Əgər kapitalizm işləmirsə,
alternativi nədir? Yaranmış qlobal böhranla əlaqədar olaraq daha actual
olan bu sual yəqin ki, bütün dünyada milyonlarla
insanın ağlına gəlib, bəlkə də yüz milyonlarla. Problem isə bundadır ki, bu
milyonlar mətbuatdan, siyasətçilərdən alınmış informasiyaya və öz şəxsi təcrübələrinə
əsaslanaraq cavab verməli idilər ki, həqiqətdə heç bir alternativ yoxdur.
Alternativ yoxdur. Hər halda,
kapitalizmin dəyişdirilmiş versiyasının davamı olacaq, Qordon Braun və Barak
Obama tərəfindən təklif edilmiş “yeni Keynsiançılıq” adlandırılmış alternativ yoxdur.
Faktiki olaraq, sözsüz alternativ
– ən azı 160 il ərzində mövcud olan sosializmdir. Karl Marks və Fridrix Engels hələ 1848-ci ildə məşhur Kommunist Manifestini
yazmışdılar. Sosializm, kapitalizmdən fərqli olaraq, çox sadədir. O, əsas vasitələrin
və istehsal nəticələrinin (torpaq, fabriklər, banklar, firmalar və s.)
kollektiv mülkiyyətini və nəzarətini nəzərdə
tutur. Şəxsi mənfəət olmadan insan ehtiyaclarının təmin olunması üçün istehsal
və cəmiyyətin sinfi bölgüsünün ləğvini. Bəzi insanlar belə həyatın üstünlüklərini
qəbul etmirlər, ona görə yox ki, sosializmi başa düşmək çətindir, sadəcə onlar
düşünürlər ki, bütün bunlar həqiqət olmaq üçün çox yaxşıdır. Çoxları kapitalizm dövründə yaşayaraq, mənəviyyatsızlaşır və ürəkdən
inanır ki, sosializm kimi yaxşı bir quruluş praktik olaraq işləyə bilməzdi,çünki
hər şeydən qazanc əldə etmək lazımdır.
Bu məqalədə mən insanları inandırmaq fikrindəyəm ki,
sosializm nağıl deyil, bu – cəmiyyəti təşkil etməyin olduqca ağıllı və praktik üsuludur
və bu barədə bizim ağlımıza gələn
hakim kapitalist ideologiyası tərəfindən
şərtləndirilmiş müxtəlif etirazlar tamamilə
xəyali və axmaqdır. Ona görə axmaqdır deyirəm ki, çünki insanlar qeyri-obyektiv
olarkən adətən düşünürlər ki, arqumentlər aşkardır, hərçənd ki, faktiki olaraq
absurd olan və praktiki sınaqdan keçirilsə, tüstü kimi yox olan mənfi rəylərə əsaslanmışdır.
Məsələn,
1963-cü ildə Bristolda qaradərililərə avtobus sürücüsü işləməyə icazə vermək
barədə mübahisə olmuşdu. Bəzi irqçilik tərəfdarları
iddia edirdilər ki, qaradərili insanlarda reaksiya cəldliyi çatışmır. Bəs onda Pele və Məhəmməd Əli necə, onlarda da reaksiya
cəldliyi çatışmır? Başqa nümunə: 1974-cü ildə Anjel Rippon televiziyada diktor olmazdan əvvəl, bəzi
qadın-düşmənləri iddia edirdilər ki, insanlar qadın tərəfindən oxunmuş xəbərləri
ciddi qəbul etməyəcəklər.
Hal-hazırda, irqi və ya cinsi üstünlük haqqında
məsələ yaranmadığı dövrdə, bu dəlillər bizə gülməli görünür.
Gəlin fundamental olan nəyəsə
baxaq – insanların qidalanmasına. Bu gün planetdə Yer kürəsinin bütün tarixi ərzində
ən böyük miqdarda qida istehsal edilir. Bununla belə, BMT-nin məlumatlarına əsasən,
963 milyon insan aclıq vəziyyətində və
ya aclıq qarşısında qorxu içərisində yaşayır, təxminən 25 min insan, əsasən də
uşaqlar, faktiki olaraq aclıqdan ölürlər. Bəyəm bu qida çatışmamazlığından baş
verir? Heç də elə deyil! Institute for Food and Development Policy –nin məlumatlarına
əsasən, hər bir planet sakinini hər gün 3500 kalori ilə təmin etmək üçün buğda,
düyü və başqa taxıl məhsulları ehtiyatları kifayətdir , həm də tərəvəz,lobya,fındıq,soya
əti, balıq və s. kimi digər məhsulları nəzərə almadan. Sutka ərzində adambaşına
ən azı 2 kq yemək vermək üçün bu qida
kifayətdir. Yarım kiloqram dən, lobya və fındıq, bir kiloqrama yaxın ət, süd, yumurta və balıq, və bir o qədər də
meyvə və tərəvəz. Bu dünya əhalisinin tezliklə piylənmədən əziyyət çəkməsi üçün
kifayət edəcək. Hətta "aclıq çəkən ölkələr"in əksəriyyətində bu dəqiqə öz əhalisini təmin
etmək üçün kifayət qədər yemək var, və
onlardan bəziləri, hətta qida məhsulları
ixrac edir.
Bəlkə problem nəqliyyatdadır, ola bilər ki, aclıq çəkənlər planetin çox uzaq guşəsindədir və qidanı ora çatdırmaq mümkün olmur? Belə deyil, onlardan əksəriyyəti Rio-de Janeyro və ya
Kəlküt, və ya Dakka
kimi hər gün turist təyyarələri uçan böyük şəhərlərdə yaşayırlar. Bəlkə, sadəcə olaraq heç kəsi minlərlə uşağın aclıq çəkməsi maraqlandırmır?
Yox. BMT-də bir çox insan bu problemlə məşğul olur. OXFAM
Oxford Committee for Famine Relief (Aclıq çəkənlərə kömək üçün Oxford komitəsi)
və Save the Children (Uşaqları Qoruyun) kimi könüllü ianələr hesabına maliyyələşdirilən
çoxsaylı beynəlxalq xeyriyyə təşkilatları var. Həmçinin problemli ölkələrin özü
də bu yolda səy göstərən humanitar qeyri-hökumət təşkilatları ilə doludur. Bütün bu faktlar göstəririr ki,çoxları bu problemə laqeyd deyil,amma yenə də aclıq və yetərincə qidalanmamaq davam edir.
Niyə? Bu problem işqlandıran istənilən
vebsaytada oxuya biləcəyiniz bir cavab var − yoxsulluq. BMT-nin nəzarəti altında olan bütün
agentliklər və xeyriyyə cəmiyyətləri də bu cavabı verərdi. İnsanlar özlərinə kifayət qədər qida ala bilmədiklərindən
aclıq çəkirlər.
Amma faktiki olaraq bu -
yalnız aysberqin görünən təpəsidir. Biz dörd uşağı və anbar dolu yeməyi olan,
amma uşaqlarından biri özünə yemək almaq imkanına malik olmadığından onun aclıq
çəkməsinə icazə verən valideyn barəsində
nə deyərdik? Faktiki olaraq yoxsulluq, siz xeyriyyə vebsaytlarında
tapmayacağınız səbəblərə görə aclığa gətirir: kapitalist cəmiyyətində bütün hər şey kimi qida da gəlir əldə etmək məqsədilə
satış üçün istahsal olunmuş əmtəədir.
Sosializm bu problemi çox sadə və aydın üsulla
həll edərdi. Sadəcə qidaya əmtəə kimi baxmamaq
və insanlara sağlam pəhriz zəmanət verməklə onu bərabər şəkildə
bölmək kifayətdir.
Amma kapitalistlər stimulun yox olacağını və hər kəsin işləməyi dayandıracağını deyəcəklər. Əgər elə-belə qazanmaq mümkündürsə, işləmək nəyə lazımdır axı? Bu növbəti yanlış fikirdir, axı siz tox olduqda işdən qalmırsız və yalnız aclıq hiss etdikdə işləmirsiz ki.
Qidanın
ehtiyacı olanlar arasında bölünməsinin xeyrinə iki əsas dəlil var. Birinci dəlil odur
ki, böyük korporasiyalar qida məhsullarının
satışından milyardlarla gəlir əldə etmək
vəziyyətində olmazdı, və ikinci - əgər
bu qida ilə bağlı problemlərdə müsbət nəticələr verəcəksə, mənzil problemi kimi
digər məsələlərdə də müsbət nəticə verə bilər.
Mənzil –
insanın yaşamasının əsasını təşkil edən normal şərtlərindən biridir. Hətta ABŞ kimi "müvəffəq"
ölkənin ən zəngin şəhərlərində belə evsizlər var. Az inkişaf etmiş dövlətlərin
böyük şəhərlərində, onların favelləriylə və xarabalıqlarıyla birlikdə, problem
dəhşətli hal almışdır.
Sosializm
planlaşdırması bu problemi asanlıqla həll edərdi. Böyük Britaniya nümunəsi üzərində
bu məsələnin həllinə baxaq. Kobud desək, Birləşmiş Krallığın yaşayış
fondunda kəskin defisit yoxdur, yalnız
ev çatışmamazlığı problemi var. Evsizlərin mənzil probleminin təcili həlli üçün təkcə
boş qalmış yaşayış sahələrini müsadirə etmək kifayətdir: evləri, varlıların
ikinci və üçüncü evlərini. Amma birdəfəlik həll
daha sadədir. Siyahıya almadan
istifadə edərək, əhalinin mənzil ehtiyaclarını qiymətləndirmək, ictimai evlərin
tikintisi proqramını təyin etmək, lazım olandan daha çox bina tikmək üçün minlərlə
bənna, dülgər və digər inşaat ixtisası üzrə işçiləri işə götürmək. Onda hər ailə və ya vətəndaşın yığcam,amma normal şəraitli evlə təmin edilməsi əsas qaydaya çevrilərdi, eynilə hər bir uşağın məktəbdə təhsil almaq və ya hamı üçün pulsuz səhiyyə haqqı kimi.
Başqa
sözlə, mənzilə əmtəə kimi baxmağı qurtarın və ona olan ehtiyac əsasında bölüşdürün.
Həmin prinsipləri nəqliyyata da tətbiq etmək olar. Bugün mövcud olan nəqliyyat sistemi qarışıqlıqla
doludur. Hal-hazırda texnologiya, nəqliyyat şəbəkəsi əvvəlkilərlə müqayisədə
çox inkişaf etmişdir, amma nəqliyyatın
kapitalist təşkilatı qeyri-effektiv və dağıdıcıdır. Ən geniş yayılmış nəqliyyat
vasitəsi şübhəsiz ki, avtomobildir, amma böyük miqdarda şəxsi avtonəqliyyat
yollarda daimi tıxaclara gətirib çıxardı. Faktiki olaraq, 19 əsrdə Londonda atla və ya
kareta ilə gəzinti indi ilə müqayisədə daha sürətli idi, maşınların
ətraf mühitin çirkləndirməsi isə
iqlim dəyişikliyinin əsas səbəbidir.
Bu
problemin socialist həlli aydındır: ictimai nəqliyyatın hərtərəfli pulsuz vahid
sistemini yaradın.
Bu şəhərlərarası
yük və sərnişin əlaqəsi üçün dəmir
yolları şəbəkəsinin genişləndirilməsinə gətirib çıxaracaq, çünki qatarlar minik
avtomobillərindən və yük maşınlarından daha sürətli, ucuz və effektivdir. Həm də
bunu da unutmayaq ki, dəmiryol nəqliyyatı
ətraf mühit üçün daha az zərərlidir. Şəhər daxilində bu tramvay, avtobus,
metro, təkrelsli yollar, mikroavtobus və
velosipedlər məcmusu ola bilərdi. Detallar xüsusi məna kəsb etmir. Məsələ ondadır ki, əgər ictimai nəqliyyat
kifayət qədər effektiv olarsa və geniş yayılarsa, şəxsi avtomobillər, onu
müşayiət edən avtodayanacaq, tıxac, benzin qiyməti və ekologiyanın çirkləndirilməsi
problemləriylə birlikdə şəhərlərdən və kənd rayonlarından praktik
olaraq yox olacaq.
Beləliklə,
fərz edək ki, bizim pulsuz qidamız, ev və
nəqliyyatımız, özümə bura səhiyyə və təhsili də əlavə etməyə icazə verəcəyəm,
var. Şübhəsiz ki, burda sual yaranır, "Bütün bunları kim ödəyəcək?" . Hökumət tərəfindən bankları
iflasdan xilas etmək üçün son aylarda ayrılan
ağlasığmaz məbləğləri nəzərə alsaq, sual öz aktuallığının çox hissəsini itirir,
amma hər halda bizim problemin həllini nə
dərəcədə dərindən araşdırmağımızdan asılı olaraq iki cavab var. Birinci cavab ən sadədir. Ödəniş
vergi hesabına həyata keçiriləcək, necə
ki, hal-hazırda səhiyyəni,təhsili və əlbəttə ki, silahlı qüvvələri maliyyələşdirilirlər.
Təbii
ki, qida, ev və nəqliyyat pulsuz olsaydı, onda vergiləri ödəmək üçün insanlarda
daha çox pul olardı.
Ancaq, məsələni
daha çox dərindən öyrənib, başqa cavab verəcəyik. Bunun üçün xatırlamaq
lazımdır ki, pul öz-özlüyündə sərvət deyil. Pul
– sadəcə cah-calal predmetlərinə aid olan malların alınması üçün
vasitədir. Nə qədər ki, cah-calal üçün daha az istehsal ediləcək, sosializm onların
istehsalını müntəzəm sürətdə, tamamən məhv edənə kimi azaldardı, cəmiyyətdə pulun
rolu bir o qədər az olacaq. Buradan belə nəticə çıxır ki, ilkin "kim ödəyəcək?" sualı indi belə səslənəcək: " əmək ehtiyatlarını elə şəkildə bölüşdürmək mümkündürmü ki, əhali lazımı miqdarda qida ilə, pulsuz evlə və nəqliyyatla təmin
olunsun?". Biz bilirik ki, cavab
yeganə cavab− "bəli"dir, çünki insanların çox və ya az miqdarda artıq
buna nail olduqları nümunələr bizə məlumdur.
Amma bütün bu sahələr necə idarə olunacaq, bəs bu ən yaxşı halda böyük
bürokratlar ordusu,
ən pis halda isə tiranlıq yaratmayacaqmı?
20-ci yüzillikdə dövlət mülkiyyətinin
idarəedilməsi tarixini nəzərə alaraq: Sovet
İttifaqında Stalini
və
Şimali Koreyada Kim İr Seni - bu - təbii və əhəmiyyətli məsələdir. Bu sualın cavabı sosializm alternativi adı altında nəzərdə tutduğum
şeyin nüvəsidir.
Sosializm planlaşdırması adi
insanlara dəstəyi təmin edərək onları aktiv və demokratik şəkildə cəlb etməyənə
kimi praktik olaraq işləməyəcək. Və yenidən bizim ağlımıza kiçik mühafizəkar ideoloq gəlir və deyir, "Bu heç vaxt olmayacaq. Adi insanlar – işçi sinifinin nümayəndələri,
əhəmiyyətli sahələri idarə edə bilmirlər. Onlar kifayət qədər ağıllı deyillər.
Onların lazımi təhsili, idarə etmə təcrübəsi
və s.yoxdur. Bundan əlavə yuxarılara qədər qalxıb öz vəziyyətindən sui istifadə edəcək kimsə həmişə olacaq".
Amma , gəlin işçi
təbəqəsinin bacarığını qiymətləndirmək üçün diqqətimizi istənilən müəssisənin və ya ticarət təşkilatının
işinə yönəldək. Məgər menecer xəstə və ya məzuniyyətdə olduqda,
onun işçilərinin
işi dayanır? Əlbəttə, yox, çünki işçilər onlardan hər birinin yerinə yetirməli olduğu işi və
idarəedənin yoxluğunda həmişə onun vəzifələrini yerinə yetirəcək birinin
olduğunu bilirlər .
Bir neçə il əvvəl,
mən (müəllif) işlədiyim universitetdə
rektor vəzifəsindən müvəqqəti
kənarlaşdırılmışdı və sonra korrupsiyaya görə işdən çıxarılmışdı,o zaman onun əvəz edilməsi üçün xeyli vaxt lazım oldu. Universitet
tamamilə normal işləməyə davam edirdi. Amma əgər gözətçilər (müəssisədə süpürgəçilərdən
sonra ən az maaşlı vəzifə) işləməyi dayandırarlarsa, bütün tədris korpusları səhərlər açılmayacaq
və işləməyi dayandıracaq.
Yuxarı vəzifələrə
qədər yüksəlib öz vəzifəsindən sui-istifadə edən insanlara gəlincə, bu hələ uzun müddət problem olaraq qalacaq. Ona görə yox ki,
insanın təbiəti belədir, ona görə ki, sosializm kapitalizm vaxtı böyümüş
insanlar tərəfindən qurulacaq ,müqəddəslər və mələklər tərəfindən deyil. Bununla effektiv mübarizə aparmaq üçün, nəzarət və idaredici dairələrdən belə insanların uzaqlaşdırılması mexanizmlərini inkişaf etdirmək lazımdır. Bizim sələflərimizin
təcrübəsindən,1871-ci il Paris Kommunasından başlayaraq işçilərin hakimiyyətinin
birinci real təcrübəsindən, istifadə edərək.
Bu mexanizmlər aşkardır: bütün ictimai məmurları
seçkilərə və rəylərə uyan edirsiz və onlara işçinin əmək haqqını ödəyirsiniz.
Rusiya
İnqilabından başlayaraq, biz həmçinin bilirik ki, bu mexanizmlər seçkilərə ,
kollektiv müzakirələr keçirilə bilən iş yerlərinə və müəssisələrə əsaslandırıldıqda
daha yaxşı işləyir.
Rusiya
işçilərinin böyük töhfəsi, ilk olaraq 1905-ci ildə Sankt-Peterburq işçiləri tərəfindən
könüllü yaradılmış işçi şurası oldu. O,
1917-ci il oktyabr inqilabında və
sonrakı mübarizədə əsas rol oynayaraq, bütün dünyaya göstərdi ki, bu işçilərin dövlətdə siyasi hakimiyyət qura biləcəyi
əsas təşkilatdır. İşçi ittifaqları – məqaləmdə yazdığım hər şeyin əsasıdır.
Aclığın
məhv edilməsi, mənzil problemlərinin aradan qaldırılması, sinfi və mülki bərabərsizlik,
iqtisadiyyatın demokratik planlaşdırılması, bütün dünyada birliyə və sülhə cəhd edilməsi, sosializm
tərəfindən gətiriləcək bütün dəyişikliklər kimi bir ilkin şərtə malikdir – əvvəlcə bir ölkədə,
amma sonra hər yerdə işçi sinifinin kapitalizmi
devirməsi. İşçi şuraları bunun açarıdır. Onlar kapitalizm dövründə işçilərin kütləvi etiraz aksiyaları və tətillər
vasitəsilə kapitalist rəhbərlərə qarşı mübarizəsinin təşkili üçün yaradıldılar.
Onlar köhnə kapitalist dövlətiylə rəqabət apararaq, hakimiyyətin alternativ mərkəzinə
doğru inkişaf edir və sonra həlledici anda kapitalistləri əvəz edərək işçilərin hakimiyyətini quracaqlar - hakimiyyət,
hansı ki, müasir dünya iqtisadiyyatında işçi sinfinin obyektiv vəziyyətinə söykənəcək,
həmçinin də milyonlarla insanın istedadını və yaradıcılıq enerjisini azad və səfərbər edəcək. Bu baş verən kimi
indi mövcud olan dünyadan daha gözəl dünya xəyaldan reallığa çevriləcək.
CON
MOLİNEKS
iqtisadçı
Tərcümə Günel Muradova
Комментариев нет:
Отправить комментарий