Oktyabr
inqilabının başlanğıcında kadetlərin 90 min, menşeviklərin 150 min, eserlərin təxminən
700 min nəfər üzvü olduğu halda bolşeviklər partiyasının üzvlərinin sayı təxminən
80 min nəfər idi. Bu rəqəmlər “əlbirlik
nəzəriyyəsi”nə ciddi yanaşanlar üçün əlavə arqument oldu: arqument bundan ibarət
idi ki, sayca azlıq təşkil edən bolşevik partiyası, özü də xalq tərəfindən çox
dəstəklənməyən ( Təsis yığıncağına seçkilərdə 22%-lə 54% eserlərə qarşı), öz
gücünə İnqilab edə bilməzdi.
Bolşeviklərin
gücünü iblis gücü kimi şişirtməyin ikinci səbəbi də vardı. Azsaylı olmaları və
az populyarlıqları ilə yanaşı bolşeviklər 1917-ci ildə heç bir kompromisə getməyən
ən fəal siyasi qrup idi. 1917-ci ilin yayında yalnız onlar iki ideyanı - torpaq
və sülh haqda ideyaları - müdafiə edirdilər. Bu iki əsas xalq ehtiyaclarının
reallaşdırılması, həmin dövrün digər siyasi qüvvələri də hesab etdikləri kimi,
qaçılmaz olaraq qiyama, Rusiyanın Antanta tərəfindən parçalanmasına və boykota
gətirib çıxarmalı idi. Buna görə də Müvəqqəti hökumət qərar verdi ki, istənilən
yolla bolşevikləri dayandırsın.
Müvəqqəti
hökumət demokratik hökumət idi, və bolşeviklərin neytrallaşdırılması üçün 1917-ci
ilin iyun-iyulunda tədbir gördü, hansı ki, bugün bu tədbiri piar
adlandırardılar: çünki RSDİP (b)-nin alman Baş Qərargahı tərəfindən maliyyələşdirilməsi
haqda infomasiya yarandı (amma bəzi bolşevikləri , misal üçün Trotskini, xəyanətdə
itiiham olunduqlarına görə qısamüddətlik həbsxanaya salmışdılar).
Saxtakarlıq
ağ saplarla tikilmişdi, amma bununla belə, bolşeviklərin sosialist hərəkatı üzrə
rəqibləri (eserlər və menşeviklər) də dərhal bundan yapışdılar, sonra isə ağlar
və hər cür əks-inqilabçılar. Bundan başqa, bolşeviklərin almanlar tərəfindən
maliyyələşdirilməsi haqda “sənədlər” indi də bəziləri tərəfindən ciddi qəbul
edilir.
“Kompromat”
eyni yazı maşınında hazırlanıb
Tanınmış
ingilis kəşfiyyatçısı Corc Xill “Mənim şpion həyatım” adlı avtobioqrafik
kitabında bolşeviklərin almanlar tərəfindən maliyyələşdirilməsi haqda saxta sənədlərin
kim tərəfindən hazırlanmsı haqda danışır. Xill inqilab Rusiyasında 1917-ci ilin
yayından başlayaraq təxminən iki il yaşayıb, o qatı antikommunist olub və sovet
hakimiyyətinə qarşı bəzi sui-qəsdlərdə iştirak edib. Odur ki, Xillin bolşeviklərə
simpatiyasından şübhələnmək əsassızdır.
Bolşeviklərin,
xüsusilə Leninin Almaniya agenti olması haqda əfsanənin yaranmasının təşəbbüskarı
Fransanın silah naziri Alber Toma, işləyib-hazırlayan və icraçı isə fransa kəşfiyyatının
kapitanı Pyer Loran olmuşdur. 1917-ci ilin yayında bolşeviklərin və şəxsən
Leninin almanlar tərəfindən “muzdlu alman agentləri” kimi istifadə olunması
ideyasını da elə o yaymışdır. Bu məlumatın yayılmasında ona Müvəqqəti hökumətin
əks-kəşfiyyat rəisi Boris Nikitin kömək etmişdir.
1918-ci
ildə Petroqradda Xill SİS ingilis kəşfiyyatın agentlərindən birinin guya
Leninin və digər sovet başçılarının Almaniyanın xeyrinə şpionjda əli
olduqlarını sübut edən sənəd əldə etdiyinin şahidi olmuşdur. Xillin özü belə
xatırlayır: “Lenini və Trotskini alman şpionları olmaqda ittiham edirdilər. Həqiqətən,
çox qəribə idi ki, Rusiya almanlarla müharibə aparırdı, Leninə və daha otuz
kommunistə isə alman ərazisindən plomb vurulmuş vaqonla keçməyə imkan vermişdilər
və o sağ-salamat Finlandiya vağzalına çatmışdı. O zaman mən Petroqradda idim, mənə
bizim işçi yaxınlaşdı və söylədi ki, 15 funt sterlinqə sənəd alıb, hansı ki,
Leninin və Trotskinin alman şpionları olduğunu göstərir və sübut edir.
Sənəd
o qədər həqiqətə uyğun idi ki, onların təqsirkar olmalarına heç bir şübhə
qoymurdu. Sonra o daha bir neçə sənəd almışdı, və heç bir sənəddə heç bir səhv
yox idi. Amma bir dəfə böyüdücü şüşə götürüb baxdım və gördüm ki, bu müxtəlif sənədlərin
hamısında rus hərfi “e” bir qədər tam yazılmayıb. Dərhal bildirdim ki, bu sənədlər
saxtadırlar. Bu sənədləri hazırlayan insanı tapdılar və sorğu-sualda o sənədlərin
saxta olduğunu etiraf etdi.
Onda
bizim SİS-dən olan əməkdaşımız bildirdi ki, Britaniya dövlətinin bu səhv
ucbatından ziyan görməsini istəmir, və biz həmin sənədləri amerikalılara 25 min
funt sterlinqə satdıq. Amerikalılar onları Kolçakın və Denikinin ordularında
yaydılar.
Saxta
sənədlər tarixi ədəbiyyatda “Sisson sənədləri” (amerikalı nəşriyyatçı Edqar
Sissonun adı ilə) adını aldılar. Rusiyada indiyə kimi hələ də Kerenski hökumətinin
və guya rus inqilabında “alman qızıllarının” iştirak etməsi faktını sübut edən,
onun tərəfindən yaradılmış xüsusi komissiyanın çox cildlik işlərinə istinad edilir.
Bu
komissiya həqiqətən yaradılmışdı və o bəzi faktları da ortaya çıxarmışdı. Məlum
olmuşdu ki, alman baş ştabı rus inqilabına heç bir pul verməmişdi: müharibə
Almaniyanın bütün resurslarını udmuşdu. Həqiqətdə isə inqilab üçün vəsait
Fransadan daxil olurdu, amma bolşeviklər tərəfindən deyil, Kerenski hökumətinin
tərkibinə daxil olan eserlərin partiyası tərəfindən. Buna görə də istintaqın nəticələri
sakitcə yığışdırıldı, işlər isə arxivə təhvil verildi.
İngilis
kəşfiyyatçısı Xill “Sisson sənədlərinin” tarixini danışır. 1918-ci il oktyabrın
sonunda Birləşmiş Ştatların Məlumat bürosu “Alman-bolşevik əlbirliyi” adlı
broşura nəşr edir. Broşurada guya Lenin və Trotskinin alman xüsusi xidmətinin və
alman hərbi kəşfiyyatının başçısı Valter Nikolainin muzdlu agentləri
olduqlarını sübut edən 70-ə yaxın sənəd vardı. Doğrudur, əgər broşuranı nəşr edən
Almaniya ali hərbi kəşfiyyatının strukturunu yaxşı bilsəydi, ingilislərin
satdığı, sonra isə Sissonun əlinə düşən bu sənədləri aşkar şəkildə saxta
olduğundan kitaba daxil etməzdi, çünki Nikolainin idarələri siyasi aksiyalarla
məşğul olmurdular. Bu Baş ştabın və ya xarici işlər nazirliyinin siyasi şöbəsinin
səlahiyyətində idi. Bolşeviklərin satın alınması da sübut olunmayıb. Almaniya
Ali Komandanlığının yanında Kəşfiyyat xidmətinin məxfi fondunda Şərqdə -
Rusiyaya qarşı, eləcə də Qərbdə - FransayaŞ İngiltərəyə və Belçikaya, sonralar
isə ABŞ-a qarşı, kəşfiyyat orqanlarını saxlamaq üçün cəmi 450 min marka müəyyən
edilmişdi. Lenin kim idi, bu da aydın deyildi. “Mən o vaxt bolşeviklər bəarəsində
heç nə bilmirdim, Lenin haqda isə təkcə bunu bilirdim ki, o İsveçrədə yaşayan
siyasi emiqrant Ulyanovdur”, - Nikolai öz memuarlarında yazırdı.
Daha
bir ingilis kəşfiyyatçısı - Brus Lokkart da saxta sənədlər haqda danışırdı.
“Bir müddət onlar Petroqradda ittifaq
missiyaları ilə bağlı dairələrdə dolaşırdılar. “Original”ların bir
seriyası amerikalı agent tərəfindən əldə edilmişdi. Bir neçə ay sonra müəyyən
oldu ki, guya Spa, Berlin və Stokholm kimi müxtəlif yerlərdən gəlmiş bu məktublar eyni çap maşınında
hazırlanmışdılar”, - o xatırlayırdı.
Saxta
sənədlərin ortaya çıxmasından Almaniyada qəzəblənmişdilər. 2 aprel 1919-cu ildə
Deutsche Allgemeine Zeitung qazeti Baş ştabın, Almaniya XİN-in məlumat şöbəsinin və Dövlət Bankının adından
bəyan edirdi ki, amerikalılar tərəfindən nəşr edilmiş broşura “alçaq və mənasız
saxtakarlıqdan başqa bir şey deyil.
Guya
sənədlərdən biri onun imzası imzalanan nazir F.Şeydeman qəzəblənmişdi:
“Bildirirəm ki, bu məktub başdan-ayağa saxtalaşdırılmışdır; bu məktubun mənim
adım ilə əlaqələndirdiyi bütün hadisələrdən tamamilə məlumatsızam”.
“Sisson
sənədlərinin” nə olması Çexoslovakiya prezidenti Tomaş Masarikə də yaxşı məlum
idi. O öz memuarlarında yazırdı: “Bilmirəm amerikalılar, ingilislər və
fransızlar sənədlər üçün nə qədər pul vermişdilər, amma səriştəli insan o saat görürdü ki, bizim dostlarımız saxta sənədlər
alıblar: müxtəlif dövlətlərdən göndərilməli olan bütün sənədlər eyni yazı
maşınında yazılmışdılar...”
Eserlərin
lideri “alman şpionu” idi?!
1917-ci ilin yayında Kerenskinin
eser-menşevik hökumətinin nə üçün antibolşevik saxtakarlıqlarını hazırlaması və
aktiv yayması versiyalarından biri eserlərin özlərinin müxalifətin almanlar tərəfindən
maliyyələşdiriıməsində əlinin olması idi. Eserlər bu üsulla şübhələri öz üzərlərindən
yayındırmaq istəyirdilər.
1920-ci illərin əvvəllərində eserlərin
alman Baş Qərargahı ilə əlaqələri haqda çox danışılırdı. İlk növbədə eserlərin
lideri Viktor Çernov haqda söhbət gedirdi (O, Təsis Yığıncağının
ilk və son sədri idi). Bu işin araşdırılması ilə eserlər partiyasının məşhur əks-kəşfiyyatçı
Vladimir Burcev məşğul olurdu. Onu bu mövzuya Mixail Pervuxin – eser, İtaliyada
yaşayan siyasi emiqrant (1920-ci illərin ortalarına antikommunizm səbəbindən o
qatı faşistə çevrilmişdi, “Rus faşizminin manifesti”nin müəllifi) yönləndirmişdi.
Tərcümə Günel Muradova
Комментариев нет:
Отправить комментарий