11 июн. 2013 г.

Stokholm etirazları və isveç sosial-demokratiyası haqda miflər

Stokholmdakı vəziyyət barədə beynəlxalq xəbər agentliklərinin reportajlarını oxuyarkən, coğrafiyaaşünas Allan Predin 2000-ci ildə işıq üzü görmüş “Hətta İsveçdə belə” kitabının adı  yadıma düşür. İqtisadi və sosial böhrana bürünmüş Avropa ölkələrində demokratiya böhranı da müşayət olunur,ona görə də şəhərlərdə ( Fransanın,Yunanıstanın,İngiltərənin və İspaniyanın şəhərlərində baş vermiş əvvəlki narazılıqlardan sonra) etirazlar yenidən baş qaldırmalı idi – gec-tez bu təkrar olunmalı idi. Sual yalnız bundadır: etirazlar növbəti dəfə nə vaxt və harada baş verəcək? Stokholmun yoxsul qəsəbəsi Xyusbu-da iğtişaş baş qaldırıqda isə, görünürdü ki, kütlə mediası təəccüb içərisindədir: “Hətta Stokholmda belə”!

“Onlar kimdir?”- “Sky News”-un reportyoru soruşur. “The New York Times”  yazır: “İsveç iğtişaşları eynilik məsələləsini ortaya çıxarır”. Allan Pred özünün tarixi-materialist analizində bizim təfəkkürümüzdə hakim olan İsveçin tolerant və bərabərlik ölkəsi olması haqda təsəvvürlərə etiraz edir. O həmçinin qeyd edir ki, həqiqətdə İsveç başdan-ayağa rasizm və diskriminasiya ilə doludur. O, “çirkin metonimiya hiyləgərlikləri” barəsində yazır,  hansı ki, bu hiyləgərliklər vasitəsilə ayrı-ayrı insidentlər  bir qrup insanın və ya rayonun bütün əhalisinin davranışına sübut kimi göstərilir, bu isə öz növbəsində müasir İsveç üçün xarakterik olan rasizmə, marginallaşmağa, diskrimansiyaya və sosial qəsb etməyə şərait yaradır.


İsveç sosial-demokratiyasının məhvi

Hətta “Skandinaviyanın çiçəklənən paytaxtı” hesab edilən Stokholmda belə etirazların baş qaldırmasına beynəlxalq kütlə-mediasının təəccüblənməsinin səbəbi orada baş verənlərin
artıq 30 ildir ki, total inkar edilməsidir. Stokholmda baş qaldıran şəhər etirazlarının arxasında üzdə olan radikal dəyişikliklər gizlənmir, məhz ümumifiravan sveç hakimiyyətinə asta və düşünülmüş hücum gizlənir.
“Ümumfiravan isveç dövlətinin transformasiyası” kitabının müəllifləri İsveçin neoliberal irəliləyişinin nəticələrini aşağıdakı şəkildə yekunlaşdırır:
-          
-         Özəlləşdirmə proseslərinə kömək məqsədilə həyata keçirilən nəzarətsizlik və dövlət müəssisələrinin bazar prinsiplərinə uyğun fəaliyyətə keçirilməsi;
-          
-         “Responsibilizasiya” ( məsuliyyətin dövlət üzərindən götürülüb sadə vətəndaşların üzərinə qoyulması) – vətəndaşlar yenidən yalnız istehlakçı və istehsalçı kimi qəbul edilir;
-          
-         İnzibati hakimiyyətin yeni formaları (şəhər etirazlarının polis vasitəsilə yatırılması üçün nəzarətin gücləndirilməsi və yeni strategiyaların müəyyən edilməsi);
-          
-         Yeni idarə formaları (özəl və dövlət strukturlarının partnyor münasibətləri) ;
-          
-         Ümumi məşğulluq siyasətindən “daimi hazırlıq” konsepsiyasına keçilməsi (əmək resurslarının);

Və belə nəticələrə, hər şeydən əvvəl, ictimai sahənin özünün və şəhərin sosial münasibətlərinin yenidən strukturlaşdırılmasının köməkliyi ilə nail olmaq olardı.
Görünür liberallaşma İsveçdə istənilən digər qərb dövlətlərindən daha sürətlə baş verir. 2012-ci ilin martında Svenska Dagbladet qazeti “Liberal inqilab” adı altında məqalə nəşr etdi. Məqalədə “Svenska Dagbladet” qəzetinin sifarişi ilə aparılan “İrs” fondunun tədqiqatlarına əsasən İsveçin “dünya elitası” sıralarına - iqtisadiyyatın özəlləşdirilməsi və sərbəst buraxılması proseslərini daha aktiv yerinə yetirən dövlət qruplarına daxil olması barəsində fəxrlə söhbət açılır. Məqalənin müəllifləri 16 yanvar 2012-ci ildə dövlət məktəblərinin idarə edilməsi üçün lisenziyanın satışı haqda ilk reklam elanının eBay-ın isveç auksionuna necə çıxarıldığını fəxrlə xatırlayırlar, ki bu da özlüyündə liberalizmin triumfu demək idi.

Amma liberallrın triumfu arxasında bir qədər başqa reallıq dayanır. İƏİT-nın bu yaxınlarda nəşr etdiyi məruzədə deyilir ki, İsveçdə (tədqiqatların aparıldığı 34 ölkə arasında) gəlir bərabərsizliyinin böyüməsində ən yüksək temp müşayət olunur. Və sosial bərabərsizlik şəhərlərdə daha aydın özünü göstərir –burada mərkəzi rayonlarla yoxsul qəsəbələr arasında sərt həddlər var. 1990-cı ildən ənənəvi isveç mənzil siyasətindən- mənzil bazarını tənzimləmək siyasətindən  uzaqlaşma prosesi gedir. Qeyri-kommersiya yerli mənzil şirkətləri başdan bütün vətəndaşlar üçün yaradılmışdı, onlara qoyulmuş sosial məsuliyyət prinsipi isə aşağı gəlir səviyyəsi olan ailələrin mənzillə təminatını nəzərdə tuturdu. Sonradan bu şirkətlər özəlləşdirildi və indi onları ancaq gəlir qazanmaq düşündürür. Mənzil bazarının nəzarətsizliyi şəhərlərin böyüməsinin stimullaşdırılması siyasəti ilə birlikdə mütəq bərabərsizliyin güclənməsinə gətirib-çıxarır. Belə islahatların nəticələri göz qabağındadır – onlar şəhər landşaftında küçə və binaların təzadlı görünüşündə öz ifadəsini tapır. Bu siyasətin nəticələri özünü tamamilə göstərməsə də, İsveçin üç ən böyük şəhərində evsizlərin sayının artımı, evlərin köçürülməsi və mənzil çatışmazlığı müşahidə olunur. 1960-70-ci illərdə buraxılmış “Milyon mənzil” proqramı məzil çatışmazlığı problemini həll etməli idi, amma bu proqram sistematik olaraq maliyyələşdirilmədi və nəticədə,  həmin vaxt inşa edilmiş mənzillərdən çoxunun hazırda  əsaslı təmirə ehtiyacı var. Bununla belə, icarə haqqının 50% artmasına baxmayaraq, indi əsaslı təmirə görə sakinlərin özləri ödəməlidirlər. Uyğun olaraq, sakinlərdən çoxu heç vaxt təmir pulunu ödəyə bilməyəcək, gələcəkdə isə aşağı gəlir səviyyəsi olan sakinlər infrastruktura yenidən qurulmalı olan  rayonlarda yaşamalı olacaqlar.

Gentrification və maliyyələşdirməmək – bəzi rayonların çiçəklənməsinə və digər rayonların tənəzzülünə səbəb olan bir prosesin hissələridir. Şəhərlərin inkişafının planlaşdırılması üzrə komissiyanının hesabatına əsasən Stokholmun kasıb rayonlarında 20-25 yaş həddində olan gənclərin 40%-dən çoxu heç bir yerdə təhsil almır və işləmir, 50%-dən çox uşaq isə yoxsulluq şəraitində böyüyür. Bu da önəmlidir ki, urbanizasiya hazırki forması ilə irqi ayrı-seçkiliyə səbəb olur – Stokholmun mərkəzi ağ dərili orta/yuxarı sinif üçün səliqə ilə təmir edilmiş anklava çevrilmişdir, kasıb şəhər ərtafı rayonlar isə ağ olmayan əhalinin yaşadığı rayonlara çevrilir. Kapital axını Stokholmdan Stokholma axır, amma bununla belə kapital praktiki olaraq bölünmür – heç bir “sızma effekti” yoxdur, Devid Xarvinin sözləri ilə desək, daha çox “mülkiyyət hüququnun ləğv edilməsi ilə kapital yığımı” baş verir. Mərkəzi rayonlarının gözəl “istahlak teatrı” vitrini arxasında gizlənən, inkişaf edən Stokholmun digər üzü belədir. Şəhərətrafı rayonların sakinləri isə layiqli həyat uğrunda mübarizə aparmağa və ya ictimai resurslar ya oğurlandığından, ya da özəlləşdirildiyindən sadəcə güc bəla ilə dolanmağa məcburdurlar.

Xyusbu və demokratiya məsələsi

İsveç və beynəlxalq kütlə-mediası bugünkü etirazları daha çox gənclərlə bağlı olan problem hesab edir (konservativ və liberal mətbuat qarışıqlığın səbəbkarlarını vandal və cinayətkar adlandırır, sosial-demokratiya mətbuatı isə qiyamların səbəbini gənclər arasındakı işsizlikdə görür). Amma, hər şeydən əvvəl bu demokratiyanın problemidir – o bütün isveç cəmiyyətinə aiddir və İsveçin hazırki siyasi sisteminin radikal transformasiyasını tələb edir. 2006-cı ilin paris qiyamlarını analiz edərək, coğrafiyaşünas Mustafa Dikeç qeyd edir ki, biz bu qiyamları “mənasız” oğurluq və od vurmaq kimi yox, düşünmədən ədalətə can atmaq kimi qəbul etməliyik. Bu hazırda baş verən İsveç qiyamlarının mənasına da aiddir, amma biz burada özünə məkan və səs hüququ tələb edən yeni şəhər sosial hərəkatlarını görürük. İsveçi demokratikləşdirmək yollarını başa düşmək üçün məhz bu hərəkatlara diqqət yetirmək lazımdır. Aftonbladet  qəzetində nəşr olunan açıq məktubda Höteborqun “Pantera” hərəkatı “alovlanan xalqa” müraciət edir:
“Əgər bütün siyasi məsələləri bu qədər təkidlə polisin üzərinə yıxırsızsa, bəlkə bizə elə siyasətçilər deyil, polisləri seçmək lazımdır? Daha bir insan – bizim cəmiyyətin bir parçası – Xyusbu rayonunda ö mənzilində ölüb. Bax elə buna görə də ərtafda hər şey yanır. Axı sizə xəbərdarlıq edilmişdi”.

Dekabrın sonunda, gecələr daha uzun olanda, isveç kütlə-mediasında irqçilik, mədəniyyət və dil məsələləri barəsində aktiv debatlr keçirilirdi. Və bu debatların gedişatında məişət irqçiliyi,dövlət sistemində,mədəniyyətdə və şəhər ərazisində irqçilik kimi mövzular daha çox bayağı fikirlər kimi qəbul edilirdi. Məsələn, irqçilik yenə də olduqca dar müzakirə edilirdi – o ənənəvi olaraq İsveçdə milli hərəkatların böyüməsinə aid edilirdi – sanki, bu mövzu bütünlükdə ağ orta sinif ilə əlaqəli deyil – axı ketlə-mediasında,siyasətdə və elmdə məhz bu sinfin nümayəndələri ağalıq edir.

Şair İoxannes Aniuru bir dəfə yazmışdı:

“Biz, valideynləri qara Afrikadan olanlar, çox gözəl görürük ki, bizlərdən ən ağıllıları,savadlıları və aydın məqsədləri olanlar İsveçdə ən pis işlərə layiq görülür. Biz insan həyatının və arzularının zibilliyə necə atıldığını görürük, və buna səbəb isveç mentalitetinin özündə olanlardır – qaradəriliyə qərəzsiz baxa bilmirlər. Bununla belə illər keçir. Sadəcə tramvayda və ya avtomobildə əyləşin, yağışdan sonra çoxalan göbələklər kimi böyüyən şəhər ətrafına gedin və İsveçdə - onların problemləri nəzərə alınmayan hansısa gözdən uzaq periferiyada - qaradərililərin necə yaşadığına öz gözlərinizlə baxın. Onlar orada yoxsulluq içərisində yaşayırlar, sağ qalmaq üçün mübarizə  aparırlar.

Sonra 2013-cü ilin əvvəlində REVA proekti fəaliyyətə başladı. Qeyri-qanuni immiqrantların deportasiyasını hədəfə almış proqramın reallaşdırılması çərçivəsində, REVA proekti polisə daxili sərhədə nəzarəti həyata keçirmək üçün səlahiyyət verdi. Xeyli insan polisin onları küçədə necə saxladığı və ya nəqliyyat vasitəsilə “xarici vətəndaşı tapmaq” məqsədilə yaxınlaşdığı haqda danışır. Yenə də Stokholm ətrafı şəhərlərdə qiyamın başlamasına səbəb polis tərəfindən törədilmiş ölüm hadisəsi oldu.

Həmin ölümdən dərhal sonra Xyusbudan olan Megafonen yerli sosial hərəkatı cinayətin müstəqil araşdırılması tələbilə manifestasiya təşkil etdi. Polis əmrində deyilirdi ki, həmin insan xəstəxanada ölüb – amma bu yalan idi, o öz mənzilində ölmüşdü, təcili yardım maşını isə onun arxasınca gəlməmişdi. Bu polis zorakılığı olayı Xyusbu rayonun gənc sakinlərinə gündəlik sənəd yoxlanması və polis nəzarətinin həyata keçirilməsi zamanı onların tez-tez qarşılaşdıqları polis zorakılığını xatırlatdı. Beləliklə, insanı öldürməklə polis çoxdan közərən kömürün üzərinə benzin səpdi.

Maşınların yandırılmağa başlamasından sonrakı gün Megafonen qrupu polis zorakılığı və irqçilik haqda insanlara məlumat vermək üçün mətbuat konfransi təşkil etdi. Cavab olaraq “niqer”, “murdar meymunlar”, “bomj” kimi sözlər eşitdilər – axı belə sözləri təkcə Xyusbu rayonun sakinlərinə qarşı işlətmirlər. Bir neçə il əvvəl analoji qiyamlar Malme şəhərinin Rozenqard rayonunda da baş qaldırmışdı.

Baş nazir Fredrik Raynfeldt Xyusbu hadisələrini şərh edərkən “Xyusbu sakinlərinin özlərinin” bu problemi həll  etməli olduğunu iddia edərək, dəfələrlə “isveç qanunlarına” və “isveç polisinə” hörmət etməyə çağırdı. Onun sözlərində Xyusbu sakinlərinin isveçli olmadığına, onların problemlərinin isə problem olmadığına incə bir işarə var. Xyusbu əhalisi bunu onsuz da gözəl bilir. Ona görə artıq xeyli vaxtdır ki, onlar özləri təşkilatlanırlar. Onlar, xüsusilə, bir neçə il «Järva-lyftet» investisiya layihəsinə qarşı mübarizə aparıblar. Buna görə də Megafonen kimi hərəkat yarandı.

Onların öz rayonları uğrunda mübarizəsi İsveç üzrə hər kəsi ruhlandırdı, insanlar mənzillərin özəlləşdirməsinə,icarə haqqının qaldırılmasına və total nəzarət dövlərinə qarşı mübarizə aparmaq üçün səfərbər olmağa başladılar.

Bununla belə, bu yaxınlarda başlanmış qiyamlardan sonra bir çoxları Megafonen üzvlərinin avtomobilləri yandırmaqda ittiham edərək, hərəkatı tənqid etməyə başladılar. Megafonen-in cavabı Aftonbladet qazetində nəşr olundu:

“Megafon” heç nə yandırmır. Jurnalistlər və siyasətçilər qiyamda  niyə məhz “Megafonen”in ittiham olunmasını istəyirlər ? Bizim gəncləri qəsdən iblisləşdirirlər ki, heç kim vəziyyətin əsl üzünü görməsin – axı həqiqət olduqca çirkindir. Müxtəlif nəşriyyatların nəşrləri və polis bugün baş verənlərdə sadəcə susmadığımıza görə bizim məsuliyyətli olduğumuzu iddia edərək bizi – “Megafonen” qrupunu iblis kimi təqdim edir. Biz çox gözəl başa düşürük ki, bugün həqiqətdə İsveçdə nə baş verdiyi üzərində fikirləşmək necə narahatlıq, ağır hisslər doğurur. Baş verənlərdə əli olanlar – dövlət, polis və bizim kütlə-mediasının əksəriyyəti- üçün bu haqda düşünmək daha çətindir.
Biz artıq hər tərəfdən görürük ki, istənilən sosial problemlər üçün dövlətin yeganə cavabı polisin sayının artırılmasıdır. Biz kvartallarımızda polisin özünü necə kobud və qəddar apardığını görürük. Biz irqçi təhqirlər eşidirik, insanların sifətindən necə döyüldüyünü, dubinka ilə vurulduğunu görürük. Biz polisin bizim gənclərin üzərinə silah tuşladığını və “atəş açacam!” qışqırdığını görürük.
Biz  orta təhsil sisteminin dönə-dönə necə “dəyişdirildiyini” görürük. Biz özümüz,bizim bacılarımız və qardaşlarımız var qüvvələri ilə bu və ya digər resurslara ehtiyac duyan məktəblərdə müvəffəqiyyət qazanmağa çalışırıq. Və görürük ki,onlar öz övladlarını başqa məktəblərə göndərirlər. Biz görürük ki, mənzil siyasəti işdə mənzil çatışmazlığı yaradır. Biz görürük ki, insan hüquqları yalnız dəbdəbəli evlərdə yaşayanlar üçün  işlədilir. Biz  binanın əsaslı təmiri bəhanəsi ilə icarə haqqını  artırdıqları halda onun fasadının azacıq rəngləndiyini görürük. İndi bizdə faktiki olaraq hər kəs qiyam edən  şəhərətrafı rayonların tərəfindədir. Çoxları  tələsik problemin həlli üçün öz variantlarını təklif edir, axı indiyə kimi – qiyamlar başlayana qədər sizlər harada idiz? Biz, məsələn, lap başdan burada idik – biz təsərrüfat üçün  yardım təşkilatı ilə məşğul idik, rayon sakinləri üçün mühazirələr və konsertlər keçirirdik. Biz öz rayonumuzun  mənzillərini və ictimai binalarını müdafiə edirdik. Və biz öz rayonumuzu və bütün şəhərimizi müdafiə etməyə davam edirik.


Комментариев нет:

Отправить комментарий