Nyu-Yorkda keçən gənclik illərimdə mən bayrağa sədaqət
andı içməkdən imtina etmişdim. Təbii ki, məni direktorun kabinetinə göndərdilər,
o soruşdu: “Niyə sədaqət andı içmək istəmirsən? Axı bunu hər kəs edir!” Mən
cavab verdim: “Bir zamanlar hamı inanırdı ki, Yer düzdür, amma bu o demək deyil
ki, bu belədir”. Mən izah etdim ki, Amerika öz nailiyyətlərinə görə digər mədəniyyətlərə
və xalqlara borcludur, və mən Yer
kürəsinə və onun sakinlərinə sədaqət andı içmək istərdim. Bunu söyləmək
artıqdır ki, bu olaydan dərhal sonra məktəbi atdım və öz otağımda laboratoriya
quraşdırdım, burada da təbiət elmlərinin və digər elmlərin tədqiqinə başladım.
Və onda anladım ki, Kainat qanunlara tabe olur, və insan da cəmiyyətin özü kimi
istisna deyil. Sonra, 1929-cu ildə birja böhranı baş verdi, hansı ki, bugün
Böyük Depressiya adlandırılan böhranın başlanğıcı oldu. Mən başa düşə
bilmirdim,zavodlar qaldığı və resurslar əvvəlki kimi əlçatan olduğu halda, niyə
milyonlarla insan işsiz qaldı, evlərini itirdi və ac qalmağa məcbur oldu. Məhz
o zaman anladım ki, iqtisadi oyunların qaydaları bünövrəsindən yanlışdır.
Bundan sonra İkinci Dünya müharibəsi başladı, hansı ki, gedişində bir çox dövlətlər
ardıcıl olaraq bir-birilərini məhv edirdilər. Müharibənin sonunda hesabladım
ki, dağıtmaya xərclənmiş bütün vəsaitlər və resurslar planetin hər bir sakinini
asanlıqla lazımı şeylərlə təmin edə bilərdi. O vaxtdan insanlığın özünə necə qəbir
qazmasını müşahidə edirəm. Qiymətsiz tükənən resurslar daim sərf olunur və gəlir
və azad bazar naminə məhv edilir. Sosial dəyərlərin süni materializmə və düşüncəsiz
istehlaka çevrildiyini müşahidə edirəm. Maliyyə güclərinin guya azad cəmiyyətin
siyasi sisteminə necə nəzarət etdiyini. İndi mənim 94 yaşım var. Qorxuram ki, mənim
buna münasibətim 75 il əvvəl olduğu kimi qalıb. Bu
ağılsızlığa son qoymaq lazımdır (Jak Fresko, futuroloq)
Комментариев нет:
Отправить комментарий