19 июл. 2013 г.

Sosializmin son günü


Qorbaçov 25 il əvvəl XİX partiya konfransında kapitalizm kursunu elan etdi

25 il əvvəl, 1988-ci ilin 29 iyununda Baş Katib Qorbaçovun məruzə ilə çıxış etdiyi  Sov.İKP-nin XİX konfransı başladı. O, bir tərəfdən ölkədə hər şeyin hər şeyin yaxşı olduğunu söyləyirdi, digər tərəfdən isə sistemdə ciddi problemlərin olduğunu qeyd edirdi.
“11-ci beşilliklə müqayisədə illik mənzil təminatı 15 milyon kvadrat metr artmışdır, - Qorbaçov tribunadan oxuyur və dərhal məzil probleminin dərinliyini qeyd edirdi, - insanlar illərlə mənzil gözləyirlər”. 2000-ci ilə mənzil problemini həll etmək təklif olunurdu, bunun üçün 35 milyon mənzil və ev, və ya 1,5 milyard kv.metr tikmək lazım idi.
Qorbaçov yaşayış üçün ən vacib olan çörək barəsində də eyni cür danışırdı. “Qida məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 5,9% çox satılmışdır, - məmuniyyətlə təsdiq edirdi və burda da düzəliş edirdi ki, ərzaq proqramı – “cəmiyyətin həyatında ən ağrılı nöqtədir,ən dərin problemdir”. Başqa sözlə - “bizə ərzaq ehtiyatlarının yetişdirilməsinin başqa,daha yüksək templəri lazımdır”.
Eyni zamanda da Qorbaçov plan göstəricilərinin təsirini azaltmağı təklif edirdi, yəni planın mütləq yerinə yetirilməsinə can atmamağı. “Bizdə əlahəzrət “vala” sədaqətlə xidmət edən nə qədər çox adam var, - o səslənirdi. – İndi belə  bir fikir eşidirik ki, əgər müəssisəyə planla “təzyiq etməsək”, guya o iqtisadi göstəriciləri yaxşılaşdırmağa can atmayacaq”.
O öz doğruluğuna sübut kimi növbəti rəqəmləri gətirdi. 1987-ci ildə, təsərrüfat hesabına keçmiş müəssisələrdən qanunun sərt qaydalarına uyğun olaraq plan tələb etməyi dayandırdıqda, müəssisələrin gəlirinin ümumi həcmi kontrol rəqəmlərindən 4,5 milyard rubl aşağı düşmüşdü. Eyni zamanda da 1988-ci ilin yarımili ərzində elə həmin müəssisələr 2,5 milyard rubl gəlir artımına müvəffəq olmuşdular və onlardan 2,6%-i köhnə qaydada işləyən müəssisələrlə müqayisədə bu göstərici üzrə daha yüksək göstəricilər göstərmişdilər.
Bununla belə, bu uğurun sirri növbəti “hiyləgər” sənəddə gizlənirdi, daha dəqiq desək normativdə, hansı ki, gəlirin bir hissəsini iqtisadi stimullaşdırma fondlarına – İSF yönləndirməyə icazə verirdi. Və bu fondlar  müəssisələrin texniki inkişafı və modernizasiyası üçün nəzərdə tutulsa da, belə bir qayda da vardı ki, vəsaitlər mükafat və bonusların verilməsi üçün də yönləndirilə bilər. Müəssisə rəhbərləri dərhal anladılar ki, özlərinə istənilən məbləğdə əmək haqqı təyin edə və bununla belə planı yerinə yetirməyə bilərlər. Nəticədə 1988-ci ildə gəlirin İSF-ə yönləndirilən hissəsi həmin dövrə qədər icazə verilmiş 16%-dən yeni normativ üzrə 41%-ə kimi qalxdı. Aydındır ki, həmin şəraitdə gəliri hesablamaq çətin deyildi, xüsusilə,əgər planın yerinə yetirilməsi tələb olunmurdusa.
Məsələ burasındadır ki, mahiyyətinə görə əmək haqqı ödənişinin bazar mexanizmini tətbiq etməklə, “reformator” Qorbaçov planlı təsərrüfat üçün uyğunlaşdırılmış əvvəlki sovet mühasibat uçotunu saxladı. Əgər Qərbdə gəliri, “ilkini”sıravi menecerlərə həvalə etməklə,  pul axınından hesablayırdılarsa, SSRİ-də hesablama üçün məhz ilkin sənədlər əsas götürülürdü.
O zamana kimi saat kimi dəqiq işləyən sovet maliyyə uçotu sistemi dərhal kənarlaşmalara yol verdi, çünki, buna görə “qazanmaq” imkanı yarandı. Başqa sözlə, əgər 1988-ci ilə kimi əsas sənədlər yalnız Dövlət Planlaşdırması və statistika orqanları üçün maraqlı idisə, artıq indi onları real rubla konversiya etmək olardı,məsələn, müxtəlif hesablar qoymaqla – mal göndərən müəssisəyə bir rəqəmlərlə, alıcı müəssisəyə - başqa rəqəmlərlə. Mürəkkəb çoxgedişli əlaqələri olan nəhəng iqtisadi təsərrüfat bunu problemsiz etməyə imkan verirdi.
Bu şəkildə əmtəə istehsalı və pul kütləsi arasındakı birbaşa əlaqə dağıdıldı. Bundan başqa işbazların psixologiyasının təməli qoyuldu, hansı ki, istənilən yolla varlanma onlar üçün həyat normasına çevrildi.
Beləliklə, Qorbaçov eyni bir məruzədə özü öz ediklərini inkar edirdi. O, inkişafın sürətləndirilməsini tələb edirdi və ölkənin iqtisadi inkişaf tempinə nəzarət etməkdən imtina edirdi. O, büdcə kəsrindən şikayət edirdi, amma faktiki olaraq sıravi direktorlara pul emissiyası hüququ  verdi. O hamıya mənzil söz verdi və sosial bərabərsizliyi stimullaşdırdı.
Bu məruzədə eyni zamanda kooperativ fəaliyyətə də böyük əhəmiyyət verilirdi, xüsusilə, Qorbaçov hətta bununla əlaqədar olaraq Lenini də xatırladı. Xalq tərəfindən istehlak olunan əmtəə defisiti problemini həll etməli olan təriflənən “kooperativlər” haqda layihə reallıqda müvəffəqiyyətsizliyə uğradı, və bu çıxış zamanı artıq məlum idi.
Yenə də bazar mexanizmlərinə zidd olan vergi və mühasibat uçotu sistemi buna gətirib çıxardı ki, kooperatorlar qarşıda qoyulmuş hec bir məsələni həll etmədən sürətlə varlandılar. Nəticədə, 1988-ci ildə pul emissiyasının artımı 100%, 1989-cu ildə isə - 55,1 % təşkil edirdi, əmtəə defisiti isə, əksinə, yüksəlmişdi.
Məruzənin beynəlxalq münasibətlərə həsr olunmuş hissəsi xüsusi maraq doğurur. Və yenə də dünyadakı vəziyyətin ikili şərh edilməsi. Bir tərəfdən – “...hərbi təhlükə bizim üçün daimi simaya çevrilmişdir. Hələ də aradan qaldırılmayıb”. Digər tərəfdən – “... biz öz tərəfimizdən bizi əhatə edən aləmi daha yaxşı görmək və anlamaq imkanı aldıq... Bu əks əlaqənin köməkliyi ilə qarşılıqlı anlaşma və azadlıq, demokratiya kimi dəyərlərin mənasını  tapmaq asan oldu”.
Burada isə gələcək planlar haqda danışılır –  “nüvə silahının 2000-ci ilə kimi mərhələli likvidasiya proqramı, ümumi təhlükəsizlik sistemi,seçim azadlığı, maraqlar balansı, ümumavropa evi”.
Başqa sözlə, Qorbaçov SSRİ-nin yerini Avropada,ən uğulu iqtisadiyyata sahib ölkələr ailəsində və layiqli həyat şəraitində görürdü. Onun çıxış tonu buna sübutdur: “avropalılar kimi yaşamaq istəyirsizsə, dəyişin”. Bununla belə kapitalizm dünyasının reallıqları tamamilə nəzərə alınmırdı.
Həmin vaxt bu reallıqlar açıq şəkildə yırtıcı idi. BMT-də daxilində fəaliyyət göstərən Ümumdünya iqtisadi tədqiqatlar institutunun (World Institute for Development Economics Research) məlumatlarına görə 1980-ci illərdə 20% ən yoxsul xalqların gəlirinin 20% ən varlı millətlərin gəlirinə olan nisbəti 1/60-a bərabər idi.
Buna ilk növbədə başqalarının resurslarının, həm maddi, həm də əmək, sorulması hesabına nail olunmuşdu. Misal üçün, 80-ci illərdə Latın Amerikası ölkələrindən ABŞ-a gedən vəsait axını ildə 100 milyard dollara bərabər idi. Pullar korporasiyalar vasitəsilə gəlir kimi, həm də qeyri-qanuni yollarla çıxarılırdı. Bununla belə, həmin ölkələrin ÜDM—da heç bir artım müşahidə olunmurdu ki, bu da sadə insanların həyat şəraitinin ağırlığını göstərirdi. Əlavə olaraq latın-amerikalılar ABŞ-a xarici borc faizləri üzrə ildə 20 milyard dollar ödəyirdilər.
Bununla belə, SSRİ-nin neft və neft məhsullarından mədaxili ildə 20 milyard dolları, təxminən ABŞ-ın təkcə Latın Amerikasından aldığı faizin miqdarı qədər, aşmırdı. Başqa sözlə,  beynəlxalq fəaliyyətdən qazanılan gəlirlər üzrə paritetə, özü də vəsaitlərin “sorulması” sahəsində,  nail olmaq üçün SSRİ baş qərargahları ABŞ-da və Qərbi Avropada yerləşən transmilli korporasiyaları özünə yaxınlaşdırmalı olardı. Əks halda, yenidənqurma prosesində planlaşdırıldığı kimi həyat səviyyəsini bərabərləşdirmək mümkün olmayacaqdı. “Qızıl milyardda” sovet insanları üçün artıq yer yox idi.
Digər tərəfdən, SSRİ-də artıq özünün güclü resurs bazası yaradılmışdı, hansı ki, onun haqda məruzədə kədərlə qeyd edilmişdi. “Xammal və yanacaq-energetika sahələri məhsullarının artırılmasının nə xeyri var? – Qorbaçov soruşurdu, - Bizə təkcə milyonllarla ton polad, milyonlarla ton sement, milyonlarla ton kömür lazım deyil, konkret yekun nəticələr lazımdır”. Hadisələrin sonrakı inkişafı göstərdi ki,bizim ölkə bugün bu “lazımsız” resursların sayəsində yaşayır.
Bu fonda Yeltsin və Liqaçev arasında olan konflikt nümunə idi - əslində, yenidənqurma tərəfdarları ilə bunda ölkə üçün ölüm təhlükəsi görənlər arasında. Birincilər qərb ölkələrini təqlid üçün ideal görürdülər – yüksək həyat şəraiti, gözəl vitrinlər, demokratiya və azadlıq. İkincilər hesab edirdilər ki, insanları layiqli həyat şəraiti ilə təmin etmək üçün sosializmin bütün vacib resursları var, və iqtisadi reform lazım deyil, təsərrüfatı səmərəli idarə edə bilməyən direktorları süzgəcdən keçirmək üçün kadr reformu  lazımdır. Yəni, dövlətə səmərəli idarəedənlər lazımdır, Yeqor Liqaçov kimi.
 “Mənim yoldaşlarla işlədiyim ərazi (Tomsk ərazisi-red.) özünü öz istehsalı olan qida məhsulları ilə tamamilə təmin edir, özü də, yaxşı miqdarda, - Liqaçev Yeltsinin qeyri-demokratikliklə bağlı məzəmmətinə cavab verərək bəyan etdi. – Sən isə,Boris, vilayət komitəsinin (Sverdlovsk ərazisinin-red.) katibi işləyirdin və ərazini möhkəm sürətdə və uzun müddətə talona otuzdurdun”.
Ancaq, Qorbaçov başqa reformlara səslənişləri eşitmirdi. Onun sosializm və burjua dəyərlərini birləşdirmək cəhdlərinin heç bir praktik əsası yox idi və tamamilə fərqli paradiqmanın qərb-avropa reallıqları üzərində qurulurdu. Ölkədə bazar iqtisadiyyatının normal işini təmin edə biləcək dövlət institutları yox idi, həmçinin həmin iqtisadi münasibətlər üçün hüquqi müstəvi mövcud deyildi.
Nəticədə total banditizm formalaşmağa başladı, hansı ki, həqiqətdə SSRİ-də real ağaya çevrildi. Ölkəni gələcəkdə nə gözləməsi haqda jurnalist Şeqoçixin və XİN işçisi Qurovun Ədəbiyyat Qəzetində nəşr olunan  “Aslan böyük tullanışa hazırlaşır” adli geniş məqalədə danışıldı. Cinayətkar residivistlər, kölgədə qalmış sex sahibləri, keçmiş idmançılar və restoran ofisiantları öz yazılmamış və qanlı qanunlarını təyin etməyə başladılar.
Narkomaniya,prostitutsiya, ailə institutunun dağılması, sahibsiz uşaqlar, reket, sosial ədalətsizlik, pullu tibb və təhsil – nəticədə sosializmin mübarizə apardığı hər şey bir anda həyat normasına çevrildi. Sov.İKP-nin XIX konfransı faktiki olaraq, qayıtmazlıq nöqtəsi oldu, hansı ki, ondan sonrq “sosializm” sözü bizim ölkənin siyasi liderlərinin leksikonundan çıxdı.

Aleksandr Sitnikov

Tərcümə Günel Muradova

17 июл. 2013 г.

Katın haqda həqiqət və yalan

Tarixi fakt:
1939-cu ilin sentyabr-oktyabr aylarında Qərbi Belorusiyanın və Qərbi Ukraynanın SSRİ-yə birləşdirilməsindən sonra tərksilah edilmiş, sonralar isə  hərbi əsir kimi polşa ordusunun təxminən 10 min zabiti və eyni miqdarda da polis və digər “qüvvə”ləri vardı.
1940-cı ildə onları 3 kateqoriyaya ayırdılar:
1)   Xüsusi təhlükəli cinayətkarlar, qatillər, diversantlar və şpionlar. Onların bir hissəsi güllələnməyə məhkum edilmişdi (min nəfər insan).
2)   Faşist işğalçıları ilə mübarizə aparmaq məqsədilə SSRİ ərazisində general Andersin polşa ordusunu  formalaşdırmaq üçün azad edilmiş polşa zabitləri.
3)   Azad edilməsi mümkün olmayan potensial təhlükəli şəxslər. Onlar Smolenskdən qərbdə islah-əmək düşərgələrinə salınmışdılar. Müharibənin başlanğıcında onları köçürə bilmədilər, onlar isə piyada SSRİ-nin daxilinə doğru getməkdən imtina etdilər.
Bu şəkildə onlar almanların əlinə keçdilər, hansılar ki, Hitlerin “polşa probleminin” aradan qaldırılması ilə bağlı göstərişinə uyğun olaraq, 1941-ci ilin payızında onları  güllələdilər: “Polyakların yalnız bir ağası olmalıdır – alman. Eyni zamanda iki ağa ola bilməz və olmamalıdır, ona görə polşa ziyalılarının bütün nümayəndələri məhv edilməlidir. Bizim üçün vacib olan ərazini yalnız bu yolla əldə edə bilərik”.
Sübutlar:
a)    edam olunanların qəbirlərindən tapılmış güllələr və gilizlər Almaniyada istehsal olunublar;
b)     Meyitlərin bir hissəsinin əlləri kağız iplə sarınmışdı, hansı ki, belə  iplər müharibədən qabaq  SSRİ-də istehsal edilmirdi;
c)    Öldürülənlərin torpaqda il yarımdan az qalması haqda məhkəmə-tibb ekspertlərinin,1943-cü ildə meyitlərin eksqumasiyası üzrə komissiya üzvləri də daxil olmaqla, nəticələri;
d)    Akademik N.Burdenkonun rəhbərliyi ilə xüsusi sovet komissiyasının Orlda və Voronejdə sovet vətəndaşlarının öldürülməsinin polşa zabitlərinin öldürülməsi metodlarına uyğun gəlməsi haqda nəticələri;
e)    Əgər Katında müharibəyə qədər pioner düşərgəsi fəaliyyət göstərirdisə, “qaniçən bolşeviklər” orada gizli şəkildə 12 min insanı necə öldürə bilərdilər? Əgər belə olsaydı, şübhəsiz ki daha münasib yer tapardılar;
f)      Dəfnlərin faşistlər tərəfindən bütün İkinci Dünya müharibəsində dönüş nöqtəsi olan Stalinqrad yaxınlığındakı darmadağından sonra “tapılması”. Almaniya “qeyri-insani bolşevik rejimi” qurbanlarının belə açıq-aşkar nümayişi ilə mütəffiqlərin koalisiyasını (SSRİ, ABŞ, Böyük Britaniya) zəiflətmək və Avropa ölkələrini sovet qoşunlarının tezliklə gəlişi ilə qorxutmaq istəyirdi;
g)    Və nəhayət, yalançı və saxta sənədlərin bolluğu. Bu haqda təfərrüatı ilə qeyd edəcik.
Bəs görəsən Sov.İKP-nin MK-nin Siyasi Bürosunun Xüsusi qovluq adlandırılan 1N-li qovluğu nələri gizlədir? Tarixçilərin ətraflı araşdırmaları və ekspert-kriminalistlər tərəfindən aparılmış ekspertiza zamanı L.Beriyanın Siyasi Büroya 25 min polyakın öldürülməsi təklifi ilə göndərdiyi məktub, həmçinin MK Siyasi Büronun bu məsələ haqda müsbət qərarı barəsində məlum olur ki, bu “qərarın” originalı mövcud deyil, Beriyanın məktubu isə saxtadır! Bu məktubun birinci,ikinci və üçüncü səhifələri eyni yazı maşınında yazılıb, dördüncü səhifə isə başqa çap maşınında.

2010-cu ilin mayında bu saxta sənədin əsas hazırlayanlarından biri RF-nın Dövlət Dumasının deputatı V.İlyuxinə müraciət etmişdir. Onun verdiyi məlumatlardan aydın olur ki, keçən əsrin 90-ci illərinin əvvəllərində sovet dövrünə aid vacib arxiv sənədlərinin saxtalaşdırılması üçün yüksək dərəcəli mütəxəssislərdən ibarət qrup yaradılmışdır. Bu qrup Rusiya prezidenti B.Yeltsinin Təhlükəsizlik Xidmətinin strukturunda fəaliyyət göstərirdi. O, xəbər verir ki, Beriyanın yuxarıda adı çəkilən 1940-cı ilin martından məktubu onlar tərəfindən hazırlanmışdır. RF Silahlı Qüvvələrinin Baş Qərargahının 6-cı institutunun əməkdaşları da arxiv sənədləri ilə eyni qaydada işləyirdilər. O, iddia edir ki, bu dövr ərzində rusiya arxivlərinə yüzlərlə saxta tarixi sənəd atılmışdır və bir o qədər də sənəd saxtalaşdırılmışdır.
“Katın məsələsi” ilə bağlı işin qaldırılması İ.V. Stalinin və bütövlükdə bolşevik partiyasının növbəti dəfə nüfuzdan salmaq məqsədilə əlaqədardır. Kim ki keçmişə silahdan atəş açır, tüfəngdən açılan atəşi gözləsin!

                                                            Korobov.V
Tərcümə Günel Muradova

6 июл. 2013 г.

Qlobal istiləşmə haqqında indiyə kimi söylənilmiş 10 ən böyük ağılsızlıq (“Rollingstone”, ABŞ)


Planetin gələcəyi haqqında ən mənasız miflər,ən məzəli səhv təsəvvürlər və ən utanmaz yalan

Qlobal istiləşmə haqqında ən ağılsız fikirlərin ətraflı siyahısını hazırlamaq demək olar ki, mümkünsüzdür. Siyasət,ilər, teleaparcılar, iqtisadçılar, icmalçılar iqlim dəyişiklikləri haqda fasiləsiz olaraq axmaqlıqlar söyləyirlər. Amma uzun və diqqətli tədqiqatlardan sonra biz bu mövzu barəsində 10 ən axmaq bəyanatı seçə bildik.

1.      Karbon qazı “sözün əsl mənasında qlobal istiləşməyə səbəb ola bilməz”.

İnsanlar iqlimşünaslığın məlumatlarını ən müxtəlif üsullarla inkar etməyə çalışıblar, amma atmosfer fizikası tərəfindən qoyulmuş faktları inkar etməyə çalışan bu cəhdlə çox az şey rəqabət apara bilər. Tez-tez Fox News-da görünən meteroloq Co Bastardi (Joe Bastardi) bildirmişdi ki, karbon qazı “sözün əsl mənasında qlobal istiləşməyə səbəb ola bilməz”, çünki, o “atmosferdə yaxşı qarışmır” ( əslində isə yaxşı qarışır). Onun sözlərinə görə, qlobal istiləşmə həm də termodinamikanının Birinci qanununu poza bilərdi (Termodinamikanın Birinci qanunun – enerji heç nədən yaranmır və yox olmur, o sadəcə bir şəkildən başqa şəklə keçir). Həqiqətdə, qlobal istiləşmə yeni enerjinin yaranması ilə əlaqəli deyil, yalnız mövcud atmosferin karbon qazı ilə tutulmasıdır.

2.      “Qar olmasa, su xizəklərində gəzərik”.

            1990-cı ildə dünya iqlimşünaslığın ona hansı fəlakətlər vəd etdiyini dərk edəndə, Yel universitetinin bir iqtisadçısı iqlim dəyişiklikləri ilə mübarizə üçün nə qədər vəsait xərcləmək lazım olduğunu təyin etmək qərarına gəldi, və belə bir nəticə çıxardı ki, çox az. “İnsanlar müxtəlif iqlim zonalarında yaşayırlar. Şəhərlər havanın kondisionerləşdirilməsi və ticarət mərkəzləri kimi yeniliklər sayəsində iqlim kaprizlərindən daha yaxşı müdafiə olunublar” – o qeyd etdi. Bundan başqa, daha çox ziyan görən sahələr – məsələn, kənd təsərrüfatı – onsuz da bugün iqtisadiyyatda az rol oynayırlar. Digər sahələrdəki iqtisadi artım bu zərəri tamamilə kompensasiya edə bilər: “Qar olmasa, su xizəklərində gəzərik”. Necə də optimistdir!
            Bizim müəllif Bill Makkiben (Bill McKibben) özünün 2007-ci ildə işıq üzü görmüş “Dərin İqtisadiyyat” (“Deep Economy”) kitabında bu ideya üzərində doyunca məzələnmişdi. “Mikroelektronikaya sahib olmaq,əlbəttə ki, gözəldir, amma yeməyə bir şey tapmaq olduqca vacibdir,- Makkiben yazır.- Əgər qlobal istiləşmə “təkcə” kənd təsərrüfatına ziyan vuracaqsa, digər sahələr bütün əhəmiyyətini itirə bilər”.

3 “Planeti qlobal soyumadan xilas etmək üçün daha çox kömür yandırmaq lazımdır”.

          Planetin getdikcə qızması haqqında elmi konsensusa baxmayaraq, iqlimşünaslığı inkar edənlər hələ də “qlobal soyuma” haqqında mifi sevirlər. Əlbət ki, bu mif kömür kompaniyasının direktoru üçün xüsusilə  cazibədar görünür: bu cümlə həmin dövrdə Massey Energy-yə rəhbərlik edən Don Blankenşipin “Tvitter”indən götürülmüşdür.

4.      İqlim dəyişikliyi mümkün deyil, çünki, “Tanrı əvvəlki kimi mövcuddur”.

2012-ci ildə Oklaxomadan olan respublikaçı-senator Ceyms İnxouf bəyan etdi ki, iqlimşünaslıq xristianlığa ziddir – və vacib deyil ki, əksər xristian liderləri və strukturları iqlim dəyişiklərinə ciddi yanaşırlar. “Mən demək istəyirəm ki, Tanrı əvvəlki kimi mövcuddur, - o, Voice of Christian Youth America-ya bəyan etmişdi – və məni Tanrının yaratdığı iqlimi dəyişə biləcəyimizi düşünən insanların lovğalığı hiddətləndirir”.
Bu kateqoriya üzrə ikinci yer : 2009-cu ildə İlinoysdan olan respublikaçı-konqressmen Con Şimkus Tanrının tufandan sonra Nuh peyğəmbərə verdiyi sözə istinad edərək bəyan etmişdi ki, biz narahat olmamalıyıq. “Dünyanın sonu yalnız Tanrı buna qərar verdiyi zaman baş verəcək, - o qeyd etdi. – İnsanlar dünyanı məhv edə bilməz”. Yəqin ki, bunda əmin olmaq çox yaxşı şeydir.

5.      Tanrı mədən yanacağını ona görə yaradıb ki, “biz onu tapanda O sevinir”.

Amerika Ailə Assosiasiyasının direktoru Brayan Fişerin sözlərinə görə, mədən yanacağına qənaət etməyə çalışmaq – dostuna onun sənin ad gününə verdiyi hədiyyəni xoşlamadığını söyləmək kimi bir şeydir. “Biz bizə belə zəngin,ucuz və effektiv yanacaq mənbələri bəxş edən Tanrı ilə də belə davranırıq, - o qeyd edir.- Tanrı bu sərvətləri gizlətmişdir, çünki, biz onları axtarıb tapanda o sevinir”. Doğrudan da, Tanrı ilə sərvət axtarışı oynamaqdan imtina etmək necə də pis rəftardır!

6.      “O qədər soyuq idi ki, prezident plaşını geyindi, amma bununla belə qlobal istiləşmə haqqında danışmağa davam edirdi”.

2013-cü ildə prezident Obamanın inauqurasiya nitqini şərh edən Luizianadan olan respublikaçı-konqressmen Stiv Skelisin bu incisi ayrı-ayrı soyuq hava nümunələrinin iqlim dəyişiklikləri haqqında elmi məlumatları inkar etməsinə əsaslanan uzun və axmaq ənənəni davam etdirir. Ən azından Ceyms İnxouf ailəsinin Milli xiyabanda qurduğu və “El Qorun yeni evi” adlandırdığı mil-daxmanı, və ya  çovğun qarşısında virciniya respublikaçılarının bəyanatını xatırlayın, hansı ki, bu bəyanatda onlar seçicilərə qanunverici məclisin iqlim dəyişikliyi qanunvericiliyini dəstəkləyən üzvlərinə zəng vurmağı və “bu istirahət günləri nə qədər qlobal istiliyə məruz qaldığınızı söyləyin – bəlkə, onlar bunun qarşısını ala bilərlər” məsləhət görürdülər. Nəzərə alsaq ki, hazırda hava və iqlimin eyni şey olmaması haqda sadə faktı izah edən bir neçə minlərlə məqalələr yazılıb, bu zarafat getdikcə daha da axmaq olur, və hər dəfə yenidən kiminsə ağlına gəlir.

7.      “Bunun neçəyə başa gələcəyini öyrənməyənə qədər, fikirləşirdim ki, bu həqiqətdir”.

        Yenidən senator İnxouf. 2012-ci ildə Reyçel Meddou ilə söhbəti edərkən, o etiraf etmişdi ki, qlobal istiləşmənin nəticələrinin minimallaşdırılmasının neçəyə başa gələcəyini öyrəndikdən sonra qlobal istiləşməyə inanmamağa başladı. Əgər müalicə xoşuna gəlmirsə, xəstəliyin mövcud olmasını inkar etməkdən başqa, olduqca qəribə olan budur ki, bu sahədə fəaliyyətsizlik bizə daha baha başa gəlir. Beynəlxalq Enerji Agentliyinin qiymətləndirməsinə əsasən, dünya iqlim dəyişiklikləri ilə mübarizə üçün əhəmiyyətli tədbirləri  təxirə saldığı hər ilə görə gələcəkdə əlavə 500 milyard dollar ödəməli olacıq.

8.      İqlim müdafiəçiləri “planetə insanlardan daha çox qiymət verir”.

         Rik Santorum iqlimşünaslığı “ən yalançı ilahiyyat”- “planetə insanlardan daha çox qiymət verən, və bizə  planetə zərər vurmamaq üçün təbii rəsurslara toxunmamağı göstəriş verən dünya görüşü” adlandırarkən  Respublikaçılar partiyasından prezidentliyə ən real namizədlərdən biri idi. Santorum bununla kifayətlənmədi və əlavə etdi: “Tanrı bizi – öz yaratdıqlarını –  Yerə yerləşdirdi ki, biz ona sahib olaq, ondan ağılla istifadə edək və müdrikcəsinə idarə edək, amma öz xeyrimizə, planetin xeyrinə yox”. İnsanın və planetin bu şəkildə qarşı-qarşıya qoyulması iqlim skeptikləri üçün növbəti sevimli mövzudur. Görünür, onlar çox az hallarda bu aşkar fikirə gəlirlər ki, sağlam Yer kürəsi ona görə vacibdir ki, insanlıq orada normal yaşaya edə bilsin.

9.      “100 il çoxdur... Çox güman ki, insan cəmiyyətinin təbiəti çox dəyişəcək və bu məsələ aktullağını itirəcək”.

         Bu qəribə mülahizələr iqtisadçı və bloqqer Karl Smmitin bugün Forbes-da nəşr olunan “Çirki enerjinin müdafiəsinə: atmosferin çirklənməsindən də pis şeylər var və biz onlarla tanışıq” («In Praise of Dirty Energy: There Are Worse Things Than Pollution and We Have Them») məqaləsindən götürülmüşdür. Smit iqlimşünaslıqla mübahisə etmir, amma bununla belə hesab edir ki, iqtisadiyyatı genişləndirmək üçün biz daha çox mədən yanacağı yandırmalıyıq. O hesab edir ki, iqlim dəyişdikdə insanlar sadəcə yeni şəhərlər tikəcəklər və ya şimala, Sibirə köçəcəklər, və elə texnoloji inkişaf etmiş cəmiyyət quracaqlar ki, ona stabil iqlim lazım olmayacaq. Söyləmək asandır...

10.  “Mənim insanların qlobal istiləşməyə nə üçün inandıqları haqda nəzəriyyəm var. 30 və ya 40 il
 əvvələ qayıdaq, nə vaxt ki, ölkədə olduqca az kondisioner vardı. Sən kondisionersiz evdən küçəyə çıxdıqda sənə elə gəlirdi ki, orada daha sərindir, çünki, evlər duxovkaya dönürdü. Yayda ikinci və ya üçüncü mərtəbədə daha pis olurdu. Bütün pəncərələri açmaq və ventilyatoru qoşmaq qalırdı, əgər ventilyator vardısa. Lap istəyirsən səni kağız vərəqi ilə yelləmək üçün kimisə tut. Küçəyə çıxırsan – orada da cəhənnəm istisi var, amma nisbətən sərindir. 30-40 il keçdi, hər yerdə kondisioner var. Bayıra çıxdın: İlahi, istiyə bax! Qlobal istilik budur. Bütün məsələ onu nə ilə müqayisə etməkdədir”.

Aydındır? Bütün bu alimlər iqlimin uzunmüddətli dəyişməsi modelinə əsasən sadəcə öz kondisionerlərinə görə çaşıblar. Bax belə.

Nəşrin originalı: The 10 Dumbest Things Ever Said About Global Warming


Tərcümə: Günel Muradova 


19 июн. 2013 г.

“Müdafiəçi Lenin”

Birinci dünya müharibəsinin 100 illiyinin astanasında kitab bazarı həmin böyük hadisənin daha bir təbliğatçı versiyasını-traktovkasını şərh edən nəşrlərlə doldu. Son illər geniş tarixsevər kütlə üçün nəzərdə tutulmuş belə “konseptual tarixi” kitabların janrı kitab mağazalarının rəflərində az qala ən çox yayılmış və nəşriyyatçı üçün daha gəlirli janra çevrilmişdir. Düzdür, belə kitabların heç də hamısı mütəxəssislər tərəfindən yazılmır.İstisnalara da rast gəlmək olur, və nə qədər çox rastlaşırsansa o qədər xoş olur. Haqqında resenziya yazılmış kitab da belələrindəndir. O, az tanınmış Rusiyada İnqilablar və Vətəndaş müharibələri üzrə professional tarixçi tərəfindən yazılmışdır. Kitabın müəllifinin fikri populyar müasir “vətənpərvər mühafizəkarlığın” və “stalinizm hökmranlığının” antikommunizm qaydalarına uyğun gəlmir. Onun əsas müsbət personajı Lenindir. Özü də, onun inqilaba rəhbərlik etməsinə görə yox ( Y.A.Butakov bu aspektə demək olar ki, toxunmur), Rusiya hökumətinə rəhbərliyinə görə.
Kitab bütövlükdə 1914-1920-ci illərdə baş vermiş hadisələrə həsr olunub. Kitabın başlığına çıxarılmış Brest sülhü bu epizodun bolşeviklərin Rusiyanın “milli maraqlarını satmasının ” sübutu kimi tez-tez misal çəkildiyindən kitabda diqqətdən keçirilir. Butakov isə öz baxışlarını ona əsaslandırır ki, Brest sülhünün bağlanması Almaniyada kayzer rejiminin süqutunu sürətləndirdi. Müəllif hesab edir ki, onun 1914-20-ci illərin yekunu üzrə itkilərini bir çox səbəblərin yekun nəticəsi kimi nəzərdən keçirmək lazımdır ki, ən əsas belə səbəblərdən biri dövləti və ordunu tamamilə bərbad vəziyyətə gətirən köhnə rusiya elitasının siyasi bacarığının olmaması idi.

Resenziyanı uzun sitatlarla doldurmayacam. Müəllifin fikrinin digər əsas momentlərini öz sözlərimlə ayırmağa çalışacam, kənardan göründüyü şəkildə.
1914-cü il müharibəsi Rusiya üçün özündə həm Vətən, həm imperalizm əlamətlərini daşıyırdı. Bu müharibəni ona görə Vətən müharibəsi saymaq olar ki, Almaniyanın və onun mütəffiqlərinin hakim dairələri öz işğalçı planlarını Rusiya vasitəsilə həyata keçirməyə çalışırdılar. Rusiya üçün onu imperializm müharibəsinə çevirən başqa milli əraziləri işğal etmək məqsədi güdən Rusiya burjua-zadəgan elitası idi. İnqilabdan sonrakı publisistika üçün xarakterik olan təsəvvürlərə əks olaraq, II Nikolay olduqca iradəli və ağıllı siyasətçi idi. Amma onun güddüyü məqsədlər o dövrki rusiya elitasının vəziyyətində əlçatmaz idi. Ziddiyyət bundadır ki, onun güddüyü hədəflər elə həmin çürümüş elitanın maraqları tərəfindən diktə edilmişdi. Mütləqiyyətin süqutu qanunauyğun və qaçılmaz idi. Elə buradaca növbəti paradoks meydana çıxır: çar rejimi müharibəni Vətən müharibəsi adlandırdı, bolşeviklər isə - imperializm, amma məhz mütləqiyyətin yıxılması ilə və xüsusilə, Sovet hakimiyyətinin “qəsbkarlıq və kontribusiya olmadan xalqların öz müqəddaratını həll etməsinə əsaslanan dünya” şüarının səsləndirməsindən sonra müharibənin xarakteri Rusiya üçün Vətən müharibəsi oldu. 1918-20 –ci illərin xarici hərbi müdaxiləsi Birinci Dünya müharibəsinin davamı və kulminasiyası kimi qiymətləndirilir. Müəllif burjua-mülkədar Polşa ilə müharibənin sonunu 1920-ci ilin payızı hesab edir.

Butakovun fikrincə, bolşeviklər hakimiyyətə gələndən keçmiş Rusiya imperiyasının ərazilərini qırmızı bayraq altında bir dövlət şəklində birləşdirməyə can atırdılar. Ağ qvardiyalılar isə, əksinə, onların vətənpərvər ritorikalarına baxmayaraq, Rusiyanın xarici derjavalar arasında obyektiv parçalanmasına imkan yaradan kollaborsionist qüvvə kimi çıxış edirdilər. Müəllif II Nikolay haqqında iddia etdiklərini, eynilə Kerenski barəsində də iddia edir. Bolşeviklər ağıllı və güclü rəqiblərlə mübarizə aparırdılar. Amma 1917-ci ildə köhnə rus elitasına rəhbərlik edən heç bir başçı bu elitanı iflasdan xilas edə bilməzdi, çünki, onun maraqları rus xalqının əzici çoxluğunun maraqları ilə dibindən ziddiyyət təşkil edirdi. 1917-ci ildə Rusiyada dövlətdə və orduda intizamın pozulması bolşeviklər və onların ərtafında aktiv propaqandanın genişlənirilməsinə gətirdi. Bolşevik partiyası Rusiya xalqının geniş təbəqləri üçün nəzərdə tutulmuş milli qurtuluş proqramını irəli sürdü və demokratik qüvvələrin geniş siyasi cəbhəsinin yaradılmasına can atırdı, hakimiyyətin yalnız öz partiyası ilə tutulmasına deyil. Bu proqram öz məzmununa görə dövlət-vətənpərvərlik proqramı idi. Onun ilk işləyib-hazırlayanı Lenin idi. Hətta kitabın iki paraqrafının adı uyğun olaraq belə adlandırılmışdır: “Lenin demokrat-dövlətçi kimi” və “Müdafiəçi Lenin”.
Soyğunçu Brest sülhünün bağlanması bir sıra obyektiv səbəblər nəticəsində məcburi güzəşt idi. Həmin vaxt bolşeviklərin yerində olan Rusiyanın istənilən digər hökuməti də müvəqqəti fasilə almaq üçün Almaniyayla sülh bağlamalı olardı. Tarix göstərdi ki, bu hesab doğru olub. Keçmiş Rusiya imperiyasının qərb və cənub-qərd ərazilərinin alman və avstriya-macar orduları tərəfindən işğalı bu orduların ayrılmasını sürətləndirdi və Dördlər İttifaqı ölkələrində inqilabı yaxınlaşdırdı. Brest müqaviləsinin ləğvindən sonra Pribaltikada proletar inqilabına və Baltik ölkələrinin, Qərbi Belorusiyanın və Qərbi Ukraynanın inqilabçı Rusiya ilə birləşməsinə Antantanın köməyinə arxalanan rus əks-inqilabçılarının fəaliyyəti mane oldu.

Burada hər bir vəziyyətin əsaslı olub-olmamasını qiymətləndirmək uzun sürərdi. Ən yaxşısı oxucu özü qərar versin. Yalnız bir necə an üzərində dayanacam.
Y.A.Butakov bu və ya digər vəziyyətdə hadisələrin inkişafının mümkün variantlarını göstərərək,  dəfələrlə tarixi alternativ metoduna müraciət edir. O hesab edir ki, 1918-ci ildə Birinci Dünya müharibəsində iştirakını davam etdirmək Rusiya üçün daha faciəli olardı, nəinki baş vermiş Vətəndaş müharibəsi. Hər ay Birinci Dünya cəbhəsində Vətəndaş müharibəsi meydanındakından  daha çox rus əsgəri həyatını itirirdi. Müəllif tərəfindən tarixi demoqrafiya məsələlərinin qoyuluşu daha əlverişli görünür: Rusiyanın 1914-1920-ci illərdə verdiyi itkilərin dəqiq sayını və Vətəndaş müharibəsi, ağ və qırmızı terror  qurbanlarının bu itkilərdə payını aydınlaşdırmaq. Müəllif əmindir ki, Rusiya Vətəndaş müharibəsinin xüsusi qəddarlığı və amasızlığı haqda fikir ayrılıqları dəqiq rəqəmlərlə yoxlanmaya ehtiyac duyur.
Bolşeviklərin “alman pulları” haqda məşhur versiyanın əsassız olmasına baxmayaraq, müəllif onu bu məqsədlə qəbul edir ki, göstərsin – hətta Lenin kayzer yardımı olsaydı belə, bu o demək deyildi ki, guya: a) Lenin “kayzer agenti” idi; b) bu alman pulları olmasaydı bolşevik inqilabı qələbə qazanmayacaqdı. Çar hökumətinin və müvəqqəti hökumətin siyasətindən kütləvi narazılıq üçün istənilən düşmən propaqnadasından əlavə tutarlı səbəblər vardı. Əgər xaricdən maliyyə dəstəyindən istifadə edən hər kəsi əcnəbi agent adlandırsaq, o zaman II  Nikolayın özü də xarici agent idi, Yaroslav Butakov kinayə edir.

İndi kitabın lap əvvəlinə qayıdım, harada ki, müəllif 2014-cü ildə bütün dünyanın Birinci Dünya müharibəsinin başlamasının 100 illiyini qeyd etməsi haqda yazır, guya Rusiyanın bu müharibəyə görə məsuliyyət daşıması səbəbindən xaricdən Rusiyaya qarşı demarşlar mümkündür. Butakov analogiya  kimi İkinci Dünya müharibəsinin başlamasına görə məsuliyyəti bərabər olaraq hitler Almaniyasının və SSRİ-nin üzərinə qoyan AŞPA –nın məşhur 2009-cu il qətnaməsini misal gətirir. Hətta belə bir tarixi sxem də var ki, bu sxemə əsasən Rusiya 1914-cü ildə həqiqətən hücum edən tərəf kimi təqdim edilir. Əksinə olaraq, müəllif göstərməyə çalışır ki, müharibə Rusiya üçün əsasən Vətən müharibəsi idi, baxmayaraq ki, bu tam şəkildə çar və burjua rejimlərinin yıxılmasından sonra baş verdi.
Mən təsəvvür etdiyim kimi, Birinci Dünya müharibəsinin yubileyi ilə bağlı əsas kütləvi dezinformasiya təhlükəsi xarici təhlükə deyil, daxili təhlükədir. Bugün meşşanlar tərəfindən sırınan  o dövrün utanmaz “vətənpərvər” versiyası növbəti postulatlara əsaslanır: 1) “müqəddəs Çar Rusiyası” öz “müqəddəs” çarının skipeteri altında Birinci Dünya müharibəsindəki qələbəyə doğru əminliklə irəliləyirdi; 2) belə bir qələbə Rusiyanı inqilabdan birdəfəlik xilas edərdi; 3)düşmənlər buna imkan verə bilməzdilər; 4) onlar Lenini və bolşevikləri göndərdilər ki, “müqəddəs Çar Rusiyasını” dağıtsınlar. Düşünmək ehtiyacından azad edir.
Y.A.Butakovun kitabı belə bayağı-“vətənpərvər” traktovkanı tənqid etməsə də, obyektiv əkildə ona əks dayanır və düşünməyə həvəsləndirir. Bəs o düşünənlərin dairəsini genişləndirəcəkmi? Müasir “mühafizəkarların” primitiv propanqadasının təsiri altına düşənlər üçün onsuz da çox şey aydındır.
Bununla belə, yaxşı olardı ki, müəllif yarı yolda dayanmayardı və daha bir tədqiqat yazardı, məsələn, bunun kimi: “1918-1920-ci illər Vətən müharibəsində Lenin Rusiyanın milli lideri kimi.”. Əlbəttə ki, bizim dövrdə belə bir kitabı nəşr etməyə risk edəcək nəşriyyat tapılacaqsa...
Hər halda, Y.A.Butakovun müzakirə edilən kitabı kiçik olsa da, müasir anti-tarixi miflərin ifşa edilməsində vacib addımdır.


Tərcümə Günel Muradova

17 июн. 2013 г.

Qısa şəkildə Sosial İnqilab haqda

"Cəmiyyətin inkişafında tədricən baş verən inqlibi dəyişikliklərlə yanaşı, ictimai həyatın müxtəlif sahələrində - elm və texnika sahəsində, istehsal və rabitə vasitələrində, insanların dünyagörüşlərində və s.- baş verən “partlayışlar” da yer alır. 

Daha əhəmiyyətli “partlayışlar” üçün inqilab anlayışı istifadə olunur. Sosial inqilab- bütün ictimai quruluşun köklü dəyişikliyidir. İnqilab “ köhnəni əsaslı və köklü surətdə aradan qaldıran islahatdır”.
İctimai-iqtisadi formasiyanın dəyişilməsi – cəmiyyətin maddi-texniki bazasında, iqtisadi quruluşunda, siyasi həyatında ,ideologiyasında, mədəniyyətində dəyişiklikləri əhatə edən çətin və uzun prosesdir. Bu köklü dəyişikliklər eyni zamanda və həmişə eyni ardıcıllıqla baş vermir. Onlardan çoxu inqilabın özünə aid olmur, onun hazırlıq prosesinə və ya təbii surətdə yetişməsinə aid olur.

Köhnə cəmiyyətin nüvəsində yeni istehsal qüvvələrinin yaranması,iqtisadiyyatın dəyişilməsi və sinfi güclərin yerbəyer edilməsi, ictimai həyatın yeni elementləri ilə köhnəlmiş sosial-siyasi quruluş arasında ziddiyyətlərin artması, bu ziddiyyətlərin insanların,siniflərin şüurunda əks olunması – bütün bunlar sosial inqilaba hazırlıq prosesinin müxtəlif tərəfləridir. 

İnqilabın hərəkətverici qüvvələri- inqilabı həyata keçirən, köhnə siniflərin müqavimətini yararaq onu irəli aparan siniflərdir.Bəzi burjua ideoloqları iddia edirlər ki, guya inqilabalar həmişə azlıq, kiçik inqilabçı qruplar tərəfindən edilir, kütlə tərəfindən deyil. Əlbəttə ki, aktiv inqilabçı azlıq inqilabın katalizatoru kimi çıxış edə bilər, amma o kütlənin dəstəyini almazsa, inqilab mütləq qiyama çevrilir və ya yuxarı hakimiyyətin devrilişi ilə bitir. Xalq kütləsi inqliabın inkişafını irəli apararaq onu başa vurmağa çalışır.
Kütlələrin inqilabi mübarizəyə qalxması üçün onlar köhnə quruluşun aradan qaldırılmasının vacibliyini dərk etməlidirlər. 

Ona görə də inqilab dövründə yetişmiş tarixi məsələlər öz əksini tapan yeni inqilabi ideyalar böyük əhəmiyyətə malikdir. Bu ideyalar kütlələri səfərbər etməyə, onları cəmiyyətin köhnə siniflərinin müqavimətini qıra biləcək siyasi orduya çevirməyə kömək edir.

Sual yaranır: cəmiyyətdəki ziddiyyətləri aradan qaldırmaq üçün inqilab vacibdirmi, onları islahatlar yolu ilə, hakim siniflərin tədricən güzəştə getməsi ilə, yavaş-yavaş dəyişməklə həll etmək mümkün deyilmi? Inqilab əlehdarları islahatlara inqilablardan xilas üsulu kimi baxırlar.Tarixi təcrübə göstərir ki, bir ictimai-iqtisadi formasiyadan digərinə keçid öz mahiyyətinə görə elə inqilabdır, amma müxtəlif formalarda baş verə bilər və qarşısında duran məsələləri müxtəlif cür həll edə bilər. Əgər islahatlar köhnə quruluşun müadifəçiləri tərəfindən onun möhkəmlənməsi, məhvinin qarşısının alınması kimi istifadə olunursa, bu inqilabçıların bütün islahatlara qarşı çıxması deməkdir? Əlbəttə ki, yox. İslahatdan islahata fərq var. İnqilabçılar kapitalizm şəraitində islahatlara inqilabi mübarizənin ikincidərəcəli effekti kimi baxır və onları bu mübarizənin inkişafında və genişlənməsində istifadə edir, islahatları inqilabın əsas məsələlərinin həllinə aid edir.

Marksistlər hesab edirlər ki, “inqilabları yalnız dərin iqtisadi ehtiyacların hərəkətə gətirdiyi kütlələr edə bilər”. Amma onlar zülm edilən siniflərin ehtiyaclarını və fəlakətlərini mütləq yoxsulluğa aid etmirlər. Onlar bilirlər ki, işçi sinfi öz mübarizəsi ilə tamamilə yoxsullaşmaq tendensiyasına qarşı uğurlu müqavimət göstərə bilər. Amma bu şərtlər daxilində də nisbətən yoxsullaşmaq yer tutur. Leninin qeyd etdiyi kimi, “yoxsulluq fiziki mənada deyil, sosial mənada böyüyür, yəni, burjuaziyanın artan ehtiyacları ilə bütün cəmiyyətin ehtiyacları və işçi kütlələrin həyat səviyyəsi arasındakı ziddiyyət mənasında” 

Kapitalist ölkələrində elmi-texniki inqilablar bu ölkələrin istehsal potensialını artırsa da, işçilər üçün yeni fəlakətlərə yol açır, işsizlik,istismar və işçilərin qeyri-dayanıqlı vəziyyəti güclənir. Əmək və kapital arasında mübarizə artır. Amerika yazıçısı Epton Sinkler yazırdı: “ Süni canlanma dövrü və müflisləşmə bir yarım əsr ərzində bizim tariximizin (amerika tarixinin) əsas faktorunu təşkil edib. Gəlir arxasınca qaçan sistemin bir yarım əsr boyunca bu süni canlanma və müflisliyi yaşaya bilməsinin yeganə səbəbi – müharibələr və müharibələrə hazırlıqdır... Bizim doğrudan da həqiqi sülh yaratmağımız və bütün hərbi xərcləri dayandıracağımız halda nə baş verə biləcəyini qorxusuz düşünə bilən heç olmasa bir nəfər işgüzar insan varmı? Bu sualı işgüzar adamlara verin və onların rənginin necə ağaracağına baxın. Bizim iqtisadiyyatımız kartdan düzəldilmiş ev kimi dağılardı”.

16 июн. 2013 г.

SSRİ-dəki “dərin böhran” haqda: 1985-ci il – iki cədvəl

1991-ci il yox, məhz 1985-ci il SSRİ-nin mövcudluğunun son  ili oldu. Qorbaçovun hakimiyyətə gəlişi ilə, qərar verildi və böyük dövlətin məhvinə başlanıldı: Qazaxstanda baş verən hadisələr,Çernobıl,Rust..
Liberal tör-töküntüləri psevdo-alimlərin ardınca  “SSRİ-yə zərbə endirən” və onu  məhv edən “böyük iqtisadi böhran” haqda ucadan müzakirə aparırlar .
Amma vaxtilə  Pifaqorun da qənaətə gəldiyi kimi, elm rəqəmlərdən başlayır.
Rəqəmlərin böhran barəsində nə dediyinə baxaq.

Mən rəqəmləri iqtisadiyyatın sağlamlığını təyin edən iki cədvələ yığdım: ölkənin xarici borcunun ÜDM-ə olan nisbəti cədvəlinə və elə həmin ÜDM üzrə büdcə kəsiri cədvəlinə.
Budur, həmin ÜDM-in artım tempi bugünkündən  və ABŞ artım tempindən yüksəkdir. Beləliklə,  1980-ci ildə iqtisadiyyatın ölçüsünü hesaba almaqla digər dünya dövlətlərinin fonunda bu  7%  fantastik rəqəm idi, 1985-ci ildə bu rəqəmlər azaldı, amma “standart 3%-ə” kimi.
Yəni, böhran bundan ibarət idi ki, möcüzəli artım templəri “adi” templə əvəz olundu.
Liberal qafaların reaksiyası gözəldir: “1991-ci ilə kimi olan SSRİ statistikasına inanmaq OLMAZ!” – Gözəl. Olsun belə. Amma sual verirem: “Əgər sovet statistik məlumatları yoxdursa, SSRİ-də böhran olması ideyasını hardan almısız,əziz yoldaşlar?-  “Revizor gəldi” sisteminin lal səhnəsi...”

14 июн. 2013 г.

Maya sivilizasiyası necə məhv olub

Tərcüməçinin önsözü: Maya sivilizasiyası nəyə görə məhv olub? Bəlkə bunun günahkarı iqlim dəyişiklikləridir? Bəlkə günəşin aktivliyi və ya hər hansı başqa bir astronomik kataklizm? Nə qədər qəribə olsa da, XX əsrdə orta əsr maya irsinə  kütləvi maraq adətən bu yaxınlarda qırğına məruz qalmış müasir hindi-mayalıların mədəniyyətinə və taleyinə heç bir maraq oyatmırdı.

2013-cü ilin mayı. Məhkəmə zalında çox qoca bir kişi əyləşib, və ona ünvanlanmış ittihamları dinləyərək dua pıçıldayır. Onu hindi-mayalıların soyqırımında ittiham edirlər... Hindi kəndlərini yandıran, bütün əhalini başdan-ayağa qıran, “qorxunc fikirlərə yoluxmuş” əsgərlər. Bu şəkil Amerikanın konkistadorlar tərəfindən işğal tarixindən deyil – bu XX  əsrin sonu və “kommunizmlə mübarizədir”.

“Kommunist üsyançılara” qarşı olan müharibə genosid, yəni, xalqın düşünülmüş qırğını – etnik əlamətinə görə insanların məhvi kimi izah edilə bilərmi? Edilə bilər, əgər həmin ölkədə praktiki olaraq bu xalqın bütün nümayəndələrini “kommunist üsyançı” hesab etsəydilər.

Qvatemalada fəaliyyət göstərən marksist “Yoxsulların üsyançı ordusu”nun (Ejército Guerrillero de los Pobres)  döyüşçülərinin 90%-dən çoxu hindi-mayalı idi. Dinc əhaliyə gəldikdə isə, sağların ölüm eskadronunun komandirlərindən biri lap orta əsr səlibçisi kimi demişdi: “Onların hamısı başdan-ayağa kommunizm ideyalarının təsiri altındadırlar, əgər uşaqdırlarsa – onlar böyüyəcəklər və kommunizm xəstəliyini yayacaqlar”. Qvatemala ordusunun demək olar ki, tamamilə ispan müstəmləkəçilərinin ağ nəslindən, onun qurbanlarının isə əsasən çoxsaylı qrupunu mayalılar təşkil edən hindilər olması ilə əlaqədar olaraq, Qvatemalada baş vermiş qırğın barəsində adətən “genosid” sözü işlədilir. “Kommunist mayalıların” məhvində prezident Rios Montt xüsusilə fərqlənirdi – “yoxsullar ordusuna” qarşı xalqın daxilində olan “partizan bazasını” – yəni, dinc əhalini məhv etmək taktikasını məhz onun dönəmində xüsusi aktivliklə tətbiq edirdilər.

Bununla belə, Rios Mintt özünü qatı xristian sayırdı. O, hakimiyyətə gəlməmişdən qabaq televiziyada dini verilişlər aparırdı, “Tanrının hikməti” yevangelist cəmiyyətin keşişi idi və nəticədə hərbiçilərin bütün vəhşiliklərinə Bibliyadan sitatlarla haqq qazandırırdı. Rios Montt özünü tanrının göstərişi ilə hərəkət edən “aydın” hesab edirdi (indi də belə hesab edir). O, XX əsrin 80-ci illərində geniş yayılmış “yandırılmış torpaq taktikasına” məhz belə “göstərişlərlə” haqq qazandırırdı. Bu “göstərişlər” hindi-mayalıları torpaqlarından qovmağa, həmin torpaqların dərhal ağ müstəmləkəçilər tərəfindən tutulmasına imkan verirdi – bu şəkildə tanrı onları xristian səylərinə görə “mükafatlandırırdı” (hər halda Rios Montt belə hesab edirdi). Bu insan Ronald Reyqanın dostu və favoriti idi və regionda “demokratiyanın dayağı” sayılırdı.
Qvatemalanın keçmiş prezidentinin məhkəmə prosesi təxminən artıq 15 ildir ki davam edir. Bu ilin may ayında o genosidin təşkilində təqsirli bilindi və 80 il azadlıqdan məhrum edildi, amma 10 gündən sonra hansısa bir rəsmi prosedurun pozulması səbəbindən (növbəti dəfə) məhkəmə qərarını ləğv etdi və işin lap başdan yenidən baxılmasına göstəriş verdi. Bütün şahidlər yenidən məhkəməyə gəlməli və qohumlarının zorlanması, onlara qarşı işgəncə tətbiq edilməsi və öldürülməsi haqda verdikləri ifadələri yenidən təkrar etməli idilər. Məhkəmə hökmünün ləğv edilməsi Meksikada və Qvatemalada kütləvi etirazlara səbəb oldu. Rios Montt-un artıq 86 yaşı var, və çox güman ki, çoxları onun hökm çıxarılana qədər öləcəyinə ümid edir. Eyni zamanda onun silahdaşlarının (ordu zabitləri və ölüm eskadronlarının komandirləri) çoxu “yoxa çıxır” və ya qəfldən “intihar edirlər”.

Məsələ bundadır ki, genosiddə ittiham olunmaq faktının özü çoxları üçün olduqca təhlükəli misal yarada bilər. Axı “aydın” olan Rios Montt bu cinayətlərdə onların da əli olan, özünün şimali amerika himayədarlarının əlində sadəcə “piyada” olub. Məhsuldar düzənliklərdən çətin keçilən dağlıq ərazilərə sıxışdırılmış qvatemalalı mayalılar isə qeyri-qanuni immiqrant olmaq və bir gün “ Bəyənmirsən? Rədd ol evinə” sözlərini eşitmək üçün Meksikaya, daha sonra isə ABŞ-a üz tutmağa məcburdurlar. Noam Xomskinin mayalıları kimin məhv etməsinə aid məhkəmədən bəhs edən məqaləsini diqqətinizə çatdırırıq.

2013-cü ilin 12 may tarixində “analar günündə” The Boston Globe qucağında yatan körpə olan qadın şəklini nəşr etdi. Hindi-maya qəbiləsinin nümayəndəsi olan bu qadın hamilə olduğu halda amerika sərhədini 7 dəfə keçmişdi. Sərhədi keçərkən onu 6 dəfə tutmuşdular və yenidən geri qaytarmışdılar. O mərdliklə piyada isti günəşin altında piyada onlarla kilometr məsafə qət etmişdi. Soyuq gecələrdə donmuşdu. Onun nə içməyə suyu, nə də sığınmağa yeri vardı. O silahlı bandaların dolaşdığı səhrada gəzirdi. Sonuncu dəfə sərhədi keçmək cəhdini hamiləliyinin 7-ci ayında etmişdi – onu immiqrantlarla həmrəylik qrupunun aktivistləri tapmışdı və xilas etmişdi, sonra isə Bostona gəlib çatmasına kömək etmişdilər.

Onun kimi amerika sərhədlərini keçməyə çalışan immiqrantların çoxu indi Mərkəzi Amerikadan ABŞ-a gedirlər. Onlardan əksəriyyəti, əgər onların öz ölkələrində sağ qalmaq və yaşamaq üçün təmiz yolla nəsə qazanmaq imkanının özünü məhv etməsəydilər, qəlbəttə ki, onlar öz evlərində qalmaq istərdilər. Bu qadın kimi hindi-mayalılar 30 il əvvəl Qvatemala dağlarında başlanmış yerli əhalinin soyqırımının qurbanlarıdırlar. Hindi-mayalıların bu soyqırımına görə keçmiş diktator, uzun vətəndaş müharibəsi illərində iki ən qanlı il ərzində hakimiyyətdə olan general Efrain Rios Montt cavabdehdir. Bu ilin 10 mayında qvatemala məhkəməsi onu soyqırımda və insanlığa qarşı cinayətdə ittiham edərək hökm çıxardı.

Amma tamamilə qəfldən, 10 gün sonra olduqca qəribə və şübhəli şəraitdə məhkəmə hökmü ləğv etdi, və məhkəminin davam edib-etmətəcəyi hələ də aydın deyil. Rios Montt-un güc strukturları təkcə 1982-ci il ərzində on minlərlə qvatemalalılnı – xüsusilə hindi-mayalıları qətlə yetirmişdi. Və həmin 82-ci ilin sonunda prezident Reyqan bəyan etdi ki, hüquq müdafiəsi təşkilatlarının boş yerə iftira atdıqları bu cinayətkar “ böyük şəxsi vicdana və sədaqətə sahib insandır”, guya o sadəcə “ bütün qvatemalalıların vəziyyətini yaxşılaşdırmaq istəyir və sosial ədalətə can atır”.
“Onun proqressiv təşəbbüslərini dəstəkləmək üçün məmin administrasiyam mümkün olan hər şeyi edəcək” – ABŞ prezidenti bəyan etdi.
Vaşınqtonda həmin “proqressiv təşəbbüslərin” nə ifadə etdiyini yaxşı bilirdilər, özü də təkcə hüquq müdafiəsi təşkilatlarından yox, həm də öz kəşfiyyat idarələrinin məruzələrindən. Amma  həqiqi vəziyyəti qəbul etmək istəmirdilər, çünki, bu milli təhlükəsizlik məsəslələri ilə məşğul olan reyqan komandasının 1981-ci ildə qabağına qoyduğu məqsədlərə zidd idi. Reyqanın kitabxanasında aşkar etdiyi sənədləri tədqiq edən jurnalist Robet Perri-nin hesabatında qeyd edildiyi kimi, ABŞ administrasiyasının məqsədi təkcə “marksist partizanları” deyil, həm də “onların dinc əhali arasında dəstək bazasının” özünü məhv etmək üçün Qvatemalanın ultrasağ rejiminə hərbi yardım edilməsindən ibarət idi. Bu isə soyqırım demək idi.
Mayalıların məhvi missiyasıın yerinə yetirilməsinə böyük məsuliyyətlə yanaşmışdılar. Reyqan qvatemalalı qatillərinə öldürmək və dağıtmaq üçün “qeyri-hərbi” ləvazimatlar göndərirdi – eləcə də, yerindəcə onları silahla təmin edən və əsas missiyanın yerinə yetirilməsi üçün göndərən Bell vertolyotlarını. Qoyulmuş məsələnin effektiv həyata keçirilməsi üçün silah daşınmasına bir sıra müştəri dövlətləri – Tayvan və Cənubi Korayanı (burada hələ də ABŞ –ın dəstəklədiyi diktatorlar hakimiyyətdədir), CAR (o vaxt orada  aparteid rejimi hakim idi) və Argentina və Çili diktatorlarını cəlb etmişdilər. Bununla belə, Qvatemalanı silahla təmin edən əsas İsrail idi. İnstuktorları Qvatemalaya yönləndirən və partizan-mayalılara qarşı hərbi əməliyyatlarda bilavasitə iştirak edən məhz bu dövlət idi.
Fikrimcə, konfliktin ilkin tarixini xatırlamaq lazımdır. 1954-cü ildə MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) tərəfindən təşkil edilmiş hərbi çevriliş  diktatorlar növbəsi ilə “demokratik intelyudiyaya” son qoyaraq və Qvatemala “baharı”-nı əzərək ölkənin demokratik hökumətini (  sosial islahatlara başlayan və amerika kompaniyalarının hüququnu məhdudlaşdıran Xakobo Arbens hökumətini) devirdi. Ağır repressiyalar vasitəsilə hakimiyyətə əvvəlki elitanı qaytardılar.
Beynəlxalq təşkilatlar hələ 1990-cı illərdə konfliktin dəqiq araşdırmasını aparmış və bəyan etmişdilər ki, 1954-cü ildən Qvatemalada təqribən 200 000-ə yaxın insan öldürülmüşdür ki, bunun da 80%-ni hindilər təşkil edir. Qırğın törədənlər isə başlıca olaraq qvatemala hərbiçiləri və xüsusi təyinatlılar, həmçinin onlarla əlaqəli olan sağ milliyətçi qruplar olub. Hindi əhalisinə qarşı törədilmiş bütün bu vəhşiliklər standart “soyuq müharibə” bəhanəsi ilə ABŞ-ın aktiv köməkliyi və iştirakı ilə həyata keçirilirdi, guya Qvatemala Sovetin Latın Amerikasında “ sahil əməliyyat meydanı” ola bilərdi.
Amma qırğının əsl səbəbləri də standart idi. ABŞ-da ilk növbədə amerika investorlarının maraqlarına görə narahat idilər və qorxurdular ki, Qvatemala əhalisinin istismar olunan kəndli çoxluğuna hüquq qazandırılması üzrə demokratik eksperimentlər tezliklə regionun digər dövlətlərinə yayıla  və “yoluxdura” biləcək “ virus” ola bilər – Çilidə Salvador Alyendenin zamanında demokratik sosializm barəsində Henri Kissindecer belə demişdi.
Əlbəttə ki, Reyqan administrasiyasının Mərkəzi Amerikada həyata keçirdiyi qətl təcrübəsi təkcə Qvatemala ilə məhdudlaşmırdı. Xüsusi təyinatlılar və hərbiçilər bütün region üzrə dinc əhaliyə qarşı terror törədirdi. Yalnız bir ölkə istisna idi: Nikaraqua. Nikaraquanın öz əhalisini qorumaq gücünə malik ordusu vardı. Uyğun olaraq, Reyqan administrasiyası Nikaraqua ordusu ilə mübarizə aparmaq üçün ultrasağların təşkil edilməsi ilə məşğul oldu. 1986-cı ildə “Nikaraqua ABŞ-a qarşı” işinə baxan Beynəlxalq məhkəmə  “Nikaraquada qanunsuz güc tətbiq etdiyinə görə” ABŞ-ı təqsirkar elan etdi və Nikarquaya reparasiya ödəməsini istədi. Amma ABŞ-ın həmin qərara cavabı sadəcə müharibənin gərginləşdirilməsi oldu.

ABŞ-ın Cənubi və Mərkəzi Amerikadakı hərbi rəhbərliyi müdafiəsiz mülki  obyektləri atəşə  tutmaq və  bilavasitə nikaraqua ordusnun hissələri ilə  qarşılaşmadan qaçmağı əmr etdi. Bunu 1987-ci ildə ABŞ Konqresində  general Con Qevinin şahid ifadələri sübut edir. Hüquq müdafiəsi təşkilatları ABŞ hərbi komandanlığının istifadə etdiyi  “ən zəif hədəfləri nişan almaq” taktikasını sərt tənqid edərək Nikaraquadakı müharibəni də  pislədilər.

Onda amerikalı şərhçi Maykl Kinsli hüquq müdafiəsi təşkilatlarını “ xeyirxahlıq  prinsiplərindən uzaqlaşmaqda” ittiham etmişdi. O xüsusilə izah etmişdi ki, “ağıllı siyasət” “bir tərəfdən  səbəb olan bütün ölüm və yoxsulluğu, digər tərəfdən  demokratiya nəticəsində yarananları yürləşdirmək üçün” “məsrəf və gəlir analizinin nəticələrinə cavab verməlidir”. Biz amerikalıların təbii ki, uyğun analizi  aparmağa tam haqqı var. Axı anadangəlmə xeyirxahlıq məhz bizə məxsusdur və  kontinenti yerli əhali kimi “pislikdən” təmizlədikdən sonra  arxamızca “böyük nailiyyətlər” şleyfi uzanır. Nəticədə necə bir demokratiyanının yarana biləcəyi də aydındır. “Demokratiyanın irəliləməsi” nəzəriyyəsinin müəlliflərindən biri olan , Ronald Reyqanın dövründə ABŞ-ın dövlət departamentində həmin proyektlər üzərində çalışan Tomas Karozers bu haqda birmənalı olaraq danışırdı.
Karozers, xüsusilə, heç bir təəssüf hissi keçirmədən etiraf edirdi ki, amerika təsirlərinin Latın Amerikasında yayılması orada baş verən demokratik proseslərə əks mütənasib idi. Və bu ona görə baş verir ki, Vaşınqton yalnız “ABŞ-ın daha əvvəllər, hələ demokratikləşməmiş cəmiyyətdə əlaqədə olduğu ənənvi hökumət strukturları üçün təhlükəli olmayan ,olduqca məhdud, sərt iyerarxik demokratiya formasına dözə bilir”.
Və o vaxtdan heç nə dəyişməyib. 1999-cu ildə przident Klinton ABŞ-ın Qvatemaladakı cinayətlərinə görə üzr istədi, amma bundan sonra heç nə dəyişmədi. Amma elə dövlətlər var ki, yalnız boş üzrxahlıqla kifayətlənmirlər. Bu məhkəmə prosesi ilə əlaqədar çətinliklərə baxmayaraq, Qvatemala misli görünməmiş addım ataraq keçmiş ölkə başçısını ittiham edilənlər kürsüsünə əyləşdirə bildi. Biz bunu yadda saxlamalıyıq – xüsusilə bizim İraqa soxulmağımızın onilliyində.


Misli görünməmiş daha bir olay,  “Nyu-York Tayms”-da Elizabet Maklinin “Qvatemala məhkəməsi vətəndaş müharibəsi zamanı törədilən qırğın barəsində ABŞ-ın qırğında oynadığı rolu gözdən qaçırır” başlıqlı məqaləsinin çıxması faktı idi. “Biz nadir hallarda öz cinayətlərimizi etiraf etməyi bacarırıq” – Elizabet Maklin yazır. Əgər söhbət etirafdan getmirsə, bizim vurduğumuz ziyana və ağır cinayətlərin nəticələrinə görə kompensasiya məqsədilə konkret hərəkətlərdən gedirsə, o zaman biz umumiyyətlə heç nə etmirik. Məsəslən, biz hələ də Nikaraquaya reparasiya ödəməmişik. Belə hərəkətlərin olmaması bizi həqiqi sivil cəmiyyətdən ayıran uçurumun böyüklüyünü göstərir


Noam Xomski




Lenin- publisist (“Publico.es”, Ispaniya)

“Arzulamaq lazımdır, amma o şərtlə ki, öz arzularımıza inanaq. Real həyatın diqqətlə öyrənilməsi, bizim müşahidələrimizin  arzularımızla müqayisəsi və arzularımızın dürüst şəkildə  həyata keçirilməsi şərtilə”.
                                                                                                                                            V.İ.Lenin

Lenin Nyu-Yorkda. İtalyan mütəffəkiri Antonio Neqrinin bir neçə il əvvəl yazılmış, amma hətta həmin vaxt belə bizim cəmiyyətin inkişaf  ənənələrini  ifadə edən gözəl məqaləsi belə adlanırdı. İctimaiyyətlə əlaqələr işə çevrildikdə siyasət istehsala qarışır. Əgər siyasət özünü ictimaiyyətə göstərmək deyilsə, bəs nədir? Istehsal siyasətə aid edilən xarakteristikalar vasitəsilə təsvir olunduqda nə baş verir? Kim dövlətin iştirakını istehsalın mənbəyi kimi digərlərindən daha yaxşı başa düşdü ? Publisist.

Bütün istehsal məkanı  istismar üçün yerə çevriləndə  şəhərlər qaynayan istehsala çevrilir. Bizim əməyə münasibətimiz, və bununla bərabər bizim ətraf mühitlə münasibətimiz  görülən iş və məşğuliyyət arasında daha əvvəl mövcud olan əlaqəni qarışdıraraq dəyişir. İş artıq istehlaka qarışır və sonsuz  zaman müddətində davam edir, sutkada 24 saata qədər. Bu yaxınlarda öyrəndik ki, telekommunikasiya şirkəti üzərində öz adı olan cədvəli Madriddə metro xəttlərindən birində  yerləşdirib. Burada yeni heç nə yoxdur, futbol liqası banklardan birinin adını daşıyır, bəzi teatr və konsert  zalları onlara sponsorluq edən ticarət markalarının adı ilə adlandırırlır. Oxşar ictimai istehsal  müstəmləkəçiliyi  təkcə özünü kolektiv düşüncədə  möhkəmləndirməyi  və müştəri cəlb etməyi  arzulayanların adı ilə bağlı olan   şəxsi həyatımıza və ictimai münasibətlərə soxulur.

Ticarət markalarının bizim bioqrafiyamızda necə iz qoyması haqda təbəssümümzü,narahatlıqlarımızı,arzularımızı və xatirələrimizi təsvir etdiyimiz antiutopiyadan pisi yoxdur.  Sağlam düşüncənin və ya kollektiv idrakın bu ifadəsini necə izah etməyimizdən asılı olaraq köləlik və ya azadlıq vəziyyətini almaq olar. Mobil telefon – eyni zamanda  həm bizim bütün zamanımızı udan sonsuz yığım konveyeridir, həm də  kapitalizm dəyərləri sisteminə müqavimət göstərməyə imkan verən çox rahat ünsiyyət vasitəsidir. Biz bu haqda əvvəldən bilirdik, amma yorulmaq bilməyən türklər bu istiqamətdə daha bir addım atdılar: onlar kodu dəyişib,  Google axtarış sistemində olan xəritəni nümayiş zamanı polisin yerdəyişməsini izləmək üçün istifadə edirlər. Virtual pul axınınına yaxşı nəzarət etmək üçün düşünülmüş kredit kartlarının hesablanmasında istifadə olunan avadanlıq etiraz aksiyaları haqda məlumatları gizlədən KİV-ni maliyyələşdirən banklara qarşı etiraz edən xırda  alverçilərin əlində etiraz alətinə çevrilmişdir. Onlar bu avadanlığı istifadə etməkdən imtina edirlər və bank müəssisələri ilə müqavilələri pozurlar.


Türklər yüksək təşkilatçılıq bacarığı göstərdilər. Sosial şəbəkələr və informasiya texnologiyaları baş verənlərin səbəbi yox, alətidir. Öz-özlərinə onlar heç nə izah etmirlər, işçi alət kimi  onların funksiyalarını başa düşmək üçün onların özünü izah etmək lazımdır. Yuxarıda qeyd edilmiş  səbəblərdən birincisi onların istifadəsini sosial təsir kimi gözdən keçirir və gəlir qazanmaq üçün vasitə hesab edir. İkinci isə bu şəkildə kapitala əks təsir göstərərək, sosial avtonomiya və kollektiv innovasiya imkanlarını genişləndirir.

Amma bütün bunlarla Leninin və publisistlərin nə əlaqəsi var? Lenin gördüyü işlərə görə yaşayır, zamana görə yox. O özündə hərəkətsizliyə qarşı siyasi iradəni ifadə edir, yeni strategiya hazırlayır,yeni şuarlar irəli sürür, istehsal münasibətlərini  siyasi məzmunla doldurur. Qoxunu seçmək üçün vasitələr maraqlıdır, bolşeviklərin hiss edə bildikləri qoxunun özü yox. Görünür, hər şeyi istehlaka olan həvəslə izah edən  publisistlər , müasir leninçilər bunu başa düşdülər.  Onlar  sosial və kollektiv sənətdə parazitlik edən, əmtəə diktaturasının qurulmasına can atan kapitalist əksinqilabının avanqardlarıdırlar.

Sen-Simonun  işçilərin  “maarifçiliyin” mülkiyyətçilərə məxsus olması ilə razılaşmalı olmalarını bildirən fikri heç vaxt doğru olmamışdır. Amma bugün daha aydın görünür ki, hakimiyyətdə olanları məhz ictimaiyyət aydınladır. Demokratiyadan danışmaq  “ hakimiyyət elmliliyə  uyğun olaraq bölünməlidir” fikrini sübut etməyə çalışmaq  deməkdir. İstənilən publisistin ən böyük ilhamı öz gücünü qarşısıalınmaz insan ehtiraslarından,  mövcud nizama qarşı kollektiv üsyandan alır. Ağıllı kütlə publisistləri  materialla  təmin edir, hansını ki, publisistlər məzmunları başlıqlarda saxtalaşdırmaqla  işləyirlər. Müasir solların müəyyən hissəsi keçmiş üçün nostalqiya çəkərək dünənki günlə yaşayır. Onlar reallığı qəbul etmək və keçmişin deyil, gələcəyin sosial inqilabında mövqə seçmək vəziyyətində deyillər.

Lenin – Stalinin əmri ilə balzamlanmış mumiya deyil. Publisistlər bunu yaxşı başa düşdülər, ona görə də onların əsas hədəf obyekti istehlak inqilabları ilə doldurmaq istədikləri insan ürəyi oldu. Sən xüsusiyyətlərini təyin edən və səni şizo-iqtisadiyyatın, kapitalizm sürətinin azğın ritmini dəyişərək öz-özünə gəzən ayaqlar  üstə duran əşyaya çevirən ideyaya,obraza yaxınlaşmaq üçün nəsə bir şeylər alırsan.

Sosial ziddiyyətlərdən parçalanan İspaniyada mədəniyyət sənaye konveyerinə çevrilərkən, kütlələrin ağlı  üçün aparılan mübarizə əsas xarakter qazanarkən istehlak mədəniyyəti  üzərində qurulmayan münasibətlər çox azdır və təzyiqlərə məruz qalır. Qarşıda  xalq qəzəbini öz sevinci və qəzəbi ilə tamamilə oyatmaq üçün bazardan ictimai ideyalara keçid və hərəkətlər, jestlər,sözlər, obrazlar və emosiyalar vasitəsilə kollektiv düşüncəyə daxil olmaq məsələsi dayanır. Bu kiçik miqyaslı hərəkətlərə tamamilə uyğundur və vacib kombinasiyadır. Gündəlik həyat, dini inancların və fikirlərin müxtəlifliyi bir nöqtədən çıxsa belə, iki tamamilə fərqli forma ala bilərlər.



Tərcümə Günel Muradova