11 апр. 2013 г.

İslandiya presedenti. Dünya KİV-nin səssizliyi


23 oktyabr tarixində İslandiyada nə baş verdiyindən xəbəriniz var? Yəqin ki, yoxdur. Bilirsiz, niyə heç nə eşitməmisiz? Ona görə ki, 23 oktyabrda İslandiyada inqilab baş verib – tamamilə dinc, amma buna görə digərlərindən daha da “inqilabi”. Hansı ki, eyni zamanda göstərdi ki, liberalların haqqında danışmağı sevdiyi “demokratik prosedurlar” çoxluq tərəfindən, bir qayda olaraq azlıq tərəfindən deyil, nəzarətə alındığında necə “təhlükəli” olur.

Məhz buna görə İslandiyanın tipik nümunəsi dünya KİV-i tərəfindən səsləndirilmir, tamamilə gizlədilir çünki, İslandiya misalının digər dövlətlər üçün də nümunə olması bütün dünyanın hakimiyyət başında duranlarının sonuncu istədiyi şeydir. Amma, hər şey haqda bir-bir.

Bu ilin 23 oktyabrında İslandiyada yeni Konstitusiyanın qəbul olunduğu referendum keçirildi. Bu referendum İslandiya xalqının 2008-ci ildən bəri, - nə vaxt ki, islandiyalılar gözlənilmədən öyrəndilər ki, onların ölkəsi, AB-nin üzvü maliyyə böhranı nəticəsində, sözün həqiqi mənasında tamamilə müflis olub - apardığı mübarizədə yekun akkorddur.

Ona görə gözlənilməz idi ki, bu “ən effektiv” neoliberal iqtisadiyyat tərəfindən təmin olunmuş 5 illik çiçəklənmə dövründən sonra baş verirdi. 2003-cü ildə ölkənin bütün banklarının mülkiyyət növünün dəyişdirilməsinə əsaslanaraq, və xarici investorları cəlb etmək məqsədilə onlar minimal vəsait xərcləri ilə yüksək gəlirlilik verən onlayn-banking tətbiq edirdilər.

Və həqiqətən də, islandiya bankları xeyli kiçik britaniya və hollandiya investorlarını cəlb etdilər, və hər şey çox yaxşı gedirdi, iqtisadiyyat da (neoliberal nöqteyi-nəzərindən) böyüyürdü,çiçəklənirdi və ətirlənirdi. Amma, adəti üzrə, bir nüans vardı: nə qədər çox investisiya cəlb olunurdusa, bankların xarici borcları bir o qədər sürətlə artırdı. 2003-cü ildə İslandiyanın borcu ÜMM –in 200%-ə bərabər idi, 2007-ci ildə isə artıq 900% təşkil edirdi.
2008-ci ilin dünya maliyyə böhranı “çiçəklənən” İslandiya iqtisadiyyatı üçün ölümcül zərbə oldu. Üç əsas İslandiya bankı: Landbanki,Kapthing və Glitnir – partladı və milliləşdirildi, krona isə avroya nəzərən dəyərini 85% itirdi. Və ilin sonunda İslandiya müflis olduğunu elan etdi.
Və burada İslandiyanın demokratik ölkə olduğunu xatırlamaq zamanı gəldi. Amma əvvəlcə islandiyalılar “adi” nümayəndəli demokratiyaya arxalanmağa qərar verdilər. Bankların iflasından bir neçə ay sonra islandiyalılar böhranın səbəkarı olan bankirlərə və onun dərinləşməsinə imkan verən avam siyasətçilərə qarşı etiraz edərək küçələrə çıxdılar. Etiraz və iğtişaşlar hökuməti sonunda istefaya getməyə məcbur etdi.

Seçkilər 2009-cu ilin aprelində baş tutdu, onların nəticələrinə əsasən hakimiyyətə, bir tərəfdən dərhal neoliberal iqtisadi sistemi pisləyən, digər tərəfdən isə tezliklə Dünya Bankının və AB-nin ümumilikdə 3,5 milyard avro borcu olan islandiya banklarının borclarını bağlamaq tələblərinə təslim olan sol koalisiya gəldi. Bu o demək idi ki, hər bir İslandiya vətəndaşı 15 il ərzində təkcə fərdi şəxslərin (bank sahiblərinin) digər fərdi şəxslər qarşısında borclarını bağlamaq üçün hər ay 100 avro ödəməlidir.

Bu hətta sakit islandiyalılar üçün belə ağ oldu. Və hadisələrin tamamilə ekstraordinar inkişafına gətirib çıxardı. Vətəndaşların müstəqil maliyyəçilərin səhvləri üzündən ödəməli olması, xüsusi borcları bağlamaq üçün bütün ölkə üzərinə vergi qoyulması ideyası o qədər qəbuledilməz idi ki, yeni kütləvi etirazlar dalğası yaratmışdı. Hansı ki, İslandiya başçılarını sözün həqiqi mənasında əhalinin çoxluğunun tərəfinə keçməyə məcbur etdi. Nəticədə prezident Olafur Raqnar Qrimsson artıq parlament tərəfindən qəbul edilmiş, İslandiya vətəndaşlarını island bankirlərinin borclarında məsuliyyətli edən qanunu təsdiq etməkdən imtina etdi və referendum keçirilməsinə razılıq verdi.
Bunun ardınca “beynəlxalq birliyin” “azad dünya” üçün çox xarakterik olan reaksiyası - İslandiyaya görünməmiş təzyiqlər başlandı. Britaniya və Hollandiya, islandiya banklarının onların vətəndaşlarının borclarını qaytarmadığı halda İslandiyanın tamamilə izolyasiyasına qədər ağır iqtisadi sanksiyalarla hədələyirdi. BVF ölkəni istənilən yardımdan məhrum etməklə hədələyirdi. Britaniya hökuməti islandiyalıların əmanətlərinin və cari hesablarının dondurulması ilə qorxudurdu. Amma islandiyalılar təzyiq altına düşmədilər, prezident Qrimsson isə belə fikir bildirdi: “Bizə deyirdilər ki, beynəlxalq birliyin şərtlərini qəbul etməsək, şimali Kubaya çevriləcik. Amma biz onlarla razılaşsaydıq, o zaman şimali Haitiyə çevrilərdik”.

Referendum 2010-cu ilin mart ayında keçirildi. İslandiyalılar referendumda xarici investorlara vəsait qaytarmamağa qərar verdilər – Britaniyaya və Niderlanda – 93% iştirakçı bank borclarının qaytarılmasının əlehinə səs verdi. BVF dərhal kreditləşdirməni dondurdu. Amma artıq islandiyalıları tutmaq mümkün deyildi. Vətəndaşların dəstəyi ilə hökumət maliyyə böhranında məsuliyyətli olan şəxslər barəsində mülki və cinayət araşdırmalarına başladı. İnterpol Kaupthing bankının keçmiş başçısı Siqurdura Eynarssonun həbsinə dair beynəlxalq order verdi, iflasda iştirak edən digər bankirlər ölkədən qaçdılar.

Amma bu bütün hamısı deyildi. İslandiyalılar əldə olunanlarla kifayətlənmədilər – ölkəni beynəlxalq maliyyədən və virtual vəsaitlərdən azad edəcək yeni Konstitusiyanın qəbul edilməsi haqda qərar qəbul edildi. Bununla belə, islandiyalılar yeni Konstitusiyanı özləri,hamılıqla yazmaq istədilər. Və bu alındı!

Əsas Qanunun Layihəsini 2010-cu ildə Milli Assambleyanın üzvləri tərəfindən təsadüfən (lotereya sistemi ilə) seçilmiş 950 sadə vətəndaş yazdı.
Yeni Konstitusiyanı hazırlayıb qurtarmaq üçün, İslandiya xalqı tərkibinə 25 vətəndaş daxil olan Konstitusiya Şurası seçdi (artıq seçki ilə). Sadə vətəndaşlar – balıqçılar,fermerlər,həkimlər,evdar qadınlar – hər birini minimum 30 vətəndaş tövsiyyə etmiş,heç bir siyasi partiyaya üzvlüyü olmayan 522 yaşlı insan içərisindən seçilmişdi.

Rusiyalı “demokratik” jurnalist Pavel Pryanikov xarakterik “Hər bir aşpaz qadın Konstitusiya yaza bilər” adlı məqalədə yazdığı kimi: “Xüsusilə qeyd edək ki, İslandiyada heç kim hiddətlənmədi ki, 522 insanın bioqrafiyasını və onların siyasi proqramını oxumaq,həmçinin belə böyük sayda insanın familyasının salındığı seçici bülletenindən baş açmaq mümkün deyil.”
Sonra Konstitusiyanın mətni və konstitusiya qanunları üzərində düzəlişlərə başlandı. Elə həmin P.Pryanikovdan sitat gətirək: “Ardınca isə Şura kraudsorsinq sistemindən – bütün insanların öz işində iştirakından istifadə etdi. Vətəndaşların təklifləri “facebook”,”twitter” və hətta “youtube” vasitəsilə qəbul olunurdu. Sadə islandiyalılardan Şuranın işinə dair cəmi 3600 şərh və konstitusiyada 370 düzəliş daxil olmuşdu. Şura ictimai müzakirə üçün hər həftə internetdə yeni maddələr nəşr edirdi. 2-3 həftə sonra, ictimaiyyətdən və ekspertlərdən daxil olmuş təklifləri gözdən keçirdikdən sonra, Şura məqalələrin yekun versiyasını nəşr etdi, hansı ki, yenidən müzakirədən keçirildi. Bundan başqa, Şura üzvləri hər həftə öz işləri haqda hekayə yazırdılar və onu “youtube”-a yerləşdirirdilər, onların iclasını isə birbaşa efirlə internetdən izləmək olardı. İşin sonunda Şuranın bütün 25 üzvü Əsas Qanun üzərində işin yekunlaşmasına səs verdilər. “Biz, İslandiyanın insanları, hər birimizin ümumi masa ətrafında bərabər yer tutacağı ədalətli cəmiyyət qurmağı arzulayırıq”, - Konstitusiya bu sözlərlə başlayır”.

Şərhlərdə Konstitusiya Şurasının üzvləri etiraf edirlər ki, Konstitusiyanın ilk cümləsi xarici dillərə tərcümədə bir qədər biçimsiz səslənir, amma onların fikrincə, o hər bir islandiyalı üçün aydındır və hər kəs üçün bərabər imkanların yaradılmasına səy göstərilməsini daha yaxşı ifadə edir. Konstitusiya layihəsinə əsasən, adanın təbii resursları yalnız ictimai mülkiyyətə daxildir. Bütün işçi sənədləri,əgər dövlət sirri sayılmırsa, açıq istifadə üçün saxlamağı dövlətin öhdəsinə qoyan “Açıq informasiya və düzgünlük” adı altında maddə xüsusi maraq doğurur. Həmçinin, Konstitusiya hökumətə yalnız insanın xeyrinə deyil, həm də planetin və biosferin xeyrinə işləməyi bir vəzifə olaraq tapşırır. Ayrı bir maddə heyvan hüquqlarını təsbit edir.
Yenilikçi sənəddə əksər avropa konstitusiyalarından çıxarılmış, olduqca arxaik normalar üçün də yer ayırılıb. Belə ki, İslandiyanın Yevangelist-lüterian kilsəsi dövlət statusunu saxlayır.

Burada hadisələrin gələcək inkişafı üçün çox vacib bir nüansı qeyd etmək lazımdır. Konstitusiya Şurası öz tərkibinə görə, indi belə səsləndirmək qəbul olunduğu kimi, “avrososialist” oldu. İslandiyalıların əksəriyyəti sol baxışlara tərəfdar olmasına görə yox, islandiya sağlarının uzağı görəbilməməzliyi və sadəcə axmaq davranışı nəticəsində:əvvəllər hakimiyyətdə olan “İnkişaf Partiyası” və “Azadlıq partiyası” öz tərəfdarlarını Konstitusiya Şurasının seçkilərini və Konstitusiya üzərində işləri boykot etməyə çağırırdılar, və onların seçiciləri belə də etmişdilər. Nəticədə həm Şuranın özündə, həm də yeni Konstitusiyanın mətnində sağların və mühafizəkarların təsiri çox az oldu.

Beləliklə, həm obyektiv,həm də subyektiv faktorların yekun fəaliyyəti nəticəsində çoxluq gözlənilmədən vəziyyətin sahibi oldu – həm Konstitusiya Şurasında, həm Konstitusiya hazırlanmasında iştirak edənlərin arasında, həm də referendumda səs verənlərin arasında. Və nəticə o qədər “gözlənildiyindən artıq oldu” ki, artıq bir aydan çoxdur ki, aparıcı dünya KİV-i 23 oktyabr islandiya ümumxalq referendumunun nəticələri haqda məharətlə susur, hansında ki, 66% qatılmaq məcburi olduğu halda islandiyalıların 80%-dən çoxu Knstitusiya layihəsinə razılıq vermişdi.

Anladız? Konstitusiyanın hazırlanmasında və qəbulunda çoxluğun iştirakına icazə verən kimi, iqtisadiyyatın bütün müsibətlərindən panaseya kimi privatizasiyanın əvəzinə resursların milliləşdirilməsi, dövlət sirrlərinin əvəzinə - aşkarlıq, demokratiyanın ciddi nümayəndələrinin əvəzinə - birbaşa demokratiya elementləri “alındı”.

Və Allah eləməsin ( dünyanın neoliberal hökumətlərinin nöqteyi-nəzərindən) digər dövlətlər də İslandiya nümunəsindən örnək götürsün. Axı bugün, 2 il bundan əvvəl İslandiyaya təklif olunan qərarlar digər xalqlara təklif olunur. Yunanıstan xalqına deyirlər ki, onların dövlət sektorunun privatizasiyası yeganə çıxış yoludur. Eyni şeyi italyanlara,ispanlara və portuqaliyalılara da deyirlər..

Bəs onlar islandiyalılardan nümunə götürsələr necə olacaq? Bu haqda düşünmək qorxuludur...
Axı, buna doğru gedir! Dayanmadan tətil edən “avropa donuzlarının” (PİGS - AB-nin müflisləşmə vəziyyətində olan 4 ölkəsinin işarəsi: Portuqaliya (P),İtaliya (İ),Yunanıstan (G), İspaniya (S) ) mədəni istirahət etməyə imkan vermədikləri bizim turistlərin bir çoxu, fikir verirlər ki, bir çox nəqliyyatda tez-tez İslandiyanın adı çəkilir. Amma xəbər proqramları bu xırda şeylər haqda da heç nə demirlər – onları əsas şeylər maraqlandırır – bu "donuzlar" partlamış şəxsi bankların borclarını ödəmək üçün təklif edilən kreditləri hansı şərtlərlə götürməyə razılaşacaqlar.

Məhz buna görə islandiya referendumu haqda heç nə bilmirdiz – dünya KİV-i özünü elə göstərir ki, sanki heç nə olmayıb. Axı KİV də, dövlət kimi, parlament kimi hakim sinfin maraqlarını təmsil edir.

Amma, çoxluğun maraqları ona yaxın olan və əsl demokratiyaya laqeyd olmayan hər kəs üçün islandiya tarixi – dərsdir. Təkilatlanmış çoxluğun dərsi. Çoxluğun hüquqların real həyata keçirmək dərsi. Xalq qanunvericiliyinin və xalq özünüidarəsinin dərsi. Prinsip etibarilə həqiqi demokratiyanın mümkün olmayacağı hər şeyin dərsi.


Tərcümə Günel Muradova

Комментариев нет:

Отправить комментарий