10 июн. 2013 г.

Brendlər arxasında nələr gizlənir



Bütün keçən əsr boyunca  qida məhsulları və içkilər istehsal edən nəhəng kompaniyalar misli görünməmiş kommersiya uğurlarından istifadə ediblər. Amma bu kompaniyaların çiçəklənməsi onları torpaq, su və iş qüvvəsi ilə təmin edən milyonlarla insanın məhrumiyyəti üzərində qurulurdu. Bugün ərtaf mühitin sürətlə dəyişməsi, yerli birliklərə təsirin genişlənməsi və daha tələbkar istehlakçılar qida sənayesi nümayəndələrini kommersiya fəaliyyətlərinin ilkin gedişi haqda yenidən düşünməyə vadar edir. Bu nəşrdə Oxfam mütəxəssisləri dünyanın 10 ən nəhəng ərzaq kompaniyaları tərəfindən qəbul edilmiş sosial və ekoloji prsedurların həyat fəaliyyətinin müxtəlif sahələrinə necə təsir etdiyini qiymətləndirir və onları ədalətli ərzaq  sisteminin yaradılması üçün ciddi addımlar atmağa çağırır.
Pakistanın kənd icmasının nümayəndələri qeyd edirlər ki, Nestle firması sakinləri içməli su qıtlığından əziyyət çəkən kəndin yaxınlığında yerləşən fabrikdə butılkalara doldurulmuş qrunt suları satır.

2009-cu ildə Kraft kompaniyası mal-qaranın otarılması üçün amazon cəngəliklərində ağacları qıran braziliya tədarükçülərindən mal əti almaqda ittiham olunmuşdu, hal-hazırda isə Coca-Cola firması Filippində uşaq əməyindən istifadədə ittiham olunur.
Təəssüf ki, belə ittihamlar az deyil. 100 ildən çox vaxt ərzində ən mötəbər ərzaq kompaniyaları ucuz məhsulların istehsalı və yüksək gəlir qazanmaq  üçün ucuz torpaq sahələrindən və işçi qüvvəsindən istifadə ediblər. Bu tez-tez bütün dünyada ərtaf mühitə və yerli ictimaiyyətə böyük zərər vurub, və digər amillərlə birlikdə bigün ərzaq sisteminin böhranına səbəb olub. Hazırda Yer kürəsinin 1/3-i xırda kənd təsərrüfatı istehsalıyla məşğul olaraq sağ qalmaq üçün vasitələr əldə edir.

Müasir kənd təsərrüfatı məhsulları bizim planetdə yaşayan bütün insanları yedizdirmək üçün kifayət etdiyi halda, bu məhsulların 1/3-i boşuna məhv olur – 1,4 milyard insan artıq çəkidən əziyyət çəkir, təxminən 900 milyon insan isə hər gün ac yatır. Acılqdan əziyyət çəkənlərin böyük əksəriyyətini bütün dünyada 2-3 milyard insanı ərzaq məhsulları ilə təhciz edən xırda fermerlər və kənd təsərrüfatı işçiləri təşkil edir.
Hazırda kənd-təsərrüfatı sahəsində 450 milyon kişi və qadın çalışır, və əksər ölkələrdə bu insanların 60%-ə yaxını yoxsulluq içərisində yaşayır. Ümumilikdə və bütövlükdə “xroniki aclıqdan əziyyət çəkən” Yer əhalisinin 80%-ə qədəri kənd təsərrüfatı əməyi ilə məşğul olan insanlardır.Qiymətli kənd təsərrüfatı resurslarının çərəz və qazlı içkilər üçün sərf olunması isə, o deməkdir ki, öz ehtiyaclarını ödəyəcək ərzağı yetişdirmək üçün yerli əhali daha az məhsuldar torpaq və təmiz suya malik olacaq. Eyni zamanda da, böyük hissəsi məhz kənd təsərrüfatıın payına düşən parnik qazlarının atmosferə atılması nəticəsində hava şərtlərinin dəyişməsi kənd təsərrüfatını etibarsız məşğuliyyətə çevirir. Bundan əlavə, yoxsul fermerlərin və kənd təsərrüfatı işçilərinin zəifliyi ərzağa olan qiymətlərin qeyri-stabilliyinə, həmçinin soyaya, dənli bitkilərə və şəkərə olan tələbatın daim artmasına səbəb olur. Və nəhayət, qlobal ərzaq sisteminin hətta ən əsas struktur elementləri də laxlayır: dünyada məhsuldar torpaqlar və təmiz su azalır, hava şərtlərinin qeyri-stabilliyi artır.

Bu faktlar heç kim üçün sirr deyil. Bundan başqa, kompaniya rəhbərlikləri çox yaxşı bilirlər ki, kənd təsərrüfatı ilə məşğul olmaq getdikcə daha riskli olur, və gələcəkdə əmtəə  ehtiyatının say çoxluğunu təmin etmək və özünün təchizat sistemlərində sosial və ekoloji riskləri azaltmaq yolunda müəyyən addımlar atır. Bugün ərzaq kompaniyalarının nümayəndələri tez-tez bioyanacağın istifadəsi əlehinə fikirlər söyləyirlər, yerli birliklər üçün məktəblər inşa edirlər və su ehtiyatından istifadəni azaldırlar.
Gəlin 1 dəqiqəlik dayanaq və düşünək. Bütün dünyada hər saniyədə 4000  fincan kofe Nescafe içilir və hər gün 1,7 milyard ədəd Coca-Cola firmasının istehsal etdiyi məhsullar istifadə olunur. Cəmi üç kompaniya dünya qəhvə bazarının 40%-nə nəzarət edir, Nestle korporasiyası isə, rəsmi məlumatlara görə, 2010-cu ildə Qvatemalanın və Yəməninin ÜDM-dən çox gəlir əldə edib.
Bizim dünyada 7 milyard ərzaq istehlakçısına və 1,5 milyard ərzaq istehsalçısına ərzaq məhsullarının bütün assortimentinə nəzarət edən  500-dən az kompaniya düşür. Qlobal ərzaq sistemi çərçivəsində ən çox fəaliyyət göstərənlər “Böyük onluq”a daxil olan böyük gücə malik kompaniyalardır. Onların bir günlük məcmu gəliri 1,1 milyard dollar, illik gəliri isə 450 milyard dollar təşkil edir ki, bu da dünyadakı bütün aşağı gəlirli dövlətlərin ÜDM-nin cəminə ekvivalent təşkil edir. “Böyük onluğun” strategiyalarda və prosedurlarda irəliləyişi bütün istehsal-satış zəncirində özünü göstərir.

Bugün “Böyük onluq” daha çox diqqət çəkir, çünki artıq aclıq kimi təhlükəli hesab olunan diabet və piylənmə kimi xəstəliklər, qlobal epidemiyalar birbaşa bu kompaniyalar tərəfindən istehsal olunan məhsullarda “junk-food” ( zərərli qida) və şirin içkilərin istifadə olunması ilə əlaqədardır.
Əlbəttə ki, dünyada olan aclığa və yoxsulluğa görə tək həmin kompaniyalar məsuliyyətli deyil. Amma biz göstərmək istəyirik ki, onlar öz inkişaflarına görə bütün dünya üzrə səpələnmiş yoxsul birliklərdən aldıqları ucuz torpaqlara və işçi qüvvəsinə borcludurlar. Və buna əlavə olaraq qeyd etmək lazımdır ki, hazırda "Böyük Onluq” ərzaq sahəsində qlobal təchizat sistemini nəzarət və idarə edən həm ticarət kompaniyalarına, həm də hakimiyyət orqanlarına əhəmiyyətli dərəcədə təsir etmək üçün kifayət qədər gücə sahibdir.


Unilever korporasiyası 2011-ci ildə meşə və digər torpaq sahələrinin qanunsuz yolla təmizlənməsinə və çoxillik konfliktdən sonra İndoneziyada əhalini öz torpaqlarından zorla çıxarılmasına görə ittiham olunan Wilmar İnternational kompaniyasından palma yağı alır. Zərər çəkmiş yerli birliklər Dünya Bankını  Wilmar kompaniyasını dəstəklədiyi üçün Bankın rəhbərliyinə şikayətlərini bildirdikdən sonra Bankın vasitəçiliyi ilə kompaniya və yerli birliklər arasında danışıqlara başlanıldı. Torpaq üzərində rəqabət su ehtiyatı üzərində rəqabətlə sıx bağlıdır. Yer kürəsi əhalisinin 1/5-i su çatışmazlığı yaşayır, sudan istifadə isə keçən yüzillik ərzində əhalinin sayının artımı ilə müqayisədə 2 dəfədən çox artıb. Dünya içməli su ehtiyatının əsas hissəsi kənd təsərrüfatı ehtiyaclarına sərf olunur, həm də bu ehtiyatın 70%-ə yaxını suvarma üçün istifadə olunur. Bundan əlavə, suyun çirklənməsi insanların sağlamlığı üçün ciddi təhlükədir, suyu çirkləndirən orqanik mənşəli tullantıların 54%-i ərzaq sektorunun payına düşür.



Tərcümə Günel Muradova

Комментариев нет:

Отправить комментарий