5 окт. 2016 г.

1993-cü ilin sentyabrın sonu, oktyabrın əvvəlində Moskvada baş vermiş hadisələr haqda nə bilirsiz?
Rusiya gənclərinin çoxu da bilmir, ya da çox az şey bilir. Çünki burjua KİV-ləri bu haqda yazmır, danışmır... Bilənlər də ya özləri araşdırıb öyrəniblər, ya da böyüklərindən eşidiblər.
Qısa desək, Rusiyanın əhalisi amerikançı demokratların iqtidarından cana doymuşdu. Çünki bütün amerikançı demokratlar məzmunca faşist olur. Və o günlər Moskvada bir faşizm havası əsdi. Demokrat Boris Yeltsin əsdirdi. Açıq-aşkar faşistlik etdi, amma təbliğatını qebbelsvari quraraq, parlamentin müdafiəçilərinə "qırmızı-qəhvəyi qüvvələr", yanı kommunistlərlə faşistlərin qarışı dedi, dedizdirdi.
1993-də fəaliyyət göstərən Rusiya parlamenti hələ SSRİ rəsmən buraxılmadan, 1990-da və 1978-ci ilin (Brejnevin) konstitusiyasına əsasən seçilmişdi. Adı: xalq deputatları qurultayı və Ali Sovet. Yanı xalqın özünün nümayəndələrini seçdiyi son parlament idi, deputatlar kapitalistlərin maraqlarını ifadə etmirdilər, kapitalist elitalar və klanlar hələ yaranmamışdı.
Bu parlament Yeltsinə mane olurdu. O vaxtın konstitusiyasına görə prezident Yeltsin parlamenti buraxa bilməzdi. Parlamentin prezident tərəfindən buraxılması dövlət çevrilişi olardı.
Yeltsin hələ 1992-ci ilin yayında ABŞ-a səfərə gedir, oradakı ağalarına öz ölkəsinin parlamentini şikayət edir. ABŞ-da ona dövlət çevrilişində dəstək verməsini söz verirlər. Doğrudan da 1993 sentyabr-oktyabr hadisələrdində Moskvadakı ABŞ səfirliyinin işçiləri, MKİ agentlər hər gün Lubyankaya (Rusiya xüsusi xidmət orqanlarına) gedirdilər, orada məşvərət keçirir, plan cızırdılar...
1993-cü ilin parlamenti neoliberal islahatlara və Qərbin xeyrinə olan vətən xainliyinə qarşı idi. Misal üçün, Yeltsin ABŞ-la "uran müqaviləsi bağlamışdı". Müqaviləyə görə Rusiya ABŞ-a 20-ci əsrdə istehsal edilən bütün uranı, hərbi uranın da 90% verməli idi. Özü də necə! hazır nüvə başlıqları sökülməli idi, uran çıxarılmılı və ABŞ-a qəpik-quruşa satılmalı idi. Burda söhbət uranın ABŞ-a ucuz satılmasında da deyil... Söhbət ondadır ki, bu razılaşmaya görə Rusiya öz hərbi nüvəsinin çox hissəsini məhv edirdi, ABŞ-ın hərbi nüvəsi isə 2-3 qat artırdı, güclənirdi... Parlament bu razılaşmanı ratifikasiya etmirdi.
Misal üçün, parlament Beynəlxalq Valyuta Fondunun 23 tələbini qəbul etmək istəmirdi. Bu tələblərin yerinə yetirilməsi Rusiyanı Qərbin koloniyasına çevirəcəkdi. Azərbaycan hamısını qəbul etdi və koloniyaya çevrildi. Rusiya da sonra, parlamenti dağıdandan sonra etdi. Nəticədə bütün effektivli, rentabelli müəssissələr bağlanıldı, bankrot edildi, qəpik-quruşa özəlləşdirildi, kənd təsərrüfatı çökdürüldü...
Rusiya prezidenti Yeltsin təbii resursların və onlarla bağlı infrastrukturun özəlləşdirməsinə icazə verən qanun qəbul etdirmək istəyirdi. Bu, sovet sosializmdən qalma qanunların, qaydaların ləğvi olacaqdı. Və oldu da, həmin hadisələrdən sonra bütün strateji sovet əmlakı qəpik-quruşa bir qrup oğru tərəfindən mənimsənildi, 75 min zavod-fabrik bağlandı, kolxozlar dağıdıldı... Yanı Rusiyada kapitalizmin bərpası Azərbaycandakı kimi rahat-lukum olmadı, Rusiya xalqı, solçuları əməlli-başlı müqavimət göstərdi. Həmin günlə minlərlə, bəzi məlumatlara görə 15 minə yaxın sovetyanlı vətəndaşın öldürülməsi bunun ən aydın göstəricisidir. Siz də deyirsiz 20 Yanvar belə gəldi, 20 Yanvar belə gedti... Ən şişirdilmiş rəqəmlərlə 147 nəfər həlak oldu 20 Yanvarda. Bu hadisəni tərədənlər hər iki tərəfdən amerikançı olsa da - Qorbaçov və Azərbaycanda sovet hakimiyyətinə qarşı çıxan amerikançı qladyo - hesabı SSRİ-yə, sovet hökumətinə, hətta kommunizmə və ruslara çıxardılar. Və illərdi eyni yalanı təkrarlamaqla onsuz da analiz etməkdə çətinlik çətən, əzbərçi böyüyən nəslin beynini yuyublar...
Amerikançı Yeltsin və digər qərbçilər 15 min vətəndaş öldürdülər bir neçə gündə - bu haqda heç danışan yoxdur. Çünki öldürülənlər sovet tərəfdarı insanlar, öldürən canilər isə Qərb imperializminin maraqlarını ifadə edən bir qrup oğru, bandit, quldur....
Bu sənədli filmdə müəyyən qədər məlumat eşidəcəksiniz. Diqqət edin, Rusiya parlamentini müdafiə edən silahsız 200 min adamı snayperlər, avtomatçılar güllələyir. Haradasa 5-10 qərbçi piketə, mitinqə çıxanda, bütün KİV-lər göstərir, bir sürü "hüquq müdafiəçisi" onların müdafiəsinə qalxır, onları polis maşına soxub aparanda vay-şüvən qopur..... 15 minə yaxın adamı bir neçə gündə öldürdülər - bu haqda danışan yoxdur. Özü də xalqın seçdiyi parlamenti müdafiə etdiyi üçün. 20 Yanvar 1990 ərəfəsində Əbülfəz Əliyevin və İsa Qəmbərin adamları yerlərdə dövlət orqanlarını ələ keçirmişdilər, Bakıda xaos yaratmışdılar, erməni "paqromları" gedirdi, respublika iflic vəziyyətdə idi... Qərbçilər deyir ki, Bakıya qoşun çıxarmaq olmaz... 1993-də Moskvada camaat legitim parlamenti müdafiə edirdi, çünki amerikançı Boris Yeltsin ölkəsini iflic vəziyyətə salmışdı, xalqın seçdiyi parlamenti buraxırdı, nə var nə var - parlament onun istədiyi qanunları qəbul etmirdi.
Bu filmdə o günlər parlamentin sovetyanlı müdafiəçilərinin sıralarında olmuş bir keşiş danışır... Adam baxır, xristianlara qibtə edir.... Hanı ədaləti müdafiə edən bizim molla? Hardadır? Ömür boyu varlının, güclünün süfrəsini yalayıb... Rusiyada isə keşiş zəiflərin sırasında silahlı hərbçilərə qarşı dayanıb...
Amerikançı demokrat Boris Yeltsin əli yalın camaatın üstünə OMON göndərir, adamları döyürlər, havaya atəş açırlar... nə edirlər - faydası olmur, adamlar OMON-a qarşı dirənir... Mənən sındırırlar OMON-u... Bundan sonra OMON-çular, digər hərbi dəstələr dağılışıb gedirlər... Boris Yeltsin onun iqtidarını və neoliberal islahatlarını qoruyacaq silahlı qüvvə tapmır... Və... amerikançı qladyo işə soxulur. Gündüz vaxtı parlamentin müdafişəçiləri İsrail istehsalı olan qısa avtomatlarla silahlanmış, o tərəfə, bu tərəfə gedən adamları görürlər... Gecə isə binalarından damından onlara snayper və avtomat atəşləri başlayır.... Moskvanı qan gölünə bulayırlar.... İrtica əks-inqilabını başa çatdırır...
Boris Yeltsin açıq dövlət çevrilişi etdi, xalqını qanına qaltan elədi.. Ona görə də ağlı başında olan hər bir vicdanlı insan bilir ki, Qərbin "demokrat" dediyi siyasətçi, siyasi qüvvələr məzmunca faşist olur. Onlar elə islamçı terrorçulara, başkəsənlərə "demokrat" deyirdilər.. 1988-lərdən başlayaraq SSRİ məkanındakı milliyətçilərə, faşistlərə "demokrat" deyirdilər... Hamı da inanırdı... İndi isə dünya başqadır... İnsanların müəyyən hissəsi ayılıb... Ona görə də ABŞ Yaxın Şərqdə son vaxtlar hər istədiyini edə bilmir. Çünki bütün dünya Vaşinqtonun hansı qaniçən qüvvələrlə əməkdaşlıq etdiyini gördü, bildi, anladı...
Rusiyanın 1990-cı ildə seçilmiş parlamenti niyə konstitusiyanı pozaraq legitimliyini itirmiş Yeltsinə məğlub oldu?
Eyni, avqust 1991-ci ildə SSRİ-nin xilas etmək istəyənlər uduzduğu səbəblərdən. Çox qətiyyətsizlik etdilər. Lakin 2 il əvvəl baş vermiş avqust hadisələrindən fərqli parlamentin qətiyyətsizliyi daha çox şüurlu passivliklə bağlı idi. Belə ki, parlament xalqa çağırış etmədi, çünki əmin idilər ki, 1991-ci ildən də çox sovet sosializminin bərpasını inid, 1993-də istəyirlər... Çünki keçən bu iki xalqın çox hissəsini ayıltdı. Artıq "azadlıq", "müstəqillik" boşboğazlığına işçilər inanmırdılar... Parlament sovet sosializmini qaytarmaq arzusunda deyildi, bu nöqtədə Yeltsinlə həmfikir idilər. Lakin parlament Yeltsin kimi Rusiyanın Qərbin koloniyası olmasına da razı deyildi. Parlament sadəcə öz mövcudluğunu qorumaq, Qərbin müstəmləkəsi deyil, güclü kapitalist ölkə yaratmaq istəyirdi. Ona görə də xalqa müraciət olmadı, passiv gözləmə, Yeltsinin muzdlu qatillərindən müdafiə mövqeyini tutdu. Məğlub oldu və Rusiya Qərbin müstəmləkəsinə çevrildi... Təkcə Yeltsinin yanında onlarla ABŞ-lı mütəxəssis işlədi, yeni konstitusiyanın, özəlləşdirmə layihəsini və s. taleyüklü məslələrin hamısını onlar həll etdilər... Əlbətdə ki, Qərb kapitalist elitaların xeyrinə... Putin bu işlərə son qoydu. Sırf buna görə ona Qərb "diktator" damğası vurdu. Halbuki Putin liberal-faşist Yeltsindən qat-qat demokratdır...
Həmin bu amerikançı liberal-faşist Yeltsinin vaxtında Azərbaycanda oluqca dağıdıcı siyasi proseslər baş verdi, Yeltsinin Azərbaycandakı ekizləri olan Əbülfəz Əliyevin Xalq Cəbhəsinin zərərli əməllərinin köməyilə Dağlıq Qarabağ və ətrafındakı strateji mövqelər daşnaklar tərəfindən işğal edildi. Yeltsin Putindən fərqli açıq ermənipərəst idi... Ümumiyyətlə, Rusiyanın bütün qərbpərəstləri eyni zamanda ermənipərəstdilər. Ona görə də Rusiyada qərbçilərin iqtidara gəlməsi azərbaycan xalqı üçün bir faciədir.
Amerikançı demokrat Boris Yeltsin konstitusiyanı pozaraq xalqın seçdiyi parlamenti tanklardan vurur... Çünki iclasa yığdığı güc strukturlarının rəhbərləri ona heç bir çıxış yolu təklif edə bilmir. Yeltsin axırda Rusiyanın müxtəlif hərbi bazalarından muzdlu tankçı yığır... Heç bir tank ekipajı parlamenti vurmağa razı olmur, ona görə razılıq verən muzdlu tankçılardan tez-bazar ekipajlar təşkil edib parlamenti vurmağa göndərirlər. Öz xalqının seçdiyi nümayəndələri tankdan vuran, öz xalqının minlərlə övladını öldürtdürən Yeltsindən nə gözləyirsiz? Təbii ki, Rusiyanın Xankəndindəki 366-cı alayın pul müqabilində erməni faşistlərinə Xocalı faciəsini törətməyə yardım etməsi onun vecinə olmayacaq.... Axı o amerikançı demokrat, onu böyüdən partiyanı satmış əxlaqsız, alkaş bir sağçıdır... Yeri gəlmişkən, Yeltsinin valideynləri qolçomaq olub... Yanı adamın mənəviyyatı bu imiş... Genlə keçir... Bunun çarəsi yoxdur... Görün Sovet hökuməti nə qədər kinsiz, ürəyi yumuşaq olub ki, qolçomaq balasının qarşısında bütün qapıları açıq tutub...


Rusiyada 1993-cü ildə sentyabrın sonu, oktyabrın əvvəlində baş vermiş hadisələr şəkillərdə.
Ola bilər, Azərbaycanda bir çoxlarına "sosializm bitdi, heç vaxt qayıtmayacaq" fikri təlqin edildiyi üçün bədbinlik baş alıb gedir... Rusiya başbaşqadır, çünki Rusiya insanı bambaşqadır... Rusiyalıların nə qədər oğrusu, dələduzu varsa, ondan da minlərlə dəfə çox ədalətli, əməksevər, başqasının haqqına göz tikməyən insanı var... Onlar mütləq sosializmi bərpa edəcəklər. Əksini düşünmək mümkün deyil. 1993-cü ildə, antisovetçiliyin tuğyan etdiyi vaxta onlar ayağa qalxıb döyüşdülər, əli yalın çıxdılar tankların, güllənin qabağına... Bu sizə uydurulmuş 20 Yanvar "qəhrəmanlığı" deyil... 20 Yanvarda insanlarımız 100 % inanırdılar ki, ordu atəş açmaz... Çünki ordu sovet ordusu idi, xalqın ordusu idi... Bunu Qorbaçov da bilirdi, Azərbaycandakı amerikançı qladyoçular da bilirdi... Ona görə təxribat lazım idi.. Ona görə Fəhmin Hacıyev və digər cənhəçilər binaların damından sovet ordu hissələrinə atəş açırdılar... Ona görə də Qorbaçov sovet ordusu əvəzinə Bakıya 20 yanvar gecəsi beyinlərinə "azərbaycanlılar erməniləri Bakıda, Sumqayıtda kəsdi, zorladı" yeridilmiş, Stavropol və Krasnodar vilayətlərindən ehtiyyatdakı erməniləri göndərdi... Hər iki amerikançı tərəf - Qorbaçov və cəbhəçilər - 20 yanvar faciəsi törətmək üçün əllərindən gələn təxribatları etdilər. Yanı azərbaycanlılara əvvəlcədən desəydilər ki, ordu atəş aça bilər, küçələr boş olacaqdı. Xalq Cəbhəsinin liderləri, həmçinin Nemət Pənahov camaatı küçələrə tökəndə inandırırdılar ki, ordu atəş açmaz. Heç birinin də - nə özlərinin, nə də qohumlarının - burnu belə qanamadı.
1993-cü ilin oktyabrnda Moskvada baş verən hadisələr başqa idi. Sovet sosializminin bərpasını tələb edən rusiyalılar tanklarla, avtomatlılarla savaşacaqlarını görürdülər, bilirdilər... Və savaşdılar..
1990-nın Yanvarında küçəyə çıxan azərbaycanlıların əksəriyyəti sosializmə qarşı deyil, Qorbaçovun ədalətsizliyinə qarşı çıxmışdılar. 1993-cü ilin oktyabrnda isə rusiyalılar sırf sovet sosializminə qayıtmaq üçün küçələrə çıxmışdılar. Axşam bir az da danışacam o hadisələr haqda.

http://aloban75.livejournal.com/2289934.html

29 сент. 2016 г.



İngiltərə futbol yığmasının baş məşqçisi korrupsioner çıxdı... Bir zəhmət, bizim qərbpərəst sağçılardan və liberallardan dəqiqləşdirin görək Britaniyada "əsl kapitalizm" var ya yox?
 Korrupsiya nədir?
 Korrupsiya - kapitalizmin genetik xəstəliyidir. Əmtəə-pul münasibətlərinin şərtləri korrupsiyanı arzu edilən nəticəni əldə etmə üzrə əmtəə sazişin növü kimi müəyyənləşdirir. Heç bir qanunverici qadağalar və yaxud ictimaiyyətin mübarizəsi korrupsiyaya qalib gələ bilməz. Taa o vaxta kimi ki, korrupsiyanın əsası qoyan istehsal vasitələrinə olan şəxsi mülkiyyət və ictimai istehsalın əmtəə xarakteri məhv edilməsin.
ABŞ və ümumilikdə Qərb imperializminin təsir agentləri, 5-ci kolon intellektualları nə deyirlər desinlər, lakin korrupsiya kimi bir
hadisə yalnız və yalnız ictimai həyatın köklü dəyişdirilməsi - kapitalist sistemin sosialist sistemlə əvəz edilməsi - nəticəsində yox ola bilər.
Yoldaş Stalin korrupsiyaya qalib gəlmişdi. Bizim qərbpərəst manqurtların bir kumiri var - Saakaşvili. Ondan sitat gətirmməyi çox sevirlər: "Rüşvətə qalib gəlməyin çox sadə yolu var. Mən özüm rüşvət almadım, heç kim də almadı."
1-si, artist Saakaşvili rüşvət alıb, komandası da alıb. Saakaşvilinin sponsoru və mənəvi dədəsi Soros dedi ki, "Saalaşvili rüşvəti və korrupsiyanı insiharlaşdırdı, ləğv etmədi". Hə, Şevarnadzenin vaxtı ilə müqayisədə Gürcüstanda rüşvət və korrupsiya azalıb.
2-si, madam bizim qərbpərəstlər belə təmiz lider sevdalısıdır, niyə yoldaş Stalindən iblis yaradırlar?! Rusiyanın sağ-liberal prezidenti Putin də daima sovet sosializminə böhtan atır. Bu gün isə iclas təşkil edib, komandasına göstəriş verib ki, inflyasiyanı 4%-zə endirsinlər.... Hm... Ayə, rəhmətliyin oğlu, bəyənmədiyin sovet sosializmində inflyasiya yox idi. Sən isə inflyasiyanı necə 4 faizə salacağının dərdini çəkirsən... O boyda ağır müharibədən çıxmış SSRİ-də yoldaş Stalin qiymətləri salırdı və eyni vaxtda maaşları artırırdı... SSRİ-də inflyasiya Qorbaçovun burjua islahatlarından sonra baş verdi. O vaxta da "SSRİ" demək olmaz. Qorbaçovun vaxtında sovet sosializmi proyekti faktiki olaraq geri çevrildi. Sırf buna görə Qorbaçovu bu günə kimi QƏrbdə sevirlər, bağrına basırlar, ayaq üstə alqışlayırlar. Və sırf buna görə Qərbdə Boris Yeltsini demokrat hesab edirlər.
Uzunçuluq olmasın, bir tarixi hadisə də nəql edim. Böyük Vətən müharibəsində bir sərkərdə kimi hörmət qazanmış Jukov Berlindən bir neçə vaqon "qənimət" gətizdirir. Bundan yoldaş Stalin xəbər tutur. Onu Odessaya komendant təyin edir. Sonra Jukovun "qənimət" korrupsiyasının həqiqi miqyası məlum olur. (İndiki korrupsiya səviyyəsinə görə heç, qəpik-quruş.) Yoldaş Stalin Jukovu Odessa mahalından da çıxardır, Sibirə daha kiçik vəzifəyə göndərir. Bunun kinini Jukov saxlayır və Xruşşov gilin dövlət çevrilişində onların tərəfində hərəkət edir. Təkcə bu hadisə onu sübut edir ki, yoldaş Stalin təbliğ edildiyi kimi qəddar adam olmayıb, tam tərsi - bağışlayan və ürəyiyumşaq olub. Yoxsa Jukovu da, Xruşşovu da, onlar kimi qeyri-səmimi kommunistləri vaxtında güllələtdirərdi. Onun nüfuzu buna yetərdi.

25 сент. 2016 г.

Əliqələmli müsəlman ziyalıları haqqında bir neçə söz (Nəriman Nərimanov)

Redaksiyaya məktub 

Axır zamanlar, Zaqafqaziyanın oxumuş müsəlmanlarından bəziləri rus qəzetlərində öz məqalələrini dərc etdirirlər. Bir tərəfdən bu, əlbəttə, sevincli bir hadisədir, çünki görünür, müsəlmanlar yavaş-yavaş mətbuat işləri ilə maraqlanmağa başlayırlar. O biri tərəfdən isə bu hadisə çox kədərlidir ki, onlar mətbuat işinin əhəmiyyətini pis anlayırlar. Hər şeydən əvvəl, şübhəsizdir ki, mətbuat müəyyən cəmiyyətə ancaq o zaman yaxşı təsir göstərə bilər ki, o, müzakirəyə qoyulan və bütün cəmiyyətə aid olan məsələyə tamamilə qərəzsiz yanaşsın və qəzetlərdə irəli sürülən fikirlər cəmiyyətin kütləsi üçün aydın olsun.
Böyük təəssüflər olsun ki, bu məqalələrdə nə birincisini, nə də ikincisini görmək olur. Bu məqalələr eyni bir xarakterdədir, yəni: mədəniyyət cəhətdən müsəlmanların geriliyi. Məsələn, rus qəzetlərinin nömrələri indi qarşımızdadır. Həmin nömrələrdə bu kimi məsələlərə toxunulur: Zaqafqaziyada ruhanilərin vəziyyəti, müsəlman qadınlarının təhsil alması zərurəti, vətən dili olan rus dilinin öyrənilməsi zərurəti daha təbii olan üsul-cədidin üstünlüyü və i. a.
Görünür ki, bu məqalələrin müəllifləri, mədəni cəhətdən geridə qalmış öz həmməzhəblərinə müəyyən bir xeyir vermək istəyirlər; onlar var qüvvələri ilə avam camaatı cəhalət girdabından xilas edib həqiqət yoluna salmağa çalışırlar. Lakin, əfsus! Bu ağaların zəhməti, xidmət etdikləri və onların gözündə cahil və dərrakəsiz görünən bir cəmiyyətə çətin azacıq bir xeyir verəcəkdir. Doğrudur, yuxarıda adları çəkilən məqalələrin məqsədi oxuyan rus camaatını Zaqafqaziya müsəlmanlarının ictimai həyatı ilə tanış etmək olsaydı, onda, əlbəttə, bundan danışmağa dəyərdi. Lakin iş bundadır ki, həmin məqalələr bu və ya başqa bir məsələnin həllində fəal iştirak etmələri lazım gəldiyi Zaqafqaziya müsəlmanlarına müraciətlə bir vəz xarakterini daşıyır. Lakin bu vəz onlara çox vaxt çatmır. Aydın olmaq üçün həmin məqalələrin məzmununu biz qısaca nəzərdən keçirək.
Müəlliflərdən biri, umumiyyətlə müsəlman ruhanilərindən danışdıqda, İran mollalarının hərəkətindən, ağzı köpüklü danışır və deyir ki, İran mollaları Zaqafqaziya müsəlmanlarının etimadından və fanatizmindən istifadə edərək onları amansızcasına və insafsızcasına istismar edirlər və hətta utanmayıb, guya müsəlman şəraitinin dünyəvi təhsilinə yol vermədiyini təbliğ edirlər... Məqalənin axırında müəllif öz həmməzhəblərindən xahiş edir ki, quldur mollaların sözlərinə qulaq asmasınlar və İran mollalarının yekə ciblərinə doldurduqları pulu, başqa, daha faydalı və xeyirli bir işə sərf etsinlər. Başqa bir müəllif qadın təhsilindən danışarkən analarımızı çox pis qələmlə təsvir edib deyir ki, analarımız öz uşaqlarına pis tərbiyə verirlər və tərbiyə verməyi bacarmırlar. Buna görə də məqalənin möhtərəm müəllifi gələcəkdə ana olacaq qızlarımız üçün təhsil almağı lazım sanır və ümid edir ki, onun səsinə səs verən olacaqdır. Üçüncü müəllif vətən dili olan rus dilini öyrənmənin faydasından danışaraq öz həmməzhəblərini, uşaqlarını rus dili məktəblərinə qoymağa çağırır və i. a.
Bu kimi məqalələri oxuduqda ixtiyarsız olaraq özünə belə bir sual verirsən: məqalələr kimin üçün və nə məqsədlə yazılır? Əgər iyirmi-otuz nəfər oxumuş müsəlmanlardan ötrü yazılırsa, biz bu yazan cənabları inandıra bilərik ki, oxumuş müsəlmanlar, müzakirə edilən bu məsələləri həmin məqalə sahibləri qədər yaxşı anlayırlar. Əgər möhtərəm müəlliflər haman sinfi nəzərdə tuturlar ki, bu məzmunda olan məqalələrin onlar üçün doğrudan da əhəmiyyəti vardır, onda biz cəsarət edib bu zəhmətin tamamilə faydasız olduğunu təsdiq edə bilərik: ona görə ki, həmin məqalələri, buna ehtiyacı olan adamlar oxumurlar, buna ehtiyacı olmayanlar oxuyurlar.
Bu məsələləri oxumuş müsəlmanlar qaldırmasa da, bəs kim qaldırar? - deyə oxucu soruşar. Bu halda bu kimi məqalələri oxumağa cəmiyyəti axı hazırlamaq lazımdır. Bunu isə birdən-birə əldə etmək üçün heç bir imkan olmadığına görə, bizim fikrimizcə, yaxşı olardı və hökumətimizin də xeyrinə olardı ki, bütün Zaqafqaziya üçün türk dilində heç olmasa bircə qəzet nəşr oluna idi və Rusiya müsəlmanlarına aid olan cari məsələlər həmin qəzetdə müzakirə oluna idi. O zaman cəmiyyətin də öz ana dilində qəzet oxuyub ondan tələb olunan şeyləri və nə də geri qaldığını bilməyə imkanı olardı. Lakin nə qədər ki, belə bir qəzet yoxdur, oxumuş müsəlmanlar, qızıl vaxtlarını müsəlmanların anlamadığı dildə faydasız məqalələr yazmağa sərf etmək əvəzinə, bu və ya digər məsələlər haqqında sadə Azərbaycan dilində kitabçalar nəşr etsələr, rus dilini öyrənməyin faydası haqqında yazsalar, daha ağıllı işlər görmüş olardılar.

“Kaspi” qəzeti

1 fevral,  1896-cı il


Bu şəkil Nyunberq məhkəmə prosesində faşist işğalçılarının vəhşiliyni sübut edən dəlillər arasında olub.

Vitya Çereviçkin. Cəmi 12 yaşı vardı. Müharibə başlayan kimi atası və qardaşı cəbhəyə yollandılar. O isə anası və bacısı ilə Rostovda qalmışdı. 1941-ci ilin noyabrında faşistlər Rostovu işğal edirlər. Şəhər uşaqları göyərçinləri sevirdilər, göyərçin saxlayırdılar. Hətta bir-birilə göyərçin vasitəsilə məktublaşırdılar. İşğalçılar şübhələnirdilər ki, göyərçinlər vasitəsilə QIzıl orduya məlumatlar ötürürlər. Ona görə də bütün göyərçinlərin öldürülməsini əmr etdilər. Vitya göyərçinlərin öldürmək istəmir. Bir həftə gizlin saxlayır, amma sonra onları havaya, gəzməyə buraxanda faşistlər görür. Onu tutub aparırlar, döyürlər, heç bir məlumat ala bilmirlər, sonra parkda güllələyirlər. Son anda da göyərçinini əlindən buraxmır.

Şəkili sovet hərbi fotoqrafı çəkib. Vitya güllələnəndən cəmi bir gün sonra Qızıl ordu şəhəri geri alır.
Trigger düşüncəli insanlar üçün ABŞ-da elə yerləri göstərə bilərəm ki, Pxenyanla müqayisədə daha dəhşətli görünür.
Bu o demək deyil ki, Şimali Koreyada hər şey gözəldir, ABŞ-da isə hər şey dəhşətlidir. ABŞ, Böyük Britaniya özünə görə maraqlı ölkələrdir və bugün bu ölkələrdə yaşamaq rahatdır. Şimali Koreyada yaşamaqdan daha rahatdır.
Söhbət bundan getmir. Söhbət ondan gedir ki, SSRİ-dəki, Kubadakı, Şimali Koreyadakı sosializm quruluşu bu ölkələrdə bərqərar olan, onlar tərəfindən yaradılmamış, mövcud hərbi şərait daxilində insanlar üçün maksimum layiqli həyat şəraitini təmin etmək bacarığını göstərdi.
Dərk etmək lazımdır ki, SSRİ, misal üçün, XX əsrdə dünya müharibələrində iki dəfə öz milli sərvətlərinin 30%-ni itirmişdi və həmin vaxta bütün dünyanı talamış müstəmləkəçi Avropa imperiyalarını 100-150 il geriləmək vəziyyətində start götürməli olmuşdur. Əgər XİX əsrin birinci yarısında İngiltərə 17% kəndlilərdən ibarət oduğu halda  1928-ci ildə SSRİ  84% kəndlilərdən ibarət idisə, bu startın nə qədər zəif olduğunu düşünün. Və bax belə bir vəziyyətdən starta başlamaqla SSRİ birincidərəcəli sənaye, birincidərəcəli elm, birincidrəcəli təhsil sistemini qurdu. Özü də bütün bunları SSRİ cəmi 16 il ərzində qurduğu halda, artıq 25 ildir ki “capitalism iqtisadiyyatı” son Sovet illərinin göstəricilərinə heç bir şeydə yaxınlaşa belə bilməyib.
80-ci illərdə bütün sovet insanlarının həyat şəraiti – bunu əlimdə olan rəqəmlərlə sübut edə bilərəm, -  bugünkü amerika ailələrinin 80%-nin həyat şəraitinə bərabər idi və bir çox parametrlərinə görə onları üstələyirdi. Bir parametri , müharibə illərində SSRİ-nin 25 milyon insan üçün itirdiyi  mənzil təminatını çıxmaq şərtilə. Üstəgəl yadda saxlamaq lazımdır ki, müharibəyə bir neçə il qalmış şəhərlərə  mənzil tələb edən on milyonlarla insan köçmüşdü... SSRİ çatdıra bilmədi.. Müdafiə olunmaq lazım idi, resursları rahatlıq üçün xərcləmək yox.
Kuba. Afrika qitəsində əsas güc rolunu oynayan və Latın Amerikasında öz çəkisi olan Kuba ordusu bir yana... Amma.. Kuba – olan çox az əhalisi olan bir ada hərbi-iqtisadi blokadada ola-ola elə uzunömürlülük təmin etmişdi ki, buna daha çox inkişaf etmiş ölkələr paxıllıq edə bilərlər və elə yüksək səhiyyə təmin etmişdir ki, orada müalicə almaq üçün Kanadadan və ABŞ-dan can atırlar.
Və elə həmin Şimali Koreya. Orada o qədər də vəziyyət yaxşı deyil, baxmayaraq ki, nailiyyətlər göz qabağındadır və blokadanı nəzərə almaqla möcüzə kimi bir şeydir. Hər kəs tərəfindən bu cür hərbi, siyasi və iqtisadi təzyiq altında olan heç bir kapitalizm ölkəsi prinsip etibarilə sağ qala bilməzdi. Şimali Koreya isə sağ qaldı, məcburən güclü ordu yaratdı və buna görə də insanlar orada varlı yaşamırlar.
Əslində, sosializm ölkələrinin sosializm qurmaq üçün ZAMANI olmadı, çünki onlar ilk sosializm ölkəsinin – SSRİ-nin yarandığı andan  mühasirə vəziyyətinə düşdülər.
Onların bu aqressiyaya qarşı məcburi cavabı hər şeyin, iqtisadiyyatın, ordunun və xalqın səfərbərliyi oldu. Bütün dünyanı dibinə qədər talayan və buna görə də daha çox resurslara yiyələnən ölkələrin elitaları sadəcə onların rahat inkişaf etmələrinə imkan vermədilər.
Amma vaxt gələcək və ağıllı insanlar  həm SSRİ, həm Kuba, həm Şimali Koreya təcrübəsini qiymətləndirəcəklər və Mavi oğurluq dünyasını birdəfəlik basıracaqlar.
Və ümumiyyətlə, sadəcə yalan danışmaq lazım deyil. Nə qolodomor haqqında, nə Şimali Koreya dəhşətləri haqqında, nə Stalin haqqında, nə ideal ABŞ haqqında.
Sadəcə yalan danışmaq lazım deyil.
O zaman hər şey öz yerində olacaq.

(c) S.Lopatnikov

Tərcümə Azərbaycan ekososialistlərinə məxsusdur

2 мая 2016 г.

Marqaret Tetçerin Hyustondakı nitqi: “Biz SSRI-ni necə dağıtdıq”


1991-ci ilin noyabrında Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçer ABŞ-ın Hyuston şəhərində çıxış etdiyi nitqində Britaniyanın və digər qərb dövlətlərinin SSRİ-ni məhz necə, məhz hansı yollarla dağıtdıqları barədə danışmışdı. Həmçinin Marqaret Tetçer özünün noyabr nitqində SSRİ-nin tezliklə, hüquqi cəhətdən hazırlanmış süqutu haqqında xəbər vermişdi. Və doğrudan da bir neçə həftə sonra, bir göz qırpımında, 1991-ci ilin dekabrında Belovej sazişi imzalandı. 1991-ci ilin noyabrında neft emalı və neft-kimya üzrə mütəxəssislərin ABŞ-a, Hyustona (Texas) səfəri baş tutmuşdu. Yığıncaqda əsas Amerika Neft İnstitutunun (APİ) iştirakı idi. Amerikalıların institut anlayışı bizimkindən fərqlənir. APİ – periodik olaraq neft və neft-kimya şirkətlərinin (eləcə də rəqib şirkətlərin) görüşünü təşkil edən özünəməxsus yarımictimai assosasiyadır. APİ-nin yığıncağına həmin vaxtlar İngiltərənin eks-baş naziri olmuş Marqaret Tetçer fəxri qonaq qismində dəvət olunmuşdu. Yeri gəlmişkən, M.Tetçer ixtisası üzrə kimyaçıdır, baxmayaraq ki, öz ixtisası üzrə çox az işləmişdir. Həmi görüşdə M.Tetçer 45 dəqiqə tamamilə siyasi nitq söyləmişdi, hansı ki, bu nitqə “Biz Sovet İttifaqını necə dağıtdıq” kimi başlıq qoymaq olardı.


Bilmirəm, zalda rusların olması olması barədə onu xəbərdar etmişdilərmi ( ola bilsin ki, xəbərdar etməmişdilər). M.Tetçer ağıllı olduğu qədər də həyasız qadın idi. Sovet İttifaqının dağıtmaqda onun mühüm rolu idi və o bu barədə olduqca açıq danışmağa çalışırdı. Onun SSRİ iqtisadiyyatının vəziyyətini və onda baş verən metamorfozları necə qiymətləndirməsi bizim KİV-in bizə çatdırdıqlarından əhəmiyyətli fərqlənirdi. Əlbəttə ki, nitqi tam dəqiqliklə yadda saxlamaq mümkün deyildi. Amma çıxışdan sonra, axşam kollektiv şəkildə deyilənləri yada salmağa və bəzi şeyləri yazmağa çalışdıq.


“Sovet İttifaqı – qərb dünyası üçün ciddi təhlükə daşıyan ölkədir. Mən hərbi təhlükədən danışmıram. İqtisadi təhlükəni nəzərdə tuturam. Planlı siyasət və mənəvi və maddi stimulların özünəməxsus ahəngi sayəsində Sovet İttifaqı yüksək iqtisadi göstəricilərə nail ola bilib. ÜDM-un artım faizi onlarda bizim ölkələrdəkindən təxminən iki dəfə artıq olub. Bununla yanaşı SSRİ-nin zəngin təbii resurslarını nəzərə alsaq, təsərrüfatın rasional idarə edilməsi ilə bizi dünya bazarlarından sıxışdırın çıxarmaq üçün Sovet İttifaqının olduqca real imkanları vardı. Buna görə də biz həmişə Sovet İttifaqının iqtisadiyyatının zəiflədilməsinə və ölkədaxili çətinliklərin yaradılmasına yönəldilmiş fəaliyyətləri seçmişik. Ən əsası silahlanma yarışına qatılmağa vadar etmək idi. Biz bilirdik ki, Sovet hökuməti SSRİ-nin və onun NATO –dakı opponentlərinin bərabər silahlanması doktrinasının tərəfdarı idi. Bunun nəticəsində bizim ölkələr silahlanmaya büdcəsinin təxminən 5%-nii xərclədiyi halda, SSRİ büdcəsinin təxminən 15%-ni silahlanmaya xərcləyirdi. Sözsüz, bu Sovet İttifaqının iqtisadiyyatına mənfi təsir edirdi. Sovet İttifaqı çox işlənən məhsulların  istehsalı sahəsinə qoyulan vəsaitlərdə qənaət etməli olurdu. Biz SSRİ-də əhalinin kütləvi narazılığını yaratmağa çalışırdıq. Bizim fəndlərimizdən biri SSRİ-nin iqtisadi cəhətdə qeyri-sərfəli olan bu sahəyə əlavə yatırımlar etməsi məqsədilə  guya əslində bizdə silahlanmanın midarının daha çox olması haqda informasiyanın “sızdırılması” idi. Bizim siyasətimizdə əsas yeri SSRİ konstitusiyasının qeyri-mükəmməlliyinin hesaba alınması tuturdu. Konstitusiya formal olaraq istənilən ittifaq ölkəsinə istədyi halda tezliklə SSRİ-dən çıxmağa icazə verirdi ( özü də onun Ali Sovetinin çoxluğunun qərarı ilə).
Düzdür, həmin vaxtlar kompartiyanın və güc strukturlarının sementləyici gücünə görə bu hüququn reallaşması praktiki olaraq mümkün deyildi. Amma yenə də bu konstitusiya xüsusiyyətində bizim siyaətimiz üçün potensial imkanlar vardı. Təəssüf ki, bizim səylərimizə baxmayaraq SSRİ-nin siyasi vəziyyəti uzun müddət sabit olaraq qalırdı. Bizim siyasətimizin (xüsusən ABŞ siyasətinin) formalaşmasında əsas yeri raketdən müdafiə sistemlərinin (RMS) yaradılması məsələsi tuturdu. Etiraf məliyəm ki, ekspertlərin çoxu RMS-in yaradılmasının əksinə idilər, çünki hesab edirdilər ki, bu sistem çox baha başa gələcək və kifayət qədər etibarlı olmayacaq, daha dəqiq RMS sipəri Sovet İttifaqının “hücum” silahlanmasına yatıracağı əlavə daha az vəsait hesabına yarılıb keçilə bilər. Bununla belə RMS-in inkişafı barədə qərar bu ümidlə verilmişdi ki, SSRİ analoji bahalı sistemin yaradılması ilə məşğul olacaq. Çox təəssüf ki, Sovet hökuməti belə qərar qəbul etmədi, etiraz olaraq siyasi bəyannamələrlə kifayətləndi. Bizim üçün çox çətin vəziyyət yarandı. Amma tezliklə sovet liderinin yaxınlarda öləcəyi və hakimiyyətə bizim vasitəmizlə sayəsində məqsədlərmizi reallaşdıra biləcəyimiz bir insanı gətirmək imkanı ilə bağlı informasiya daxil oldu. Bu mənim ekspertlərimin qiymətləndirməsi idi ( mən isə əmişə Sovet İttifaqı üzrə  çox təcrübəli ekspert qrupu formalaşdırırdım və lazım olduqca SSRİ-dən əlavə lazımi mütəxəssislərin gətirilməsinə kömək olurdum). Bu insan ekspertlər tərəfindən ehtiyatsız, təlqin və olduqca şöhrətpərəst kimi xarakterizə edilən M.Qorbaçov idi. Onun siyasi elitanın çoxu ilə yaxşı qarşılıqlı əlaqəsi vardı və buna görə də onun bizim vasitəmizlə hakimiyyətə gətirilməsi mümkün idi.


Xalq cəbhəsinin ” fəaliyyəti böyük vəsait tələb etmirdi: bu əsasən surətçıxaran texnika üçün xərclər və funksionerlərə maliyyə yardımı idi. Amma şaxtaçıların uzunmüddətli tətilinə kömək etmək olduqca əhəmiyyətli vəsait tələb edirdi. Ekspertlər arasında əsas mübahisəni B.Yeltsinin növbəti seçkilərdə Rusiya respublikasının Ali Sovetinə, daha sonra isə Rusiya Respublikasının rəhbəri ( SSRİ- lideri M.Qorbaçovun əksi olaraq) seçilmək perspektivi ilə  “Xalq cəbhəsinin” lideri kimi namizədliyinin irəli sürülməsi məsələsi yaradırdı. Yeltsinin keçmişini və şəxsi xüsusiyyətlərini nəzərə alaraq ekspertlərin əksəriyyəti onun namizədliyinə qarşı idi. Amma müvafiq əlaqələr və danışıqlar baş tutdu və Yeltsinin “irəli itələnməsi” qərarı qəbul olundu. Yeltsin böyük çətinliklə Rusiya Ali Sovetinin katibi seçildi və dərhal da Rusiyanın suverenliyi haqda bəyannamə qəbul olundu. Bu həqiqətən SSRİ-nin dağılmasının başlanğıcı idi.
B.Yeltsinə 1991-ci il avqust hadisələri zamanı, SSRİ-nin rəhbər dairələri Qorbaçovu uzaqlaşdıraraq SSRİ-nin bütövlüyünü təmin edən sistemi yenidən bərpa etməyə çalışdıqları zaman da böyük kömək edilmişdi. Yeltsinin tərəfdarları özlərini saxlaya bildilər, özü də o güc strukturları üzərində əhəmiyyətli (tam olmasa da) hakimiyyət qazandı. Vəziyyətdən istifadə edən bütün ittifaq respublikaları suverenliklərini elan etdilər. Beləliklə, indi Sovet İttifaqının de-fakto süqutu baş verib, amma o de-yure hələ mövcuddur. Sizi inandırıram ki, yaxın ay ərzində Sovet İttifaqının süqutunun hüquqi qaydada rəsmiləşdirilməsini eşidəcəksiz”.
M.Tetçer alqış sədaları altında tribunadan endi və ona uzadılmış əlləri sıxaraq zaldan təntənə ilə çıxdı. Biz Rusiyaya evimizə qayıtdıq və təxminən iki həftə sonra Belovej razılığı barədə xəbər eşitdik. Sonrası hamıya məlumdur.

S.Y.Pavlov
Mənbə: http://politikus.ru/articles/66953-margaret-tetcher-kak-my-razrushali-sssr.html

Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur


28 апр. 2016 г.

Sosialist İnqilabı bizə nələri qazandırdı

- Aprel sosialist inqilabının qələbəsindən sonra Naxçıvan son yüzilliklər ərzində ilk dəfə olaraq Azərbaycan dövlətinin idarəçiliyinə qaytarıldı və Azərbaycan ərazi vahidi kimi beynəlxalq hüquqi müstəvidə tanındı.
- Aprel inqilabı Azərbaycanın daşnak Ermənistanı və meşevik Gürcüstanı arasında bölüşdürülməsi təhlükəsinə son qoydu, bir neçə il ərzində yüz minlərlə müsəlman əhalinin məhvinə səbəb olmuş daşnak terrorunun qarşısını aldı. Sovet hökumətinin qərarıyla daşnak silahla dəstələri Azərbaycandan Rusiyaya sürgün edildi və ğu terrorun başında duran bir sıra cəlladlar İnqilabi Tribunalın hökmüylə güllələndi.
- Üzəringə ay və beşguşəli ulduz təsviri olan qırmızı bayraq Azərbaycan Sovet Respublikasının dövlət bayrağı, Azərbaycan dili isə rəsmi dövlət dili elan olundu. Azərbaycan Sovet hökumətinin verdiyi avqust 1921-ci il tarixli dekretə əsasən Respublika ərazisində bütün kargüzarlıq işlərinin dövlətdilində, yəni Azərbaycan dilində aparılması rəsmiləşdirildi.
- 1921-ci il aprelin 21-də Nərimanovun imzalamış olduğu tarixi dekretə əsasən 30 minlik milli Qızıl ordu hissələri yaradıldı
- 1921-ci ildə Şərqdə ilk dəfə olaraq Azərbaycan Sovet Respublikasının dövlət Konstitusiyası qəbul olundu və Azərbaycan Şərqdə konstitusiyalı dövlət quruluşuna malik ilk ölkə oldu. Silklərə (bəy, xan, rəiyyət və s.) bölgü ləğv olundu, müsəlman dünyasında ilk dəfə insanlara vətəndaşlıq hüququ verildi Aprel inqilabının qələbəsindən sonra Azərbaycanda məhkəmə islahatları keçirildi, bəy və xanların məhkəmə orqanlarındakı hökmranlıqlarına son qoyuldu. Beləki inqilaba qədər məhkəmələrdə anca bəylərin, ağaların nümayəndələri təmsil olunurdu və nəticədə kəndlilərlə bəylər arasında yaranan bütün mübahisələr ağaların xeyrinə həll olunurdu. Bu vəziyyətdən istifadə edən bəylər kəndlilərin dədə-baba torpaqlarını zorla onların əlindən alır, məhkəmələrdə isə bu qəsbkarlıqlarına hüquqi don geyindirirdilər. Azərbaycan Sovet hökuməti məhkəmələrdə bəylərin hökmranlığına və təmsilinə son qoydu. Azərbaycan və Şərq tarixində ilk sivill vətəndaş məhkəmələri yaradıldı.
- Aprel inqilabının qələbəsi nəticəsində Azərbaycan tarixində ilk dəfə olaraq neft yataqları, digər faydalı qazıntılar, meşələr, çaylar, göllər və s. ümumxalq mülkiyyəti elan edildi
- Aprel sosialist inqilabından sonra Nərimanovun imzalamış olduğu dekretə əsasən Azərbaycan tarixində ilk dəfə Milli Aviasiya təşkil olundu, müsəlman ölkələri arasında ilk dəfə Azərbaycanda aeroportlar salınmağa başladı.
- Şərqdə və Sovet İttifaqında ilk dəfə olaraq Bakıda tramvay nəqliyyatının əsası qoyuldu (1924)
- Şərqdə və Sovet İttifaqında ilk dəfə 1926-cı ildə Bakıda ilk elektriklənmiş dəmiryol xətti çəkilib istifadəyə verildi
- Avropada ilk açıq tipli istilik-elektrik stansiyası Sovet Azərbaycanında istifadəyə verildi.
- Müsəlman Şərqində ilk rodio, ilk televiziya Sovet Azərbaycanında yaradıldı.
- Şərq ölkələri arasında ilk metro tikintisi Azərbaycanda həyata keçirildi.
- Şərqdə ilk Elmlər Akademiyası, Avropada öz dövrünün ən böyük teleskopuna sahib Şamaxı Astrofizika Rəsədxanası, Kosmik Tədqiqatlar Mərkəzi Azərbaycanda yaradıldı.
- Şərqdə və Sovet İttifaqında ilk elektriklə işləyən domna peçi, ilk krekinq zavodları və bir sıra ilk texnoloji yeniliklər birinci dəfə Azərbaycanda tətbiq olundu.
- Şərqdə ilk Konservatoriya, ilk Filarmoniya, ilk Ali Teatr Məktəbi Azərbaycanda yaradıldı.
- İnqilaba qədər cəmi 12 nəfər millətcə azərbaycanlı mühəndisi olan bir ölkə Aprel inqilabından sonra minlərlə mühəndisi, on minlərlə texniki işçisi olan qüdrətli sənaye ölkəsinə çevrildi. Azərbaycan ilk dəfə olaraq neft xammalı ixrac edən ölkədən neft-maşınqayırma avadanlıqları ixrac edən ölkəyə çevrildi. Sovet İttifaqında istehsal olunan neft-maşınqayırma avadanlıqlarının 70-75%- Azərbaycanın payına düşürdü. 60-70-ci illərdə SSRİ-də çıxarılan neftin cəmi 2-3%-ni verən Azərbaycan az qala İttifaqın bütün neft-maşınqayırma sənayesini öz əlində cəmləmişdi. Bu tip sənaye müəssisələrinin 43-dən çoxu Azərbaycanda yerləşirdi.
- İnqilaba qədər tarlalarında bir dənə də olsun traktoru, yük avtomobili, kombaynı olmayan geridəqalmış aqrar ölkə, Aprel sosialist inqilabından dərhal sonra minlərlə, on minlərlə traktoru, kombaynı, pambıqyığan maşını olan mexanikləşdirilmiş sənaye ölkəsinə çevrildi. Tariximizdə ilk dəfə olaraq elmi yeniliklər kənd təsərrüfatına tətbiq olundu, Mil-Müğan səhrası da daxil olmaqla torpaqlarda meliorasiya işləri aparıldı, torpaqlar gübrələndi, səhralaşmış torpaqlar yenidən kənd təsərrüfatına qazandırıldı.
- İnqilaba qədər elektrik işığının nə olduğunu bilməyən bir ölkə Aprel sosialist inqilabından sonra tam surətdə həm kəndləri, həm sənayesi elektrikləşmiş ilk Şərq ölkəsi oldu.
- İnqilaba qədər kəndlərinə bir manat da olsun investisiya qoyulmamış, bir nəfər də olsun aqronomu, zootexniki olmayan bir ölkətezliklə İttifaq miqyaslı aqrar sənaye kompleksi yaratdı. İttifaqın ən böyük konserv zavodları, baramaçılıq kombinatları, pambıqtəmizləmə zavodları Azərbaycan regionlarında yaradılıb istifadəyə verildi.
- İnqilaba qədər bir nəfər də olsun akademiki, professoru, elmlər doktoru olmayan, əhalisinin 90%-dən çoxunun oxuyub-yazma bilmədiyi, cəmi 100 nəfər azərbaycanlı müəllimi olan, 800 min uşağının məktəbin nə olduğunu bilməyən savadsız, naxırçılar, çobanlar ölkəsi Aprel sosialist inqilabından sonra əhalisi 100% savadlanmış, onlarla universiteti, elmlər akademiyası, elmi-tədqiqat institutları, regional miqyaslı Astrofizika rəsədxanası, kosmik tədqiqatlar mərkəzi olan intellektuallar ölkəsinə çevrildi.
- Şərqin ilk qadın professorları, ilk qadın nazirləri, ilk qadıq deputatları məhz Sovet Azərbaycanının yetirmələri olmuşdurlar.
- Sovet Azərbaycanı dünyəvi təhsil sisteminə keçən qadınların da kütləvi təhsilə cəlb edildiyi ilk Şərq ölkəsi kimi tarixə düşmüşdür. Şərqdə ilk dəfə əlifba islahatları Azərbaycanda həyata vəsiqə almışdır.
- İspaniya, Norveç kimi Avropa ölkələrində qadınların seçki hüququ olmayanda Sovet Azərbaycanında qadınlar deputat, nazir, müəssisə rəhbəri vəzifələrinə seçilir, xalq təsərrüfatında, elmi tədqiqat institutlarında kişilərlə bir cərgədə çalışırdılar.
- İnqilaba qədər cəmi bir neçə yüz tələbəsi olan bir ölkə Aprel sosialist inqilabından sonra hər on min vətəndaşına düşən tələbələrin sayına görə ABŞ, Fransa kimi dövlətləri açıq bir fərqlə üstələyirdi.
- İnqilaba qədər cəmi 114 nəfər həkimi olan bir ölkə Aprel sosialist inqilabından sonra hər min nəfər əhaliyə düşən həkimlərin, tibb işçilərinin sayına görə nəinki Türkiyə, İran, İrak kimi böyük müsəlman dövlətlərini, hətta Norveç, Hollandiya kimi Avropa dövlətlərini də qabaqlayırdı.
- Aprel inqilabının qələbəsi Anadoluda Şərqi Ermənistan dövlətinin yradılması planını iflasa uğratdı. Nərimanov Şərqi Ermənistan ideyasını Kremldə dəfn etdi.
- Nərimanovun imzaıyla 1920-ci il mayın 26-da milli-dini dəyərlərin qorunmasıyla bağlı Azərbaycan İnqilab Komitəsinin dekreti elan edildi. Sözügedən dekret tarixdə ilk dəfə olaraq Novruz bayramını, Aşura gününü, Qurban bayramını və Mövlud gününü qeyri-işgünü kimi rəsmiləşdirdi.
- Azərbaycan tarizində Aprel inqilabından bir il sonra ilk dəfə olaraq 1921-ci ilin sentyabrında arxeoloji qazıntılara başlandı və bununla da xalqımızın qədim tarixinin öyrənilməsi, milli arxeologiyanın əsası qoüuldu.
- Aprel inqilabından sonra Azərbaycan tarixində ilk dəfə olaraq su təsərrüfatının yaradılmasına kapital qoyuluşu həyata keçirildi. Təkcə bir beşillik ərzində Azərbaycanın su təsərrüfatına İttifoqbüdcəsindən 1 milyard 128 milyon manat kapital qoyuldu.
- Dünya tarixində ilk dəfə açıq dənizdə neft çıxarılmasının əsası qoyuldu. Məlumat üçün deyək ki, Xəzər dənizində neftin olmasını da ilk dəfə olaraq Nərimanov tərəfindən əsası qoyulmuş Azərbaycan Milli aviasiyası kəşf etmişdir.
- Aprel inqilabından sonra islam şərqində ilk kinostudya Bakıda təşkil olundu. Bununla da kütləvi və peşəkar mənada milli Sovet kinosunun əsası qoyuldu.
- İnqilabdan sonra Sovet hökuməti Azərbaycan vətəndaşlarına dünyada anoloqu olmayan pulsuz mənzil hüququ verdi. Bu hüquq hər bir çalışan insanın işlədiyi müəssisənin mənzil fondları hesabına pulsuz olaraq mənzillə təminatını nəzərdə tuturdu. Nəticədə hər il orta hesabla 2 milyon kvadrat metr mənzil tikilib pulsuz mənzil hüququ çərçivəsində əhaliyə paylanırdı. Bu indiki bazar qiymətləriylə hər il üçün 1-1,5 milyard manat məbləğində vəsait deməkdir
- Aprel inqilabının qələbəsi Azərbaycan zəhmətkeşlərinə pulsuz səhiyyə, pulsuz təhsil, təminatlı əmək və dövlət pensiya hüququ kimi bir sıra hüquq və azadlıqlar bəxş etdi.

Mənbə : Kommunist.biz

26 апр. 2016 г.

İosif Stalinin oğlunun məktəb müəlliminə cavab məktubu




Müəllim yoldaş Martışina:

“Vasili Stalinin hoqqalar barəsində məktubunuzu aldım. Məktuba görə təşəkkür edirəm. İşlərin çoxluğundan belə gec cavab verirəm. Üzrlü sayın. Vasili orta qabiliyyətli ərköyün böyüdülmüş gəncdir, vəhşidir, həmişə dürüst deyil, zəif “rəhbərləri” şantaj etməyi xoşlayır, çox zaman zəif və ya daha doğrusu qeyri-mütəşəkkil iradəli həyasızdır. Vasilini daim onun Stalinin oğlu olduğunu qeyd edən müxtəlif ‘xaç ataları və anaları ərköyün böyüdüblər. Mən sevinirəm ki, Sizin simanızda Vasili ilə hər kəs kimi davranan və ədəbsizdən məktəbin ümumi qaydalarına tabe olmağı tələb edən heç olmasa bir nəfər özünə hörmət edən müəllim tapıldı. Vasilini Sizin qeyd etdiyiniz direktorlar, məktəbdə yeri olmayan iradəsiz adamlar korlayırlar və əgər utanmaz Vasili hələ özünü məhv etməyibsə, bu bizim ölkəmizdə ərköyün bəy balasını cəzasız buraxmayan bəzi müəllimlərin olması ilə bağlıdır. Mənim məsləhətim : Vasilidən daha ciddi tələb edin və şıltağın saxta, intihar etmək barəsində şantajçı hədələrindən qorxmayın. Bu barədə sizi dəstəkləyəcəm. Təəssüf ki, özüm Vasili ilə məşğul ola bilmirəm. Amma söz verirəm ki, hərdənbir onun yaxasından yapışacam.”


İosif Stalin, 08.06.1938

20 апр. 2015 г.

Stalin Krım tatarlarını nəyə görə deportasiya etmişdi

Akademik, tarix elmləri doktoru Andrey Qonçarovla müsahibə

-Necə hesab edirsiz, SSRİ rəhbərliyini 1944-cü ildə bu addımı atmağa nə vadar etdi?

-Mən artıq sübut etməkdən yorulmuşam ki, bu Vətən xainlərinə və faşist əlaltılarına qarşı tamamilə əsaslı və ədalətli hərəkət idi. Eyni zamanda Sovet hökumətinin fürerə sədaqətlə xidmət edən banditlərə qarşı humanizmini qeyd etmək lazım. Müharibə dövrünün qanunlarına görə , o zamankı RSFSR Cinayət məcələəsinin  193-22 –ci  maddəsinə əsasən bizim komandanlığın krım tatarları adlandırılan kişi əhalisini dezertirliyə və satqınlığa görə güllələməyə tam haqqı vardı.

-Bu lap ağ oldu!


- Faktlar göstərir ki, praktiki olaraq əsgərlik yaşına çatmış  bütün krım-tatarları əhalisi faşist Almaniyasının tərəfində idi. Front Krıma yaxınlaşan kimi, əhalinin böyük əksəriyyəti düşmənin tərəfinə keçməyə başladı.

Bu barədə maraqlı, həmin hadisələri şərh edən məlumatlar var.  Belə ki, təmiz krım-tatar kəndi olan Kouşda Qızıl Orduya 130 insan çağırılmışdı, onlardan 122-si almanların gəlişindən sonra evlərinə qayıtmışdılar. Beşuy kəndində 98  hərbi xidmətə çağırılandan 92-si evinə dönmüşdü. Gözəl “patriotizm” nümunələridir, deyilmi?  Bəs onlarla necə davranmağı istərdiz?

-Bəs Krımın tatar əhalisinin hansı məqsədləri vardı? Onlar durduqları yerdə Vətən xaini olmazdılar, özü də ölkə üçün o cür qorxulu zamanda.

-Bu barədə həmin illərin bir sənədində aydın göstərilir.

1943-cü ilin mayında köhnə  Krım tatarları millətçilərindən biri olan Amet Ozenbaşlı Hitlerin adına Almaniya ilə Krım tatarları arasında əməkdaşlıq proqramını əks etdirən memorandum tərtib edir. Memorandumda öz əksini aşağıdakılar tapır:

1.Krımda Almaniyanın protektoratlığı altında tatar dövlətinin yaradılması. 2. “Şum” batalyonları və digər polis dəstələri əsasında milli tatar ordusunun yaradılması. 3. Bütün tatarların Türkiyədən, Bolqariyadan və digər dövlətlərdən Krıma qaytarılması; Krımın digər millətlərdən “təmizlənməsi”. 4. Bütün tatar əhalisinin, ən qoca insanlar belə daxil olmaqla, bolşeviklər üzərində tam qələbəsinə  qədər silahlandırılması. 5. “Ayağa qalxana qədər” Almaniyanın tatar dövləti üzərində qəyyumluğu.

Ümid edirəm hər şey aydındır .  Tam təsvir almaq üçün başqa bir sənəddən daha bir hissə - Simferopol müsəlman komitetinin üzvlərinin Hitlerin doğum günü münasibərilə 20 aprel 1942-ci il tarixli təbriki:

“Məzlum xalqların xilaskarı, alman xalqının sadiq oğlu Adolf Hitlerə.

Biz, müsəlmanlar, Böyük Almaniyanın şanlı oğullarının ilk gəldiyi gündən, Sizin icazənizlə və bizim uzunillik dostluğumuzun xatirinə, alman xalqı ilə çiyin-çiyinə  dayandıq, əlimizə silah aldıq və Sizin irəli sürdüyünüz bəşəri ideyalar – qırmızı yəhudi-bolşevik taununa tamamilə və sona kimi məhv edilməsi – uğrunda son qanımıza qədər döyüşəcəyimizə and içdik...

...Sizin şanlı yubileyiniz günündə Sizə ürək dolusu salamlarımızı və arzularımızı  göndəririk, Sizin xalqınızın, bizlərin, Krım müsəlmanlarının və Şərq müsəlmanlarının sevincinə görə  Sizə uzun xeyirli həyat arzulayırıq”.

Bu kimi təriflər həmin dövr milli KİV-də dəfələrlə təkrarlanır. Misal üçün, 11 yanvar 1942-ci ildən nəşr olunmağa başlayan “Azat Krım” işğalın sonuna kimi bu kimi mədhiyyələr dərc edirdi.

“Bütün xalqların və dinlərin xilaskarı Böyük Hitlerə - biz tatarlar yəhudi və bolşevik sürüsü ilə alman döyüşçüləri ilə bir sırada  mübarizə aparmağa söz veririk! Allah Sizdən razı olsun, bizim böyük ağamız Hitler!”.

-Andrey Pavloviç, bu ki Vətənə xainlikdir?!

-Əlbəttə.  Krımın almanlar tərəfindən işğalından sonra başlayan olaylar ümumiyyətlə sağlam düşüncəyə sığmır! Faşistlər tərəfindən çoxsaylı dəstələr şəklində təşkilatlanan  Krım-tatar satqınları əsl partizan ovu aparırdılar. Onların bazalarını məhv edirlər, gizlənənləri izləyirlər və öldürürlər, yəhudiləri təib edirlər və SS orqanlarına təhvil verirdilər. Feldmarşal Erix fon Manşteyn görün nə yazır:

“Krımın tatar əhalisinin böyük əksəriyyəti bizə qarşı münasibətdə olduqca dost münasibət bəsləyirdi.  Biz hətta tatarlardan öz kəndlərini  Yayla dağlarında gizlənən partizanlardan müdafiə edəcək  silahlı müdafiə rotalar yarada bildik.  Krımda lap əvvəldən bizə çox başağrısı verən güclü partizan hərəkatının olmasının səbəbi Krım əhalisi içərisində tatar və digər kiçik milli qruplardan başqa xeyli rusların olması idi”.

Krım tatarlarının vəhşiliklərinə dair minlərlə nümunə saymaq olar. Krımlılar sovet paraşütistlərini tutub diri-diri yandırırdılar. Bu faktları təsdiqləyən sənədlər var.  Belə ki, 1942-ci ildə Sudak rayonunda tatar özünümüdafiə qrupu tərəfindən Qızıl Ordunun kəşfiyyatçı desantı öldürülmüşdü, eyni zamanda özünümüdafiəçilər tərəfindən 12 sovet paraşütisti tutulub diri-diri yandırılmışdı...

-Bəs krım tatarlarının özləri partizan müharibəsində iştirak edirdilər?

- Bircə gülməyin: 1943-cü ilin iyununa Krımda tərkibi 262 nəfərdən, eyni sayda 6 krım tatarından ibarət gizli partizan dəstəsi fəaliyyət göstərirdi. Burda əlavə ediləsi bir şey yoxdur. Daha bir heyrətləndirici fakt. Paulyusun 6-cı alman ordusunun Stalinqrad yaxınlığına darmadağın edilməsindən sonra Feodosiy müsəlman komiteti alman ordusuna kömək məqsədilə tatarlardan bir milyon rubl toplamışdı. Necə ki , sadə sovet insanları son qəpiklərini tank və təyyarələrin hazırlanması üçün verirdilər.

Doğrudur, qeyd etmək lazımdır ki, Sovet Ordusunun gəlişi ilə krım tatarları  başa düşdülər ki qaçılmaz cəzadan qaça bilməyəcəklər və 1944-cü ilin fevral-mart aylarında partizan dəstələrinə qoşulmağa başladılar. Özü də bizim qəhrəmanlara cəzaverənlərdən və konslaqer keşikçilərindən ibarət dəstələr qoşulmağa başladılar. Krım tatarlarının digər hissəsi almanlarla qaçdılar və hələ bir müddət Belçikada və Fransada SS o

-Amma yenə də bütöv bir xalqı deportasiya etmək qəddarlıqdır. Axı orada xeyli sayda günahsız insanlar vardı.

-Mən stalinizm tərəfdarı deyiləm. Mənim də ailəmdə, bir çox Rusiya ailələrində olduğu kimi, repressiyadan əziyyət çəkənlər olmuşdu. Amma o zaman müharibə gedirdi. Kürəyin arxasında istənilən anda səni sata biləcək 200 min insan saxlamaq cinayətdir! Özü də milli əlamətlərə görə xalqların deportasiya yenidənqurma “demokratlarının” bizi əmin etdikləri kimi Stalin rejiminin nou-xau-su deyildi. Elə həmin İkinci Dünya müharibəsində, bundan bir az əvvəl – 1941-ci ildəŞ Perl-Xarbordan bir neçə ay sonra amerikalılar tamamilə sakit şəkildə  təxminən 200 minə yaxın yapon, alman və italyan əsilli vətəndaşlarını ölkənin daxili rayonlarında deportasiya etmişdi və konslaqerlərə yerləşdirmişdi. Bilirsiz yaponların boynuna nə qoyurdular? Boynuna qoyurdulat ki, onlar Kaliforniyada gül klumbalarını qəsdən hərbi obyektlərin yanında salırlar ki, onların yerini bəyan etsinlər, Havay adalarında isə yapon təyyarəçilərinə siqnal vermək üçün şəkər qamışlarını xüsusi şəkildə, ABŞ avia bazalarına istiqamətlənmiş nəhəng oxlar formasında qırılar. Bir neçə ay əvvəl ABŞ konqresində repressiya olunmuş alman və italyan əsilli amerika vətəndaşlarının övladlarının dinlənilməsi baş tutmuşdu. Orada bir qadın danışdırdı ki, onun atası uzun illər “Hitlerin dövründə Almaniyada yaxşı yolar salınmışdı” söylədiyinə görə  həbsdə saxlanılmışdı. Yeri gəlmişkən, elə həmin illərdə yaponların amerikalılar tərəfindən tutulması praktikası da geniş yayılmışdı. Bütü Latın Amerikası üzrə kütləvi şəkildə, ailəliklə. Onları konslaqerlərə salırdılar və gələcəkdə amerika hərbi əsirləri ilə dəyişmək üçün həbsə atırdılar. Belə bir olay baş vermişdi. 1941-ci ildə Yaponların Aleut adalarına hücumu gözlənilərkən amerikalılar eskimosları etibarsız saymışdılar və dərhal hamını – 400-dən artıq insanı-, heç bir günahı olmayan aborigenləri Kanzas səhrasına aparmışdılar. Özü də, aqressorların ayağının ABŞ torpağına ümumiyyətlə dəymədiyi halda! Bəs bizim variantda necə olsun? Krım tatarları açıq şəkildə düşmənin tərəfini tutan zaman onlarla necə davranılmalı idi? Qızıl Ordunun deportasiya zamanı hədsiz qəddarlığı haqda dəfələrlə təkrarlanan  yalanlarla gəldikdə isə sənədlərə baxın. Bu olduqca sadədir, bütün arxivlər açıqdır. Sadəcə təsəvvür edin: müharibə gedir, ölkənin yarısı düşmən tərəfindən tutulub, ərzaq çatışmır. Bununla belə, hər deportasiya olunan şəxsə gündəlik isti yemək, 500 qr çörək, ət, balıq, yağ düşürdü. Stalinin əmri ilə krım tatarları özləri ilə hər böyük adama görə 500 kq mülk apara bilərdilər. Yerdə qalan mülkiyyətə görə arayış verilirdi ki, bu arayışla Özbəkistanda və Qazaxstanda gəldikləri yerdə onlara həmin dəyərdə mülkiyyət verilirdi. Bundan başqa, hər ailəyə məskunlaşmağa görə 7 illik faizsiz kredit verilirdi.

-Sözlərinizdən belə çıxır ki, Stalin krım tatarları üçün xilaskar olub.

-Onlar ona dua etməlidirlər. O onları ədalətli xalq qəzəbindən, dağıntılardan xilas edib. Siz sadəcə təsəvvür edin: alman işğalı zamanı tatar polis hissələri Almaniyaya qaçırmaq üçün Krımın 50 min rus əhalisini toplamışdı. Üstəgəl onların öz qonşularına qarşı tşrətdikləri qeyri-insani pisliklər. 1945-ci ildə Berlindən qayıdan krımlı-cəbhəçilər – tatarların tikə-tikə etdikləri, qul kimi satdıqları sovet vətəndaşlarının ata, qardaş və oğulları – onların başına nə oyun açardılar?! Krım tatarlarından heç nə qalmazdı.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, krım tatarları “tatar” adını anlaşılmazlıq üzündən daşıyırlar. Əslində etnik planda tarixi tatarlarla və ya tatar-monqollarla onların heç bir ortaq şeyləri yoxdur.

-Andrey Pavloviç, bu il daha bir tarix də var. 1949-cu ilin martyında Stalin yüz minlərlə pribaltikalını da Sibirə deportasiya etmişdi.

-Burda yüz min nə gəzir? Siz sadəcə indiyə kimi nato propaqandası dinləmisiz. 60 il əvvəl Estoniyadan – 20173 nəfər, Litvadan -31917 nəfər, Latviyadan -42149 nəfər deportasiya edilmişdi. NKVD – NKQB-nin bu arxivləri çoxdan hamının ixtiyarına verilib. Bununla belə, 1959-cu ildə Xruşovun dövründə krım tatarlarından fərqli olaraq bütün pribaltlara evlərinə qayıtmağa icazə verildi. İndi isə, bu insanların kim və niyə deportasiya olunduqlarını aydınlaşdıraq. Meşə qardaşları adlandırılanları və onların ailə üzvlərini deportasiya etmişdilər. Onları isə faşistlərlə əməkdaşlıq etdiklərinə görə sürgün etməmişdilər, bunu onlara bağışlamışdılar, alman ordularının darmadağın edilməsindən sonra Pribaltikada ərazisində bandalar formalaşdırdıqlarına görə sürgün etmişdilər.Həmin “meşə qardaşları” 1945-1949-cu illər arasında Litvada -25108, Latviyada – 4780, Estoniyada -891 nəfər qətlə yetirilmişdi.

-Mən oxumuşdum ki, müharibə illərində Pribaltikada Almaniyada olduğu kimi demək olar ki bütün yəhudilər məhv edilmişdi.

-Özü də SS-in əli ilə yox, yerli polisin əli ilə.  İşğal olunmuş şərq ərazilərinin işi üzrə Reyxin nazirliyinin məlumatlarına görə ümumilikdə 120 min yəhudi.

-Onlar niyə almanlar qarşısında bu qədər xidmət göstəriridilər?

-Ümid edirdilər ki, Hitler onlara öz dövlətlərini yaratmağa icazə verəcək. Əksər qudurğan millətçilər hələ də inanırlar ki, 1944-cü ildə  “sovet işğalı” olmasaydı elə belə də olacaqdı. Amma Almaniyanın Pribaltika üçün tamamilə fəqli planı vardı. Bu barədə bir çox sənədlər İqor Pıxalov-un yeni işıq üzü görmüş “Stalin nəyə görə xalqları sürgün edirdi?” kitabında dərc olunub. Belə ki, Berlində Pribaltika ölkələrində almanlaşdırma məsələləri üzrə yığıncaqda qərara alınmışdı: “Əhalinin böyül əksəriyyəti almanlaşma üçün yaramır. Əhalinin irsi mənada lazımsız hissəsi Qərbi Sibirə sürgün olunmalıdır”. Estoniyada əhalinin 50%-ni, Litva və Latviyada isə hər biri üzrə 30%-ni saxlamaq güman edilirdi. Əvəzində Pribaltikada vermaxt veteranları yerləşdirilməli idi. Yavaş-yavaş bu siyasət artıq həyata keçirilməyə başlamışdı. 1943-cü il noyabrın 1-nə Pribaltikada artıq 35 min alman müstəmləkəçisi yaşayırdı. Əvəzində isə Sibirdə 300 min pribaltikalı, əsasən 17 yaşından 40 yaşına kimi qadınlar alman əmək konslaqerlərinə göndərilmişdi.

-Belə çıxır ki, Pribaltika respublikaları da krım tatarlarının ardınca Stalinə minnətdar olmalıdırlar. Onla Hitlerə qalsaydılar indiyə kimi Sibir mədənlərində xutorlar tikirdilər.

-Elədir. Ümid edirəm ki, həqiqət nə vaxtsa Pribaltikaya da çatacaq. Və o zaman insanlar Tallinin mərkəzi ilə addımlayan, “qanlı cinayətkar” olan Stalinin xeyirxahlığından sağ saxladığı Estoniya SS-nın veteranlarını pomidor atəşinə tutacaqlar.

Tərcümə G.Muradova

4 февр. 2015 г.

Bütün hindu tayfalarının Böyük Başçısı Kaqaxi Oksford, Kembric və Ayova universitetlərində təhsil alıb. Amerika faşizminə qarşı mübarizə aparan Leonard Peltierin dostu və silahdaşı olmuşdur. O jurnalistlərə çox az müsahibə verir, kanadalı jurnalist Arcil Terner onun müsahibə verməyə razılaşdığı çox az jurnalistlərdəndir. Aşağıda Kaqaxinin müsahibədə müasir dünyadakı vəziyyət barəsində fikirlərini təqdim edirik.

“Vaxtilə Plutarx yazırdı ki, roma sərkərdəsi və dövlət xadimi Katon senatdakı bütün nitqlərini  (onların mövzusundan asılı olmayaraq) bu cümlə ilə yekunlaşdırırdı:”Karfagen məhv edilməlidir” (Ceterum censeo Carthaginem esse delendam). Mən Katonu yaxşı anlayıram, çünki mənim damarlarımda qətlə yetirilmiş əcdadlarımın qanı axır. Düşünürəm ki, əgər Karfageni ABŞ-la əvəz etsək, müasir dövrümüzün real təsvirini alarıq.
Mən ABŞ-ın yerində yeni Roma yaratmağı arzulayıram, ədalətli, dürüst və xeyirxah. Yəqin qərb təhsili ilə hindu tərbiyəsinin ahəngi insanda nəsə xüsusi bir şey əmələ gətirir. Bunu özüm barəsində söyləyirəm.
Tamamilə aydındır ki, Birləşmiş Ştatlar dağılmalıdır. Özü də ABŞ-da vətəndaşlığa malik olan insanlar tərəfindən. O insanlar tərəfindən ki, Ukrayna hadisələrindən sonra dünyanın onlara İraqdakı, Liviyadakı və Suriyadakı hadisələrdən sonra olduğundan daha çox nifrət etdiyini anlayırlar. ABŞ-ın əlaltısı Pyotr Poroşenko Ukraynanın cənub-şərqdəki şəhərlərində və qəsəbələrində yüzlərlə qadın, uşaq və qocanı öldürdüyü zaman özünün bizanssayağı sakitliyini saxlayan Putin məhz buna arxalanır. Bundan əlavə, mən düşünürəm ki, ABŞ məhv edilməlidir.
İkinci Dünya müharibəsinin bitməsindən sonra ABŞ hər 15 aydan bir dünyanın müxtəlif regionlarında müharibəyə başlamışdır. Yüz minlərlə, bəlkə də milyonlarla doğulmamış uşağın məsuliyyəti onların boynundadır.ABŞ rəhbərliyi bu ölkəni quranların ideyalarına xain çıxdı. ABŞ rəhbərliyi Amerika Konstitusiyasını satdı. Bundan əlavə, düşünürəm ki, ABŞ məhv edilməlidir.

Artıq tezliklə hər bir amerikalının dünyanın hər yerində təqib ediləcəyi an gələcək. Heç kim onlarla nüvə silahı ilə vuruşmayacaq. İnsanların nifrəti onları məhv edəcək. Hindu qisası yüzilliklər sonra gəlir. Bundan əlavə, mən düşünürəm ki, ABŞ məhv edilməlidir.

ABŞ müasir dövrümüzün Karfagenidir. Nəyin romalılarda adi halda Karfagenə qarşı kütləvi nifrət oyatdığını xatırladım: hər şeydən əvvəl karfagenlilərin kütləvi şəkildə sələmçiliklə və vasitəçiliklə məşğul olması. Onlar varlı pozğunların günah və ehtiraslarını təmin etməkdən ötrü romalılardan onların qızlarını və oğlanlarını qəpik-quruşa alırdılar. Romalılar Karfageni məhv etmək üçün kütləvi şəkildə könüllü qatılmışdılar. Tarix təkrarlanacaq, ABŞ-da da bütün qalan dünyanı özlərinə qarşı qaldırıblar. İndi bütün dünya iqtisadiyyatı bir neçə yüz ailənin maraqlarını təmin etmək üçün düyünlənib.  Bugün ABŞ bütün dünyada dövlət səviyyəsində sələmçiliklə, oğraşlıqla və qətllərlə məşğuldur. Bundan əlavə, düşünürəm ki, ABŞ məhv edilməlidir.

Beləliklə, əgər evinizdə su yoxdursa və kanalizasiya tutulubsa, kimi çağırmalı olduğunuzu bilirsiniz. Ona görə ki sizin ölkəniz sizə layiqli həyat şəraiti təmin etmək yerinə ABŞ üzündən vəsaitləri hərbiləşməyə xərcləməyə məcburdur. Bundan əlavə, mən düşünürəm ki, ABŞ məhv edilməlidir.

Beləliklə, əgər haradasa  qohumlarınız vaxtında tibbi yardım almayıb həyatlarını itirirlərsə, bunda kimin təqsirli olduğunu bilirsiniz. Bundan əlavə, mən düşünürəm ki, ABŞ məhv edilməlidir.

Beləliklə, əgər sizin oğlunuz həyatda öz yerini tapa bilməyibsə, siz bunda kimin təqsirkar  olduğunu anlamalısız. Bundan əlavə, mən düşünürəm ki, ABŞ məhv edilməlidir.
Beləliklə, əgər sizin qızınız fahişəyə çevrilibsə, siz bunda da kimin təqsirkar  olduğunu anlamalısız. Bundan əlavə, mən düşünürəm ki, ABŞ məhv edilməlidir.

Müasir dünyadakı bütün pisliklər, bədbəxtliklər və ölümlər ABŞ-la əlaqəlidir. ABŞ mövcud olduğu müddətdə dünyada daim müharibələr olacaq. Nifrət, ölüm və aclıq olacaq. Bundan əlavə, düşünürəm ki, ABŞ məhv edilməlidir.
Amerikalılara bütün insanlığın onlara nə qədər nifrət etdiyini dərk etmələri üçün, prezident Obamanın və onun ailəsinin az qala hər gün yuxusuna girən dünyanın sürrealist rəsmini təsəvvür etmək lazım: Adolf Hitler əlini amerikalı prezidentin çiyninə vuraraq, ondan sonra nasistlərin növbəti başçısının afromerikalı olacağını heç vaxt ağlına gətirmədiyini ona söyləyir. Həmin an bu sözləri bütün Üçüncü reyxin rəhbərliyi alqışlayır. Bundan əlavə, düşünürəm ki, ABŞ məhv edilməlidir.

Beləliklə, siz ABŞ deyəndə, Hitler – deyirsiniz. Siz deyəndə - Hitler, siz ABŞ deyirsiniz. Artıq tezliklə milyardlarla insan başa düşəcək ki, planetdəki bütün bədbəxtliklərin əsas mənbəyi vaxtilə bizi, hinduları azad və xöşbəxt həyatdan məhrum edəb ölkədir. İnanıram ki, tezliklə o an gələcək ki, amerika pasportu  onun sahibinin kütləvi insan qətllərində iştirak edib-etməməsini araşdırılması məqsədilə dünyanın istənilən ölkəsində  həbsə almaq üçün səbəb olacaq. Yəni əvvəlcə həbsə salınma, istintaq. Sonra məhkəmə. Bəşəriyyət amerika qətllərindən sonra ABŞ-a qarşı sanksiyalar tətbiq etməlidir. Çünki, o ölüm gətirən yırtıcıdır. Bundan əlavə, düşünürəm ki, ABŞ məhv edilməlidir.

İndi bizim, siu, dakota, viyoto, seminol, apaçi, komançi və sayını bizim göllərimizin sahillərindəki nəhəng palıd ağaclarının budaqlarındakı külək xışıltısı ilə müqayisə edə biləcəyimiz digər tayfaların  kişilərinin, qadınlarının, uşaqlarının yerində bütün bəşəriyyət dayanıb. Bundan əlavə, düşünürəm ki, ABŞ məhv edilməlidir.

Gec və ya tez insanlar anlayacaqlar ki, müasir dünyanın bütün bədbəxtliklərinin təqsirkarı ABŞ-dır. Başqa heç kim. Bundan əlavə, düşünürəm ki, ABŞ məhv edilməlidir.
Böyük Vadilər və Böyük Göllər onsuz da hinduların olacaq. Dünyanın sülhsevər tayfaları Vaşinqtondan olan sifəti solğun cəza verənlərin vəhşi rejiminə son qoymalıdırlar. Bundan əlavə, düşünürəm ki, ABŞ məhv edilməlidir.”

Tərcümə Günel Muradova

9 дек. 2014 г.

Şəkil Ukraynada çəkilib, Dondasda. Amerikançı neobanderaçı Kiyev hökumətini qəbul etməyən, bu hökumətə etiraz olaraq Ukraynadan ayrılmaq istəyən Donbasda. Gördüyünüz kimi, neobanderaçı Kiyevin silahlı qüvvələrinə qarşı müdafiə olunan döyüşçülər SSRİ bayrağından istifadə edir. Ümumiyyətlə, Donbasda sovet simvolikası çox dəbdədir, çoxları istifadə edir. Bu günlərdə xalq cümhuriyyəti elan etmiş Luqansk və Donetsk bölgələrində seçkilər oldu. Xəbərlərə görə, seçicilər aktiv idi. Sosioloqlar bunu Donbas insanlarının sovet vaxtı üçün nostalji hissləri bəsləməsi ilə izah edirlər... Bu - nostalji - sözünü tez-tez Sovet sosializmi haqda müsbət fikirlər səsləndirən hər kəsin boynuna yarlıq kimi asırlar. Halbuki, məsələ nostalji məsələsi deyil. Hər şey aydın və bəsitdir: insanlar sosializm istəyir, bütün qüsurlarına rəğmən hətta Sovet sosializminə razıdırlar. Kapitalizmdən, neoliberalizmdən dadnadan sonra. Təəssüf ki, Donbas döyüşçülərini və seçicilərini xəyal qırıqlığı gözləyir. Ona görə "təəssüf" deyirik ki, Rusiyanın başqa Putin olmaqla burjua elitası çətin ki, orada qırmızı bir anklavın olmasına razılıq versinlər. Qırmızı Donbas saçı-liberal Kreml üçün təhlükə mənbəyidir. Donbas döyüşçülərin əksəriyyəti amerikançı Kiyev hökumətinə qarşı sovet sosializmini bərpa edəcəklərinə inanaraq vurşurdular. Onlar indiyə kimi inanırlar ki, fabriklər, zavodlar, təbii resurslar, topağlar - hər şey - xalqın mülkiyyətinə qaytarılacaq. İnanın ki, Donbasın bu qırmızı dəstələri Rusiyaya daxil olub Moskva tərəfə getsələr, Rusiyanın hər yerində xalq , sadə insanlar onları xoş qarşılayar, onların tərəfinə keçər...və beləliklə Rusiyanın özündə sosialist inqilabı yenidən zəfər çalar. Rusiya əhalisi Putini ABŞ və NATO-ya qarşı prinsipial mövqe tutuduğuna görə dəstəkləsələr də, korrupsiyaya, sosial ədalətsizliyə, neoliberal islahatların davam etməsinə görə çox narazıdırlar. Bizdə də neoliberal islahatlar davam edir. İki daşın arasında İlham Əliyev pensiya haqda yeni qanuna imza atdı... Heç buna diqqət etdiz? Çünki hamımızın başını Aşuraya, dini söhbətlərə və müğənnilərimizin şəxsi həyatının müzakirəsinə qatıblar.






İkinci dünya müharibəsinin sonunda sovet kəşfiyyatçısı Mixail İvanov SSRİ-nin yaponiyadakı səfirliyində işləyirdi. 

1945-ci ilin avqustunda ABŞ silahlı qüvvələri tərəfindən Hirosima və Naqasakiyə nüvə bombaları atılanda mərkəzdən İvanova bu şəhərlərə gedib məlumat toplamaq tapşırığı verildi. SSRİ-nin o zaman hələ nüvə silahı olmadığından bunu hətta amerikalı mütəxəssislərdən əvvəl etmək vacib idi və o həmkarı Herman Sergeyev ilə avqustun 16-da Hirosimaya gəldilər. Amerikalıların ancaq 20 avqustda ora gəlməsi planlaşdırılırdı.

Qatarla Hirosimaya gələn İvanov və Sergeyev gördükləri mənzərədən dəhşətə gəldilər. Onların məqsədi nüvə silahının gücünü müəyyən etmək üçün material toplamaq idi, amma partlayışın episentrində 1 km radiusunda heç nə yox idi. Elə bil burada nəhəng bir yolbasan keçib yeri hamarlamışdı. Qəribə rəngli ərimiş daşların qoxusu ürək bulandırırdı. Radiasiyadan şübhələnməyən İvanov və Sergeyev bu daşları çemodana yığdılar.

Naqasakidə onlar amerikan kəşfiyyatçı təyyarəsinin atdığı xəbərdarlıq vərəqələrini tapdılar. Sağ qalmış insanlar qırıqlardan özlərinə sığınacaq düzəldirdilər. Meriya binasında gecələmək istəyən İvanov və Sergeyev insanların qışqırıqları, iniltiləri, çürüyən bədənlərin qoxusundan yata bilmədilər.

Onlar radiasiyaya məruz qaldılar. Müharibədən sonra qəbul olunmuş yapon qanunlarına görə onlar nüvə bombalanması qurbanları sayıla bilərdilər.

Sergeyev tezliklə vəfat etdi. İvanov isə bu il 101 yaşında dünyasını dəyişdi. Bunun səbəbləri indiyədək məlum deyil. Məlum olan odur ki, Tokiodan Hirosimaya qatarda gələrkən İvanov bir şüşə viski içmişdi. Sergeyev isə içməmişdi.

Sonradan SSRİ-də nüvə obyektlərinin işçiləri kiçik dozalarda spirtli içkilər qəbul etməli idilər. Hətta sualtı nüvə qayıqlarında bu 100 qramlıq dozaya "İvanovun stəkanı" deyirdilər.

Sovet sosializmi vaxtının plakatı.
Böyük hərflərlə "Milis - xalqın xidmətçisidir" yazılıb. Divarda da yazı var: "Zəhmətkeşlərin şikayət və ərizələrinə diqqətlə yanaşmaq". Bu, milisə olan tələb idi.
SSRİ dağılan/dağıdılan, kapitalizm bərpa olan 25 ildir. Müstəqil kapitalist Rusiyada və Azərbaycanda polis xalqın dostudurmu? Xidmətçisidirmi? Əmək insanının, fəhlənin, kəndlinin, ümumiyyətlə üst təbəqəyə, burjua sinfinə aid olmayan vətəndaşların ərizələrinə və şikayətlərinə diqqətlə yanaşılırmı?
Bəlkə Türkiyədə polis xalqın dostudur? Bəlkə ABŞ-da polis xalqın xidmətçisidir?
Kapitalizmlə hələ qüsurlu sovet sosializminin fərqi həm də bundadır. (Kapitalizm özü sistemli bir qüsurdur.)
Kapitalist ölkədə polis - xalqdan toplanan vergiylə xalqa qarşı istifadə edilən silahlı güc dəstələridir. Bəli, polis ictimai təhlükəsizliyi qoruyur, əziyyət çəkir, sağ olsun... Amma kapitalist elitaya sərf edən ictimai təhlükəsizliyi.

Saral Sarkar - Ekososializmin perspektivləri


I. Sual

Mənim dinləyicilərimdən biri Pekində mühazirədən sonra mənə yaxınlaşdı və söylədi ki, mühazirə onu tamamilə inandırıb, amma onun üçün sual qalan bir şey var: “Ekososializm nə vaxt gələcək?”
Bu çətin, verməyə sadə cavabım  olmayan sual idi. Cavab verdim ki, mən astroloq deyiləm. Bununla belə bu maraqlı sualdır, amma onu başqa şəkildə qoymaq lazımdır: Ekososializmin perspektivləri varmı? Və ya: Bugün insanların əksəriyyətinin kapitalizm cəmiyyətini ekososialist cəmiyyətə transformasiya etmək istəyinin  əlamətləri hansılardır?

Bu sual olduqca vacibdir, çünki dünyada bərqərar olmuş vəziyyət uzun müddət davam edə bilməz. Bu sual Marksın ardıcıllları üçün də başlanğıc nöqtə ola bilər. Marks özünün Siyasi İqtisadiyyatın Tənqidi əsərinin müqəddiməsində yazırdı: “Sosial şərait istehsal qüvvələrinin inkişafı olmadan aradan qalxa bilməz; uyğun olaraq da, köhnə cəmiyyətin daxilində maddi şərait yetişmədən daha yüksək istehsal münasibətləri yarana bilməz. Buna görə də bəşəriyyət qarşısında özü üçün ancaq həll edə biləcək məsələlər qoyur; məsələni daha diqqətlə nəzərdən keçirməklə, görə bilərik ki, həmin məsələrin özləri ancaq onların həlli üçün maddi şərait yarandıqda və ya ən azından formalaşma prosesində olduqda meydana çıxırlar.” (Marks və Engels)Mən Marksın sözü onun üçün son siyasi hikmət olan köhnə sosialistlərdən deyiləm. Amma onun sözləri kifayət qədər inandırıcıdır və aydın düşünən, fantaziya qurmaqla məşğul olmayan sosialistlər üçün faydalıdır. Bu sözlər inkişaf etmiş kapitalizm cəmiyyətlərində işçi sinfin Marksın ümidlərini niyə doğrultmadığını dərk etməyə kömək edir. Bu ona görə baş verdi ki, Marksın fikrinin əksinə olaraq kapitalizmdə mövcud olan istehsal qüvvələri tamamilə tükənməmişdi. Onlar üçün hələ çox yer vardı.

II. Müasir böhranlar

Qoyulmuş suallardan ilkinə cavab verməzdən əvvəl bugünkü vəziyyətin ən vacib və ən çox nəzərə çarpan aspektlərinin üzərində dayanmaq lazımdır. Əgər biz problemləri aydın görsək və böhranın təbiətini anlasaq, suala cavab vermək daha asan olacaq. Biz sual verməliyik: kapitalizm çərçivəsində problemlərin həllini və böhranları aşa biləcək istehsal qüvvələrinin gələcək inkişafını gözləmək olarmı? Əgər bu suala müsbət cavab versək, bu nəticəyə gəlməliyik ki, kapitalizm tezliklə aradan qalxmayacaq və sosializmin meydana gəlməsi üçün sosialistlərin fikrincə,daha yaxşı (hələlik “yüksək”  terminini bir kənara qoyaq) istehsal münasibətlərinə gətirib çıxaracaq maddi şərait hələ yetişməyib. Başqa sözlə, bu nəticəyə gəlməliyik ki, sosializmə keçid üçün hələ zəruri şərait yoxdur.   Son bir neçə ildə dünyanın kütləvi informasiya vasitələri adətən xəbər verdikləri böhranlardan (inflyasiya, iqtisadiyyatın çökməsi, fond bazarının dağılması, iqtisadi staqnasiya, işsizliyin artması, velfer böhranı, inkişafda olan ölkələrdə xarici borcların artması, yoxsulluq, ölkələr arasındakı münasibətlərdə artan gərginlik, müharibələr və s.) daha ciddi müxtəlif böhranlar haqda məlumatlar verirlər. Bu böhranlar hələ də bizimlədir, amma onlar ümumilikdə qanunauyğundurlar və işlərin ümumi vəziyyətinin bir hissəsidirlər. Bəşəriyyətin qarşılaşdığı olduqca daha ciddi böhranlarla müqayisədə onlar kapitalizm rejimi üçün təhlükəli deyillər.

Bugün dünyanın çox yerlərində aclıq çox ağır problemə çevrilib, o olduğundan daha geniş yayılıb. Qısa vaxt ərzində düyünün, taxılın, qarğıdalının və s. qiyməti o qədər artıb ki, bir çox ölkələrdə yoxsullar hətta onları indiyə kimi həyatda saxlayan bir parça yeməyi belə ala bilmirlər. 30 ölkədə qiymətlərin qalxmasına qarşı aclıq qiyamları və kütləvi etirazlar baş verdi.Bundan əlavə, enerji böhranı. Yanacağa və elektrik enerjisinə olan qiymətlərin tədricən qalxması təkcə kasıb ölkələrə deyil, varlı ölkələrə də əziyyət verir. İspaniyada, Portuqaliyada, Fransada və Böyük Britaniyada sürücülər və balıqçılar dizel yanacağına olan yüksək qiymətlərə qarşı nümayişlər keçirirlər, yolları və portları mühasirəyə alırlar, çünki, onların sözü ilə söyləsək, onların peşəsi ziyanlı olur. Hər tərəfdə nümayişçilər və polis arasında qarşıdurmalar baş verir.Enerji böhranı resurs böhranının ən vacib tərkib hissəsidir. Bir çox məhsullar üçün ən vacib və əsas enerji və xammal mənbəyi olan xam neftin əldə olunması getdikcə daha çətin və buna görə də getdikcə daha bahalı olur. Hətta kömürün dəyəri belə qalxır. Nüvə enerjisinin mədən yanacağına alternativ olduğunu düşünənlər üçün qeyd edim ki, hətta uran ehtiyatı belə tükənir, və onun əldə olunması bahalaşır. Bu şeyləri fotoenerji batareyaları və elektron çiplər üçün əsas xammal olan silisium üçün də söyləmək olar. Təkcə bunlar deyil, sənayedə istifadə olunan dəmir, mis, sink, nikel və s. kimi adi metallar da bahalaşır. Hətta dəmir filizi və qara metalın qiyməti belə bahalaşır.    Hər kəs bilir ki, ucuz və əlçatan enerji sənayecə inkişaf etmiş cəmiyyətlərin əsası və yüksək həyat şəraitidir. Buna görə də ucuz neft erasının sonu belə cəmiyyətlərin çiçəklənməsinin sonu deməkdir.Ümumilikdə enerji və resurs böhranı, xüsusilə də təbii qaza olan qiymətlərin bahalaşması gübrəyə olan qiymətlərin də artmasına səbəb olur; əhali artımı, sənayeləşmənin və urbanizasiyanın böyüməsi şum üçün yararlı torpaqların və su mənbələrinin azalması nəticəsində baş verir. Bu faktorlar - əkin üçün yararlı torpaqların bioyananacaq istehsalına istifadə olunması kimi ehtiyatsız qərarlarla birlikdə - müasir ərzaq böhranının arxasında dayanan səbəblərdir.Resurs böhranından daha ciddi böhran iqlim dəyişiklikləri ilə əlaqədar təbii fəlakət təhlükələridir – fırtına, daşqın, torpağın üst təbəqələrinin yerini dəyişməsi və s. – ki, onlar da öz növbəsində qlobal istiləşmə və okean səviyyəsinin artması ilə əlaqədardır. Belə təbii fəlakətlər faktiki olaraq Çin də daxil olmaqla, artıq bütün dünyada müntəzəm xarakter almışdır. Gələcəkdə onlar daha tez-tez baş verəcək və daha dağıdıcı olacaq.Bundan əlavə, biz daim pisləşən ekoloji vəziyyəti unutmamalıyıq: havanın, suyun və torpağın keyfiyyətinin tozlu, kimyəvi və radioaktiv  çirklənmədən deqradasiyası və bioloji növlərin məhv olması üzündən bio-müxtəlifliyin azalması.Resurs və ekologiya böhranından başqa bugün dünya aradan qalxmayan sosial və siyasi böhrandan da əziyyət çəkir: yüz minlərlə qaçqın öz vətənini yoxsulluq, müharibələr və ekoloji bəlalar üzündən tərk edir; dini və millətçi fanatiklərin terrorist hərəkətləri; ölkə daxilində və sərhədlərində etnik konfliktlər və vətəndaş müharibələri; hamı tərəfindən qəbul olunmayan hökumətlərin mövcud olduğu və silahlı quldur dəstələri tərəfindən idarə olunana yarımçıq dövlətlər.Bu böhranlar, xüsusilə bünövrəni təşkil edən ümumi resurs böhranı, bu vaxta kimi görünməmiş inflyasiyaya və iqtisadiyyatın çökməsinə gətirib çıxaracaq. İndiyə kimi inflyasiya ümumilikdə həmkarlar ittfaqları tərəfindən yüksək əmək haqqı tələblərinə  və (və ya) istehsal artımının yavaşlaması zamanı tələbin artmasına görə yaranırdı. Bunun əlacı sadə idi: həmkarlar ittifaqlarını əmək haqqının azalmasının vacibliyinə inandırmaq və ya monetar və fiskal siyasətin köməkliyi ilə tələbi azaltmaq. Bu andan hətta işçilər yüksək əmək haqqı tələb etməsələr belə, və hətta əmtəə və xidmətlərə olan tələb artmasa belə qiymətlər artmağa davam edəcək. Bu ona görə baş verəcək ki, mövcud geoloji və coğrafi şərtlər daxilində xammal hasilatı getdikcə daha da çətinləşəcək ki, bu da ardınca istehsal dəyərinin artmasına gətirib çıxaracaq. Neft hasilatının dəyəri arktik dərinliklərdə misal üçün, Küveyt qumluqlarındakından daha yüksək olacaq.Xammal az, qiymətlər isə daha yüksək olduqda tələb nəinki dayanacaq, həm də azalmağa başlayacaq, çünki insanlar nəsə almaq iqtidarında olmayacaqlar. Bundan başqa, xammal defisiti istehsalın çöküşü demək olacaq. Və bu baş verən zaman, yeni növ resessiya başlayacaq, hansı ki, artıq bərpa olunan resurslara əsaslanan iqtisadiyyat dayanıqlı, təbii vəziyyətinə nail olmayana qədər davam edəcək.   Bütün bu fundamental böhranlar daha əvvəllər qeyd edilmiş, keçmişdə uyğun siyasət vasitəsilə  müəyyən dərəcədə  zəiflədilə bilən efemer böhranlara bənzəmirlər. Bugünün böhranları bu mənada fundamentaldırlar ki, onların kökləri sistemin özəyində - onun kapitalist və sənaye təməlində - yerləşir və onların dəf edilməsi üçün radikal şəkildə sistemi dəyişmək, bununla həyat tərzini, eləcə də bizim əmtəə və xidmətləri necə istahsal etmək üsulumuzu, həm əhalinin səviyyəsini, həm resurlardan istifadə üsulunu, təbiətə münaisbətimizi, bizim sosial münasibətlərimizi və s.və s. şeyləri dəyişmək lazım olacaq. Başqa sözlə, bu böhranları kapitalizmin mövcud sosial, iqtisadi və siyasi sistemləri çərçivəsində dəf etmək mümkün deyil

.III. İstehsal qüvvələrinin vəziyyəti

İndi isə istehsal qüvvələrinin bugünkü vəziyyətini ya artıq baş vermiş, ya da yaxın gələcəkdə baş verəcək hadislərlə birlikdə nəzərdən keçirək. Və baxaq görək, onlar kapitalizm çərçivəsində fundamental böhranın aradan qalxmasına imkan yaradacaqmı. “Eko-sosializm yoxsa eko-kapitalizm?” kitabımda bu məsələni təfərrüatı ilə nəzərdən keçirmişəm.Bugün kapitalizm qarşısında dayanan ən çətin məsələ yeni enerji mənbələrinin axtarışıdır, hansılar ki, (a) atmosferə parnik qazları atmayacaq (və ya çox az atacaq) və (b) ucuz və kifayət qədər olacaq, və buna görə də bərpa olunmayan və tez tükənən, və atmosfərə böyük həcmdə parnik qazı atan mədən yanacağını əvəz edəcək. Başqa sözlə, ətraf mühiti dağıtmadan iqtisadi artımı saxlamaq imkanı verən və bərpa olunan yeni enerji mənbələri (eləcə də digər resursları) tapmaq məsələsi.Alimlər və mühəndislər bir-birilə sıx bağlı olan resursların tükənməsi və ətraf mühtin pisləşməsi problemlərinin ciddiliyini dərk edəndən – bu isə 1970-ci illərin ortalarında baş verdi – bir çox sahələrdə, xüsusilə bərpa olunan və mühiti çirkləndirməyən resurslar sahəsində, tədqiqatlar və axtarışlar aparılmışdır. Amma çox təəsüf ki, hələ də bunun həlli tapılmamaışdır.Bərpa olunan və böyük miqdarda olan günəş və külək enerjisinə böyük ümidlər bağlanmışdı. Gündəlik günəşdən əldə olunan enerjinin miqdarı gündəlik istifadə olunan  dünya bütün kommersiya enerjisindən 15000 dəfə çoxdur. Buna görə də, çoxları dayanıqlı iqtisadi artım problemini həll etməyə imkan verəcək günəş texnologiyalarının yaradılmasına ümid edirdilər.   Amma bu ümidlər hələ də gerçəkləşməyib. Nə günəş, nə də külək enerjisi hələ də mədən yanacağının yandırılmasına əsaslanan və atmosferə on minlərlə ton CO2 atan kommersiya energetikası, ənənəvi energetika ilə rəqabət apara bilmir. Və görünür ki, heç vaxt da apara bilməyəcəklər. Bərpa olunan energetika subsidiyalardan asılı olaraq qalır. Amma subsidiyaların böyük hissəsi mədən yanacağı ilə hərəkətə gətirilən ümumi iqtisadiyyatdan gəlir, o mənbə ilə ki, bərpa olunan mənbələr tərəfindən əvəz olunması güman edilir. Bu o deməkdir ki, bərpa olunan enerji texnologiyaları həyat qabiliyyətli deyil, onlar yalnız mədən yanacağı mövcud olduğu müddətdə mövcud ola bilərlər.Bu asılılığın azalmamasını bu fakt sübut edir ki, Almaniyada bərpa olunan enerji təbliğatı ilə məşğul olan nəhəng Eurosolar təşkilatı bu yaxınlarda zəmanət verilən subsidiyanın kilovatt-saat külək enerjisi dəyərində artırılmasını buna görə tələb edirdi ki, xammalın dəyəri artır. Külək stansiyalarının tikilməsi üçün  vacib olan ən əsas xammal təbii ki, dəyəri sürətlə artmaqda olan mədən yanacağı enerjisidir. Almaniya hökuməti bu tələbi ödədi və zəmanət verilən enerjinin dəyərini yüksəltdi. Eurosolar (hələ ki) zəmanət olunan fotoelektrik enerjisinin dəyərinin artırılmasını tələb etmir, baxmayaraq ki, xammalın dəyərinin artırılması həm də fotoelementlərin istehsal dəyərinin yüksəlməsinə səbəb olur. Nazik kristal plastinkaların hazırlandığı təmiz silisium getdikcə azalır və onun dəyəri artır. Amma zəmanət verilən günəş enerjisinin  dəyəri şərti elektrik enerjisindən o qədər yüksək olub ki, hökumət onu bir az azaltmaq qərarına gəlib. Mənim işim burada enerjinin zəmanətli subsidiyalaşdırılmış dəyərinin nə qədər özünü doğrultmasında deyil, təntənəli surətdə elan olunan bərpa olunan enerjinin tükənən və parnik qazları atan yanacaq iqtisadyyatından iqtisadi asılılığını göstərməkdir. Vəziyyəti texniki dillə izah etsək, nə günəş, nə də külək enerjisi özü-özünü istehsal edə bilmir. Yəni, bu texnologiyalar üçün zəruri olan bütün avadanlıqlar şərti (əsasən də mədən) yanacağın istifadəsi ilə hazırlanır. Onların istehsal etdiyi təmiz enerji, yəni, əldə olunan enerji vahidinin qoyulmuş enerji vahidinə olan nisbəti ya çox kiçikdir, ya da hətta vahiddən kiçikdir.Hazırki dövrdə təbliğ olunan digər bərpa olunan enerji  mənbəyi 2 növdə bio-kütlədir: (a) yanacaq əkinləri və (b) kənd təsərrüfatı və meşəçilik tullantıları. Bu metodlardan heç biri yeni deyil. Bitki yağından istehsal olunan bio-dizel keçmişdə, benzin tərəfindən sıxışdırılana qədər  avtomobillər üçün yanacaq qismində istifadə olunurdu. Bio-kütlə tullantılarından əldə olunan bio-qaz 1950-ci illərdən 70-ci illərə kimi geniş istifadə olunurdu. Bugün onu kiçik mqdarda elektrik enerjisinin istehsalı üçün istifadə edirlər. Qədim bərpa olunan enerji mənbələrinin yenilənmiş şəkildə istifadə olunması – xüsusilə bio-etanol və bio-dizel formasında – və böyük subsidiya alması faktı, günəş və külək enerjisi qurğularından məyusluğu sübut edir.Müasir sənaye cəmiyyətinə təkcə elektrik enerjisi tələb olunmur, həm də maye yanacaq,xüsusilə avtomobillər üçün, tələb olunur. Günəş və ya külək stansiyası  vasitəsilə istehsal olunan elektrik enerjisindən – bu enerjini isə bir yerə toplamaq lazımdır, yəni bu mənbələrin enerjisi təsadüfi xarakter daşıyır - maye yanacaq əldə etmək üçün suyun elektrolizi lazımdır. Bu isə çox bahalı prosesdir. Belə yanacağın monetar dəyəri və günəş və ya külək qurğularından yandırılmış hidrogen əldə etmək üçün lazım olan energetika xərcləri o qədər yüksəkdir ki, onun avtomobillər üçün istifadəsinə mənasız olur. Məhz buna görə şəkər qamışından, qarğıdalıdan və s.bitkilərdən bioetanol və rapsdan, palma yağından və s. bio-dizel əldə etmək ideyasından yapışıblar.Bio-yanacaqların böyük çatışmazlığı var – onlar üçün məhsuldar torpaqlar lazımdır. Buna görə də ya kənd təsərrüfatı sahələrini əhalidən almaq lazımdır, ya da tropik meşələri dağıtmaq lazımdır ki, bu da artıq neçə illərdir ki, Braziliyada, İndoneziyada və Malaziyada baş verir. Bu yaxşı ideya deyil. Kənd təsərrüfatı sahələrini bioyanacaq istehsalı üzrə profilləşdirmək bütün bunlardan əlavə həm də Yer kürəsinin əhalisinin 6,5 milyarda çatdığı və artmaqda davam etdiyi – bu əhalinin 800 milyonu isə aclıqdan əziyyət çəkir - bir zamanda çox təhlükəli işdir. Hazırki dövrdə mövcud olan ərzaq böhranı Dünya Bankının məlumatlarına əsasən 75% bu fenomendən asılıdır (The Guardian, 4.07.2008). Tropik meşələrin bu məqsədlə məhv edilməsi ona görə pis ideyadır ki, birincisi, onlar özləri CO2-ni canına çəkən təbii sistemin tərkib hissəsidir və ikincisi, ona görə ki, onlar planetdə ən böyük biomüxtəlifliyi təmin edirlər. Bundan başqa, hətta bio-yanacaq, baxmayaraq ki, o günəş enerjisi kimi xi-tech istehsalına aid deyil, ondan ötrü  subsidiyalaşdırılmalıdır ki, mədən yanacağı ilə rəqabət apara bilsin. Onlardan əldə edilən təmiz enerjinin vahiddən böyük olması böyük şübhə altındadır (Wall Street Journal, 5.12.2006).    Bərpa olunan energetikadan və mədən yanacağından böyük asılılıq səbəbindən bərpa olunan energetikanın qlobal istilməşmənin qarşısını alacağı haqda inandırmağa çalışma cəhdləri tamamilə tutarsız səslənir. Beynəlxalq Enerji agentliyi (IEA) bu yaxınlarda parnik qazlarının qlobal tullantılarının 2050-ci ilə kimi ikiqat azaldılması haqda tövsiyyə paketi təqdim etdi. Bununla belə, bərpa olunan enerji mənbələrinin istifadəsi bu ixtisarların 21%-ni təşkil etməli idi. İEA hesab edir ki, bu hədəfə nail olmaqdan ötrü bərpa olunan energetika 2050-ci ilə kimi dünya üzrə hasil edilən elektrik enerjisinin 46%-ni təşkil etməlidir. Agentlik il ərzində 17500 külək turbinlərinin tikilməsini və enerji istehsalı üçün istifadə olunan bio-kütləni 4 dəfəyə qədər artırmağı təklif edir. IEA həmçinin bu hədəfə nail olmaq üçün lazım olacaq yatırımların dəyərini qiymətləndirib (bura yeni nüvə stansiyaları üçün olan investisiyalar da daxildir): bütün bunlara 45 trilyon ABŞ dolları lazım olacaq (S;ddeutsche Zeitung, 7.06.2008; Schrader 2008). Bu zaman mədən yanacağının qlobal məhsul (dünya üzrə ÜDM) üzərinə qoyuluşları radikal şəkildə azalacaqsa, bu pulları hardan alacıq? Və əgər mədən yanacağına, xüsusilə neftə və qaza, olan daimi qiymət artımını və dünya iqtisadiyyatının çökməsini nəzərə alsaq bu vəsait hardan alınacaq? Aydındır ki, hətta müasir investisiya səviyyəsini saxlamaq belə çətin olacaq.IEA agentliyi həmçinin hər il 32 nüvə stansiyası tikməyi məsləhət görür, yeni stansiyaların ümumi sayı 2050-ci ilə kimi 1300 olmalıdır.. Əsas güc mənbəyi kimi nüvə energetikasının yenidən inkişafını istehsal qüvvələrinin inkişafı hesab etmək olmaz. Bu köhnə texnologiya bərpa olunan enerji mənbələri ilə müqayisədə olduqca təhlükəli və bahalı hesab olunur. Bugün bərpa olunan enerji mənbələrinin çoxlarını məyus etməsi üzündən siyasətçilər bu köhnə texnologiyanı yenidən dirçəltmək istəyirlər. Amma hətta, insanlar bu riski qəbul etməyə razı olsalar  və hətta bu risklər stansiyaların təkmilləşməsi ilə azaldılsa belə, uran tükənən resursdur və daim bahalaşır. Ekspertlərin qiymətləndirməsinə görə, hazırda onun bütün dünya üzrə 439 nüvə reaktorunda istifadə tempi elədir ki, onun ehtiyatları daha 60 ilə bəs edəcək. Bundan başqa, Dünya Nüvə Assosiasiyasına ( World Nuclear Association) əsasən dünya üzrə uran istehsalı 1981-ci ildə öz pik nöqtəsinə çatmışdır. Bu o deməkdir ki, uran ehtiyyatı getdikcə azalır. Uranın dəyəri 2006-cı ilin sentyabrında 2001-ci ilə nəzərən 6 dəfə çox olmuşdur (International Herald Tribune, 5.09.2006). Uran yanacağı olmayan nüvə stansiyalarının işi ABŞ və keçmiş Sovet İttifaqının nüvə arsenalının qarşılıqlı məhdudlaşdırılmasından sonra atom silahından alınan nüvə materialının hesabına uzadılır.    “Bərpa olunan” energetika ilə olan bu problemlər üzündən energetika sənayesinin kütbeyin realistləri nisbətən əlçatan və böyük miqdarda əldə edilən kömürə əsaslanan energetika üçün həll yolu tapmaq barəsində düşünürlər. Kömür neft kimi universal yanacaq olmasa da, onu qazlaşdırmaq və yandırmaq mümkündür. Problem bundadır ki, onu necə yandırasan ki, atmosferə CO2 atmayasan. Bugün üzərində təcrübə aparılan qərar karbonun tutulması və basıdırlması texnologiyası adlanır (Carbon Capture and Storage, CCS). İdeya CO2-nin kömür stansiyalarında digər yandırılma məhsullarından sənaye üsulu ilə ayrılması, onun tutulması və neft və qaz hasilatından sonra yaranmış boşluqda yüksək təzyiq altında mayeləşdirilməsindən ibarətdir. Sonra – bu hissə də aydın deyil – ya bu boşluqlar bağlanacaq,yaxud da mayeləşmiş CO2 boşluğun ətrafındakı süxurlar tərəfində udulacaq. Münasib geoloji süxurları olan münasib boşluqları da təbii ki, hələ tapmaq lazımdır.Belə həllin ən güclü müdafiəçisi 2006-cı ildə Böyük Britaniya hökuməti tərəfindən yaradılmış komissiyanın rəhbəri ser Nikolas Sterndir. Bu komissiyanın hesabatında bu metodla qlobal tullantıların təhlükəsiz səviyyəsə qədər ixtisara salınmasının dəyərinin qiymətləndirilməsi aparılmışdır ki, bu da 2050-ci ilə kimi çox kiçik bir məbləğ - dünya ÜDM-in 1%-ni təşkil etməlidir. Amma bəzi iqtisadçılar belə optimistik qiymətləndirmənin dürüstlüyünə çox şübhə ilə yanaşırlar. Robert C.Samuelson yazır:“ İqtisadi artımın saxlanması üçün parnik qazları probleminin kritik problem olmadığını düşünmək olmaz. Stern öncədən onu cüzi güman etməklə kiçik dəyər alır. Onun qiymətləndirmələrində güman edilir ki, texnoloji təkmilləşmələr tullantıların azalması ilə iqtisadi artımı əlaqələndirəcək... İstiləşməni dayandırmaq üçün, Stern istəyir ki, 2050-ci ilə kimi illik tullantılar hazırki səviyyəsindən 25% aşağı olsun. İEA agentliyinin hesablamalarına görə, iqtisadi artım 2050-ci ilə kimi tullantıların  ikiqat artmasına gətirib çıxaracaq. Biz bu gün bu uçqun üzərindən tullana bilmərik...Biz dürüst olmalıyıq. Biz enerji istifadəsi ilə tullantılar arasındakı sıx bağlılığı yox etməyən iqtisadi etxnologiyalar yaratmadan heç nəyə nail ola bilməyəcik. Qlobal istiləşməyə ciddi yanaşan istənilən kəs texnologiya haqqında düşünməlidir, onu passiv qəbul etməməlidir. Əks halda bizim seçimimiz olmayacaq: ya iqtisadiyyatı parçalayan bahalı nəzarət sistemləri, ya da parnik qazlarına həssas olmayan bahalı enerji sistemləri. Ya da hər ikisi.” (Samuelson 2006. Emphasis added)

   IV. Əsas inkişaf mənbəyi

Bugün Avropada bizim Wissensgesellschaft-da yaşamağımız haqda tez-tez eşitmək olar. Bu alman terminini “bilik cəmiyyəti” və ya “intelektual cəmiyyət” kimi tərcümə etmək olar. Bu yaxınlarda müxtəlif müasir böhranlar barəsində aparaılan müzakirələrdən birində moderator alimdən, Fransanın maliyyə nazirinin məsləhətçisindən soruşdu ki, böhranların qarşısının alınması üçün qərb cəmiyyətləri nə etməlidir. Məsləhətçi bildirdi ki, ümumiyyətlə, maddi resurslar dayanmadan azalır və bahalaşır, və dünyada az əmək haqqı səviyyəsi olan dövlətlər – Çin, Hindistan və digərləri - arasında rəqabət artır. Beləliklə, böhranı yalnız “elm cəmiyyətinə”, Wissensgesellschaft –a sürətli keçidlə dəf etmək olar. Mən məxsusi olaraq qəsdən  internet ensklopediyasında axtardım və müəyyən etdim ki, əksər qərb alimləri hesab edirlər ki, “nəzəri bilik – post-sənaye cəmiyyətlərinin ən zəruri resursudur”, “biliklərin yaradılması, istifadəsi və təşkili  - istehsalatın və artımın əsas mənbəyidir” (Wikipedia, German edition).Bir neçə il əvvəl oxşar fikirlər daha sadə ifadə olunurdu, daha dəqiq desək, elmi və texnoloji inkişafı tərif edərək. Almaniyada bəzi insanlar söyləyrdilər: qoy çinlilər, hindlilər, şərqi-avropalılar və digərləri adi məhsullar istehsal etsinlər, biz ideyalar və ya yüksək-texnoloji məhsullar nə nou-xau satacıq. Amma belə ümidlər üçün bir əsas varmı?Müasir elm yaranan andan bilik istehsalı dayanmayıb. İndiki dövrdə alimlərdən eşidirik ki, bilik, necə deyərlər, partlayış xarakteri daşıyır. Amma əgər bilik iqtisadi artım üçün belə vacib resursdursa və onun əsas  mənbəyidirsə, II bölmədə söhbət açdığım böhranlar hardan yaranıb? Aydındır ki, yalnız biliyin kifayət etməsinə ümid etmək əsassızdır.Biliklərin yaradılması, istifadəsi və təşkili həmişə vacib resurs və səmərəliliyin və istehsalın
mənbəyi olub. Amma onlar Sənaye Sivilizasiyasının inkişafının və partlayıcı xarakterinin səbəbi deyillər. Bəs o zaman son iki yüz ildə rifah halının artmasının əsas səbəbi nə olub? Bəli, mədən yanacağı.Hər birimizin də yaxşı bildiyi kimi, buxar maşını Sənaye İnqilabını “işə saldı”. Yüksək təzyiqli buxarı kömürü yandırmaqla əldə edirlər. Buxar istehsalı üçün odun da istifadə oluna bilərdi. Amma İngiltərədə Sənaye İnqilabı başlayanda artıq odun çatışmırdı. Odunun yerinə kömür, olduqca çirkli yanacaq istifadə olunmağa başladı. Odun və kömür arasındakı fərq ilk növbədə bundadır ki, birincisi, kömür ehtiyatı o qədər çox idi ki - ən azından Sənaye İnqilabının baş verdiyi yerlərdə - tükənməz görünürdü. İkincisi, kömürün enerji tərkibi (enerji sıxlığı) odundan olduqca çoxdur. 1996-ci ildə aparılmış tədqiqat göstərdi ki, ABŞ-da salınmış ağac plantasiyalarındakı təmiz enerji göstəricisi EROEI 2.1-ə bərabərdir. İlkin dövrlərdə (1901-1920) texas nefti üçün EROEI 20-yə bərabər idi. Başqa sözlə, mədən yanacağı hər bir insana şərti olaraq onlarla kölə verirdi.       Praktiki bilik verən alimlər və mühəndislər nəsli öləndə, onun yerinə başqa nəsil alimlər və mühəndislər gəlir. Onlar və onların bilikləri, belə deyək, sənayecə inkişaf etmiş ölkələr üçün bərpa olunan mənbələrdir və onların çatışmazlığı yoxdur. Amma mədən yanacağı ilə belə deyil.Son 200 ildə yer almış xeyli sayda ixtiralar və istehsal artımı, təbii ki, alim və mühəndislərin işlərinin nəticələridir. Amma onların üzərində işlədiyi platformanı nəticədə əlçatan və ucuz mədən yanacağı təmin edirdi. Misal üçün, təyyarənin ixtirasını kifayət qədər neft olmadan təsəvvür etmək deyil. Əl əməyini əvəz edən və səmərəliliyi artıran elektrik maşınlarını da eynilə mədən yanacağı istifadə etmədən təsəvvür etmək çətindir.Bugün həmin bu platforma laxlayıb. Neft hasilatı son həddə çatıb. Onun qiyməti hədsiz dərəcədə artıb və artıq təklifi artırmaq mümkün deyil. Artıq üfiqdə qızıl neft əsrinin sonu görünür. Bir çox hava yolları uçuş marşrutlarını bağlayır, qiymətləri qaldırır. Amerikalılar və avropalılar daha az şütüməli və daha az avtomobil almalı olurlar. Amerika və Avropa avtomobil sənayesi böhranı içərisindədir.Ekoloji iqtisadiyyatın banilərindən olan Nikolas Georqeskyu-Reqen mədən yanacağı yataqlarını və digər vacib bərpa olunmayan mədən minerallarını “bəşəriyyətin Yer kürəsindən aldığı kiçik miras” adlandırır. Buna görə o belə bir nəticəyə gəlib:“Hətta əhalinin sabitliyi və resursların sabit istismar tempində belə, insan nəsli digər faktorlar üzündən  daha əvvəl məhv olmasa, nəticədə, bu miras tükənəcək.”(Georgescu-Roegen 1971/1981: 296)“Digər faktorlar” adı altında müxtəlif müharibələri,  xüsusilə, yerdə qalmış resurslar üstündə müharibələr, resurs məhdudiyyəti üzündən insanlığın müqavimət göstərə bilməyəcəyi pandemiyalar, qlobal istiləşmənin yaratdığı dağıntılar və digər fəlakətləri başa düşmək olar.Georqeskyu-Reqen bunu 1971-ci ildə, əsas diqqətin resurs probleminə ayrıldığı bir vaxtda yazmışdı. 2006-ci ildə Ceyms Lavlok diqqətini – digər gözəl alim və mütəfəkkir - əsasən Yer kürəsi planetinin ekoloji sağlamlığı üzərində topladı. O Yer kürəsini canlı orqanizm ilə müqayisə etdi və onu “Qeya” (qədim-yunan ilahəsinin adı ilə) adlandırdı. Qlobal istiləşmədən qaynanaqlanan böyük təhlükə haqqında qeyd edərkən, Lavlok böyük pessemizimlə yazırdı:“Qeyanın qızdırması var və  onun xəstəliyinin səbəbi bizik. Tezliklə onun vəziyyəti pisləşəcək və komaya düşəcək.  O daha əvvəllər də komaya düşüb, amma özünə gəlirdi; düzdür bunun üçün 100000 çox zaman tələb olunurdu. Onun vəziyyətinin məsuliyyəti bizim üzərimizdədir və tezliklə onun xəstəliyinin bütün təsirlərini öz üzərimizdə hiss edəcik: artıq bu yüzillik temperatur mülayim enliklərdə 8 dərəcə Selsi və tropiklərdə 5 dərəcə Selsi artacaq.”Amma öz pessemizminə baxmayaraq, o hərəkət etməyə çağırır:“Ümidsizliyə qapılmayaq və yalnız öz hüquqlarımız və tələbatlarımız haqda düşünməyək; qəbul etmək lazımdır ki, biz Yer Kürəsinə ziyan vurmuşuq və artıq Qeya ilə sülh bağlamaq zamanı gəlib. Hələ gücümüz varkən, silahlı quldur dəstələri bizi aciz qullara çevirməmiş biz onunla danışıqlara girməliyik.

V. Yeni hədəflər

Biz Lavloku dinlədikdə, qarşımızda tamamilə fərqli, yeni məsələlər dayanır. Və problem təkcə qlobal istiləşmədə deyil. O daha genişdir. Bu gün ekologiya və iqtisadiyyat arasında danılmaz ziddiyyət mövcuddur. Qısası, biz nə qədər çox istehlak ediriksə, ətraf mühiti o qədər çox çirkləndiririk/dağıdırıq. Bu hətta istehlak tullantıların ixtisarı üçün artsa belə doğrudur.  Və əhalinin və gələcək nəsillərin marağında olan  ətraf mühitin qorunması üzrə bütün tədbirlər mövcud nəslin xərclərinin və itkilərinin artırılması ilə nəticələnir ki, bu da iqtisadi artımı məhdudlaşdırır. Təbiətin çirklənməsinin və məhvinin –qlobal istiləşmə də daxil olmaqla -  ən etibarlı azaltma üsulu ümumi istehlakı azaltmaqdır. Hansı ki, ümumi iqtisadiyyatın kiçilməsinə səbəb olur. Öz kitabımda aşağıdakıları təklif etmişəm.   Biz bunu istəsək də, istəməsək də III və  IV bölmələrdə gətirilmiş faktlar belə bir mütləq nəticəyə gətirir ki, sosializm ideyası sənayecə yüksək inkişaf etmiş cəmiyyət əsasında artıq reallaşa bilməz. Bundan əlavə, sosializm rejiminin ilk məsələsi istehsalın və əməyin səmərəliliyinin artırılmasından ötrü istehsal qüvvələrinin inkişafı olmasına ənənəvi baxış artıq mənasızdır. Bu ideyalar və anlayışlar köhnəliblər, və onları bugünkü problemlərə və böhranlara  daha uyğun ideya və anlayışlarla əvəz etmək lazım. Beləliklə, bugün sosialistlər insan tələbatları və hüquqlarının prioritet anlayışını ətraf mühitin mühafizəsi prioriteti anlayışı ilə əvəz etməlidirlər. Və yeni sosializm rejiminin ilk vəzifəsi əsaslı surətdə, və hətta məxsusən, bərpa olunan enerjiyə əsaslanan iqtisadiyyata keçid təşkil etmək olmalıdır. Marks yazırdı: “Filosoflar indiyə kimi sadəcə dünyanı izah edirdilər; məsələ isə onu dəyişməkdədir”. Biz bu gün söyləməliyik: biz, sosialistlər də daxil, indiyə kimi dünyanı dəyişirdik; indi isə məsələ onu qorumaqdır. Bundan başqa, kommunizm cəmiyyətində ilk qaydanın “hər kəsdən bacarığına, hər kəsə tələbatına görə” olması haqda Marksın ideyasına düzəliş edilməlidir. Bugün bu qayda belə səslənməlidir: hər kəsdən bacarığına... hər kəsə - təbiəti dağıtmadan və zəiflətmədən ondan əldə edilə bilənin bərabər hissəsi.   I bölmədə misal çəkdiyim Marksın sitatına qayıdaq. O yazırdı: “... daha yüksək istehsal qüvvələri köhnə cəmiyyətin daxilində maddi şərait yaranmadan meydana gələ bilməz.” Görünür, Marks burda demək istəyir ki, yüksək istehsal qüvvələrinə malik sosializm uyğun maddi şərait yetişən kimi öz-özünə (avtomatik) yaranacaq. Mən hesab etmirəm ki, o öz-özünə yaranacaq, onu yaratmaq lazım; Marks həmçinin yaranmış “məsələlərdən” danışır. Sual yaranır: onun üçün maddi şərait yetişibmi?“Maddi şərait” adı altında Marks və onun ardıcılları bu vəziyyəti başa düşürdülər ki, sənayecə yeksək inkişaf etmiş cəmiyyətdə kapitalizm istehsal qüvvələrinin gələcək inkişafını dayandıran güc olacaq. Onların fikrinə görə, kapitalizm bu səbəbdən məhv olmalıdır. Bununla belə, müasir kapitalizm iqtisadiyyatına nəzər salanda görürük ki, kapitalizm istehsal qüvvələrinin inkişafını DAYANDIRMIR. Əksinə, kapitalizm istehsal qüvvələrini inkişaf etdirir, özü də elə bir güclə və sürətlə ki, insanlar və qlobal ətraf üçün ən böyük təhlükəyə çevrilir. Uyğun olaraq, bu gün məsələ istehsal qüvvələri üçün məhdudiyyətləri aradan qaldırmaqda deyil, əksinə, kapitalizm şəraitində bazar qüvvələri ilə həyata keçirilən bu qüvvələrin insan cəmiyyətinə və təbiətə münasibətdə hər hansı bir əxlaqi normadan asılı olmayan dinamika aldığını dərk edərək onları daha effektiv məhdudlaşdırmaqdadır. Amma  bu kifayət deyil. Bugün məsələ artım dəliliyindən uyğun uzaqlaşmanı təşkil etmək, insanlığın iqtisadi aktivliyini düşünülmüş şəkildə azaltmaqdır.Bu məsələlərin öhdəsindən yalnız artımın azalmasına istiqamətlənmiş sosializm və planlı iqtisadiyyat gələ bilər. Kapitalizmdə ona yer yoxdur, çünki onun məntiqi artıma əsaslanıb. Məhz bu səbəbdən o aradan qaldırılmalıdır. Bu tamamilə fərqli, tamamilə yeni səbəblərdir ki, sosializm bu səbəblərə görə lazımdır. Bu sosializmin vəzifələrinin yeni quruluşudur. Köhnə və yeni sosializm arasında fərqi göstərmək üçün yeni sosializmi “eko-sosializm” adlandırmaq lazım.

VI. Eko-sosializmin perspektivləri

Marks yazırdı: “bəşəriyyət qarşısında yalnız həll edə biləcəyi  vəzifələri qoyur; elə bu vəzifələrin özləri də yalnız onların həlli üçün maddi şərait yetişdikdə meydana gəlir..”. Yeni məsələlərin, eko-sosializmin qarşısında dayanan məsələlərin uğurlu həlli üçün maddi şərait mövcuddurmu? Mən hesab edirəm ki, bəli. Çünki, sosializmin köhnə marksist anlayışından fərqli olaraq bugün istehsal qüvvələrinin sürətli inkişafına, sənayecə yüksək inkişaf etmiş cəmiyyətin, yenidən qurulmasına, sovet və çin kommunistlərinin etdiyi kimi, ehtiyac yoxdur. Yeni sosializm məsələlərinin və yuxarıda qeyd olunan məsələlərin həlli üçün vacib olan maddi şərait artıq çoxdan mövcuddur: uyğun bərpa olunan enerji mənbələri və çox zəhmət tələb edən texnologiyalar. Həmçinin də əhali artımını məhdudlaşdıran texnologiyalar.Burda əlavə etmək istəyirəm ki, sosializmə hətta obyektiv zərurət də var. İnsanlığın böyük hissəsi  başa düşür ki, II bölmədə qeyd edilmiş böhran və bədbəxtlikləri kapitalizmdə dəf etmək mümkün deyil; insanlar alternativləri arzulayırlar. Ən azından vəziyyətin inkiafını şəxsən müşahidə etdiyim Almaniyada sosializmə olan keçmiş antipatiya getdikcə yox olur. Sorğularda almanların təxminən yarısı hesab edir ki, sosializm çox yaxşı ideyadır, amma onun həyata keçirilməsi uğursuz alınmışdı. Amma bir vacib şərt var ki,  o hələ yoxdur, daha dəqiq desək dünya insanlarının əksəriyyətinin yuxarıda sadaladığımız məsələləri öz qarşılarında qoymağa və ümumilikdə ekososializmi qəbul etməyə subyektiv hazırlığı. “Uyğun bərpa olunan mənbələr” ifadəsi, təəssüf ki, hələ də, deyək ki, ABŞ və ya Almaniyada orta sinfin müasir həyat səviyyəsinin saxlanması üçün onların kifayət edəcək səviyyəsi kimi başa düşülür.Köhnə marksist-sosialistlər inqilabdan sonra özündə eqoizmə qalib gələn və kollektivin rifahı üçün öz maraqlarını qurban verən, maddi bərabərliyi qəbul etməyə hazır olan Yeni İnsan yaratmaq hədəfini ortaya qoymuşdular. Eko-sosializm bu mənada çoxluq üçün yeni hədəfi ortaya qoyur – daha aşağı maddi səviyyəni qəbul etməyə hazır olmağı. Köhnə sosializmdə eqoist insan kollektivin rifahının yüksəlməsindən asılı olaraq onun rifah halının yüksələcəyi vəd edilən Yeni İnsan çevrilməli olduğu zaman, eko-sosializm aşkar surətdə rifah halının yüksəlməsini vəd etmir. Misal üçün,  tropik amazon meşələrini surətlə məhv edən bugünkü Braziliyada baş verənlərin əksinə olaraq eko-sosialist cəmiyyət bərpa olunan enerji mənbələrini təkcə insanlar üçün sərf etməyə çalışmayacaq.Məhsuldar torpaqların böyük hissəsi digər heyvan və bitkilərin yaşayış mühitinin saxlanması üçün insanlar tərəfindən istifadə olunmayacaq. Eko-sosialist cəmiyyət elektrik enerjisi istehsalı üçün bütün çaylar üzərində bəndlər  qurmayacaq.   Kapitalizmi əvəz edəcək eko-sosializmin hansı perspektivlər var? İlk görünüşdən bu perspektivlər az görünür. Lavlok “biz” söyləyir. “Biz” kimdir? Əminəm ki, Lavlok bütün insanlığı nəzərdə tutur.Bugün ekososializmin perspektivləri az olsa da, biz gələcək haqqında danışa bilərik. Bütün bugünkü böhranlar zaman keçdikcə daha da kəskinləşəcək. Xaos, qarışıqlıq, konfliktlər bir-birinin ardınca ölkələrdəki hakim siyasi rejimlərin çökməsinə aparıb çıxara bilər. Əlbəttə, bugün ekososialist rejimin qurulacağına ümidlər azdır. Amma pessemizim üçün də səbəb yoxdur.   Bu gün dünyada eko-sosialistlər azdır. Və hətta özünü eko-sosialist və ya eko-marksist adlandıranların özləri də insanlığa orta sinfin həyat səviyyəsindən zövq almağa imkan verəcək bərpa olunan mənbələrinin və “təmiz” texnologiyaların sonsuz istifadəsi haqda illüziyaların əsiridirlər. Amma bu illüziyalar tezliklə keçə bilər. Müxtəlif böhranlar, xüsusilə qlobal istiləşmə və resurs çatışmazlığı, kütlələri tezliklə maarifləndirə və onları şeylərə real baxmağa məcbur edə bilər. Biz, ekososialistlər, belə maarifləndirməyə kömək etməliyik. Çox şeydə məsuliyyət bizim, bugünkü ekososialistlərin üzərinə düşür və bizim nə qədər inadla və ağıllı işləməyimizdən asılıdır.Bundan başqa, sənayecə inkişaf etmiş ölkələrdə bir az ümid görürəm. Birincisi, ekologiyadan fərqli səbəblərə görə bu ölkələrin əhalisi azalır (Misal üçün, Rusiya və Almaniya) və ya eyni səviyyədə qalır. Mənəvi, əxlaqi və ya ekoloji mülahizələrdən daha çox insan könüllü olaraq sadə həyat tərzi sürür. Çoxları şəxsi avtomobillərdən imtina ediblər və ümumilikdə istehlakı azaldıblar. Ekologiya üzrə nəzəri işlərdə tez-tez 19-cu əsr iqtisadçısı, iqtisadiyyatın “daimiliyini” müdafiə edən Con Stüart Millin sitatı ilə rastlaşıram. German Dali (1977) tərəfindən “sabit iqtisadiyyatın” müdafiəsi ekoloqlara yaxşı tanışdır. Bu yaxınlarda İngiltərədə və Almaniyada iqtisadiyyatın sənayecə inkaşaf etmiş ölkələrdə qaçılmaz çöküşü haqda xəbərdarlıq edən bir neçə kitab və məqalələr yarandı. Bənzər baxışları bölüşən insanlar hələ də azdır. Amma çoxluq artıq narahatdır və neft əsrindən sonrakı dövr barədə düşünür. Bu mənada həmçinin bunu da qeyd etmək vacibdir ki, bu ölkələrdə özlərini “artım əleyhinə hərəkat” (de-growth movement) adlandıran hərəkatlar mövcuddur.    Bununla belə, təəssüf ki, gələcək barəsində narahat olan və həll yolları axtaran bu və digər müəlliflər ancaq kapitalizm çərçivəsində düşünürlər. Onlar sual vermirlər: bəs onların ideyaları kapitalizmdə reallaşa bilərmi? Amma mən düşünürəm ki, ola bilsin elə bir zaman gələcək ki, onda hökumətlər insanlara zəruri qurbanlar haqda söyləməli olacaqlar və daha çox siyasiləşmişlər tələb edəcəklər ki, ağırlıqlar ədalətli bölünsün, yəni əsas əmtəələrə, məhsullara və xidmətlərə  kartoçka sistemi tələb edəcəklər. Ümid etmək olar ki, iqtisadiyyatın planlı şəkildə aşağı düşməsi başlayan zaman sənayecə inkiaş etmiş ölkələrdə insanlar əcdadlarının sənaye dövrünə qədər barışdıqları görünməmiş bərabərsizliklə barışmayacaqlar. Bu ekososializmə doğru bir addım ola bilər.

VII. İnkişaf edən ölkələrdə ekososializmin perspektivləri

Düşünürəm ki, Üçüncü dünyanın kasıb ölkələrində ekososializmin perspektvləri daha yaxşıdır. İdeal ekoloji dayanıqlı həyat tərzi və onların real həyat obrazı arasındakı fərqlər Qərbi Avropa və ya Şimali Amerika ölkələrində olduğu qədər böyük deyil. Üçüncü dünyada elektriksiz və maşınsız necə yaşadıqlarını hələ çoxları xatırlayır. Hindistanda hələ bugün də əhalinin 2/3-ü elektriksizdir. Amma burada çox ağır bir aspekt var – qarşısı heç nə ilə alınmayan əhali artımı.   Bugün Latın Amerikasında son hadisələrlə bağlı sosialistlər arasında böyük entuziazm müşahidə etmək mümkündür. Bəzi ölkələrdə özlərini sosialistlər adlandıran prezidentlər seçilmişdir, digərlərində sollar sosial-demokratlarla bir bloka daxil olurlar. Xüsusilə böyük ümidlər Venesuelanın və Boliviyanın üzərinə düşür. Amma belə gözləntilər sadəcə köhnə sosialist düşüncəni ifadə edir. Bu iki ölkədə gedən neft və qaz monopoliyalarının əhalinin yoxsul təbəqələrinin xeyrinə yenidən bölüşdürülməsi təbii ki, istənilən halda alqışa layiqdir. Amma belə rejimi “petro-sosializm” adlandırmaq olar. Bu siyasətin gələcəyi yoxdur. Neft və qazın istismarı aşağı enməyə başlayanda sosialist-prezidentlər nəyi bölüşdürəcəklər? Buna görə də biz neft və qazla və ya digər tükənən bərpaolunmayan “mirasla” təmin olunmamış dövlətlərə baxmalıyıq.
Dərhal ağıla Çin gəlir. Bu ən sıx əhaliyə malik ölkənin iqtisadiyyatı artıq illərdir ki, bum vəziyyətindədir. O sürətlə sənayecə inkişaf etmiş ölkəyə çevrilir. Bundan başqa, Çin qüdrətli kommunist partiyası tərəfindən idarə olunur. Buna görə də, köhnə sosializm tərəfdarları düşünə bilərlər ki, bu ölkədə sürətlə sosializm cəmiyyətinin əsasının qurulması gedir, baxmayaraq ki, kapitalist müəssisələrin və bazar iqtisadiyyatının cəlb edilməsi ilə. Bi-Bi-Si kanalının jurnalisti Çin Kommunist Partiyasının üzvündən kapitalist müəssisə sahiblərinin işçilərin hesabına böyük gəlirlər əldə etməsinə necə baxdığını soruşanda, o cavab vermişdi: “Hədəf eyni olaraq qalır, sadəcə yollar və temp dəyişib”. Düşünürəm ki, Çin Kommunist Partiyasının liderləri də eyni cavabı verərdilər.  Amma onlar daha ekoloji və resurs böhranına əhəmiyyət verməyə bilməzlər.

   Bir zamanlar Qandinin də qeyd etdiyi kimi, “Yer kürəsi hər kəsin ehtiyaclarını ödəyə bilər, amma hərisliyi nəzərə almadan”.

   
Tərcümə Günel Muradova