2 нояб. 2013 г.

İqtisadi artım həyatı necə məhv edir ("The Guardian", Böyük Britaniya)


Sonsuz artım iqtisadçıların və siyasətçilərin arzusudur. İqtisadi artım inkişaf ölçüsü sayılır. Nəticədə xalqların rifah səviyyəsini göstərməli olan ÜDM bizim dövrün ən nüfuzlu rəqəminə və hakim anlayışına çevrilmişdir. Bununla belə, iqtisadi artım təbiəti məhv etməklə yaratdığı yoxsulluğu pərdələyir ki, bu da öz növbəsində  özünü müstəqil təmin edə bilməyən ölkələrin yaranmasına səbəb olur. İqtisadi artım konsepsiyası İkinci Dünya müharibəsi zamanı  resursları səfərbər edəcək bir kriteriya kimi irəli sürülmüşdü. ÜDM-in konsepsiyası saxta “ əgər  istehlak etdiyiniz qədər istehsal edirsizsə, deməli heç nə istehsal etmirsiz” ideyasına əsaslanır. Nəticədə ÜDM artımı təbiətin pula, ümumi torpaq sahəsinin isə xammala çevrilmə sürətini ifadə etməyə başlamışdır.

Beləliklə, suyun və qidalandırıcı maddələrin olduqca gözəl təbii bərpa tsiklları istehsal olunmayanlar kateqoriyasına daxil edildi.  Məlum oldu ki, ərzağın 72%-ni istehsal edən bütün dünya kəndliləri əslində heç nə istehsal etmirmişlər; fermalarda və ya öz evlərində işləyən qadınlar da bu artım paradiqmasına daxil edilmirlər. Canlı meşələr iqtisadi artıma öz töhvəsini verməyi dayandırıb, amma əgər ağacları kəssək və odunları satsaq bizim iqtisadiyyatımız böyüməyə davam edəcək. Xəstəliklər, misal üçün, patentli dərman preparatlarının satışı yolu ilə artım üçün əla imkanlar yaratdığı halda, sağlamlıq cəmiyyətləri artıma kömək etmirlər. Bərabər şəkildə hamıya aid olan su bütün insanların tələbatını ödəməlidir. Amma o artım üçün zəmin yaratmır. Əgər Coca-Cola şirkəti zavod tikərsə, suyu torpağın altından nasosla çəkib çıxaracaq və onu butılkalara dolduracaq, iqtisadiyyat genişlənəcək. Amma belə artımın kökündə yoxsulluq dayanırtəbiətin və yerli icmaların yoxsulluğu. Əgər suyun əldə edilməsi prosesində təbiətin bərpa imkanlarını nəzərə alınmazsa, bu qaçılmaz surətdə içməli su ehtiyatı çatışmazlığına gətirib çıxaracaq. İçməli su əldə etmək üçün qadınlar uzun məsafə qət etməli olacaqlar. Kerala ştatındakı Plaçimada kəndində yaxınlıqda yerləşən su mənbəyinə qədər olan məsafə 10 km olduğundan  Mayilamma adlı yerli qadınlardan biri artıq təngə gəldiyini bildirdi. Biz daha da uzağa gedə bilmərik, ona görə də Coca-Cola zavodunu bağlamaq lazımdır. Yerli hindli qadınların hərəkatı sonunda bu zavodu bağlanmasına nail ola bildi.
Təkamül bizə toxum bəxş etdi. Fermerlər onun müxtəlifliyinə nail olmaq üçün onu seleksiya etdilər və çarpazlaşdırdılar. Toxum bizim ərzaq istehsalımızın əsasına çevrildi. Özünü yeniləyən və çoxalan toxum insanları təkcə qida ilə deyil, həm də növbəti fəsil üçün əkin materialı ilə təmin edir. Amma fermerlər tərəfindən becərilən və saxlanılan toxum iqtisadi artıma kömək etmir. Bu toxumlar həyat yaradır və onu yeniləyir, amma gəlir gətirmir. Harda ki şirkətlər toxumu modifikasiya edir, patentləyir və onun tərkibinə genetik maddə yeridir və bu da fermerləri hər fəsil toxum almağa məcbur edir, bax iqtisadi artım da elə oradan başlayır.

Təbiət yoxsullaşıb, bioloji müxtəliflik məhv edilib, pulsuz və hər kəs üçün açıq olan resurslar isə patentləşdirilmiş xammala çevrilib. Əkin materiallarının hər illik alışı yoxsul hindli kəndliləri üçün birbaşa borca aparan yola çevrilmişdir. Hindistanda toxum monopoliyası meydana gəldikdə isə fermerlərin borcları da artdı. 1995-ci ildən bu yana borc tələsinə düşmüş 270 min hindli fermer öz həyatına qəsd etmişdir.
Dövlət sistemləri xüsusi mülkiyyətə çevrildikcə yoxsulluq öz sərhədlərini genişləndirməyə davam edir. Suyun, elektrikin, səhiyyənin və təhsilin xüsusi mülkiyyətə çevrilməsi zamanı sahibkarların gəlirlərinin artması  iqtisadi artım səbəb olur. Amma o həm də insanları hər kəs üçün aşağı qiymətə əlçatan olan şeylərə böyük miqdarda pul xərcləməyə vadar etməklə insanların yoxsullaşmasına səbəb olur. Həyatın bütün aspektləri kommersiya gəliri mənbəyinə və əmtəəyə çevriləndə həyat daha baha, insanlar isə daha yoxsul olurlar.

Ekologiya və ekonomika terminləri eyni köklərə malikdirlər: hər ikisi ev təsərrüfatı mənasını verən “oikos”yunan sözündən əmələ gəlib. Nə vaxt ki, iqtisadiyyatın diqqət mərkəzində kənd təsərrüfatı dayanırdı, o özünün təbii resurslarla sıx əlaqəsini və ekoloji bərpa sərhədlərini qəbul edirdi. Onun əsas vəzifəsi insanların bütün ehtiyaclarını bu sərhədlər çərçivəsində təmin etmək idi. Mərkəzində ev təsərrüfatı dayanan iqtisadiyyat bir çox şeylərdə qadınlara yönəlirdi. Müasir iqtisadiyyat həm ekoloji proseslərdən, həm də insanlara olan əsas tələbatdan uzaqlaşmışdır və onlara qarşı qoyulmuşdur. Bugün təbiətin məhv edilməsinə iqtisadi artıma nail olmaq zərurəti ilə bəraət qazandırılır, bununla belə yoxsul, mülkiyyətlərindən məhrum edilmiş insanların sayı artmağa davam edir. Bunun qeyri-stabilliyə səbəb olmasından başqa, bu həm də iqtisadi mənada ədalətsizlikdir.
Hakim iqtisadi inkişaf modeli faktiki olaraq “həyat əlehinədir”. İqtisadiyyatın inkişaf səviyyəsi yalnız pul axını ilə ölçüldüyü zaman varlılar getdikcə daha da varlanır, kasıblar isə ksaıblaşır. Bundan əlavə, varlılar yalnız pul mənasında varlıdırlar, daha geniş, insan olmaq mənasında isə onlar yoxsuldurlar.
Bununla belə, müasir iqtisadiyyat modeli ehtiyacları resurslar uğrunda müharibələrin, neft və ərzaq müharibələrinin meydana gəlməsinə səbəb olur. Müasir inkişaf şəraitində zorakılığın 3 səviyyəsini ayırd etmək olar.  Birinci səviyyə - ekoloji böhran formasında ifadə olunan təbiətə qarşı olan zorakılıqdır. İkinci – öz ifadəsini yoxsulluqda, kasıblıqda və köçürmələrdə tapan insanlara qarşı olan zorakılıqdır. Üçüncü səviyyə - müharibələr və konfliktlərdir ki, bu zaman nüfuzlu subyektlər öz sonsuz iştahalarını ödəmək üçün digər icmaların və ölkələrin ərazisində olan resurslara çatmağa can atırlar.
Pul axınının genişlənməsi həqiqi dəyərlərlə əlaqəsini itirib, amma maliyyə resurslarını toplayanlar sonradan digər insanların resurslarına – onların torpağına və suyuna, meşələtinə və əkinlərinə - olan hüquqlarını bəyan edə bilərlər. Bu yanğı onların insanların son su damlasını və son düym torpaqlarını əllərindən almağa sövq edir. Bu yoxsulluğun sonu deyil. Bu insan hüquqlarının və ədalətin sonudur.
İqtisadiyyat sahəsində Nobel laureatları Cozef Stiqlis (Joseph Stiglitz) və Amartia Sen (Amartya Sen) qəbul edirlər ki, ÜDM insanların real həyat şəraitlərini əks etdirmir və xalqların rifahının qiymətləndirilməsi üçün başqa alətlərin yaradılmasına səsləyirlər. Məhz buna görə də Butan kimi ölkələrdə inkişafın qiymətləndirilməsində ÜDM-in əvəzinə ümummilli xoşbəxtlik kimi bir göstərici tətbiq edirlər. Həqiqi zənginliyi bərpa etmək üçün biz ÜDM-dən başqa digər qiymətləndirmə kriteriyaları da işləyib hazırlamalı və qlobal supermarket çərçivəsi xaricində yerləşən iqtisadiyyat qurmalıyıq. Biz yadda saxlamalıyıq ki, həyatın əsl valyutası elə həyatın özüdür.


Tərcümə Azərbaycan Ekososialistləri

30 окт. 2013 г.

Solovkidə olan konslaqer haqqında


30 oktyabrda, siyasi repressiya qurbanlarının xatirə günündə liberallar “slovecski məzarının” üstünə gül aparırlar. Ona görə ki, Solovetski adaları bir növ “kommunist QULAQ-ının” simvoluna çevrilmişdir. SLON abbreviaturası onlarda əsmə doğurur. Amma bəla budur ki, bizim liberallar tənbəldirlər və hər şeyə maraq göstərən deyillər. Onlar tarixi pis bilirlər. Yoxsa onlar öz tədbirləri üçün hər hansı bir başqa simvol seçərdilər.
Tarixi həqiqət bundan ibarətdir ki, Solovki adalarındakı düşərgəni 20-ci əsrdə ağlar salmışdılar. Məhz, 3 fevral 1919-cu il tarixində “demokratik qərb dövlətlərinin” dəstəklədiyi Miller-Çaykovski hökuməti belə bir qərar qəbul etdi ki, bu qərara əsasən “iştirakı zərərli olan” vətəndaşlar “məhkəməsiz qaydada  əsl qətnamənin 4-cü bəndində göstərildiyi yerlərə həbs və sürgün oluna bilərlər”. Qeyd edilmiş bənddə deyilirdi: “Sürgün yeri Solovetski monastr və ya Solovetski adalar qrupuna daxil olan adalardan biri təyin olunur...” Vətəndaş müharibəsinin tarixçi tədqiqatçısı P.A.Qolub yazdığı kimi, “ağ rejimin Şimaldakı başçıları – Çaykovskiy, Miller, Muruşevskiy və digərləri, artıq mühacirətə olduqlarından əksinqilabçıların Solovkiyə sürgün edilməsinə görə bolşevikləri qaralamaqdan yorulmurdular. Bununla belə, hamısı birlikdə yaddaş pozğunluğu nümayiş etdirirdilər: Solovkiyə gedən yolu məhz onlar özləri döşəmişdilər.”

Bir sözlə, Solovkidən başqa Şimal ərazisinin “demokratik hökumətinin” öz siyasi rəqiblərini ilk dəfə məhz özlərinin sürgün etdikləri digər yerləri də vardı: Mudyunq və İokanqa adaları.

“Hərbi əsir adlandırılan insanlar son dərəcə aclıq vəziyyətində saxlanılırdılar: qundaqla kötəkləmə,karser və s. ilə cəzalandırılacaqların əvvəlcədən bilə-bilə ac itlər kimi həbsxana administrasiyasının gəmirdiyi sümüklərin üstünə hücum çəkirdilər. Dustaqların orqanizmi o dərəcədə aclıq vəziyyətinə salınmışdı ki, onların zəif küləkdən yerə yıxılmaları simulyasiya hesab edilirdi və buna görə də yazıqlar yenidən döyülürdülər... Mudyuqda dustaq olanların 50%-dən çoxu həyatını itirmişdi, çoxları dəli olmuşdu..” (Arxanqelsk həmkarlar şurasının ərizəsidən, avqust 1919-cu il)

Bu isə İokanqa haqqındadır: “ Həbsxanada vəhşi işgəncələr tətbiq edilirdi: közərdilmiş dəmirlər yandırırdılar, diri-diri torpağa basdırırdılar. Dəmir qandallardan da geniş istifadə olunurdu. Dustaqlar qrup halında və ya tək-tək qaçmağa çalışırdılar, amma onları tutub güllələyirdilər.. Şimal hissəsinin dağılmasından sonra İokanqa Deputatlar Sovetinin hazırladığı anket göstərir ki, İokanqa divarları arxasında olan 1200 məhbusdan cəmi 20 nəfəri kommunist partiyasının üzvü olub, qalanları partiyasız olublar. Minlərlə insan həbsxanada ölmüşdü.”
 Slovecskiy düşərgəsinin əsl yaradıcılarının fəaliyyətinin yekun nəticəsi budur: “ Şimal Vətəndaş müharibəsi tədqiqatçılarının natamam hesablamalarına görə, həbsxanalardan, konslaqerlərdən və katorqalardan təxminən 52000 insan keçmişdi, yəni, bütün əhalinin 11%-ə qədəri. Hökumətin rəsmi məlumatlarına əsasən, hərbi məhkəmələrin qərarı ilə təxminən 4000 insan güllələnmişdi” (P.Qolub. Rusiyanin Şimalında “Ağ” terror”.

Bugün bunları kim xatırlayır? Təəssüf ki, heç kim.. “Slovecskiy məzarının” ətrafına toplananlardan bunu gözləmək sadəlöhvlükdür.

Bu yaxınlarda Kem-də olmuşdum. Yerli partiya şöbəsinin katibi 1918-ci ildə sovet hökumətinin gənc tərəfdarlarının güllələndiyi kilsəni göstərdi. Sovetlər zamanı kilsəni təmir etməmişdilər, ona görə də həmin güllələrin izləri divarda görünürdü. Elə bu yaxınlarda. Amma “mənəvi dirçəliş” dövründə RPK (Rusiya Pravoslav kilsəsinin) çox olduğundan kilsəni təmir etdilər. Daha divarlarda heç bir iz qalmayıb. Ona görə də Solovkiyə gedərkən Kem-dən keçən turistlər restavrasiya olunmuş kilsədə “bolşevik terrorunun qurbanlarının” ruhu üçün rahatca dua oxuya bilərlər.

Və ya həmişə çəkdiyim daha bir misal.. Mənim doğma Olonecs rayonumda, o vaxtlar qəza idi, 1919-cu ildə ağlar yaşayış məntəqəsini tutmaqla kommunistləri və onlara can yandıranları yerindəcə güllələyirdilər. Təkcə həmin qəzada ağlar tərəfindən 150-dən artıq (digər məlumatlara görə-286) kommunist, müəllim,həmçinin Sovet hökuməti ilə əməkdaşlıqda şübhəli bilinən kəndli güllələnmişdi. Müqayisə etmək çətindir, amma yenə də - 1930-cu ildə Olonecs rayonunda qanunsuz olaraq 155 insan sürgün olunmuşdu.

Rusiyanın digər regionlarında baş vermiş Ağ terrorun tarixi haqda yaxşı bilmirəm, amma Sibirdəki amerika hərbi ordusuna rəhbərlik edən general U.Qrevsin sözləri xrestomatikdir: “Şərqi Sibirdə dəhşətli qətllər törədilirdi, amma onlar həmişə düşünüldüyü kimi, bolşeviklər tərəfindən törədilmirdi. Şərqi Sibirdə bolşeviklər tərəfindən öldürülmüş hər insana anti-bolşeviklər tərəfindən öldürülən 100 insan düşdüyünü söyləsəm səhv etmərəm.”

Odur ki, siyasi repsessiya qurbanlarının xatirə gününü kim keçirməlidir?

Bəs sonra! – opponentlər mənə deyəcəklər, - siz də güllələyirdiz. Bəli, olmuşdu. Amma sonralar! Amma əvvəlcə belə idi ki, üsyanın yatırılmasından sonra bolşeviklər general Krasnovu sadəcə buraxmışdılar. Söz verdirərək ki, daha belə etməyəcək... Dünya tarixində başqa belə nümunə var ki, silahlı ələ keçirilmiş düşməni bax belə azad buraxsınlar? Uşaq kimi sadəlöhvsüz, həqiqi sözümdür! Yeri gəlmişkən, aydın məsələdir ki, Krasnov sözünün üstündə durmadı.

Amma mən əslində Krasnov haqda danışmıram, özümüzdən, hazırki sollardan,kommunistlərdən danışıram. Elə alınıb ki, biz az qala bizə yapışdırılmış damğa ilə barışmalı olmuşuq. Özümüzünkülər, daha çoxsaylı qurbanlar haqda unudaraq “Qırmızı terrora” görə özümüzü təmizə çıxarmağa başlayırıq. Niyə? Ən yaxşısı onlara öz əməllərini xatırladaq. Çünki, kommunizm hərəkatı bütün dünya tarixində həmişə ən humanist cərəyan kimi çıxış edib. Qeyri-mütəşəkkil zorakılıq qığılcımlarını söndürməyə çalışıb.Yalnız müdafiə olunmaq lazım olduqda... Hər kəs özünümüdafiə hüququna malikdir. Bundan başqa, sollar sərt tədbirlərə həmişə gec əl atıblar.

Və əgər miqyasdan danışsaq, bizim ölənlərin siyahısı hamısından çoxdur. Bu yaxınlarda Medvedev Stalinə qarşı çox ittiham edici bir şey söylədi. Amma ona qədər, Dmitriy Anatoleviç Finlandiyada olarkən Mannerqeymin məzarına gül dəstəsi qoydu.

Həmin Manerqeym ki, onun zamanında 1918-ci ildə Finlandiyada ağ terror qurbanlarının sayı 40 min insan hesablanmışdı. Natamam məlumatlara görə 10 min insan müharibə zamanı edam olunmuşdu. Ağ fin-lərin qələbəsindən sonra 15817 insan güllələnmişdi. Həmçinin, konslaqerlərdə təxminən 15 min insan ölmüşdü. 3 milyon əhalisi olan ölkə üçün bu böyük rəqəmlərdir. Tarixçi V.Qalin yazdığı kimi, təxmini rəqəmlərlə Finlandiyada ölkə əhalisinin 3%-i həbsxanalardan keçmişdi ki, bu da QULAQ –da saxlanılan cinayətkarlardan və siyasi məhbuslardan 2-4 dəfə çoxdur. İşçilər,kəndlilər, ziyalılar məhv olurdular. Söz düşmüşkən, 1918-ci ilin həmin yaz günləri kommunist qazetinin redaktoru, “Kibrit arxasınca” filmindən hamımızın yaxşı bildiyi əyləncəli əhvalatı düşünmüş Alqot Tietyavyaynen (Mayyu Lassila) də ölmüşdü. Yeqin ki, Medvedev də həmin filmə baxıb.

30 oktyabr növbəti dəfə siyasi repressiya qurbanlarının xatirə günü qeyd olunacaq. Ona hazırlaşmaq pis olmazdı. Bəlkə hətta “slovecskiy məzarına” da baş çəkmək olardı. Çünki, bu xatirə gününü qeyd etmək üçün məhz kommunistlərin bütün əsasları var. Heç olmasa, bütün həlak olmuşlarımızı yad etməkdən ötrü.

Aleksandr Stepanov


Tərcümə: Azərbaycan ekososialistləri

29 окт. 2013 г.

İkiüzlülük dövrünün sonu (“Foreign Affairs”, ABŞ)


Informasiya sızması dövründə ABŞ-ın xarici siyasəti

Aydındır ki, amerika vətəndaşlarının qeyri-nümunəvi hərəkətlərə aid gizli məlumatları yayması ABŞ hökumətini qəzəbləndirir. Və o öz hiddətini nümayiş etdirməkdən çəkinmir:  üç il əvvəl hələ ABŞ ordusunda sıravi Bredli Menninq (Bradley Manning)olan  Çelsi Menniniq (Chelsea Manning) WikiLeaks qrupuna gizli danışıqların yüz minlərlə şifrini ötürərkən ABŞ hökuməti əsgəri həbsxanaya elə şərtlər altında salmışdı ki, BMT-nin əzab vermə problemi üzrə xüsusi məruzəçisi bu şərtləri qəddar  və insanlığa sığmayan adlandırmışdı.

Menninqin həbs edilməsindən sonra Meet the Press proqramında çıxış edən respublikaçı və ABŞ senatı Mitç Makkonnell (Mitch McConnell) WikiLeaks-in rəhbəri Culian Assanjı (Julian Assange) “xaytek-terrorist” adlandırmışdı. Bu yaxınlarda, Milli Təhlükəsizlik Agentliyinin  Edvard Snouden (Edward Snowden)  adlı keçmiş analitiki amerika casusluq  proqramlarının təfərrüatlarını açdı, amerikalı məmurlar digər ölkələrin Snoudenə sığınacaq verməməsi üçün xeyli diplomatik səy göstərdilər.

Bundan əlavə, ABŞ prezidenti  Rusiya prezidenti Vladimir Putin onun tələblərinə tabe olmaqdan imtina edərkən, hətta onunla planlaşdırılmış görüşünü belə təxirə saldı. Bütün səylərinə baxmayaraq amerika isteblişmenti bu ifşaçılarn ABŞ təhlükəsizliyi üçün niyə bu qədər ciddi təhlükə olduğunu izah edərkən tez-tez çətinliklərlə qarşılaşır. Əslində Menninq və Snouden tərəfindən üstü açılan informasiyada dünyada baş verənləri diqqətlə izləyən insanları  şoka salacaq heç nə yoxdur.

2010-cu ildə WikiLeaks –in ifşa etdiklərinə görə  panikaya düşmək istəməyən keçmiş müdafiə naziri Robert Qeyts jurnalistlərlə söhbətində söylədi ki, gizli məlumatların nəşri sadəcə “olduqca məhdud”  təsir göstərdi və kəşfiyyat xidmətinin nə mənbələrini, nə də metodlarını şərh etmədi. Snouden kəşfiyyatın həm mənbələrini, həm də metodlarını şərh etdi, amma yeni heç nə xəbər verə bilmədi. Hələ onun ifşasına qədər ekspertlərin çoxu bu haqda öz fikirlərini bildirirdilər ki, Çinə qarşı kiber hücumların arxasında məhz ABŞ dayanırdı, müxəlif Avropa intitutlarının gizli izlənməsini həyata keçirirdilər və dünya internet-kommunikasiyasını ələ keçirirdilər.  Hətta onun ABŞ və Birləşmiş Krallığın istifadəçilərin təhlükəsizliyini və şəxsi həyatlarını qorumaq üçün əsas kommunikasiya proqramlarını və şifrələmə sistemlərini tənqid etmələrinə dair skandal açıqlamaları sadəcə bir çox məlumatlı müşahidəçilərin çoxdan bəri şübhələbdikləri şeyləri  təsdiq etdi.

Menninq və Snoudenin ABŞ hökuməti üçün daha ciddi təhlükə olması bilavasitə ABŞ milli təhlükəsizliyinə vurduğu zərbədən ibarət deyil, ondan ibarətdir ki, Vaşinqtonu öz simasızlığına görə məsuliyyət daşımaqdan qaçmaqla  ikiüzlülük etməkdən məhrum edir. Onların təhlkəliliyi onda deyil ki, onlar yeni informasiyanın üstünü açırlar, ondadır ki, onlar ABŞ hökumətinin hərəkətlərinin və motivlərinin sənədli sübutlarını təqdim edirlər. Və bu hərəkətlərin hökumət nümayəndələrinin açıq bəyanatlarına zidd olması  məlum olduqda – ki, adətən də belə olur –  Vaşinqtonun gizli fəaliyyətinə göz yummaq ABŞ mütəffiqləri üçün çətin olur, onların düşmənləri üçün isə bəhanə tapmaq asan olur.

Çox az amerikalı hokumət məmurları ikiüzlülük etmək bacarığını əsas strateji resurs kimi nəzərdən keçirir. Əslində, amerikalıların ikiüzlülüyünün belə effektiv olmasının əsas səbəblərindən biri bundan ibarətdir ki, o öz başlanğıcını səmimilikdən götürür: ABŞ siyasətçilərinin əksəriyyəti öz dövlətlərinin nə qədər ikiüzlü olmasını hələ dərk etmirlər. Bununla belə, onların sözləri ilə işləri arasında olan fərqi inkar etmək getdikcə çətinləşdiyindən onlar gələcəkdə xeyli çətin məsələləri həll etməli  və, bəlkə də, təbliğ etdikləri qaydalar üzrə yaşamalı olacaqlar.

İkiüzlü hegemon

İkiüzlülük Vaşinqtonun mülayim hakimiyyətinin  – yəni  digər dövlətləri onun hərəkətlərinin leqimitimliyinə inandırmaq bacarığının - əsasıdır, bununla belə əksər amerikalılar onun mənasını qiymətləndirmirlər. Liberallar, bir qayda olaraq, səmimi şəkildə inanırlar ki, digər dövlətlər ona görə ABŞ-la əməkdaşlıq edirlər ki, amerika ideallarının onlara cəlbedici, ABŞ-ın başçılığı altında olan beynəlxalaq sistemin  isə ədalətli görünür. Realistlər daha utanmaz nəzər nöqtəsinə tərəfdar olurlar, amma əgər onlar Vaşinqtonun ikiüzlülüyünü yadlarına salırlarsa, yenə də ona böyük əhəmiyyət vermirlər. Onların fikrincə, məhz Vaşinqtonun soyuq, kobud gücü, onun idealları deyil, digər ölkələrin onunla əməkdaşlıq etməsinə kömək edir.

Əlbəttə ki, ABŞ beynəlxalq siyasətdə yeganə ikiüzlü deyil. Amma ABŞ-ın ikiüzlülüyü digər dövlətlərin ikiüzlüyündən daha ciddi nəticələrə səbəb olur. Bu ona görə baş verir ki, bugün dünyanın böyük hissəsi Vaşinqtonun qurduğu sistem, o sistem ki, bir tərəfdən ABŞ-ın gücünə əsaslanıb, digər tərəfdən onun liberal idealları tərəfindən qanuniləşdirilib, çərçivəsində yaşayır. Qanunun diktaturasının, demokratiyanın və azad ticarətin amerika idealları Ikinci Dünya müharibəsindən sonra ABŞ-ın köməkliyi ilə əsası qoyulmuş beynəlxalq institutların, həmçinin də Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun,BMT-nin, eləcə də Ümumdünya Ticarət  Təşkilatının  ayrılmaz hissəsinə çevrilib.  ABŞ-ın aşkar dünya ağalığı təhlükəsinə baxmayaraq – İraq müharibəsindən başlamış maliyyə böhranına qədər – beynəlxalq nizam hələ də amerikaçı olaraq qalır.

Və bu sistem üçün ikiüzlülk sürtkü yağı ona görə lazımdır  ki, onun mexanizmləri fırlanmağa davam edə bilsinlər. Digər dövlətlərin belə dünya nizamının leqitimliyinə inanmağa davam etmələri üçün amerika məmurları daim öz ideallarını irəli sürməli və liberal prinsiplərə bağlılığını səsləndirməlidirlər. ABŞ öz hegemonluğunu yalnız kobud güc hesabına saxlaya bilməz. Amma, bu yaxınlarda ictimaiyyətə açılmış gizli məlumtlar göstərdi ki, Vaşinqton həm də təbliğ etdiyi dəyərlərə düzgün riayət edə bilmir. Belə uyğunsuzluq mövcud dünya nizamınıın digər dövlətlər tərəfindən  qanunsuz  kimi qiymətləndirmək riskini artırır.

Əlbətəə, indiyə kimi ABŞ öz ikiüzlülüyünə görə məsuliyyətdən qaça bilib. Vaşinqton uzun müddət nüvə silahının yayılmaması haqda ideyanı təbliğ edirdi və hətta bəzi dövlətləri nüvə sahəsində öz maraqlarından imtina etməyə belə inandırmışdı. Eyni zamanda da, o İsraildə nüvə silahının ortaya çıxmasını sakitcə qəbul etdi, 2004-cü ildə isə Hindistanın dinc məqsədlər üçün nüvə texnologiyalarından istifadə etmə hüququnu təsdiqləyən rəsmi müqavilə imzaladı, baxmayaraq ki, Hindistan nüvə silahının yayılmaması haqda Razılaşmaya məhəl qoymurdu. Vaşinqton demokratiya ideallarına tərəfdar olduğunu bəyan etməkdən yorulmur, amma iyulda misir ordusunun seçilmiş hökuməti devirərkən hərbi devrilişi devriliş adlandırmamaqla olaylara qarışmaq istəmədi. Bundan başqa, “terrorla mübarizəni” də yada salmaq lazımdır: xarici dövlətlər insan hüquqlarına toxunduqda Vaşinqton onları sərt şəkildə tənqid edir, amma eyni zamanda da tələb edir ki, onun öz hərəkətlərinə güzəştlə yanaşsınlar, çünki, ABŞ-ın milli təhlükəsizliyi ortaya qoyulub.
ABŞ-ın öz ikiüzlülüynüə görə məsuliyyət çəkməməsinin səbəbi ondan ibarətdir ki, digər dövlətlər onu inadla görmək istəmirlər. Onların Vaşinqtonun təmin etdiyi qlobal ictimai nemətlərdən əldə etdikləri gəliri nəzərə alsaq, onlar  hegemonun  öz pis hərəkətlərinə görə cavab verməsində maraqlı deyillər. Açıq tənqid ABŞ hökumətini  yalnız öz maraqlarını güdməyə təhrik edə bilər ki, bu da mövcud dünya nizamını təhlükə altında qoyar. Bundan başqa, ABŞ Vaşinqtonun hərəkətlərinin məntiqsizliyinə dəlalət edənləri onlarla ticarət əlaqələrini kəsməklə və ya başqa hər hansı digər yolla cəzalandıra bilər. Məhz buna görə də, ABŞ-ın mütəffiqləri, bir qayda olaraq, öz narahatlıqlarını bağlı qapılar arxasında şəxsi söhbətlər zamanı bildirirlər. Onların düşmənləri müəyyən müddətdən bir  ABŞ-ı çatışmazlıqlarını göstərirlər, amma onlar özəri də yüksək əxlaqları ilə fəxr edə bilməzlər.

ABŞ-ın asanlıqla vədlərini pozması onun liderlərinin arasında əlavə lovğalığın yaranmasına səbəb oldu. Nəzərə alsaq ki, bugün çox az dövlət ABŞ-ın ikiüzlülüyünə dəlalət edir, amerikalı siyasətçilər öz dövlətlərinin ikili standartlarına qarşı həssaslığı itirib. Amma Menninqin və Snoudenin sayəsində bu ikili standartlara göz yummaq daha çətin oldu.


Ciddi olmaq nə dərəcədə vacibdir


Bunun nələrə gətirib-çıxara biləcəyini anlamaq üçün Snoudenin ifşalarının amerikanın kibertəhlükəsizlik sahəsində siyasəti üçün nəticələrinə baxın. Yaxın günlərə kimi ABŞ məmurları öz dövlətlərinin kibersahədə hücum potensialını müzakirə etmirdilər  və əsasən ölkənin xarici hücumlardan müdafiə strategiyasını xüsusi olaraq qeyd edirdilər. Eyni zamanda da, onlar açıq şəkildə bir neçə dəfə  amerika kompyuter şəbəkələri üçün təhlükəli olan və ABŞ-la Çin arasındakı  münasibətlərə zərər verən çin xakerlərinin hücumları haqda bəyan etmişdilər .

Bununla belə ABŞ-da olduqca uzun zaman ərzində gizli şəkildə Çinin – və digər düşmənlərinin – kompyuter şəbəkələrinə irimiqyaslı hücumları aparılıb. ABŞ hökuməti kiberfəzada həm hücum, həm də müdafiə potensialının işlənib hazırlanmasına gizli şəkildə milyardlarla dollar qoyub. Snouden isə göstərdi ki, amerika hərbiçiləri təkcə Çinin hərbi qüvvələrinin kompyuterlərini deyil, həm də Çinin mobil əlaqə operatorlarına və bu ölkənin ən prestijli universitetinə aid olan kompyuter sistemlərini sındırıblar.

Baxmayaraq ki, Snoudenin materiallarının nəşrinə qədər bir çox ekspertlər çin kompyuter sistemlərinin sındırılmasında ABŞ hökumətinin əli olduğunu bilirdilər, Vaşinqton hər şeyi inkar edə bilirdi. Tənqidə qarşı immunitetə sahib olan merikalı məmurlar Çinin kiberfəzada qanunsuz fəaliyyətini müxtəlif təsir alətləri vasitəsilə , hədə-qorxodan tutmuş çin xakerlərinə qarşı ittiham irəli sürməyə qədər, dayandırmaq məqsədilə genişmiqyaslı piar-kampaniya planlaşdırmaqla məşğul idilər. Çin hökumətinə amerikalıların ikiüzlülüyü yaxşı tanış olsa da, ölkələr arasındakı münasibətlərin növbəti dəfə pisləşməsinə səbəb olmamaq üçün onların ikiüzlüyünü göstərmədilər.

Amma, Snoudenin ifşasından sonra çinlilər nəzər-nöqtələrini dəyişdilər. ABŞ-ın ikiüzlüyünü görə öz qəzəbini ifadə etmək üçün Çinin əlinə yaxşı səbəb düşdü. İndi Vaşinqton Çinin ABŞ-ın sənədlərlə sübut edilmiş hərəkətlərini ittiham etməsinə görə çətin ki, ondan inciyəcək. Əslində, Snoudenin açıqlamaları Çinə ABŞ-ın hərəkətləri ilə bağlı öz hiddətini açıq şəkildə bildirməkdən başqa seçim qoymurdu. Əgər Çin ABŞ-ın ikiüzlülüyünü tənqid etməsəydi, onun təmkinliyini zəiflik kimi izah etmək olardı. Snoudenin materiallarının nəşrindən sonra, mətbuat konfranslarından birində Çinin Milli müdafiə Nazirliyinin nümayəndəsi qeyd etdi ki, bu skandal ABŞ-ın internet-təhlükəsizliyi sahəsində “əsl simasını və ikiüzlü davranışını” açıb göstərdi.

Vaşinqton üçün gözlənilməz oldu. İndi o ABŞ kəşfiyyatının keçmiş rəhbəri Coel Brenner (Joel Brenner) təklif etdiyi kimi, çin xakerlərinin məqsədi kommersiya sirrlərinin oğurlanması olan təxmini qəbul edilməz  hərəkətləri və  ABŞ-ın milli təhlükəsizliyin müdafiəsinə yönəlmiş tamamilə leqitim hərəkətləri arasında sərhəd qoyan xətt çəksin. Amma, böyük ehtimal ki, bu sərhəd xəttinə heç kim əhəmiyyət verməyəcək. Buna görə də Vaşinqton çin xakerlərin hərəkətlərinə qarşı açıq kampaniyanı unutmalı oldu.

Menninqin və Snoudenin açıqlamaları yeni dövrün başlanğıcı oldu: ABŞ hökuməti artıq öz gizli fəaliyyətini gizli saxlayacağına  zəmanət verə bilməz. Bugün yüz minlərlə amerikalı gizli sənədlərə giriş imkanına malikdir, hansı ki, bu sənədlər açılması ölkəni olduqca pis vəziyyətdə qoya bilər. Son açıqlamalar sübut etdiyi kimi, kameralarla təhciz edilmiş fleş-disklrə və mobil telefonlar zamanında hətta əjdaha qanunlar və cəzalar belə gizli informasiyanı sızmalardan qoruya bilməz. Nəticədə bugn Vaşinqton elə bir hal yaşayır ki, bunu inkişaf edən ikiüzlülüyün kollapsı adlandırmaq olar. ABŞ hökuməti, onun dostları və rəqibləri amerika xarici siyasətinin qaranlıq tərəflərinin mövcud olduğunu daha əminliklə inkar edə bilməyəcəklər və indi onlar onun üzünə baxmalı olacaqlar.


Sözlərinizi işlərinizlə, işlərinizi sözlərinizlə möhkəmləndirin


İkiüzlülük  dövrünün sonu ABŞ-ı olduqca çətin seçim etmək zərurəti qarşısında qoyur. İstənilən halda, Vaşinqton siyasəti və onun bəyanatları bir-birinə uyğun gəlməlidir.

ABŞ hökuməti üçün ən sadə həll bundan ibarətdir ki, gələcək üçün ikiüzlü bəyanatlar etməsin və qəbul etsin ki, onun hərəkətlərinin çoxunun arxasında dar eqoistik hədəflər dayanır. O Vaşinqtonun indiyə kimi artıq  bəyan etdiklərini təsdiqləsə, sızmalar daha az peşmanlıq gətirəcək və məhvedici olacaq. Əslində Vaşinqton Çindən və Rusiyadan çox şey götürə bilər: öz davranışlarını ümumi rifah uğrunda mübarizə çərçivəsinə yazmaq əvəzinə, bu ölkələr onların milli suverenliyi üçün pozuntu görünən hər şeyi tənqid edirlər və öz maraqlarını lazım bildikləri kimi müdafiə etmək hüququnu qoruyurlar. İfşaçıları uzun həbsxana müddəti ilə cəzalandırmaqla və onlara siyasi sığınacaq təklif edən dövlətləri hədələməklə Vaşinqton da eyni şeyi edə bilərdi.

Bununla belə, belə kursun problemi bundadır ki, ABŞ-ın milli maraqları qlobal çoxtərəfli əlaqələr sistemi ilə sıx bağlıdır. Vaşinqton ifşaçıları sığınacaq təklif edən dövlətlərə qarşı sanksiyalar tətbiq edəcəyini bəyan etməklə liberalizm ideallarının müdafiəsi barəsindəki əhdini artıq pozub. Əgər ABŞ qarşılıqlı rifah barəsində bəyanatlarından imtina etsə, bu Vaşinqtonun başında dayandığı dünya nizamı prinsiplərinə riayət etməməsi demək olacaq. Əgər digər dövlətlər Vaşinqton kimi hərəkət etsələr və yalnız öz şəxsi eqoistik maraqlarını müdafiə etməyə başlasalar, Vaşinqtonun yaradılmasına bir neçə on illiklər sərf etdiyi ticarət əlaqələri və əməkdaşlıq sistemi sadəcə yox olacaq. ABŞ hər kəsin beynəlxalq əməkdaşlığa aid olduğu bir dünyada çiçəklənə bilməz, çünki, ora da Putin də aiddir.

Amma bu kursa daha uyğun alternativ kurs da var: Vaşinqton özünü elə aparmalıdır ki, onun işləri sözləri ilə daha tez-tez üst-üstə düşsün. Tamamilə ideal olmayan belə yanaşma da ona baha başa gələcək, çünki beynəlxalq siyasətdə dövlətlərin idealları və maraqları tez-tez konfliktə girir. Bununla belə, ABŞ hökuməti milli təhlükəsizliyi təhlükə altında qoymadan öz davranışlarında yavaş-yavaş ikiüzlülükdən imtina edə bilər.

İşgəncə məsələlərində, digər ölkələrin dinc əhalisi arasında qurbanlara tamamilə etinasızlıq, izləmə sistemlərinin genişləndirilməsində ikili standartlar – bu punktlardan heç birini millətin rifahında əsas faktorlardan biri adlandırmaq olmaz, baxmayaraq ki, bəzi hallarda onlar ona zərər vurur. Baxmayaraq ki, hazırki administrasiya onun sələfləri üçün xarakterik olan bəzi cinayətləri törətmir, amma yenə də o çox uzun yol keçməlidir.
Demokratiya şəraitində məxfilik hökumət siyasətinin bir hissəsi olmaq üçün hüquqi əsasa malikdir. Bununla belə, onda açıq ikiüzlülüyə yer olmamalıdır. Seçicilər başa düşürlər ki, onlar hökumətin etdiyi hər şeyi bilə bilməzlər, amma onlar aldadılmağı sevmirlər. Əgər ABŞ təhlükəli ikiüzlülük asılılığından yaxa qurtarmaq istəyirsə, o real qnunverici nəzarətlə və onun hökumətinin siyasəti ərtafında açıq demokratik müzakirələrlə barışmalı olacaq. İkiüzlülük dövrünün sonu gəldi.

Henri Farrel  (Henry Farrell), Marta Finnemor Финнемор (Martha Finnemore)


Henri Farrel Corc Vaşinqton universitetində politologiya və beynəlxalq münasibətlər professorunun köməkçisidir. Marta Finnemor Corc Vaşinqton universitetində politologiya və beynəlxalq münasibətlər professoru.

Tərcümə: Azərbaycan ekososialistləri

25 окт. 2013 г.

Bolşeviklər və Pravoslav kilsəsi

Belə bir nəzər nöqtəsi var ki, ona  görə bolşeviklərin hakimiyyətə gəlişindən sonra kilsə ağır təqiblərə məruz qalmırdı. Keşişləri hər saat öldürə, öldürə öldürməyə davam edirdilər, amma öldürüb qurtara bilmirdilər. Daim ibadətxanaları partladırdılar, amma hamısını heç cürə partladım qurtara bilmirdilər. Görünür vəziyyət ziddiyyətlidir. Amma həqiqətdə bu sadəcə həqiqətə uyğun gəlməyən keşiş əfsanəsidir. Mən bu məqalədə əslində nələrin baş verdiyini göstərməyə çalışacam.
Beləliklə, hər şeydə keşişlərin əməllərinə göz yuman və hətta onlara maaş verən müvəqqəti hökumət devrilib. Hamı maraqla hadisələrin inkişafını izləyir. Bolşeviklərin hakimiyyətdə 1 həftə belə qalacağına az adam inanırdı. Amma vaxt keçdikcə keşişlərin və kapitalistlərin əminliyi yavaş-yavaş, amma doğru olaraq yox olmağa başladı. Artıq gələcək haqda düşünmək vaxtıdır.
Aydındır ki, həmişə əsaslı olaraq kilsənin dövlətdən və məktəbin kilsədən ayrılmasının tərəfdarı olan bolşeviklər bu məsələni diqqətdən kənar və hər şeyi çar və müvəqqəti hökumətin zamanında olduğu kimi qoya bilməzdilər. Keşişlər isə siyasətçilərin prinsipsizliyinə, və elə ümumilikdə insan təbiətinə (onlar, bir qayda olaraq, insanları özləri kimi zənn edirdilər, özü də adətən doğru idilər) ümid edirdilər, amma bu dəfə onlar istədikləri kimi olmadı.
Əgər “mənfur” dekreti qəbul etsələr, arıq heç bir desyatin torpaq sahəsi, torpaqlardan heç bir gəlir, digər etiqadlar üzərində heç bir imtiyaz olmayacaqdı. Aydındır ki, bu dekret birmənalı olaraq yerli baş kilsənin hökumətə olan tələblərini ixtisara salacaqdı. Ona görə də keşişlər bolşeviklərlə “razılığa gəlməyə” çalışırdılar. Onlar həyasızcasına xalq komissarları sovetinə gedirdilər və birbaşa bəyan edirdilər ki, əgər onlar pul təminatından imtina etsələr boşeviklərin hakimiyyətinə dərhal son qoyulacaq!
Amma bolşeviklər qəti şəkildə kilsəni dövlətdən ayırmaq qərarına gəldilər. Və dərhal dekreti işləyib-hazırlamağa başladılar. Tezliklə o hazır oldu. Kilsənin dövlətdən və məktəbin kilsədən ayrılmasını nəzərdə tutan dekret belə idi:

1.      Sovet dövlətinin dünyəvi xarakterinin bəyan olunması – kilsə dövlətdən ayrılır.
2.      Vicdan azadlığına olan istənilən məhdudiyyətlərin, və ya vətəndaşların dini mənsubiyyəti əsasında hər hansı bir üstünlüyün və ya imtiyazların təyin edilməsinin qadağan olunması.
3.      Hər kəsin istənilən dinə  etiqad etmək və ya heç bir dinə etiqad etməmək hüququ var.
4.      Vətəndaşların dini mənsubiyyətinin rəsmi sənədlərdə göstərilməsinin qadağan olunması.
5.      Dövlət işlərinin və ya digər açıq-hüquqi ictimai işlərin yerinə yetirilməsi zamanı dini ayinlərin və mərasimlərin qadağan olunması.
6.      Vətəndaş vəziyyəti aktları yalnız vətəndaş hakimiyyəti, nigahların və doğuşların qeydiyyatı şöbəsi tərəfindən aparılmalıdır.
7.      Məktəb dövlət təhsil müəssisəsi kimi kilsədən ayrılır – dinin tədrisi qadağan edilir. Vətəndaşlar dini yalnız şəxsi qaydada öyrənməli və öyrədilməlidirlər.
8.      Kilsə və dini icmaların xeyri üçün məcburi alınan pul vəsaitlərinin, rüsumların və vergilərin, həmçinin bu icmalar tərəfindən onların üzvlərinin məcbur edilməsi və cəzalandırılması tədbirlərinin qadağan olunması.
9.    Kilsə və dini icmaların mülkiyyət hüququnun ləğv edilməsi. Onların hüquqi şəxs kimi hüquqlara sahib olmalarına yol verilməməsi. 
10.  Rusiyada mövcud olan kilsə və dini icmaların bütün mülkiyyəti xalq əmlakı elan olunur.

Keşişlər üçün bu dünyanın sonuna bərabər bir şeydir. Amma onlar başqa cür hərəkət etmək qərarına gəldilər. Axı dekret yanvarda nəşr edilmişdi, amma martdan fəaliyyətə keçməli idi. Yeni hökumətə qarşı keşiş çağırışları və təhdidləri dalğası başladı. Qeyd etmək lazımdır ki, bütün bu çağırışlar və təhdidlər məhz kilsə xadimləri üçün maaşlarla və kilsənin dövlət hesabına saxlanması ilə bağlı idi. Faktiki olaraq qeyd edilirdi ki,  əgər bolşeviklər niyyətlərindən əl çəksələr onlar sabotaja son qoyacaqlar.
Baş kilsədə keşişlər dekret əlehinə istiqamət aldılar, çünki dekret “provaslav kilsəsinin bütün həyat quruluşuna mənfur qəsddir və ona qarşı açıq təqibdir”.
Təqib – digər kilsələrlə birlikdə hüquqların bərabərləşdirilməsidir. Rus Pravoslav Kilsəsi isə digərlərin “yüksək” olmaq istəyirdi, o ki qala itirmək.
Kilsə xadimləri (şəxsən də partiarx Tixon)  faktiki olaraq öz vərəqələrində və ya kilsəyə gələnlərlə söhbətlərində açıq şəkildə hökumətin devrilməsinə, hakimiyyətlə silahlı münaqişəyə səsləyirdilər.
Onlar bütün ölkəni qana boyamağa hazır idilər, təki onlara maaş verilsin.
Yalnız bu sevindirir ki, əslində kilsəyə münasibətdə məcburi “ehtiram”dan azad edilmiş insanlar sadəcə keşişlərin çağırışlarına əhəmiyyət vermədilər. Yəqin ki, əhalinin böyük hissəsi bu dekreti ədalətli hesab etdi, çünki, RPK əvvəllər yalnız süngü hesabına özünü saxlayırdı. Pravoslavlıq xeyli dövlət resurslarını yeyən məcburi, zorla qəbul etdirilmiş din idi. Aydındır ki, kilsənin tərəfində olan fanatiklər də vardı, amma onların sayı az idi. Bir qayda olaraq, onlar kəndlərdən olan savadsız insanlar idi. Kilsə xadimlərinin dövlətə və məktəbə birləşdirilməsini tələb etməkdə onların nə marağı vardı? Heç bir. Kilsə xadimləri uydururdular ki, bolşeviklər iblisin övladlarıdırlar, antixristin çarlığı başlayır və s. Bəzi insanlar isə o qədər cahil idilər ki, bunlara inanırdılar. Xalq komissarları Sovetinə məktublar gəlirdi ki, kilsə xadimlərinə - “yüz milyon rusiya əhalisinə”  maaşları qaytarmağı tələb edirlər.
Həqiqətdə kilsə xadimlərinin təsiri cox az idi. Məsələn, Peterburqda dekretə qarşı xaç yürüşü təşkil etmişdilər. Xalq komissarları Sovetinə sorğu gondərmişdilər, orada qeyd olunurdu ki, yürüş iştirakçılarının sayı 500 min olacaq. XKS yürüşün keçirilməsinə razılıq verdi, amma Lunaçarskiy təşkilatçıya qabaqcadan xəbərdarlıq etdi ki, əgər provakasiyalara yol verilsə, təşkilatçı özü buna cavab verməli olacaq. Nəticədə yürüşə 50 min insan gəldi, digər şəhərlərdə isə hətta yüzlərlər...
Bir il sonra (1919-cu ildə) vəziyyət o dərəcədə dəyişdi ki, xaç yürüşünə artıq minlərlə deyil, yüzlərlə insan gəlirdi. “Məcburiliyin” ləğvi sübut etdi ki, kilsənin nüfuzu azdır. Onun heç bir real siyasi gücü yoxdur.
Hökumətin reaksiyasından sonra Sovet Rusiyası ərazisində həyacanlara son qoyuldu. İş burasındadır ki, kilsənin nominal torpaqları ( hansı ki, hüquqi cəhətdən əvvəlcə çarın, sonra isə müvəqqəti hökumətin ixtiyarında idi) müsadirə edilərkən, keşişlər tez-tez silahlı müqavimət təşkil etmək istəyirdilər. Hökumət bunu bir neçə dəfə sərt şəkildə yatırmışdı, sonra isə artıq heç kim belə bir işdə iştirak etmək istəmirdi. Görünür, cəhalətpərəstlər özlərini o qədər müqəddəs hesab edirdilər ki, onların qanunsuz hərəkətlərinə qarşı heç kimin cavab verməyəcəyini düşünürdülər. Buna baxmayaraq, patriarx çağırışlara davam edirdi, amma bu çağırışlar artıq boş idi.
Maraqlıdır, amma dekret tətbiq edildikdən sonra o heç də həy yerdə icra edilmirdi. Və tez-tez, keşişlər dövlətdən pul qopara bilməyəndə, onlar pulu əhalidən toplayırdılar. Axı keşişlərin sayı çox idi, rahiblərin də sayı çox idi, bütün bu köpək sürüsü isə qidalanmalı idi (rahibləri də saymaqla, təxminən 2 milyon insan). Odur ki, onlar bu pulu kəndlilərdən çıxarırdılar. Nəticədə sadə kənd əhalisi onlarla mübarizə aparmağa başladılar. Keşiş ölümlərinin çoxu da məhz bu kortəbii şəraitdə baş verirdi. “Keşişlərin zəng qülləsindən aşağı atılması” haqda söhbət açırlarsa, bunu heç də bolşeviklər etmirdilər, bunu sadə kəndlilər edirdilər. Özü də bu ənənə hələ bolşeviklərə qədər başlamışdı. Hələ 1905-ci ilin inqilab hadisələri bir kənara, hətta Puqaçovun üsyanı və ya kəndli üsyanları olan dövrdən nümunələr var,
Artıq heç nə etmək mümkün olmadıqda, bolşevik hökumətinin öz qərarlarında qəti olduğu, onun “bir həftədən” sonra yox olmayacağı aydın olduqda kilsədə maraqlı vəziyyət yarandı.
Birincisi, RPK tamamilə intizamı itirmişdi. Əgər pul yoxdursa, fiziki cəhətdən bütün kilsələri və monastrları saxlamaq mümkün olmayacaqdı. Bu çox zərərli, sadəcə mümkünsüz fəaliyyət oldu.
Hökumətin kilsə xadimlərinə münasibətdə reqlamenti sadə oldu: əgər keşişlər heç olmasa 20 prixod üzvünə malik olsalar, kilsə havayı şəkildə onlara arendaya veriləcək. Həmçinin, onlar təmir işlərini yerinə yetirməlidirlər. Yadda saxlamaq lazımdır ki, onlar yalnız şəxsi qaydada dini tədris edə bilərlər. Hətta kütləvi xaç yürüşləri də təşkil edə bilərlər. Hər şey ədalətli kimi görünürdü. Göründüyü kimi, hökumət “bütün” keşişləri müxalifətçilikdə  ittiham etməmişdi, həqiqətən əksinqilabi qəsd iştirak etmiş keşişləri ittiham etmişdi. Amma keşişlər belə bölüşmədə kasta kimi tez inkişaf edirdilər. Onlar göstərdilər ki, ümumiyyətlə rəqabət qabiliyyətli deyillər. Çar hökuməti yüzilliklər ərzində məhz buna görə onların rəqiblərini boğurdu və vətəndaşları ağır repressiyalar vasitəsilə “inama” məcbur edirdi. Məsələn, pravoslavlıqdan imtinaya görə mülkiyyətin müsadirə edilməsilə 20 il katorqa işi almaq olardı.
Axı başa düşmək lazımdır ki, binanı restavrasiya etmək, təmizləmək, digər xərcləri ödəmək lazımdır. Həm də keşişlərə yemək lazımdır, onlar isə sadəcə yeməyi sevmirlər, cah-cəlalda yaşamağı sevirlər.
Odur ki, hər şey çətindir. Çox məhtərəm rahiblər isə müxtəlif çıxış yolları tapmışdılar. Hamısını qruplara ayırmaq olar.
Keşişlərin bir hissəsi qızıl və digər müqəddəs şeyləri topladılar, sonra isə sadəcə ölkəni tərk etdilər. Miqrasiyada isə onların vəziyyəti pis deyildi. Onlar şahidi olmadıqları “sovet hökumətinin dəhşətlərini” yazmaqla pul qazanırdılar. Qeyd etmək lazımdır ki, bu doğrudur ki, onlar əsasən ali təbəqə və xidmətçi kimi onlara qatılmış “xırda” keşişlərin bir hissəsi idi.
Digər hissə ağ hərəkata qoşulmuşdu və açıq şəkildə sovet hakimiyyətinə qarşı çıxırdı. Bundan başqa, hətta “İsa bölmələri” adlı bölüklər də yaradılmışdı. Keşişlər həm də Antantanın müdaxiləsini dəstəkləyirdilər. Bütün bunların səbəbi bu idi ki, əksinqilabçılar “lənətə gəlmiş bolşeviklərdən” fərqli olaraq, keşiş zümrəsini tamamilə təmin edirdilər.
“Azad Rusiya” hökuməti öz qanunları ilə keşişlərə ödənilən müavinətləri möhkəmləndirirdi. Nəticədə hər şey məhv oldu və kilsə xadimlərinin bir hissəsi ölkəni tərk etdi, bir hissəsi döyüşlərdə birbaşa iştirak etdiklərinə görə güllələndi.
Qeyd etmək lazımdır ki, “loyal keşiş” qrupları formalaşmşdı. Bir qrup uzun müddət şübhə edirdi, digəri isə cəld hərəkət edirdi. Bu pravoslavlığı Sovet Rusiyası ərazisində birdəfəlik dağıtdı. Bu iki qrup əsasən bunlar idi:

             “Yenilikçi” adlandırılanlar. Bunlar momentdən istifadə etməyi başa düşən insanlar idilər. İş burasındadır ki, kilsə ierarxiyası dağılmışdı, odur ki, aşağı təbəqənin keşişlərinin və praqmatik keşişlərin bir hissəsi vaxt itirmədən “yenilənmiş kilsı” təşkil etdilər. Onlar dövlət əlehinə fəaliyyətinə görə patriarx Tixonu yekdilliklə tənqid etdilər və sovet rejiminə münasibətdə tamamilə loyallığa and içdilər.

Onlar niyə meydana çıxmışdı? Maaşlar olmasa da kilsəyə qatılanlar hələ də çox idi. Axı mövhumatı bir sutkaya məhv etmək mümkün deyil. Ümumiyyətlə, azsaylı keşiş qrupu məbədləri pulsuz icarəyə götürə və orada boşboğazlıq və kilsəyə qatılanların ödədiklərinin hesabına yaşaya bilərdilər. Faktiki olaraq elə həmin müftəxorlar idilər, sadəcə az yeyirdilər. Üstəgəl, onlar kilsənin ən ali adlarını rahatca özlərinə götürə bilərdilər, yəni bunun üçün onlar çox çalışmalı olmadılar.
Qeyd etmək lazımdır ki, hər şey çox ağıllı reallaşdırılmışdı və onlar kifayət qədər uzun zaman ərzində fəaliyyət göstərdilər.

            İkinci qrup – “klassik” RSK –dır, sadəcə bu dəfə problemləri olan. Axı ilk zamanlar patriarx barışmaz mövqe tutmuşdu, kilsənin böyük hissəsi isə ondan imtina etməyə hazır idi. Həmin dövrdə, nəsə etmək mümkün olmayan zaman, yenilikçilər meydana çıxdı. Ali iyerarxlar da onlara qatıla bilərdilər, amma onlar bunu etmədilər, çünki, öz “fəxri adlarını” və mülklərini itirə bilərdilər. Axı hər şeyi cəld etməyi bacaran yeniliçkilər, aydın məsələdir ki, onlara öz gəlirli yerlərini verməyəcəkdilər. “Parçalanmanın” mahiyyəti də elə budur, çünki, formal olaraq onlar arasında heç bir fikir ayrılığı yox idi.

“Klassik” RPK saxlanıldı, amma həmin illər onların nüfuzu yenilikçilərdən olduqca aşağı idi. Bu nüfuzun qytarılması üçün uzun illər lazım idi. Amma yuxarılarda olan keşişlər yenə də kilsəyə bağışlananlardan və , zənnimcə, müxtəlif dini bijuteriyaların satışından kifayət qədər gəlir götürürdülər. Onlar “qızıl” mədaxillər üstündə tez-tez yenilikçilərlə dava edirdilər.
Aydındır ki, belə vəziyyət kilsə üçün yalnız rentabelli məbədlərin qalacağını vəd edirdi. Kəndlərdə, az əhalisi olan yaşayış məntəqələrində demək olar ki, keşiş qalmamışdı, onların hamısı iri şəhərlərə üz tuturdular.
İş burasındadır ki, çar dövründə, xüsusilə devrim dövründə, dövlət hətta zərərli kilsələri belə dəstəkləyirdi, harda ki, sakinlərin sayının az olmasına görə, kilsəyə gələnlər çox az idi. II Nikolayın dövründə vəziyyət bununla gərginləşdi ki, o  “müqəddəslərin” kanonizasiyasını, həmçinin ölkədə kütləvi şəkildə kilsə və monastrların tikilməsini qəbul etdi. Çox ehtimal ki, bunun inqilab problemini həll etməyə kömək edəcəyini düşünürdü.
Ümumiyyətlə, belə qeyd etmək olar ki, məbədlərin, xüsusilə də monastrların çoxu boşaldı. Və binalar məhz buna görə də dağıdılırdı, “təqiblərə” görə deyil. Sadəcə heç kim məbədlərə getmirdi, keşişlər isə yox idi. Boş binalar nəyə lazım idi?? Bəzən onları anbar kimi istifadə etmək olardı, çox vaxt isə buna heç ehtiyac yox idi. Atılmış kilsənin yerində yeni bina (məsələn, ev) tikmək daha asandır.
İndi isə bütün yuxarıda sadalananları ört-basdır etmək istəyən çoxsaylı keşişlər qrupu haqda danışmaq istəyirəm. Bu keşişlər sadəcə keşişlikdən əl çəkdilər və işləməyə yollandılar. Bəzisi arabaçı, bəzisi ticarətçi, mirzə, qarovulçu oldu. Bunlar yuxarıda sadalananlarla müqayisədə böyük əksəriyyət təşkil edirdilər. Məsələ bundadır ki, insanlar başa düşdülər ki, daha nəsə ovlamaq mümkün olmayacaq, pul olmayacaq. Pulun dadı qalan yerlər isə artıq tutulublar.
Yəni, keşişlər faktiki olaraq bunu iş kimi qəbul edirdilər, indi də edirlər. Əgər danışan ilan, 900 yaşlı insanlr və yanan, amma danışan kol haqda cəfəngiyyatlar söyləyərək yaxşı gəlir qazanmaq və işləməmək mümkündürsə, o zaman hər şey qaydasındadır. Amma əgər cəfəngiyyat söyləmək və buna görə pul qazanmamaq, işləmək lazım olacaqsa, keşiş olmağın mənası yoxdur.

Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur


24 окт. 2013 г.

Qızıl

1947-ci ildə rublun qızıl tərkibi 0,222168 qr təmiz qızıla bərabər idi. 1961-cil ildən etibarən qiymətlərin yeni ölçüsü tətbiq olunmağa başladı, köhnə pullar 10:1 nisbətində yeni pullarla əvəz edildi. Bununla belə, rublun qızıl təkibi cəmi 10 dəfə deyil, 4,4444 dəfə artırıldı. Rubl 0,987412 qr təmiz qızıla bərabər oldu. Deməli, əgər 10 stalin rublu 2,222168 qr qızıla bərabər idisə, nominal üzrə həmin on stalin rubluna bərabər olan xruşov rublu 2,222168 qr əvəzinə cəmi 0,987412 qrama bərabər oldu. Yəni, qızılın ölçüsünə görə sovet insanının cibi 2,25 dəfə yüngülləşdi.
Xruşov bu şəkildə, sovet pulunu faktiki olaraq iki dəfədən çox devalvasiya edərək xalqı aldatdı. Bu azmış kimi Stalinin 2000 tondan artıq, o dövrü üçün topladığı nəhəng qızıl ehtiyatını Xruşov 60-cı illərin əvvəllərində 1200 tonn qızıla endirməyə yol tapdı...Bununla belə, hətta bugünun özündə dünya qızıl bazarının ümumi dövriyyəsi təxminən 500 tondur. O vaxt dünyada ən böyük qızıl ehtiyatına sahib olan ABŞ isə 1965-ci ildə Fransada toplanmış dollarları “əmtəə ilə təmin etməkdən” imtina etmişdi. Müqayisə üçün qeyd edim ki, bugün Rusiyanın qızıl ehtiyatı təxminən 500 tondur.
Bununla belə, qəbul etmək lazımdır ki, islahatlar Stalinin tayı olamayan trotskiçi Xruşovun dəstəklədiyi xırda sahibkarlara müəyyən xeyir gətirdi. Misal üçün, islahatlara qədər olan rublla bazarda 3-5 stalin qəpiyinə olan kökün dəstəsi “xruşovkalarda” da öz qiymətini saxladı və bu bazarda olan bütün tərəvəzlərə aid idi. Bu təbii ki, az da olsa digər tərəvəz məhsullarına olan qiymətlərə də təsir etdi, baxmayaraq ki, təzə-təzə mağaza qiymətlərinə demək olar ki, təsir etməmişdi.Mağazada kartofun kiloqramı 50qəp-1 rubl olduğu kimi, islahatdan sonra da kurs üzrə 5-10 qəp-ə bərabər oldu.
Qızıl ekvivalenti üzrə stalin və xruşov rublunun qiymətini müasir dollarla və Stalinin və Xruşovun dövründə orta əmək haqqı səviyyəsinin qızıl ekvivalentinə əsasən müasir dollarla və rublla hansı səviyyədə olmasını hesablamaq faydalıdır.
Deməli. 2010-cu ildə qızılın unsiyası təxminən 1100 dollar idi. Bu o deməkdir ki, qızılın 1 qramı 1100/31,1= $35.4 bərabər idi.
Stalin rublunun qızıl tərkibi, yuvarlaq götürsək, 0,222 qr qızıldan ibarət olduğunu nəzərə alsaq, stalin rublu $35.4 х 0.222 dollara, yəni təxminən $7.86-a bərabərdir.
1947-ci ildə (müharibədən iki il sonra) SSRİ orta əmək haqqı təxminən 500 rubl-a bərabər idi. Yəni, müasir dollarla hesabladıqda 500 х $7.86=$3930- təxminən 4 min dollara.
Xruşov rubluna gəldikdə isə, əvvəl də qeyd etdiyimiz kimi, 1 xruşov rublu təxminən 0,987 qram qızıla bərabər idi. Deməli, müasir dollarla təxminən $30.78 ($35.4х0.987). Orta əmək haqqı isə 1967-ci ildə xruşov rublu ilə elə 100 xruşov rubluna, yəni 3078 rubla bərabər oldu. Yalnız 1973-cü ilə xruşov devalvasiyasının nəticələri düzəldildi və ölkədə orta əmək haqqı 128 rubl, yəni təxminən 4000 dollar oldu.
Düzdür, qızıl ekvivalent rublun alıcılıq qabiliyyəti ekvivalentinə uyğun deyil. Burada konkret ərzaq səbətinin qiymətinə qızılın qramı ilə baxmaq lazımdır. Bunun üçün isə ölkənin yaşaması üçün müxtəlif illərdə olan qiymətləri yada salmaq lazımdır.Bununla belə, bu uyğunluğa da fikir vermək lazımdır. Çünki, “qızıl ekvivalent” bu və ya digər məhsulların dəyərliyinin və ya dəyərsizliyinin başa düşülməsi üçün vacibdir.
Xatırlayırsızsa, xruşov rublunu alıcılıq qabiliyyətinə görə təxminən 10 dollara, qızıl ekvivalentindən yəni üç dəfə aşağı, bərabər götürdüm. Bu o deməkdir ki, 1973-cü ildə alıcılıq qabiliyyətinə görə SSRİ-də orta əmək haqqı təxminən aylıq 1200 dollara bərabər idi, yəni bugünkündən 50% yüksək. Ayda 1200 dollar bugünkü dollarla ayda 14400 dollara uyğun gəlir. ABŞ-la müqayisədə ictimai fondaların xərclərini – pulsuz tibbi xidmət,ali təhsil,dərnəklər, seksiyalar,uşaq baxçaları və s. - də minimum 50% əlavə etmək lazımdır. Bu təxminən 20000 dollar orta illik əmək haqqı verir. Və ya əmək xüsusiyyətindən asılı olaraq üç nəfərdən ibarət ailə üçün ildə təxminən 40000 dollar.

Amma bugün müasir ABŞ ailəsinin orta gəliri cəmi 53000 dollardır. Hesablamalardan 10-15% ən varlı ailələri çıxsaq, alınır ki, yerdə qalan amerikalıların bugünkü gəliri orta sovet insanının 1973-cü ildəki gəlirinə bərabərdir. Bu bütün parametrlər üzrə doğrudur, bir insan üçün yaşayış sahəsindən başqa. ABŞ-da hər bir insana düşən yaşayış sahəsi olduqca çoxdur.
Və səbəb də aydındır: İkinci dünya müharibəsi zamanı SSRİ-də 25 milyon insan mənzilini itirmişdi. Nyu-Orleanda isə Katrina qasırğasından sonra cəmi 100000 sakin evini itirmişdi, amma ABŞ hələ də itkiləri ödəyə bilməyib.

S.L.Lopatnikov


Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur