20 дек. 2012 г.

Mixail Zadornov: Qərb demokratiyasına səfehlər inanır (" Neatkarigas Rita Avize", Latviya) Viktor Avotinş (Viktors Avotiņš)


Dekabrın əvvəllərində yazıçı, satirik, rejissor, bloqer Mixail Zadornov knyaz Ryurik haqqında norman nəzəriyyəsinin təkzib edildiyi və Rusiya dövlətçiliyinin yaranması bəhs olunan "Knyaz Ryurik" adlı sənədli müəllif filmiylə Riqada qonaq oldu. Film 12 dekabrda REN TV-də nümayiş edildi. Neatkariga yazıçı ilə insanlarda baş verən dəyişikliklər haqda söhbət etdi.

Mixail Zadornov:-...Bu gün təkcə Latviya deyil, Litva və Rusiya da Avropa qarşısında özlərini alçaldırlar. Amma Avropa təhlükədir. Avropa – dəbdəbəli qablaşdırmadır. Onun içərisinə həmişə nə isə popkorn zir-zibili yerləşdirilib. Bu qablaşdırmalar bizi cəlb edir. Biz unuduruq ki, onların içərisindəkilər orqanizmdə qara selik yaradır. Bu selik xəstəliyin başlanğıcıdır. Kapitalizm - Yer kürəsində ən ikiüzlü ictimai quruluşdur. Hər şeydən əvvəl, kapitalizmdə şərəfsiz,ikiüzlü olmaq,yaxınları haqda düşünməmək sərfəlidir. İnsan xarakterinin ən pis xüsusiyyətləri ortaya çıxır. Mən sosializm zamanı çox insanlar tanıyırdım,indi də çoxlarını tanıyıram. Və qeyd etməliyəm ki, o vaxtlar mənim ərtafımda dürüst ,ədəbli və etibarlı insanlar daha çox idi.
-Mən də iyirmi il əvvəl öz ətrafımı başqa cür qiymətləndirirdim. Amma mən bunu rejimlə yox,daha çox yaşımla əlaqələndirirəm.
- Bilirsiz, mənim kommunistlərə niyə acığım tutmur? Mən kommunist deyildim. Onlara inanmırdım. Amma onlar heç vaxt məni aldatmayıblar. Onlar sadəcə öz oyunlarını oynayırdılar. Mənim ürəkdən inandığım demokratiya isə məni aldatdı. Bunu aydın dərk etmək üçün 3 il lazım oldu. Mən demokratiyanı qulların özünə quldar seçdiyi quruluş hesab edirəm. Həm də qullar elə düşünürlər ki, onlar öz istəkləri ilə bunu edirlər. Onlar başa düşmürlər ki, kimin reklam üçün pulu çoxdursa, o da seçiləcək.
Mən bütün ölkələrdə baş verənlərdən dəhşət içərisindəyəm. Dost hesab etmədiyim Leninin sözlərini xatırlayıram: kapitalizm mövcud olduğu müddətdə müharibələr və böhranlar olacaq.


-Deməli,qullar rejimlərlə birlikdə deqradasiya etdilər. Monarxiya,bolşeviklər, indi isə kapitalizm. Getdikcə daha kədərli olur. Bəyəm bunlar başqa planetlərdən daxil edilmiş siyasi quruluşlardır? Bəs insanlar heç nə müəyyən etmirlər? İnsanlara nə olub?

- Müdrik deyib: hər bir xalq malik olduğu idarəyə layiqdir. Həm də biz, lovğa olmağa qərar verdik. Biz öz təbiətimizi satdıq. Slavyanlar təbiət qanunlarına əsasən yaşayırdılar. Bu gün onlar hüquqşünasların yazdığı qanunlara əsasən yaşayırlar. Hərçənd ki, günəşin çıxma vaxtını heç bir amerikan strukturu dəyişməyəcək… Latışlar, ruslar, litvalılar, ukraynalılar, beloruslar - hər şeydən əvvəl, kəndlilərdir. Kəndlilər isə dünyada ən əxlaqlı insanlardır. Bir dəfə mən Rusiya prezident administrasiyasına yazdım: siz biznesin qayğısına qalırsınız, əslində isə kəndlilərin qayğısına qalmaq lazımdır. Əgər kəndlilər olmasa ədəbli insanlar olmayacaq. Bu insanları heç yerdən tapa bilməyəcəksiniz. Kəndli uşaqları valideynlərə qulaq asırlar. Rusiya kəndlərində indiyə kimi narkotik yoxdur...


- Amma təkcə şimalda.

- Məhz şimalda. Rus mənasında şimal – bütöv inamdır. Orada ilk vedik inam doğuldu. İnam Ra-nı dərk etməyi bildirir. İşığın dərk edilməsi. Buna görə rus dilində kökü " ra" olan çoxlu sözlər var… Bizim əcdadlarımız vahid insan nəsli kimi yaşayıblar. Onlarda aydınlıq, əlçatmazlıq və ilahilik vardı. Xoşbəxtlik – hissə-hissə toplamaqdır. Qoşul, özünü topla və xoşbəxt olacaqsan. Buzlaşma dövrü başlayanda əksər insanlar cənuba köçdülər və yalnız gördükləri dünyaya inanmağa başladılar. Avropa yalnız görünənə inanır. O, görünməyəni hiss etmir. Orada təbii prosesləri hiss etmirlər. Latviyada isə Liqo (23 iyundan 24-nə keçən gecə qeyd edilir) əvvəlki tək bayram kimi qeyd edilir. Liqo –bizə təbiətin vedik dərk edilməsini aşılayan bayramdır. Bizi heç olmasa, az da olsa təbiətə qaytarır. Buna görə mən xoşbəxtəm ki, Latviyada böyümüşəm. Mən həmişə Liqonu burada bayram edirəm. Hələ də Liqo və Yeni il - mənim əsas bayramlarımdır.

Avropada isə yeganə şey görünəndir. O, başqa hisslərə laqeyddir. Yalnız təlimatlar, qanunlar. Bizim öz yolumuz ola bilər. Amma bunun üçün biz görünəni,görünməyəni və ali-ni hiss etməliyik. Və bir gün biz anlamalıyıq ki, təbiət qanunları mövcuddur. Latışlar onları qoruyurlar. Şimalda və Sibirdə yaşayan ruslar onları qoruyurlar.… Əxlaqi olanı bizim dillərimiz qoruyur. Məsələn, rus dilində zina (ər-arvad sədaqətinin pozulması). Bunu Əhdi-cədiddə olduğu kimi: " zinakarlıq etmə!" kimi ifadə etmək lazım deyil. Bu sözün özü təhlükəlidir. Bu hərəkət sevginin üzərindən tapdalayıb keçir. Sevgi – Tanrinin Yer kürəsində təzahürüdür. Və ya “acgözlük” sözü. Qurdu razı salmaq! Bağırsaq qurdlarını doyuzdurmaq! Bu sözü xatırlasan, artıq soyuducuya beş dəfə deyil, iki dəfə yaxınlaşacaqsan.


Axı biz bir kökdən doğulmuşuq. Ruslar, latışlar, litvalılar, beloruslar… Bizim hamınızın kökü slavyanlardır. Biz özümüzü baltika slavyanı adlandıra bilərik – amma yenə də slavyan. Bizim dil köklərimiz uyğun gəlir. Sepure (latış dilində -papaq) – örtük, cūka (latış dilində- donuz) - çuxa, cienu (latış dilində- hörmət edirəm) – qiymətləndirirəm, gulbis (latış dilində-qu quşu) – başı ilə sığallamaq. Valsts - (latış dilində- dövlət) – hakimiyyət və sair. Sonsuz sayda sadalamaq olar. Latış dilini öyrənmək çox asandır. Sadəcə oxşar sözlərə diqqət edin.

… Rus və latış dili məsələsi, təkcə siyasi məsələ deyil, həm də mədəni məsələdir. Mənim xoşuma gəlir ki, məişət səviyyəsində mübahisələr demək olar ki yoxdur. Xalqlar daha mübahisə etmirlər. Siyasətçilər mübahisə edirlər. Və səfehləri öz arxalarınca aparırlar. Səfehlər “özünlə demokratiyanı götür və həmişə neft olan yerə get”məyi bildirən qərb demokratiyasına inanırlar. Papuaslara heç kim mane olmur. Onlarda neft yoxdur. Düzdür, demokratiya da həmçinin. Amma çox təəssüf ki, çoxları hər şeydə Rusiyanın günahkar olduğuna inanır. Həmçinin də latış böhranında.

- Bəyəm Rusiya avropa dövləti deyil?

- Vicdansız kapitalizm nöqteyi-nəzərindən Rusiya avropa dövlətidir. Xalqın vicdansız şəkildə talan olunması nöqteyi-nəzərindən.

- Onda Rusiya – asiya dövlətidir?

- Sibir – asiya dövlətidir. Asiya nə ilə diqqətəlayiqdir? Onunla ki, orada təbiət qanunlarına hörmət edlir. Asiya günəşi dinləyir. Sibir də həmçinin. Onlar moskvalılar,peterburqlular deyillər. Ona görə deyirəm: Rusiya gerbində qartalın iki başı olması düzgündür. Birinci – avropa, ikinci – asiya. Biri Qərbi tərənnüm edir, ikinci – Şərqi, öz başı isə yoxdur. Ortada boş yerdir. Və tac. Nə vaxt ki, Qərbdən və Şərqdən ən yaxşı şeyləri götürmək lazım olduğunu anlayacıq, onda da öz başı yaranacaq. Qərbdə məişət daha yaxşıdır. Mən Yurmaladakı evimdəki məişəti avropa sisteminə uyğun təşkil etdim- alman qazanı, İsveç qapaqları, fin Polu… Amma öz ruhumu olduğu kimi saxlayıram. Xalq ədəbiyyatı, poeziya, incəsənət… Hətta bizim həyat hissiylə olan filmlər indiyə qədər mənə daha yaxındır. Hollivud filmləri olmayanlar. Qəbul edirəm- onlar yaxşı hazırlanır. Fantastik texnologiya. Amma bu kinonun qisas almağı öyrətməsi mənim xoşuma gəlmir. Qisas onu bildirir ki, mən varam. Əgər sən qisas aldınsa, onda qisas sənin özünü yeyəcək…



… Nə edək, həyatın təmiz olmasına necə nail olaq? Hər şeydən əvvəl, xeyirxah dayıya inanmamaq lazımdır. Baş nazir əvəz olunacaq, və hamımız xoşbəxt olacağıq. Bunu Latviya haqqında deyirəm. Baş nazirlər elə hey dəyişirlər, amma xoşbəxtlik hələ də yoxdur. Xeyirxah dayıya inanmaq – kometin gələcəyinə və quyruğundan hamının başına qızıl tökəcəyinə inanmaq kimi bir şeydir. Düşünürəm ki, hər şeydən əvvəl, özü- özünü anlamaq lazımdır… Faşizm, naşizm, skinxedlər meydana çıxır. Bunlar haradan əmələ gəlir? Öz tarixini bilməməzlikdən yaranan komplekslərdən. Keçmişi bilməyən insan gələcəyə tüpürür. Siz rus dastanlarını, pəhləvanların necə döyüşə daxil olmasını oxumusuz? Kiçik adamlar həmişə bağırır və özünü gözə soxur. Xüsusilə idarə olunan cılız insanlar. Bu gün bu cılızlar dünyada da, Rusiyada da hayküy salır, özünü çox dartır. Başqa xalqa hörmət edə bilmək üçün, öz xalqına hörmət etmək lazımdır. Amma bu gün Rusiyada belə deyil. Biz özümüz özümüzə hörmət etmirik. Çünki Rusiya keçmişsiz yaşayır, və buna görə də gələcəksiz. Mən hətta deyərdim: budur, amerikalılar, yəhudilər, - bax bunlardan öyrənmək lazımdır. Onlar öz tarixlərini qoruyurlar. Və deyəcəyəm: antisemit olmağa qurtarın. Sən başqa xalqı gunahlandırmağa başlayan kimi, özün zəif olursan.

Rus isə- milli deyil, beynəlmiləl anlayışdır. Bu slavyan və onlara qonşu nəsillərin böyük qarışığıdır. Buna görə Rusiyada beynəlmiləl inkişaf ideyası olmalıdır…

Tərcümə: Gunel Muradova

Комментариев нет:

Отправить комментарий