11 февр. 2013 г.

Stalin bərabərlik haqda



Stalinin bərabərliyin marksist təyini haqda məsələni qaldırmasına bir sıra partiya nümayəndələrinin koxoz quruculuğu barəsində yanlış fikirləri vadar etdi. Yanlış fikirlərin məğzi bizim anarxist və yarıanarxist axmaqlarımızın adi solçuluğuna: “kommunizm burda və indi”, “hər şeyi almaq və bölmək” və s. gətirib çıxarırdı.

Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitənin işinə dair partiyanın XVII qurultayının məruzə hesabatından:

Növbəti, kənd təsərrüfatı arteli və kəndtəsərrüfatı kommunası haqda məsələni götürək. İndi hamı qəbul edir ki, artel indiki şəraitdə kolxoz hərəkatının yeganə düzgün formasıdır. Və bu da tamamilə aydındır: a) artel kolxozçuların şəxsi, məişət maraqlarını onların ictimai maraqları ilə düzgün əlaqələndirir, b) artel şəxsi,məişət maraqlarını ictimai maraqlara yaxşı uyğunlaşdırır, bununla da dünənki fərdi təsərrüfatçıların kollektivizm ruhunda tərbiyəsini asanlaşdırır.

Yalnız istehsal vasitələrinin ictimailəşdirildiyi arteldən fərqli olaraq, kommunada son zamanlara qədər təkcə istehsal vaitələri deyil, həm də kommuna üzvlərindən hər birinin məişət vasitələri ictimailəşdirilmişdir, yəni, kommuna üzvləri artel üzvlərindən fərqli olaraq ev quşlarına,xırda mal-qaraya,inəyə,buğdaya, həyətyanı sahəyə sahib deyillər. Bu o deməkdir ki, kommunalarda şəxsi,məişət maraqları xırda burjuaziyanın bərabərçilik maraqlarına uyğun olaraq ictimai maraqlar tərəfindən yatırılırdığı qədər nəzərə alınmırdı və ictimai maraqlarla uyğunlaşdırılırdı. Aydındır ki, bu vəziyyət kommunanın ən zəif tərəfi sayılır. Kommunaların daha çox genişlənməməsi və yalnız tək-tək və onlarla rast gəlinməsi də məhz bununla izah olunur. Elə bu səbəbdən də, kommunalar öz mövcudluğunu saxlamaq və dağılmamaq üçün, məişətin ictimailəşdirilməsindən imtina etməli olublar, əməkgünləri üzrə işləməyə başlayırlar, buğdanı evlərinə verirlər,ev quşlarına,xırda mal-qara,inək və s. sahiblənirlər, amma burdan belə çıxır ki, kommunlar faktiki olaraq artellərin vəziyyətinə keçiblər. Və burda pis heç nə yoxdur, çünki, bunu kütləvi kolxoz hərəkatının sağlam inkişafı maraqları tələb edir.

Əlbəttə, bu o demək deyil ki, kommuna ümüumiyyətlə lazım deyil, və o artıq kolxoz hərəkatının ali forması deyil. Xeyr, kommuna lazımdır və o, əlbəttə ki, kolxoz hərəkatının ali formasıdır, amma tam inkişaf etməmiş texnika və məhsul qıtlığı bazasında yaranmış və özü artelin vəziyyətinə düşən indiki kommuna yox, daha inkişaf etmiş texnika və bol məhsul bazasında yaranacaq gələcək kommuna. Bugünkü kəndtəsərrüfatı kommunası az inkişaf etmiş texnika və məhsul çatışmamazlığı bazasında yaranıb. Onun bərabərçiliyi tətbiq etməsi və öz üzvlərinin şəxsi,məişət maraqları ilə hesablaşmaması, bu səbədən də kolxozçuların şəxsi və ictimai maraqlarının yaxşı uyğunlaşdığı artelin vəziyyətinə düşməsi də məhz bununla izah olunur. Gələcək kommuna inkişaf etmiş və zəngin artel üzərində yaranacaq. Nə vaxt ki, sahələrdə və artel fermalarında bol buğda, mal-qara, quşlar, tərəvəz və digər məhsullar olacaq, artellərdə mexanikiləşdirilmiş çamaşırxanalar, müasir mətbəx-yeməkxanalar,çörək zavodları və s. olacaq, və nə vaxt ki, kolxozçu ona yemekxanada yemək yeməyin,çörək zavodundan çörək götürməyin və ictimai çamaşırxanadan təmizlənmiş paltar almağın bu işi özü görməkdən daha səmərəli olduğunu görəcək, o zaman da gələcək kəndtəsərrüfatı kommunası yaranacaq. Gələcək kommuna daha inkişaf etmiş texnika və daha inkişaf etmiş artel bazasında, bol məhsul bazasında yaranacaq. Bu nə vaxt olacaq? Əlbəttə, tezliklə deyil. Amma bu həyata keçəcək. Artelin inkişaf edərək gələcək kommunaya çevrilməsi prosesini süni şəkildə sürətləndirmək cinayət olardı. Bu bütün kartları qarışdırardı və bizim düşmənlərimizn işini asanlaşdırardı. Artelin inkişaf edərək kommunaya çevrilməsi prosesi tədricən, kolxozçuların belə inkişafın vacibliyinə inamı artdıqca, baş verməlidir.




Artel və kommuna barəsində məsələ nə yerdədir. Məsələ, görünür ki aydındır və demək olar ki, sadədir.

Eyni zamanda, partiyanın bir hissəsi arasında bu məsələ haqda olduqca dolaşıqlıq var. Hesab edirlər ki, arteli kolxoz hərəkatının əsas forması elan etməklə partiya sosializmdən uzaqlaşmışdır, kommunadan-kolxoz hərəkatının ali formasından aşağı formaya geri çəkilmişdir. Soruşumaq lazımdır, niyə? Çünki, sən demə, arteldə üzvlərin tələbatı və şəxsi məişət vəziyyəti arasında fərq saxlandığından orada bərabərlik yoxdur, kommunada isə onun üzvlərinin tələbatı və şəxsi məişət vəziyyəti bərabərləşdirildiyindən orada bərabərlik var. Amma, birincisi, bizdə tələbat və şəxsi həyat sahəsində bərabərləşdirilmə, bərabərçilik olan kommunalar artıq yoxdur. Təcrübə göstərdi ki, kommunalar bərabərçilikdən imtina etməsəydilər və işdə artelin vəziyyətinə keçməsəydilər yəqin ki, məhv olardılar. Deməli, artıq mövcud olmayan şeyə istinad etmək lazım deyil. İkincisi, istənilən leninçiyə məlumdur ki, əgər o həqiqi leninçidirsə, tələbat və şəxsi məişət sahəsində bərabərçilik hər hansı ibtidai asket təriqətinə yaraşan irticaçı xırda burjuaziya cəfəngiyyatıdır, marksizm əsasında təşkil edilmiş sosialist cəmiyyətinə yaraşan deyil, çünki, bütün insanların eyni tələbatı və zövqü olmasını, bütün insanların şəxsi həyatlarını bir obrazda yaşamaqlarını tələb etmək olmaz. Və nəhayət: məgər işçilər arasında həm tələbata, həm də şəxsi həyatlarına görə fərq yoxdur? Bu işçilərin kəndtəsərrüfatı kommunları üzvləri ilə müqayisədə sosializmdən uzaqlaşmaqğı deməkdir?

Görünür bu insanlar düşünürlər ki, sosializm cəmiyyət üzvlərinin tələbatının və şəxsi həyatının bərabərləşdirilməsini, tarazlığını tələb edir. Bu mülahizənin marksizmlə,leninizmlə heç bir əlaqəsinin olmadığını qeyd etməyə ehtiyac yoxdur. Marksizm bərabərlik adı altında şəxsi tələbat və məişət sahəsində bərabərliyi nəzərdə tutmur, siniflərin yox edilməsini,yəni a) kapitalistlərin devrilməsindən və mülkiyyətdən məhrum edilməsindən sonra bütün işçilərin istismardan bərabər azad edilməsini, b) istehsal vasitələri bütöv cəmiyyətin mülkiyyətinə verildikdən sonra hər kəs üçün istehsal vasitələrinə xüsusi mülkiyyətin bərabər ləğvini, v) hər kəsin öz bacarığına uyğun bərabər işləmək vəzifəsini və bütün işçilərin öz iş bacarıqlarına görə bərabər qiymətləndirilmək hüququnu (socialist cəmiyyət), q) hər kəsin öz bacarığına uyğun bərabər çalışmaq vəzifəsini və bütün işçilərin buna görə öz tələbatlarına uyğun bərabər qiymətləndirilməsini (kommunizm cəmiyyəti) nəzərdə tutur. Bu halda marksizm buna əsaslanır ki, insanların zövqləri və tələbatları keyfiyyət və ya kəmiyyət baxımından nə sosializm dövründə, nə də kommunizm dövründə eyni olmur və ola da bilməz.

Bərabərliyin marksizm nöqteyi-nəzərindən izahı budur.

Başqa bərabərlik anlayışını marksizm qəbul etməyib və etmir.

Buradan sosializmin cəmiyyət üzvlərinin tələbatının bərabərliyini, tarazlığını, onların zövqlərinin və şəxsi həyatlarının tarazlığını tələb etməsi, marksistlərin planına görə hamının eyni kostyumda gəzməsi və eyni yeməyi ,həmişə eyni miqdarda yeməsi haqda nəticə çıxarmaq, bayağı danışmaq və marksizmə şər atmaqdır.

Artıq başa düşmək lazımdır ki, marksizm bərabərçiliyin düşmənidir. Hələ “Kommunist partiyasının Manifest”ində Marks və Engels primitiv utopik sosializmi onun “ümumi asketizm və kobud bərabərçilik” moizəsinə görə irticaçı adlandıraraq tənqid edirdilər. Engels “Anti-Dürinq” əsərində Dürinq tərəfindən marksist sosializmə qarşı irəli sürülmüş “radikal bərabərçi sosializm”in tənqidinə bütöv bir fəsil həsr etmişdir.

“Proletariatın tələb etdiyi real bərabərliyin məzmunu,- Engels deyirdi,- siniflərin məhv edilməsi tələbinə aiddir. Bundan o tərəfə istənilən bərabərlik tələbi, qaçılmaz olaraq cəfəngiyyata gətirir”.

Lenin də eyni şeyi deyirdi:

“Engels bərabərlik anlayışının siniflərin məhv edilməsindən başqa ən axmaq və səfeh zehniyyət olduğunu yazarkən, min dəfə haqlı idi. Burjua professorları bərabərlik anlayışı altında bizi ifşa etməyə çalışırdılar ki, guya biz bir insanı digərinə bərabər etməyə çalışırıq. Onlar özlərinin uydurduğu bu cəfəngiyyatda sosialistləri ittiham etməyə çalışırdılar. Amma onlar avamlıqlarından bilmirdilər ki, sosialistlər – xüsusilə müasir,elmi sosializmin baniləri, Marks və Engels- deyirdilər: bərabərlik adı altında siniflərin məhvi başa düşülmürsə, o sadəcə boş sözdür. Biz sinifləri yox etmək istəyirik, bu cəhətdən biz bərabərliyi müdafiə edirik. Bizim bütün insanları bir-birinə bərabər edəcəyimizi iddia etmək isə boş sözdür və axmaq inteligent uydurmasıdır” (“Xalqın azadlıq və bərabərlik şüarları ilə aldadılması” haqda Leninin nitqi).

Deyəsən, aydındır.

Burjua yazıçıları marksist sosializmi həvəslə hər kəsin bərabərçilik “prinsip”inə tabe olduğu köhnə çar kazarması kimi təsvir edirlər. Amma marksistlər burjua yazıçılarının savadsızlığına və avamlığına cavabdeh ola bilməzlər.

Marksist sosializm barəsində partiyanın ayrı-ayrı üzlərinin baxışlarındakı dolaşıqlıq və kəndtəsərrüaftı kommunlarının bərabərçilik tendensiyaları şübhəsiz ki, bir vaxtlar kəndtəsərrüfatı kommunalarının ideallaşdıraraq, onlar kommunları hətta zavod və fabriklərdə, harada ki, öz ixtisası üzrə işləyən ixtisaslaşdırılmış və istisaslaşdırılmamış işçilər öz əmək haqqlarını ümumi “qazan”a təhvil verməli və sonra onu bərabər bölməli idilər, tətbiq etməyə çalışan bizim solçu yekəbaşların xırda burjua baxışları ilə ikiyə bölünmüş alma kimi oxşardır. Yekəbaş “solçu”ların uşaqcasına-bərabərlikçi məşqlərinin bizim sənayeyə vurduğu ziyan məlumdur.

Gördüyünüz kimi, parçalanmış antipartiya qruplardan qalmış ideologiyalar olduqca böyük yaşam qabliyyətinə malikdir.

Aydındır ki, solçu baxışlar partiyada qələbə qazansaydı, partiya marksist partiya olmayacaqdı, kolxoz hərəkatı isə sonda dağılardı.

Комментариев нет:

Отправить комментарий