Sovet İttifaqının iqtisadi inkişaf planları 40-ci illərdə öz
miqyasına görə heyrətləndirirdi. Təəssüf ki, hitler koalisiyasının qərb
ordularının hücumu ilə bu planlar tamamilə pozuldu. Böyük Vətən müharibəsi
sovet iqtisadiyyatına elə ağır yara vurdu ki, o bu yaranı yalnız bir neçə
onillikdən sonra sağalda bildi. Əgər bu müharibə olmasaydı hər şey necə olardı?
Müharibə dəhşətlərini və dağıntılarını görmədən baba və nənələrimiz necə
yaşayardılar? Onların nəvələri necə yaşayardılar?
Kino və fuflo
Sovet keçmişi mövzusu psevdotarixi serial yaradıcıları üçün son dərəcə
populyar mövzu olub. Və ssenaristlər və prodüserlər “şəxsiyyətə pərəstiş”
dövrünün koloritlərinə xüsusi bağlılıq hiss edirlər. Az qala hər ay bizi yeni
tarixlə sevindirirlər: sərt vətəndaş MCA (Moskva Cinayət Axtarışı bölməsi) rəisi kəməri
açılmış insanları tutur,supermen-kəşfiyyatçılar faşist diversantlarının növbəti
pisliyinin qarşısını alırlar, “günahsız repressiya olunanlar” isə cəbhəyə düşmək
və onları repressiya edən ölkəni müdafiə etmək üçün həbsdən qaçırlar.
Vicdanla çəkirlər, həmin dövrün həyatını xüsusilə təsvir etməyə
çalışırlar. Aktyorlar qopub tökülmüş mətbəxdə taburetdə otururlar, qorxunc
mimikalar düzəldirlər və igidcəsinə yüzlük mərc atırlar, dalanlarla elə eyni
“1,5 tonluq yük maşını” (bütün kinostudiya üçün yeganə maşın) gedir, çəkiliş
üçün yerləri isə qəsdən köhnə tikili ucqar depressiv məhəllələrin birindən
seçirlər. Elə görünür ki, sanki originalla tam oxşarlıq təşkil edir. Amma
dayanın! Uyğunsuzluq alınır!
Əgər sovet vətəndaşları kinoda bizə göstərdikləri kimi elə hey güpləyirdilərsə,
və ya oğurluq edirdilərsə, o zaman 30-cu illərdə nəhəng sənayeləşməni kim həyata
keçirmişdi, müharibədən sonra ölkəni xarablıqdan kim yüksəltmişdi? İldə üç yüz
nəhəng sənaye müəssisələrini kim tikirdi, şəhər əhalisinin sayını və həmin şəhərlərin
ölçülərini dəfələrlə artıraraq yeni yaşayış mənzilləri məhəllələrini kim
ucaldırdı? Bəs həmin o yeni evlər, yeni xəstəxanalar və məktəblər, tüstülənən
borulu nəhnəg zavodlar hanı?
Onlar ekranda görünmürlər. Ekranda yalnız qəza vəziyyətində olan
bulaşıq “kommunalka”lar və onların ümumiyyətlə heç bir yerdə işləməyən sakinləridirlər.
Yalnız içirlər, oğurluq edirlər və bir-birindən xəbərçilik edirlər. Stalin
dövrünün SSRİ-ni bizə məhz belə təsvir edirlər – kədərli, yoxsul, daimi ədavət
vəziyyətində və tamamilə ümidsizlik atmosferində. Amma axı hər şey tamamilə fərqli
idi!
Düşüncələrdəki xarabalıq
20-ci illərin Sovet İttifaqı hazırki post-sovet məkanı ölkələrini çox
xatırladırdı. Yalnız bu fərqlə ki, o zamanlar xalqı sıxıb ondan yüksək gəlir
qazanmaq üçün bütün gəlirli müəssisələri öz altına qamarlayan oliqarxlar yox
idi. Müəssisələr isə olduqca az idi, lap indiki kimi. Amma indi insanlar öz zavodlarının 2/3-ni
dağıtmağa imkan verib onları üfürüb yox ediblərsə, o zamanlar hələ zavodlar
tikilməmişdi. Çar rejimindən qalanları isə qoruyub saxlayırdılar.
Digər şeylərdə hər şey indiki kimi idi. 150 milyonluq ölkədə cəmi 11 milyon işçi və qulluqçu var idi. Bununla belə rəsmi işsizlik təxminən 10% (1,2 milyon qeydiyyat keçmiş) təşkil edirdi, qeyri-rəsmi rəqəmlər isə daha böyük idi. Şəhər əhalisinin yarısı bıçaq itiləyirdi, ayaqqabı təmizləyirdi və papiros və nabat satırdı. Yerdə qalan 120 milyon insan qazanc üçün xaricə getmək imkanı olmadığından kəndlərdə yaşayırdı. Ən yaxşı halda öz natural təsərrüfatlarında işləyirdilər, pis halda isə imkanlı qonşularına muzdurluq edirdilər.
Digər şeylərdə hər şey indiki kimi idi. 150 milyonluq ölkədə cəmi 11 milyon işçi və qulluqçu var idi. Bununla belə rəsmi işsizlik təxminən 10% (1,2 milyon qeydiyyat keçmiş) təşkil edirdi, qeyri-rəsmi rəqəmlər isə daha böyük idi. Şəhər əhalisinin yarısı bıçaq itiləyirdi, ayaqqabı təmizləyirdi və papiros və nabat satırdı. Yerdə qalan 120 milyon insan qazanc üçün xaricə getmək imkanı olmadığından kəndlərdə yaşayırdı. Ən yaxşı halda öz natural təsərrüfatlarında işləyirdilər, pis halda isə imkanlı qonşularına muzdurluq edirdilər.
Ölkədə həqiqətən də ümidsizlik və çarəsizlik atmosferi hökm sürürdü.
Amma bu Stalin dövrünə qədərki SSRİ-də belə idi və bu vəziyyət çox az sürdü.
Artıq 1927-ci ildə trotskiçi müxalifət məğlub edilmişdi, bir neçə il sonra isə
qovulmuşdu – və hakimiyyətdəki sonsuz siyasi müzakirələrə son qoyulmuşdu. Amma
sovet hökuməti dinc “stabillik” atmosferi ilə rahatlanmadı. O sovet
iqtisadiyyatının möhtəşəm inkişaf planını qəbul etdi. Və büdcə vəsaitlərini
qızıl unitazlı iqamətgahların tikintisinə sərf etmək əvəzinə, bütün vəsaiti son
qəpiyinə kimi ölkənin sənayeləşməsinə sərf etdi.
Müasir post-sovet məkanı ölkələrində, nəzərə alaq ki, hər şey əksinə
edilir: bir qrup oliqarx özünə
milyardlarla sərvət toplaya bilsin deyə ölkə sənayesini faktiki olaraq məhv
ediblər.
Beldən ekskavatora
Stalinin planı sadə idi: pis vəziyyətdə oturmaq və xaraba vəziyyət
haqda əh-uh etmək əvəzinə hamı ayağa qalxmalı və işləməli idi, “Sədr” filmində
olduğu kimi. Heç kim üçün yox, özü üçün işləmək lazım idi. Quru sahədə şumlamaq
çətindir? Traktor zavodu tikək! Üç ailə üçün köhnə evin zirzəmisində yaşamaq
daracaqdır? Gəlin kərpic zavodu tikək, sonra isə yeni yaşayış mənzilləri!
Sovet sənaye inqilabının nəticələri heyrətləndirici idi. Artıq
1932-ci ildə nəinki işsizlik yox oldu, həm də əlavə olaraq daha 2 milyon işçi cəlb
etmək lazım oldu. 1940-cı ilə işçi və qulluqçuların sayı 31,2 milyona qədər
yüksəldi, ölkənin şəhər əhalisinin sayı 3 dəfə artdı! Amma işçi qüvvəsi yenə də
çatışmırdı – onda o vaxta qədər süpürgə ilə tundra süpürən məhbusları işə cəlb
etdilər. Stalin dövrünün məhbusları müasir seriallarda daxmalarda uzanırlar və
sidr ağaclarını tənbəlcəsinə koş mişarla doğrayırlar, reallıqda isə onlar 1-2
il ərzində Sibirdə yeni zavodlar və şəhərlər ucaldırdılar. Kötək altında işləmirdilər,
şərti-müddətindən əvvəl azadlıq, daha çox pay, pul mükafatları müqabilində işləyirdilər.
Bəziləri müddətdən sonra belə könüllü işçi kimi tikintidə qalıb çalışırdılar.
Amma iş olduqca çox olduğundan tezliklə iş günü 7 saatdan 8 saata
kimi artırılmalı oldu, iş həftəsi isə yeddi günlük ( 6 iş günü+bazar günü)
oldu. Bugün bunu, əlbəttə ki, yazıq bədbəxt xalqı simadan çıxaran dözülməz
stalin dövrünün əsarəti kimi şərh edirlər.
İki beşillik ərzində ölkədə tərkibinə Dneproqes,
Uralmaş,Azovstal,Zaporojstal və Krivorojstal,Moskva metropoliteni və s. kimi
300 nəhəngin də daxil olduğu 5000-dən çox nəhəng obyekt tikildi. Sənaye
istehsalının artım göstəricisi hər dörd ildən bir iki dəfə artırdı.
10 il ərzində özünün istehsal bazası yaradılmışdı: metal əridlməsindən
tutmuş maşın və qurğuların istehsalına qədər. SSRİ 1939-cu ildə istənilən çətinlikli
istənilən məhsulu sərbəst istehsal edə biləcək dövlət kimi dünyanın dördüncü
ölkəsinə çevrildi. Və əgər ilk zavodları bellə və maşınlarla tikirdilərsə, cəmi
bir neçə ildən sonra artıq tikinti sahələrində
sovet buldozerləri və ekskvatorları nərildəyirdi.
Qərb fantastik nailiyyətlərə nifrətlə və heyrətlə baxırdı. Artıq
1932-ci ildə britaniyalı bankir Jarvi Qibson yazırdı: “ Bizim əksər
zavodlarımız fəaliyyətini dayandırdığı və təxminən 3 milyon əhalimiz ümidsiz vəziyyətdə
iş axtardığı zaman Sovet Rusiyası irəli addımlayır... Mənim baş çəkdiyim bütün
sənaye rayonlarında müəyyən plan üzrə tikilmiş, ağaclarla və bağçalarla bəzədilmiş
geniş küçələri, müasir tipli evləri, məktəbləri, xəstəxanaları, işçi klubları və
mütləq uşaq evləri olan yeni rayonlar meydana gəlir”.
1940-cı ilə SSRİ tamamilə dəyişdi. Çox nəhəng zavodlar borularını
tüstülədirdi, şəhərlərdə yeni “stalinka” mənzillərin, parkların və bağçaların,
işçi qəsəbələrində rahat evlərin sayı artırdı, sahələrdə yüz minlərlə traktor və
kombaynlar çalışırdı. Pioner düşərgələri, istirahət evləri və sanatoriyalar
yaranmışdı, pratiki olaraq sıfırdan hamı üçün münasib, təkmilləşmiş və pulsuz səhiyyə
şəbəkəsi yaradılmışdı, məktəblərin, texnikumların, ali təhsil müəssisələrinin
sayı artmışdı. Bu praktiki olaraq başqa ölkə idi, ki burada yalnız təkamülün
genetik cəhətdən zay nümayəndələri avaraçılıq edə bilərdilər. Çünki, bütün
normal insanların həyatda əlçatan hədəfləri vardı: öz həyatını həm maddi, həm də
digər mənalarda daha yaxşı etmək kimi.
Amma 1941-ci ilin iyununda müharibə bu hədəflərə aparan yolun üzərində
dayandı...
Pul yığdım maşın aldım.
Sovet sosializminə qarşı olan əsas ittihamlardan biri şəxsi avtomobil
defisiti idi. Amma əslində vəziyyət bir qədər fərqli idi: hamı maşına sahib
olmaq istəyirdi, hətta maşın onlara lazım olmasa belə, amma hamı onu əldə etmək
imkanına malik deyildi, hətta o sərbəst şəkildə mağazalarda satılsaydı belə.
Yeri gəlmişkən,müharibə qabağı ilk avtomobillər ilk sovet avtosalonlarında
satışa çıxarılmışdı. Amma avtomobillərə görə növbə yox idi.
Bununla belə, Stalin hökuməti başa düşürdü ki, belə böyük ölkədə bir
ictimai nəqliyyatla keçinmək mümkün deyil. Və artıq 30-cu illərdə SSRİ-nin gələcək
avtomobilləşdirməsinin təməli qoyuldu. Məsələn, köhnə şəhər küçələrinin
rekonstruksiyası və yeni küçələrin tikintisi gələcəkdə avtonəqliyyatın intensiv
hərəkəti nəzərə alınmaqla aparılırdı, baxmayaraq ki, avtomobillərin kütləvi
buraxılışı hələ planlaşdırılırdı.O vaxtki prospektlər ona görə belə geniş və
boş idilər. Amma ilk sovet “xalq avtomobili” xruşov “Zaparojec”-i olmadı. Nə də
müharibədən sonrakı “Moskviç-401”.
Bu seriyalı istehsalı 1941-ci ilin aprelində Moskva avtozavodunda
başlanmış “KİM-10” avtomobili oldu. Plan ilin sonuna kimi 50 min avtomobil
yığmağı və sonradan ildə üç variantda (2 və 4 qapılı sedan və faeton) təxminən
yüz min avtomobil buraxmağı nəzərdə tuturdu. Sanki az görünür, amma bu sadəcə
bir avtozavod üçün nəzərdə tutulmuş plandır. Bundan başqa QAZ vardı, hansı ki, 1941-42
illərdə bir dəfəyə 4 model minik avtomobilinin buraxılışını planlaşdırırdı.
ZİS-i nəzərdən keçirməyəcik, çünki, onun bütün miqyaslı “full-sized cars” dövlət
sifarişi əsasında hazırlanırdı.
Qeyd edək ki, bu yalnız müharibənin pozduğu üçüncü beşilliyin
(1938-1942) planı idi. Beşilliklər xeyli sayda hazır məhsul,həmçinin də kütləvi
istelak məhsulları istehsal edən zavodların tikintisini nəzərdə tuturdu. Artıq
sonralar, 40-cı illərin ortalarında texnikanın sayını bir neçə artırmaqla daha
bir neçə avtozavodun açılışı gözlənirdi. SSRİ-i bununla avtomobilli Amerikanı
qabaqlamağı bacarardımı ya bacarmazdımı, bunu söyləmək çətindir, amma ildə 1,5
milyon minik avtomobili buraxmağı asanlıqla bacarardı!
Amma 1941-ci ilin iyunundan vətəndaşlar üçün minik avtomobillərini
unutmaq lazım oldu, bütün avtozavodlar hərbi rejimə keçdilər. Bombalanmış QAZ
avtozavodu isə hətta müharibədən əvvəl işlənib-hazırlanmış yeni model yük
maşınlarının buraxılışından imtina etməli və diqqətini 1,5 tonluq yük
avtomobili QAZ-AA, sovet cipi QAZ-67, yüngül tankların istehsalına yönəltməli
oldu. Sonra isə müharibədən dağılmış ölkənin şəxsi minik avtomobilləri üçün
vaxtı yox idi, və bu mövzuya bir də yalnız 50-ci illərdə, kütləvi mənzil
tikintisi məsələsi ilə birlikdə qayıdıldı.
Həyat daha gözəl oldu
Üçüncü beşillik planı mənzil tikintisi tempini ildə 35 milyon kvadrat
metrə qədər yüksəltməyi nəzərdə tuturdu. Nəzərə alsaq ki, stalin mənzil sahəsi
normaları sonrakılardan daha rahat idi, bu təxminən 500-600 min mənzil təşkil
edərdi. Əlbət ki, bu sürətlə böyüyən şəhərlərdə mənzil problemini həll etməzdi,
amma artım göz qabağında idi: belə ki, növbəti iki beşillikdə ildə orta hesabla
təxminən 15 milyon “kvadrat” tikilmişdi.
Belə aşağı temp iki səbəblə izah olunurdu. Birincisi, meydana gələn
tikinti sənayesi hər şeydən əvvəl ölkənin sənayeləşməsi ilə məşğul olurdu.
Vacibliyinə görə ikinci prioritet sosial sfera idi: xəstəxanalar, məktəblər,
uşaq bağçaları, sanatoriyalar, istirahət evləri, klublar. Və yalnız üçüncü yerdə
mənzil dayanırdı.
İkincisi, o vaxtı standart çertyoja uyğun olaraq bloku və taxtapuşu
sadəcə üst-üstə qoymaqla tikmirdilər. “Stalin ampiri” arxitektura stili ölkənin
bütün iri şəhərlərinin sakinlərinə tanışdır – bu evlər hələ də prestijli evlər
sayılır. 3-6 mərtəbəli evlər (adətən birinci mərtəbə mağaza olurdu) sadə idilər,
amma yenə də individuallığı, ən əsası isə rahatlığı ilə seçilirdilər: tavanın
hündürlüyü 3-4 metr, otaqlar 15-20 və hətta 30 “kvadrat”, geniş giriş və
qarderob otağı, iri daş balkonlar, fiqurlu karnizlər və yapma naxışlar. Hətta
sadə işçilər üçün evlər (2-3 mərtəbəli) və ya birmərtəbəli çoxmənzilli kotteclər
sonrakı “xruşşovkalarla” müqayisədə çox davamlı tikililiyi və genişliyi ilə fərqlənirdi.
Gördüyümüz kimi, Stalin dövründə bərabərləşdirmədən uzaqlaşaraq vətəndaşları
kateqoriyalara ayırmaqdan çəkinmirdilər. Mütəxəssislər çox yüksək maaş
alırdılar (həmçinin də avtomobil və dövlət tərəfindən ödənilən xidmətçi) və
generallarla, artistlərlə, qabaqcıllarla, qütbçülərlə və digər tanınmışlarla
birlikdə gözəl yüksək mərtəbəli evlərdə yerləşdirilirdilər. Müəllimlər, həkimlər,
məmurlar ikinci kateqoriyalı evlərdə yaşayırdılar, fəhlə ailəsi isə doğma
zavodun yaxınlığında yerləşən sadə mənzillərlə kifayətlənirdi. Təbii ki,
kommunalkalar və baraklar da mövcud idi. Amma onların sakinləri bilirdilər ki,
bunlar müvəqqəti çətinliklərdir və səbirsizliklə özlərinin və ya qonşularının
köçürülməsini gözləyirdilər. Axı kommunalkaların boşaldılmış otaqlarını məsul
kirəçinin ailəsinə verirdilər, baraklardan isə bir neçə otaqlı yaşayış evləri
tikirdilər. Müharibəyə qədər belə idi və insanlar da bu tendensiya üzərində gələcəklərini
planlaşdırırdılar. Təəssüf ki, müharibə ilə üstündən xətt çəkilmiş gələcəklərini
– aydındır ki, bombalanmış İttifaqda nəinki kommunalkaları boşaltmağa davam
etdilər, hətta əksinə, onları yenidən məskunlaşdırmağa başladılar.
40-cı illərin ikinci yarısında mənzil tikintisi templəri bir neçə dəfə
sürətlənməli idi. Əsas sənayeləşmə və sosial strukturların yaradılması artıq
yerinə yetirilmişdi və boşaldılmış istehsal obyektlərini mənzil məsələsinin həllinə
qatmaq nəzərdə tutulurdu. Özü də onu tezliklə həll edərdilər, çünki, kütləvi “sənaye
abadlaşdırması” ideyası məhz Stalinin dövründə yaranmışdı. Onun mahiyyəti sadə
idi: standart bloklardan, panellərdən və plitələrdən bir neçə ilə konstruktor
kimi yüz minlərlə yaşayış binası ucaltmaq.
Amma bu “stalinka”lar da əvvəlki kimi öz genişliyi və gözəlliyi ilə fərqlənirdi.
Bu ideya həyata keçsəydi biz darısqal “xruşşovka”ların boz qutulardan düzəldilmiş
labirintlərinə deyil, düşünülmüş mərifətli yaşayış mənzillərinə sahib olardıq.
Amma əvvəlcə müharibə başladı, sonra dağıdılanların bərpa dövrü oldu, iş
yenisini tikmək məsələsinə gəldikdə isə artıq hakimiyyət “stalinka”
çertyojlarının proletariat üçün olduqca dəbdəbəli hesab edən və “Proyektləşdirmədə və tikintidə israfçılığın
aradan qaldırılması” haqda məşhur 1871 saylı qərar çıxaran oyunbaz Xruşovun əlində
idi. Bu əmr evləri ciddi spartan stilində, xarici bəzəyi olmadan, minimal
yaşayış sahəsi ilə, dar pilləkənlərlə, karton qapılarla, insanın lap başının
üstündə dayanan və sanitariya qovşağı ilə birlikdə alçaq tavanlarla tikməyi
göstəriş verirdi.
Ən gülməlisi budur ki, kukuruzni-baş katib öz “xruşovka”larının
prototipini Fransada görmüşdü. Parisə səfəri zamanı ona kasıblar və Afrikadan
olan miqrantlar üçün nümunəvi evləri olan məhəllələri göstərmişdilər. Bu mənasız
tikililəri görən Nikita Xruşov sovet xalqını da belə bir qettoya qovub salmaq
ideyası ilə alışıb-yanmağa başladı. Stalin heç vaxt belə bir şey düşünməzdi...
Dadlı və sağlam qida haqqında
Dadlı və sağlam qida haqqında
Məlum olduğu kimi, Xruşov təkcə yaşayış evlərini və avtomobilləri
deyil, Sovet İttifaqının yüngül sənayesini də cəfəngiyyata çevirdi, həmçinin
qida sahəsini az qala məhv edəcəkdi. Əslində, bununla sovet sosializminin
altına 80-ci illərdə işə düşən, geç açılan bomba qoyaraq.
İş burasındadır ki, sərt Stalin dövründə kooperativ (artel) kimi
müıkiyyət forması geniş inkişaf etdi. Mahiyyətinə görə, bu biznesin növ müxtəlifliklərindən
biri idi, yalnız müəssisə orada çalışan kollektivin mülkiyyəti idi, fiziki şəxsin
deyil. Tələblər sadə idi: keyfiyyətli əmtəə satmaq, maliyyə inspektoru
qarşısında dürüst hesabat vermək və “kölgəli işlərlə məşğul
olmamaq. Çünki, vicdanlı əməklə yaxşı qazanmaq mümkün idi, fırıldaqçılığa görə
cəzalar isə sərt və labüd idi deyə artel üzvləri sakit yaşamağa üstünlük
verirdilər.
Artellərin ölçüsü mextəlif idi: slesar
emalatxanasından tutmuş kiçik fabrikə qədər. 1940-cı ildə 114 minlik
kooperativ-artellərdə bütün mebelin 40%-ni, 70% qab-qacaq, 85% ayaqqabı və geyim, 95% yataq dəstləri,
bütün oyuncaqların və suvenirlərin 100%-ni istehsal edən 1,8 milyon insan
çalışırdı.
Bundan əlavə artellər ölkənin qida məhsulları
ilə təhcizatına böyük töhfə verirdilər: qənadı məmulatı istehsalı-40%, pendir və
kolbasa istehsalı-50%, balıq ovu-60%, meyvə sokları və cemləri-80%, mağazalarda
satılan meşə giləmeyvələri, göbələklər, fındıqlar-100%. Kooperativ məhsulları
ilə ticarət aparan mağazalar hər şəhərdə və qəsəbədə vardı – artıq pul olduqda
camaat ora stol üçün dadlı bir şeylər almağa gedirdi (qiymətlər belə
mağazalarda dövlət mağazalarında olduğundan baha idi).
Müharibədən sonra bir çox invalidlərin işə düzəlməsinə, ümidsizliyə və
çarəsizliyə qapanmamasına məhz artellər kömək oldular. Bəzi şikəstlər öz əməkləri
ilə elə yüksəlirdilər ki, görkəmli varlı insana çevrilirdilər, ailə üçün yük
deyil, onun dolandıran başçı olurdular.
Və budur 1960-cı ildə Nikita Xruşov artelləri burjuaziya rejiminin
qalığı hesab etməyə başladı və onları məhv etməyi tapşırdı. Artellərin
profilini dəyişərək onları dövlət müəssisələrinə çevirdi, işçiləri kiçik əməh
haqqına otuzdurdu ki, buna görə də onlar sadəcə işləmək istəmədilər. İnvalidləri
isə ümumiyyətlə küçəyə atdılar (korlardan başqa) və onlar da qarmonları və
krujkaları ilə xruşov İttifaqının vağzallarını və bazarlarını doldurdular.
Aydındır ki, “işçilərin və qulluqçuların təhcizatında” uzun sürən kollaps
yarandı, hansını ki, uzun müddət müxtəlif “ərzaq proqramları” ilə həll etməyə
çalışdılar. 1988-ci ildə Qorbaçov müasir istehlakçı iqtisadiyyatın təməli olan
kooperativ istehsalı və kooperativ mağazalarını yenidən qaytarmaq haqda düşünənə
qədər. Amma bizim “artellər” tezliklə
fövqəladi hadisəyə çevrildilər və istehsalla deyil, importun satışı ilə
məşğul olurlar.
Axı Stalinin planı daha geniş miqyaslı idi. İstənilən yolla istehsal
kooperativlərinin inkişafına nail olmaq planlaşdırılırdı: ərazi və istehsal
avadanlıqlarında, xammal alışında və hazır məhsul satışında onlara kömək etmək.
Kooperasiyaların kənddə, həmçinin heyvandarların və balıqçıların
arasında genişləndirilməsi xüsusilə əhəmiyyətli görünürdü. Kənd təsərrüfatının
iki hissəyə bölmək istəyirdilər: iri kolxozlar dövləti strateji məhsullarla
(taxıl, yağ, ət) təmin edərdilər,
çoxsaylı artellər isə öz istəkləri ilə sakinlər üçün istənilən şey istehsal edə
bilərdilər: mürəbbə və marinadlardan tutmuş hisə verilmiş balıqlara və şərablara
qədər.
Əslində, bu planın yerinə yetirilməsini artıq 50-ci illərdə istehlak
məhsulları çatışmazlığı aradan qaldıra bilərdi. Sovet İttifaqında çoxdan gözlənilən
israfçılıq yaranardı və özünə dadlı yemək, gözəl paltar, yeni mebel, məişət
texnikası, avtomobil almaq üçün insanlar daha çox qazanmalı olardılar. Gələcəkdə
heç bir defisit, sosializm böhranı, hökumətə qarşı inamsızlıq,İttifaqın
süqutu olmazdı. Biz uçub-tökülən
“xruşovka”lar ölkəsində, vəhşi kapitalizm xaosu arasında yaşamazdıq, planetin ən
güclü və zəngin ölkəsinin gözəl şəhərlərində yaşayardıq.
Bir sözlə, SSRİ-nin yenidən başlamaq şansı vardı. Öz planlarında 15
il geri qalmaq, amma müharibədən sonra ölkəni bərpa etmək, məqsədlərinə doğru
irəliləmək. Amma Xruşov soyadlı insan istənilən müharibədən daha pis oldu...
Tərcümə Azərbaycan Ekososialistləri
Комментариев нет:
Отправить комментарий