3 авг. 2013 г.

Bir şəxsin hədiyyəsi: hər şey belə başladı...

Bu hekayə müharibə zamanı bütün pullarını təyyarə hazırlanmasına hədiyyə etmiş ilk insan haqqındadır. Ferapont Qolovatıy – vətənpərvərliyin başlanğıcının ilk təşəbbüskarıdır.
15 dekabr 1942-ci ildə Saratov ərzisinin Novo-Pokrov rayonunun “Staxanovec” artelinin kolxozçusu Ferapont Petroviç Qolovatı bütün əmanətini – 100 min rubl – Qırmızı Ordu üçün təyyarə əldə edilməsinə vermişdi və təyyarəni Stalinqrad cəbhəsinin təyyarəçisinə təqdim edilməsini istəmişdi. Ali baş komandana məktubunda yazmışdı ki, iki oğlunu cəbhəyə yola salıb, o da qələbəyə öz payını vermək istəyir.
Stalin cavab Verdi: “Qırmızı Ordunun və onun Hava Qüvvələrinin qayğısına qaldığınız üçün Sizə təşəkkür edirəm,  Ferapont Petroviç. Qırmızı Ordu sizin bütün vəsaitinizi döyüş təyyarəsinin hazırlanmasına bağışlamağınızı unutmayacaq. Təbrikimi qəbul edin”. Təşəbbüsə böyük diqqət yetirdilər. Həmin təyyarənini məhz kimə təqdim edilməsinə Stalinqrad cəbhəsinin Hərbi soveti qərar verdi. Hərbi maşını ən yaxşılardan birinə - 31-ci qırıcı qvardiya aviapolkunun mayoru komandir Boris Nikolayeviç Eremiyə təqdim etdilər. Burada Eremin və Qolovatının yerli olması öz rolunu oynadı.
Aydındır ki, təyyarənin alınması qərarını vermək kolxozçu üçün asan deyildi. Oğullar cəbhədə, Ferapont Petroviç ailədə yeganə kişi idi, çiyinlərində 9 nəvənin qayğısına qalmaq yükü vardı. Sadə kolxozçuda bu qədər pul hardan idi? Qolovatının şəxsi təsərrüfatında 22 arı pətəyi vardı. Bal satışından gələn vəsait təyyarə üçün pulun böyük hissəsini təşkil edirdi, yerdə qalan hissəsini buğda və tərəvəz satmaqla yığmışdı.

Yak-1 təyyarəsinin füzelyajının  yan tərəfində yazı vardı: “ “Staxanovec” kolxozunun kolxozçusu Qolovatıdan Stalinqrad cəbhəsi qvardiyasının mayoru təyyarəçi  Ereminə “. Yeni boyadan parıldayan maşına baxaraq mayor Eremin düşünürdü, qırıcı üçün vəsait toplamaqdan ötrü böyük kəndli ailəsinə neçə il zəhmət çəkmək lazım olmuşdu. O başa düşürdü ki, belə maşında düşməni daha yaxşı vurmaq lazım idi. Mayor Eremin Ferapont Qolovatının təyyarəsində Stalinqraddan Krıma kimi döyüşmüşdü, və vurulmamışdı.

Amma hücum maşını bütün resurslarını sərf etdi,onda uçmaq təhlükəli oldu. Təyyarə 1944-cü ilin mayında texniki ekspertizanın aktı tərtib edildikdən sonra Saratova göndərildi, tamaşa üçün onu mərkəzi meydanda yerləşdirdilər,sonra isə ərazidəki muzeyə verdilər.
Amma Ferapont Qolovatı təyyarənin artıq döyüşə bilməməsi ilə barışan insan deyildi. 1944-cü ilin 25 mayında “Pravda” qazeti xəbər verdi ki, kolxozçu onun vəsaitinə yeni konstruksiyalı təyyarə alınması və yenidən mayor Ereminə verilməsi üçün Ali baş komandana müraciət edib. Amma bu dəfə onun ailəsinin vəsaiti kifayət etməyib və o qohumlara müraciət edib. Qohumlar, xüsusilə qardaşı İvan, onu dəstəkləmişdilər və tezliklə mayor Eremin yeni Yak-3 almışdı. Bu dəfə təyyarənin bortunda yazılmışdı: “ Ferapont Petroviç Qolovatıydan ikinci təyyarə. Düşmənin tamamilə darmadağın edilməsi üçün”.

Tərcümə Azərbaycan Ekososialistləri

2 авг. 2013 г.

Şəxsi əmanətlər

1943-cü ilin əvvəlində 237-ci hücum avia-alayına yeni İl-2 təyyarəsi gətirildi. Bu təyyarə digər hücum təyyarələrindən üzərindəki qeyri-adi yazı ilə fərqlənirdi – “Lenoçkadan, atama görə”.
Bu təyyarənin Stalinə məktubdan başlayan hekayəsi vardı. “Əziz İosif Vissarionoviç. Mənim atam Azarenkov Anatoliy Vasileviç, hücum aviasiyası eskadrilyasının komandiri mənim çox sevdiyim Vətənimizi qoruyaraq cəbhədə həlak olmuşdur. Mənim anam Kiyevdə həlak olub,mən nənəmlə yaşayıram. O, təqaüdçüdür, 2-ci qrup əlildir. Təqaüd alanda o mənə oyuncaq hədiyyə edir. Mən yolka üçün pul toplamışam və 110 rubl yığmışam, hansı ki, bu pulu hücum təyyarəsinin hazırlanması üçün qəbul etməyinizi və mənim atamın xidmət etdiyi  237 -ci alaya verməyinizi xahiş edirəm ki, mənim atamın yoldaşları atamın ölümünə görə, nənəmə görə murdar almanlardan qisas alsınlar, nənəm mənə görə çox ağlayır”.
Müraciətin müəllifi Moskva şəhərinin 612 N-li məktəbinin 1-B sinfinin şagirdi Lena Azarenkova idi. Məktub 1943-cü ildə “Огонек” jurnalının 4N-li buraxılışında nəşr olundu və  ölkənin bütün uşaqları özlərinin “yolka” və “konfet” pullarını təyyarənin hazırlanmasına verməyə başladılar. Onların kiçik əmanətləri birlikdə böyük məbləğə çevrildi. İvanov ərazisi məktəblilərindən – milyon rubl, Stavropol sahəsinin məktəblilərindən – 100 min rubl..
Lenanın arzusu həyata keçdi. Uşaqların yığdıqları pullara alınmış təyyarəni qəbul edən 237 saylı hücum aviapolkunun təyyarəçiləri qiza yazdılar: “Əziz Lenoçka! Biz sənin təşəbbüsünlə toplanmış pula hazırlanmış təyyarəni döyüş cərgəsinə qəbul etdik. Səni inandırırıq ki, biz, sənin atanın döyüş dostları onun ölümünə görə alman quldurlarından qisas alacıq. Döyüş təyyarəsində - hücumçuda sənin adını yazdıq və onu sənin atanın ən yaxın yoldaşına təqdim etdik”.



Çuvaş Muxtar Sovet Sosialist Respublikasından olan İlya və Mariya Şirmanovlar bütün var-dövlətlərini orduda xidmət edən yeganə oğlanları üçün tank hazırlanmasına vermişdilər. Üzərində “Oğluma hədiyyə” yazılmış tank 1943-cü ilin iyun ayının əvvəlində Ural zavodunda hazırlanmışdır. Maşının təqdim edilməsi mitinqində döyüşçünün valideynləri də iştirak edib birlikdə həmin bu şəkli çəkdiriblər. Amma təəssüf ki, baş serjant olan Andrey Şirmanov bu tankla cəmi 1 il döyüşə bilmişdi və döyüşlərin birində ekipajla birlikdə qəhrəmancasına həlak olmuşdu.

1 авг. 2013 г.

“ƏSL” KAPITALIZM-ƏSL FANTAZIYADIR

Həqiqi kapitalizmin hansısa qızıl əsrinin qayıtması haqda fantaziyaların və arzuların köməkliyi ilə iqtisadi böhranın öhdəsindən gəlmək mümkün deyil. Biz irəli getməliyik və kapitalizmdən daha yaxşı bir şey qurmalıyıq.

Qlobal iqtisadi böhran artıq 6 ildir ki, davam edir, və biz tez-tez müxtəlif tərəflərdən- eyni zamanda da sağ libertarianlardan – müasir böhranın səbəblərinin özlərinəməxsus izahını  eşidirik. Hələ 2007-ci ildən bizə təsdiq etməyə çalışırlar ki, müasir böhran guya kapitalizmin günahı və onun işində hər hansı qüsur deyil.

Guya bütün bunlar bizim sistemin kapitalizm sistemi olmamasına görə baş verir, bizim dünyanın qarşılaşdığı problemlər isə sistem xarakteri daşımır. Və əgər biz “geriyə”, “əsl” kapitalizmə bənzər bir dövrə qayıda bilsəydik, bizim bütün çətinliklərimiz və problemlərimiz dərhal həll olardı.
Böhranın belə izahı müəyyən siyasi reseptlər də nəzərdə tutur, hansı ki, bu reseptə əsasən biz hazırki pis iqtisadi sistemə son qoymalıyıq.

 “Daydaylı”, “bandit”, “qumarbaz”, “inhisarçı” – bunlar adətən hazırki (“korlanmış”) kapitalizmi ifadə edən anlayışlardan bəziləridir. Belə kapitalizm, - bizə söyləyirlər – həqiqi kapitalizmdən fərqli olaraq, inkişaf və çiçəklənməni təmin edə bilməz. Bu şəkildə düşünənlər daha sonra, bir qayda olaraq, bu və ya digər iblisi mühakimə etməyə başlayırlar, hansı ki, onların fikrinə görə əsl kapitalizmi “korlayır”. Və bu iblislər həmişə əsl kapitalizmə nəzərən xarici qüvvələrdir – sanki, onun antitezisidir: bu gah bədnam “güclü dövlətdir”, gah inhisarlardır, gah Federal Ehtiyat Sistemidir (FES), gah sosial təminat sistemidir, gah vergilərdir, gah həmkarlar ittifaqlarıdır – və s.
Məhz onların əsl kapitalizmin işinə müdaxiləsi, guya, lap başdan kapitalizmə xas olan effektivliyi bloka salır. Bütün bu iblislər iqtisadi ədalətin həyata keçirilməsinə - həqiqi kapitalizmin ideyaya görə gəlirləri hər bir insanın və hər bir müəssisənin ümumi iqtisadiyyatı necə zənginləşdirməsindən asılı olaraq bölüşdürməsinə mane olurlar. Kapitalizmə nəzərən yad olan bütün bu iblislər iqtisadi nemətlərin bölünməsi prinsipini özlərinin “xüsusi maraqları” xeyrinə korlayırlar. Guya bizim iqtisadiyyatımız və ümumilikdə cəmiyyətimiz də məhz buna görə əziyyət çəkir.

Əsl kapitalizmin belə müdafiəsi sayəsində iqtisadi böhranı elə tənqid etmək olar ki, bu tənqiddə antikapitalist heç bir şey səslənməsin. “Əsl” kapitalizm tərəfdarları bu şəkildə kapitalizmə loyallıqlarını saxlayırlar – amma abstrakt kapitalizmə, eyni zamanda da burda və indi mövcud olan,konkret kapitalizmi tənqid etməklə. Bütün hiyləgərlik bundan ibarətdir ki, getdikcə daha dərin böhran vəziyyətinə girən hazırki sistemi kapitalizmdən başqa istənilən şeylə təqdim etmək.
Bütün bunlar sadəcə fantaziyadır – kapitalizm həmişə “çirkli” olub. Heç olmasa bu faktı götürək ki, kapitalizm və hakimiyyət strukturları həmişə mövcud olublar. Hökumət ,bir qayda olaraq,  kapitalistlər sinfinə digər sinifləri məğlub etməkdə və məhv etməkdə kömək edərək onların maraqlarına xidmət edib.
Fransa İnqilabı zamanı güclənən ticarətçilər,bankirlər və xırda kapitalistlər sinfi fransız feodalizminin kökünü kəsmək üçün dövlət hakimiyyətini ələ keçirdilər. Amerika inqilabçıları ABŞ-da kapitalizmin inkişafını sürətləndirməkdən ötrü dövlət hakimiyyətinə səlahiyyəti Britaniyadan aldılar. Bu məqsədlə yerli əhaliyə qarşı müharibələr aparıldı,onların torpaqlarının işğalı törədildi; baza infrastrukturların (kanalların,dəmir yollarının,şose və aeroportların) tikintisi getdi. ABŞ-da Vətəndaş müharibəsi və onun nəticələri; poçt sisteminin, məhkəmə sisteminin (mübahisələrin həlli üçün polis və məhkəmələrin) inkişafı; yeni təhsil sistemi və s. Bütün hər şey kapitalizmin inkişafı üçün. Hakimiyyətsiz kapitalizm sadəcə fantaziyadır.

Eyni şəkildə inhisarlar da həmişə kapitalizmdə mövcud olub. Hər bir kommersiya müəssisəsi  daim monopoliyanın yaranmasından qorxur və bazarlıq etdiyi sənaye sahəsində monopoliyanın yaranmasının qarşısını almağa çalışır. Və eyni şəkildə, hər bir müəssisə bazarda öz monooliyasını təşkil etmək üçün istənilən imkandan istifadə edir. Hər iki halda biz gəlir arxasınca qaçışla rastlaşırıq. Beləliklə, rəqabət monopoliyaya səbəb olur – və əksinə. Kapitalizmdə həmişə monopoliyalar yaradılır(rəqabəti aradan qaldıran) və dağıdılır (rəqabətin yüksəlişi). Monopoliyasız əsl kapitalizm də fantaziyadır.

FES alternativ maliyyə strukturları kapitalistlər üçün əlverməz olduqda onları dəyişdi. Pul və kredit sistemi,həmçinin onun kapitalizmdə rolu nəzarət və idarəetmə institutlarının inkişafı ilə paralel olaraq inkişaf edirdi. Hər bir müasir kapitalist iqtisadiyyat funksiyaları ABŞ-ın FES-nin funksiyalarına uyğun olan mərkəzi banka sahibdir. Və bütün mərkəzi banklar kapitalist iqtisadiyyatın maraqlarına xidmət edir və ondan asılıdır. Mərkəzi maliyyə idarəsi olmayan inkişaf etmiş (və ya müasir) kapitalizm də fantaziyadır.
Gəlir arxasınca qaçmağa susamış əməyin kapitalist avtomatlaşdırılması,həmçinin artım və azalmanın təkrarlanan iqtisadi tsiklı ona gətirib çıxarır ki, işçilərin sayı iş yerlərinin sayından çox olur. Və əgər kütləvi işsizlik uzun müddət davam edirsə, nəticədə insanların dərdi onlarda əvvəlcə qəzəb, daha sonda isə üsyan doğurur. Kapitalizmdə əməyin avtomatlaşdırılması və kapitalizm iqtisadiyyatının qeyri-stabilliyi həmişə kapitalizmin öz mövcudluğuna təhlükə olublar. Mövcudluğuna olan belə bir təhlükənin dərəcəsini azaltmaq üçün kapitalizm insanların əzablarını xeyriyyəçilik və işsizlik üzrə müavinətlərin köməkliyi ilə az da olsa yüngülləşdirməyin müxtəlif üsullarını işləyib hazırlamışdır.
Sosial müavinət sistemi kapitalizmə hər hansı xarici qüvvə tərəfindən sırınmayıb, kapitalizmin öz daxilində formalaşan özünümüdafiə sisteminin inkişafının nəticəsidir. Kapitalizmdə tam məşğulluğa çox az təsadüf olunur,işsizlik isə əksinə, həmişə olub və norma olaraq da qalır. Kapitalizmdə həmişə sosial təminat sistemi vasitəsilə işsizlərə kömək üçün nə qədər vəsait yönləndirmək üstündə qəzəbli mübahisələr olur. Ona görə də bu və ya digər sosial təminat sistemi olmadan əsl kapitalizm haqda arzular sadəcə illuziyadır.

Və, nəhayət, kapitalizmə xas olan gəlirlərin və var-dövlətin bölüşdürülməsində bərabərsizliyin artması tendensiyası həmişə və hər yerdə maddi nemətlərin yenidən bölüşdürülməsinin sosial mexanizmlərinin inkişafına səbəb olmuşdur. Belə mexanizmlərdən biri vergidir – axı verginin funksiyası heç vaxt hökumətin özünün fəaliyyətinin təminatı üçün yalnız pul toplamaq olmamışdır. Proqressiv vergiqoymadan reqressiv vergiqoymaya keçid və əksinə gəlirlərin və/və ya varın özünün yenidənbölüşdürülməsi prinsiplərinin dəyişməsini də nəzərdə tutur ki, bu da sosial şəraitin və siyasi konfliktlərin gərginlik dərəcəsinin dəyişməsinin müəyyənləşdirilməsi deməkdir. Gəlirlər və var-dövlət ya kapitalistlərin öz arasında, ya da kapitalistlər və əhalinin bütün yerdə qalan hissəsi arasında bölüşdürülür. Gəlirlərin və var-dövlətin bölüşdürülməsinin hər hansı vergi sistemi olmadan əsl kapitalizm sadəcə fantaziyadır.

Həmkarlar ittifaqları da kapitalizmin məhsuludur. Kapitalizm iqtisadiyyatında işçilərin yaşadıqları problemlər onların praktiki olaraq hər yerdə həmkarlar ittifaqı yaratmağa can atmalarına səbəb olmuşdur. Və həmkarlar ittifaqları əsl kapitalizmə hardansa xaricdən sırınmış hansısa təşkilat deyil. Kapitalistlər həmkarlar ittifaqlarının məhv olması və zəifləməsi üçün həmişə mübarizə aparıblar, ya da onların yaradılmasına mane olmağa çalışıblar. Onlar heç vaxt tamamilə öz məqsədlərinə çatmağa nail olmayıblar. Əsl kapitalizm həmkarlar ittifaqı olmadan - əsl arzu olunanı həqiqət qəbul etməkdir.
Amma bütün bu fantaziyalar,illuziyalar və uydurulan ssenarilər ideologiyanın alətləridir. “Əsl kapitalizmə dönüşün” mümkünlüyünə inam və arzu insanları kapitalizmin sərhədlərini keçən inkişaf ssenarilərini nəzərdən keçirməkdən uzaqlaşdırır və ya ciddi sosial dəyişikliklərə can atan hərəkatları dəstəkləməkdən yayındırır. Bunun əvəzində insanlar dövlətin rolunun azalmasına və ya hökuməti dəyişməyə can atmaqla məşğuldurlar. Onlar monopoliyalara, FES-ə, vergi sisteminə, sosial təminat sisteminə və ya həmkarlar ittifaqlarına qarşı mübarizə aparırlar.

Amma hətta libertarianlar (və digərləri) qismən öz istədiklərinə nail olmağı bacarsalar belə, bununla kapitalizmin problemləri heç bir şəkildə həll olunmur. Bütün bu institutları və təşkilatları yaradan kapitalizm onların natamam məhvinə cavab olaraq həmişə elə həmin institutları və ya onların variantlarını yenidən yaradıb.
Həqiqi kapitalizmin hansısa qızıl əsrinin qayıtması haqda fantaziyaların və arzuların köməkliyi ilə iqtisadi böhranın öhdəsindən gəlmək mümkün deyil. Biz irəli getməliyik və kapitalizmdən daha yaxşı bir şey qurmalıyıq. İndi –uzun müddətdən sonra – bizimlə eyni nəticəyə gəlməkdə artan insan kütləsi ilə birlikdə birləşə bilərik.

Riçard Volff


Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur

31 июл. 2013 г.

Noam Xomski: Yer Kürəsi kimə məxsusdur?


Burdan bir neçə mil uzaqda baş verən dəhşətli faciələrin və ,bəlkə də, yaxın gələcəkdə qarşılaşacağımız ən qorxulu fəlakətlərin fonunda özünün bütüb abstraktlığı və qeyri-müəyyənliyi ilə dünyanın tezliklə yaxşılaşmağına xidmət edə biləcək prespektivlərdən danışmaq səhv və hətta ağır olardı.
Mən bir neçə dəfə Livanda olmuşam və Livan xalqının təsirli hazırlığı ilə yüngülləşən böyük ümidlər anı kimi, böyük ümisdizlik anının da çətinliklərə sinə gəlmək və yenidən yoluna davam etmək olduğunu görmüşəm.
Mənim ilk səfərim,əgər bunu belə adlandırmaq mümkünsə, düz 60 il əvvəl olub- təxminən düz vaxtında. Bir dəfə gecə biz həyat yoldaşımla İsrailə məxsus Qalileyin şimal hissəsində gəzirdik, onda bizə bir cip yaxınlaşdı və bizə geri qayıtmaq əmr olundu. Sən demə biz sərhədi təsadüfən keçməklə başqa ölkəyə gəlib çıxmışıq. O zaman sərhəd qeyd olunmamışdı, indi isə, çox güman ki, silahla işarələnmişdir.
Bu kiçik hadisə idi, amma o mənə aydın şəkildə göstərdi ki, sərhədlərin (ümumiyyətlə elə dövlətlərin də) leqimitimliyi, ən yaxşı halda, şərti və müvəqqəti bir şeydir.
Praktiki olaraq, bütün sərhədlər zorakılıq vasitəsilə müəyyən olunur və müdafiə edilir,özü də əsassız olaraq. Livan-İsrail sərhədi 100 il əvvəl Osmanlı İmperiyasını imperialist Britaniya və Fransanın maraqlarına əsasən bölən Sayks-Piko müqaviləsi ilə müəyyən olunmuşdur. Amma nə bu torpaqlarda yaşayan insanlar, nə də onun landşaftı heç kəsi maraqlandırmırdı. Bu sərhəd tamamilə mənasızdır və məhz buna görə də bu haqda bilmədən onu belə asanlıqla keçmək mümkün  idi. 
Əgər bütün dünyanı bürüyən dəhşətli konfliktlərə nəzər salsaq aydın olacaq ki, onların demək olar ki, hamısı imperialist cinayətlərin mirasıdır və böyük derjavaların öz maraqları üçün həyata keçirdikləri sərhədlər tərəfindən doğurulublar.
Deyək ki, puştunlar Britaniyanın Pakistanı Əfqanıstandan ayırdığı Düran Xəttini heç vaxt qəbul etməyiblər, bundan əlavə, onu heç bir əfqan hökuməti də qəbul etməyib. Amma müasir imperialist derjavalar üçün bu sərhədi keçən puştunları “terrorist” adlandırmaq və onların evlərini amerika pilotsuz təyyarələri və xüsusi təyinatlı qüvvələri üçün hədəfə çevirmək sərfəlidir.
Dünyada Meksika və Birləşmiş ştatlar – iki dost ölkə arasında olan sərhəd kimi ən müasir texnologiyalarla qorunan və ehtiraslı ritorikaya xidmət edən sərhədlər azdır. Bu sərhəd XİX əsrdə ABŞ-ın işğalçılığı nəticəsində müəyyən edilmişdir. Amma prezident Bill Klinton onu hərbiləşdirən “Gatekeeper” əməliyyatını başlayana, 1994-cü ilə kimi sərhəd tamamilə açıq idi. Ona qədər insanlar öz yaxınları və doğmaları ilə görüşmək üçün sərhədi rahat şəkildə keçirdilər. Çox güman ki, “Gatekeeper” əməliyyatı həmin il baş vermiş daha bir hadisə ilə də bağlıdır, daha dəqiq desək, azad ticarət haqda Şimali Amerika müqaviləsinin həyata keçirilməsi ilə. Qeyd etmək lazımdır ki, “azad icarət” ifadəsi bu sənədin mahiyyətini düzgün ifadə etmir.
Klinton administrasiyası,şübhəsiz,  başa düşürdü ki, meksikalı fermerlər nə qədər effektiv təsərrüfat yürütsələr də, ABŞ-ın aktiv şəkildə subsiydiyalarla  təmin edilən aqrosənayesi ilə rəqabət apara bilməzlər və Meksika biznesi Meksikada xüsusi səlahiyyət qazanmış müqavilə şərtlərinə əsasən Amerikanın transmilli korporasiyaları ilə rəqabət aparmağı bacarmaz. Bu dəyişikliklər labüddən immiqrantları kütləvi şəkildə sərhədi keçməyə məcbur etməli idi.
Bəzi sərhədlər onların təmsil etdiyi və dəstəklədiyi kin və münaqişələrin zəifləməsinə paralel olaraq dağılır. Buna ən xarakterik nümunə - Avropadır. O, dünyada yüzilliklər ərzində iyrənc və qanlı müharibələrlə əhatə olunmuş ən qəddar region olub. Məhz bu münaqişlər zamanı hazırlanmış texnologiya və müharibə mədəniyyəti Avropanın sülh qazanmasına imkan verdi. Bununla belə, təsvir edilməz barbarlığın- İkinci Dünya müharibəsinin - sonuncu qığılcımından sonra avropalılar bir-birini məhv etməyi dayandırdılar.

Alimlər bunu demokratiyanın sülh bərqarər etmək ideyası ilə əlaqələndirilər,hansı ki, demokratik ölkələrin bir-birilə müharibə etməyi sevmədiyini nəzərdə tutur. Amma, bəlkə avropalılar sadəcə anlayıblar: onların əlində elə bir dağıdıcı güc var ki, növbəti dəfə sevimli oyunlarını oynamaq onlar üçün son ola bilər.
Avropa ölkələri arasındakı sıx inteqrasiya ciddi problemlərsiz ötüşmür, amma əvvəl olanlarla müqayisədə, bu irəli atılmış böyük addımdır.
Son zamanlara qədər sərhədlərin faktiki olaraq olmadığı Yaxın Şərqdəki hadisələrin analoji inkişafını presedentsiz adlandırmaq çətin olardı. Yaxın Şərq sərhədləri də dağılır, amma dəhşətli metodlarla.


 Görünür, Suriyanın intihara doğru qarşısıalınmaz sürünməsi ölkəninin süqutu deməkdir. Hazırda The Independent –də çalışan, Yaxın Şərq üzrə təcrübəli müxbir Patrik Kokbern proqnoz verir ki, Suriya hadisələri və onun regional nəticələri Sayks-Piko rejiminin sonuna gətirib çıxara bilər. Suriyadakı Vətəndaş müharibəsi 10 il əvvəl başlanmış amerikan-britaniya qoşununun İraqa soxulmasının ən qorxulu nəticələrindən biri olan sünnilər və şiələr arasında konfliktin yenidən qızışmasına səbəb oldu. İraqın və Suriyanın kürd regionları muxtariyyətə doğru irəliləyir və qarşılıqlı əlaqələri möhkəmləndirirlər. Bir çox analitiklər hesab edirlər ki, kürd dövləti fələstin dövlətindən qabaq yarana bilər.

Əgər Fələstin nə vaxtsa hakim beynəlxalq konsensusa yaxın bir əsasda müstəqillik qazansa, onun İsraillə sərhədləri,çox güman ki, normal kommersiya və mədəniyyət mübadiləsi vasitəsilə yuyulacaq, necə ki, keçmişdə dinclik vaxtında bu baş verirdi.
Bu daha sıx regional inteqrasiyaya və - bəlkə də - Qalileyi İsrail və Livan arasında bölən süni cizginin yox olmasına doğru atılmış addım olardı. O zaman insanlar mənim həyat yoldaşımla 60 il əvvəl keçdiyim sərhədi yenidən sərbəst keçərdilər.
Sərhədlərin yuyulması və dövlətlərin leqitimliyi ilk planda Yer Kürəsinin kimə məxsus olması haqda ciddi məsələləri ortaya çıxarır. Deyək ki, parnik qazları ilə çirkləndirilən, hansı ki, may ayında miqdarı haqda xüsusilə təhlükəli  həddi keçdiyimizi öyrəndik, dünya atmosferi kimə məxsusdur?
Yer Kürəsinin yaxınlaşan ekoloji fəlakətdən müdafiəyə ehtiyacı olması faktı istənilən ağıllı və savadlı insana aydındır. Bu böhrana olan reaksiyalar arasındakı fərq – müasir tarixin ən maraqlı simalarındandır.
Təbiətin müdafiəsi üçün mübarizədə ön yerlərdə tez-tez “primitiv” adlandırılan insanlar – yerli və qəbilə birliklərinin üzvləri, imperiyaların hücumlarına məruz qalmış xalqların qalıqları dayanır. Təbiətə olan hücumlara isə özlərini inkişaf etmiş və mədəni adlandıran-ən zəngin və güclü dövlətlər başçılıq edir.

Ümumi dəyərlər uğrunda mübarizə müxtəlif formalar alır. Bu mübarizə  kiçik formada Türkiyə meydanı Taksimdə aparılır, harda ki, cəsur kişi və qadınlar İstambulda ümumi sərvətin son parçalarından birini bu qədim xəzinələri məhv edən həm  kommersiyalaşdırma buldozerindən, həm avtokratik idarəetmədən qoruyurlar.
Taksim meydanının müdafiəçiləri – bizim ümumi sərvətlərimizin bu buldozerdən müdafiəsinin  dünyəvi mübarizəsinin avanqardıdır. Əgər  sərhədsiz dünyadakı insanlığın ləyaqətli yaşaması üçün bizə  ümid lazımdırsa, biz hamımız bu mübarizədə qətiyyətlə və cəsarətlə iştirak etməliyik. Biz bütün insanlara məxsus olanları qorumalıyıq, yoxsa onlar məhv olacaq.

Məqalə Noam Xomskinin 14 iyun 2013-cü ildə  Beyrutun Amerika Universitetində söylədiyi nitqin redaktə olunmuş formasıdır.


Tərcümə    Azərbaycan Ekososialistlərinə məxsusdur

29 июл. 2013 г.

«Liberal», «liberalist» və «liberast»


“Liberalizm”... Bəziləri üçün “bizim hər şeyimiz” və insanlığın inkişafında çələng, digərləri üçün az qala söyüşdür. Əsası hələ Volterin povestlərində və publisistikasında qoyulmuş ideologiya. Bundan başqa, müasir dövrdə vahid liberal ideologiyanın mövcudluğu haqda danışmaq, məsəslən, millətçiliyin vahid doktrinasının varlığı haqda danışmaq kimi əsassızdır. Millətçilik sözü altında şərti olaraq müxtəlif şeyləri, nə gəldi başa düşürlər. Liberalizmlə də vəziyyət eynidir.

Liberalizm siyasi həyatda şəxsiyyətin toxunulmazlığı, onun hüquq və azadlıqlarının qanunla müdafiəsinin vacibliyi,hakimiyyətin bölünməsi,yerli birliklərin müstəqilliyi, müstəqil və açıq məhkəmə, dünyəvi dövlət və s.kimi fundamental prinsiplərə riayət etməyi nəzərdə tutur və həqiqətən siyasi liberal olmaq onun ruhuna və əlifbasına ciddi əməl etmək deməkdir. Bu dəyərləri bölüşmək və onlara əməl etmək üçün öz iqtisadi baxışında liberal olmaq vacib deyil – bu prinsiplər həm sosial-demokratlar,həm xalq sosialistləri, həm də kommunistlərin bir qismi üçün ümumidir. Millətçilərin də arasında bu əsasları bölüşənlərə rast gəlinir (hər halda yalnız sözdə). Sosial liberalizm strukturlaşmış vətəndaş cəmiyyətinə can atır – bəs bu 21-ci əsr xalqçılığı deyilmi, harda ki, çoxdan yox olmuş kənd icmasını özfəaliyyət strukturlarının səpintiləri ( qyeri-kommersiya təşkilatları, yerli özünüidarə orqanları,dini icmalar, etnik diasporlar və s.) əvəz edir.

İqtisadi liberalizm isə, əksinə, cəmiyyəti çoxqatlı,çoxstrukturlu bütöv kimi deyil, atom insan-hissəciklərin, “iqtisadi insanların” Broun hərəkəti kimi nəzərdən keçirir. İqtisadi liberalizmin müqəddəs inəyi Bazardır. Əgər siyasi liberalizm dövlətin funksiyalarını vətəndaş cəmiyyətinin xeyrinə məhdudlaşdırmağa çalışırsa, iqtisadi liberalizm şəxsi təşəbbüsə mane olmamaq  üçün milli təsərrüfatda dövlətin rolunu “gecə qarovulu” roluna endirməyə çalışır. Bununla belə, o azad sahibkarlıqdan ötrü sosial siyasəti minimallaşdırmaq istəyir.
Belə liberalizm demokratiya və siyasi azadlığı mütləq dəyərlər kimi nəzərdə tutmur. O, azad iqtisadiyyat naminə Ali Şuranı və ya prezident sarayını güllələyə bilər.Vətəndaşların hüquq və azadlığını məhdudlaşdırmaq və ya hətta müvəqqəti ləğv etmək; demokratiyanı hansısa “yeddi bankir” oliqarxa, “üç  yüz ailəyə” vermək və ya general diktaturası qurmaq... Seçki hüququnu pul və ya mülkiyyət senzi vasitəsilə məhdudlaşdırmaq. Xalqları məhv etmək, ehtiyat kimi satmaq və ya liberal sivilizasiya çərçivəsinə aid olmayan xalqları opiumla zəhərləmək.

Beləliklə, iki konseptual fərqli liberalizmlə qaşılaşırıq. Amma liberalizmin ayrıca fərdə və ya bütünlükdə cəmiyyətə nəzərən azlıqların (istənlən azlıqların- təkcə etnik və dini azlıqların deyil) hüquqlarını mütləqləşdirən üçüncü növü də var. Liberalizmin bu növü “libertarianlıq” adlandırılır, rus publisistləri onu “liberastlıq” adlandırırlar. Bu növ liberallar istənilən azlıq üçün xüsusi hüquqlar və hətta üstünlüklər tələb edirlər. Müasir Avropada liberalizmin məhz bu növü qələbə çalıb. Belə liberalizm nöqteyi nəzərindən əhalinin istənilən azsaylı qrupun hüququ xüsusi dəyərə malikdir, bu istər zoofil və ya pedofil olsun,istərsə də, narkoman və manyaklar. Libertarianizm fəlsəfəsinə əsasən hətta ,məsələn, cinayətkarlar və terroristlər də əhalinin qanuna riayət edən çoxluğuna nəzərən “müqəddəs” hüquqlara malikdirlər. Bu koordinat sisteminin azlıqlarına oliqarxlar da aiddir – azsaylı sosial azlıq kimi ( 1-ci növü – A, 2-ci növü B,3-cü növü – C adlandıraq).

Avropada isə məhz 3-cü növ liberalism hakim mövqe tutub. Hər iki ideoloqem klassik liberalizmdən uzaqdır. Ritorik bir sual vermək qalır: əgər Avropa şəhərlərinin küçələrində heyvan müdafiəçiləri və zoofillər bir-birilə toqquşsalar, yerli Femida hansı tərəfi tutacaq? Axı, onların hər ikisi əks mövqedə dayanan azlıqlardır.
Liberal B parlamentli demokratiya tərəfdarı ola bilər, amma müqəddəs mülkiyyət hüququnun qeyri-liberal metodlarla müdafiəsi üçün general-qorillanı çağıra bilər.
Liberal C (liberast) də həmçinin onun bütün mümkün azlıqların müqəddəs hüquqları anlayışını bölüşməyən xalqların başına bomba yağdırmağa hazırdır. Bu iki liberalizm növü arasındakı fərq Buş və Obamanın ritorikası arasındakı fərqə bərabərdir.

Beləliklə, qarşımızda çox şeydə liberalizmə zidd olan 3 müxtəlif növ var: anlayışlar qarışıq düşməsin deyə, Liberalizm A tərəfdarını “liberalist”, liberalizm B tərəfdarını – sadəcə “liberal”, liberalizm C tərəfdarını – “libertarian”, sadə dildə “liberast”, onun klassik liberalizmdən fərqlənən inam simvolunu isə - “liberazm” adlandıraq. Müasir qərb dünyasının tendensiyası olan B və C liberalizmlər liberalizmə A-ya qarşı birləşirlər. Buna nümunə olaraq, çoxsaylı qərb və qərbə meyilli KİV-i göstərmək olar. Məlumatsız və qərəzli insanlar bu 3 liberalizm arasında əsas fərqləri bilmədən onları birləşdirirlər.
Bugün liberalizmin “liberallardan” və “liberastlardan” müdafiəsinə  ideyaca liberalizmdən uzaq olan insanlar – sosialistlər və kommunistlər,monarxistlər, xalqçılar və digərləri qalxırlar. Əgər “liberallar” oliqarxların qanunsuz yolla qazandıqları kapitalları, “liberastlar” pedofillərin müqəddəs hüquqlarını müdafiə etmək üçün jandarmeriya çağırırsa, liberalistlər “liberal olmayan” çoxluğun tərəfində olur.
Sonda müasir Avropanın məşhur yazıçısı və mütəffəkiri Mişel Uelbekdən sitat gətirək:
Biz liberalizm ideologiyasından üz döndəririk, çünki, o bizim həyatımıza məna qatmaq, individin insan cəmiyyəti adlandırılmağa layiq cəmiyyətdə özü kimiləri ilə birlikdə dinc yaşaması üçün yol göstərmək bacarığında deyil. Burası da var ki, o heç belə hədəflər də qoymur – onun hədəfləri tamamilə başqadır.
Liberalizm eres kimi doğuldu, doqmaya çevrildi və yeni doqmalarla sıxışdırılıb çıxarılmış mövhumat kimi məhv oldu. Onun əsas prinsipləri bir gün yeni həyat qazancaq.. amma artıq qeyri-liberal əllərdə.

Анатолий Беднов


Tərcümə: Günel Muradova

25 июл. 2013 г.

ABŞ nələr üzrə birinci yerdədir

Məhbusların sayına görə. Özü də xüsusi göstərişli həbsxanalarda işgəncəyə icazə verilir.

Həddi-buluğa çatmamış gənclərin ölüm hökmü sayına görə (2/3).
Qatillərin sayına görə. Ən məşhur manyakların 74%-i Amerikanın payına düşür,baxmayaraq ki, orada dünya əhalisinin 5%-i yaşayır.

Narkotik istifadə edən insanaların sayına görə. 

Gey və lesbiyanların,həmçinin porno aktyor və aktrisaların sayına görə.

Hərbi büdcəsinin böyüklüyünə və İkinci Dünya müharibəsindən sonra hərbi kompaniyaların sayına görə.

Əhalinin əlində olan silah sayına görə.
Tibbi xidmətin bahalığına görə.

Ürək-damar xəstəliklərinin, onkoloji xəstəliklərin və diabet xəstələrinin sayına görə.
Tibbi personalın səhvlərinin sayına görə.

Uşaqlar üzərində zorakılığa görə. Son onilliklərdə ABŞ-da İraqda və Əfqanıstanda həlak olmuş əsgərlərin sayından 4 dəfə çox sayda uşaq ölmüşdür. Hadisələrin 78%-dən çoxunda ölüm səbəbi – uşağın həyatına etinasızlıqdır. ABŞ-da hər gün zorakılıqdan 5 uşaq ölür. Onlardan 80%-i 5 yaşına çatmamış uşaqlardır. ABŞ küçələrində təxminən 3000 000 yeniyetmə yaşayır.
40 000 000 amerikalı 9 -12 yaş arasında cinsi zorakılığa məruz qalmışdır.

950 000 məktəbli yüksək həyəcanlılığın yatırılması üçün trankvilizatorlar vasitəsilə məcburi müalicə almalı olur.

Hər beşinci amerikalı psixi cəhətdən xəstədir.

GMO-lu məhsulların istehsalına görə.

Piylənmədən əziyyət çəkənlərin sayına görə.


Enerji ehtiyatlarından istifadə miqdarına görə - dünya ehtiyatlarının 40%-ni.

24 июл. 2013 г.

İlk mikrodalğalı soba məhz sovet alimləri tərəfindən yaradılıb

Bu hadisə haqda “Trud” qəzetini iyun nömrəsinin sonuncu zolağında həmin vaxt dəyərləndirilməmiş, amma onillər sonra faktiki olaraq bütün dünyanın kulinariya məişətini alt-üst edən kiçik xəbər yerləşdirilmişdi.

Söhbət SSRİ alimləri tərəfindən ixtira olunan mikrodalğalı soba nümunəsindən gedirdi. Tarixi bilən oxucu məlumatın yanlış olduğunu və öz ixtirasını 1945-ci il oktyabrın 8-də patentləşdirmiş Massaçusets ştatından Persi Spenser tərəfindən yaradıldğını iddia edə bilər. Doğrudan da, belə bir rəvayət gəzir ki, mikro dalğalı soba yaratmaq fikri maqnetorn yanında dayanarkən cibindəki şokoladın əridiyini müşahidə edən amerikalının ağlına gəlib. Digər bir versiyaya görə, Persi Spenser diqqət edib ki, qoşulmuş maqnetorn üzərinə qoyduğu buterbrodu qızıb. Həqiqətən maraqlıdır. İndi isə emosiyalardan faktlara keçək, daha doğrusu 1941-ci ildə “Trud” qəzetinin yazdığına baxaq.
Ət məhsullarını hazırlamaq üçün ultrayüksək tezlik cərəyanınından istifadəyə imkan verən ilk xüsusi qurğu ət sənayesinin Ümumittifaq elmi-tədqiqat institutunun maqnit dalğaları laboratoriyasında hazırlanmışdır, və jurnalistin də yazdığı kimi, bu aqreqatda yağı əritmək, kolbasa məhsullarını qaynatmaq, əti isitmək olurdu. Budun hazırlanması isə mövcud texnologiya üçün lazım olan 5-7 saat əvəzinə cəmi 15-20 dəqiqə vaxt aparırdı. Vaxtdan başqa iqtisadi səmərə də qeyd olunur – istehsal xərclərinin iki dəfəyə qədər azalması və məhsulun keyfiyyətinin yaxşılaşması.
Bəs görəsən amerika analoqunu bir neçə il qabaqlaya biləcək bu möcüzəvi-qurğu niyə kütləvi istehsala buraxılmamışdı? Bunun bir çox səbəbləri ola bilər, amma görünür ən əsas səbəb 8 gün sonra ölkənin qarşılaşdığı müharibə oldu. Qurğunun işlənib-hazırlanması ilə mşğul olan insanların bu müharibədə sağ qalıb-qalmaması haqda da tarix susur. Bununla belə, artıq bu vacib deyil. 

23 июл. 2013 г.

Kapitalizm haqda 12 mif

Artıq 20 ildir bizə söyləyirlər ki, kapitalizm ideal olmasa da, mümkün iqtisadi sistemlərdən ən yaxşısıdır, hansı ki, insanı azad edir, özünü göstərmək və həyatda uğura sahib olmaq üçün hər kəsə bərabər imkanlar verir. Bundan əlavə,bizə deyirlər ki, 2008-ci ildən bütün dünyada inkişaf edən böhran – sistemin özünün problemi deyil. Böhran ona görə baş verir ki, hazırda bizdə mövcud olan kapitalizm deyil, digərlərindən fərqlənən yarımfabrikatdır. Guya biz “təmiz” kapitalizmə keçəcik və bizim bütün iqtisadi bəlalarımız öz-özünə sona çatacaqdır. Amma hamı belə düşünmür. Məsələn, müasir kapitalizmin bütün “gözəlliklərini” öz üzərində sınaqdan keçirmiş ölkədən, Portuqaliyadan olan iqtisadçı Qilyermo Alves Koelyo tamamilə fərqli düşünür. O əmindir: “ bir sistem kimi kapitalizm qeyri-effektivdir və tükənmişdir, Köhnə Dünyada isə “ərəb baharına” oxşar kabus dolaşır. Beləliklə, gəlin portuqaliyalı iqtisadçının “kapitalizm haqda 12 mif” məqaləsində izah etdiyi baxışları ilə daha yaxından tanış olaq.

Belə bir məşhur ifadə var ki, hər bir xalq layiq olduğu hökumətə sahibdir. Bu doğru deyil. İnsanlar düşüncə obrazını formalaşdıran təcavüzkar propaqanda vasitəsilə aldadıla, sonra isə asanlıqla manipulyasiya edilə bilən insana çevrilə bilərlər. Yalan və manipulyasiya xalqların kütləvi təzyiqə məruz qalmasının və zülmünün müasir silahıdır. O hətta müharibə aparmağın ənənəvi vasitələrindən daha effektivdir. Əksər hallarda onlar bir-birini tamamlayırlar. Hər iki metod seçkilərdə qələbə qazanılmasında və itaət etməyən ölkələrin məhv edilməsində istifadə olunur, Qilyermo Alves Koelyo yazır. İctimai təfəkkürə təsir etməyin müxtəlif üsulları var, hansında ki, kapitalizm ideologiyası əsaslandırılmışdır və müzakirə edilməyən doqma səviyyəsinə çatdırılmışdır. Bu nəsillər boyunca milyon dəfələrlə təkrarlanan yalançı həqiqətlərin ahəngidir və buna görə də çoxları üçün şübhəsizdir. Onlar kütlələrin dəstəyini və etiqadını qazanmaqdan ötrü kapitalizmi etibarlı bir sistem kimi göstərmək üçün işlənib hazırlanıblar. Bu miflərin yayılmasına KİV,təhsil müəssisələri, ailə ənənələri, dini münasibətlər və s. Imkan yaratdılar. Bu miflərdən ən çox yayılmışları bunlardır.

Mif 1. Kapitalizmdə kim çox işləyir, o zəngin ola bilər.
Guya kapitalizm sistemi zəhmətkeş insanların varlanmasını avtomatik təmin edir. Bu mənada adi zəhmətkeşləri aldadıcı ümidlər formalaşdırır, və onların planları həyata keçmədikdə onlar bunda yalnız özlərini günahlandırırlar.
Əslində isə, kapitalizmdə nə qədər işləməyinizdən asılı olmayaraq, uğurun ehtimalı təxminən lotereyada olduğu kimidir. Var-dövlət, çox nadir istisnalarla, ağır işlə yaradılmır, böyük təsirə və hakimiyyətə malik insanların fırıldaqlarının nəticəsidir və onlarda əxlaq prinsiplərin olmamasıdır. Bu mifdir ki, uğur müvəffəqiyyət və yaxşı optimizm dozasının birləşməsi ilə ağır işin nəticəsidir və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq bacarığından və rəqabət səviyyəsindən asılıdır. Bu mifi sistemi dəstəkləyən ardıcılları yaradır. Din də həmçinin bu mifi dəstəkləmək üçün çalışır.
Mif 2. Kapitalizm hamı üçün zənginlik və çiçəklənmə yaradır
Azlığın əlində cəmlənmiş var-dövlət guya tez və ya gec hamı arasında bölüşdürüləcək. Məqsəd iş verənin zənginləşməsini əlavə suallar olmadan təmin etməkdən ibarətdir. Eyni zamanda da hamıya buna inanmaq təklif olunur ki, gec ya tez işçilər öz işlərinə və işə sadiqliklərinə görə layiqli mükafat alacaqlar.
Əslində isə, hələ Karl Marks bu nəticəyə gəlmişdi ki, kapitalizmin son hədəfi var-dövlətin ədalətli bölünməsi yox, onun daimi toplanması və bir əldə cəmlənməsidir. Son onilliklər, xüsusilə neoliberalizmin qlobal ağalığı bərqərar olduqdan sonra varlılar və yoxsullar arasında böyüyən uçurum – həm ayrı-ayrı insanlar, həm də ölkələr arasında, marksizmin doğruluğunu sübut etdi. Qeyd etdiyimiz mif kapitalizmin sosiallaşdırılması adlandırılan mərhələsində ən geniş yayılmış mif idi və onun əsas məqsədi sosializm ölkələrinin məhvi idi.
Mif 3. Biz hamımız bir qayıqdayıq
Kapitalizm cəmiyyətində guya siniflər yoxdur, ona görə də uğursuzluqlara və böhranlara görə məsuliyyət hamının üzərinə düşür, və hamı hər şeyə görə ödəməli olur. Məqsəd adi işçilərdə günah kompleksi yaratmaqdır ki, bu da kapitalistə itkiləırinin bir hissəsini adi insanların çiyninə qoymaqla öz gəlirini artırmaq imkanı verir.
Əslində, bütün məsuliyyət dövlətin müdafiə etdiyi, milyarderlərdən ibarət elitanın üzərinə düşür, elita  isə öz növbəsində dövləti müdafiə edir. Onlar vergilərdə,tenderlərdə, maliyyə spekulyasiyasında və s.  həmişə daha çox güzəştlərdən istifadə ediblər. İnsanların bədbəxt vəziyyətinə görə məsuliyyətdən qaçmaq və onları elitanın səhvlərinə görə ödəməyə məcbur etmək üçün bu mif eliitaya implantasiya olunur.
Mif 4. Kapitalizm – azadlıqdır
Guya həqiqi azadlığa kapitalizmdə yalnız “bazarın özünə nəzarəti” sayəsində nail olmaq olar. Məqsəd bundan ibarətdir ki, hər şeyin olduğu kimi qəbul edildiyi kapitalizmin dininə bənzər bir şey yaradılsın, həmçinin insanların makroiqtisadi qərarların qəbul edilməsində iştirak hüququ əllərindən alınsın.
Əslində, qərarların qəbul edilməsində azadlıq azadlığın sonuncu formasıdır, amma  o yalnız nüfuzlu şəxslərin dar dairəsinin imtiyazıdır, adi insanların və ya hətta dövlət müəssisələrinin deyil. Bütün mümkün sammit və forumlar zamanı nəhəng kompaniya, bank və transmilli korporasiya  rəhbərləri bağlı qapılar arxasında dar çevrədə strateji xarakterdə böyük maliyyə qərarları və iqtisadi qərarlar qəbul edirlər. Beləliklə, bazarlar özü-özünə nəzarət etmir, hazırki zamanda iri sahibkarlar onları manipulyasiya edir. Qeyri-kapitalist ölkələrdə guya demokratiyanın əsası olan bazar azadlığının olmaması doqmasına əsaslanan bu mif həmin ölkələrin daxili işlərinə qarışılmasına bəraət qazandırmaq üçün istifadə olunmuşdur.
Mif 5. Kapitalizm demokratiyadır
İddia olunur ki, demokratiya yalnız kapitalizmdə mövcud ola bilər. Sərbəst şəkildə bundan əvvəlki  mifdən süzülən bu mif başdan ictimai quruluşun istənilən başqa modellərinin müzakirəsinin qarşısını almaq üçün yaradılmışdır. O iddia edir ki, bütün digər modellər diktaturadırlar. Kapitaizm azadlıq və demokratiya kimi anlayışlara qəsb edir, onların mənası isə təhrif olunur.
Əslində, kapitalizm cəmiyyəti elitar azlıq olan varlıların bütün həyat sahələrində yerdə qalan digərləri üzərində hakimlik etdiyi siniflərə bölünmüşdür. Belə kapitalist “demokratiya” gizli diktaturadan başqa bir şey deyil, “demokratik islahatlar” isə inkişafa əks proseslərdir. Bundan əvvəl qeyd etdiyimiz mif kimi, demokratiya haqqında mif də qeyri-kapitalist ölkələrə qarşı olan tənqidlərə və hücumlara bəhanədir.
Mif 6. Seçkilər demokratiyanın sinonimidir
Seçkilər demokratiyanın sinonimi və ali ifadəsidir. Bu mifin məqsədi digər siyasi sistemləri qaralamaqdan və ya iblisləşdirməkdən və liderləri burjua kriteriyaları ilə təyin olunmayan, alternativ imkanları olan cəmiyyətdə müzakirələrin qarşısını almaqdan ibarətdir.
Həqiqətdə, kapitalizmdə seçkilər mütləq ikiüzlülük və fırıldaq zirvəsidir. Harada ki, səsvermə sadəcə şərti ritual, seçkilər isə formal aktdır. Seçkilərdə həmişə burjua azlığının nümayəndələrinin qalib gəlməsi faktı onların aşkar qeyri-obyektivliyini göstərir. Burjua seçkilərinin demokratiyanın mövcudluğuna zəmanət verməsi mifi ən çox möhkəmlənmiş miflərdəndir, və hətta bəzi sol partiyalar bu yalana aldanıblar.
Mif 7. Hakimiyyətdə bir-birini əvəz edən partiyalar demokratik seçkilərin mövcudluğuna sübutdur.
Əslində bu tamamilə cəfəngiyyatdır. Tipik nümunə - daim bir-birini əvəz edən,praktiki olaraq heç nə ilə fərqlənməyən və eyni bir siyasəti ən xırda detallarına qədər yürüdən iki əsas burjua partiyasının mövcud olduğu ABŞ-ın ikipartiyalı sistemidir. Seçim çoxluğu haqda mifin məqsədi kapitalizm sistemini və guya vətəndaşların azad iradəsi nəticəsində hakimiyyətə gələn hakim sinfi  əbədiləşdirməkdən bundan ibarətdir.
Əslində həm ikipartiyalı,həm də çoxpartiyalı parlament sistemi mahiyyətcə birpartiyalı sistemdir. Bu eyni siyasi qüvvənin iki və ya çox fraksiyası alternativ siyasətli partiyaları yamsılamaqla bir-birini əvəz edirlər. İnsanlar həmişə ən yaxşı seçim etdiklərinə əmin olaraq, sistemin agentlərini seçirlər.Həqiqətdə isə, heç bir seçimə sahib deyillər. Burjua partiyalarının müxtəlif platformalara sahib olması və hətta müxalifətdə olması haqda mif ən vacib miflərdəndir, o hakimiyyətin kapitslist sistemini leqitim etməkdən ötrü daim təzyiq edir.
Mif 8. Seçilmiş siyasətçi xalqı təmsil edir və ona görə də onun əvəzinə qərar verə bilər
 Siyasətçi xalqdan hakimiyyət aldı, və ONU istədiyi kimi idarə edə bilər. Mifin məqsədi insanları boş andlarla doyuzdurmaq və praktikada reallaşacaq real tədbirləri gizlətməkdir.
Əslində, seçilmiş lider bu andları yerinə yetirməyəcək, ya da, daha pis, tez-tez hətta konstitusiyaya belə zidd olan bəyan edilməmiş tədbirləri həyata keçirəcək. Belə siyasətçilər adətən aktiv azlıq tərəfindən seçilir və öz müddətinin ortalarında minimal populyarlıq qazanırlar. Amma belə hallarda da xalq etimadının itirilməsi siyasətin konstitusiya yolu ilə dəyişməsinə gətirmir, lakin, əksinə, kapitalizm demokratiyasının real və ya gizli diktatura şəklində yaranmasına gətirir. Kapitalizmdə demokratiyanın saxtalaşdırılmasının sistematik praktikası seçkilərə qatılmayan insanların sayının artmasının əsas səbəblərindən biridir.
Mif 9. Kapitalizmin alternativi yoxdur
Kapitalizm nə mükəmməl, nə də yeganə mümkün ictimai quruluş deyil, o sadəcə bugünkü hakim iqtisadi və siyasi elita üçün daha münasibdir. Mifin məqsədi hətta potensial konkurensiyanı digər sistemlərin öyrənilməsi və inkişaf imkanlarının məhv edilməsi yolu ilə,bunun üçün zorakılıq da daxil olmaqla bütün mümkün vasitələrdən istifadə etməklə, aradan qaldırmaqdan ibarətdir.
Əslində digər siyasi və iqtisadi sistemlər də var, onlardan ən məşhuru isə elmi sosializmdir. Bu mif kapitalizmin digər alternativlərini müzakirəsinin qarşısını almaq və cəmiyyətin itaətkar şəkildə yekdilliyni təmin etməkdən ötrü insanları qorxutmaq üçün yaradılmışdır.
Mif 10. İqtisadiyyat var-dövlət yaradır
Guya iqtisadi böhrana səbəb işçilərə ifrat güzəştlərin olunmasıdır. Əgər onlar aradan qaldırılsa, dövlət qənaət edər və ölkə böhranın öhdəsindən gələr. Məqsəd – kapitalistlərin borclarının ödənilməsinə görə məsuliyyəti dövlət sektorunun, həmçinin,təqaüdçülərin üzərinə atmaqdır. Böhranın müvəqqəti olduğuna inandırmaqla insanları yoxsulluqla razılaşmağa məcbur etməkdir. Mif həmçinin dövlət sektorunun özəlləşdirilməsini asanlaşdırmaq məqsədi daşıyır. Xalqı inandırırlar ki, “sağ qalmaq” üçün qənaət edirlər, bununla belə onun gələcək gəlirləri itiriləcək daha gəlirli sahələrin özəlləşdirilməsi haqda heç bir söz demirlər. Bu siyasət dövlətin gəlirlərinin azalmasına və güzəşt,təqaüd və müavinətlərin ixtisarına gətirib çıxarır. Bugün sosial imtiyazların kütləvi ixtisarının baş verdiyi, yüz milyardlarla avronun isə aparıcı bankların xilasına yönəldiyi Avropa Birliyi ölkələri – kapitalizm iqtisadiyyatının çirkin reallığının əyani illustrasiyasıdır.
Mif 11. Dövlətin rolu nə qədər az olsa, o qədər yaxşıdır
Guya ki, özəl sektor iqtisaddiyyatı dövlət sektorundan daha yaxşı idarə edir. Bu mif öncəkini tamamlayır. Əslində, bir qayda olaraq, özəlləşdirmədən sonrakı bölüşdürmə həmişə işçilər üçün mənfidir, çünki, vergiödəyicisinə təzyiq artır, müavinətlər və təqaüdlər isə azalır. Kapitalist nöqteyi nəzərindən ictimai sektorun idarə edilməsi sadəcə biznes üçün imkandır. Kapitalizm üçün sosial ədalət heç nədir. Bu mif neoliberal kapitalizmin ən “ideoloji” miflərindəndir. Ölkəni özəl sektor idarə etməlidir, dövlət isə sadəcə onu dəstəkləməlidir.
Mif 12. Kapitalizmin bugünkü böhranı qısamüddətlidir və xalqın xeyrinə həll olunacaq
Hazırki maliyyə-iqtisadi böhran guya kapitalizmin adi tsiklik böhranıdır, sistemin böhranı deyil və onun məhvinə gətirməyəcək. Mif hər şeydən əvvəl maliyyə kapitalı üçün daldalanacaqdır, hansı ki, mümkün olduğu qədər dövləti qarət və insanları istismar etməkdə maraqlıdır. Bu həm də hakimiyyətdə qalamaq üçün vasitədir. Bununla belə, mahiyyətcə və Marksa görə, bugün baş verənlər kapitalizm sisteminin sistem böhranıdır,yəni, istehsalın ictimai xarakteri və gəlir qazanmağın özəl xarakteri arasındakı ziddiyyət artımı mövcud sistem çərçivəsində prinsipial olaraq həll olunmazdır. Bəzi kapitalist nəzəriyyəçilər,həmçinin, “sosialistlər” və sosial-demokratlar iddia edirlər: kapitalizm dəyişsə, xilas olmağı bacarar.
Onlar iddia edirlər ki, böhran siyasətçilərin, acgöz bankirlərin və spekulyantların ayrı-ayrı səhvləri ilə və ya liderlərin yeni ideyalarının və münaqişələrin həlli mexanizmlərinin olmaması ilə izah olunur. Amma ki, bugün bizim şahidi olduqlarımız, - yaxşılaşmağa heç bir ümid olmadan, insanların həyat səviyyəsinin daim pisləşməsidir. Kapitalizm məhv olur, amma bu xalqlar üçün böyük itkilərlə baş verəcək yavaş prosesdir. Portuqaliyalı alim hesab edir ki, bizim işimiz onun tezliklə yox olmasına şərait yaratmaqdır.
Beləliklə, bizim tədqiqatçı neoliberal kapitalizmin bügün dünyada mövcud olan universal modelini tənqid etdi. Bununla belə, bir çox yerli mütəxəssislər qeyd edirlər ki, dünya kapitalizmində olan ümumi çatışmamazlıqlardan başqa bu iqtisadi formasiya xüsusilə bizə - postsovet məkanı ölkələrinə yaraşmır. Hər şeydən əvvəl ona görə ki, birgə iş həyatımızın çox əsrlik ənənələri,böyük ərazi və daim xarici düşmənlərdən müdafiə olunmağın vacibliyi, bizim xalqlarda anadangəlmə kollektivizm hissi yaradıb.
Kapitalizmin qurulmasında yerli təcrübə göstərir ki, Qərbdən fərqli olaraq, harda ki, müəyyən şəraitlərdə bir müddət az-çox müsbət rol oynamağı bacarmışdı, kapitalizm bir sistem kimi keçmiş SSRİ-i ölkələrinə yaramır.  
Albina Moldavanenko
Tərcümə Günel Muradova

21 июл. 2013 г.

Sovet internetinin üstündən çəkilmiş xətt


Viktor Mixayloviç Qluşkov sovet riyaziyyatçısı,kibernetikidir. Onun rəhbərliyi altında 1966-cı ildə ilk personal EHM “Mir-1” işlənib hazırlanmışdır. İnternet şəbəkəsini ilk proyekti də Qluşkova məxsusdur. Amma o vaxt ABŞ və İsraillə əlaqəsi olan bəzi alim və iqtisadçılar bu layihəni reallaşdırmaqda Qluşkova mane olmuşdular. Çünki, layihəni reallaşdırmaqla SSRİ dünyada ilk internet şəbəkəsinin yaradıcısı olacaqdı və bu yenilik onsuz da öndə olan sovet iqtisadiyyatını və elmini daha qabağa aparacaqdı. Bu haqda alimin öz sözləri ilə tanış olaq

Sovet internetinin üstündən çəkilmiş xətt

XX əsr tarixində ən dahi riyaziyyatçı və kompyuterçilərdən biri olan akademik Viktor Qluşkovun xatirəsi: “İqtisadiyyatın idarəedilməsi üzrə avtomatlaşdırılmış ümumdövlət sisteminin (OQAS) hazırlanması vəzifəsi mənə A.N.Kosıqin tərəfindən 1962-ci ilin noyabrında tapşırılmışdı. Bu vaxta qədər ölkədə artıq iqtisadi informasiyanın işlənməsi üçün hesablama mərkəzlərinin vahid sistemi mövcud idi. Biz özündə geniş zolaqlı rabitə kanalları ilə birləşdirilmiş  iri sənaye şəhərlərində və iqtisadi rayon mərkəzlərində 100-ə yaxın mərkəzi birləşdirən Vahid dövlət şəbəkəsinin ilk eskiz proyektini hazırladıq.

1964-cü ildən başlayaraq (mənim proyektimin yarandığı tarixdən) alim-iqtisadçılar mənə qarşı açıq-aşkar çıxışlar etməyə başladılar, hansı ki, onlardan şoxu sonradan ABŞ-a və İsrailə getdilər. Kosıqin proyektin dəyəri ilə maraqlandı. O təxminən 20 milyard rubl məbləğində qiymətləndirilirdi. Biz xərclərin özünü doğrultmasını nəzərdən keçirdik. Üç beşillik ərzində proqramın reallaşdırılması büdcəyə 100 milardan çox pul gətirəcəkdi. Amma bizim başabəla iqtisadçılarımız Kosıqini çaşdırdılar... Bizi bir tərəfə qoydular, ehtiyyatla yanaşmağa başladılar.
60-cı illərin sonlarında Sov.İKP-nin Mərkəzi Komitəsində və Nazirlər Şurasında informasiya yayıldı ki, amerikalılar hələ 1966-cı ildə informasiya şəbəkəsinin eskiz proyektini hazırlayıblar, yəni, 2 il bizdən sonra. Amma bizdən fərqli olaraq, onlar mübahisə etmirdilər, hazırlayırdılar.

Onda bizdə də narahat olmağa başladılar. Mən Kirilenkonun (Sov.İKP MK-nin katibi) yanına getdim və məktub verdim ki, mənim proyektimin ideyalarına qayıtmaq lazımdır. Komissiya yaradıldı. Ən yaxşısı heç yaradılmayaydı... Bu zaman qərb mətbuatında vakxanaliyaya başlamışdılar. İlk amerikalılar narahat olmağa başladılar... Əlbəttə ki, bizim iqtisadiyyatın istənilən möhkəmlənməsi onlar üçün ən qorxulu şey idi. Buna görə də dərhal bütün kolibrlərdən mənə atəş açmağa başladılar. “Vaşinqton Post”da SSRİ rəhbərliyi haqda “Perfokarta Kremli idarə edir” adlı məqalə çıxdı. İngilis “Qardian”nında nəşr edilmiş məqalə sovet ziyalıları haqda idi. Guya akademin Qluşkov Qərbdəkindən daha qabaqcıl hesablama mərkəzləri şəbəkəsini yaratmağı təklif edir. Əslində, sovet vətəndaşlarının fikirlərini məlumatlar bankında gizlətmək və hər bir insanı izləmək KQB-nin tapşırığı idi. Bu məqaləni SSRİ-yə və sosialist ölkələri düşərgəsinə bir 15 dəfə müxtəlif dillərdə verdilər.
Sonra bu həcvlərin digər aparıcı  kapitalist qazetlərində nəşrləri  yayıldı, yeni məqalələr seriyası. Bu zaman maraqlı şeylər baş verməyə başladı. Mən 1970-ci ildə Monrealdan Moskvaya uçurdum. Təcrübəli təyyarəçin artıq Atlantik okeanı üzərində nəsə əngəl hiss etdi və geri döndü. Məlum oldu ki, yanacağa nəsə qatıbmışlar. Tanrıya şükürlər olsun ki, hər şey geridə qaldı, amma bunun kimin və nə üçün etməsi sual  olaraq qaldı. Bir qədər sonra Yuqoslaviyada isə maşın az qala yük maşını ilə toqquşacaqdı – sürücü möcüzə sayəsində özünü kənara çəkdi.
Bütün bizim müxalifət, xüsusilə iqtisadçılar, mənə qarşı çıxdılar. 1972-ci ilin əvvəlində “İzvestiya” qəzeti “Elektron bum dərsləri” adlı məqalə dərc etdi. Müəllif məqalədə sübut etməyə çalışırdı ki, ABŞ-da hesablama maşınlarına olan tələb aşağı düşüb. ABŞ-da olmuş iqtisadçıların Sov.İKP MK-nə göndərdiyi bir sıra məlumat məktublarında iqtisadiyyatın idarə edilməsi üçün hesablama texnikasından istifadə  abstrakt rəssamlıq dəbi ilə bərabər tutulurdu. Guya, kapitalistlər maşınları ona görə alırlar ki, bu dəbdir, qeyri-müasir görünməsinlər. Bütün bunlar bizim rəhbərliyi azdırırdı”.


Akademikin xatirələrinə görə, bir çox başqa fitnələr,intriqalar,onu SSRİ rəhbərləri ilə aralarını vurmaq cəhdləri də vardı. 1981-ci ilin payızında Viktor Mixayloviç xəstələndi. Uzun müddət Kiyevdə müalicə aldı, oradan Moskvaya köçürüldü. 30 yanvar 1982-ci ildə vəfat etdi. Böyük riyaziyyatçı, kibernetikin cəmi 58 yaşı vardı. Qluşkovun danışdıqlarından başqa, o vaxt SSRİ-də rəqabət qabiliyyətli serverlər,personal kompyuterlər hazırlanmışdı. İnformasiya ötürülməsi üçün protokollar, hətta bugün nə qədər təəccüblü görünsə də, interfeyslər mövcud idi. Onlar proqramlaşdırmanı bilməyən adi sovet idarəedənlərinə,konstruktorlara,alimlərə EHM-lə işləməyə kömək edə bilərdi. Yeri gəlmişkən, alim M.M.Subbotin internetin əsasını təşkil edən ssılka sistemini  ilk dəfə elə həmin Sovet İttifaqında yaratmışdı.

tərcümə Günel Muradova