17 янв. 2013 г.

Kütləvi repressiyalar haqqında sağlam mülahizələr



"Kralın çılpaq" olduğunu sübut etmək üçün dərzinin peşəkar olması vacib deyil. Bunun üçün gözlərə malik olmaq və az da olsa düşünməkdən qorxmamaq kifayətdir. Tarixin dəfələrlə yenidən yazılmasından və istənilən şeyi “sübut edən” mənasız statistik metodiklarla lovğalandıqdan sonra insanlar artıq heç nəyə inanmırlar. Buna görə mən oxucunu statistik hesablamalarla yormayacam, sadəcə sağlam mülahizəyə müraciət edəcəm.

Stalin dövründə baş vermiş repressiyalar haqqında danışarkən antisovet təbliğatı növbəti iddiaları edir:
Faşistlər başqa xalqları məhv edirdilər, kommunistlər isə öz xalqını;
20 milyon insan almanlarla müharibədə öldürülmüşdür, iyirmi milyon-öz xalqı ilə müharibədə;
10 milyon insan güllələnmişdir;
40, 50, 60 milyondan 120 milyona qədər (!) insan düşərgələrdən keçmişdir;

Bütün həbs edilənlər praktiki olaraq günahsız idilər – onları ona əsaslanaraq həbs edirdilər ki, ana sahədən ac uşaqları üçün beş sünbül qoparırdı və ya istehsalatdan sap qarqarasını aparırdı və buna görə 10 il həbs cəzası alırdı;
Demək olar ki, bütün həbs olunanları kanal tikintisi və ağac kəsmək üçün düşərgələrə qovurdular, harada ki, məhbusların əksəriyyəti ölürdülər;
Hətta ən qatı "qulajnik"lər belə qəbul edirlər ki, hardasa 33-35-ci illərə qədər heç bir "kütləvi repressiya" haqda söhbət yox idi idi, 53-cü ildə isə repressiyalar sona çatmışdı, yəni müharibələri nəzərə almaqla, xatırlanan hadisələr 15-20 il ərzində baş vermişdir;
Soruşduqda ki, xalqı qırırdılarsa, niyə xalq ayağa qalxmadı, adətən cavab verirlər: "Xalq bunu bilmirdi". Xalqın repressiyaların miqyasından xəbərsiz olması faktını praktik olaraq təkcə həmin dövrdə yaşamış bütün insanlar deyil, həm də çoxsaylı yazılı mənbələr təsdiq edir.

Bununla bağlı nəinki heç bir aydın cavabı olmayan, ümumiyyətlə heç bir cavabı olmayan bir neçə əhəmiyyətli məsələni qeyd etmək mühüm məna kəsb edir.

Bu qədər inanılmaz məhbus sayı haradandır? Axı 40 milyon məhbus - bu o zamankı Ukrayna və Belorussiyanın birlikdə götürülmüş əhalisinin sayına və ya Fransanın bütün əhalisinin, və ya həmin illərdə SSRİ-in bütün şəhər əhalisinin sayı bərabərdir. Min inquşetiyalının və çeçenin həbsi və köçürülməsi faktı deportasiyanın müasirləri tərəfindən şoka salan hadisə kimi qeyd edilmişdir, və bu da aydındır. Niyə bir neçə dəfə böyük miqdarda insan kütləsinin həbsi və köçürülməsi şahidlər tərəfindən qeyd edilməmişdi? 41-42-ci illərdə məşhur "Şərqə evakuasiya" zamanı 10 milyon insan arxaya aparılmışdı. Evakuasiya olunanlar məktəblərdə, müvəqqəti tikililərdə,ailələrdə, harada gəldi yaşayırdılar.Bu faktı bütün yaşlı nəsil xatırlayır. Bu 10 milyon insan idi, bəs 40 milyon, xüsusən də 50, 60 milyon və sair necə olsun? Axı ildə ən azı 2-3 milyon insan həbs edilməli və haraya isə köçürülməli,həmçinin də harada isə toplanmalı idi?

O illərin demək olar ki, bütün şahidləri alman əsirlərinin kütləvi köçürülməsini və tikintilərdə işlədilməsini qeyd edirlər, onlara diqqət yetirməmək qeyri-mümkün idi. Xalq indiyə kimi məsələn, "bu yolu alman əsirlərinin tikdiyini” xatırlayır. SSRİ-i ərazisində təxminən 3 milyon əsir var idi, bu say çoxdur və belə böyük sayda insan fəaliyyəti faktını qeyd etməmək mümkün deyil. Təxminən 10-20 dəfə çox olan "dustaqların" sayı haqqında nə demək olar? Təkcə bu qədər inanılmaz sayda dustağın tikinti obyektlərinə köçürülməsi və işlədilməsi faktı SSRİ-in əhalisini sadəcə silkələməli idi. Bu fakt hətta onlarla il sonra ağızdan-ağıza ötürülərdi. Bunlar baş vermişdimi? Xeyr.


Yolu olmayan uzaq rayonlara belə böyük sayda insan kütləsini necə köçürmək olardı və həmin illərdə hansı mümkün nəqliyyat növündən istifadə olunmuşdu? Sibirdə və Şimalda genişmiqyaslı yolların salınmasına daha sonralar başlanmışdı. Böyük çoxmilyonlu insan kütlələrinin (!) tayqa ilə və yol olmadan köçürülməsi ümumiyyətlə qeyri-realdır – çox günlük yol ərzində onları təchiz etmək üçün heç bir imkan yoxdur.

Məhbuslar harada yerləşdirilmişdilər? Güman edilir ki, məhbuslar baraklarda yerləşdirilirdilər, çətin ki, kimsə tayqada dustaqlar üçün göydələnlər tikəcəkdi. Amma hətta böyük barak belə, adi beşmərtəbəli binada yerləşə biləcək insandan daha artıq insan yerləşdirə bilmir,elə buna görə də çoxmərtəbəli evlər tikirlər, 40 milyon isə - o zamankı Moskva ölçüsündə 10 şəhər deməkdir. Nəhəng qəsəbələrin izləri mütləq qalmalı idi. Bəs bu izlər hardadır? Heç yerdə. Əgər bu qədər dustağı çətin gedilə bilən azəhalili rayonlarda xeyli sayda kiçik düşərgələr üzrə bölüşdürsək, onda onları təchiz etmək qeyri-mümkün olacaq. Bundan başqa, yolların olmamasını nəzərə alsaq nəqliyyat xərcləri təsəvvür edilməz dərəcədə cox olacaq. Onlar yol kənarlarında və iri yaşayış məntəqələrinə yaxın yerləşdirildikdə isə ölkənin bütün əhalisi dərhal məhbusların böyük miqdarı haqqında xəbər tutardı. Əslində, şəhərlərin ətrafında böyük miqdarda başqaları ilə oxşatmaq və ya səhv salmaq qeyri-mümkün olan çox sayda spesifik tikililər olmalı idi.

Məşhur Belomorkanal 150 min məhbus, Kirov su qovşağı 90000 məhbus tərəfindən tikilib. Bu obyektlərin dustaqlar tərəfindən tikilməsi haqda bütün ölkə bilirdi. Bu saylar isə on milyonlarla müqayisədə heç nədir. On milyonlarla "məhbus-qullar" özlərindən sonra həqiqətən də siklopik tikintilər qoymalı idilər. Bu tikililər haradadırlar və necə adlanırlar? Cavabı olmayan suallara davam etmək olar.

Belə böyük xalq kütlələri çətin keçilən rayonlarda necə təchiz edilirdilər? Əgər hətta dustaqların mühasirədə olmuş Leninqrad normaları üzrə qidalandığını fərz etsək, onda bu məhbusların təchizatı üçün gündə minimum 5 milyon kiloqram (5000 ton) çörək lazım olduğunu bildirir. Fərz etsək ki, mühafizə heç nə yemir, içmir və silaha və geyimə ümumiyyətlə ehtiyac duymur.

Yəqin ki, hamı məşhur "Həyat Yolları" şəkillərini görüb, - sonsuz xətt üzrə bir-birinin arxasınca yarım və üç tonluq yük maşınları gedirlər- bu maşınlar o illər dəmir yollarından sonra praktik olaraq yeganə nəqliyyat vasitəsi idilər (belə daşınmalar zamanı atları nəqliyyat vasitəsi hesab etmək mənasızdır). Mühasirədə olan Leninqrad əhalisi təxminən 2 milyon insan təşkil edirdi. Ladoj Gölündən keçən yol - təxminən 60 kilometr idi, amma yüklərin çatdırılması hətta belə kiçik məsafələr üçün çox ciddi problem idi. Və burada iş almanların bombardman etməsində deyil - almanlar bir gün belə təchizatı kəsməyi bacarmamışdılar. Bədbəxtlik bundadır ki, kəndlərarası yolun ( yol faktiki olaraq Həyat Yolu idi) keçirtmə qabiliyyəti kiçikdir. "kütləvi repressiyalar" fərziyyəsinin tərəfdarları yaxınlıqda yerləşən yollardan yüz və min kilometr uzaqlıqda yerləşən Leninqrad böyüklükdə 10-20 şəhərin təchizatını necə təsəvvür edirlər? Bu qədər məhbusun əmək məhsulları necə daşınırdı və həmin dövr üçün əlçatan olan hansı nəqliyyat növündən istifadə olunurdu? Cavabları gözləməyə dəyməz - cavab olmayacaq.

Belə böyük xalq kütləsini kim həbs etmişdi və bunun üçün neçə "operativnik" lazım olmuşdu, axı sadə şəkildə desək, bu mühafizə zamanı bir nəfər beş nəfəri qoruyur, həbs vaxtı isə əksinə - beş nəfərə biri düşməlidir?

Saxlananlar harada yerləşirdirilirdilər? Saxlananlar nadir hallarda cəza çəkənlərlə birlikdə olurlar, bunun üçün xüsusi istintaq izolyatorları mövcuddur. Dustaqları adi binalarda saxlamaq olmaz -xüsusi şərait lazımdır, deməli, hər şəhərdə hər biri on minlərlə dustaq üçün hesablanmış küllü miqdarda istintaq həbsxanaları tikilməli idi. Bu nəhəng ölçülü tikililər olmalı idilər, çünki hətta məşhur Butırke həbsxanasında maksimum 7000 məhbus olurdu. Hətta fərz etsək ki, SSRİ-i əhalisi qəfildən kor olmuşdu və nəhəng həbsxanaların tikilməsini görməmişdi, amma həbsxana elə şeydir ki, onu gizlədə və başqa tikili altında gizlicə dəyişdirə bilməzsən. Stalindən sonra onlar hara yox oldular? Pinoçetin çevrilişindən sonra 30 min dustağı stadionlarda yerləşdirmək lazım oldu. Yeri gəlmişkən, bu fakt özü dərhal bütün dünyanın diqqətini cəlb etmişdi. Milyonlarla insan haqda nə deyəsən?


" Günahsız şəkildə öldürülmüş milyonlarla insanın basdırıldığı qəbirlər haradadır?" sualına siz ümumiyyətlə heç bir aydın cavab eşitməyəcəksiniz. Yenidənqurma isteriyasından sonra milyonlarla qurbanın kütləvi şəkildə məxfi basdırıldığı yerlərin tapılması qanunauyğun olardı, bu yerlərdə obelisklər və abidələr qoyulmalı idi, amma bunu heç yada salan da yoxdur. Belə miqyasda kütləvi qətllərin və basdırılmaların olması faktını prinsip etibarilə gizlətmək mümkün deyil. Məsələn, Qadın Uçurumunda basdırılanlar indi bütün dünyaya məlumdur və sovet insanlarının faşistlər tərəfindən kütləvi qırılması faktı haqqında dərhal bütün Ukrayna xəbər tutmuşdu. Müxtəlif qiymətləndirilmələr üzrə, orada yetmiş mindən iki yüz minə qədər insan məhv edilmişdi. Aydındır ki, əgər bu miqyasda güllələmə və basdırılma faktını gizlətmək mümkün olmadısa, 50-100 dəfə böyük saylar haqqında nə danışmaq olar?

Çox sadə illüstrasiya: doğru məlumdur ki, Müharibədə təxminən 8 milyon sovet əsgəri həlak olub, həmin illərdə Sovet Ordusundan isə təxminən 30 milyon insan keçmişdir. İstənilən sovet ailəsində Böyük Vətən müharibəsində xidmət etmiş yaxın qohumlar var, bir qayda olaraq, hətta bir neçə belə qohum var. Ailələrin əksəriyyətində yaxınlarından kimsə cəbhədə həlak olmuşdur. Kütləvi repressiyalarla bağlı nəsə oxşar bir şey varmı, axı orada say nəzərə çarpacaq dərəcədə çoxdur? Hər ailədə bir neçə güllələnmiş və "həbs edilmiş" varmı? Bu haqda hətta danışmaq belə gülməlidir.

Güman edirəm ki, çox göstərilən faktlar və fikirlər kifayət qədərdir. Onları heç kəs təkzib edə bilmədi. Hətta əgər yuxarı göstərilən faktlardan hansısa birini hər hansı bir yolla, məlumatları “qulaqlarından çəkib” izah etmək mümkün olsaydı belə, onların hamısını məcmu halda izah etmək olmazdı. Eyni zamanda, qeyd etdiyimiz şərtlərin hamısı deyil, hətta bir hissəsini belə prinsip etibarilə icra etmək mümkün deyil.

Həddindən artıq miqyasda saylar saxtakarlar tərəfindən təsadüfən seçilməmişdir. Onlar güclü emosiyalar doğuraraq təkcə insanı şoka salmır, həm də tənqidçilik qabiliyyətini söndürür. Manipulyasiya qurbanı BELƏ yalan demək bacarığına inanmaq vəziyyətində deyil. Faşist təbliğatı da bundan geniş istifadə edirdi. Psixoloqlara yaxşı məlumdur ki, orta insan üçün yüz mini ötən istənilən şey "lap çox" kateqoriyasına aiddir. Buna görə əgər yüz milyon insanın həlak olduğunu deyərlərsə, o buna tamamilə inana bilər, çünki gündəlik həyatda o böyük rəqəmlərdən istifdə etmir.

Pavel Krasnov

P.S.

Bu məqalə yeddi il əvvəl dərc edilmişdir, bu vaxt ərzində o internetdə, vaxtaşırı mətbuatlarda, bəzən isə sadə vərəqlərdə ən azı yüz dəfələrlə yenidən çap edilmişdir. Müəllif saysız miqdarda ictimai müzakirələrdə iştirak edib və yüzlərlə məktuba cavab vermişdir. Şəbəkədə illərlə aparılmış şəxsi mübahisələr və bir ildən çox açılmış ictimai müzakirələr göstərdilər ki, hər kəs üçün əlçatan olan sağlam düşüncə əsasında sadə məntiqli fikirlər birmənalı və təkzibedilməz şəkildə göstərirlər ki, "repressiyalar" fərziyyəsinin tərəfdarları iş üzrə nəinki, bir şeyə etiraz etmək bacarığında deyillər, onlar tamamilə etiraz etmək gücündə deyillər.

Bu da maraqlıdır ki, bununla belə "ziyalılar" “on milyonlarla insanın repressiyasını” birmənalı olaraq sübut edən hansısa öldürücü sənədlərin mövcudluğuna çox əmindirlər. Müəllifə yüz (!) (indi yəqin, hətta min) dəfə bu sənədləri verməyi söz veriblər, amma bu həmişə bircinsli bitirdi - opponent ya itirdi, ya da kliniki cəfəngiyat söyləməyə başlayırdı.

Ancaq əksinə, əsl tarixi elm istifadə etdiyi real sənədlər birmənalı şəkildə tariximizin saxtakarlarını təkzib edirlər. Arxivlərin və dövlət statistikasının icmal və yenidən yoxlama üçün əlçatan olan məlumatları dərc edilmişdir. Arzu edənlər özləri bunu Zemskovun və Mozoxinin elmi işləri üzrə yoxlaya bilərlər.

Dövlət Təhlükəsizlik Orqanlarının fəaliyyətinin statistikası 1921-1940-cı illər.
Dövlət Təhlükəsizlik Orqanlarının fəaliyyətinin statistikası 1941-1953-cü illər.

Комментариев нет:

Отправить комментарий