11 июн. 2013 г.

Stokholm etirazları və isveç sosial-demokratiyası haqda miflər

Stokholmdakı vəziyyət barədə beynəlxalq xəbər agentliklərinin reportajlarını oxuyarkən, coğrafiyaaşünas Allan Predin 2000-ci ildə işıq üzü görmüş “Hətta İsveçdə belə” kitabının adı  yadıma düşür. İqtisadi və sosial böhrana bürünmüş Avropa ölkələrində demokratiya böhranı da müşayət olunur,ona görə də şəhərlərdə ( Fransanın,Yunanıstanın,İngiltərənin və İspaniyanın şəhərlərində baş vermiş əvvəlki narazılıqlardan sonra) etirazlar yenidən baş qaldırmalı idi – gec-tez bu təkrar olunmalı idi. Sual yalnız bundadır: etirazlar növbəti dəfə nə vaxt və harada baş verəcək? Stokholmun yoxsul qəsəbəsi Xyusbu-da iğtişaş baş qaldırıqda isə, görünürdü ki, kütlə mediası təəccüb içərisindədir: “Hətta Stokholmda belə”!

“Onlar kimdir?”- “Sky News”-un reportyoru soruşur. “The New York Times”  yazır: “İsveç iğtişaşları eynilik məsələləsini ortaya çıxarır”. Allan Pred özünün tarixi-materialist analizində bizim təfəkkürümüzdə hakim olan İsveçin tolerant və bərabərlik ölkəsi olması haqda təsəvvürlərə etiraz edir. O həmçinin qeyd edir ki, həqiqətdə İsveç başdan-ayağa rasizm və diskriminasiya ilə doludur. O, “çirkin metonimiya hiyləgərlikləri” barəsində yazır,  hansı ki, bu hiyləgərliklər vasitəsilə ayrı-ayrı insidentlər  bir qrup insanın və ya rayonun bütün əhalisinin davranışına sübut kimi göstərilir, bu isə öz növbəsində müasir İsveç üçün xarakterik olan rasizmə, marginallaşmağa, diskrimansiyaya və sosial qəsb etməyə şərait yaradır.


İsveç sosial-demokratiyasının məhvi

Hətta “Skandinaviyanın çiçəklənən paytaxtı” hesab edilən Stokholmda belə etirazların baş qaldırmasına beynəlxalq kütlə-mediasının təəccüblənməsinin səbəbi orada baş verənlərin
artıq 30 ildir ki, total inkar edilməsidir. Stokholmda baş qaldıran şəhər etirazlarının arxasında üzdə olan radikal dəyişikliklər gizlənmir, məhz ümumifiravan sveç hakimiyyətinə asta və düşünülmüş hücum gizlənir.
“Ümumfiravan isveç dövlətinin transformasiyası” kitabının müəllifləri İsveçin neoliberal irəliləyişinin nəticələrini aşağıdakı şəkildə yekunlaşdırır:
-          
-         Özəlləşdirmə proseslərinə kömək məqsədilə həyata keçirilən nəzarətsizlik və dövlət müəssisələrinin bazar prinsiplərinə uyğun fəaliyyətə keçirilməsi;
-          
-         “Responsibilizasiya” ( məsuliyyətin dövlət üzərindən götürülüb sadə vətəndaşların üzərinə qoyulması) – vətəndaşlar yenidən yalnız istehlakçı və istehsalçı kimi qəbul edilir;
-          
-         İnzibati hakimiyyətin yeni formaları (şəhər etirazlarının polis vasitəsilə yatırılması üçün nəzarətin gücləndirilməsi və yeni strategiyaların müəyyən edilməsi);
-          
-         Yeni idarə formaları (özəl və dövlət strukturlarının partnyor münasibətləri) ;
-          
-         Ümumi məşğulluq siyasətindən “daimi hazırlıq” konsepsiyasına keçilməsi (əmək resurslarının);

Və belə nəticələrə, hər şeydən əvvəl, ictimai sahənin özünün və şəhərin sosial münasibətlərinin yenidən strukturlaşdırılmasının köməkliyi ilə nail olmaq olardı.
Görünür liberallaşma İsveçdə istənilən digər qərb dövlətlərindən daha sürətlə baş verir. 2012-ci ilin martında Svenska Dagbladet qazeti “Liberal inqilab” adı altında məqalə nəşr etdi. Məqalədə “Svenska Dagbladet” qəzetinin sifarişi ilə aparılan “İrs” fondunun tədqiqatlarına əsasən İsveçin “dünya elitası” sıralarına - iqtisadiyyatın özəlləşdirilməsi və sərbəst buraxılması proseslərini daha aktiv yerinə yetirən dövlət qruplarına daxil olması barəsində fəxrlə söhbət açılır. Məqalənin müəllifləri 16 yanvar 2012-ci ildə dövlət məktəblərinin idarə edilməsi üçün lisenziyanın satışı haqda ilk reklam elanının eBay-ın isveç auksionuna necə çıxarıldığını fəxrlə xatırlayırlar, ki bu da özlüyündə liberalizmin triumfu demək idi.

Amma liberallrın triumfu arxasında bir qədər başqa reallıq dayanır. İƏİT-nın bu yaxınlarda nəşr etdiyi məruzədə deyilir ki, İsveçdə (tədqiqatların aparıldığı 34 ölkə arasında) gəlir bərabərsizliyinin böyüməsində ən yüksək temp müşayət olunur. Və sosial bərabərsizlik şəhərlərdə daha aydın özünü göstərir –burada mərkəzi rayonlarla yoxsul qəsəbələr arasında sərt həddlər var. 1990-cı ildən ənənəvi isveç mənzil siyasətindən- mənzil bazarını tənzimləmək siyasətindən  uzaqlaşma prosesi gedir. Qeyri-kommersiya yerli mənzil şirkətləri başdan bütün vətəndaşlar üçün yaradılmışdı, onlara qoyulmuş sosial məsuliyyət prinsipi isə aşağı gəlir səviyyəsi olan ailələrin mənzillə təminatını nəzərdə tuturdu. Sonradan bu şirkətlər özəlləşdirildi və indi onları ancaq gəlir qazanmaq düşündürür. Mənzil bazarının nəzarətsizliyi şəhərlərin böyüməsinin stimullaşdırılması siyasəti ilə birlikdə mütəq bərabərsizliyin güclənməsinə gətirib-çıxarır. Belə islahatların nəticələri göz qabağındadır – onlar şəhər landşaftında küçə və binaların təzadlı görünüşündə öz ifadəsini tapır. Bu siyasətin nəticələri özünü tamamilə göstərməsə də, İsveçin üç ən böyük şəhərində evsizlərin sayının artımı, evlərin köçürülməsi və mənzil çatışmazlığı müşahidə olunur. 1960-70-ci illərdə buraxılmış “Milyon mənzil” proqramı məzil çatışmazlığı problemini həll etməli idi, amma bu proqram sistematik olaraq maliyyələşdirilmədi və nəticədə,  həmin vaxt inşa edilmiş mənzillərdən çoxunun hazırda  əsaslı təmirə ehtiyacı var. Bununla belə, icarə haqqının 50% artmasına baxmayaraq, indi əsaslı təmirə görə sakinlərin özləri ödəməlidirlər. Uyğun olaraq, sakinlərdən çoxu heç vaxt təmir pulunu ödəyə bilməyəcək, gələcəkdə isə aşağı gəlir səviyyəsi olan sakinlər infrastruktura yenidən qurulmalı olan  rayonlarda yaşamalı olacaqlar.

Gentrification və maliyyələşdirməmək – bəzi rayonların çiçəklənməsinə və digər rayonların tənəzzülünə səbəb olan bir prosesin hissələridir. Şəhərlərin inkişafının planlaşdırılması üzrə komissiyanının hesabatına əsasən Stokholmun kasıb rayonlarında 20-25 yaş həddində olan gənclərin 40%-dən çoxu heç bir yerdə təhsil almır və işləmir, 50%-dən çox uşaq isə yoxsulluq şəraitində böyüyür. Bu da önəmlidir ki, urbanizasiya hazırki forması ilə irqi ayrı-seçkiliyə səbəb olur – Stokholmun mərkəzi ağ dərili orta/yuxarı sinif üçün səliqə ilə təmir edilmiş anklava çevrilmişdir, kasıb şəhər ərtafı rayonlar isə ağ olmayan əhalinin yaşadığı rayonlara çevrilir. Kapital axını Stokholmdan Stokholma axır, amma bununla belə kapital praktiki olaraq bölünmür – heç bir “sızma effekti” yoxdur, Devid Xarvinin sözləri ilə desək, daha çox “mülkiyyət hüququnun ləğv edilməsi ilə kapital yığımı” baş verir. Mərkəzi rayonlarının gözəl “istahlak teatrı” vitrini arxasında gizlənən, inkişaf edən Stokholmun digər üzü belədir. Şəhərətrafı rayonların sakinləri isə layiqli həyat uğrunda mübarizə aparmağa və ya ictimai resurslar ya oğurlandığından, ya da özəlləşdirildiyindən sadəcə güc bəla ilə dolanmağa məcburdurlar.

Xyusbu və demokratiya məsələsi

İsveç və beynəlxalq kütlə-mediası bugünkü etirazları daha çox gənclərlə bağlı olan problem hesab edir (konservativ və liberal mətbuat qarışıqlığın səbəbkarlarını vandal və cinayətkar adlandırır, sosial-demokratiya mətbuatı isə qiyamların səbəbini gənclər arasındakı işsizlikdə görür). Amma, hər şeydən əvvəl bu demokratiyanın problemidir – o bütün isveç cəmiyyətinə aiddir və İsveçin hazırki siyasi sisteminin radikal transformasiyasını tələb edir. 2006-cı ilin paris qiyamlarını analiz edərək, coğrafiyaşünas Mustafa Dikeç qeyd edir ki, biz bu qiyamları “mənasız” oğurluq və od vurmaq kimi yox, düşünmədən ədalətə can atmaq kimi qəbul etməliyik. Bu hazırda baş verən İsveç qiyamlarının mənasına da aiddir, amma biz burada özünə məkan və səs hüququ tələb edən yeni şəhər sosial hərəkatlarını görürük. İsveçi demokratikləşdirmək yollarını başa düşmək üçün məhz bu hərəkatlara diqqət yetirmək lazımdır. Aftonbladet  qəzetində nəşr olunan açıq məktubda Höteborqun “Pantera” hərəkatı “alovlanan xalqa” müraciət edir:
“Əgər bütün siyasi məsələləri bu qədər təkidlə polisin üzərinə yıxırsızsa, bəlkə bizə elə siyasətçilər deyil, polisləri seçmək lazımdır? Daha bir insan – bizim cəmiyyətin bir parçası – Xyusbu rayonunda ö mənzilində ölüb. Bax elə buna görə də ərtafda hər şey yanır. Axı sizə xəbərdarlıq edilmişdi”.

Dekabrın sonunda, gecələr daha uzun olanda, isveç kütlə-mediasında irqçilik, mədəniyyət və dil məsələləri barəsində aktiv debatlr keçirilirdi. Və bu debatların gedişatında məişət irqçiliyi,dövlət sistemində,mədəniyyətdə və şəhər ərazisində irqçilik kimi mövzular daha çox bayağı fikirlər kimi qəbul edilirdi. Məsələn, irqçilik yenə də olduqca dar müzakirə edilirdi – o ənənəvi olaraq İsveçdə milli hərəkatların böyüməsinə aid edilirdi – sanki, bu mövzu bütünlükdə ağ orta sinif ilə əlaqəli deyil – axı ketlə-mediasında,siyasətdə və elmdə məhz bu sinfin nümayəndələri ağalıq edir.

Şair İoxannes Aniuru bir dəfə yazmışdı:

“Biz, valideynləri qara Afrikadan olanlar, çox gözəl görürük ki, bizlərdən ən ağıllıları,savadlıları və aydın məqsədləri olanlar İsveçdə ən pis işlərə layiq görülür. Biz insan həyatının və arzularının zibilliyə necə atıldığını görürük, və buna səbəb isveç mentalitetinin özündə olanlardır – qaradəriliyə qərəzsiz baxa bilmirlər. Bununla belə illər keçir. Sadəcə tramvayda və ya avtomobildə əyləşin, yağışdan sonra çoxalan göbələklər kimi böyüyən şəhər ətrafına gedin və İsveçdə - onların problemləri nəzərə alınmayan hansısa gözdən uzaq periferiyada - qaradərililərin necə yaşadığına öz gözlərinizlə baxın. Onlar orada yoxsulluq içərisində yaşayırlar, sağ qalmaq üçün mübarizə  aparırlar.

Sonra 2013-cü ilin əvvəlində REVA proekti fəaliyyətə başladı. Qeyri-qanuni immiqrantların deportasiyasını hədəfə almış proqramın reallaşdırılması çərçivəsində, REVA proekti polisə daxili sərhədə nəzarəti həyata keçirmək üçün səlahiyyət verdi. Xeyli insan polisin onları küçədə necə saxladığı və ya nəqliyyat vasitəsilə “xarici vətəndaşı tapmaq” məqsədilə yaxınlaşdığı haqda danışır. Yenə də Stokholm ətrafı şəhərlərdə qiyamın başlamasına səbəb polis tərəfindən törədilmiş ölüm hadisəsi oldu.

Həmin ölümdən dərhal sonra Xyusbudan olan Megafonen yerli sosial hərəkatı cinayətin müstəqil araşdırılması tələbilə manifestasiya təşkil etdi. Polis əmrində deyilirdi ki, həmin insan xəstəxanada ölüb – amma bu yalan idi, o öz mənzilində ölmüşdü, təcili yardım maşını isə onun arxasınca gəlməmişdi. Bu polis zorakılığı olayı Xyusbu rayonun gənc sakinlərinə gündəlik sənəd yoxlanması və polis nəzarətinin həyata keçirilməsi zamanı onların tez-tez qarşılaşdıqları polis zorakılığını xatırlatdı. Beləliklə, insanı öldürməklə polis çoxdan közərən kömürün üzərinə benzin səpdi.

Maşınların yandırılmağa başlamasından sonrakı gün Megafonen qrupu polis zorakılığı və irqçilik haqda insanlara məlumat vermək üçün mətbuat konfransi təşkil etdi. Cavab olaraq “niqer”, “murdar meymunlar”, “bomj” kimi sözlər eşitdilər – axı belə sözləri təkcə Xyusbu rayonun sakinlərinə qarşı işlətmirlər. Bir neçə il əvvəl analoji qiyamlar Malme şəhərinin Rozenqard rayonunda da baş qaldırmışdı.

Baş nazir Fredrik Raynfeldt Xyusbu hadisələrini şərh edərkən “Xyusbu sakinlərinin özlərinin” bu problemi həll  etməli olduğunu iddia edərək, dəfələrlə “isveç qanunlarına” və “isveç polisinə” hörmət etməyə çağırdı. Onun sözlərində Xyusbu sakinlərinin isveçli olmadığına, onların problemlərinin isə problem olmadığına incə bir işarə var. Xyusbu əhalisi bunu onsuz da gözəl bilir. Ona görə artıq xeyli vaxtdır ki, onlar özləri təşkilatlanırlar. Onlar, xüsusilə, bir neçə il «Järva-lyftet» investisiya layihəsinə qarşı mübarizə aparıblar. Buna görə də Megafonen kimi hərəkat yarandı.

Onların öz rayonları uğrunda mübarizəsi İsveç üzrə hər kəsi ruhlandırdı, insanlar mənzillərin özəlləşdirməsinə,icarə haqqının qaldırılmasına və total nəzarət dövlərinə qarşı mübarizə aparmaq üçün səfərbər olmağa başladılar.

Bununla belə, bu yaxınlarda başlanmış qiyamlardan sonra bir çoxları Megafonen üzvlərinin avtomobilləri yandırmaqda ittiham edərək, hərəkatı tənqid etməyə başladılar. Megafonen-in cavabı Aftonbladet qazetində nəşr olundu:

“Megafon” heç nə yandırmır. Jurnalistlər və siyasətçilər qiyamda  niyə məhz “Megafonen”in ittiham olunmasını istəyirlər ? Bizim gəncləri qəsdən iblisləşdirirlər ki, heç kim vəziyyətin əsl üzünü görməsin – axı həqiqət olduqca çirkindir. Müxtəlif nəşriyyatların nəşrləri və polis bugün baş verənlərdə sadəcə susmadığımıza görə bizim məsuliyyətli olduğumuzu iddia edərək bizi – “Megafonen” qrupunu iblis kimi təqdim edir. Biz çox gözəl başa düşürük ki, bugün həqiqətdə İsveçdə nə baş verdiyi üzərində fikirləşmək necə narahatlıq, ağır hisslər doğurur. Baş verənlərdə əli olanlar – dövlət, polis və bizim kütlə-mediasının əksəriyyəti- üçün bu haqda düşünmək daha çətindir.
Biz artıq hər tərəfdən görürük ki, istənilən sosial problemlər üçün dövlətin yeganə cavabı polisin sayının artırılmasıdır. Biz kvartallarımızda polisin özünü necə kobud və qəddar apardığını görürük. Biz irqçi təhqirlər eşidirik, insanların sifətindən necə döyüldüyünü, dubinka ilə vurulduğunu görürük. Biz polisin bizim gənclərin üzərinə silah tuşladığını və “atəş açacam!” qışqırdığını görürük.
Biz  orta təhsil sisteminin dönə-dönə necə “dəyişdirildiyini” görürük. Biz özümüz,bizim bacılarımız və qardaşlarımız var qüvvələri ilə bu və ya digər resurslara ehtiyac duyan məktəblərdə müvəffəqiyyət qazanmağa çalışırıq. Və görürük ki,onlar öz övladlarını başqa məktəblərə göndərirlər. Biz görürük ki, mənzil siyasəti işdə mənzil çatışmazlığı yaradır. Biz görürük ki, insan hüquqları yalnız dəbdəbəli evlərdə yaşayanlar üçün  işlədilir. Biz  binanın əsaslı təmiri bəhanəsi ilə icarə haqqını  artırdıqları halda onun fasadının azacıq rəngləndiyini görürük. İndi bizdə faktiki olaraq hər kəs qiyam edən  şəhərətrafı rayonların tərəfindədir. Çoxları  tələsik problemin həlli üçün öz variantlarını təklif edir, axı indiyə kimi – qiyamlar başlayana qədər sizlər harada idiz? Biz, məsələn, lap başdan burada idik – biz təsərrüfat üçün  yardım təşkilatı ilə məşğul idik, rayon sakinləri üçün mühazirələr və konsertlər keçirirdik. Biz öz rayonumuzun  mənzillərini və ictimai binalarını müdafiə edirdik. Və biz öz rayonumuzu və bütün şəhərimizi müdafiə etməyə davam edirik.


10 июн. 2013 г.

Brendlər arxasında nələr gizlənir



Bütün keçən əsr boyunca  qida məhsulları və içkilər istehsal edən nəhəng kompaniyalar misli görünməmiş kommersiya uğurlarından istifadə ediblər. Amma bu kompaniyaların çiçəklənməsi onları torpaq, su və iş qüvvəsi ilə təmin edən milyonlarla insanın məhrumiyyəti üzərində qurulurdu. Bugün ərtaf mühitin sürətlə dəyişməsi, yerli birliklərə təsirin genişlənməsi və daha tələbkar istehlakçılar qida sənayesi nümayəndələrini kommersiya fəaliyyətlərinin ilkin gedişi haqda yenidən düşünməyə vadar edir. Bu nəşrdə Oxfam mütəxəssisləri dünyanın 10 ən nəhəng ərzaq kompaniyaları tərəfindən qəbul edilmiş sosial və ekoloji prsedurların həyat fəaliyyətinin müxtəlif sahələrinə necə təsir etdiyini qiymətləndirir və onları ədalətli ərzaq  sisteminin yaradılması üçün ciddi addımlar atmağa çağırır.
Pakistanın kənd icmasının nümayəndələri qeyd edirlər ki, Nestle firması sakinləri içməli su qıtlığından əziyyət çəkən kəndin yaxınlığında yerləşən fabrikdə butılkalara doldurulmuş qrunt suları satır.

2009-cu ildə Kraft kompaniyası mal-qaranın otarılması üçün amazon cəngəliklərində ağacları qıran braziliya tədarükçülərindən mal əti almaqda ittiham olunmuşdu, hal-hazırda isə Coca-Cola firması Filippində uşaq əməyindən istifadədə ittiham olunur.
Təəssüf ki, belə ittihamlar az deyil. 100 ildən çox vaxt ərzində ən mötəbər ərzaq kompaniyaları ucuz məhsulların istehsalı və yüksək gəlir qazanmaq  üçün ucuz torpaq sahələrindən və işçi qüvvəsindən istifadə ediblər. Bu tez-tez bütün dünyada ərtaf mühitə və yerli ictimaiyyətə böyük zərər vurub, və digər amillərlə birlikdə bigün ərzaq sisteminin böhranına səbəb olub. Hazırda Yer kürəsinin 1/3-i xırda kənd təsərrüfatı istehsalıyla məşğul olaraq sağ qalmaq üçün vasitələr əldə edir.

Müasir kənd təsərrüfatı məhsulları bizim planetdə yaşayan bütün insanları yedizdirmək üçün kifayət etdiyi halda, bu məhsulların 1/3-i boşuna məhv olur – 1,4 milyard insan artıq çəkidən əziyyət çəkir, təxminən 900 milyon insan isə hər gün ac yatır. Acılqdan əziyyət çəkənlərin böyük əksəriyyətini bütün dünyada 2-3 milyard insanı ərzaq məhsulları ilə təhciz edən xırda fermerlər və kənd təsərrüfatı işçiləri təşkil edir.
Hazırda kənd-təsərrüfatı sahəsində 450 milyon kişi və qadın çalışır, və əksər ölkələrdə bu insanların 60%-ə yaxını yoxsulluq içərisində yaşayır. Ümumilikdə və bütövlükdə “xroniki aclıqdan əziyyət çəkən” Yer əhalisinin 80%-ə qədəri kənd təsərrüfatı əməyi ilə məşğul olan insanlardır.Qiymətli kənd təsərrüfatı resurslarının çərəz və qazlı içkilər üçün sərf olunması isə, o deməkdir ki, öz ehtiyaclarını ödəyəcək ərzağı yetişdirmək üçün yerli əhali daha az məhsuldar torpaq və təmiz suya malik olacaq. Eyni zamanda da, böyük hissəsi məhz kənd təsərrüfatıın payına düşən parnik qazlarının atmosferə atılması nəticəsində hava şərtlərinin dəyişməsi kənd təsərrüfatını etibarsız məşğuliyyətə çevirir. Bundan əlavə, yoxsul fermerlərin və kənd təsərrüfatı işçilərinin zəifliyi ərzağa olan qiymətlərin qeyri-stabilliyinə, həmçinin soyaya, dənli bitkilərə və şəkərə olan tələbatın daim artmasına səbəb olur. Və nəhayət, qlobal ərzaq sisteminin hətta ən əsas struktur elementləri də laxlayır: dünyada məhsuldar torpaqlar və təmiz su azalır, hava şərtlərinin qeyri-stabilliyi artır.

Bu faktlar heç kim üçün sirr deyil. Bundan başqa, kompaniya rəhbərlikləri çox yaxşı bilirlər ki, kənd təsərrüfatı ilə məşğul olmaq getdikcə daha riskli olur, və gələcəkdə əmtəə  ehtiyatının say çoxluğunu təmin etmək və özünün təchizat sistemlərində sosial və ekoloji riskləri azaltmaq yolunda müəyyən addımlar atır. Bugün ərzaq kompaniyalarının nümayəndələri tez-tez bioyanacağın istifadəsi əlehinə fikirlər söyləyirlər, yerli birliklər üçün məktəblər inşa edirlər və su ehtiyatından istifadəni azaldırlar.
Gəlin 1 dəqiqəlik dayanaq və düşünək. Bütün dünyada hər saniyədə 4000  fincan kofe Nescafe içilir və hər gün 1,7 milyard ədəd Coca-Cola firmasının istehsal etdiyi məhsullar istifadə olunur. Cəmi üç kompaniya dünya qəhvə bazarının 40%-nə nəzarət edir, Nestle korporasiyası isə, rəsmi məlumatlara görə, 2010-cu ildə Qvatemalanın və Yəməninin ÜDM-dən çox gəlir əldə edib.
Bizim dünyada 7 milyard ərzaq istehlakçısına və 1,5 milyard ərzaq istehsalçısına ərzaq məhsullarının bütün assortimentinə nəzarət edən  500-dən az kompaniya düşür. Qlobal ərzaq sistemi çərçivəsində ən çox fəaliyyət göstərənlər “Böyük onluq”a daxil olan böyük gücə malik kompaniyalardır. Onların bir günlük məcmu gəliri 1,1 milyard dollar, illik gəliri isə 450 milyard dollar təşkil edir ki, bu da dünyadakı bütün aşağı gəlirli dövlətlərin ÜDM-nin cəminə ekvivalent təşkil edir. “Böyük onluğun” strategiyalarda və prosedurlarda irəliləyişi bütün istehsal-satış zəncirində özünü göstərir.

Bugün “Böyük onluq” daha çox diqqət çəkir, çünki artıq aclıq kimi təhlükəli hesab olunan diabet və piylənmə kimi xəstəliklər, qlobal epidemiyalar birbaşa bu kompaniyalar tərəfindən istehsal olunan məhsullarda “junk-food” ( zərərli qida) və şirin içkilərin istifadə olunması ilə əlaqədardır.
Əlbəttə ki, dünyada olan aclığa və yoxsulluğa görə tək həmin kompaniyalar məsuliyyətli deyil. Amma biz göstərmək istəyirik ki, onlar öz inkişaflarına görə bütün dünya üzrə səpələnmiş yoxsul birliklərdən aldıqları ucuz torpaqlara və işçi qüvvəsinə borcludurlar. Və buna əlavə olaraq qeyd etmək lazımdır ki, hazırda "Böyük Onluq” ərzaq sahəsində qlobal təchizat sistemini nəzarət və idarə edən həm ticarət kompaniyalarına, həm də hakimiyyət orqanlarına əhəmiyyətli dərəcədə təsir etmək üçün kifayət qədər gücə sahibdir.


Unilever korporasiyası 2011-ci ildə meşə və digər torpaq sahələrinin qanunsuz yolla təmizlənməsinə və çoxillik konfliktdən sonra İndoneziyada əhalini öz torpaqlarından zorla çıxarılmasına görə ittiham olunan Wilmar İnternational kompaniyasından palma yağı alır. Zərər çəkmiş yerli birliklər Dünya Bankını  Wilmar kompaniyasını dəstəklədiyi üçün Bankın rəhbərliyinə şikayətlərini bildirdikdən sonra Bankın vasitəçiliyi ilə kompaniya və yerli birliklər arasında danışıqlara başlanıldı. Torpaq üzərində rəqabət su ehtiyatı üzərində rəqabətlə sıx bağlıdır. Yer kürəsi əhalisinin 1/5-i su çatışmazlığı yaşayır, sudan istifadə isə keçən yüzillik ərzində əhalinin sayının artımı ilə müqayisədə 2 dəfədən çox artıb. Dünya içməli su ehtiyatının əsas hissəsi kənd təsərrüfatı ehtiyaclarına sərf olunur, həm də bu ehtiyatın 70%-ə yaxını suvarma üçün istifadə olunur. Bundan əlavə, suyun çirklənməsi insanların sağlamlığı üçün ciddi təhlükədir, suyu çirkləndirən orqanik mənşəli tullantıların 54%-i ərzaq sektorunun payına düşür.



Tərcümə Günel Muradova

9 июн. 2013 г.

Sol biosentrizmin əsas müddəları (D.Orton)

   " Yer kürəsi  insanlara məxsus deyil." – Arne Neyss

    " Mən düşünürəm ki, ekoloji böhran kapitalizmin sonuna gətirib çıxaracaq" – Rudolf Baxro

Dərin ekologiya (hansı ki, ora sol biosentrizm doktrinası da daxildir) fəlsəfəsinin əsas müddəaları ilk dəfə 1970-ci illərin əvvəllərində norveç filosofu və aktivisti Arne Neyss tərəfindən “Ekoloji hərəkatda səthi və dərin ekologiya” adlı məşhur məqalədə ifadə edilmişdir. O vaxtdan Neyss və başqaları tərəfindən dərin ekologiya üzrə çox məqalələr  yazılmışdır. Şəxsən mən bu fəlsəfəni 1985-ci ildə qəbul etdim. Həmin vaxt bu mənim üçün minimal istehlak yolu ilə gedərək yaşamaq demək idi. (Belə mən öz rasionumu minimallaşdırmağa çalışırdım, amma, deyəsən, həmişə uğurlu alınmırdı.) Neyssin  qərb istehlak həyat tərzi barəsində ən sevimli sitatlarından biri budur:

"Biz elə həyat səviyyəsinə malik olmalıyıq ki, ciddi şəkildə başqalarına da təklif edə bilək – bəşəriyyətin əksəriyyəti üçün əlçatmaz olan təklif yox." (Fəlsəfə dialoqları, red. Vitoşek və Brennan . 224)

 Saral Sarkar "Eko-sosializm və ya eko-kapitalizm?"adlı kitabında ekoloji hərəkatın çox aşağı maddi həyat səviyyəsi söz verən, bəşəriyyət tarixində ilk sosial hərəkat olduğunu göstərərək buna uyğun fikir söyləyir. Görünür belə şüarla, yaşıllar heç  vaxt Parlamentə düşməyəcəklər!

Sol biosentrizm özünü sosialistlərə aid edən insanları əhatə edir , ancaq onları anti-kapitalist istiqamətində fərqləndirir. Lap başdan sol biosentrizm konsepsiyasının formalaşmasına,"solçuluq"a ən geniş mənada baxılırdı. Sol biosentrizm Platformasında göstərildiyi kimi, "Solçuluq bizim üçün anti-sənaye və antikapitalist istiqamətini bildirir, amma vacib deyil  sosializm olsun." Buna görə sol biosentristlər özünü sosialist hesab etdiyi halda( məsələn, mənim kimi), digərləri belə hesab etmir.

Sol-biosentrik istiqamət dərin ekologiya üçün hərəkətin sol qanadını təşkil edir. Sosial, siyasi və iqtisadi məsələlər, həmçinin də  vəhşi təbiətin qorunması, meşələrin və okeanın müdafiəsi, sol biosentrist proqramının tərkib hissəsini təşkil edir. Sosial ədalət gündəmdə ən yüksək yerdə durur. Sol siyasi fikrin sosial ekologiya,ekoloji marksizm,ekofeminizm və s.kimi digər istiqamətləri bir sıra əhəmiyyətli məsələlər qaldırsa da, biosentrik  və ya ekosentrik deyil, öz əsaslarına görə humanist mahiyyətli olaraq qalırlar.

Ekologiya onlar üçün əsas dəyər deyil,  insanlar isə onların etik kainatında mərkəz  mövqe tuturlar. Əlbəttə, biz onlarla antikapitalist əsasında əməkdaşlıq edə bilərik.
Dərin ekologiya və solçuluq arasında qarşılıqlı əlaqə və yaranmış ziddiyyətlər – yaşıllar və qırmızılar arasında qarşılıqlı əlaqə – həmişə  mənim bütün məqalələrimdə, icmallarımda, tənqid və internet diskussiyalarımda əsas marağa səbəb olub.

Sol biosentrizm yaşıl və ekoloji hərəkətdə bir neçə  anti-kapitalist axınına parallel cərəyanlardan yaranıb,hansıların ki, hədəfi dərin ekologiya və sol perspektivin yaxınlaşmasından ibarət idi:
•           " tünd yaşıl nəzəriyyə" ( Riçard Silvan);
•           " sosializm biosentrizm" (Helqa Hoffman və Devid Orton);
•           " ekoloqizm" (Endrü Dobson);
•           " radikal ekosentrizm" (Endrü Maklaflin, 1993-cü il,onun Regarding Nature Industrialism and Deep Ecology kitabına baxın:);
•           " inqilabçı ekologiya" (Djudi Bari);
•           " yaşıl fundamentalizm" (Rudolf Baxro).
Həmçinin Fred Benderanı qeyd etmək olardı (onun 2003-cü il,The Culture Of Extinction Toward A Philosophy Of Deep Ecology kitabına baxmaq:).

Nəzəri istiqamət kimi, sol biosentrizm ekofəlsəfə ilə məşğul olan akademik dairələrdə getdikcə daha  məşhur olur. Hal-hazırda internetdə (nəzəri və tətbiqi məsələlər) olduğu kimi,həm də Synthesis/Regeneration: A Magazine of Green Social Thought ( 2002-ci ildən) amerika jurnalı və Canadian Dimension ( 1989-cu ildən) jurnalı kimi çap nəşrlərində sol biosentrizmə həsr edilmiş kifayət qədər  böyük miqdarda məqalələr  mövcuddur. Sol biosentrizm müzakirə edilən bir neçə kitab adı da çəkmək olar (məsələn, Sustainability: The Challenge, The Encyclopedia Of Religion And Nature, Ecological Ethics). Environmental Philosophy dərsliyinin üçüncü və ondan sonrakı onrakı nəşrlərində: From Animal Rights to Radical Ecology sol biosentrizmin yaranmasını  qeyd edilir. Bu dərsliyin Siyasi Ekologiya(Political Ecology) bölməsində Con Klark deyir: "Sol biosentrizm dərin ekologiyanın nəzəri əsasını  sosial ekologiya ilə çox oxşarlığı olan radikal qeyri-sentrik anti-kapitalist siyasətlə birləşdirir." Bundan başqa, özünü "leftbios" adlandıran,məqalələr yazan və  Dandelion Times: A Left Biocentric Journal  onlayn jurnalını nəşr edən bir çox sol biosentrizm tərəfdarları vardır.       
                                                                                           
Əvvəllər  mən sol biosentrizmin əsas nəzəriyyəçisi idim, ancaq bu gün mənim davamçılarım sol biosentrizmin anlamına  öz töhfələrini  verərək mənim şəxsi ideyalarıma təsir ediblər. İnternetdə 10 ildən çoxdur ki, sol biosentristlərin forumu mövcuddur – dərin ekologiyanın məlum istiqamət problemlərini  kollektiv müzakirə edən qrup. Bu həqiqətən kollektiv əməkdir (1998-ci ildə geniş kollektiv müzakirə nəticəsində 10 bənddən ibarət qrup üzvü olmağı arzulayanlar üçün əsas razılaşma olan Left Biocentrism Primer qəbul edilmişdir.)

Əksər sol biosentristlər  üçün, şəxsən mənim kimi, kapitalizm yox sənayeləşmə əsas problem kimi qəbul olunur. Bu o demək deyil  ki, biz ekoloji çərçivələrə məhəl qoymayan kapitalizmin sonsuz artımı və  konsyumerizmi ilə razılaşırıq. Sənayeləşmə kapitalist simasına malik olduğu kimi, sosializm simasına da malik ola bilər. İlk dəfə bu fikri sənayeləşməni dərin ekologiya (və sosializm) mövqeyindən təhlil edən Endrü Maklaflin söylədi.

Solçular, bütün öz sonsuz çalarlarıyla, həmişə özlərini  sosial ədalətlə siyasi assosiasiya ediblər. Bu onların ümumi xarakteristikasıdır. Biosentrizm üçün "sol" təyini  gələcək biosentrik cəmiyyətin həm insanlar,həm də digər bioloji növlər,və bütövlükdə planet üçün sosial ədalətli olmasını bildirir. Yenə də ekoloji ədalət birinci yerdə olmalıdır. Ölü planetdə ədalət olmur. Mərhum kanada ekofilosofu  Sten Rou qeyd etmişdi ki, birincisi, biz Yer kürəsində  yaşayan varlıqlarıq, sonra ,yalnız ikinci halda – insanlar, və bu şəxsi və sosial səviyyədə dərk edilməlidir.

Mən bir çox məqalələr dumanlı və praktik işlə az bağlı olduğunda dərin ekologiyanı çox tənqid edirdim. Mən onu göstərirdim ki, real siyasi, iqtisadi və sosial analitik məqalələrin çatışmazlığı müşahidə olunur, əksər dərin ekoloqların sinfi analizi yoxdur. Bir çox münasibətlərdə akademiklər  dərin ekologiyanı içəri bükmüşdülər  və  dünyanın real problemlərindən kənara çəkilmişdilər. Dərin Ekologiya üzrə kanada jurnalı The Trumpeter akademik cəhalətpərəstliyinə nümunə ola bilər. Sol biosentristlər Arne Neyss  və “meyntrim”-in  digər dərin ekoloqları tərəfindən təbliğ olunan sosial hamoniyadan fərqli olaraq marksizmdən  sosial-barışmaz mövqeyə (Ziqmund Kvalo ilə) sahib oldular.

Sollar xüsusi mülkiyyətin əksinə olaraq kollektiv mülkiyyətə təkid etdikdə, onlar adətən mülkiyyət ideyasının özünü suala məruz qoymurlar – yəni,insan nəslinin təbiətə və digər bioloji növlərə “sahib olmaq” ideyasını. Başqa sözlə, təbiət dövlət, kollektiv, xüsusi və ya tayfa "mülkiyyəti" ilə dağıdıla bilər. Sol biosentristlər Yer kürəsinin insana deyil, insanın Yer kürəsinə sahib olduğunu nəzərdə tutan qeyri-antroposentrik  nöqteyi-nəzəri dəstəkləyirlər. Bizim üçün cəmiyyət özünə yalnız insanları daxil etmir , həm də Yer kürəsinin başqa heyvanlarını, bitkilərini və Yer kürəsinin özünü daxil edir. Belə cəmiyyətdə Yer kürəsinin  ruhu yaşayır, necə ki, keçmiş animistik cəmiyyətlərdə mövcud idi, və bu ruh təbiətin istismarını məhdudlaşdırır.

Ekoloji sabitliyə nail olmaq üçün bu mənəviliyi  cəmiyyətə  qaytarmaq lazımdır. Sol biosentrizm şəxsi istifadənin əksinə olaraq təbii mühitdən "kollektiv istifadə"ni  dəstəkləyir. Kollektiv istifadə Yer kürəsinin təbii sərvətlərindən məsuliyyətli  istifadə hüquququnu nəzərdə tutur, sərvətlərə yiyələnməyi deyil. Biz həmçinin daha geniş və tələbkar olan ekosentrik  hökuməti  tanımağa meylliyik, nəinki istənilən  antroposentrik hökuməti.

İnsanların öz dar maraqlarına görə təbiəti dağıtmaq və ya korlamaq haqqı yoxdur.
Təbiət hamı üçün ümumi sərvət olaraq qalmalıdır. Onu özəlləşdirmək və ya şəxsi və ya kollektiv mülkün  əllərinə vermək olmaz.

Bizim üçün, iqtisadiyyat təkcə  insanların və onların yaşam mühitinin uzunmüddətli  əmin-amanlığını təmin etməyə məcbur deyil, həm də başqa bioloji növlərin uzunmüddətli əmin-amanlığını müdafiə etməlidir. İnsanlar quruda və suda başqa növlərlə bərabər səviyyədə məhdud yaşam  mühitinə malik olmalıdır.
Buna görə əhalinin azaldılmasının strategiyası istənilən yaşıl iqtisadi siyasətin tərkib hissəsi olmalıdır. Dərin ekologiyanın prinsiplərini paylaşan ekosentrik sol  üçün şüurun ekosentrik prioriteti mövcuddur – Aldo Leopoldun ifadəsi ilə desək, onlar "dağ kimi düşünürlər".  Sosial ədalət  sol biosentristlərin siyasətlərinin  əhəmiyyətli hissəsini təşkil etsə də, yenə də ikincidir.  Buna görə "sollar – sağlar" bölümü "antroposentrizm – dərin ekologiya" bölümü ilə müqayisədə  tabe edilmiş xarakterə malikdir.

İnsanlar təbiət dünyasıyla meşələrin və vəhşi təbiətin insan və korporativ istehlak üçün “resurs” olmadığı  yeni, qeyri-zoraki əlaqələrə daxil olmalıdır. Bu termindən istifadə köklərlə antroposentrizm fəlsəfəsinə , meşə sənayesinə gedir,harada ki, “köhnə” və ya “yetişmiş” kimi müəyyən edilən “ziyanvericilər” və “odun”, ticari istifadəyə malik olmayan "xırda ağaclıq" var.

Sol biosentristlər hərəkat daxilində ilkin və ikinci ziddiyyətlərlə qarşılaşırlar. İlkin ziddiyyətlər hər şeydən əvvəl  kapitalist sənaye cəmiyyətiylə, onun təcrübələri və Yer kürəsinə dağıdıcı antroposentrik baxışı iləbağlıdır. İkinci ziddiyyətlər prinsipial xarakterə malik olmayan digər məsələlərə bağlıdır.

Sol biosentrizm sol partiyalar üçün açıqdır, amma ənənəvi sol partiyalar barəsində tənqidlə çıxış edir. Şəxsən mən özümü əvvəlcə ekosentrist, ikinci halda kanada solçusu hesab edirəm. Sosial siyasət barəsində mənim əsas simpatiyam kommunist/sosialistlərin tərəfindədir, kapitalistlərin deyil.
Planet ekosidinin indiki vaxtında sol biosentrizm sol hərəkata çox şey təklif edə bilər.
Mən əminəm ki, dərin ekologiyanın və sosial ədalət naminə hərəkatın  birliyindən doğulmuş bu nəzəri doktrina  –gələcək ekosentrik və ictimai cəhətdən ədalətli postindustrial cəmiyyətə aparan düz yoldur.
                                                                        
                                                                                        

      Azərbaycan dilinə tərcümə etdi Günel Muradova


5 июн. 2013 г.

Qlobal bərabərsizliyin qorxulu halları haqda bütün həqiqətlər

Kapitalın böhranı, “Occupy” hərəkatının baş qaldırması, Cənubi Avropa kollapsı – bütün bu faktorlar son onillik ərzində ona gətirib çıxardı ki, gəlir bərabərsizliyi problemi qərb ölkələrinin əhalisini ən çox narahat edən problemələrdən birinə çevrildi. Bugün faktiki olaraq hər kəs 1% ən zəngin insanların ölkəsinin  varının qeyri-bərabər şəkildə ən böyük hissəsini ələ keçirməsindən danışır. Və bu mövzu keçən ay internet vasitəsilə ABŞ-da bərabərsizlik səviyyəsini  illustrasiya edən  videonun yayılmasından sonra daha aktiv müzakirə olunmağa başladı. Əgər infoqrafika on milyonlarla internet istifadəçisinin diqqətini cəlb edirsə, deməli həqiqətən insanların zəif damarını tutub.

Amma videoda qlobal miqyasda bərabərsizlik səviyyəsi haqda praktik olaraq heç bir şey deyilmir, ona görə də biz, The Rules proyektinin iştirakçıları, diqqəti bərabərsizlik probleminə qlobal miqyasda çəkən analoji video hazırlamağa qərar verdik.



Burada qeyd olunan informasiya yeni olmasa da, yenə də insanı heyrətə gətirir. Biz, 300 ən varlı insanın dünyada 3 milyard insanın (bu təxminən planetin yarısı deməkdir) sahib olduğundan çox var-dövlətə sahib olması haqda söhbət açırıq. Bununla belə məhz bu rəqəmləri misal gətiririk ki, onları müqayisə etmək və yadda saxlamaq daha asan olsun. Amma daha dəqiq olsaq, bərabərsizliklə vəziyyət daha pisdir – 200 ən varlı insan 2,7 trilyon dollara sahibdir, bu isə cəmi 2,2 trilyon dollara malik 3,5 milyard insanın sahib olduğunun cəmindən çoxdur. Gəlirlər arasındakı bu qədər böyük fərqi təsəvvür etmək belə çətindir. Bununla belə, biz təkcə mövcud bərabərsizliyi göstərmək istəmirdik, həm də onun hazırda necə böyüdüyünü göstərmək istəyirdik. Oxfam-ın sonuncu məruzəsində qeyd edilir ki,  “1% təşkil edən ən zənginlər son 20 ildə öz gəlirlərini 60% artırıblar, hazırkı maliyyə böhranı isə bu prosesi nəinki yavaşlatmayıb, hətta daha da sürətləndirib”. Ən yuxarı təbəqəyə daxil olanların gəliri isə, bu dövr ərzində daha böyük templə artıb.

Video həm də nəyin müxtəlif dövlətlər arasında bərabərsiziliyi artırdığını nümayiş etdirir. Müstəmləkə dövrü ərzində zəngin və yoxsul ölkələr arasındakı uçurum 3:1 nisbətindən 35:1 nisbətinə böyümüşdür. Bu qismən avropa dövlətlərinin “Qlobal Cənub” ölkələrindən təbii və əmək ehtiyatlarını çıxarması ilə əlaqədardır. Amma o vaxtdan  fərq 80:1 nisbətinə çataraq, ancaq böyümüşdür. Bu necə ola bilərdi?

Kapital kasıblardan varlılara axır

Bərabərsizlik qismən son onilliklər inkişaf etmiş dövlətlər tərəfindən sırınanbeynəlxalq institutların (Dünya Bankı, BVF və ÜTT kimi) neoliberal iqtisadi siyasəti sayəsində böyüyür. Bu siyasət ilk növbədə ona görə yaradılmışdır ki, ölkələri bazarları liberallaşdırmağa vadar etsin və multi-milli korporasiyaların ucuz ərazilərlə,ucuz təbii və əmək ehtiyatlarına çıxışını təmin etmək məqsədilə
onları açıq saxlasın. Yoxsul dövlətlər belə iqtisadi siyasətə görə həm də onunla cavab verirlər ki, illik ÜDM-dən təxminən 500 milyard dollar itirirlər- Massaçuset universitetinin iqtisadçısı Robert Pollin qeyd edir.
Nəticədə zənginliyin yoxsul rayonlardan varlı rayonlara necə axdığını görürük. Biz bu videonu xüsusi olaraq özümüz montaj etdik ki, bu maliyyə axınını əyani şəkildə təsvir edək və zənginliyin “qlobal cənub”dan necə sorulduğunu və “qlobal şimala” ötürüldüyünü göstərək. Zənginliyin daim bu şəkildə ötürüldüyünü az adam bilir. Və bunun səbəblərindən biri humanitar yardıma şişirdilmiş məna verməkdir. Sadəcə  “Cefri Saks”, proyekt “Minilliyin İnkişaf Hədəfləri”, Bono, Bob Qeldof və ya hətta “Save The Children” kimi nəhəng xeyriyyə təşkilatlarının xeyriyyə aksiyalarına nə qədər diqqət ayrıldığını yadınıza salın.

Zəngin dövlətlərin hökumətləri yorulmadan və təntənəli surətdə inkişaf edən ölkələrə nə qədər xərclədiklərini təkrar edirlər, multi-milli korporasiyalar isə hər dəfə illik hesabatlarında bir neçə dəfə öz yardımlarını, “ korporativ sosial məsuliyyət” prinsiplərinə sədaqətlərini xatırladırlar.
Biz bu rolikdə göstəririk ki, xeyriyyə yardımlarına çəkilən bütün xərclər əks istiqamətdə axan kapital axınının yanında heç nədir.  Təkcə vergidən yayınmaq praktikası ildə 900 milyard dollar həcmindən çox ümumi gəlir gətirir – bu korporasiyaların inkişaf edən ölkələrdən oğurladıqları pullardır, sonra isə bu pulları mərkəzi Londonun Sitisi olan “vergi havannalarında” gizlədirlər. İnkişaf edən ölkələr təkcə xarici borclara xidmətə görə hər il 600 milyard dollar ödəyirlər, özü də bu ödənişlərin əksəriyyəti vaxtilə devrilmiş diktatorların yığdıqları qanunsuz borcların silinməsi hesabına aparılır.Bütün bu kapital axınını pulların birbaşa kasıblardan varlılara ötürülməsi kimi də izah etmək olar.

Bu videorolike salınacaq çox sayda digər müxtəlif aspektlər də mövcuddur. Məsələn, torpağın tutulması. Fred Pirs özünün yeni “Torpaq istilaçıları” kitabında yazır ki, son 10 ildə zəngin dövlətlərin korporasiyaları inkişaf edən ölkələrdə o qədər torpaq sahəsi tutublar ki, onun ümumi sahəsi bütün Qərbi Avropanın sahəsindən böyükdür. Əgər bu zəbt edilmiş torpaq sahəsinin təxmini qiymətini hesablasaq, videoda qeyd olunan nəhəng məbləğ ( yoxsullardan zənginlərə axan 2 trilyon dollardan çox) reallıqda daha çox alınacaq.
Və ya gəlin iqlim dəyişiklikləri problemini nəzərdən keçirək. Axı temperaturun 2 dərəcə artması Afrika və cənubi Asiya ölkələrinin ÜDM-nun 5%-nin itirilməsinə gətirib çıxaracaq, bununla belə, temperaturun artmasına daha çox zəngin ölkələrin səbəb olduğuna baxmayaraq, bu onlara az təsir edəcək. Bütün bu itkilərin fonunda yoxsul ölkələrə olan xeyriyyə yardımı cüzi olacaq. Ümumilikdə, yoxsulluğun və bərabərsizliyin səbəbləri budur. Bizim həll etməli olduğumuz problemlər bunlardır.
  
Demokratiya defisiti

Bunu da qeyd etmək lazımdır ki, “qlobal şimal” və “qlobal cənub” coğrafi bölgüsü (sxematik olaraq videorolikde qeyd olunmuş) hazırda əvvəlki dək əyani təsvir edilməyib. Biz göstərmək istəyirdik ki, belə bölgü Çin və Rusiya kimi ölkələrin daxilində de yer alıb. Məlum vəziyyətdə kiçik bir fiziki şəxs və insan qruplarının münaqişəsini təsvir etmək daha düzgün olardı, bir tərəfdən korporasiya rəhbərlərini və digər tərəfdən planetin əhalisinin çoxunu. İndi artıq söhbət Qərb və digər dünya bölgüsündən getmir, bütün dünya ölkələrində mövcud olan sinfi bölgüdən gedir. Bununla belə, qəbul etmək lazımdır ki, qlobal iqtisadiyyatın nəzarət institutları (Dünya Bankı, BVF, ÜTT, həmçinin azad ticarət haqda müxtəlif razılaşmaların həyata keçirilməsində məsuliyyətli olan digər institutlar) Qərb dövlətlərinin inhisarındadır. Amma bu fakt heç bir şəkildə o demək deyil ki, onlar qərb ölkələrinin seçicilərinin maraqlarını təmsil edirlər, çünki, bu institutlara rəhbərlik edənlər (bankirlər, ticarət nümayəndələri və onların maraqlarının təbliğatçıları) demokratik proseslər nəticəsində seçilmirlər.
  
Belə ki, Dünya Bankı və BVF inkişaf edən dövlətlərə hər hansı bir iqtisadi siyasəti sırıya bilərlər, hətta bu ölkələrin seçiciləri və onların seçdikləri hakimiyyət nümayəndələri yekdilliklə onu rədd etsələr belə. Bundan əlavə, bu institutlar “suveren immunitet”ə sahibdirlər, hansı ki, onların borc qarşılığında sırıdıqları iqtisadi siyasət iqtisadi böhrana və əhalinin kütləvi yoxsullaşmasına səbəb olaraq, müvəffəqiyyətsiz olduqda onları məhkəmə təqibindən qoruyur. Başqa sözlə, bu institutların nəinki özləri demokratik deyillər, həm də yerli demokratiyalara nəzarət edirlər və ona görə də müstəqil ölkələrin seçiciləri üzərində ixtiyara sahibdirlər. Bununla belə, bu institutların sırıdıqları siyasətdən zərər çəkmiş insanlar heç ədalətə də arxalana bilmirlər. Belə demokratiya defisitini biz korporasiyaların özlərində də müşahidə edirik. Bugün dünyada ən böyük idarə edici subyektlərin əksəriyyəti – korporasiyalardır, dövlətlər deyil. Bu korporasiyaların rəhbərləri demokratik yolla seçilmir və vətəndaşlar qarşısında hesabat verməli olan şəxslər deyillər. Onlar yalnız onlardan insan həyatı və ya planetin məhvi bahasına  olsa belə gəliri artırmağı tələb edən  səhmdarları qarşısında məsuliyyətlidirlər. Bu korporasiyalar fəaliyyətdə olduqları ölkələrin hökumətlərinin malik olduğundan çox səlahiyyətə sahibdirlər. Və bunun səbəblərindən biri də ÜTT və azad ticarət haqqında müxtəlif “investorlar və dövlər arasında mübahisələrin həlli haqqında razılaşma” müqavilələri tərəfindən sırınan, korporasiyalara yerli hökumətlərdən onların gəlir qazanmasını təhlükə altına salan qanunları ləğv etmək imkanı verən – məsələn, mimimal əmək haqqı və ya ətraf mühitin müdafiəsi qanunları kimi – müqavilələrdir.

Qaydaları dəyişmək lazımdır

Bütün məsələ bundadır ki, korporasiyanın səlahiyyəti milli suverenlikdən üstün olur. Buna görə də, qəbul etməliyik ki, XX əsr boyunca qüvvətləndirməyə çalışdığımız demokratik institutlar, artıq “yeni gözəl dünyada” bizi müdafiə etmək bacarığında deyil.
Oyunun qaydalarını biz özümüz dəyişməliyik, özü də bunu mümkün qədər tez etməliyik. Hazırda real hakimiyyətin tədricən beynəlxalq səviyyəli institutlara verilməsi faktını nəzərə alaraq, biz də uyğun olaraq korporasiyalın nəfsinin və onların gəlir arxasınca düşməsinin qarşısını alan qlobal demokratik sistem qurmalıyıq. Bunun üçün, saxta razılaşma qiymətlərinin göstərilməsinə və “vergi havannalarına” görə  korporasiyalara qlobal səviyyədə minimal vergi qoymaq lazım olacaq. Bəlkə də, qlobal səviyyədə minimum əmək haqqını da daxil etmək lazımdır, hansı ki, əməyin dəyərinin “azaldılması yarışında” ən aşağı həddi təyin edəcək. Və əlbəttə ki, qanunların təyin edilməsi və beynəlxalq ticarət üzərində nəzarəti BVF bankirlərinin və ÜTT texnokratlarının əlindən almaq lazım olacaq. İnstitutların özünü isə şəffaflıq və demokratiya prinsipləri əsasında işləyən yeni institutlara tabe etmək gərək olacaq.
  
Bir halda ki, bizim iqtisadiyyatımız qloballaşır, deməli olun üzərində qlobal demokratik nəzarət lazımdır. Biz buna nail ola biləcikmi? Bəli. İstənilən halda bizim başqa yolumuz yoxdur. Bütün bəşəriyyətin və planetin gələcəyi bizdən asılıdır. Kimsə deyə bilər ki, əgər bu qədər dəyişiklik istəyiriksə,  xəyalpərəstik. Amma əsl xəyalpərəstlər o kəslərdir ki, düşünürlər ki, biz hadisələrin indiki vəziyyətini sonra da sabit şəkildə saxlaya biləcik.


Ceyson Xikel


Tərcümə Günel Muradova

4 июн. 2013 г.

5 iyun- Beynəlxalq Ətraf Mühitin Müdafiəsi günüdür

“Şüurlu və rasional qidalanma uğrunda”!

Beynəlxalq Ətraf Mühitin Müdafiəsi günü bu il “Düşün.Qidalan.Qoru” şüarı altında qeyd olunacaq. O, geniş ictimaiyyətin diqqətini istehlak təhlükəsizliyi və böyük miqdarda qida məhsullarının tullantıya çevrilməsi məsələlərinə cəlb etmək üçün nəzərdə tutulmuşdur.

Məhz buna görə Beynəlxalq Ətraf Mühitin Müdafiəsi günü 2013 ona yönəlmişdir ki, bizlərdən hər biri bizim gündəlik qida məhsulları seçimimizin və bizim ona münasibətimizin ətraf mühitə necə təsir etdiyini başa düşsün. Milyonlarla kiçik və individual davranışlar  birlikdə böyük gücə və təsirə malik ola bilər. Ona görə qida məhsulları alarkən daha məsuliyyətli seçim edin, əlavə şeylər əldə etməyin, ekoloji təmiz məhsul alın, hər şeyi sonacan yeməyə və yeməyi atmamağa çalışın. Birlikdə tullantı axınını ( qida məhsullarının çevrildiyi tullantıları) əhəmiyyətli dərəcədə azalda , vəsaitimizə qənaət edə və ətraf mühiti qoruya bilərik.


Məhz buna görə Beynəlxalq Ətraf Mühitin Müdafiəsi günü 2013 ona yönəlmişdir ki, bizlərdən hər biri bizim gündəlik qida məhsulları seçimimizin və bizim ona münasibətimizin ətraf mühitə necə təsir etdiyini başa düşsün. Milyonlarla kiçik və individual davranışlar  birlikdə böyük gücə və təsirə malik ola bilər. Ona görə qida məhsulları alarkən daha məsuliyyətli seçim edin, əlavə şeylər əldə etməyin, ekoloji təmiz məhsul alın, hər şeyi sonacan yeməyə və yeməyi atmamağa çalışın. Birlikdə tullantı axınını ( qida məhsullarının çevrildiyi tullantıları) əhəmiyyətli dərəcədə azalda , vəsaitimizə qənaət edə və ətraf mühiti qoruya bilərik.

Planetin artan əhalisini qida ilə təmin etmək getdikcə daha da çətinləşir. Bu gün bizim sayımız 7 milyarddan çoxdur və 2050-ci ilə 9 milyarda çatacaq. Bununla belə hər il sizin və bizim üçün istehsal olunan qida məhsullarının pratiki olaraq 1/3-İ məhv olur və ya çürüyür. BMT-nin ərzaq və kənd təsərrüfatı üzrə proqramı (UN FAO) qeyd edir ki, hər il tullantıya çevrilən qida məhsullarının həcmi təxminən 1,3 milyard tonn təşkil edir. Eyni zamanda da Yerin hər yeddinci sakini aclıqdan əziyyət çəkir. Hər gün 5 yaşınadək olan 20000-dən çox uşaq aclıqdan həyatını itirir. Bundan əlavə, belə böyük həcmdə ərzağın məhvi ərtaf mühitə pis təsir edir və onsuz da azalmaqda olan  təbii ehtiyatları tükədir.

Biz qida məhsullarını boşuna itirməklə, onların istehsalı üçün sərf olunan resursları itiririk.  İnsanın məskunlaşdığı bütün torpaqların 25%-i qida məhsullarının istehsalı üçün istifadə olunur. İstifadə olunan bütün içməli suyun 70%-i və atmosferə atılan bütün parnik qazlarının 30%-i qida məhsullarının dünyəvi istahsalının payına düşür. Meşələrin qırılmasının 80%-i kənd təsərrüfatı sahələrinin genişləndirilməsi üzündən baş verir. Bu həm də bioloji müxtəlifliyin məhv olmasının əsas səbəblərindəndir.

Ona görə, yeməkdən əvvəl düşün və ərtaf mühiti qoru!