2 нояб. 2013 г.

İqtisadi artım həyatı necə məhv edir ("The Guardian", Böyük Britaniya)


Sonsuz artım iqtisadçıların və siyasətçilərin arzusudur. İqtisadi artım inkişaf ölçüsü sayılır. Nəticədə xalqların rifah səviyyəsini göstərməli olan ÜDM bizim dövrün ən nüfuzlu rəqəminə və hakim anlayışına çevrilmişdir. Bununla belə, iqtisadi artım təbiəti məhv etməklə yaratdığı yoxsulluğu pərdələyir ki, bu da öz növbəsində  özünü müstəqil təmin edə bilməyən ölkələrin yaranmasına səbəb olur. İqtisadi artım konsepsiyası İkinci Dünya müharibəsi zamanı  resursları səfərbər edəcək bir kriteriya kimi irəli sürülmüşdü. ÜDM-in konsepsiyası saxta “ əgər  istehlak etdiyiniz qədər istehsal edirsizsə, deməli heç nə istehsal etmirsiz” ideyasına əsaslanır. Nəticədə ÜDM artımı təbiətin pula, ümumi torpaq sahəsinin isə xammala çevrilmə sürətini ifadə etməyə başlamışdır.

Beləliklə, suyun və qidalandırıcı maddələrin olduqca gözəl təbii bərpa tsiklları istehsal olunmayanlar kateqoriyasına daxil edildi.  Məlum oldu ki, ərzağın 72%-ni istehsal edən bütün dünya kəndliləri əslində heç nə istehsal etmirmişlər; fermalarda və ya öz evlərində işləyən qadınlar da bu artım paradiqmasına daxil edilmirlər. Canlı meşələr iqtisadi artıma öz töhvəsini verməyi dayandırıb, amma əgər ağacları kəssək və odunları satsaq bizim iqtisadiyyatımız böyüməyə davam edəcək. Xəstəliklər, misal üçün, patentli dərman preparatlarının satışı yolu ilə artım üçün əla imkanlar yaratdığı halda, sağlamlıq cəmiyyətləri artıma kömək etmirlər. Bərabər şəkildə hamıya aid olan su bütün insanların tələbatını ödəməlidir. Amma o artım üçün zəmin yaratmır. Əgər Coca-Cola şirkəti zavod tikərsə, suyu torpağın altından nasosla çəkib çıxaracaq və onu butılkalara dolduracaq, iqtisadiyyat genişlənəcək. Amma belə artımın kökündə yoxsulluq dayanırtəbiətin və yerli icmaların yoxsulluğu. Əgər suyun əldə edilməsi prosesində təbiətin bərpa imkanlarını nəzərə alınmazsa, bu qaçılmaz surətdə içməli su ehtiyatı çatışmazlığına gətirib çıxaracaq. İçməli su əldə etmək üçün qadınlar uzun məsafə qət etməli olacaqlar. Kerala ştatındakı Plaçimada kəndində yaxınlıqda yerləşən su mənbəyinə qədər olan məsafə 10 km olduğundan  Mayilamma adlı yerli qadınlardan biri artıq təngə gəldiyini bildirdi. Biz daha da uzağa gedə bilmərik, ona görə də Coca-Cola zavodunu bağlamaq lazımdır. Yerli hindli qadınların hərəkatı sonunda bu zavodu bağlanmasına nail ola bildi.
Təkamül bizə toxum bəxş etdi. Fermerlər onun müxtəlifliyinə nail olmaq üçün onu seleksiya etdilər və çarpazlaşdırdılar. Toxum bizim ərzaq istehsalımızın əsasına çevrildi. Özünü yeniləyən və çoxalan toxum insanları təkcə qida ilə deyil, həm də növbəti fəsil üçün əkin materialı ilə təmin edir. Amma fermerlər tərəfindən becərilən və saxlanılan toxum iqtisadi artıma kömək etmir. Bu toxumlar həyat yaradır və onu yeniləyir, amma gəlir gətirmir. Harda ki şirkətlər toxumu modifikasiya edir, patentləyir və onun tərkibinə genetik maddə yeridir və bu da fermerləri hər fəsil toxum almağa məcbur edir, bax iqtisadi artım da elə oradan başlayır.

Təbiət yoxsullaşıb, bioloji müxtəliflik məhv edilib, pulsuz və hər kəs üçün açıq olan resurslar isə patentləşdirilmiş xammala çevrilib. Əkin materiallarının hər illik alışı yoxsul hindli kəndliləri üçün birbaşa borca aparan yola çevrilmişdir. Hindistanda toxum monopoliyası meydana gəldikdə isə fermerlərin borcları da artdı. 1995-ci ildən bu yana borc tələsinə düşmüş 270 min hindli fermer öz həyatına qəsd etmişdir.
Dövlət sistemləri xüsusi mülkiyyətə çevrildikcə yoxsulluq öz sərhədlərini genişləndirməyə davam edir. Suyun, elektrikin, səhiyyənin və təhsilin xüsusi mülkiyyətə çevrilməsi zamanı sahibkarların gəlirlərinin artması  iqtisadi artım səbəb olur. Amma o həm də insanları hər kəs üçün aşağı qiymətə əlçatan olan şeylərə böyük miqdarda pul xərcləməyə vadar etməklə insanların yoxsullaşmasına səbəb olur. Həyatın bütün aspektləri kommersiya gəliri mənbəyinə və əmtəəyə çevriləndə həyat daha baha, insanlar isə daha yoxsul olurlar.

Ekologiya və ekonomika terminləri eyni köklərə malikdirlər: hər ikisi ev təsərrüfatı mənasını verən “oikos”yunan sözündən əmələ gəlib. Nə vaxt ki, iqtisadiyyatın diqqət mərkəzində kənd təsərrüfatı dayanırdı, o özünün təbii resurslarla sıx əlaqəsini və ekoloji bərpa sərhədlərini qəbul edirdi. Onun əsas vəzifəsi insanların bütün ehtiyaclarını bu sərhədlər çərçivəsində təmin etmək idi. Mərkəzində ev təsərrüfatı dayanan iqtisadiyyat bir çox şeylərdə qadınlara yönəlirdi. Müasir iqtisadiyyat həm ekoloji proseslərdən, həm də insanlara olan əsas tələbatdan uzaqlaşmışdır və onlara qarşı qoyulmuşdur. Bugün təbiətin məhv edilməsinə iqtisadi artıma nail olmaq zərurəti ilə bəraət qazandırılır, bununla belə yoxsul, mülkiyyətlərindən məhrum edilmiş insanların sayı artmağa davam edir. Bunun qeyri-stabilliyə səbəb olmasından başqa, bu həm də iqtisadi mənada ədalətsizlikdir.
Hakim iqtisadi inkişaf modeli faktiki olaraq “həyat əlehinədir”. İqtisadiyyatın inkişaf səviyyəsi yalnız pul axını ilə ölçüldüyü zaman varlılar getdikcə daha da varlanır, kasıblar isə ksaıblaşır. Bundan əlavə, varlılar yalnız pul mənasında varlıdırlar, daha geniş, insan olmaq mənasında isə onlar yoxsuldurlar.
Bununla belə, müasir iqtisadiyyat modeli ehtiyacları resurslar uğrunda müharibələrin, neft və ərzaq müharibələrinin meydana gəlməsinə səbəb olur. Müasir inkişaf şəraitində zorakılığın 3 səviyyəsini ayırd etmək olar.  Birinci səviyyə - ekoloji böhran formasında ifadə olunan təbiətə qarşı olan zorakılıqdır. İkinci – öz ifadəsini yoxsulluqda, kasıblıqda və köçürmələrdə tapan insanlara qarşı olan zorakılıqdır. Üçüncü səviyyə - müharibələr və konfliktlərdir ki, bu zaman nüfuzlu subyektlər öz sonsuz iştahalarını ödəmək üçün digər icmaların və ölkələrin ərazisində olan resurslara çatmağa can atırlar.
Pul axınının genişlənməsi həqiqi dəyərlərlə əlaqəsini itirib, amma maliyyə resurslarını toplayanlar sonradan digər insanların resurslarına – onların torpağına və suyuna, meşələtinə və əkinlərinə - olan hüquqlarını bəyan edə bilərlər. Bu yanğı onların insanların son su damlasını və son düym torpaqlarını əllərindən almağa sövq edir. Bu yoxsulluğun sonu deyil. Bu insan hüquqlarının və ədalətin sonudur.
İqtisadiyyat sahəsində Nobel laureatları Cozef Stiqlis (Joseph Stiglitz) və Amartia Sen (Amartya Sen) qəbul edirlər ki, ÜDM insanların real həyat şəraitlərini əks etdirmir və xalqların rifahının qiymətləndirilməsi üçün başqa alətlərin yaradılmasına səsləyirlər. Məhz buna görə də Butan kimi ölkələrdə inkişafın qiymətləndirilməsində ÜDM-in əvəzinə ümummilli xoşbəxtlik kimi bir göstərici tətbiq edirlər. Həqiqi zənginliyi bərpa etmək üçün biz ÜDM-dən başqa digər qiymətləndirmə kriteriyaları da işləyib hazırlamalı və qlobal supermarket çərçivəsi xaricində yerləşən iqtisadiyyat qurmalıyıq. Biz yadda saxlamalıyıq ki, həyatın əsl valyutası elə həyatın özüdür.


Tərcümə Azərbaycan Ekososialistləri

Комментариев нет:

Отправить комментарий