Mən bunlardan bilirəm ki, SSRİ-nin geniş işçi və
kəndli kütlələri kommunist partiyasına rəğbət bəsləyir.
Dördüncü sual. Əgər partiyasız qrup fraksiya təşkil etsəydi və
seçkilərdə Sovet hökumətinə tərəfdar platformada dayanan kandidatlarını irəli
sürsəydi, amma bununla bərabər də xarici ticarətdə inhisarın ləğv edilməsini
tələb etsəydi – o vasitələrə və aktiv siyasi kompaniya aparmaq imkanına sahib
olardımı?
Cavab: Məncə
bu sualda uzlaşmaz ziddiyyət var.
Sovet hökumətinə
tərəfdar platformada dayanan və
eyni zamanda da xarici ticarətdə inhisarın ləğvini tələb edən qrupu təsəvvür etmək mümkün deyil. Niyə? Çünki xarici ticarətin inhisarı Sovet hökumətinin platformasının sarsılmaz əsaslarındandır. Çünki, xarici ticarətdə inhisarın ləğvini tələb edən qrup Sovet hökumətinin tərəfdarı ola bilməz. Çünki belə bir qrup yalnız bütün sovet quruluşuna qatı düşmən bir qrup ola bilər.
Əlbəttə, SSRİ-də xarici ticarətin inhisarının ləğvini tələb edən elementlər var.
Bunlar – nepmanlar, qolçomaqlar, artıq dağıdılmış istismarçı siniflərin qırıntıları və digərləridirlər.
Amma bu elementlər əhalinin çox cüzi hissəsini təşkil edirlər. Məncə
deleqasiya öz sualında bu elementləri nəzərdə tutmur.
Əgər söhbət zəhmətkeş
işçi və kəndli kütlələrindən gedirsə, o zaman deməliyəm ki, xarici ticarətin inhisarının ləğvi tələbi onların arasında yalnız gülüş və düşmən münasibət doğura bilərdi.
Əslində, xarici ticarətin inhisarının ləğvi işçilər
üçün nə demək olardı? Bu ölkənin sənayeləşməsindən, yeni zavod və fabriklərin
tikilməsindən, köhnə zavod və fabriklərin genişləndirilməsindən imtina etmək olardı.
Bu onlar üçün SSRİ-nin kapitalist ölkələrin əmtəələri ilə doldurulması, bizim
sənayenin onun nisbi zəifliyindən asılı olaraq sıxışdırılması, işsizlərin sayının
artması, işçi sinfin maddi vəziyyətinin pisləşməsi, onun iqtisadi və siyasi
mövqeyinin zəifləməsi demək olardı. Bu, nəticədə, nepmanın və ümumiyyətlə yeni
burjuaziyanın güclənməsi demək olardı.SSRİ proletariatı bu intiharla razılaşa
bilərmi? Aydındır ki, razılaşa bilməz.
Xarici ticarətdə inhisarın aradan qaldırılması bəz
zəhmətkeş kəndli kütlələri üçün nə məna kəsb edərdi? Bu bizim ölkənin müstəqil
ölkədən yarımmüstəmləkə bir ölkəyə çevrilməsi və kəndli kütlələrinin
yoxsullaşması demək olardı. Bu Kolçakın və Denikinin zamanında hökm sürən həminki “azad ticarət” rejiminə,nə vaxt ki,
kəndliləri talamaq və qarət etmək əksinqilabçı generalların və “mütəffiqlərin”
birləşmiş qüvələri üçün rahat idi,
qayıdış olardı. Bu, nəticədə, kənddə qolçomaqların və digər istismarçı
elementlərin güclənməsi demək olardı. Kəndlilər bu rejimin gözəlliklərini həm
Ukraynada və Şimali Qafqazda, həm Volqada və Sibirdə kifayət qədər yaşayıblar.
Onların yenidən özlərini işə düşürmək istədiklərini güman etməyə hər hansı bir
əsas varmı? Məgər aydın deyil ki, zəhmətkeş kəndli kütlələri xarici ticarətdə
inhisarın aradan qaldırılmasına tərəfdar ola bilməzlər?
Deleqatlardan biri.
Deleqasiya xarici ticarətin inhisarına, onun ləğvinə aid punktu əgər SSRİ-də
bir partiyanın inhisarı, leqallıqla bağlı inhisar olmasaydı bütöv bir əhali
qrupunun təşkil oluna biləcəyi bir punkt kimi irəli sürdü.
Stalin.
Deleqasiya, bununla, SSRİ-də yeganə leqal partiya kimi kommunist partiyasının
inhisarı məsələsinə qayıdır. Mən bu sualın qısa cavabını milyonlarla işçi və
kəndli kütlələrinin kommunist partiyasına olan rəğbətinin yoxlanması yolları və
üsulları haqqında danışarkən verdim.
Əhalinin digər təbəqələrinə, qolçomaqlara,
nepmanlara, məğlub edilmiş köhnə istismarçı siniflərin qalıqlarına gəldikdə
bizdə onlar seçici hüququndan məhrum
edildikləri kimi özlərinin siyasi təşkilatına sahib olmaq hüququndan da məhrum
ediliblər. Proletariat bujuaziyadan təkcə fabrikləri və zavodları, bankları və
dəmir yollarını, torpağı və şaxtaları almadı. O həm də burjuaziyadan öz siyasi
təşkilatına malik olmaq hüququnu aldı, çünki proletariat burjuaziyanın
hakimiyyətinin bərpasını istəmir. Yəqin ki, deleqasiyanın SSRİ proletariatının
fabrik və zavodları, torpaq və dəmir yollarını, bankları və şaxtaları
burjuaziyadan və mülkədarlardan almasına qarşı heç bir etirazı yoxdur. (Gülüş.)
Amma deleqasiya, mənə elə gəlir ki, proletariatın
bununla kifayətlənməməsi və burjuaziyadan siyasi hüquqları almaqla daha da
irəli getməsi barəsində təəccüb qalıb. Məncə bu tamamilə məntiqlidir və ya daha
doğrusu olduqca məntiqsizdir. Hansı əsasa görə burjuaziyaya qarşı münasibətdə
proletariatdan alicənablıq gözləyirlər? Məgər hakimiyyətdə olan Qərb
burjuaziyası işçi sinfə münasibətdə azacıq da olsa alicənablıq göstərirmi?
Məgər o işçi sinfin əsl inqilabi partiyalarını zirzəmiyə salmır? Hansı əsasla
SSRİ proletariatından öz sinfi düşməninə qarşı alicənablıq tələb edirlər? Məncə
məntiq məcbur edir. Kim ki burjuaziyaya onun siyasi hüquqlarının
qaytarılmasının mümkünlüyü haqqında düşünür, o, əgər məntiqli olmaq istəyirsə,
daha irəli getməlidir və həm də burjuaziyaya fabrik və zavodların, dəmir
yollarının və bankların qaytarılması məsələsini də qoymalıdır.
Deleqatlardan biri.
Deleqasiyanın məqsədi işçi və kəndli sinfində kompartiyanın fikrindən fərqli
fikrin öz leqal ifadəsini hansı şəkildə tapa biləcəyini aydınlaşdırmaq idi. Məsələni
bu şəkildə anlamaq səhv olardı ki, deleqasiya burjuaziyaya siyasi hüquqların verilməsi,
burjuaziyanın öz fikirlərini irəli sürməsi üçün necə leqal ifadə tapa bilməsi
məsələsi ilə maraqlanır. Söhbət məhz bundan gedir ki, işçi və kəndli sinfi
arasında kompartiyanın fikrindən fərqlənən fikir öz leqal ifadəsini hansı
şəkildə tapa bilər?
Digər deleqat.
Bu fərqli fikirlər öz ifadəsini işçi sinfin kütləvi təşkilatlarında, həmkarlar
ittifaqlarında və s. tapa bilərdilər.
Stalin.
Çox yaxşı. Deməli, söhbət burjuaziyanın siyasi hüquqlarının bərpasından getmir,
işçi və kəndli sinfi daxilində fikir mübarizəsindən gedir.
Bugün Sovet İttifaqında işçi və kəndli sinfinin zəhmətkeş kütlələri
arasında fikir mübarizəsinə yer varmı? Əlbəttə ki, var. Ola bilməz ki,
milyonlarla işçi və kəndli bütün praktiki məsələlərdə və bütün detallarda eyni
şəkildə düşünsün. Heç vaxt belə olmur. Birincisi, işçilər və kəndlilər arasında
böyük fərq var, həm onların iqtisadi mövqeyi mənasında, həm onların bu və ya
digər məsələlərə baxışı mənasında. İkincisi, işçi sinfin özünün baxışlarında da
bəzi fərqlər mövcuddur, tərbiyə fərqi,yaş, temperament fərqi, yerli işçilər və
kənddən gəlmiş işçilər arasında fərq və s. Bütün bunlar işçilər və zəhmətkeş
kəndli kütlələri arasında fikir toqquşmasına gətirib çıxarır, hansı ki, öz
leqal ifadəsini yığıncaqlarda, həmkarlar ittifaqlarında, kooperasiyalarda,
Sovetlərə seçkilər zamanı və s. tapır.
Amma bugünkü, proletar diktaturası şəraitindəki
fikir mübarizəsi ilə keçmiş, Oktyabr inqilabına qədərki fikir mübarizəsi
arasında köklü fərqlilik var. Onda, keçmişdə işçilər və zəhmətkeş kəndlilər
arasındakı fikir mübarizəsi əsasən mülkədarların, çarizmin,burjuaziyanın
devrilməsində, burjua rejiminin dağıdılmasında mərkəzlənirdi. İndi, proletar
diktaturası şəraitində fikir toqquşması Sovet hakimiyyətinin devrilməsi, sovet
quruluşunun dağıdılması ərtafında getmir, Sovet hakimiyyət orqanlarının
yaxşılaşdırılması, onların işinin yaxşılaşdırılması məsələləri ətrafında gedir.
Burda əsaslı fərq var.
Mövcud rejimin inqilab vasitəsilə dağıdılması
məsələsi ərtafında fikir toqquşmasının keçmişdə işçi sinfin və zəhmətkeş kəndli
kütlələrinin daxilində öz aralarında rəqabət aparan bir neçə partiyanının
meydana gəlməsinə səbəb olmasında təəccüblü heç nə yoxdur. Həmin partiyalar
bunlar idi: bolşeviklər partiyası, menşeviklər partiyası, eserlər partiyası.
Digər tərəfdən, indi, proletar diktaturası zamanı hədəfi mövcud sovet rejiminin
dağıdılması deyil, onun yaxşılaşdırılması və təkmilləşdirilməsi olan fikir
mübarizəsinin işçi sinfi və kəndin zəhmətkeş kütlələri arasında bir neçə
partiyanın mövcud olmasına imkan verməməsini anlamaq heç də çətin deyil.
Məhz buna görə yalnız bir partiyanın,kommunist
partiyasının leqallığı, bu partiyanın inhisarı nəinki işçi və zəhmətkeş
kəndlilər arasında etirazla qarşılanmır, həm də, əksinə, vacib və arzu olunan
bir şey kimi qəbul edilir.
Bizim partiyanın ölkədə yeagnə leqal partiya kimi
mövqeyi süni və qəsdən düşünülmüş bir şey deyil. Belə mövqe süni şəkildə,
administrativ maxinasiyalar yolu və s. ilə yaradıla bilməz. Bizim partiyanın
inhisarı zərurətdən yarandı, eser və menşevik partiyalarının birdəfəlik
müflisləşməsi və bizim həqiqətlərimiz fonunda səhnədən getməsi nəticəsində
tarixən formalaşdı.
Eserlərin və menşeviklərin partiyası keçmişdə nə
olublar? Proletariata burjua təsirinin bələdçiləri. Bu partiyaların
mövcudluğu 1917-ci oktyabrına kimi nə ilə bəslənirdi və dəstəklənirdi? Burjua
sinfinin varlığı ilə, nəhayət, burjua hakimiyyətinin varlığı ilə. Məgər aydın
deyil ki, burjuaziyanın devrilməsi ilə bu partiyaların mövcudluğunun əsası da
yıxılmalı idi?
Bu partiyalar 1917-ci ilin oktaybrından sonra nəyə
çevrildilər? Onlar kapitalizmin bərpası və
proletar hakimiyyətinin devrilməsi partiyalarına çevrildilər. Məgər
aydın deyil ki, bu partiyalar işçilər və zəhmətkeş kəndli təbəqələri arasında
istənilən dayaq və nüfuzu itirməli
idilər?
İşçi sinfə təsir uğrunda kommunistlər partiyası və
eserlər və menşeviklər partiyası arasındakı mübarizə dünənki gündən başlamayıb.
Onun başlanğıcı Rusiyada kütləvi inqilabi hərəkatın ilk əlamətlərinin meydana
çıxmasına, hələ 1905 –ci ilə qədərki dövrə təsadüf edir. 1903—cü ildən 1917-ci
ilin ooktyabrına qədər olan dövr bizim ölkənin işçi sinfində gərgin fikir
toqquşması dövrüdür, işçi sinfə təsir uğrunda bolşeviklər,menşeviklər və
eserlər arasında mübarizə dövrüdür. SSRİ-nin işçi sinfi bu dövr ərzində üç
inqilabdan keçmişdir. O bu inqilabların alovunda bu partiyaları,onların
proletar inqilabı işinə yararlığını,onların proletar inqilabiliyini sınadı və
yoxladı. Və nəhanyət 1917-ci ilin Oktyabr günlərində, tarix öz tərəzisində işçi
sinif daxilində mübarizə aparan partiyaların xüsusi çəkisini ölçəndə SSRİ-nin
işçi sinfi nəhayət ki, yeganə proletar partiyası kimi kommunist partiyası
üzərində dayanaraq son seçimini etdi.
İşçi sinfin seçiminin kommunist partiyası üzərinə
düşməsi faktını nə ilə izah etmək olar? Məgər bu fakt deyil ki, bolşeviklər
Petroqrad sovetində, misal üçün, 1917-ci ilin aprelində çox kiçik azlıq təşkil
edirdilər? Məgər bu fakt deyil ki, onda menşeviklər və eserlər Sovetlərdə böyük
çoxluq təşkil edirdilər? Məgər fakt deyil ki, Oktyabr günlərinə kimi bütün
hökumət apparatı və bütün güc vasitələri burjuaziya ilə əhatə olunmuş eserlərin
və menşeviklərin partiyasının əlində idi?
Bu onunla izah olunur ki, O vaxt eserlərin və menşeviklərin
partiyası “qələbəli sonluğa kimi müharibə”ni, imperializm müharibəsinin davam
etməsini müdafiə edən zaman kompartiya müharibənin aradan qaldırılmasını,
təcili demokratik sülhü müdafiə edirdi.
Bu onunla izah olnunur ki, kommunist partiyası mülkədar
torpaqlarının kəndlilərin xeyrinə təcili müsadirəsini müdafiə etdiyi halda,
eserlərin və menşeviklərin partiyası bu məsələni baş tutması qeyri-müəyyən
zamana kimi təxirə salınan Müəssislər məclisinə kimi saxlamaq istəyirdilər.
Yoxsul işçi və kəndlilər nəhayət ki, kommunist
partiyasının xeyrinə seçim ediblərsə, bunda təəccüblü nə var?
Əgər eserlərin və menşeviklərin partiyası tez bir
zamanda məğlub olublarsa, bunda təəccüblü nə var?
Kompartiyanın inhisarının mənbəyi burdadır və buna
görə kommunist partiyası hakimiyyətə gəldi.
1917-ci ilin oktyabrından sonrakı, növbəti dövr,
vətəndaş müharibəsi dövrü menşeviklər və eserlər partiyasının tamamilə məhvi
dövrü idi, bolşeviklər partiyasının tam qələbəsi dövrü.
Bu dövrdə menşeviklər və eserlər kompartiyanın
qələbəsini özləri asanlaşdırdılar. Oktyabr çevrilişi zamanı məğlub edilən və
çökdürülən menşevik və eser partiyalarının qırıntıları qolçomaqların
əksinqilabi üsyanları ilə əlaqə saxlamağa, kolçakçılarla və denikinçilərlə
qruplaşmağa başladılar, Antantaya xidmət etməyə başladılar və özlərini işçi və
kəndlilərin gözüdə birdəfəlik basırdılar. Elə bir mənzərə yaranmışdı ki,
bolşeviklər inqilabi və fəal olan hər kəsi öz ərtafında birləşdirərək yeni-yeni
işçi və kəndli dəstələrini sosialist Vətən uğrunda mübarizəyə, Antantaya qarşı
mübarizəyə qaldırdığı halda burjua inqilabçılarından burjua əksinqilabçılarına
çevrilən eserlər və menşeviklər yeni Sovet Rusiyasını boğmaqda Antantaya kömək
edirdilər.
Tamamilə təbiidir ki, bu dövrdə kommunistlərin
qələbəsi eserlərin və menşeviklərin tam məğlubiyyətinə gətirməli idi və
həqiqətən də gətirdi. Əgər kompartiya bundan sonra yoxsul işçi və kəndli sinfin
yeganə partiyasına çevrilibsə, burada təəccüblü nə var?
Bizim ölkədə yeganə leqal partiya kimi kommunist
partiyasının inhisarı bu şəkildə bərqərar olmuşdur.
Siz indi, proletar diktaturası şəraitində işçi və
kəndlilər arasında olan fikir mübarizəsindən danışırsız. Mən artıq qeyd etdim
ki, fikir mübarizəsi var və olacaq, bunsuz irəli hərəkət etmək mümkün deyil.
Amma işçilər arasındakı fikir mübarizəsi bugünkü şəraitdə sovet rejiminin
devrilməsi məsələsi ətrafında getmir, Sovetlərin yaxşılaşdırılması, sovet
orqanlarının nöqsanlarının aradan qaldırılması, beləliklə, Sovet hakimiyyətinin
möhkəmləndirilməsi üzrə praktiki məsələlər ətrafında gedir. Tamamilə başa
düşüləndir ki, belə fikir mübarizəsi kommunist partiyasını yalnız qüvvətləndirə
və təkmilləşdirə bilər. Tamamilə aydındır ki, belə fikir mübarizəsi
kompartiyanın inhisarını yalnız möhkəmləndirə bilər. Tamamilə aydındır ki, belə
fikir mübarizəsi işçi və zəhmətkeş kəndli sinfinin nüvəsində digər
partiyalarınn yaranması üçün əsas verə
bilməz.
Beşinci sual. Siz
və Trotski arasında olan əsas ixtilafı qısa şəkildə deyə bilərsizmi?
Cavab.
Söyləməliyəm ki, hər şeydən əvvəl, Trotski ilə ixtilaf şəxsi ixtilaf deyil.
Əgər ixtilaf şəxsi xarakter daşısaydı, partiya bu işlə bir saat da məşğul
olmazdı, çünki, o ayrı-ayrı şəxslərin şişirdilməsini sevmir.
Görünür söhbət partiya daxilindəki ixtilaflardan
gedir. Mən bu sualı belə başa düşdüm. Bəli,partiyada belə ixtilaflar var. Bu
yaxınlarda ziddiyyətlərin xarakteri haqqında Moskvada Rıkov, Leninqradda
Buxarin öz məruzələrində olduqca aydın məlumat veriblər. Bu məruzələr nəşr
olunublar. Bu məruzələrdə ziddiyyətlər haqqında yazılmış şeylərə heç nə əlavə
edə bilmərəm. Əgər bu sənədlər sizdə yoxdursa, onları sizin üçün təşkil edə
bilərəm. (Deleqasiya qeyd edir ki, bu sənədlər onlarda var)
Deleqatlardan biri.
Qayıdarkən bizdən bu ixtilaflar haqqında soruşacaqlar, amma bizdə bütün
sənədlər yoxdur. Bizdə, məsələn, “83-cü illərin platforması” yoxdur.
Stalin.
Mən bu “platformaya” imza atmamışam. Başqalarının sənədlərini təşkil edə
bilmərəm. (Gülüş.)
Altıncı sual.
Kapitalizm ölkələrində istehsalın inkişafı üçün əsas məqsəd gəlir qazanmağa
ümid üzərində qurulub. Bu məqsəd, əlbəttə, SSRİ-də yoxdur. Onu nə əvəz edir və
bu əvəzetmə, Sizin fikrinizcə, nə dərəcədə effektivdir? O daimi ola bilərmi?
Cavab.
Bu doğrudur ki, kapitalizm təsərrüfatı üçün əsas hərəkətverici qüvvə gəlir
qazanmaqdır. Həmçinin bu da doğrudur ki, gəlir qazanmaq bizim sosialist
sənayemiz üçün nə məqsəddir, nə də hərəkətverici qüvvədir. Belə olduğu halda
bizim sənayemizin hərəkətverici qüvvəsi nədir?
Hər şeydən əvvəl bu cəhət ki, bizdə fabrik və
zavodlar bütün xalqa məxsusdur,
kapitalistlərə deyil, fabrik və zavodları kapitalistlərin əlaltıları deyil,
işçi sinfin nümayəndələri idarə edir. İşçilərin kapitalist üçün deyil, öz
dövləti, öz sinfi üçün işlədiyini başa düşmək – bu düşüncə bizim sənayemizin
inkişafı və təkmilləşməsi işində ən böyük hərəkətverici qüvvədir.
Qeyd etmək lazımdır ki, bizdə fabrik və zavod
direktorlarının böyük əksəriyyətini xalq təsərrüfatının Ali soveti
tərəfindən təyin edilən, həmkarlar
ittifaqları ilə razılığa gələrək, işçilər təşkil edir, özü də heç bir direktor
işçilərin və ya uyğun həmkarlar ittifaqının
istəyinin əksinə olaraq vəzifədə qala bilməz.
Qeyd etmək lazımdır ki, hər bir zavod və ya
fabrikin özünün işçilər tərəfindən seçilən və müəssisə administrasiyasının
fəaliyyətinə nəzarət edən zavod və fabrik komitəsi var.
Nəhayət, qeyd etmək lazımdır ki, hər bir sənaye
müəssisəsində həmin müəssisədə işçilərin istehsalat məsləhətləşmələri olur ,
hara ki, bütün işçilər daxil olur və müəssisə direktorunun bütün işini yoxlayır,
zavod administrasiyasının iş planını müzakirə edirlər, nöqsanları və
çatışmazlıqları qeyd edirlər və bu çatışmazlıqları həmkarlar ittifaqları
vasitəsilə, partiya vasitəsilə, Sovet hökuməti vasitəsilə aradan qaldırmaq
imkanına sahib olurlar.
Başa düşmək çətin deyil ki, bütün bu cəhətlər
işçilərin vəziyyətini köklü şəkildə dəyişdiyi kimi, müəssisədəki nizam-intizamı
da dəyişir. Əgər kapitalizmdə işçi fabriki özgə və ona yad bir mülkiyyət kimi və ya hətta həbsxana kimi nəzərdən keçirisə,
sovet rejimində işçi fabrikə artıq həbsxana kimi baxmır, inkişafında və
yaxşılaşmasında bilavasitə maraqlı olduğu
yaxın və doğma bir iş kimi baxır.
Çətin ki, işçinin zavoda,müəssisəyə olan bu yeni
münasibətini sübut etməyə ehtiyac olsun, işçilərin müəssisəyə bu yaxınlıq hissi
bütün bizim sənayemizin ən böyük hərəkətverici qüvvəsidir.
Bu cəhətlə o fakt izah edilməlidir ki, istehsal
texnikası sahəsində işçilər arasından seçicilərin və istehsalatı təşkil edənlərin sayı günbəgün
artır.
İkincisi, bu cəhət ki, bizdə sənayedən gələn
gəlirlər ayrı-ayrı şəxslərin varlanmasına getmir, sənayenin növbəti
genişlənməsinə, işçi sinfin maddi və mədəni vəziyyətinin yaxşılaşdırılmasına,
işçilər və kəndlilər üçün lazım olan sənaye mallarının ucuzlaşmasına, yəni,
yenə də zəhmətkeş kütlələrin maddi vəziyyətinin yaxşılaşdırılmasına gedir.
Kapitalist öz gəlirlərini işçi sinfin rifah halının
yüksəldilməsinə yönəldə bilmir. O gəlir üçün yaşayır. Əks halda o kapitalist
olmazdı. O ondan ötrü gəlir toplayır ki, onları əlavə kapitala çevirsin və
yeni, daha çox gəlir qazanmaq üçün az
inkişaf etmiş ölkələrə çıxarsın. Kapitallar Şimali Amerikadan Çinə,
İndoneziyaya, Cənubi Amerikaya, Avropaya, Fransadan fransız müstəmləkələrinə,
İngiltərədən ingilis müstəmləkələrinə bu şəkildə axır.
Bizdə işlər fərqlidir, çünki biz müstəmləkə
siyasəti aparmırıq və onu dəstəkləmirik. Bizdə sənayedən gələn gəlirlər
sənayeninin gələcək inkişafı, işçilərin vəziyyətinin yaxşılaşdırılması, daxili
bazarın, həmçinin də sənaye mallarının ucuzlaşdırılması vasitəsilə kəndli
bazarının, həcminin artırılması üçün ölkə daxilində qalır. Bizdə sənayedən
gələn gəlirin təxminən 10 faizi işçi sinfin güzəranının yaxşılaşdırılmasına
gedir.İşçilərin pul əmək haqqının 13%-i işçi sinfin dövlət tərəfindən
sığortalanmasına sərf olunur. Gəlirlərin məlum hissəsi ( indi dəqiq hansı
hissəsi olduğunu söyləyə bilmərəm) mədəni ehtiyaclara, fabrik-zavod
şagirdliyinə və işçilərin məzuniyyətinə sərf olunur. Bu gəlirlərin kifayət
qədər böyük hissəsi (yenə də dəqiq hansı hissəsi olduğunu indi söyləyə
bilmərəm) işçilərin əmək haqqının artırılmasına
gedir. Sənayedən gələn gəlirin yerdə qalan hissəsi sənayenin gələcək
genişlənməsinə, köhnə zavodların təmirinə, yeni zavodların tikintisinə,
nəhayət, sənaye mallarının ucuzlaşmasına sərf olunur.
Bu cəhətlərin bizim bütün sənayemiz üçün nəhəng
əhəmiyyəti bundan ibarətdir ki:
a)
Onlar kənd təsərrüfatının sənaye ilə
yaxınlaşmasını və şəhər və kənd arasında əksliklərin aradan qaldırılmasını yüngülləşdirir;
b)
Onlar şəhərdə və kənddə daxili
bazarın həcminin artırılmasına kömək edərək bununla da sənayenin gələcək inkişafı üçün dayanmadan böyüyən baza yaradır.
Üçüncüsü, sənayenini milliləşdirilməsinin
ümumilikdə bütün sənaye təsərrüfatının planlı idarə olunmasını yüngülləşdirməsi
faktı.
Bizim sənayenin bu stimulları və hərəkətverici qüvvələri daimi
faktorlardırmı? Onlar daim fəaliyyətdə olan faktorlar ola bilərlərmi? Bəli,
onlar sözsüz daim hərəkət edən faktorlar və stimullardır. Və bizim sənayemiz nə
qədər inkişaf etsə, bu faktorların gücü və əhəmiyyəti də o qədər artacaqdır.
Yeddinci sual. SSRİ
digər ölkələrin kapitalist sənayesi ilə hansı dərəcədə əməkdaşlıq edə bilər?
Belə əməkdaşlığa
müəyyən sərhəd varmı yoxsa bu sadəcə hansı hissədə hansı əməkdaşlığın mümkün
olub-olmamasının aydınlaşdırılması üçün təcrübədir ?
Cavab.
Görünür söhbət kapitalist ölkələrlə sənaye sahəsində, ticarət sahəsində və
,bəlkə də, diplomatik münasibətlər sahəsində müvəqqəti razılaşmalardan gedir.
Düşünürəm ki, iki əks sistemin – kapitalizm sisteminin
və sosializm sisteminin- mövcudluğu belə razılaşmaların mümkünlüyünü istisna
etmir. Məncə, belə razılaşmalar mümkündür və dinc inkişaf şəraitində
məqsədəuyğundur.
İxrac və idxal belə razılaşmalar üçün ən uyğun
səbəbdir. Bizə lazımdır: avadanlıq, xammal (misal üçün, pambıq),
yarımfabrikatlar (dəmir və s.), kapitalistlər isə bu əmtəələrin satışında
maraqlıdırlar. Bu da sizə razılaşma üçün səbəb. Kapitalistlərə lazımdır: neft,
odun, un məmulatları, bizə isə bu əmtəələri satmaq lazımdır. Bu da sizə
razılaşma üçün səbəb. Bizə kredit lazımdır, kapitalistlərə isə bu kreditlərə
görə yaxşı faizlər. Bu da sizə artıq kredit xətti üzrə razılaşma üçün daha bir
səbəb, özü də məlumdur ki, sovet orqanları kredit üzrə ən dürüst ödəyicilərdir.
Diplomatiya sahəsində də eyni şeyləri söyləmək
olar. Biz sülh siyasəti aparırıq və burjua dövlətləri ilə qarşılıqlı hücum
etməmək haqda paktlar imzalamağa hazırıq. Biz sülh siyasəti aparırıq və
müntəzəm ordunun tamamilə məhv olmasına kimi tərk-silah edilmə barəsində
razılığa getməyə hazırıq, hansı ki, bu haqda Qenuez konfransında bütün dünya
qarşısında bəyan etmişik. Bu da sizə diplomatik xətt üzrə razılaşmalar üçün
səbəb.
Bu razılaşmaların sərhədi? Sərhədlər aralarında
yarış,mübarizə gedən iki sistemin əksliyi ilə qoyulur. Razılaşmalar bu iki
sistemin imkan verdiyi çərçivələrdə, yalnız bu çərçivələrdə mümkündür.
Almaniya, İtaliya, Yaponiya və digər ölkələrlə olan razılaşmalar təcrübəsi bunu
sübut edir.
Bu razılaşmalar sadəcə təcrübədir yoxsa onlar müəyyən
dərəcədə uzunmüddətli xarakter daşıya bilər? Bu təkcə bizdən asılı deyil, bu
həm də bizim kontragentlərdən asılıdır. Bu ümumi vəziyyətdən asılıdır. Müharibə
hər şeyi və istənilən razılaşmanı alt-üst edə bilər. Nəhayət, bu razılaşmanın
şərtlərindən asılıdır. Biz ağır şərtləri qəbul edə bilmərik. Bizim Gürcüstanda
manqan mədənlərini istismar edən Harrimanla razılaşmamız var. Razılaşma 20 il
müddətinə bağlanıb. Görürsüz ki, az müddət deyil. Həmçinin, bizim Sibirdə qızıl
çıxaran LenaQoldfilds cəmiyyəti ilə də razılaşmamız var. Razılaşma 30 il
müddətinə bağlanıb – daha uzunmüddətli razılaşma. Nəhayət, Saxalində neft və
kömür mənbələrinin istismarı haqqında Yaponiya ilə razılaşmamız var.
Biz istərdik ki, bu razılaşmalar müəyyən dərəcədə
davamlı xarakter daşısın. Amma, əlbəttə ki, bu təkcə bizdən asılı deyil, həm də
bizim kontragentlərdən asılıdır.