6 янв. 2014 г.

"MİLYONLARCA DİNDAR MÜŞTERİ OLDU"

İlahiyatçı-Yazar İhsan Eliaçık hoca, "Kapitalizm, bugüne kadar giremediği en ücra Anadolu ve Ortadoğu coğrafyasına politik olarak AKP, dinsel ve kültürel olarak da F-Tipi denen Nurculuk yoluyla giriyor" dedi.

 Soğuk savaş yıllarında Türkiye'nin sırtını Ortadoğu'ya dönmesi gerektiğini, çünkü o dönemki Yeşil Kuşak Projesi'nin amacının bu olduğunu belirten Eliaçık hoca, " Ama Sovyetler dağılıp, NATO işiz kalınca bunun bir anlamı kalmadı. Artık Türkiye’nin yüzünü Ortadoğu’ya dönmesi gerekiyor. Bunun için de Türkiye’de Kemalistlerin bir anlamı kalmadı dünya güçleri açısından. Onun için tasfiye oluyorlar. Türkiye ve diğer Ortadoğu ülkelerinde yerel bağları güçlü yani dindar, seçimle gelen, roformcu ve kapitalizmle sorunu olmayan, ABD ve Batı ile uyuşan hareketlere ihtiyaç var. Politik olarak AKP, dinsel ve kültürel olarak da F-Tipi denen Nurculuk tam da buna uyuyor. Keza Mısır’da, Irak’da, Suriye’de, Tunus’da da aynısı oluyor"dedi.


"MİLYONLARCA DİNDAR PAZAR HALİNE GELİYOR..."
Türkiye’deki iktidarın da bu uluslararası planın içinde yeraldığını kaydeden Eliaçık hoca, " Maalesef durum bu. Böylece Kapitalizm giremediği en ücra Anadolu ve Ortadoğu coğrafyasına giriyor. Milyonlarca dindar çalışma ibadettir diyerek ellerinde kredi kartları ile AVM’lere koşuyor. Onların ürettiklerinin pazarı halini alıyor. Buna kim direnirse orası işgal ediliyor" ifadelerini kullandı.

"DÜNYA'YI BU KURTARIR..." 
Müslümanları da dünyayı da kurtaracak olanın zalimler ve mazlumlar ayrımı olması gerektiğini de vurgulayan Eliaçık hoca, sözlerini şöyle tamamladı: " Kur’an “Ancak zalimlere düşmanlık vardır” der. Zulüm-adalet çelişkisi baş çelişkidir. Diğerleri bunun yansımalarıdır. Eğer bu anlayışla hareket ederlerse Müslümanlar tekrar yedinci yüzyıldaki gibi tarihin önünde gider, dünya için umut olurlar. Dünya cennete döner. İtiraz ettiğimiz sistemin kendisidir. Devlet anlayışı, iktidar mantığıdır. Bunun Kemalistlerden Muhazafakarlara geçmesi bir anlam ifade etmiyor. Ama bazıları devlet ve iktidar bizden oluyor diye anlam yüklüyorlar, siz buna itiraz ediyoruz. Zaten devletin ve iktidarın kendisi sorun. Bir de onun bizden birilerinin eline geçmesi katmerli sorun. Adalet, eşitlik, emek ve özgürlük devletten de iktidardan da önce gelir. Zaten devlet ve iktidar dediğin bunlar için vardır. Bunlarla çeliştiği an meşruiyetini kaybeder." (Söyleşi/OkurYazar TV)

22 дек. 2013 г.

İsrail Gömrük İttifaqına qatılmaq istəyir. İsrailin xarici işlər naziri Avidqor Liberman 2014-cü ildə müvafiq sənədə imza atacaqlarını bəyan edib. Bir-iki ay əvvəl Tayyib Erdoğanın Gömrük İttifaqına Türkiyənin qatılması haqda istəyini Nursultan Nazarbayev Putinə çatdırmışdı. Və biz – Azərbaycan. Hələ də “müstəqillik” nağılları ilə xalqımızı yatızdırıb, xalqımızın maraqlarını bir kənara atıb ciblərini doldurmaqdan doymayan oliqarx-məmurlarımızın hansı geopolitik zurnanın havasına oynadıqları müəmmalı qalır. Gəlin “müstəqilliyimiz” haqda bir-iki kəlmə danışaq. Bir neçə gün əvvəl, Şahdəniz-2 müqaviləsinə imza atma seremoniyasında prezident İlham Əliyev ... ingilis dilində danışdı... Niyə? Axı biz müstəqilik, Azərbaycanda keçirilən toplantıda dövlət başçısı niyə ingilis dilində danışır? Bizim məzmunsuz, bütün vətənpərvərliyi antisovetizmlə, antisosializmlə, ruso- və rusiyafobluqla ifadə edilən milliyətçilərimiz uydurublar ki, guya Sovet hökumətinin vaxtında Moskva zorla bizi rusca danışdırırdı... Yalandı. Biz Sovetin vaxtında olduğumuz qədər heç bir tarixi dövrümüzdə milli olmamışıq. Rus dili ümumittifaq dili idi, dövlət dili idi, amma respublikamızın daxilində dövlət dilimiz öz dilimiz olub. İndi kimsə öz dilinə hörmətsiz yanaşıb, rus dilinə üstünlük veribsə, təqsiri Sovet hökumətində, kommunist iqtidarında deyil. Baxın, indi nə SSRİ var, nə sosializm, nə də kommunistlər iqtidardadı. Müstəqil kapitalist ölkəyik, ideoloqlarımız da Məmmədəminçilərdi, bütün ictimai məkanı da Türkiyə milliyətçiləri (saxta türkçülər) və (ərəb və fars dilinə vurğun) dindarlar doldurub, amma Bakıda hər yerdə rus dilində danışırlar. Deməli, xalqın içində rus dilinə qarşı latent sevgi var. Bizim liberal, qərbpərəst, ruslara, Rusiyaya nifrət edən ziyalılarımız da rus dilində danışırlar. (Məsələn, rejissor və ssenarist Ramiz Fətəliyev.) Kapitalist elita və qərbpərəstlər də ingilis dilinə üstünlük verirlər. Halbuki indi tək dövlət dilimiz azərbaycan dilidir. Bir sözlə, sosialist inqilabına, Sovet hökumətinə qədər olan vəziyyət yaranıb: bir qrup adam ərəb dilində, bir qrup fars dilində, bir qrup Anadolu türkçəsində, özünü savadlı göstərmək istəyən qrup rus dilində danışmağa üstünlük verir. Bir də ingilis dilini gəlin bunu üstünə. Bir sözlə, sosialist liderlərimiz Nəriman Nərimanovun və Mircəfər Bağırovun əsasını qoyduqları unikal milli məfkurədən əsər-əlamət qalmayıb. Xalq – hərəsi bir məvəvi dəyəri xidmət edən sürü şəklinə düşüb. Sosializmə qədər olduğu kimi. Məhşur italyan müğənniləri Bakıda konsert verdilər. Azərbaycanlı aparıcı həm də rus dilində danışırdı, hətta çox vaxt rus dilində danışırdı. Tərcüməçilər italyan müğənnilərin danışıqlarını italyan dilindən bizim dilə yox, rus dilinə çevirib səsləndirirdilər. İtalyan müğənnilər də sanki Rusiyada korporativ partidə idilər, rus dilində danışırdılar. Təkcə “Matia bazar” qrupunun vokalist xanımı rus dilindən istifadə etmədi, bizim dildə sözlər dedi. (Həm də canlı oxudu. Ondan başqa iki xanım müğənni də canlı oxudu. Qalanlar hamısı fonoqrammla oxudu.) Bizim kapitalist elita ərəb şeyxləri kimi şeydi: pul çox, məzmun yox, onları görən xaricilər bizim xalqa hörmət etmir ki, özlərinə əziyyət verib bir neçə kəlmə azərbaycan dilində öyrənməmişdilər. Axı bura Rusiya deyil, niyə görə italyan müğənniləri səhnədə rusca danışmalı idilər?! Azərbaycan dilində bir neçə kəlmə öyrənmək belə çətin idi? Hə, Al Bano əlinə tutdurulmuş vərəqdən bir-iki cümlə oxudu, çox biabırçı oxudu, “zato” kişi Ailəni təriflədi. Azərbaycan tipik kapitalist ölkəsidir: pul oğurla, ver tanınmış bir qlamura, səni tərifləsin. Sadəcə bizdə hər şey öz səviyyəmizdə olduğu üçün o qlamura tərif tekstini də əvvəlcədən verirlər. Yanlış anlamayın, rus dilinə qarşı deyilik, rus dilinə hörmət etməmək mümkün deyil, böyük və gözəl xalqın qüdrətli dilidir, ən azı rus ədəbiyyatını originaldan oxumaq üçün öyrənilməsinə dəyər. Diqqət çəkmək istədiyimiz iki mövzu: 1) 25 ildir sosialist dövrümüzə, sovet keçmişimizə, kommunistlərə atmadığınız böhtanlar qalmadı. Deyirdiniz, deyirsiz ki, “ruslar bizi kəsdi, asdı, belə elədi, helə elədi, qoymadılar azərbaycanlı kimi yaşayaq...” İndi ki, ölkənin tək ağası sizsiniz – Məmməd Əmin ideologiyasını tətbiq edənlər. Niyə Bakıda hamı rus dilində danışır? 2) Sizin milliyətçiliyniz, vətənpərvərıiyiniz boşdur, məzmunsuzdur ki, bir ətək pulla gələn müğənnilər 3-4 mahnını belə fonoqrammla oxuyur, Azərbaycan tamaşaçısına rus sözləri ilə müraciət edərək rabitə qurmağa çalışırlar. Hələ Toto Kutunyonun hörmətsizliyinə heç kim fikir vermədi. Onu qabaqcadan gətizdirib “Sarı gəlin” mahnısını öyrətmək istəyiblər. O da konsertdə dedi ki, “çox çətin diliniz var” (hələ ağzımızı da əyərək dedi: “ağ, eğ, bu nə dildi?!”, təxminən belə dedi.) Elə düşünürsüz ki, Kutunyoya pul verib bir dəfə Sarı gəlin oxutmaqla “dünya ictimaiyyətinə” mahnının bizim olduğunu isbatladız? Olmadı, olmayacaq. Baxın, görün cəmi 6 milyon erməni xalqının övladları öz xalqını necə təqdim edirlər dünyada, bir də çönün baxın 50 milyon azərbaycanlı necə xalqını təqdim edir... Sizi gəlib görən əcnəbilər pulunuza minnət sizi tərifləyə bilər, amma öz aralarında sizi də, xalqımızı da araya qoyub gülürlər. Necə ki, ərəb şeyxlərini, varlı siqanları araya qoyub gülürlər. Şahdəniz-2-yə gəlincə, burjuaziya psevdointellektualları sevinərək xəbər yaydılar ki, “bizim bu proyektdə payımız 16 faizə qalxıb”. Biz necə müstəqilik ki, öz sərvətimizdən bizə veriləcək 16 faizə sevinirik?! Kim nə deyirsə desin, Azərbaycan və azərbaycan xalqı tarixinin ən müstəqil dövrünü SSRİ-nin tərkibində yaşadı.

21 дек. 2013 г.

        Birləşmiş Ştatların “Buford” ticarət gəmisi. Gəminin üzərində qeyd edilib: “Sovet Nuh gəmisi. Birləşmiş Ştatların ordu                               nəqliyyatı “Buford” Milad bayramına hədiyyə olaraq Leninə Və Trotskiyə 249 qırmızı aparır”.


1917-ci il Rusiyadakı Vətəndaş müharibəsi ABŞ-da “Qırmızı təhlükə” qorxusunu daha da artırmışdı. ABŞ-ın kommunizm qorxusunun ilk ili məhz 1917-1920-ci illərə təsadüf edir. Tarixçi Levin B.Mürrey ilk “Qırmızı təhlükəni” “ümummilli isteriya, radikallara qarşı yönəlmiş, xüsusi mülkiyyəti, kilsəni, ailəni, nigahı, vətəndaş hüquqlarını və amerika həyat tərzini məhv edəcək qaçılmaz bolşevik inqilabı qarşısında qorxudan yaranmış isteriya” kimi xarakterizə edirdi.
1918-ci ildə Vudro Vilson “Üsyana təhrik etmək” haqqında qanun imzalayır. ABŞ-ın Birinci Dünyü Müharibəsinə qatılması ilə əlaqədar “Şpionaj haqqında” da qanun qəbul edilir ki, bu qanuna görə 1918-ci ildə sosialist nitqlərinə görə 5 dəfə ABŞ prezidenti postuna namizəd Yudjin Debs 10 il müddətinə azadlıqdan məhrum edilir (3 il sonraç 1921-ci ilin Milad bayraminda azad edilir). Bu qanuna əsasən anarxist-femenist Emma Qoldman və Aleksandr Berkman deportasiya edilir.
1919-1920-ci illərdə 24 ştat öz ərzisində qırmızı bayraqlara qadağa qoyur. İlk “Qırmızı təhlükə” nəticəsində ABŞ –da Kommunist partiyasının və analoji partiyaların üzvlərinin sayı 80% azalır. ABŞ konqressinin nümayəndələr palatası sosialist baxışlarına görə Viktor Berqerin mandatını ləğv edir.
ABŞ-ın Birinci Dünya müharibəsində iştirakı kişilərin kütləvi şəkildə orduya cəlb edilməsi ilə müşayət olunur ki, bu da işçi qüvvəsi çatışmazlığına səbəb olur. Buna görə Cənubdan neqrlər cəlb edilməyə başlayır. 1919-cu ilə 500 min neqrin Qərbə ştreykbexer kimi gətirilməsi ağ dərili işçilərlər neqrlər arasında gərginlik yaradır. Birləşmş Ştatların Əmək departamentinin nümayəndəsinin hesabatına görə 1919-cu ildə ayrı-ayrılıqda 38 üsyan qeydə alınmışdı ki, bu üsyanlarda ağlar neqrlərə hücum etmişdilər. ABŞ daxilindəki bu gərginliklər hökumət nümayəndələrini sosialist inqilabı qorxusu qarşisinda qoyurdu.

1918-1920-ci illər arasında ABŞ-da sollara qarşı aparılmış təmizləmə işləri tarixə Palmer reydi kimi də daxil olmuşdur.  Bu reydlər nəticəsində 1919-cu ilin dekabrında 249 nəfər həbs edilmiş radikal aktivist Sovet Rusiyasına göndərilir. 1920-ci ilin yanvarında təxminən 6000 nəfər, əsasən işçi ittifaqlarının nümayəndələri həbs olunurlar. Başqa bir reyd nəticəsində 1 gecədə 4 min insan həbs edilir. Həbs edilənlərlər arasında olan əcnəbi vətəndaşlar deportasiya edilir. 1920-ci ilin yanvarına Palmer və Quver tərəfindən ABŞ tarixində ən böyük həbslər həyata keçirilir ki, bu həbslərin də qurbanı ən azı 10000 insan olur.
Rusiyanın "Arqumentı i faktı" qəzetindən Sovet hökumətinin Brejnev zamanından və Brejnev haqqında gözlənilməz nisbətən ədalətli yazı.
Oxuyun, məsləhətdir.
Yeri düşmüşkən, Brejnev haqda "qorxunc, totalitar, nəfəs almağı belə qadağan edilmiş SSRİ-də" hər yerdə, məclisdə anekdotlar danışılardı. Biri də Brejnevə müraciətdə həmişə "əziz Leonid İliç" istifadə edilməsi ilə bağlı idi. Anekdotun məzmunu belə idi: Brejnevə o qədər "əziz Leonid İliç" deyə müraciət olunur ki, bir dəfə Brejnev özü telefona cavab verərkən çaşıb "Əziz Leonid İliç sizi dinləyir" deyir....
Bu anekdotu bu günlərdə xatırlamağa səbəb olan hadisələr baş verir. Fəthullah Gülən öz gücü ilə göndəmdədir. Onun haqda danışanda tərəfdarları, nurçular, gücündən qorxub ona yaltaqlıq edənlər "möhtərəm hocaəfəndi" deyirlər... Fikir verirmisiniz? Möhtərəm. Hocaəfəndi. Bir tərəfdə Leonid İliç Brejnev, zəhmətkeş bir insan, adi traktorçuluqdan başlayaraq, əziyyətlə, əməklə, xalqa xidmət etməklə irəli getmiş, böyük bir ölkənin rəhbəri vəzifəsinə qədər pillə-pillə qalxmış, Böyük Vətən müharibəsində iştirak etmiş, tarixin ən qorxunc müharibəsində nasist işğalçılara qarşı qəhrəmancasına savaşmış, adam kimi adam, ürəyi yuxa bir kommunist, planetin iki qeopolit gücündən birinin başında durmuş dahi bir şəxsiyyət...Ona layiq olduğu halda "əziz Leonid İliç" deyilməsini ələ salan bizlər, nankor insanlar... O biri tərəfdə ömründə alın təri ilə çörək yeməyən, milyardlarla sərmayəyə sərəncam verən, sıradan bir molla, moşennik, vətən xaini, ABŞ-ın qucağında oturub Anadolunun, Yaxın Şərqin, hətta artıq Azərbaycanın taleyinə mənfi, imperialist qüvvələrin marağı çərçivəsində təsir edən yobaz, cahil, hal hazırda on minlərlə atatürkçünün taleyini şikəst edən, on milyonlarla insanın həyatını dolayı yolla şikəst edən aferist... Və ona "möhtərəm hocaefendi" deyirlər... Bizlər, cahil insanlar... Bu cahillik, ədalətsizlik, haqsızlıq planetdə nə vaxt qurtaracaq? Ancaq və ancaq qlobal sosializm/ekososializm qalib gələndə.
Ekososializm yoxsa barbarlıq.

http://www.aif.ru/society/history/1068346
Azadlıq radiosu İnternet sorğu keçirir. Hələ ki, paylaşdığı nəticə belədir:

1. Məmməd Əmin #Rəsulzadə - 63,2%
2. Heydər #Əliyev - 11,7%
3. Əbülfəz #Elçibəy - 9,7%
4. Mircəfər Bağırov - 3,4%
5. Nəriman Nərimanov - 3,3%

Diqqət edin, 1-ci yerdə Məmməd Əmin Bəy gedir. Cəmi 23 ay iqtidarda olublar, İrəvanı və Göyçə mahalını ermənilərə veriblər, Osmanlı hökuməti ilə birləşib Ermənistan dövləti yaradıblar, Zəngəzurun, Naxçıvanın, Qarabağın ermənilərə verilməsinin əsasını qoyublar; Bakı neftini əvvəlcə Osmanlı hökumətinə və Almaniya imperialistlərinə, sonra Britaniya imperialistlərinə veriblər... Bunların 23 aylıq iqtidarında xalq diri gözlü zülm çəkib, ermənilər yüz minlərlə azərbaycanlını doğruyublar... Amma gördüyünüz kimi, Azadlıq radiosu illərdir insanlarımızın beynini elə yuyub, elə doldurub ki, radio dinləyici kütləsinin əksəriyyəti Məmməd Əmin bəyi böyük lider hesab edir. Onun "böyüklüyü" xarici imperialist qüvvələrə xidmət etməsidir - ABŞ Konqresinin maliyyəsi ilə çalışan Azadlıq radiosunun "böyüklük" haqda anlayışı budur. Hə, bir də nasistlərə yaxşı xidmət edib Məmməd Əmin Bəy və arxadaşları.

Heydər Əliyevin 2-ci yerdə getməsi normaldı. Adam 40 il ölkəni idarə edib, yaxşı işlər də görüb, pis işlər də, kapitalizm dövründə gürdüyü işlərin xalqa ancaq zərəri olub. Lakin onu da nəzərə alaq ki, onun yerində məsələn Əbülfəz Əliyev olsaydı xalq daha da çox zərər görəcəkdi.
Əbülfəz Əliyevin 3-cü yerdə getməsi də Azadlıq radiosunun beyinyuma kampaniyasının nəticəsidir. Axı bu adam nə edib ölkə üçün, xalq üçün? Müxalifətdə olduğu dövrdə onun rəhbəri olduğu təşkilat ancaq dağıdıcı işlərlə məşğul olub, iqtidarda olduğu 11 ay müddətində ölkəni uçurumun kənarına qədər gətirdi....

Azadlıq radiosunun və dinləyicilərinin ədalət hissinə baxın ki, Azərbaycanın ən vətənpərvər, vətəni üçün hər şey etmiş, ən ağır şəraitdə hər şey etmiş Nəriman Nərimanov və Mircəfər Bağırov Əbülfəz bəy qədər də səs yığmayıb. Dünya ictimaiyyətini deyə bilmərik, Azərbaycan ictimaiyyəti bu ədalətsizliyə göz yumacaqsa, deməli bu ölkədə yaxşılığa doğru heç nə getməyəcək.
Moskva Dövlət Universitetinin yaradılması zamanı Stalin özünün rəhbərlik etdiyi Siyasi Büronun yığıncağında söyləyirdi: “... Müəllimlər və tələbələr üçün mənzil-məişət şəraiti yaratmaq, yataqxanalar qurmaq lazımdır. Orada nə qədər tələbə yaşayacaq? Altı min? Deməli yataqqxanada altı min otaq olmalıdır. Ailəli tələbələrin xüsusilə qayğısına qalmaq lazımdır.”
Hələ 1991-ci ildə, Sovetlərin süqutundan sonra Yaponiya nümayəndələrinin də iştirak etdiyi sinpoziumda yaponiyalı biznesmen X.Teravamanın “yapon möcüzəsi” haqda daha əvvəl də paylaşdığımız nitqini xatırlayırsız? Həmin nitqdə o söyləmişdi ki, “bizim bütün firmalarımızda stalin dövrünün şüarları asılıb”.
Biz niyə həmin təcrübəni, şüarları tətbiq etməməliyik? Axı dünyanın iqtisadi-texnoloji nailiyətlərinə görə “yapon möcüzəsi” adlandırıb həsəd apardığı yaponların özləri “sovet möcüzəsi” qarşısında həsəd aparırlar. Təsəvvür edin ki, Stalinin təhsil sahəsindəki islahatlarını ölkəmiz yenidən tətbiq edir: dövlət əhalini tamamilə pulsuz ali və orta təhsillə, tələbələri pulsuz yataqxanalarla təmin edir və s. Bu o deməkdir ki, belə bir dövlətdə - ekososialist dövlətdə maddi çətinlik ucbatından ali təhsil almaq imkanı olmadığına görə özünü asan tələbə olmayacaq (xatırlayırsızsa, belə bir hadisə artıq baş vermişdi), kirayə pulunu ödəmək üçün bütün saatını işə sərf edən və təhsildən uzaq düşən tələbə olmayacaq. Sosalist dövlət gəlirlərini birbaşa əhalinin əsas ehtiyaclarının ödənilməsinə yönləndirdiyi halda kapitalist dövlət bu gəlirləri hakim kapitalist-maliyyə elitası üçün toplayıb yığmaqla məşğuldur. Sosialist və Kapitalist dövlət quruluşlarının əsas fərqi budur.
 Fəthullahın adi bir cahil, fırıldaqçı molla olduğunu anlamamaq üçün yəqin ki, ondan da cahil və fırıldaqçı olmalısan.
Güləsən yoxsa ağlayasan? Və bunlar kosmosun dərinliklərində yaşayan Allah adında ərəb tanrısının Yer planetində təmsilçiləridir... Və bunlar özlərinə başqalarına mənəviyyat dərsi keçməyi səlahiyyəti veriblər... Və bu cahil fırıldaqçı azı beş milyon adamı qoyun kimi güdür, yönləndirir, milyardlarla sərmayəyə sərəncam verir...
Bu o Fəthullahdır ki, işlərinin xatirinə (qazanc üçün) hakimləri pulla ələ alıb istənilən haqsız işi görməyi tərəfdarlarına töfsiyyə edir.. Bu o Fəthullahdır ki, Türkiyədə atatürkçülərə, solçulara zülm edib, edir. Bu o Fəthullahdır ki, ABŞ tərəfindən Türkiyədə sola, kommunizmə qarşı mübarizə aparmaq üçün "möhtərəm hocaəfəndiyə" çevrilib.. Bu o Fəthullardır ki, hansının adamları onun-bunun şəxsi həyatını gizli kameraya çəkdirib şantaj etdirib... Bu, Tayyib və tayyibçilərdən heç bir fərqi olmayan Fəthullahdır. Tək fərqləri - dövlətin gücünün əsasən Tayyibgildə olmasıdır. Bu iki islamçı sərmayə qruplarının bir-birinə girməsi əla oldu.... Qəşəng oldu. Şər qüvvələr, kapitalist və imperialist kölələri nə planlayırsa planlasın, xeyri yoxdur - Yaradanın da Öz planları var. Sosialist inqilabı da olacaq, ekososialist inqilabı da...

http://www.youtube.com/watch?v=-r2w4PcTnM4

ÜKP (b) MK-nin katibi yoldaş Malenkovun AzKP(b) MK-nin katibi Bağırova məktubu və Bağırovun bu məktuba cavabı

 Moskvadan  
28.11.1945 

Azərbaycan Kommunist Partiyasının MK-nin katibi yoldaş Bağırova

Ermənistan Kommunist Partiyasının MK-nin katibi yoldaş Arutinov Dağlıq-Qarabağ ərazisinin Ermənistan SSR-nin  tərkibinə birləşdirilməsi haqda təklifi Ümumittifaq Kommunist Partiyasının MK-nin müzakirəsinə çıxarmışdır.
Yoldaş Arutinov məktubda bununla bağlı aşağıdakıları yazır:

“Ermənistan ərazisinə bitişik olan Dağlıq-Qarabağ Muxtar vilayəti 1923-cü ildən Azərbaycan SSR-nin tərkibinə daxildir.Bu vilayətin əhalisi əsasən ermənilərdən ibarətdir. 153 min əhalidən 137 min nəfəri ermənilərdir.Dağlıq Qarabağın kənd təsərrüfatı Ermənistanın dağlıq hissəsinə uyğundur.Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil olması onun daha çox inkişafına səbəb olardı və təsərrüfatın idarəedilməsini yaxşılaşdırardı. Əhaliyə doğma dildə kütləvi-mədəni və siyasi xidmət göstərilməsi Ermənistan respublika orqanları tərəfindən idarəetmə sayəsində güclənərdi.
Dağlıq Qarabağ ərazisinin Ermənistana daxil edilməsi yerli kadrlara ali təhsillərini Ermənistanın ali təhsil müəssisələrində doğma dildə davam etdirmək imkanı verərdi. Digər tərəfdən Ermənistan SSR Dağlıq Qarabağ ərazsindən əlavə kadrlar qəbul edə bilərdi.
Bu səbəbdən və Dağlıq Qarabağ əhalisinin istəyinə görə Sov.Ermənistanın Mərkəzi Komitəsi və Xalq Komissariatı Azərbaycan SSR-nin Dağlıq Qarabağ ərazisinin Ermənistan SSR-nin tərkibinə Qarabağ ərazisi kimi daxil edilməsi barəsində məsələni ÜKP (b) MK-nin və İttifaq Hökumətinin müzakirəsinə daxil etmişdir.
Bu məsələnin müsbət həlli zamanı Sovet Ermənistanının MK və Xalq Komissariatı  sovet hakimiyyətinin qurulmasından qabaq dağıdılmış Qarabağın keçmiş mərkəzi Şuşa şəhərinin bərpa edilməsi təklifi ilə hökumətin yanına gedəcək”.

Ermənistanın KP (b) MK-nin təklifi ilə bağlı fikrinizi bildirin.
ÜKP MK-nin katibi       Malenkov. 


Ümumittifaq Kommunist Partiyasının (b) Mərkəzi Komitəsinin katibi

Yoldaş Malenkova

Ermənistanın Kommunist Partiyası(b) MK-nin katibi yoldaş Arutinovun Dağlıq-Qarabağ Muxtar vilayətinin Ermənistan SSR-nin tərkibinə daxil edilməsilə bağlı təklifi haqda Sizin teleqramınıza cavab olaraq bildirirəm:
Dağlıq-Qarabağ Muxtar Vilayətinin ərazisi qədim dövrlərdən  mərkəzi 1747-ci ildən Qarabağlı Pənah xan tərəfindən qala kimi tikilmiş Pənahabad şəhəri olan Qarabağ xanlığının tərkibinə daxil olmuşdur.
1826-cı ildə Qarabağ Çar Rusiyasına birləşdirilir. Nəticədə hazırki Dağlıq-Qarabağ Muxtar Vilayətinin ərazisi Yelizavetpol quberniyasının  Şuşa, Cavanşir, Karyaqin və Qubadlı qəzalarının tərkibinə daxil olur.
1918-1920-ci illərdə musavatçıların Azərbaycanda və daşnakların Ermənistanda  hakimiyyəti dövründə musavat hökuməti tərəfindən bütün Qarabağ ərazisində mərkəzi Şuşa (keçmiş Pənahabad) şəhərində yerləşən Qarabağ general-qubernatorluğu təşkil olunur.
Musavatçılar və daşnaklar tərəfindən təşkil olunmuş millətlərrası qırğın nəticəsində Şuşa Azərbaycanın və Ermənistanın digər şəhərləri kimi dağıdılmış və xarabalığa çevrilmişdi.
1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra ilk vaxtlar  bütün Qarabağın təsərrüfat-siyasi həyatının idarə edilməsi  vahid Ərazi İnqilab Komitəsi tərəfindən həyata keçirilirdi.
1923-cü ildə Qarabağın əsasən ermənilərin məskunlaşdığı  dağlıq hissəsinin Ermənistan SSR-yə birləşdirilməsi məsələsi meydana çıxdı. Amma bu ərazinin Ermənistan SSR ilə ümumi sərhədləri olmadığından və ondan əsasən azərbaycanlıların məskunlaşdığı  Qubadlı, Laçın,Kəlbəcər və Dostafur rayonları ilə ayrıldığından partiya orqanlarının göstərişləri əsasında, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin  7 iyul 1923-cü il dekreti ilə  mərkəzi Xankəndi ərazisində, hazırki Stepanakert şəhəri olan Dağlıq-Qarabağ Muxtar Vilayəti yaradıldı.
Beləliklə, Dağlıq-Qarabağ Muxtar Vilayəti ərazi baxımından heç vaxt Ermənistan SSR-yə birləşməyib və birləşmir.
Azərbaycanda sovet hakimiyyəti ərzində Dağlıq Qarabağda ərazinin təsərrüfat-siyasi və mədəni inkişafında böyük işlər görülmüşdür. Buna parlaq nümunələrdən biri atılmış və dağıdılmış kənddən gözəl,  abad və mədəni şəhərlərdən, təkcə Azərbaycanın deyil,  birinə çevrilmiş  DQMV-nin mərkəzi – Stepanakert şəhəridir.
Azərbaycan SSR-nin bütün ali təhsil müəssisələrinin və texnikumlarının 20,5%-ni ermənilər təşkil edir, hansı ki, onların əksəriyyəti Dağlıq Qarabağ Muxtar vilayətindəndirlər.
Respublikanın rəhbər partiya, şura, təsərrüfat kadrlarının içərisində də Dağlıq Qarabağdan olan yoldaşlar çoxdur; MK-nin və Azərbaycan Kommunist Partiyasının katibinin müavinləri, xalq komissarları, xalq komissarlarının müavinləri və digərləri.
Bununla belə, biz Dağlıq Qarabağ Muxar Vilayətinin Ermənistan SSR-nin tərkibinə daxil edilməsinə etiraz etmirik, amma Dağlıq-Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan, amma indi də əsasən azərbaycanlıların məskunlaşdığı Şuşa rayonunun Ermənistan SSR-yə verilməsinə razı deyilik.
Şuşa şəhəri esası qoyulandan bəri təkcə Qarabağın administrativ-siyasi və mədəni mərkəzi olmamışdır, həm də Azərbaycan xalqının öz azadlığı uğrunda fars işğalçılarına qarşı mübarizədə xüsusi rol oynamışdır.  Şuşada azərbaycanlılar tərəfindən qaniçən istilaçılardan biri, zaqafqaziya xalqlarının cəlladı fars çarı Ağa Məhəmməd Şah-Qacar öldürülmüşdür.
Azərbaycan xalqının zəngin musiqi mədəniyyəti bu şəhərdə  formalaşmışdır, və nəhəng siyasi və mədəni xadimlərin adı- İbrahim-xanın, Vaqifin, Natavanın və digərlərinin - onunla bağlıdır.
Eyni zamanda DQMV-nin Ermənistan SSR-nin tərkibinə daxil edilməsi məsələsinin müzakirəsi zamanı Ermənistan SSR-nin Azərbaycan respublikasına bitişik olan və əsasən azərbaycanlıların məskunlaşdığı Əzizbəyov, Vedin və Qarabağlar rayonlarının Azərbaycan SSR-nin tərkibinə daxil edilməsi məsələsinə də baxılmasını ÜKP(b) MK-nin nəzərinə çatdırmağı vacib bilirik.
Bu rayonların olduqca mədəni və iqtisadi geriliyini nəzərə alsaq, onların Azərbaycana verilməsi əhalinin maddi-məişət şəraitinin və mədəni-siyasi xidmətini yaxşılaşdırılmasına imkan verəcək.


Yuxarıda qeyd edilənlərdən əlavə, ÜKP (b) MK-ni növbəti məsələləri müzakirəyə çıxarmasını istəyirik:
Gürcüstandan olan yoldaşlar Azərbaycan SSR-nin  Balakən, Zaqatala və Qax rayonlarının Gürcüstan SSR-nin tərkibinə daxil edilməsi məsələsini irəli sürüblər.
Ümumi əhalisinin sayı 79 000 nəfər olan qeyd edilmiş  rayonlarda 9000 gürcü-yengiloy yaşamasına baxmayaraq, biz bu məsələyə baxılmasına qarşı deyilik,  bundan ötrü  ki, eyni zamanda əhalisi əsasən azərbaycanlılardan ibarət olan və Azərbaycan SSR-yə bitişik olan Gürcüstan SSR-nin Borçalı rayonun Azərbaycan SSR-yə daxil edilməsi məsələsinə də baxılsın.
Və nəhayət , biz əvvəllər Azərbaycanın bir hissəsi olmuş və Bakı quberniyasının tərkibinə daxil olmuş, Dağıstan SSR-nin Azərbaycan SSR-ə bitişik olan Dərbənd və Qasımkənd rayonlarının Azərbaycan SSR-nin tərkibinə daxil edilməsi məsələsinə baxılmasını rica edirik. Bu rayonların əhalisi əsasən azərbaycanlılardan ibarətdir, həm də onun heyvandarlıqla məşğul olan əhalisinin yarısı ilin 9 ayını Azərbaycan ərazisində keçirir.
Qaldırılmış bütün məsələlər üzrə təkliflərin hazırlanması üçün ÜKP(b) MK-nin hər bir maraqlı respublikdan nümayəndələrin daxil edilməsi ilə komissiya yaratmasını məqsədəuyğun hesab edərdik.

Azərbaycan KP (b) MK-nin katibi                                                                   (M.D.Bağırov)
10 dekabr 1945-ci il

Bakı şəh.








Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur

16 дек. 2013 г.

Mövcud sistemi – rasizmi, işsizliyi, hüquqsuzluğu, bərabərsizliyi , həyat tərzi kimi reklam olunan mənəviyyatsızlığı qəbul etməyən və daim onunla mübarizə aparan tanınmış musiqiçi, şair və aktyor Din Ridin ABŞ prezidentinə yazdığı məktub.

  Din Rid ABŞ səfirliyi qarşısında simvolik olaraq amerika bayrağını yuyur. Santyaqo (Çili),
                                                               1 sentyabr 1970-ci il.

ABŞ PREZİDENTİNƏ

VAŞİNQTON

Əziz prezident Karter, “Siz əmin ola bilərsiz ki, amerika xalqı və bizim hökumət insan hüquqlarının müdafiəsi üzrə öz öhdəliklərini əminliklə yerinə yetirməyə davam edəcək”.
Bu sitat nə vaxtsa siz tərəfindən yazılmış açıq məktubdan götürülmüşdür. Bundan istifadə edib mən də Sizə açıq məktub yazıram.

Birləşmiş Ştatların Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi Endryu Yanq bu yaxınlarda söyləmişdi: “ Birləşmiş Ştatlarda yüzlərlə, bəlkə  də, minlərlə siyasi məhbus var, və onlar ona görə həbsxanadadırlar ki, günahkardırlar, ona görə ki,  yoxsuldurlar. Bizim sistem ağıllı, aktiv, yoxsul insanları həbsə atır və ağıllı, aktiv, varlı insanları mükafatlandırır”.

Baxın görün bizim ölkədə nələr baş verir, cənab prezident!

1978-ci ilin 8 sentyabr tarixli “Seven days” jurnalı yazırdı: “Amerika adam başına düşən məhbus sayına görə bütün qərb dövlətlərindən öndədir. Hazırda ABŞ həbsxanalarında təxminən 600 000-dən çox insan var”.

Baxın görün bizim ölkədə nələr baş verir, cənab prezident!

70-ci illərin əvvəlində keşiş Ben Çeyvis və 9 nəfər digər amerikalı Şimali Korolinada ümumilikdə 282 il həbs cəzasına məhkum edilmişdi. Onların cinayəti: onlar öz həyatlarını və bacarıqlarını Amerikada insan hüquqları uğrunda mübarizəyə həsr ediblər. “Uilminqton onluğundan” bəziləri  dünya ictimaiyyətinin fikrinin məhkəmə ədalətsizliyinə qarşı geniş etirazları sayəsində hazırda azadlıqdadırlar. Amma Çeyvis hələ də həbsxanadadır – və 34 il azadlığı gözləməlidir.

Baxın görün bizim ölkədə nələr baş verir, cənab prezident!

Böyük ironiya bundan ibarətdir ki, Amerikada insan hüquqları uğrunda mübarizə aparan insanlar həbsxanaya birinci düşürlər, onlara işgəncə verirlər və hətta öldürürlər. Amma ən böyük ironiya və ikiüzlülük bundadır ki, Siz, Birləşmiş Ştatların prezidenti kimi “insan hüquqları” uğrunda dünya miqyasında kampaniyaya başlamısız, amma burada, bizim ölkəmizdə, Amerika Birləşmiş Ştatlarında bu hüquqların biabırçı şəkildə  pozulmasını dayandırmaq üçün heç nə etmirsiz.
Baxın görün bizim ölkədə nələr baş verir, cənab prezident... və Ben Çeyvisi və Birləşmiş Ştatların digər siyasi məhbuslarını azad edin.

Səmimi qəlbdən,
Din Rid.

Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur

15 дек. 2013 г.

Din Rid. Amerikalının A.Soljenicsinə açıq məktubu

Mən bir amerika aktyoru kimi sizin bütün dünyada kapitalist mətbuatı tərəfindən nəşr olunan bəzi ittihamlarınıza cavab verməliyəm. Mənim fikrimcə, onlar yalançı ittihamlardır və dünya xalqları onların niyə yalançı olmasını bilməlidirlər.
Siz Sovet İttifaqını “ nifrətlə və ədalətsizliklə yoluxmuş olduqca xəstə cəmiyyət” kimi damğalamısız. Siz deyirsiz ki, Sovet hökuməti “düşmənlərsiz yaşaya bilməzdi və bütün atmosfer nifrətlə, hətta irqi nifrət qarşısında belə dayanmayan nifrətlə dolub”. Siz yəqin ki, mənim ölkəm haqda danışırsız, öz ölkəniz haqda deyil! Axı öz iqtisadiyyatına hərəkət etmək, diktatorlarımıza, hərbi-sənaye komplekslərimizə Vyetnam xalqının, bizim öz əsgərlərimizin və dünyanın bütün azadlıq sevər xalqlarının  qanı bahasına  daha çox zənginlik və hakimiyət əldə etmək imkanı vermək üçün müharibə aparan və mümkün müharibələrlə gərgin vəziyyət yaradan məhz Amerikadır, Sovet İttifaqı deyil! Xəstə cəmiyyət mənim vətənimdədir, sizin vətəninizdə yox, cənab Soljenicsin!

Bəşəriyyət tarixinin indiyə kimi tanıdığı ən zorakı cəmiyyətə çevrilən məhz Amerikadır, Sovet İttifaqı deyil.  Nəhəng korporasiyalardan çox mafiyanın ən çox iqtisadi hakimiyyətə sahib olduğu  Amerikada, və harada ki, vətəndaşlarımız cinayətkar  hücumlara  məruz qalmaq qorxusundan  gecələr küçədə gəzə bilmirlər. Axı məhz Birləşmiş Ştatlarda, Sovet İttifaqında deyil, öz vətəndaşlarımız 1900-ci ildən bəri birinci və ikinci dünya müharibələrindəki, həmçinin Koreyada və Vyetnamdakı döyüşlərdə ölən amerika əsgərlərindən daha çox insan öldürüblər! Bizim bəzi ədalətsizliklərimizə qarşı səs qaldırmağa özündə cəsarət tapan istənilən şəxsi və hər bir proqressiv lideri öldürməyi rahat hesab edən məhz bizim cəmiyyətdir. Xəstə cəmiyyət budur, cənab Soljenitcsin!
Sonra siz irqi nifrət haqqında danışırsız! İki yüzillik zaman boyunca yarımqul vəziyyətində saxlanılan neqrlərin ölümü hələ də Amerikada cəzasız qalır, Sovet İttifaqında deyil. Amerikada, Sovet İttifaqında deyil, polis araşdırmadan öz hüquqlarının müdafiəsinə qalxan istənilən və hər bir neqri döyür və həbs edir.

Sonra da deyirsiz ki, “söz azadlığı, sözün həqiqi və tam azadlığı – istənilən sağlam cəmiyyətin, həmçinin də bizim, ilkin şərti budur”. Bu fikirləri əzab çəkən, öz varlığı uğrunda mübarizə aparmalı olan və öz iradəsinin əksinə olaraq, yalnız ABŞ-ın hərbi yardımı sayəsində hakimiyyətə qalan diktator rejimlərin zülmü  altında yaşayan xalqların arasında yaymağa çalışın.
 Öz fikirləriniz haqda  o insanlara danışın ki, “sağlamlığı” yalnız bundan ibarətdir ki, həkimə vermək üçün pulu olmadığından  uşaqlarının yarısı doğum zamanı ölür və tibbi xidmətin olmaması üzündən bütün ömür boyu əzab çəkir. Bu haqda kapitalizm dünyasının insanlarına danışın, hansıların ki, “sağlamlığı” yalnız bundan ibarətdir ki, onlar bütün ömürlərini işsizlik qarşısında daimi qorxu ilə keçirirlər. Amerika neqrlərinə söyləyin, iki yüz illik  “amerikasayağı söz-azadlığı”ından sonra hələ də ABŞ-ın əksər rayonlarında neqri öldürməyin ayı ovu kimi bir şey olduğunu düşündükləri halda “sağlamlıq” və “ söz azadlığı” onların ağlarla bərabərlik uğrunda ədalətli mübarizəsində onlara nə qədər kömək edib!

Kapitalizm dünyasının zəhmətkeşlərinə “söz azadlığı sağlamlığın ilkin şərti kimi” xüsusunda ideyalarınızı söyləyin, əgər pul azlığına görə onların oğlanları və qızları məktəbdə öz zehni bacarıqlarını inkişaf etdirə bilmirlərsə, buna görə də heç vaxt oxumağı öyrənə bilməyəcəklər!  Yer kürəsinin əhalisinin böyük əksəriyyəti hələ də sözü üzündən oxumaq imkanı haqda danışdığı halda siz  söz azadlığından danışırsız!
Xeyr, cənab Soljenicsin, sizin söz azadlığı sağlamlığın ilkin şərti haqda tərifiniz doğru deyil. İlkin şərt vətəndaşlarının oxuya, yaza, işləyə və birlikdə sülh şəraitində yaşaya bilməsi üçün ölkəni əxlaqı, zehni, mənəvi və fiziki cəhətdən kifayət qədər sağlam etməkdən ibarətdir.

Xeyr, cənab Soljenicsin, mən sizin cəmiyyətin sağlamlığı haqda ilkin şərtinizi və xüsusilə sizin təyin etdiyiniz kimi və sizin kontekstdə qəbul etmirəm. Mənim özünün “söz azadlığı” ilə taninan ölkəm, - polisin dinc yürüş iştirakçılarına hücum etdiyi ölkədir. Mənim ölkəmdə dinc yürüşlərə icazə verilir, və eyni zamanda da davam edən müharibə vyetnam xalqının həyatına ölümcül təsir edir, çünki, nümayişlər, əlbəttə ki, hökumətin siyasətini zərrə qədər də olsa dəyişmir. Yəni həqiqətən düşünürsüz ki, mənim ölkəmi və dünyanın yarısını idarə edən hərbi-sənaye kompleksi “söz azadlığı”na can yandırır?!  Onun rəhbərləri başa düşürlər ki, onlar və yalnız onlar qərar qəbul etmək hökmünə sahibdirlər. Həqiqətən də, söz azadlığı sözdədir, əməldə deyil!
Siz həmçinin bəyan edirsiz ki, Sovet İttifaqı XX əsrlə ayaqlaşa bilmir. Əgər bu doğrudursa, yalnız ona görə ki, Sovet İttifaqı həmişə XX əsrdən yarım addım öndə gedir! Siz doğrudanmı öz xalqınıza bütün proqressiv xalqların başçısı və avanqardı rolundan imtina etməyi və Yer kürəsinin digər hissəsində, az qala feodal şəraitli  bir çox dövlətlərin ədalətsizliklə dolu atmosferində mövcud olan qeyri-insani və ağır şəraitə qayıtmağı təklif edirsiz?
Cənab Soljenicsin, məqalədə daha sonra deyilir ki, siz – “Sovet İttifaqının çox əziyyətlər çəkmiş  yazıçısısız”. Görünür, bu o deməkdir ki, siz əxlaqi və ictimai prinsiplərin  yoxluğundan əziyyət çəkirsiz və siz sakit gecə saatlarında özünüzlə tək qalan zaman vicdanınız sizə əzab verir.

Doğrudur ki, Sovet İttifaqının öz ədalətsizlikləri və çatışmazlıqları var, amma axı dünyada hər şey nisbidir. Sizin cəmiyyət prinsipdə və əməldə həqiqi sağlam və ədalətli cəmiyyətin yaranmasına can atır. Bizim cəmiyyətin qurulduğu prinsiplər qəddar, tamahkar və ədalətsiz olduğu halda, sizin cəmiyyətin qurulduğu prinsiplər – sağlamdırlar, təmiz və ədalətlidirlər. Görünür, həyatda səhvlər və bəzi ədalətsizliklər ola bilər, amma şübhəsizdir ki, ədalətli əsaslar üzərində qurulmuş cəmiyyət ədalətli cəmiyyətə çevrilmək üçün daha çox perspektivlərə malikdir, nəinki ədalətsizlik və insanın insan tərəfindən istismarı üzərində qurulan cəmiyyət. Mənim ölkəmin cəmiyyəti və hakimiyəti zamandan geridə qalıblar, çünki onların yeganə məqsədi bütan dünyada status-kvo saxlamağa çalışmaqdır. Məhz sizin ölkə insanlıq uğrunda proqressiv addımlar atmağa çalışır, və əgər o hər hansı bir şeydə mükəmməl deyilsə və bəzən  büdrəyirsə, biz bu çatışmazlıqlara görə bütün sistemi ittiham etməməliyik, onu cəsarətinə və yeni yollar açmaq cəhdlərinə görə alqışlamalıyıq.

Səmimi qəlbdən sizin, Din Rid

Огонек № 5 (2274), 1971-ci il.

Литературная газета № 5, 1971-
ci il.


Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur



                                                                                               

14 дек. 2013 г.

İz hara aparırdı

1. Tuxaçevski

Hələ Aleksandrovski hərbi məktəbini bitirərkən gənc Tuxaçevski deyirdi: “Otuz yaşımda ya general olacam, ya da özümü öldürəcəm!”. O, çar ordusunun zabiti ikən birinci dünya müharibəsində iştirak etmişdi. 1915-ci ildə almanlara əsir düşmüşdü. Tuxaçevski ilə birlikdə əsirlikdə olan fransız zabiti leytenant Fervak sonralar onu olduqca şöhrətpərəst və heç nəyin qarşısında dayana bilməyən insan İnifrət edirəm ki, o Rusiyanı xaç suyuna saldı və onu qərb sivilizasiyasına təhvil verdi, - Tuxaçevski deyirdi. – Bizim kobud bütpərəstliyimizi, barbarlığımızı olduğu kimi saxlamaq lazım idi. Amma onların hər ikisi geri dönəcəklər. Mən buna əminəm!”  Rusiyada inqilabın mümkünlüyünə gəldikdə isə Tuxaçevski deyirdi: “Çoxları onu istəyir. Biz ayağa qalxmaq üçün çox  ağırıq, amma təbiətcə dağıdıcıyıq. Əgər inqilab alovlansa, bir tanrı bilir, o nələrə aparıb çıxaracaq. Hesab edirəm ki, konstitusiya Rusiyanın sonu demək olacaq. Bizə despot lazımdır!”

Tuxaçevskiy alman əsirliyindən qaçır və Oktyabr inqilabı ərəfəsində Rusiyaya dönür. O bolşeviklərlə mübarizə üçün ağ qvardiyaçı qoşunlar təşkil edən çar ordusunun keçmiş zabitlərinə qoşulur. Və birdən cəbhəni dəyişir. Tuxaçevski yoldaşlarından birinə, kapitan Dmitriy Qolumbekə gizli olaraq ağlarla əlaqəsini kəsməyə qərar verməsi haqda danışır. “Mən ondan nə etmək fikrində olduğunu soruşdum”, - Qolum-bəy sonralar danışırdı. O cavab vermişdi: “Açıq desəm, məm bolşeviklər tərəfə keçirəm. Ağ ordu heç nə etmək bacarığında deyil. Bizim başçımız yoxdur”. Bir neçə dəqiqə o otaqda gəzdi, sonra dayandı və qışqırdı: “İstəmirsənsə, mənim kimi etmə, amma düşünürəm ki, doğru hərəkət edirəm, artıq Rusiya tamamilə başqa cür olacaq!”.

1918-ci ildə Tuxaçevski bolşevik partiyasına daxil olur. O tezliklə Trotskini əhatə edən hərbi avantyuristlər arasında özünə yer tapır, amma onun siyasi intriqalarında iştirak etməkdən yayınır. Təhsilli və təcrübəli hərbiçi tez bir zamanda o zamanlar hələ möhkəmlənməmiş Qızıl orduda özünə karyera qurur. O vranqel cəbhəsində 1-ci və 5-ci ordulara başçılıq edirdi, Denikin üzərinə uğurlu hücumda iştirak etmişdi və Trotski ilə birlikdə hücuma keçən polyaklara qarşı əkshücuma o qədər də uğurlu rəhbərlik etmirdi. 1922-ci ildə Hərbi Akademiyanın rəisi elan edilmişdi. Qızıl ordunun digər ali komandirləri ilə birlikdə Rappal sazişindən sonra Veymar alman respublikası ilə hərbi danışıqlarda iştirak etmişdi.
Sonralar Tuxaçevski köhnə partizanların – Voroşilovun və Buddenovun – rəhbərliyi altında olmağı özlərinə haqsızlıq sayan Qızıl ordunun ştabında xidmət edən keçmiş çar zabitlərinin azsaylı hərbiçi kardları qrupuna başçılıq etdi. Tuxaçevskinin qrupuna alman hərbçiliyi qarşısında qul kimi baş əyən ali rəhbərliyin nümayəndələri – Yakir, Kork, Uboreviç və Feldman daxil idilər. Tuxaçevski daha çox Berlində, Londonda və Tokioda hərbi ataşe vəzifəsini tutan trotskiçi V.K.Putnoy və şəxsən reyx generalları Sekta və Qammerşteynin dostu Qızıl Ordunun siyasi idarəsinin rəisi Yan Qamarnik ilə yaxın idi.
Tuxaçevski sonra Putnoy və Qamarnik ilə birlikdə Qızıl Ordunun tərkibində kiçik, amma sözükeçən almanpərəst ordu təşkil edir. Tuxaçevski və onun əlbirləri Trotskinin reyxsver ilə sövdələşməsi haqda xəbərdar idilər, amma bu sövdələşməni “siyasi” razılaşma hesab edirdilər. Onların fikrincə, bu sövdələşməni Tuxaçevskinin qrupu və alman ali komandanlığı arasındakı ittifaqla “bərabərləşdirmək” lazım idi. Hakimiyyətin Hitler tərəfindən ələ keçirilməsi Tuxaçevski və alman hərbi qoşun başçıları arasındakı gizli razılaşmaya heç bir təsir etmədi. Hitler də Trotski kimi “siyasətçi” idi. Hərbiçilərin isə öz planları vardı...
Trotski sağ-trotskiçi blokun yarandığı ilk gündən Tuxaçevskini yalnız həlledici strateji məqamda oynanılacaq əsas kozır sayırdı. O əsasən Krestinski və Putnoy vasitəsilə Tuxaçevski ilə əlaqə saxlayırdı. Sonralar Buxarin hərbi qrupla əlaqə saxlamaq üçün Tomskini özünün şəxsi “əlaqə zabiti” etdi. Trotski kimi Buxarın də gözəl bilirdi ki, Tuxaçevski “siyasətçilərə” və “ideoloqlara” nifrət edir, və onun şöhrətpərəst fikirlərindən ehtiyat edirdilər. Hərbi qrupu işə salmaq imkanlarını Tomski ilə müzakirə edərək, Buxarin onun məhkəmədə verdiyi ifadələrə uyğun olaraq, deyirdi:
-Bir halda ki, söhbət hərbi çevrilişdən gedir onda hadisələrin qanunauyğunluğundan asılı olaraq məhz  hərbi sui-qəsdçi qrupların əhəmiyyəti xüsusilə böyük olacaq... və buradan da özünəməxsus bonapartçı təhlükə meydana çıxa bilər, bonapartçılar isə, mən xüsusilə Tuxaçevskini nəzərdə tuturam, ilk növbədə öz mütəffiqləri, napoleon qaydası ilə onlara ilham verənlərlə hesablaşacaqlar. Mən həmişə söhbətlərimdə Tuxaçevskini “potensial Napolencuq” adlandırırdım, Napoleonun isə öz ideoloqlarına necə divan tutması məlumdur.

Sonra Buxarin Tomskidən “çevrilişin mexanikasını necə düşündüyünü” soruşur.

 – Bu hərbi təşkilatın işidir, - Tomski cavab verir və əlavə edir ki, nasistlər Sovet İttifaqına hücum edərkən hərbi qrup “almanlara cəbhə açmağı”, yəni onlar qarşısında təslim olmağı güman edir. Bu plan Tuxaçevski,Putnoy,Qamarnik və almanlar tərəfindən təfsilatı ilə hazırlanıb və bəyənilib.
Buxarin buna cavab vermişdi ki,  yeri gəlmişkən onu narahat edən “bonapart təhlükəsindən” də qurtulmaq mümkün olacaq.

Tomski başa düşmür. Onda Buxarin ona izah edir: Tuxaçevski hərbi diktatura qurmağa çalışacaq; ola bilsin ki, o hətta çevrilişin siyasi rəhbərlərini qapazaltı edərək kütlələrin dəstəyini əldə etməyə çalışacaq. Amma hakimiyyətdə qalmaqla siyasətçilər Tuxaçevskini elə onun öz silahı ilə vura bilərdilər. “Bu halda cəbhədəki təslim olmaqda təqsirli bilinənləri məhkəməyə vermək məqsədəuyğundur. Bu bizə patriotizm şüarları ilə oynamaqla kütlələri öz tərəfimizə çəkmək imkanı verəcək..” – Buxarin söylədi.

1936-cı ilin əvvəlində Tuxaçevski sovet hərbi nümayəndəsi kimi Londona kral V Georqun dəfn mərasiminə gedir. O getməmişdən bir az əvvəl arzuladığı Sovet İttifaqı marşalı adını alır. O əmin idi ki, sovet quruluşunun süqut edəcəyi və “yeni” Rusiyanın Almaniya və Yaponiya ilə birlikdə dünya ağalığı uğrunda döyüşə atılacağı saat yaxındadır.
Londona gedərkən Tuxaçevski yolüstü bir müddətlik Varşavada və Berlində dayanır, harada ki polşalı “polkovniklərlə” və alman generalları ilə söhbət edir. O uğura o qədər əmin idi ki, alman militaristləri qarşısında pərəstiş etdiyini gizlətmirdi.
Tuxaçevski onun Londondan qayıdışından sonra Parisdə, sovet səfirliyindəki rəsmi naharda qərbin demokratik derjavaları ilə birgə kollektiv təhlükəsizliyə nail olmağa çalışaraq Sovet hökumətinə qarşı açıq-aşkar hücumları ilə avropalı diplomatları heyrətləndirmişdi. Rumıniya xarici işlər naziri Nikolay Titulev ilə masa arxasında yanaşı oturarkən o deyirdi:

-Cənab nazir, siz nahaq yerə öz karyeranızı və ölkənizin taleyini Böyük Britaniya və Fransa kimi köhnə, sonu çatmış ölkələrin taleyi ilə bağlayırsız. Biz yeni Almaniyaya doğru yönəlməliyik. Avropa qitəsində hegemonluq Almaniyaya aid olacaq, heç olmazsa müəyyən müddətdən sonra. Əminəm ki, Hitler bizim hər birimiz üçün qurtuluş deməkdir.

Tuxaçevskinin sözləri sovet səfirliyindəki banketdə iştirak edən rumıniyalı diplomat, Parisdəki Rumıniya səfirliyində mətbəə şöbəsinin müdiri E.Şakanan Essez tərəfindən yazılmışdı. Qonaqların içərisində olmuş tanınmış fransalı jurnalist Jenevyeva Tabui sonralar özünün “Məni Kassandra çağırırlar” adlı kitabında yazırdı:

Sonuncu dəfə Tuxaçevskini kral V Georqun dəfn mərasimindən sonrakı gün görmüşdüm. Rus marşalı Sovet səfirliyindəki naharda Politis, Titulesku, Errio və Bonkurla çox söhbət edirdi... O yenicə Almaniyada səfərdə olmuşdu və nasistlərə atəşli təriflər yağdırırdı. Məndən sağda əyləşərək və böyük derjavalar və Hitler arasındakı mücərrəd pakt haqda danışarkən o dayanmadan təkrar edirdi: - Onlar artıq məğlubedilməzdirlər, madam Tabui!

Niyə o belə əminliklə danışırdı? Ona görə deyilmi ki, köhnə rus məktəbinin bu nümayəndəsi ilə asanlıqla razılığa gələn alman diplomatlarının səmimi qəbulu onun ağlını başından almışdı? İstənilən halda həmin gecə onun açıq entuziazmından narahat olan təkcə mən deyildim. Qonaqlardan biri, böyük diplomat biz səfirliyi tərk edərkən mənim qulağıma pıçıldadı: “Ümid edirəm ki, rusların hamısı belə düşünmür”.

1936-cı ilin avqustunda trotskiçi-zinovyev terrorist blokunun prosesdə ifşası və onun arxasınca Pyatakov və Radekin həbsi Tuxaçevskini çox narahat edirdi. O Krestinski ilə görüşür və ona deyir ki, çevrilişçilərin planını köklü şəkildə dəyişmək lazımdır. İlkin olaraq güman edilirdi ki,  Sovet İttifaqı xaricdən hücuma məruz qalmadan hərbi qrup işə başlamayacaq. Amma beynəlxalq üfiqdə hər dəfə nəsə yeni bir şey, məsələn, frank-sovet paktı və ya Madridin gözlənilməz güclü müdafiəsi, meydana çıxırdı və bütün bunlar da xaricdən gözlənilən hücumu təxirə salırdı. Buna görə də Tuxaçevski söylədi ki, sui-qəsdçilər işi tezləşdirməli və çevrilişi planda nəzərdə tutlduğundan tez etməlidirlər. Almanlar dərhal Rusiyadakı mütəffiqlərinə köməyə gələcəklər.

Krestinski cavab verir ki, dərhal bu fikirləri Trotskiyə çatdıracaq və ona izah edəcək ki, tez hərəkət etmək lazımdır.

Oktyabrda Krestinski Trotskiyə aşağıdakı tərkibdə  “şifahi informasiya” göndərir:

“Biz hesab edirik ki, kifayət qədər çox trotskiçi həbs edilib, amma buna baxmayaraq əsas qüvvələr.. hələ sağdırlar.. Nümayiş baş tuta bilər.. bunun üçün mərkəz xarici nümayişlər gücləndirməlidirlər”.

Krestinski “xarici nümayişlər” adı altında nasistlərin Sovet İttifaqına hücumunu nəzərdə tuturdu...
Bundan dərhal sonra, noyabrda, Sovetlərin Fövqəladə 8-ci Qurultayında Tuxaçevski Krestinskini görüb onu kənara çəkir. “Müvəffəqiyyətsizliklər başlayır, - Tuxaçevski həyəcanla deyir, - və işin həyata keçirilmiş həbslərlə yekunlaşacağını düşünməyə heç bir əsas yoxdur”. Və həqiqətən də trotskist rabitəçi Putna artıq həbs edilmişdi.Hökumət şübhəsiz geniş sui-qəsdin varlığından şübhələnirdi və həlledici tədbirlər qəbul etməyə hazırlaşırdı. Pyatakova və digərlərinə qarşı ittiham irəli sürmək üçün hökumətin ixtiyarında kifayət qədər məlumat vardı. Putnanın həbsi və Yaqodun daxili işlər üzrə xalq komissarı vəzifəsindən azad edilməsi o demək idi ki, istintaq orqanları məsələnin kökünə çatırlar. Və izin hara aparıb çıxaracağını qabaqcadan bilmək çətin idi. Hər şey ipdən asılı idi.

Tuxaçevski tez bir zamanda nümayişə başlamağın tərəfdarı idi. Blok yubanmadan qərar qəbul eməli və bütün qüvvələrini hərbi çevrilişin dəstəyi üçün hazırlamalı idi.
Krestinski məsələni Rozenqolcsla müzakirə edir. Hər iki trotskist-alman agenti belə qərara gəlir ki, Tuxaçevski haqlıdır. Trotskiyə daha bir məktub göndərilir. Məktubda Tuxaçevskinin müharibəni gözləmədən başlamaq fikri haqda məlumatdan başqa Krestinski siyasi strategiyanın bəzi başqa məsələlərinə də toxunur. O yazır:

... Belə çıxış zamanı çevrilişin həqiqi məqsədlərini gizlətməli, əhaliyə, orduya və xarici dövlətlərə müraciət etməli olacaq... Birincisi, əhaliyə müraciətlərimizdə bizim nümayişimizin mövcud sosializm quruluşunun devrilməsinə yönəldiyini söyləməmək doğru olardı... biz.. sovet inqilabçıları cildində çıxış edəcik: pis sovet hökumətini devirəcik və yaxşı sovet hökuməti quracıq... Biz belə söyləmək fikrindəydik, amma özlüyümüzdə başqa cür fikirləşirdik.

Krestinski dekabrın sonunda cavab aldı. Trotski tamamilə Krestinski ilə razılaşırdı.
Pyatakovun həbsindən sonra o özü də belə nəticəyə gəldi ki, hərbi qrupu növbəti təxirə salınmalar olmadan işə salmaq lazımdır. Krestinskinin məktubu hələ yolda idi, Trotski isə artıq təcili hərbi nümayiş haqda Rozenqolcsa yazırdı...

“bu cavabın alınmasından sonra, - sonralar Krestinski göstərirdi, - daha nümayişin bilavasitə hazırlığına başlanıldı. Tuxaçevskinin əl-qolu açılmışdı, ona kartblanş verilmişdi – bu işə bilavasitə başlamaq”.

2. Trotskist paralel mərkəzin prosesi

Sovet hökuməti də hərəkətə keçməyə hazırlaşırdı. Zinovyevin və Kamenevin prosesdə ifşa edilməsi şübhəsiz olaraq sübut etdi ki, çevriliş gizli “sol” oppozisiya çərçivəsindən çıxır. Çevrilişin əsl mərkəzləri Rusiyada yerləşmirdi; bu mərkəzlər Belində və Tokioda idi. İstintaqın gedişi zamanı rus “beşinci kolonnası” ilə əsas derjavaları birləşdirən bağlar sovet hökumətinə daha da aydın olurdu.
1937-ci il 23 yanvar tarixində Pyatakov, Radek, Sokolnikov, Şestov, Muralov və onların on iki tərəfdarları, həmçinin də alman və yapon kəşfiyyatının agentləri SSRİ Ali Məhkəməsinin Hərbi Kollogiyası qarşısında durdular.
Məhkəməyə qədər bir neçə ay ərzində trotskiçi mərkəzin rəhbər xadimləri onlara qarşı irəli sürülmüş ittihamları inadla inkar edirdilər. Amma onlara qarşı sübutlar şəksiz və çox  idilər. Onlar bir-birinin ardınca etiraf etməyə məcbur oldular ki, ziyankarlığa və terrora başçılıq ediblər, və Trotskinin göstərişlərinə əsasən alman və yapon hökuməti ilə əlaqə saxlayıblar. Amma nə istintaqda, nə də məhkəmədə onlar bütün hər şeyi açıb demədilər. Onlar hərbi qrupun varlığı haqda bir kəlmə belə demədilər; Krestinskinin və ya Rozanqolcsun adını çəkmədilər; həmin vaxt hakimiyyəti ələ keçirməyə hazırlaşan, çevrilişçilərin ən sonuncu və nüfuzlu “təbəqəsi” olan sağ-trotskiçi blokun mövcudluğunu heç nə ilə biruzə vermədilər.
Xarici işlər üzrə xalq komissarının keçmiş müavini Sokolnikov ilkin istintaq zamanı sui-qəsdin siyasi tərəflərini açmışdı – Qesslə SSRİ-nin parçalanmasını güman edən sazişi, sovet hökumətinin dağılmasından sonra faşist diktaturasının qurulması planını. Sokolnikov məhkəmədə ifadə vermişdi:

“ Biz hesab edirdik ki, faşizm ən təşkilatlanmış kapitalizmdir, o qalib gəlir, Avropanı zəbt edir, bizi boğur. Ona görə ən yaxşısı onunla razılığa gəlməkdir... Bütün bunlar belə bir mülahizə ilə möhkəmlənirdi ki, hər şeyi itirməkdənsə, ən yaxşısı məlum, hətta ən ağır qurbanlara getməkdir.. Biz siyasətçilər kimi düşünürdük.. Hesab edirdik ki, əlimizdə bəzi şanslarımız qalacaq”.

Pyatkov etiraf etdi ki, o trotskist mərkəzin lideri olub. Ali Xalq Təsərrüfatı Sovetinin prezidiumunun keçmiş üzvü sözləri diqqətlə seçərək, sakit, ehtiyatlı tonla özünün həbsinə qədər rəhbərlik etdiyi, sübuta yetirilmiş ziyankarlıq və terror aktları barəsində ifadə verdi. Bu zaman o quru və gərilmiş solğun sifətində elə soyuq ifadə saxlamışdı ki, amerikalı səfir Cozef E.Devisin sözlərinə görə “mühazirə oxuyan professora bənzəyirdi”.

Vışinski Pyatakovdan trotskist və xarici agentlərin görüş zamanı bir-birilərini necə tanımaları haqda izah tələb edirdi. Pyatakov hər yolla cavabdan yayınırdı:

Vışinski. Alman agenti Ratayçakı sizə sirrini açmağa nə vadar etmişdi?
Pyatakov. Mənimlə iki nəfər danışırdı..
Vışinski. O sizə sirrini açdı yoxsa siz ona?
Pyatakov. Qarşılıqlı sirr açmaq da olar.
Vışinski. Siz birinci sirrinizi açdız?
Pyatakov. Kim birinci olub, o yoxsa mən – toyuq yoxsa yumurta – mən bilmirəm.

Sonralar Con Qunter “İnsayd Yurop”-da yazdığı kimi, xaricdə belə bir fikir geniş yayılmışdı ki, bütün müttəhimlərin hamısı eyni şeyi deyirdilər, onların yazıq və yaltaq görünüşü vardı. Belə təəssürat doğru deyildi. Onlar inadla ittihamçılarla mübahisə edirdilər, yalnız etiraf etməyə məcbur olduqları şeyləri etiraf edirdilər...
Prosesin gedişi zamanı müttəhimlərin bir-birinin ardınca Pyatakovu ehtiyatlı soyuqqanlı qatil və satqın kimi amansızcasına ifşa etmələrindən asılı olaraq, onun sakit, rəvan səsində çaşqınlıq və qərarsızlıq notları eşidilməyə başladı. Bəzi faktlar barəsində ittihamçının məlumatlı olması onun üçün gözlənilməz zərbə idi. Onda o mövqeyini dəyişdi. O iddia etməyə başladı ki, Trotskinin hərəkətlərinin doğru olmasına şübhə onda  hələ həbsdən əvvəl yaranmışdı. Belə ki, misal üçün, onun sözlərinə görə o Qesslə razılaşmanı bəyənmirdi. “Biz tupikə düşdük, - Pyatakov dedi, - və mən çıxış axtarırdım”. Məhkəməyə son sözündə Pyatakov  ucadan söylədi:

Bəli, çox illər ərzində mən trotskist olmuşam. Trotskistlərlə birgə çalışmışam... Vətəndaş hakimlər, düşünməyin... ki, bu illər ərzində, boğucu gizli trotskist şəraitdə ölkədə nə baş verdiklərini görməmişəm. Düşünməyin ki, mən sənayedə nələr görüldüyünü başa düşmürdüm. Həqiqəti deyəcəm. Bəzən, trotskist zirzəmidən çıxarkən və özümün başqa praktik fəaliyyətimlə məşğul olarkən, mən bəzən sanki rahatlıq hiss edirdim və, əlbəttə ki, insani cəhətdən bu ikitərəflilik təkcə zahirdə davranış  mənasında deyildi, həm də mənim daxilimdə idi... Bir neçə saat sonra siz hökm çıxaracaqsız..Vətəndaş hakimlər, məni təkcə bir şeydən məhrum etməyin. Məni bu fikirdən məhrum etməyin ki, mən sizin də gözlərinizdə, çox gec olsa belə, öz cinayətkar keçmişimdən aralanmağa güc tapdım.

Sui-qəsdçi “təbəqənin” hələ də azadlıqda qalması haqqında Pyatakov yenə də heç nə demədi...
Oktyabr inqilabından sonra Moskva hərbi dairəsinə komandanlıq etmiş, Trotski “qvardiyasının” görkəmli xadimi, 1932-ci ildən Şestovla və Uraldakı trotskist özəklərlə alman “texnikləri” ilə rəhbərlik edən Nikolay Muralov məhkəmədən onun “səmimi ifadələrini” nəzərə almağı və ona qarşı mərhəmətli olmağı xahiş etdi. O bildirdi ki, həbsdə olarkən uzun daxili mübarizədən sonra hər şeyi danışmağa qərar verib. Uolter Düranta və bəzi digər dinləyicilərə elə gəldi ki, məhkəməyə müraciət edərkən onun sözlərində həqiqi səmimilik vardı:

Mən müdafiəçidən imtina etdim, müdafiədən imtina etdim, çünki mən lazımı silahla müdafiə olunmağa və hücum etməyə alışmışam. Müdafiə olunmaq üçün məndə münasib silah yoxdur... Trotskist təşkilata cəlb edilməyimə görə kimisə günahlandırmaq ədəbsizlik olardı.. Buna görə kimisə günahlandırmağa haqqım yoxdur, bunda mən özüm günahkaram. Bu mənim günahımdır, mənim bədbəxtliyimdir.. Mən on ildən çox Trotskinin sadiq əsgəri olmuşam...

Karl Radek ağzına kimi dolmuş zala eynəklərinin qalın şüşələrindən baxaraq Vışinskinin qarşısında, fağır tülkülükdən kobud özündən razılığa və əksinə keçərək, yaltaqlanırdı və kələk gəlirdi. O, Pyatakov kimi, amma daha açıq şəkildə, öz satqın fəaliyyətini boynuna aldı. Radek həmçinin iddia edirdi ki, hələ həbsə qədər, Trotskidən alman və yapon hökumətlərilə sövdələşmə haqda məktubu alan kimi ondan aralanmağa və sui-qəsdin üstünü açmağa qərar vermişdi. Bir neçə həftə o necə hərəkət etmək haqda baş sındırırmış.

Vışinski. Siz nə qərara gəldiz?
Radek. İlk hərəkət partiyanın Mərkəzi Komitəsinə getmək, bəyan etmək, bütün simaların adını çəkmək idi. Mən buna getmədim. Mən Siyasi Dövlət İdarəsinə getmədim, onlar mənim arxamca gəldilər.
Vışinski. Bəlağətli cavabdır!
Radek. Qəmgin cavabdır.

Son sözdə Radek özünü şübhələrlə parçalanan, daim sovet hökumətinə sadiqlik və inqilabın ilk günlərindən aid olduğu oppozisiyaya sədaqət arasında tərəddüd edən insan kimi təsvir etdi. Onun sözlərinə görə, o inanırdı ki, sovet quruluşu xarici düşmən təzyiqlərinə heç cürə tab gətirə bilməz. “Mənim partiya ilə əsas məsələdə fikir ayrılığım vardı, - Radek deyirdi, - beşillik plan uğrunda mübarizə məsələsində... Trotski mənim təlaşımdan istifadə edirdi”. Radekin söylədiklərinə görə, o addım-addım sui-qəsdin düz ürəyinə sürüklənmişdi. Sonra isə ona xarici hərbi kəşfiyyatla əlaqələr barəsində və, nəhayət, Trotskinin Alfred Rozenberq və Rudolf Qesslə danışıqları məlum olmuşdu. “Trotski, - Radek söylədi, - bizi özünün sövdələşmə faktı qarşısında qoydu”.
Öz təqsirini boynuna almaq və sui-qəsdin faktiki tərəfləri haqqında ona məlum olan hər şeyi təsdiqləməyə necə qərar verdiyini izah edərkən, Radek məhkəməyə söyləmişdi:

Xarici İşlər üzrə Xalq Komissaratına düşəndə istintaq rəhbəri mənə dedi: “ Siz ki balaca uşaq deyilsiz. Bu da sizə qarşı olan 15 ifadə, siz yaxanızı qurtara bilməyəcəksiz və, ağıllı insan kimi, özünüzə bu hədəfi qoya bilməzsiz..”
İki ay yarım vaxt ərzində mən müstəntiqə zülm verdim. Əgər burda sual qoyulsa ki, sizi istintaq zamanı incidiblərmi, onda mən deməliyəm ki, məni incitməyiblər, mən müstəntiqləri incitmişəm, onları lazımsız işlər görməyə məcbur etməklə. İki ay yarım vaxt boyunca mən müstəntiqi mənə suallar verməklə digər müttəhimlərin verdikləri ifadələri tutuşdurmaqla bütün tablonu mənə göstərməyə ona görə məcbur etdim ki, kimin etiraf etdiyini, kimin etiraf etmədiyini, kimin nəyin üstünü açdığını görüm...
Və bir gün istintaqın rəhbəri mənim yanıma gəldi və dedi: “Siz artıq sonuncusuz. Niyə vaxt itirirsiz və uzadırsız, söyləyə biləcəklərinizi söyləmirsiniz?” Və mən dedim: “Bəli, mən sabah ifadə verəcəm”.

28 yanvar 1937-ci ildə öz nitqində yekun nəticələri gətirərək, dövlət ittihamçısı Vışinski söyləmişdi:
Trotskinin və Pyatakın rəhbərliyi altında xarici – alman və yapon – kəşfiyyatlarla əlaqə saxlayan insanlar öz şpion işləri ilə təkcə bizim dövlətin maraqlarına deyil, həmçinin də bizimlə birlikdə sülh tərəfdarı olan, bizimlə birilikdə sülh uğrunda mübarizə aparan bir sıra dövlətlərin maraqlarına ən ağır formada təsir edə biləcək nəticələrə nail olmağa çalışıblar. Biz bunda çox maraqlıyıq ki, sülh istəyən və sülh uğrunda mübarizə aparan hər bir ölkədə onların hökumətlərinin ən qəti tədbirləri sayəsində müharibəni hazırlayan, sülh işini və ,uyğun olaraq da, bütün qabaqcıl, proqressiv insanlığın işini məhv etməyə çalışan qara faşizm qüvvələrinin istənilən cinayətkar şpion, diversion, terrorist fəaliyyətlərə cəhdlərinin qarşısı alınsın.
Vışinskinin sözləri Sovet Rusiyasının sərhədləri kənarında geniş yayılmamışdı, amma bəzi diplomatlar və jurnalistləri onları yaxşı eşitmişdilər və xatırlamışdılar.
Proses Moskvadakı amerikalı səfir Cozef E.Devisə dərin təsir bağışlamışdı. Devis hər gün məhkəmə zalında iştirak edirdi və tərcüməçinin köməyilə proseslərin gedişini diqqətlə izləyirdi. Keçmiş vəkil olan Devis bildirirdi ki, anti-sovetçi propaqandanın “qəddar inkvizitor” kimi təsvir etdiyi prokuror Vışinski, onun fikrincə, “Homer Kamminqsa çox bənzəyir – onun kimi sakit, soyuq, məntiqli, bacarıqlı və müdrikdir. Bir vəkil kimi onun işi necə aparmasından çox razı və heyran qalmışdım”.
17 fevral 1937-ci ildə Dövlət katibi Kordell Hell-in məxfi depeşesində səfir Devis bildirirdi ki, Moskvada olan bütün xarici diplomatlar onun iş üzrə çıxarılmış hökmün ədalətli olması fikrini bölüşürlər. O həmin depeşedə yazırdı:

Mən xarici diplomatik korpusun az qala bütün üzvləri ilə söhbət etdim, və onların hamısı, yalnız bir nəfər istisna olmaqla, bu fikirdədirlər ki, prosesdə hökumətin devrilməsini hədəf seçən siyasi birliyin və sui-qəsdin olması aydın şəkildə sübut olundu.

Amma bu vəziyyət geniş kütləyə məlum olmadı. Güclü qüvvələr Sovet Rusiyasındakı “beşinci kolonna” haqda həqiqətləri gizlətmək üçün var gücləri ilə çalışırdılar. 11 mart 1937-ci ildə səfir Devis özünün moskva gündəliklərində yazırdı:

Digər səfir, diplomatik nümayəndə... dünən mənimlə söhbətində vəziyyəti çox yaxşı xarakterizə etdi. Proses barəsində danışarkən, o söylədi ki, müttəhimlər, şübhəsiz, təqsirli idilər; bizlərdən prosesdə iştirak edənlər əslində bununla razıdırlar; amma xarici aləm, qazet xəbərlərinə görə, prosesin səhnələşdirilməsi ( sadəcə fasad olması, o belə ifadə etmişdi) fikrinə meyllənirlər; o özü bunun belə olmadığını bilsə də, deyəsən, xarici aləmin bunu belə bilməsini istəyir.

3. May nümayişinin planları

Sui-qəsd heç də dağıdılmamışdı. Pyatakov kimi Radek də onun ifadələrinin səmimiliyinə baxmayaraq bəzi vacib hallar barəsində susurdu. Düzdür, prosesin ikinci günü Radek az qala ağzından söz qaçırmışdı. Onu özünün səbirsiz dili pis vəziyyətdə qoymuşdu. O, Vışinskinin israrlı suallarından birindən yayınmaq istəyərkən Tuxaçevskinin adını çəkmişdi. “Vitaliy Putna, -Radek söylədi, - Tuxaçevskidən xahişlə mənim yanıma gəlmişdi”, - və dərhal da adını çəkdiyi adı daha yada salmayaraq başqa şey haqda danışmağa başladı.
Növbəti gün sonrakı iclasda Vışinski Radekin ifadələrinin bir hissəsini səsləndirdi. “Bilmək istəyirəm, siz Tuxaçevskinin adını nə ilə əlaqədar olaraq çəkdiz?”, - o Radekə müraciət etdi.
Qısa pauza, sonra səlis, duruxmadan cavab gəldi. Radekin sözlərinə görə, Tuxaçevskiyə Radekin “İzvestiya” redaksiyasında saxladığı “bəzi dövlət materialları” lazım idi. “Tuxaçevski, əlbəttə ki, mənim rolum haqda məlumatsız idi... – Radek əlavə etdi. – Mən bilirəm ki, Tuxaçevski partiyaya və hökumətə hədsiz sədaqətlə yanaşır!”.
Prosesdə Tuxaçevski barəsində deyilənlər yalnız bu idi. Amma azadlıqda qalmış sui-qəsdçilər belə bir fikrə gəlmişdilər ki, sonrakı istənilən əlavə vaxt onlar üçün intihara bərabərdir.
Krestinski, Rozenqolcs,Tuxaçevski və Qamarnik bir sıra təcili gizli müşavirələr təşkil etmişdilər. Tuxaçevski zabitləri nümayiş baş verdiyi zaman hər birinin özünün xüsusi tapşırıqları olan xüsusi “komandalara” təyin etməyə başlamışdı.
1937-ci il mart ayinin sonuna hərbi çevriliş hazırlıqları yekun mərhələyə başladı. Tuxaçevski Rozenqolcsun mənzilində, Krestinski və Rozenqolcsla müşavirə zamanı  bəyan etmişdi ki, hərbi qrup altı həftədən sonra tamamilə hazır vəziyyətdə olacaq. Nümayişi mayin ilk günlərinə təyin etmək olar, amma istənilən halda o 15-dən gec baş tutmamalıdır. O söylədi ki, hərbi qrupda çevrilişin “bir sıra variantları” müzakirə olunur.
“Tuxaçevskinin daha çox bel bağladığı bu variantlardan biri, - Rozenqolcs məhkəmədə göstərirdi, - hərbiçi qrupların, onun tərəfdarlarının onun mənzilində toplanması, hər hansı bir bəhanə ilə Kremlə düşmək, Kremlin telefon stansiyasını ələ keçirmək və partiya və hökumət rəhbərlərini öldürmək imkanı idi”. Həmin vaxtda da Qamarnik öz dəstələri ilə Xarici işlər üzrə Xalq Komissaratının binasını ələ keçirməli idi.
Başqa variantlar haqqında da söhbətlər gedirdi, amma Krestinskinin və Rozanqolcsun sözlərinə görə, bu  cəsarətli variantın uğur qazanmaq üçün  şansı daha çox idi..
Rozanqolcsun mənzilindəki müşavirə sui-qəsdçiləri ürəkləndirmişdi. Tuxaçevskinin cızdığı çevriliş planı onlara xoş ümidlər verirdi. Pyatakovun və digər tərəfdarların itirilməsinə baxmayaraq, onlara elə gəlirdi ki, sui-qəsdçilərin bu qədər hazırlaşdıqları çoxdan gözlənilən gün yaxınlaşır.
Son həyacanlı hazırlıqlarla məşğul olan aprel ayı tez gəlib keçir.
Krestinski “nümayiş zamanı həbs ediləcək və vəzifəsindən azad ediləcək, və boş qalmış yerlərə təyin ediləcək insanların siyahısının” hazırlamağa başlayır. Qamarnikin rəhbərliyi altında olan quldur dəstələrinə Molotovun və Voroşilovun öldürülməsi tapşırılmışdı. Rozenqolcs çevriliş ərəfəsində Stalinin qəbuluna nail olmaq və sovet xalqının başçısını Kremldə öz kabinetində qətlə yetirmək istəyirdi...

Bunlar 1937-ci ilin may ayının ikinci həftəsində baş verirdi.

-Mən həbsə hazırlaşmağa başladım, - sonralar Krestinski danışırdı. – Rozenqolcs iflas gözləmirdi və Trotski ilə əlaqələri davam etdirməyi öz üzərinə götürmüşdü... Bundan bir neçə gün sonra mən həbs edildim.
Hökumət rəsmi məlumat nəşr etmişdi ki, istintaqa cəlb olunan və nəzarət altında olan Buxarinə, Rıkova və Tomskiyə qarşı xəyanətə görə ittiham irəli sürülüb. Buxarin və Rıkov dustaq edilmişdi. Tomski qabaqcadan intihar etdi. 31 mayda Qamarnik də Tomski kimi etdi və özünü güllələdi. Xəbər verilirdi ki, Tuxaçevski və ali komandanlığın digər üzvləri NKVD tərəfindən həbs ediliblər.
Bir müddət sonra Rozenqolcs da həbs edildi. Bütün İttifaq boyunca “beşinci kolonnaya” aid olmaqda şübhəli bilinən simaların həbsi davam etdirilirdi.
11 iyun 1937-ci ildə, səhər saat 11 radələrində marşal Tuxaçevski ali komandanlığın digər yeddi üzvü ilə birlikdə Ali Məhkəmənin Xüsusi Hərbi Tribunalı qarşısında dayandı. Məhkəmədəki ifadələrin hərbi sirrlərə aid olmasından asılı olaraq, iş bağlı qapılar arxasında dinlənildi. Proses hərbi mühakimə üsulunun qaydaları üzrə araşdırılırdı.
Müttəhimlərə Sovet İttifaqına qarşı düşmən xarici derjavalarla əlbir olduqlarına görə ittiham irəli sürülmüşdü. Məhkəmə zalında Marşal Voroşilov, Buddeniy, Şapoşnikov və Qızıl Ordunun digər başçıları qarşısında Tuxaçevski ilə yanaşı komanda heyətinin aşağıdakı nümayəndələri dayanmışdı:

V.İ.Putna, keçmiş London, Tokio və Berlin ataşesi
İ.E.Yakir, Ukrayna hərbi dairəsinin keçmiş ordu başçısı
İ.P.Uboreviç, Belorusiya hərbi dairəsinin keçmiş ordu başçısı
R.P.Eydeman, Osoaviaxima Mərkəzi şurasının keçmiş sədri
A.İ.Kork, Frunze adına Hərbi akademiyanın keçmiş rəisi
B.M.Feldman, Qızıl Ordunun xüsusi tərkib bölməsinin keçmiş rəisi
V.M.Primakov, Xarkov hərbi dairəsinin keçmiş ordu başçısı

Proses haqqında rəsmi məlumatda deyilirdi:

Müttəhimlərin, həmçinin həyatına qəsd etmiş Yan Qamarnikin SSRİ-yə qarşı düşmən siyasət yürüdən xarici dövlətlərdən birinin rəhbər hərbi dairələri ilə dövlət əlehinə əlaqədə olmaları istintaq materialları ilə sübut edilmişdir.

Bu dövlətin hərbi kəşfiyyatına xidmət edən müttəhimlər sistematik şəkildə həmin dövlətin hərbi dairələrinə Qızıl Ordunun vəziyyəti haqqında şpion məlumatlar çatdırmışlar.
Onlar Qızıl Ordunun gücünün zəifləməsi üzrə ziyankar işlər aparıblar və SSRİ hücuma məruz qaldığı halda Qızıl Ordunun məğlubiyyətini hazırlamağa çalışıblar və SSRİ də mülkədarların və kapitalistlərin hakimiyyətinin bərpa olunmasına kömək etməyi məqsəd qoymuşlar.

12 iyun tarixində Hərbi Tribunal hökm çıxardı. Müttəhimlər öz məsul hərəkətlərində təqsirli bilindilər və onlara güllələnmə hökmü çıxarıldı. İyirmi dörd saat sonra hökm icra olundu.
Yenə dünyanı qəddar anti-sovet şaiyələri və propaqanda bürüdü. İnandırırdılar ki, guya bütün Qızıl Ordunu sovet hökumətinə qarşı üsyanlar bürüyüb.
Sovet Rusiyasındakı hadisələr hətta bir çox vicdanlı müşahidəçiləri də təşvişə salmışdı. O zaman “beşinci kolonnanın” xarakteri və metodları hələ yaxşı məlum deyildi. 4 iyul 1937-ci ildə Moskvadakı amerika səfiri Cozef E.Devis xarici işlər üzrə xalq komissarı M.M.Litvinovla söhbət etmişdi. O Litvinovaya açıq söyləmişdi ki, Qızıl Ordunun yüksəkrütbəli zabitlərinin güllələnməsi və moskva prosesləri Avropada və Birləşmiş Ştatlarda mənfi təəssüratlar doğurmuşdur.
- Məncə, - səfir söyləmişdi, - bu Ingiltərənin və Fransanın hitler ordusu ilə müqayisədə SSRİ-nin gücünə olan inamını sarsıtdı.
Litvinov da açıq danışmışdı. O, Devisə bildirmişdi ki, Sovet hökuməti ölkəni qabaqcadan gördüyü qaçılmaz müharibə zamanı Berlinlə və Tokio ilə əlbir olacaq xəyanətkar təşkilatlardan qorumaq üçün qəti tədbirlərə getməli olub.
- Gün gələcək, - Litvinov söylədi, - dünya dövlətimizin təhlükəli xəyanətdən qorumaq üçün bizim etdiklərimizi qiymətləndirəcək.. Biz hitlerçi dünya ağalığından müdafiə  olunmaqla və bununla da Sovet İttifaqını nasizm təhlükəsinə qarşı güclü dayaq kimi qoruyaraq bütün dünyaya yaxşılıq edirik.
28 iyul 1937-ci ildə Sovet Rusiyasındakı həqiqi vəziyyəti öyrənən Devis dövlət katibi Kordell Hellə “ tamamilə məxfi depeşa №457” göndərir. Son hadisələrin xülasəsini hazırlayaraq səfir kütləvi narazılıq və sovet hökumətinin dağılması haqda söz-söhbətləri rədd edirdi. “Qazet yalanlarının əksinə olaraq Kreml ətrafında kazak düşərgələrinə və ya Qızıl meydanda kazak süvari dəstələrinə oxşar heç nə müşahidə olunmur”, - o yazırdı. Tuxaçevskinin işinə gəldikdə isə, səfir onu analiz edərək aşağıdakı nəticəyə gəlirdi:

Terror aktlarını və ya xarici dövlətlərlə müharibələrin mümkünlüyünü istisna etsək, hökumətin və hazırki rejimin vəziyyəti indiki zamanda olduğu kimi sarsılmazdır, çox güman ki, gələcək məlum period ərzində də elə olacaq. “Korsika” təhlükəsi hələlik məhv edilib.

4.Final

3 məşhur moskva proseslərindən sonuncusu 2 mart 1938-ci il tarixində İttifaqlar Evində başlamışdı. İş Ali Məhkəmənin Hərbi Kollegiyası tərəfindən araşdırılırdı.

Məhkəmə istintaqına həsr olunmuş səhər, günorta və axşam iclasları, həmçinin də hərbi sirlərə aid şeylərlə bağlı ifadə verilən bağlı qapılar arxasında baş tutan iclaslar yeddi gün davam etdi.
Müttəhimlər skamyasında iyirmi bir insan əyləşmişdi. Bunlar OQPU (ОГПУ -Объединённое государственное политическое управление) kollegiyasının keçmiş sədri Henrix Yaqoda və onun katibi Pavel Bulanov; sağ liderlər Nikolay Buxarin və Aleksey Rıkov; trotskist liderlər və eyni zamanda da alman agentləri Nikolay Krestinski və Arkadiy Rozenqolcs; trotskist-yapon agenti Xristian Rakovski; daha 2 trotskist lider və alman agentləri – Mixail Çernov və Qriqori Qrinko; polyak agenti Vasili Şaranqoviç; on bir nəfər digər çevrilişçilər – sağ-trotskist blokun üzvləri, ziyankarlar, terroristlər və xarici agentlər, həmçinin də Trotskinin əlqəçisi Serqey Bessonov və qatil-həkimlər Levin, Pletnev və Kazakov.
Prosesdə iştirak edən amerikalı jurnalist Uolter Düranti sonralar “Kreml və xalq” kitabında yazırdı:

Bu əslində yekun, son proses idi, çünki, bu zamana kimi iş aydın oldu, prokurorluq faktlara sahib idi və düşmənləri və onlar tərəfindən bəslənilənləri, xaricdən gətirilmişləri tanımağı öyrəndi. Əvvəlki tərəddüdlər və şübhələr yox oldu, çünki, proseslər (fikrimcə, xüsusilə “generalların” prosesləri) bir-birinin ardınca, tədricən Kirovun öldürülməsi zamanı olduqca anlaşımaz və xaotik olan bütov tablonu təsvir etdilər..

İstintaq orqanları işi diqqətlə hazırladılar. Aylarla davam edən ilkin istintaq işləri, yeni məlumatların əvvəlki proseslərin materialları ilə tutuşdurulması, müttəhimlərin şahidlərlə üzləşdirilməsi və həbs olunmuş çevrilişçilərin ərtaflı dinləndirilməsi ittihamnamədə öz əksini tapdı. İttiham formulunda deyilirdi:

1.1932-33-cü illərdə SSRİ-yə düşmən xarici dövlətlərin kəşfiyyatlarının tapşırıqlarına əsasən həqiqi iş üzrə ittiham onunlardan ibarət “sağ-trotskist blok” adı altında, xarici dövlətlərin xeyrinə şpionaj, ziyankarlıq, terror, SSRİ-nin hərbi gücünün dağıdılması, bu dövlətlərin SSRİ-yə hərbi hücumu üçün provakasiya, SSRİ-nin məğlub olmasını, parçalanmasını qarşısına məqsəd qoyan çevrilişçi qrup hazırlanmışdır...

2. “Sağ-trotskist qrup”öz cinayətkar fikirlərini həyata keçirməkdən ötrü bəzi xarici dövlətlərdən hərbi kömək almaq məqsədilə onlarla əlaqəyə girmişdir.

3. “Sağ-trotskist qrup”xarici kəşfiyyat idarələrini əhəmiyyətli gizli dövlət məlumatları ilə təmin edərək sistematik olaraq bu dövlətlərin xeyrinə şpionajla məşğul olmuşdur.

4. “Sağ-trotskist qrup”sosializm quruculuğunun müxtəlif sahələrində (sənayedə, kənd təsərrüfatında, dəmiryol nəqliyyatında, maliyyə sahəsində, kommunal təsərrüfatda və s.) sistematik olaraq ziyankarlıq və təxribat aktları həyata keçirmişdir.

5. “Sağ-trotskist qrup” Ümumittifaq Kommunist Partiyasının rəhbərlərinə və sovet hökumətinə qarşı bir sıra terror aktları təşkil etmişdir və S.M.Kirova, V.R.Menjinskiyə,V.V.Kuybişevə, A.M. Qorkiyə qarşı terror aktları həyata keçirmişdir.

Sağ-trotskist blokun prosesi.. ölkələrinin “beşinci kolonnalarının” metodlarını ilk dəfə bütün dünya qarşısında üzə çıxardı və ifşa etdi. Gizli müharibənin bütün texniki metodları – propaqanda, terror, rəhbər müəssisələrdə satqınlıq, kvislinqlərin maxinasiyaları, daxildən zərbə endirən gizli ordunun taktikaları, - bir sözlə, nasistlərin onların əli ilə artıq İspaniyada, Avstriyada, Çexoslavakiyada, Norveçdə, Belçikada, Fransada və Avropanın və Amerikanın digər ölkələrində dağıdıcı işlər apardığı ... derjavalarının “beşinci kolonnasının” strategiyasının bütün mahiyyəti tamamilə ifşa edildi.
-Buxarin və Rıkovlar, Yaqod və Bulanovlar, Krestinski və Rozenqolcslar .. – sovet ittihamçısı Vışinski özünün 11 mart nitqində söylədi, - elə həmin “beşinci kolonnadır”...

Prosesdə iştirak edən səfir Devis onu “qorxunc” məhkəmə, psixoloji və siyasi dram adlandırdı. 8 martda o qızına yazırdı:

Prosesdə insan təbiətinin bütün əsas qüsurları və zəiflikləri - eqoist niyyətlər ən pis formada üzə çıxarıldı. Sui-qəsdin az qala hökumətin devrilməsinə gətirib-çıxaracaq çevrələri cızıldı.

İttiham olunanlardan bəziləri cəzadan qurtulmaq üçün öz cinayətlərinə görə tam məsuliyyətdən yayınmağa, günahlarını digərlərinin üzərinə atmağa, özlərini dürüst, amma aldadılmış siyasətçi göstərməyə çalışırdılar. Digərləri, öz taleyindən qorxmayaraq və ölüm hökmünün yüngülləşdirilməsinə bel bağlamadan  törətdikləri “siyasi” qətllərin, həmçinin də alman və yapon hərbi kəşfiyyatlarının rəhbərliyi altında icra etdikləri şpionluq və ziyankarlıq  fəaliyyətlərinin qorxulu təfərrüatlarını açıb göstərirdilər.
Özünü çevrilişin “ideoloqu” kimi göstərən Buxarin özünün son sözündə daxili ixtilafın və həbsdən sonra nə vaxtsa inqilabçı olan, amma sonralar satqına çevrilən və Trotski ilə birlikdə nasist Almaniyası və Yaponiya ilə Sovet İttifaqına qarşı əlbir olan insanlardan çoxunun yaşadığı ağır şübhələrin tam təsvirini verdi. O dedi:

Məhkəmə istintaqında əsas ifadələrimi verən zaman artıq qeyd etmişəm ki, bizi, əks-inqilabçıları bu proses ərzində tamamilə üzə çıxarılmış həmin üfunətli gizli iş şəraitinə qovan çılpaq mübarizə məntiqi deyildi. Bu çılpaq mübarizə məntiqi ideyaların tamamilə dəyişməsi, psixologiyanın tamamilə dəyişməsi, bizim özümüzün başqalaşması, insanların tamamilə dəyişməsi ilə müşayət olunurdu. Belə simasızlaşmaların tarixi nümunələri məlumdur. Brianın, Mussolinin və digərlərinin adını çəkmək olar. Bizdə də simasızlaşma oldu..
İndi özüm haqda, öz peşmanlığımın səbəbləri haqda danışacam. Əlbəttə, deməliyəm ki, sübutlar çox böyük rol oynayır. Mən təxminən 3 ay inkar etmişəm. Sonra ifadə verməyə başladım. Niyə? Bunun səbəbi budur ki, mən həbsxanada bütün keçmişimi yenidən qiymətləndirdim. Çünki, özünə sual verirsən: əgər sən ölsən, nəyin uğrunda ölmüş olacaqsan? Və onda birdən qeyri-adi parlaqlığı ilə tamamilə qara boşluq gözünün qabağına gəlir. Təəssüflənmədən ölmək istəyirsənsə, uğrunda ölməyə dəyəcək heç nə yoxdur... Və onda özündən soruşursan: yaxşı, sən ölməyəcəksən; əgər hansısa möcüzə sayəsində sağ qalsan belə, yenə də nəyə görə? Hər kəsdən ayrı düşmüş, xalq düşməni, qeyri-insani vəziyyətdə, həyatın mahiyyətini təşkil edən hər şeydən təcrid edilmiş.. Elə o saat da bu suala eyni cavab alınır.
Mən, bəlkə də, həyatda son dəfə danışıram...Aprior şəkildə güman edirəm ki, Troyski və mənim cinayətlər üzrə digər mütəffiqlərim, və II İnternasional.. bizi müdafiə edəcəklər, həmçinin və xüsusilə də məni. Mən bu müdafiəni rədd edirəm. Hökmü gözləyirəm.

Hökm 13 mart 1938-ci ildə elan olundu. Bütün müttəhimlər təqsirli bilindilər. Üç nəfəri – Pletnev, Bessonov və Rakovskini məhkəməm azadlıqdan məhrum etdi. Yerdə qalanlara güllələnmə qərarı verildi.
* * *
Üç il sonra, 1941-ci ilin yayında, nasistlərin Sovet İttifaqına hücumu zamanı ABŞ-ın SSRİ-ki keçmiş səfiri E.Devis yazırdı:

Rusiyada alman ali komandanlığı ilə birgə fəaliyyət göstərən “daxili aqressiya” adlandırılan şey yox idi. 1939-cu ildə Hitlerin Praqaya hücumu henleynçi təşkilatlar tərəfindən aktiv hərbi dəstəklə müşayət olunurdu. Hitlerin Norveçə hücumu haqda da bunu söyləmək olar. Amma Rusiyada sudet henleynlərinə, slovak tissolarına, belçika deqrelərinə və ya norveç kvislinqlərinə rast gəlinmədi...
Bütün bunlar mənim gedişini şəxsən izləyərək iştirak etdiyim 1937 və 1938-ci illərin proseslərində iştirak edirdilər. Həmin proseslərin hesabatlarını və mənim özümün o vaxt yazdıqlarımı yenidən nəzərdən keçirərək görürəm ki, mahiyyətinə görə, bugün bizə məlum olan alman “beşinci kolonnasının” bütün fəaliyyət metodları özü-özünü ifşa edən rus kvislinqlərinin etirafları ilə üzə çıxarılıblar və ifşa olunublar.
İndi tamamilə aydındır ki, vaxtilə bu qədər sərt görünən və bütün dünyanı şoka salan  bütün bu proseslər, təmizləmələr və likvidasiyalar Stalin hökumətinin özünü təkcə  daxildəki çevrilişdən deyil, həm də xarici hücumdan müdafiə edən qətiyyətli və fəal səylərinin bir hissəsi olmuşdur. O əsaslı olaraq ölkənin satqın elementlərindən təmizlənməsi və azad edilməsi üzrə işlərə başlamışdı. Bütün şübhələr hökumətin xeyrinə yox oldu.
Rusiyada 1941-ci ildə “beşinci kolonnanın” nümayəndələrinə rast gəlinmədi – onlar hamısı güllələnmişdi. Təmizləmə ölkədə nizam yaratdı və onu xəyanətdən xilas etdi.


Tərcümə Azərbaycan Ekososialistlərinə məxsusdur