12 июн. 2013 г.

Fritof Kapra - Ekoloji maarifləndirmə

Yüzilliyin sonuna yaxınlaşdıqca, ekoloji problemlər birinci yeri tutur. Dağların vitse-prezidenti, "Yer kürəsi tarazlıqda"(1992)  kitabında yazır: "Biz ətraf mühitin qorunmasını bəşəriyyətin təşkilinin mərkəzi prinsipi  etməliyik."

EKOLOGİYA

Bizim ekologiya prinsipləri barəsində savadsızlığımızbizim ərtaf mühiti dağıtmağımızın əsas səbəbidir. Bu savadsızlıq əhəmiyyətli dərəcədə indiki ekoloji böhran üçün  məsuliyyətlidir və biz ekoloji cəhətdən maariflənməsək onu ağırlaşdırmağa davam edəcəyik.
Ətraf mühityalnız  " ətrafındakılar" deyil. O,heyvanlardan,bitkilərdən,mikroorqanizmlərdən və cansız təbiətdən ibarət olan, sıx qarşılıqlı təsirdə və əlaqədə  olan, özünü təşkil edən və idarə edən ekosistemlərdən ibarətdir.  Sıx qarşılıqlı əlaqə ekosistemlərdə  dövri və fasiləsiz enerji və maddələr  mübadiləsini  təmin edir. Ekosistemlər, onlara əlaqədə olan sosial sistemlərlə birlikdə “Yer kürəsinin təsərrüfatı” adlandırdığımız şeyləri  təşkil edirlər.
Ekologiya elmi— yunan sözü olan oikos-un (" ev təsərrüfatı") götürülüb, "Yer kürəsinin ev təsərrüfatı"nı öyrənir. Daha  konkret desək, o dünya "təsərrüfatının" bütün üzvlərini bağlayan münasibətləri araşdırır. Con Myuir ifadə etdiyi kimi, " biz hər hansı konkret şeylə qarşılaşdıqda onun Kainatda bütün digər şeylərlə bağlılığı  dərhal görünür".

CANLI  SİSTEMLƏR

Ekologiya elmi üçün ən uyğun  nəzəri baza – canlı sistemlər  nəzəriyyəsidir, hansı ki, başlanğıcını 1940-cı ildə bəri son 20 ildə çiçəklənmə dövrü keçirən kibernetikanın yaranması hesab etmək olar. Nəzəriyyədə  dünya sistemlərinə  münasibətlər  və inteqrativlik terminləri vasitəsilə baxılır. Canlı sistemlər – xüsusiyyətləri ayrı-ayrı hissələrə aid edilməyən  inteqral tamlıqdır,sistemdir. Hərçənd ki, canlı sistemdə hissələri ayırmaq olar, amma onun bütövlüyünün təbiəti onun hissələrinin sadə cəmindən həmişə fərqlidir.
Canlı sistemlər təbiətdə böyük çoxluq təşkil edir. Hər orqanizm – heyvan, bitki, mikroorqanizm, və ya insan — bu inteqral bütövlükdür, canlı  sistemdir. Orqanizmlərin hissələri — məsələn, yarpaqlar  və ya toxumalar — də həmçinin canlı sistemlərdir. Biz təbiətdə başqa sistemlərin daxilində yaşayan sistemlərə rast  gəlirik.
Canlı  sistemlər – təkcə individlərin  və onların hissələrinin yığımı deyil. Onlara sosial sistemlər də daxildir — məsələn, ailələr, və ya birliklər — hansılar ki, həmçinin ekosistemləri təşkil edirlər. Orqanizmlərin əksəriyyəti təkcə ekosistemlərə daxil olmur, həm də özləri öz anatomiyasına və fiziologiyasına görə bir sıra xırda orqanizmlərdən ibarət olan,lakin harmonik şəkildə bütövü yaradan mürəkkəb ekosistemlərdir.
Bütün canlı sistemlər  hissələrin qarşılıqlı təsiri və qarşılıqlı əlaqəsi ilə təyin olunan konkret strukturdur, bütövlükdür. Sistemlər nəzəriyyəsinə görə bütün canlı sistemlər bir sıra ümumi xüsusiyyətlərə malikdirlər və ümumi qanunlara tabe olurlar. Bu ümumi qanunlar ekologiyanın  prinsiplərini təşkil edir.

EKOLOGİYA PRİNSİPLƏRİ

Ekosistemin bütün üzvləri geniş və mürəkkəb münasibətlər şəbəkəsinə, "həyat toru"na daxil olurlar. Onlar əsas xüsusiyyətlərə malik olurlar və faktiki olaraq onları əhatə edən  sistemlərlə münasibətlər   sayəsində mövcud olurlar. Qarşılıqlı əlaqə bütün ekoloji münasibətlərin əsasını təşkil edir. Bütün sistemin müvəffəqiyyəti onun ayrı-ayrı üzvlərinin müvəffəqiyyətindən asılıdırnecə ki, hər üzvün müvəffəqiyyəti bütün sistemin müvəffəqiyyətindən asılıdır.
Ekosistem üzvləri arasında qarşılıqlı əlaqə fasiləsiz dövr daxilində enerji və maddələr  mübadiləsi hesabına baş verir. Günəş enerjisi bütün ekoloji dövrləri hərəkətə gətirir, həm də bu prosesdə yaşıl bitkilər enerji mübadiləsində həyatı  əhəmiyyətli rol oynayır. Fotosintez kimi məlum olan çox gözəl proses nəticəsində günəş enerjisi kimyəvi enerjiyə çevrilir  və orqanik maddələrlə əlaqəyə girir, eyni zamanda oksigen azad olur və havanı təzələyir.
Ekosistemin hər bir bioloji növünün ekoloji sabitliyi (uzunmüddətli sağ qalma dərəcəsi)   məhdud resurs bazasından asılıdır. Orqanizmlər birliyi daim eyni minerallar,su və hava molekullarını yenidən  emal edərək milyard illər ərzində inkişaf ediblər. Bu dövri mübadilə ümumi kooperasiyayla müşayət olunub. Əməkdaşlıq — birləşməyə, əlaqələrin qurulmasına, bir-birinin daxilində mövcud olub,inkişaf etməyə, əməkdaşlığa cəhd — canlı orqanizmlərin ən əsas xüsusiyyətidir.

Ekoloji dövrlər öz dəyişənlərinin fasiləsiz fluktuasiyaları ilə səciyyələnir. Dəyişən ekoloji şərait  hər hansı bir əlaqəni pozduqda, bütün dövr özünü  əks əlaqənin öz-özünü nizamlayan ilməsi kimi aparır, və tezliklə vəziyyət tarazlığa qayıdır;  bir halda ki, belə hallar fasiləsiz olur, əhali sıxlığı və ekoloji dövrün başqa dəyişənləri fasiləsiz olaraq tərəddüd edir.
  " Onlar mənim sitoplazmamda hərəkət edirlər, nəfəs alırlar və mənim bədənimə həyat verirlər. Onlar mənə tamamilə yaddır, hərçənd ki, mənim əhatəmdə bir-biri və bakteriyalarlasıx bağlıdırlar. Mən anlamağa başlayıram ki, bu dəniz qağayılarının və kitlərin  toxumalarında,otlarda,yosunlarda,xərçənglərdə, evimin ətrafında böyüyən fıstıq ağacının yarpaqlarında,həyətdə yaşayan skunslarda və hətta pəncərə şüşəsi üzərində sürünən milçəklərdə yaşayan həmin varlıqlardır. Onlar vasitəsilə mən dünyada olan  bütün canlılarla bağlıyam; və məlum olur ki, mənim böyük miqdarda  yaxın qohumlarım var".  
                                                                                                                                      — Lyuis Tomas
Ekosistemin sabitliyi həmçinin onun münasibətlər şəbəkəsinin mürəkkəbliyindən asılıdır; başqa sözlə, onun diversifikasiyasından (müxtəlifliyindən). Diversifikasiya edilmiş sistemdə çox növlər bir-birini əvəz edən ekoloji funksiyaları,hansı ki,onun hesabına bir-birini qismən əvəz edir və dəstəkləyir, yerinə yetirir.  Sistem nə qədər müxtəlifcinsli olsa,o qədər müxtəlif münasibətləri nizamlamaq(hər hansı bir əlaqənin pozulması vaxtı)  qabiliyyətinə malikdir.
Bütün canlı orqanizmlər inkişaf edir və  hər bir inkişaf – bu hər şeydən əvvəl təlimdir . Bioloji individlər səviyyəsində, bu təlim  təkamül prosesində həyatın yaradıcılıq şəklində açması kimi görünür. Ekosistemdə təkamül orqanizmlərin ətraf mühitə tədricən uyğunlaşmasıyla məhdudlaşmır, bir halda ki,   ətraf mühit özü – bu uyğunlaşmaya və yaradıcılığa bacarıqlı canlı sistemlər şəbəkəsidir. Orqanizmlər və ətraf mühit bir-birinə uyğunlaşır — onlar təkamül keçir. Təkamül – fasiləsiz rəqsdir, fasiləsiz söhbətdir.
Milyardlarla il ərzində ekosistemlərin inteqral hissələri şəklində Yer kürəsində həyatın bütün formaları təkamül edib. Bu sistemlərin ixtiraçılığı, effektivliyi və sabitliyi bütün insan texnologiyalarını qabaqlayır. Buna görə yerli mədəniyyətləri tərəfindən təbiətin müdrikliyinə hörmətli münasibət müasir ekologiya   elminin nailiyyətlərinə uyğun gəlir.

YENİ DÜŞÜNCƏ

Ekoloji savada malik olmaq ekologiya prinsiplərini anlamaq deməkdir. Məlum olur ki, bir halda ki, yüz illərlə qərbdə hakim olumuş bu yeni düşüncə müasir cəmiyyətimizi formalaşdırmış və bütün dünyaya əhəmiyyətli dərəcədə  təsir edən intelektual ənənədən fərqlilik tələb edir, bu o qədər də asan olmayacaq.

Ənənəvi qərb mədəni ənənəsi  kainatı elementar sistem bloklarından ibarət olan mexaniki sistem kimi təsəvvür etmək (Dekartın və Nyutonun fəlsəfəsindən qəbul edilmiş); insan bədənini maşın kimi qəbul edən  baxışları (hansı ki, indiyə qədər tibb  elmində başçılıq edir); ictimai həyatı sağ qalmaq uğrunda rəqabət mübarizə kimi qəbul edən baxışları (sosial darvinizmin mirası); və iqtisadi və texnoloji inkişafın hesabına əldə edilən qeyri-məhdud maddi inkişafa  inam kimi bir sıra ideyalar və dəyərlər daxil edir.  Bütün bu ehtimallar ekoloji böhran təhlükəsinə görə radikal yenidən baxılma mərhələsindədir.

Tərcümə Günel Muradova

Комментариев нет:

Отправить комментарий