taktikasını hazırlayır. 1871-ci ildə Paris Kommunasının təcrübəsinin dərin izahını verdiyi “Fransada vətəndaş müharibəsi” əsərini yazır.
Hökumət tərəfindən təqiblər, yoxsulluq, müxtəlif antikommunistlərə qarşı mübarizə Marksı gücdən salır. O, 14 mart 1883-cü ildə vəfat edir.
Bu dahi insanın fəaliyyətinin mənası çox böyükdür. Marks Engelslə bərabər kommunizm ideologiyasının təməlini qoymuşdur, hansı ki, öz ifadəsini lenin-stalin SSRİ-sində və digər sosialist dövlətlərdə tapdı. 1991-ci ildə Sovet İttifaqında məğlubiyyətə uğrayan marksizm-leninizm deyildi, burjua, onun təhrif olunmuş xruşov-qorbaçov forması idi.
“Marksın nəzəriyyəsi ona görə qüdrətlidir ki, o doğrudur”- V.İ.Lenin.
Комментариев нет:
Отправить комментарий