22 янв. 2013 г.

Amerika imperiyası haqda Noam Xomskinin yeddi gözəl fikri (“AlterNet” ABŞ)

Amerika imperiyası haqda Noam Xomskinin yeddi gözəl fikri (“AlterNet” ABŞ)

Lora Qottesdiner (Laura Gottesdiener)


Noam Xomski (Noam Chomsky)- bir çox məsələlər, həmçinin də linqvistika, bizim iqtisadiyyatın necə işləməsi və s. haqda propaqanda üzrə mütəxəssisdir. Amma onun müdrikliyinin daha parlaq işıqlandığı bir sahə var: bu amerikan imperiyasının strukturu və işləməsi haqda onun ideyaları və ifadə etdiyi fikirlərdir. Xomski bu mövzu haqda 60-ci illərdən danışır və yazır. Aşağıda onun amerikan imperiyasının qüsurları,qəddarlıqları, kobud səhvləri və ziddiyyətləri haqda Xomskinin şəxsi saytından, həmçinin alimin müşahidələrindən kolleksiya yığan fanatlarının vebsaytlarından götürülmüş yeddi ən güclü fikirləri verilmişdir.


1. 2007-ci ilin əvvəlində "Çinin hərbi gücünün genişlənməsi" haqda birinci səhifələrdə yeni məqalələr və başlıqlar dalğası getdi. Pentaqon iddia edirdi ki, Çin silahlanmada hərbi nüvə başlıqları ilə təhciz edilməsi mümkün olan 400 raketə malik olaraq öz hərbi hücum potensialını artırıb. Sonra bizdə bu barədə müzakirələr var idi: bu Çinin dünyanı fəth etməyə çalışdığını sübut edirmi, yoxsa sadəcə rəqəmlər doğru deyil və ya başqa nə isə. Amma burada kiçik bir qeyd yerinə düşərdi. ABŞ-in nə qədər nüvə başlıqları ilə təhciz edilmiş zərbə raketi var? Məlum olur, 10000. Çinin isə, aqressiv "qırğılara" inansaq, -400. Və bu da sübut edir ki, Çin dünyanı fəth etməyə çalışır.

Əgər xarici mətbuatı diqqətlə oxusaq, onda məlum olur ki, çinlilərin hərbi gücü artırmasının səbəbi təkcə ABŞ-ın sonsuz aqressivliyində deyil. Ondadıır ki, Birləşmiş Ştatlar raketlərin hədəfə tuşlanması üzrə öz imkanlarını yaxşılaşdırmışdır və indi harada olmasından asılı olmayaraq onlar raket start komplekslərini daha yaxşı məhv edə bilərlər, hətta mobil raket komplekslərini belə . Və bundan sonra dünyanı fəth etməyə çalışan kimdir? Aydındır ki, çinlilər. Axı dünya bizə aiddir, onlar isə onu özlərinə tabe etməyə çalışırlar. Bunu sonsuz davam etmək olar. Sadəcə mövzu seçin. Beynəlxalq məsələlər haqda müzakirələrdə çox şeyi izah etmək üçün "Dünya bizə aiddir" sadə prinsipi kifayət edir.

2. Biz kosmosun hərbiləşdirilməsini dayandıra bilərikmi? Çoxları qeyd edir ki, dayandıra bilərik. Səbəb odur ki, hərbiləşdirmədə faktiki olaraq yalnız Birləşmiş Ştatlar təkid edir. Bütün dünya buna qarşıdır– əsasən də ona görə ki, qorxurlar. ABŞ bütün planetdən öndə gedir. Əgər digər ölkələr dünya üzərində tammiqyaslı hökmranlıq və hakimiyyət arzu etməyə hazır deyilsə,bu o deməkdir ki, onlar çox geri qalıblar. Şübhəsiz, onlar buna reaksiya verəcəklər. Amma onlar belə rəqabəti dayandırmaq istəyərdilər. Bundan başqa, bütün dünya tərəfindən dəstəklənən, artıq imzalanmış və qüvvədə olan bir neçə müqavilə var ki, Birləşmiş Ştatlar onları torpedləməyə çalışır. Birinci – kosmik fəzada silah yerləşdirilməsini qadağan edən, 1967-ci ildən qüvvədə olan kosmos haqqında Müqavilədir. Bu müqaviləni hamı, həmçinin də ABŞ imzalayıb. Heç kim kosmik fəzada silah yerləşdirməyə çalışmır. Müqaviləyə riayət edilir, müqavilənin pozulmasını isə izləmək çox asandır. O, 1999-cu ildə BMT Baş Assambleyasında müzakirə edildi və ona 163 ölkə səs verdi. Əlehinə 0 səs idi, ABŞ və avtomatik olaraq ABŞ kimi səs verən İsrail səs verməkdən çəkindilər.



3. Qloballaşma nüfuzlu dövlətlərin, xüsusilə ABŞ-ın, fəaliyyətinin nəticəsidir, hansılar ki, korporasiyalar və varlılar üçün müxtəlif ölkələrin iqtisadiyyatında, bu öklələrin əhalisi qarşısında heç bir öhdəliyi olmadan, hökmranlıq etməyin asan olması üçün ticarət və s. bağlı razılaşmaları dünya xalqlarının boğazına dirəyirlər.

4. ABŞ hələ də hərbi vertolyotları soyqırım qurbanlarının şərəfinə adlandırır. Və bu halda heç kəs buna diqqət yetirmir. "Qara qırğı" adı var. Hələ "Apaç" da var. "Komanç". Düşünürəm ki, lyuftvaffe-də hərbi vertolyotlar "Yəhudi" və ya "Qaraçı" adlandırılsaydı, camaat buna diqqət yetirərdi.

5. Əgər hər hansı bir şey bizim üçün doğrudursa ( və ya səhvdirsə), onda bu qalan hamı üçün də doğrudur (və ya səhvdir). Buradan bu nəticə çıxır. Əgər Kuba, Nikaraqua, Haiti və bir çox başqaları üçün Vaşinqtonu və Nyu-Yorku bombalamaq səhvdirsə, onda Ramsfeldə Əfqanıstanı bombalamaq olmaz (ən düşünülmüş bəhanələrlə). Əgər o bambalayırsa, onu hərbi cinayətlərə görə məhkəməyə cəlb etmək lazımdır.

6. Fərz edək ki, Çin, xeyli sayda çinliləri öldürən öldürücü tütün məhsulunun məhv edilməsi məqsədi ilə kimyəvi silah tətbiq edərək, Kentukki-yə və Şimali Karolinaya hücum həyata keçirmək üçün Kolumbiyada hərbi bazalarını yaradıb. ( Bunu Xomskiy Mərkəzi və Cənubi Amerikada ABŞ tərəfindən keçirilən narkotik əleyhinə müharibə paradoksu haqqında yazıb.)


7. Əlbəttə ki, Birləşmiş Ştatlar İran təsirindən narahatdır. Buna görə iran-iraq müharibəsinin son mərhələsində onlar İraqa fəal kömək etməyə başladılar, hansı ki, müharibənin nəticəsinə həlledici təsirini göstərdi. Buna görə Vaşinqton 1990-cı ilin avqustunda regionda amerika planlarını pozana qədər Səddam Hüseyinə fəal yaltaqlanmağa davam edirdi. İran təsiri ilə əlaqədar ABŞ-ın narahatçılığı həmçinin Səddamın 1991-ci ilin martında cənubi İraqın şiə əhalisinə qanlı və öldürücü hücumunu dəstəkləməsi ilə bağlı qərarında da göründü. Konkret səbəb İranın şiə dövləti olaraq İraq şiələrinə təsir göstərə bilməsi qarşısında qorxudan ibarət idi. Daha ümumi səbəb xalq inqilabının müvəffəqiyyətli vəziyyətindən yarana biləcək "sabitlik" təhlükəsindən ibarət idi. Bunu ingilis dilinə tərcümə etsək, təhlükə növbəti addımda idi: belə müvəffəqiyyət demokratik tendensiyaları stimullaşdıra bilərdi, bu isə həmin region xalqları üzərində hakimiyyətini həyata keçirərkən ABŞ-ın güvəndiyi çoxsaylı diktaturaları zəiflədə bilərdi.

Xatırlayın ki, Vaşinqton öz keçmiş dostunu heç də gizli dəstəkləmirdi. ABŞ hərbi komandanlığı üsyan etmiş iraq zabitlərinə hətta ələ keçirdikləri iraq hərbi texnikasını və silahlarını öz əllərinə götürməyə imkan vermədi. Bu şiə əhalisinin qətliyamının davam etdiyi zaman - qəddar Norman Şvarskopf-un .(1990-1991 illərdə Fars körfəzində müharibə zamanı Çoxmillətli qüvvələr qrupuna başçılıq etmiş amerika sərkərdəsi) gözləri qarşısında - baş verirdi.

Nəşrin originalı: 7 Brilliant Insights from Noam Chomsky on American Empire

Tərcümə: Günel Muradova





1 комментарий: