13 мая 2013 г.

Zibillikdə həyat: qida və satmaq üçün əşyalar axtarışında


         Yəmənin  paytaxtı Səna yaxınlığında şəhərin hər tərəfindən zibil gətirilən böyük zibillik yerləşir
   
                                              Yük maşınları hər gün bura on tonnlarla zibil gətirir.

Buldozerlər bir yerə atılmış zibil yığınını sahə boyunca daşıyırlar. Fotoqraf qarşısında poza verən yəmənli uşaqlar bura təkcə oynamaq üçün gəlməyiblər.

Uşaqlar məktəbdə dərs almaq əvəzinə böyüklərlə birlikdə zibillikdə yaşamağa məcburdurlar. Onlar hər gün üfunət qoxan zibilin içərisindən bir şeylər seçib yığmaqla sağ qalırlar.

                                                            Heyvanlar da zibillikdə qida axtarır.

   Aşağı territoriyalar insanlar və heyvanlar arasında bölünmüşdür, səma isə quşlara aiddir. Bu yerin iyrənc qoxusu kilometrlərlə uzanır.

İnsanlar tez-tez metal bankalar və plastic içki butılkaları qazıb çıxarmaq istəyirlər. Çünki, onları satmaq və əvəzində pul almaq olar.

Zibil yığanlar bütün günlərini zibillikdə keçirirlər. Onlar səhərdən işə başlayırlar, alaqaranlığın düşməsi ilə isə işlərini yekunlaşdırırlar

Zibilliklərdə insanlar təkcə əşya axtarmırlar, həm də tapan kimi yeməyə qida axtarırlar. Honduras zibilliklərində bu adi qida qəbul etmək üsuludur.  Təkcə insanlar deyil, həm də ev heyvanları belə qidalanır.

Bugün zibil yığıcılarının növbəsi yekunlaşıb. Amma bu kişi gecələr də zibillikdən getmir. Bura onun evidir. O özünə döşək salacaq, səhər isə yenidən işləməyə başlayacaq.









Biz nə uğrunda vuruşurduq?


Biz nə uğrunda vuruşurduq?

Əgər bizim bugünkü siyasi xadimlərimiz və biznes çarlarımız 1939-cu ildə hakimiyyətdə olsaydılar, nasizmlə mübarizə aparmaq istəməzdilər
Hər bahar isti yaz yağışı susuzluqdan qurumuş və əzab çəkən torpağa yağır. Uzun qış yuxusundan sonra həyat canlanır. Və oyanan təbiətin bütün bu gözəllikləri məni barmağa sancılmış qızılgül tikanları kimi yaralayır. Yaz günləri, gecələr qısaldıqda mənə cavanlıq vaxtlarımı xatırladır. Günəş şüaları onda da belə parlaq və isti idi,indiki kimi, amma canlanan təbiətin gözəlliyi özündə ölüm izləri daşıyırdı. 1945-ci ilin yazı idi və Avropa ölümün və Dünya müharibəsinin qəddarlığının boğucu qucaqlarında boğulurdu.

O müharibə kütləvi şəkildə on milyonlarla insan həyatını yox etdi – bu insanlar hərbi döyüşlərdə, bombalanma zamanı ölürdülər və ya onları dinc əhali kimi öldürürdülər. Müharibənin 5 ili ərzində nə qədər geriçəkilmə, məğlubiyyət və amansız döyüşlər olmuşdu – neçə dəfə isti yay ondan sonra qış şaxtaları gələn payızla əvəz olunmuşdu və yenə yaz insanlara ümid və optimizim verirdi. Hər bir evdə tıqqıldayan saatlar, şəhər meydanlarındakı qala saatları hər gün eyni şəkildə vaxtı – yaxşılıq və pislik arasındakı ölümcül müharibənin vaxtını ölçürdü. Saatlar həyatın və bizim hər birimizin vaxtını ölçürdü, müharibənin hər bir cəbhəsində əsgərlər hər gün və hər saat ölürdülər və ya şikəst olurdular. Mühafizə gəmilərinin dənizçiləri  Atlantik okeanın şimalında soyuq sularda batırdılar. Şəhərlər ac kimsəsiz uşaqların dolaşdığı çınqıl yığınına çevrilirdilər.

Ölüm neçə illər dünyanı dolandı – və bir çox ölkələrdə uzun illər hətta məhsul əkininin və yığımının kəndtəsərrüfatı tsikli dayanmışdı. Dünya müharibə vəziyyətində idi, və biz bir çox britaniyalıların həyatını məhv və ya şikəst edən bu müharibə dünyasında yaşayırdıq. Amma bütün bu müharibə qurbanları haqlı idilər və yalnız ona görə ki, biz öz işimizin ədalətli olduğuna inanırdıq, ona görə ki, hesab edirdik ki, sənin kim olmağın və haralı olmağın əhəmiyyətli deyil, müharibə bizim ümumi işimizdir. Biz öz gücümüzə inanırdıq, hər birimizin töhvəsi isə az və ya çox olmasına baxmayaraq, çox əhəmiyyətli idi. Və bu birlik və optimizm bizə müharibə dövrünün qara pərdəsinin arasından baxmağa kömək edirdi. Nasist Almaniyasına qarşı müharibədə yalnız bu şəkildə dayana və tab gətirə və həmin 1945-ci ilin yazını gözləyə bildik.

Müharibənin həmin son günlərində mənim 22 yaşım vardı və günlərlə deyil, həmin yazda sakitləşmiş döyüş meydanlarında olan ot kimi saatlarla böyüməli olurdum. Azad olmuş Hollandiya çölləri ilə nasist Almaniyasına tərəf gedirdim. Və onda mənim başımda yalnız bir fikir vardı: mən necə də xoşbəxt insanam! Mən bu müharibədən sağ çıxa bildim! Mən öz işimi layiqincə yerinə yetirdim, heç vaxt əmri yerinə yetirməkdən yayınmadım.

Mən kral hərbi-havva qüvvələrində xidmət etmişəm və sağ qalan çox az yoldaşlarımdan biri idim – ölüm məndən yan keçmişdi. Amma mənim əksər yoldaşlarımın,dostlarımın,qonşularımın,tanışlarımın və ümumiyyətlə tanımadığım inasanların bəxti belə gətirməmişdi. Mənim yaşıdlarımdan çoxları 22 yaşına kimi yaşaya bilməmişdi. Onlar heç vaxt ailə qura və dinc həyatdan zövq ala bilməyəcəklər. Yoldaşlarımın çoxu kimi mən də başa düşürdüm ki, ölənlər insanlığın xilası uğrunda canlarından keçmişdilər.
Bəlkə də mən məhz buna görə indi də, 90 yaşımda, hər yaz yerli memoriala baş çəkirəm və ölənlərin daş üzərində qeyd olunmuş adlarını oxuyuram. Mən sadə epitafiyaları diqqətlə oxuyuram, onların həyat tarixlərinə baxıram və düşünürəm: bu gənclər sağ qalsaydılar necə olardı? O zaman onların həyatı necə olardı? Onlar həqiqətən sevə, oz xöşbəxtliklərini, öz peşələrini tapa və öz işlərinə görə layiqli əmək haqqı ala bilərdilərmi?

Onlar uşaq böyüdə bilərdilərmi? Uğrunda fədakarlıqla döyüşdükləri müasir demokratiya onların xoşuna gələrdimi? Silahların susmasından və İkinci dünya müharibəsinin qurtarmasından artıq 70 il keçib, amma mən hələ də əmin deyiləm – mən bilmirəm onların həyatı müasir cəmiyyətə dəyərdimi.
Şəxsən mənə elə gəlir ki, “bu gözəl dünya” tamamilə səhv qurulubdur – o, İkinci Dünya müharibəsinin gedişində qadınların və kişilərin “qanla, tərlə və göz yaşları” ilə qurduqları dünyaya uyğun gəlmir. Bizim müasir siyasi xadimlərimiz, teleşərhçilərimiz, eləcə də hərbi-sənayə kompleksimiz üçün keçmişin mübarizəsinə hörmətsizlik etmək rahat və xeyirlidir. Onlar “D günü”, “Suord”, “Cuno”,”Qold” və “Omaxa” əməliyyatları münasibətilə təntənəli nitq söyləyə bilərlər, sanki, bu sözlər qəti surətdə onların azadlıq ideyalarına bağlılığını göstərir. Amma bizim individual və kollektiv azadlığımız məhz bugün təhlükə altındadır, həm də bu təhlükə nasizm üzərində qələbə dövründən bu qədər ciddi olmamışdır.

Biz İkinci Dünya müharibəsində sağ qalanların evə qayıdarkən nə baş verdiyini unutduq – onlar sahildə bağlanmış qayıqları dalğanın üzərində qaldıran qabarma  kimi qayıdırdılar. Mənim nəslim acı yaşamalı, öz gözləri ilə soyqırım, etnik təmizləmə görməli oldu, ağlasığmaz çətinliklər çəkməli oldu – müharibədən qayıdan əsgərləri və dinc əhalini onlara çatacaq dinc həyatı belə təkid və inadla tələb etməyə məhz bunlar məcbur etdi.
Biz dəqiq bilirdik ki, biz bunlara layiqik və bilirdik ki, gələcək daha keçmiş kimi, nə vaxt ki, çoxları zibil qutularında eşələnməyə məcbur olmuşdu, olmamalıdır. Bizim “gözəl yaşıl ölkəmiz” müharibədən sonra hər kəsin ölkəsi olmalı idi – istisnasız, çünki, biz məhz belə bir ölkə üçün qan tökürdük və ölürdük. Biz həqiqi demokratik cəmiyyət tələb edirdik, harada ki, hər kəsə öz xidmətlərinə görə haqq verilməli idi və  artıq heç kim yoxsulluq içərisində yaşamayacaqdı. Hesab edirdik ki, heç kim xəstəlikdən və ya savadsızlıqdan həyatın xarabalığına atılmamalıdır. Müharibədən sonra biz qərb dünyasında radikal kökündən dəyişikliklər apardıq, məhz onda bizim cəmiyyətmizdə fikirlər yayılmağa başladı ki, bütün insanlar özlərinə uyğun münasibətə layiqdirlər, müstəqil hərəkət etməyə, ədalət üçün hüquqa malik olmalıdırlar,əhalinin ən zəif təbəqələri isə sosial yardım almalıdırlar.
Biz ödəməli olacağımız dəyəri çox yaxşı bilirdik, əgər cəmiyyət ədalətsizdirsə, bu nəticədə bütün demokratiyanın sonu deməkdir, insanların əksəriyyəti isə yoxsulluqda sürünməli olacaqlar. Biz ümumi səhiyyə sisteminin olmamasının nəyə başa gələcəyini bilirdik, bu əslində cəmiyyətin kiçik insan toplusunun çoxluq üzərində hakim olduğu əvvəlki modelinə qayıtmaq deməkdir. Və bugün, bizim dünyanın varının çox dəfələrlə artdığı zaman, bizim siyasi xadimlərimiz, maliyyə institutlarının nümayəndələri və sənaye nəhənglərinin sahibləri qəfldən bizə deyirlər ki, biz həmin müharibədə insanların uğrunda can qoyduğu layiqli həyatı yaşamamalıyıq. Bugün bizim başçılar bizə deyirlər ki, guya ümumi səhiyyə, dövlət tərəfindən təmin olunan pensiya, ədalətli əmək haqqı,həmkarlar ittifaqlarının müdafiəsi və bizim sosial təminat sisteminin digər aspektləri kimi “dəbdəbə”yə malik ola bilmərik.

Bugün mənim 90 yaşım var və yenidən döyüşə getmək üçün çox qocayam. Mən daha hətta etiraz nümayişlərində dayana və əllərimdə bugünkü siyasətin ağılsızlıqlarını tənqid edən plakat saxlaya bilmirəm. Mənə qalan öz dövrümün və nə vaxtsa uzaq keçmişdə Hitlerə və sivilizasiyanın əsas prinsiplərini məhv etməyə çalışan bütün hər kəsə qarşı apardığımız qəhrəman mübarizənin canlı şahidi olmaqdır.Bizim cəmiyyətin əsas problemləri vəsait çatışmamazlığı və borclar deyil, odur ki, bizim başçılar xalqa hesabat vermirlər, bir yığın Siti bankirlərinə və hedge-fund menecerlərinə hesabat verirlər. Onlar hamısı yalnız öz mühasibatlıq idarələrinə qulaq asırlar, xalqa yox.

Bilmirəm, ətrafımızda hər şeyi gərginləşdirən zülmətdən çıxış yolu tapa biləcikmi.Ola bilsin, insanlıq yenidən  nə vaxtsa əcdadlarının çıxdığı mağaralara qayıdacaq – belə bir ssenari tamamilə mümkündür – çünki, biz yalnız öz şəxsi maraqlarına xidmət edən siyasi partiya liderləri və var-dövlətinin mənbəyi tamamilə şübhəli olan biznes maqnatları tərəfindən tabe edilmişik və qorxudulmuşuq. Amma mən yenə də ümid edirəm ki, bu baş verməyəcək, heç olmasa gələcək nəsillərin xatirinə buna yol verməyəcəyik.

Bununla belə, əmin olduğum bir şey var: əgər bizim indiki siyasi xadimlərimiz və biznes çarlarımız 1939-cu ildə hakimiyyətdə olsaydılar, onlar nasizmlə mübarizəyə qatılmaq istəməzdilər. Nə Dyunkerk, nə də Britaniya uğrunda Döyüş olmazdı, və nəticədə bizim Ulduz Saatımız çatmazdı. Bizim müasir liderlər daha da Avropa üzərində işığın necə söndüyünə baxmağı üstün tutardılar, çünki, belə davranış hitler zülmkarlığına qarşı onlar üçün ən ucuz və ehtiyatlı variant olardı.

Harri Lesli Smit

Tərcümə Günel Muradova



11 мая 2013 г.

Qərb kəndliləri 30-cu illərdə necə yaşayırdılar?

                          Sahədə yaşayan 9 nəfərdən ibarət ailənin valideynləri, ABŞ,Tenessi, 1935-ci il

Bəlkə sovet kolxozçularının yaşayışını beynimizdə hər hansı qeyri-adi abstrakt idealla, 10 il sonra başqa şəraitdə yaşayan insanların həyatı ilə müqayisə etməyək, müqayisə üçün stalin kolxozçularının yaşadığı dövrü  götürək. Onları müəyyən istisnalarla məsələn, Şimali Amerikanın – ABŞ və Kanadanın kənd sakinlərinin həmin illərdə yaşadığı reallıqla müqayisə etmək olar.Bu dövlətlər qərbin ən zəngin dövlətlərindən, kənd təsərrüfatı sahəsində dünya liderlərindən biri, reallığı alternativ şəkildə dərk edən vətəndaşlar üçün “demokratiya”,”insan haqqları”, “azad bazar” və s. nümunəsidirlər. Bu ölkələr SSRİ ilə müqayisədə böyük foraya malik olublar  -  onlar 70 ildən çox vaxt ərzində sənayeləşmə aparıblar, çox onilliklər ərzində öz ərazilərində müharibə görməyiblər, o zaman onların sərhədlərində düşmən qoşunları yığılmayıb, aqrar cəhətdən əhali çoxluğu olmayıb, xüsusilə Kanadada. Bütün bunlardan əlavə Şimali Amerika ölkələrinin Rusiya qarşısında böyük təbii üstünlüyü var – iqlim.İqlim hətta Kanadanın kənd təsərrüfatı rayonlarında Rusiyada olduğundan daha mülayimdir və əkinçilik üçün şərait daha yaxşıdır. Kanadada şimal sayıldığı əhalinin sıx məskunlaşdığı enliklər, Rusiyada cənub sayılır, amerika düzənlikləri isə rus çöllərindən daha rütubətlidir.

                                                   Yardar ailəsi. ABŞ, Arkanzas 1935-ci il.

ABŞ-ın cənub ştatlarında subtropik iqlim şəraitində fermerlər ildə 3 dəfə məhsul toplayırlar. Qış üçün heç bir ot tədarükünə və bunun üçün torpaq istifadəsinə ehtiyac yoxdur, sadəcə heyvanı sahəyə ötür – bununla da iş bitdi.“Gün il yedizdirdiyi” halda, isti ərazilərdə yaşayan fermerlərin hər şeyi iki həftəyə əkmək,bütün işləri dünyada ən qısa veqetasiya müddətinə sığışdırmaq, sonra yağışlar, şaxta  və qar başlayana kimi tez toplamaq üçün əldən-ayaqdan getmələrinə ehtiyac yoxdur. Ev tikmək üçün taxtadan qutu götürüb-qoymaq kifayətdir, onu praktik olaraq isitməyə də ehtiyac yoxdur. Rusiyanın iqlimi ilə müqayisədə cənnətdir. Bir də kapitalizm, bazar, “demokratiya” və “ iki və daha artıq namizəddən birini seçmək”. Maraqlıdır, həmin illərdə belə bərəkətli yerlərdə necə yaşayırdılar? Təəccüblüdür ki, çox pis yaşayırdılar.

                             Doroteya  Laundj.ABŞ, 1936-cı il. Yeddi uşaq anası. ( Digər adı – qaçqın-ana)

Fotoqrafın (Doroteya Laundj) bu şəklə verdiyi şərh:” Bu qadının 32 yaşı var, onlar şaxtalardan sonra sahədə  qalmış tərəvəzlərlə və uşaqların öldürə bildikləri quşlarla qidalanırlar, onlar çadırda yaşayırdılar. Uşaqlara yemək almaq üçün çadırı satmalı oldular.” Cəmi, minimum 4 milyon belə“miqrant”, necə ki, rəsmi olaraq nəvazişlə adlandırırlar,vardı.
Maraqlıdır ki, hamıya məlum faktdır ki, 1930-cu ildə ABŞ fermalarının yalnız 13%-də elektrik enerjisi vardı. Elektrikləşdirmə haqqında dövlət aktı yalnız 1936-cı ildə yaradılmışdı. Ruzvelt hökuməti əl-ayağa düşməli oldu, nədənsə bazar və xüsusi mülkiyyətözü heç nəyi həll edə bilmədi.

                                        Amerikan fermer-yoxsulunun ailəsi, 30-cu illər
                                                
Hətta ensiklopediyalarda da qeyd olunduğu kimi, Böyük Depressiya Dövrü amerikan kanada fermerləri üçün – “dəhşətli əziyyətlər” dövrüdür.
Fermer ailəsi. "İnsanlar inanılmaz yoxsulluq vəziyyətində yaşayırdılar." ABŞ, Oklaxoma 1936

30-cu illərin əvvəllərində ABŞ-da quraqlıq idi və bu amerika kəndlilərinə, onların dili ilə desək – fermerlərə, çox pis təsir etdi. Müqayisə üçün – 30-cu illərin ortalarında SSRİ-də də güclü quraqlıq var idi və iqlimə baxmayaraq, nəinki heç bir fəlakət baş vermədi - ölkə dünyada ən sürətli  templərlə inkişaf etməyə başladı. Amma quraqlıqdan başqa amerika kəndliləri üçün daha ciddi müsibət baş verdi – ərzaq mallarına qiymətin aşağı düşməsi. Sadəcə Böyük Depressiya üzündən ABŞ əhalisi kasıblaşdı və daha az yeməyə başladı. Hökumət və banklar fermerlərdən əkini təcili olaraq azaltmağı və artıq ərzağı məhv etməyi tələb edirdi. Bir neçə il sonra (1933-cü ildə) həmin Ruzvelt hökuməti  “Yeni kurs”çərçivəsində kəndtəsərrüfatı istehsalında “düzəlişlər haqqında” qərar («AgriculturalAdjustmentAct1933») qəbul etdi, hansı ki, əkini ixtisara salan, taxılı torpaqda gizlədən və s. fermerlərə ödəniş qaydalarını təyin edirdi.Heyrətləndiricidir, deyilmi? Həmin zamanda ölkədə on milyonlarla insan aclıq çəkirdi, minimum yüz minlərlə insan aclıqda və lazımı qədər qida qəbul etməməkdən ölürdü, bunların yanında isə, mühafizə altında ərzaq məhv edilirdi.
Steynbek bunun necə baş verdiyini söyləyir: “ Vaqonlarla apelsinlər torpağa tökülürdü. İnsanlar bir neçə mil yol gedirdilər ki, atılmış meyvələri yığsınlar, amma bu tamamilə yol verilməzdir... Milyonlarla ac meyvələrə ehtiyac duyur, qızılı apelsin dağlarına isə kerosin tökürlər... Paravozlardakıkofeni yandırın. Qarğıdalıları odun əvəzinə yandırın – o daha çox isti verir. Kartofları çaylara tökün və sahil boyunca mühafizəçilər yerləşdirin, yoxsa aclar hamısını yığacaqlar. Donuzları kəsin və əti torpağa basırın, və qoyun torpaq çürüntü ilə qidalansın.
Bu elə bir cinayətdir ki, buna ad vermək mümkün deyil. Bu elə bir dərddir ki, bunu heç bir göz yaşı ilə dəyişmək mümkün deyil. İnsanlar əllərində torla gələrək çaydan kartofları tuturlar, amma mühafizəçilər onları qovurlar... kəsilən və xəndəklərdə üzəri əhənglə örtülən donuzların səsini eşidirlər, üfunətli şirənin yuxarıdan aşağı sürüşdüyü apelsin dağlarına baxırlar; və insanların gözündə məğlubiyyət var; acların gözündə qəzəb böyüyür...”
Və xarakterik olan budur ki, bu aclıq məhz insan tərəfindən törədildiyi halda heç kim “insan əli ilə yaradılmış aclıq” haqda danışmağa cəsarət etmir. Heç kim “ cinayətkar qeyri-insani rejim”, “ qeyri-effektiv iqtisadiyyat” haqqında səs-küy salmır, amma məhz belə idi.
Ümidsizlik. Sahədə yaşayan uşaqlar, ABŞ, 1935-ci il

Orada daha bir bəlanın  və torpağın kütləvi yararsızlaşmasının  səbəbi vəhşi istismardır. Əkin olmadığından yarasızlaşmış  torpaqları külək sovurmağa başladı. Fermerlər düz 4 nəsil boyunca  “bizdən sonra nə  olursa-olsun, lap dünya dağılsın.” prinsipi, kapitalizm üçün adi olan bir prinsip ilə torpaqdan hər şeyi sordular. Bugün həyatın sənə bəxş etdiyi hər şeyi mənimsə, sabahı fikirləşmə, bu gələcək nəsillərin problemidir, qoy onlar özləri bunun fikrini çəksin. SSRİ-ni dağıdarkən bizə dedilər ki, əgər torpaq kəndliyə məxsus olsa, o torpağın qayğısına qalacaq. Amma torpağın katastrofik şəkildə yararsızlaşması ABŞ-da baş verdi, SSRİ-də deyil. Təcrübə göstərdi ki,  ən yaxşı torpağın qeydinə qalan planlı iqtisadiyyat və cəmiyyəti düşünən insandır, eqoizmdən kor olmuş axmaq dardüşüncəli sahibkar  yox.
Xüsusi mülkiyyət və “demokratiya” dövründən cəmi 3 il keçdi ki, sahibkar fermerlər  və yerli hökumət  hərəkət etməyə başladılar və cəmi bir ildən sonra (1934-cü ildə)  eroziyaya səbəb olan fəaliyyətləri  məhdudlaşdıran və  tarlaların yerinə  çəmənlik  yaratmaq üçün  ştat hakimiyyətinə  vəsait ayırmağa imkan verən ilk qanunverici  qərar, yəni “Otlaqlar haqqında qərar”  nəşr olundu. Düzdür, bu vaxt ərzində dünyada 20% fermerin etiraz etdiyinə baxmayaraq, o zaman ABŞ əhalisinin üçdə biri kəndlərdə yaşayırdı. Fermerlərin əksəriyyəti banklara borclandılar  və “bazarın görünməz əli” siyahıya daxil olmayanları məhv etməyə başladı. Silahlanmış “bank agentləri” , daha doğrusu, işə götürülmüş quldurlar və “mühafizə agentlikləri”  fermerləri evlərindən çölə ataraq Şimali Amerika çöllərini dolaşırdılar.
ABŞ, 1930-cu illər. Var-yoxdan çıxmış fermer ailəsi öz torpağında baş götürüb hara gəldi gedir.

                                                   Müflis olmuş fermanın satışı. ABŞ 1933

ABŞ-da 30-cu illərdə aclıqdan nə qədər insan öldüyünü gizlədirlər. Ən ağır il olan 1932-ci il üçün statistik məlumatlar məhv edilmişdir, rəsmi olaraq, guya həmin dövr üçün hesabatlar “tərtib edilməyib”. Aydın görünür ki, 30-cu illərdə ABŞ-da milyonlarla insan ölmüşdür. Yaşa və cinsə görə piramidanın analizləri 5-7 milyon insanın demoqrafik  uçurumunu göstərir, bunların isə çox hissəsini, aclıqda olduğu kimi, uşaqlar təşkil edir. Amma bunlar dolayı qiymətlərdir, həqiqi məlumatlar gizlədilir.
ABŞ-da bu faciə haqda söhbət açanlara məhkəmədən kənar divan tuturdular, 60-cı illərə kimi “kommunist agentlər” və “sovet şpionları” kimi türmələrə salırdılar.
Ən ağır il olan 1932-ci ildə ABŞ-da ailələrin 25%-dən çoxunun heç bir gəlir mənbəyi yox idi. Adam soruşmaq istəyir: “Bəs kolxoz haqqında bizə nə deyirdilər?”20 % təşkil edən ən kasıb kolxozlarda insanların gəliri olduğu zaman, hələ onların daha çox uğur qazanmış qardaşlarını demirəm, dünyanın ən zəngin ölkəsinin əhalisinin ¼-i tamamilə yoxsulluq içərisindədir. Amma sən demə SSRİ-də şərait cəhənnəm imiş, ABŞ-da isə sadəcə təbii çətinliklər olub.

                                                        Yoxsul ailəsi, ABŞ, 30-cu illər

On milyonlarla müflisləşmiş ümidsiz insan digər rayonlara qaçırdılar, düşünürdülər ki, orada yaşamaq daha asandır. Həmin dövrə qədər çoz az əhali sıxlığına malik olan Kaliforniya bu şəkildə insanlar tərəfindən məskunlaşdırıldı. Kimin bəxti gətirirdi daxmalarda və ya xeyriyyəçilik yataqxanalarında yaşayırdı, kimin bəxti az gətiridi çadırlarda, bəxti gətirməyənlər isə küçədə yaşayırdı. Uşaqlar milçək kimi soyuqdan donurdular. Valideynləri aclıqdan və xəstəlikdən ölən və ya uşaqlarını daha bəsləyə bilməyən minlərlə 13-14 yaşlı uşaqlar  təsadüfi iş üstündə dava edərək, dilənərək,oğurluqla məşğul olaraq, xəbərsiz ölərək və itkin düşərək əmtəə vaqonlarının üzərində illərlə ölkəni gəzirdilər.

Evsiz ailə istənilən iş axtarışında əmtəə qatarları üzərində səyahət edir. Onların bütün mülkiyyəti yanlarındadır. ABŞ 30-cu illər.

Həmin illər Amerikada “böyük Mak-ın” xırtıltısı bax belə idi.

O zaman SSRİ-də pulsuz tibbi təminat və təhsil vardı. “Demokratiya məşəli”ndə hər şey sadə və bazar sayağıdır: uşağının sağ qalmasını istəyirsən- ödə. Yeri gəlmişkən,maraqlıdır, həmin amerikan kəndlilərinin uşaqlarının təhsili vardımı? Onlardan neçəsi professor,akademik,həkim,general, böyük dövlət xadimi oldu? Doğrudanmı heç biri? SSRİ-də belə hadisələri saymaqla qurtarmaq olmaz.
                              Ümidsizlik. Pulsuzluq. Aclıqdan qaçqınlar düşərgəsi. ABŞ,Kaliforniya 1937

Həmin vaxt Sovet Dövləti xalq enerjisindən və entuziazmından coşduğu halda, Amerikanı və bütün Qərb dünyasını ümidsizlik və çarəsizlik hissi bürümüşdü. Bu stalin təbliğatının uydurmaları deyil,  hətta amerikalılar da özləri haqda bunu açıq şəkildə yazırlar.

                                     Evsizlər kiçik dəmiryol stansiyasında gecələyirlər. ABŞ, 30-cu illər

Mən ABŞ və Kanadada Böyük Depressiya Aclığını yaşamış insanlarla şəxsən ünsiyyətdə olmuşam. Onlar bu illərdə aclıqdan, lazımı qədər yeməməkdən və xəstəlikdən xeyli sayda tanışlarının və qohumlarının öldüyü haqda xəbər verirlər. İnsanlar əmtəə qatarlarınıın üzərində getməyə çalışaraq, çarəsiz halda ölkəyə səpələnmişdilər. Polislər onları tuturdular və vəhşicəsinə döyürdülər, sonra türmədə yemək verməmək üçün onları məntəqəyə aparmamağa çalışırdılar. Maykl Lukas “Karpat dağlarından Kanadaya” kitabında xatırlayır ki,  polis aclıqdan taqətdən düşmüş insanları çox vaxt ölənə kimi döyürdü. “Demokratiyanın dayağında” və buna görə heç kim məsuliyyət daşımırdı. Çox insan qatarın damından yıxılmışdı və yerindəcə şikəst olmuşdu və ya öz ölümünü qatarın təkərləri altında tapmışdı, çoxu qışda şimal ştatlarında və Kanadada soyuqdan donub ölmüşdü. Çox vaxt onları heç qəbiristanlığa kimi aparmırdılar, elə yaxınlıqdaca basdırırdılar. Nə qədər belə bədbəxtin öldüyünü heç kim bilmir.

                              Əmtəə qatarlarının damında istənilən iş axtarışında. ABŞ 1933

“Qırmızıdərililərin” və neqrlərin vəziyyəti daha qorxunc idi. Neqrlər arasında işsizlik 66% təşkil edirdi, neqrlərin  2/3 -i işsiz idi. Tanrı bilir, onda nə qədər qaradərili ölmüşdü, onları heç kim saymamışdı.

                                             Əmək düşərgəsində "ictimai işlərdə". ABŞ, 1934 

Əmək düşərgəsində iş.ABŞ 1934
  
Ruzveltin “Yeni kurs” tədbirlərinin tətbiqindən sonra işlə təmin edilə bilinməyən işsizləri kütləvi halda əmək düşərglərinə tikanlı məftillərin arxasına qovdular. Törətdikləri cinayətlərə görə məhkəmələr  tərəfindən məhkum edilmiş QULAQ məhbuslarından fərqli olaraq, əmək düşərgələrinin məhbusları heç bir cinayət törətməmişdilər. İnsan hüquqlarından və prezumpsiyadan filandan danışan kim idi? Yeri gəlmişkən, sənaye üçün müəyyən  edilmiş qiymətləndirmə üzrə əmək haqqı alan QULAQ məhbuslarından fərqli olaraq, onlar adətən heç bir maaş almırdılar.
                Pulsuz şorba yalnız aclıq çəkən uşaqlar üçündür, kənd sahəsi, ABŞ, 30-cu illər

İri şəhərlərdəki xeyriyyə təşkilatları 30-cu illərin əvvəllərindən çarəsizlər üçün pulsuz şorba paylamağa başladılar. Çox vaxt növbələr kilometrlərlə uzanırdı, hamıya kifayət etmirdi. Bu pulsuz yeməkxanalar çox vaxt insanları aclıqdan xilas edən yeganə şey idi. Şorbanı heç də yalnız insansevərlikdən paylamırdılar, az sonra məlum oldu ki, insana bir boşqab şorba vermək, ümidsiz insanın oğurluq və ya talan edərək yaratdığı problemlərlə üzləşməkdən daha asandır.
                                                      Pulsuz şorba növbəsi, ABŞ 1936

                                         Aclığın və ümidsizliyin siması. Pulsuz şorba, ABŞ 1930

 Amerikalilar bütün bunlara necə yanaşırlar? Çox sadə - “Biz bütün bunlardan keçdik güclü olduq!” On ildən çox ümidsizlik,axmaqlıq,aclıq,müflislik və durğunluq – fəxr etmək və quruluşun stabilliyinin sübutu üçün əsasdır. Nədənsə, SSRİ olayında daha pis başlanğıc şərtlərlə ilk bir neçə ilin çətinliyi cəhənnəm, kainat faciəsi və“qeyri-effektiv” quruluş mövzusu üçün isterikadır. Aydındır ki, bunun həqiqətə aidiyyatı yoxdur, insanların psixikası ilə şərəfsiz şəkildə manipulyasiya etməkdir

                                               30-cu illərdə Polşada kasıbların xarabalıqları 

Həmin illərdə digər  dövlətlərin də problemləri vardımı? Nə qədər istəyirsiz. Bundan başqa, “azad bazarı”,”demokratiyası” və digər şeyləri olan xeyli sayda ölkələr var ki, kəndliləri həmişə acınacaqlı halda yaşayırlar. Yeri gəlmişkən, həmin dövrdə meksikalı kəndlilər necə yaşayırdılar? Onlarda kolxoz, Stalin olmadığı üçün firavan yaşayırdılar? Amma yəqin ki, hər kəsin bildiyi kimi meksika kəndlilərinin yoxsulluğu fantastik dərəcədədir, “azad bazar” şəraitində müftə yaşayırdılar və yaşayırlar. Yəni, hətta əsrarəngiz iqlim belə kifayət deyil, düzgün sosial sistem lazımdır. Həmin illərdə kəndlilər digər ölkələrdə də çox kasıb yaşayırdılar. İngiltərədə,Fransada, İrlandıyada çox pis yaşayırdılar. 30-cu illərdə Polşada həqiqi aclıq var idi, xeyli insan ölmüşdü. Yeri gəlmişkən, o vaxtki Qərbi Ukrayna sakinlərinin müasir nəsilləribunda xüsusilə Sovet Hakimiyyətinin bilavasitə kütlüyünü günahlandıraraq, 30-cu illərin əvvəllərində aclıq yaşamış qohumlarının söylədiklərini qəzəblə xatırlayırlar. Amma həmin vaxtlar Qərbi Ukrayna SSRİ-yə aid deyildi, ABŞ-da olduğu kimi pulsuz şorbanın heç də hamıya paylanmadığı Polşaya aid idi.

                                                     Aclara şorba paylanması. Polşa, 1932

Mixail Şaturin İsrail, oradakı kəndlilərin necə yaşaması və hətta 30-cu illərdə deyil, müharibədən sonrakı firavan illərdə kapitalizm şəraitində kəndlilərin həyatı haqda yaxşı yazmışdı. “ “Yenidənqurma” zamanı və sonralar “pis” sovet kolxozları və “yaxşı” israil kənd təsərrüfatı kommunaları haqda çox şeylər söylədilər. Bu kommunalar əlverişli iqlim şəraitində qurulurdu, amma ilk illər orada həyat çox ağır idi. “Könüllü üzv olmaq” haqda yalanlara baxmayaraq, kommuna üzvləri özləri etiraf edirdilər ki, onların çoxunu ora daxil olmağa İsrailin ilk illərinin aclığı məcbur etmişdi. Hamının həsrət çəkdiyi ölkədə aclıq olmuşdu, amma elə bil Stalin orada olmamışdı. İctimailəşdirilmənin kolxozlarda olduğundan da yüksək dərəcədə olması “yəhudilərin hamısının qardaş olduğuna” görə deyil, ağır zamanların nəticəsidir. Görünür, ümumiyyətlə, ictimailəşmə dərəcəsi məlum həddə qədər heç də ideologiya tərəfindən diktə edilmir, həyat şəraitinin çətinlikləri ilə mütənasibdir. Amma İsrail olayında nədənsə heç kim “israil kommunası köləliyi” barəsində ulamır. Amma orada nizam belə idi: əgər kommuna üzvünə varlı bir amerikan dayısı gödəkcə göndərirdisə, o zaman həmin kommuna üzvü ona ildə 2 dəfə çatmalı olan canlığı almırdı, əgər kimsə miras qəbul etsəydi, onu birbaşa ümumi qazana verirdi. Təsəvvür edirsiz, əgər kolxozçular aldıqları mirası kooperativə versəydilər nə isterikalar dolaşardı. İsrail kommunalarına gəldikdə isə - hər şey belə olmalı idi. Bu kommunlardakı həyat şəraitini “yaxşı reklam edilmiş” amerikan fermaları ilə müqayisə etmək ( amma iqlim şərtləti belə müqayisəyə imkan verərdi) və “doğma sionist dövlətindən” eynisini tələb etmək  heç bir axmağın ağlına gəlməyib. Əksinə, belə bir lətifə geniş yayılmışdı:

Amerikan fermeri və İsrail kommunasının üzvü rastlaşır. Fermer deyir:
-Mən səhər avtomobilimə minirəmsə, torpağımın digər ucuna ancaq axşama gedib çatıram.
Kommuna üzvü cavab verir:
-hə, bizdə də belə avtomobillər çoxdur.

Amerikan fermerler idemişkən. Mən tez-tez kanada  fermalarında olurdum, mənim orada tanışlarım çox idi. Varlılıq dərəcəsinə görəfermalar çox  müxtəlifdir. Fermer statusunun özü baş ağrısından başqa heç nəyə qarantiya vermir. Fermerin ən böyük üstünlüyü – yaxşı evdə yaşamasıdır, çünki, bu ev öz torpağında və adətən öz ailənin gücü hesabına qurulur. Şəhərdə sənin özünə ev tikməyinə imkan verməyəcəklər ki, inşaatçı lisenziyan yoxdur. Ona görə banklara soyğunçu ipoteka ödəmək lazım deyil. Bununla belə, köhnə taxta evciklərdə yaşayan ailələrdə var. Kanada fermalarında isti sortirlər bir neçə onillik əvvəl yaranmışdır, əvvəllər belə rahatçılıq haqda heç nə eşitməmişdilər. İndi əkinçilik risklərinin dövlət sığortası sistemi yaranıb (əvvəl bu haqda heç söz də gəzmirdi), amma fermerlər mənə izah etdilərki, ən pisi – orta məhsuldur, çünki, buna heç bir kompensasiya düşmür, amma banklara kredit və vergi ödəmək vacibdir. Və bütün bunlar indi, 21-ci əsrdə olur, 70-80 il əvvəl isə hər şey başqa cür idi.
İlk kolxuzçuların həyat şəraitini fermerlərin həyat şəraiti ilə yox,həmin 20-30-cu illərin ABŞ-ın kənd təsərrüfatı işçilərinin həyat şəraiti ilə müqayisə etmək lazım idi. Yəni, bizim dildə desək, muzdurların. Amerika tədqiqatçı Keri Mak-Vilyamsın amerikan “kənd idilliyası” haqqında xarakterik “Çətin vəziyyətdə olan Yer” adlı nadir kitabı əlimə keçmişdi. O, rus dilinə tərcümə edilmişdi. Kitab tamamilə elmi kitab idi, amerikan rəsmi sənədləri və hökumət hesabatları əsasında yazılmışdı. Kitabda müəllifin kommunist ideologiyası haqda heç bir iz tapmadım. Bəs ilk kolxozların yarandığı dövrdə həmin “amerikan fermer cənnəti” necə görünürdü?

-“Minlərlə “keçi rançosu” adlandırılan komalar, yəni keçi otarmaq üçün az da olsa yararlı torpağı olan fermalar yaranır. Evciklərin çoxunun heç bir şəraiti yoxdur. Yeşiklər, taburetlər və skamyalar stulu əvəz edirlər. Bu yoxsulluğun açıq yara kimi görünən həddidir. Belə şəraitdə infeksion xəstəliklər geniş yayılmışdır. Tibbi xidmət demək olar ki, tamamilə yoxdur. Ara həkimliyi inkişaf edir.”
Ümumiyyətlə bu kitabda ABŞ-ın kənd həyatı haqda çox maraqlı faktlar var. Təəssüf ki, 1949-cu ildən onu heç kim nəşr etməyib…

Nəticə aydındır – həmin illər kolxozlardakı həyat şəraitinin səviyyəsində misli görünməmiş heç nə yox idi. Yeni işin təşkilində hər yerdə və həmişə olduğu kimi qanunauyğun çətinliklər vardı. Bu çətinliklər uğurla ram edilmişdi.


Pavel  Krasnov

Tərcümə  Günel Muradova












10 мая 2013 г.

Как жили крестьяне на Западе в 30-х?
Если сравнивать жизнь советских колхозников не с неким абстрактным идеалом в голове всяких странных, не с жизнью людей в абсолютно других условиях десятки лет спустя, а взять для сравнения, время, когда жили сталинские колхозники. Можно с определёнными допущениями их сравнить, например, с реальностью, в которой существовали сельские жители стран Северной Америки тех лет - США и Канаде. Это одни из самых богатых западных стран, мировые лидеров в области сельского хозяйства, образец «демократии», «прав человека», «свободного рынка» и т.п. для граждан с альтернативным восприятием реальности. Эти страны имели по отношению к СССР колоссальную фору - они уже провели свою индустриализацию более 70 лет назад, не знали войн на своей территориии в течение многих десятков лет, у их порога тогда не собирались вражеские армии, там не было аграрного перенаселения, особенно в Канаде. Кроме всего этого у стран Северной Америки есть огромное природное преимущество перед Россией – климат. Даже в сельскохозяйственных районах Канады он намного мягче, чем в России и условия для земледелия существенно лучше. Те заселённые широты, которые в Канаде считаются севером, в России относятся к югу, а американские равнины существенно более влажные, чем русские степи.

30 апр. 2013 г.

4. Marks: Yadlaşmış əmək (Qerbert Markuzenin “Düşüncə və inqilab” kitabından bir hissə)



Marksın 1844 və 18460-cı illər arasında yazılmış əsərlərində müasir cəmiyyətdə yerinə yetirilən əmək forması insanın müəyyən edilmiş total “yadlaşması” kimi dərk edilir. Bu kateqoriyanın istifadəsi Marksın iqtisadi analizini Hegel fəlsəfəsinin əsas kateqoriyası ilə əlaqələndirir. Marks qeyd edir ki, ictimai əmək bölgüsü fərdin hər hansı qabiliyyətini və tamın maraqlarını hesaba almadan baş verir: o tamamailə kapitalist əmtəə istehsalı qanunları tərəfindən təyin edilmişdir. Bu qanunlarla təyin edilən əməyin məhsulu və ya əmtəə insan fəaliyyətinin təbiətini və məqsədini təyin edir. Başqa sözlərlə, həyata xidmət etməli olan material həyatın mənası və məqsədi üzərində hökmranlıq etməyə başlayır, və insan düşüncəsi bütövlükdə maddi istehsal münasibətlərinə qurban verilir. Beləliklə, Marks nəzəriyyəsinin çıxış nöqtəsi olan materialist yanaşma, hər şeydən əvvəl, iqtisadiyyatın nəzarət olunmayan qanunlarının bütün insan münasibətləri üzərində hökmranlıq etdiyi hakim ictimai nizamın materialist xüsusiyyətlərini izah edən tarixi faktı təsdiq edir.

Eyni zamanda da belə quruluş düşüncə və sosial yaşam arasındakı əlaqəni əsassız və həqiqi əlaqə özünü biruzə verənə qədər aradan qaldırılmalı olan bir şey hesab etdiyindən, tənqidi istiqamətə malikdir. Bu şəkildə, materialist tezisin həqiqəti onun inkarında həyata keçməlidir. Marks dönə-dönə qeyd edir ki, onun materialist çıxış nöqtəsi onun analiz etdiyi cəmiyyətin materializmi ilə təyin olunur. O, iddia edir ki, hətta siyasi-iqtisadiyyat tərəfindən qəbul edilən “faktdan”, “iqtisadi faktdan” başlayır. Müasir cəmiyyətin inkişafından asılı olaraq “işçi nə qədər çox sərvət istehsal edirsə, onun istehsal etdiyi məhsulun gücü və ölçüsü nə qədər böyüyürsə, o, bir o qədər daha yoxsul olur. İşçi nə qədər çox əmtəə istehsal edirsə, bir o qədər daha ucuz əmtəəyə çevrilir. Şeylər dünyasının dəyərinin artması ilə insan dünyasının qiymətdən düşməsi (Verwertung) düz mütənasib olaraq artır”. Siyasi-iqtisadiyyatın klassikləri (Marks Adam Smitdən və Jan Batist Sey-dən sitat gətirir) qəbul edirlər ki, işçilər üçün hətta cəmiyyətin zəngin vəziyyəti belə “stasionar yoxsulluq”dan başqa bir məna vermir.

Bu iqtisadçılar göstərdilər ki, yoxsulluq heç də qeyri-münasib xarici şəraitin nəticəsi deyil, amma əməyin hakim xarakterinin nəticəsini bildirir. “Cəmiyyətin inkişaf vəziyyətində işçinin məhvi və yoxsullaşması onun əməyinin və onun istehsal etdiyi sərvətin məhsuludur. Başqa sözlə, yoxsulluq müasir əməyin öz mahiyyətindən irəli gəlir” və müasir cəmiyyətin mahiyyətində yer alır.

Əmək insan inkişafına necə təsir edir? Bu sualı verməklə, marksizm nəzəriyyəsi “siyasi iqtisadiyyat səviyyəsinə” yüksəlir. İqtisadi münasibətlərin, qaydaların və institutların cəmini izolyasiya edilmiş obyektiv faktlar toplusu kimi deyil, insan öz həyatını yaşadığı ictimai inkişafın tarixi formasını təşkil edən toplu kimi nəzərdən keçirmək lazımdır. İxtisaslaşmış elm üçün xarakterik olan məhdudiyyətlərdən azad olmuş iqtisadi kateqoriyalar insan varlığının təyinedici faktorları kimi çıxış edir (Daseinsformen,Existenzbestimmungen),hətta əslində onlar obyektiv iqtisadi faktları (məsələn, əmtəə, dəyər, torpaq rentası) göstərsə də.

Əmək – sadəcə iqtisadi fəaliyyət deyil (Erwerbstaetigkeit), insanın “həyat fəaliyyətidir”,onun “ şüurlu həyat fəaliyyətidir”, hansı ki, onun sayəsində o nəinki yalnız qazanır (Lebensmittel), həm də öz “universal təbiətini” inkışaf etdirir. Yeni kateqoriyalar iqtisadi reallığın insana, onun bacarığı, gücü və ehtiyaclarına nə dərəcədə təsir göstərməyini qiymətləndirəcək. Marks bu insan xüsusiyyətlərinin əsas hissəsini “universallıq” haqqında danışaraq xülasə edir; iqtisadiyyatı tədqiq edərkən o ilk növbədə iqtisadiyyatın insanın anadangəlmə, universal varlığını reallaşdırıb-reallaşdırmaması haqda sual verir.
Bu terminlər bizi Feyerbaxa və Hegelə qaytarır. İnsanın təbiəti onun univesallığından ibarətdir. Onun intelektual və fiziki bacarıqları yalnız o halda reallaşa bilər ki, bütün insanlar öz insanı imkanlarının zənginliyini açmaqla insan kimi mövcud olsunlar. İnsan o halda azaddır ki, bütün insanlar azaddır və bir-birinə “doğma varlıqlar” kimi yaşayırlar. Bu şərtlərə nail olduqdan sonra həyat onu təşkil edən bütün individlərin imkanlarını seçən nəslin, İnsanın potensial imkanları ilə formalaşacaq. Əgər “təbiət insanın məhsulu və insanın reallığıdırsa”, insan azaddır, odur ki, o “özünü özünün yaratdığı dünyada seyr edir”.

Marksın söylədiyi əməyin özgəninkiləşdirilməsi öz konkret ifadəsini, birinci, işçilərin öz əməklərinin məhsuluna münasibətində,ikincisi, onların öz fəaliyyətlərinə münasibətində tapır. Geniş istehsal bu istehsalı stimullaşdırmaq üçün istifadə olunan kapital yatırımı, böyük həcmdə vəsait tələb edir. Əmtəələr müstəqil azad sahibkarlar tərəfindən onların gəlirli satışı üçün istehsal olunur. İşçi öz əməyinin məhsulunu əmək müqaviləsi vasitəsilə verdiyi kapitalistə çalışır. Kapital - əmək məhsullarını idarə edən gücdür. İşçi nə qədər çox istehsal edirsə, kapitalın gücü o qədər çox artır və işçinin öz əməyinin məhsulunu əldə etmək üçün lazım olan şəxsi vasitələri bir o qədər azalır. Bu şəkildə əmək özünün yaratdığı gücün qurbanı olur.

Marks bu prosesi növbəti şəkildə yekunlaşdırır.
“Əmək vasitəsilə istehsal edilmiş predmet, onun(əməyin) məhsulu, yad bir varlıq, istehsalçıdan asılı olmayan qüvvə kimi əməyə qarşı durur.. Əməyin həyata keçirilməsi onun predmetləşdirilməsidir. Siyasi iqtisadiyyat tərəfindən nəzərdə tutulan vəziyyətlərdə əməyin belə həyata keçirilməsi, onun həqiqətə çevrilməsi işçinin həqiqətdən kənar edilməsi, predmetləşdirmə - predmetin itkisi və predmet tərəfindən kölə halına salınma, predmetin mənimsənilməsi – özgəninkiləşdirmə, yadlaşma kimi görünür.
Kapitalist əmtəə istehsalı qaydaları daxilində nəzərdən keçirilən əmək mütləq məzmunsuzlaşır, çünki “işçi işdə özünü nə qədər çox əldən salırsa, onun üçün yad olan, onun özü tərəfindən özünə qarşı yaradılmış predmet dünyası bir o qədər daha qüdrətli olur, o özü isə daha da yoxsullaşır...”

Marks bu mexanizmin əmək haqqının artıb-azalmasında necə işlədiyini göstərir. Əmtəə istehsalı qanunları hər hansı bir əlavə vasitə olmadan əmək haqqını stasionar yoxsulluq səviyyəsində saxlayır.
“Əməyin həqiqətə çevrilməsi o dərəcədə həqiqətdən uzaqlaşır ki, işçi aclıqdan ölümə qədər həqiqətdən uzaqlaşır. Predmetləşmə o dərəcədə predmet itkisi kimi çıxış edir ki, bütün ən vacib predmetlər,təkcə yaşam üçün vacib predmetlər yox, həm də işləmək üçün predmetlər, işçinin əlindən alınır. İş özü də elə predmetə çevrilir ki, o (işçi) yalnız öz gücünün böyük gərilməsi hesabına və qeyri-müntəzəm fasilələrlə onu mənimsəyə bilir. Predmetin mənimsənilməsi o dərəcədə yadlaşır ki, işçi nə qədər çox predmet istehsal edirsə, o qədər az miqdarda həmin predmetə sahib ola bilir və bir o qədər çox öz məhsulunun, kapitalın təsiri altına düşür.”

Öz məhsuluna yadlaşdırılmış işçi həm də özünə yadlaşır. Onun əməyi artıq ona aid deyil, onun özünün başqa birinin mülkiyyəti olması faktı isə insanın öz mahiyyətinə təsir edən ekspropriasiyanı (ekspropriasiya - cəmiyyətdə bir sinif və ya ictimai qrup tərəfindən başqa sinif və ya ictimai qrupun mülkiyyətinin zorla əlindən alınması) göstərir. Əmək öz həqiqi formasında insanın həqiqi özünüinkişafı, onun potensial imkanlarının tamamilə açılması üçün vasitədir; məmnunluğa və sevincə çatmaq üçün insan təbiətin gücünü şüurlu olaraq istifadə etməlidir. Amma əmək özünün müasir forması ilə bütün insan qabiliyyətini korlayır və ona heç bir məmnunluq gətirmir. İşçi “özünü təsdiq etmir, inkar edir”. O “öz fiziki və mənəvi enerjisini azad şəkildə ətrafa yaymır, öz fiziki təbiətini yorur və ruhunu məhv edir. Buna görə işçi yalnız əmək xaricində özünü olduğu kimi hiss edir, əmək prosesində isə o özünü öz varlığından qopmuş kimi hiss edir. O işləməyəndə olduğu kimi olur, işləyəndə isə öz varlığından çıxır. Buna görə onun əməyi könüllü deyil, məcburidir; bu – məcburi əməkdir. Bu əmək ehtiyacını ödəmək deyil, digər ehtiyacları ödəmək üçün vasitədir,nəinki işləmək ehtiyacı”.
Buna görə onun əməyi könüllü deyil, məcburidir; bu – məcburi əməkdir. Bu əmək ehtiyacını ödəmək deyil, digər ehtiyacları ödəmək üçün vasitədir,nəinki işləmək ehtiyacı”.
Nəticədə “insan (işçi) özünü yalnız heyvani xüsusiyyətlərinin yerinə yetirilməsi zamanı – qida,su qəbul etdikdə, cinsi əlaqədə olduqda və s.- azad hərəkətli hiss edir, öz insanı xüsusiyyətlərinin yerinə yetirilməsi zamanı isə özünü yalnız heyvan kimi hiss edir. Heyvana məxsus şeylər insanın nəsibinə, insani xüsusiyyətlər isə heyvani şeylərə çevrilir”.
Bu işçiyə ( yadlaşmış istehsalçıya) aid olduğu kimi, eyni dərəcədə də onun əməyini satın alana da aiddir. Yadlaşma prosesi hətta “insanın təbii funksiyalarını” da korlamaqla, cəmiyyətin bütün təbəqələrinə təsir edir. Feyerbaxa görə, azadlığın və səadətin ilkin mənbəyi olan hisslər sadəcə “sahib olmaq hissinə” çevrilir. İnsanlar öz obyektlərini yalnız əldə edilməsi mümkün olan və mümkün olmayan şeylər kimi nəzərdən keçirirlər. Hətta məmnunluq və sevinc belə daha insanın öz universal təbiətini sərbəst inkişaf etdirməsi üçün vacib şərt olmur və eqoist “sahiblənmək və əldə etmək hissinə” çevrilir.

Beləliklə, Marksın apardığı, kapitalizm şəraitində əməyin analizi çox dərin əsasa malikdir və iqtisadi münasibətlər struktrundan çıxış edərək, insanın həqiqi mahiyyətinə yönəlir. Əmək və kapital, kapital və əmtəə, əmtəə və əmək, həmçinin əmtəələr arasındakı əlaqə insanın sosial varlığında yerinə yetirilən insan əlaqələri kimi başa düşülür. Hətta xüsusi mülkiyyət institutu “məhsul, nəticə, yadlaşmış əməyin vacib nəticəsi” kimi göz qarşısına gəlir və ictimai istehsal üsulu mexanizmlərindən çıxarılır. Əməyin yadlaşması sinfi cəmiyyətin bütün formaları üçün xarakterik olan əməyin bölünməsinə gətirib çıxarır: “Hər kəs ona sırınmış və oradan çıxa bilmədiyi müəyyən, xüsusi fəaliyyət dairəsinə sahib olur”. Əgər burjua cəmiyyətində fərdin abstrakt azadlığı bildirilirsə, bu bölünmə aradan qaldırılmır. Öz obyektindən uzaqlaşdırılmış əmək nəticədə “insanın insana yadlaşmasını” bildirir; fərdlər qarşılıqlı şəkildə ayrılır və bir-birinə qarşı dururlar. Onları bir-birilə mübadilə etdikləri əmtəələr birləşdirir, şəxsi münasibətlər deyil. İnsanın özünə yadlaşması həm də yaxınlarına yadlaşmasıdır.
Marksın daha əvvəlki əsərləri maddiləşmə (Verdinglichung) prosesinin ilk aydın izahını verir, hansı ki, həmin maddiləşmə nəticəsində kapitalizm cəmiyyətində şəxsiyyətlər arasında əlaqələr əşyalar arasında obyektiv əlaqə formasını alır. “Kapital” əsərində Marks bu prosesi “əmtəə fetişizmi” adlandırır. Kapitalizm sistemində insanlar arasındakı münasibətlər onların mübadilə etdikləri əmtəələr vasitəsilə həyata keçirilir.

Fərdin sosial statusu,onun həyat səviyyəsi,ehtiyaclarını ödəməsi, azadlığı və gücü, - hər şey onun sahib olduğu əmtəələrin dəyəri ilə təyin edilir. Belə qiymətləndirmədə fərdin bacarığı və ehtiyacları heç bir rol oynamır. Hətta ən dərin insanı keyfiyyətlər pulla, əmtəələrin ümumi əvəzedicisi ilə ifadə olunur. Fərdlər ictimai prosesdə yalnız bu əmtəələrin sahibi, onların qarşılıqlı əlaqələri əmtəələrin qarşılıqlı əlaqəsi kimi iştirak edir.

Tərcümə Günel Muradova