13 мая 2013 г.

Biz nə uğrunda vuruşurduq?


Biz nə uğrunda vuruşurduq?

Əgər bizim bugünkü siyasi xadimlərimiz və biznes çarlarımız 1939-cu ildə hakimiyyətdə olsaydılar, nasizmlə mübarizə aparmaq istəməzdilər
Hər bahar isti yaz yağışı susuzluqdan qurumuş və əzab çəkən torpağa yağır. Uzun qış yuxusundan sonra həyat canlanır. Və oyanan təbiətin bütün bu gözəllikləri məni barmağa sancılmış qızılgül tikanları kimi yaralayır. Yaz günləri, gecələr qısaldıqda mənə cavanlıq vaxtlarımı xatırladır. Günəş şüaları onda da belə parlaq və isti idi,indiki kimi, amma canlanan təbiətin gözəlliyi özündə ölüm izləri daşıyırdı. 1945-ci ilin yazı idi və Avropa ölümün və Dünya müharibəsinin qəddarlığının boğucu qucaqlarında boğulurdu.

O müharibə kütləvi şəkildə on milyonlarla insan həyatını yox etdi – bu insanlar hərbi döyüşlərdə, bombalanma zamanı ölürdülər və ya onları dinc əhali kimi öldürürdülər. Müharibənin 5 ili ərzində nə qədər geriçəkilmə, məğlubiyyət və amansız döyüşlər olmuşdu – neçə dəfə isti yay ondan sonra qış şaxtaları gələn payızla əvəz olunmuşdu və yenə yaz insanlara ümid və optimizim verirdi. Hər bir evdə tıqqıldayan saatlar, şəhər meydanlarındakı qala saatları hər gün eyni şəkildə vaxtı – yaxşılıq və pislik arasındakı ölümcül müharibənin vaxtını ölçürdü. Saatlar həyatın və bizim hər birimizin vaxtını ölçürdü, müharibənin hər bir cəbhəsində əsgərlər hər gün və hər saat ölürdülər və ya şikəst olurdular. Mühafizə gəmilərinin dənizçiləri  Atlantik okeanın şimalında soyuq sularda batırdılar. Şəhərlər ac kimsəsiz uşaqların dolaşdığı çınqıl yığınına çevrilirdilər.

Ölüm neçə illər dünyanı dolandı – və bir çox ölkələrdə uzun illər hətta məhsul əkininin və yığımının kəndtəsərrüfatı tsikli dayanmışdı. Dünya müharibə vəziyyətində idi, və biz bir çox britaniyalıların həyatını məhv və ya şikəst edən bu müharibə dünyasında yaşayırdıq. Amma bütün bu müharibə qurbanları haqlı idilər və yalnız ona görə ki, biz öz işimizin ədalətli olduğuna inanırdıq, ona görə ki, hesab edirdik ki, sənin kim olmağın və haralı olmağın əhəmiyyətli deyil, müharibə bizim ümumi işimizdir. Biz öz gücümüzə inanırdıq, hər birimizin töhvəsi isə az və ya çox olmasına baxmayaraq, çox əhəmiyyətli idi. Və bu birlik və optimizm bizə müharibə dövrünün qara pərdəsinin arasından baxmağa kömək edirdi. Nasist Almaniyasına qarşı müharibədə yalnız bu şəkildə dayana və tab gətirə və həmin 1945-ci ilin yazını gözləyə bildik.

Müharibənin həmin son günlərində mənim 22 yaşım vardı və günlərlə deyil, həmin yazda sakitləşmiş döyüş meydanlarında olan ot kimi saatlarla böyüməli olurdum. Azad olmuş Hollandiya çölləri ilə nasist Almaniyasına tərəf gedirdim. Və onda mənim başımda yalnız bir fikir vardı: mən necə də xoşbəxt insanam! Mən bu müharibədən sağ çıxa bildim! Mən öz işimi layiqincə yerinə yetirdim, heç vaxt əmri yerinə yetirməkdən yayınmadım.

Mən kral hərbi-havva qüvvələrində xidmət etmişəm və sağ qalan çox az yoldaşlarımdan biri idim – ölüm məndən yan keçmişdi. Amma mənim əksər yoldaşlarımın,dostlarımın,qonşularımın,tanışlarımın və ümumiyyətlə tanımadığım inasanların bəxti belə gətirməmişdi. Mənim yaşıdlarımdan çoxları 22 yaşına kimi yaşaya bilməmişdi. Onlar heç vaxt ailə qura və dinc həyatdan zövq ala bilməyəcəklər. Yoldaşlarımın çoxu kimi mən də başa düşürdüm ki, ölənlər insanlığın xilası uğrunda canlarından keçmişdilər.
Bəlkə də mən məhz buna görə indi də, 90 yaşımda, hər yaz yerli memoriala baş çəkirəm və ölənlərin daş üzərində qeyd olunmuş adlarını oxuyuram. Mən sadə epitafiyaları diqqətlə oxuyuram, onların həyat tarixlərinə baxıram və düşünürəm: bu gənclər sağ qalsaydılar necə olardı? O zaman onların həyatı necə olardı? Onlar həqiqətən sevə, oz xöşbəxtliklərini, öz peşələrini tapa və öz işlərinə görə layiqli əmək haqqı ala bilərdilərmi?

Onlar uşaq böyüdə bilərdilərmi? Uğrunda fədakarlıqla döyüşdükləri müasir demokratiya onların xoşuna gələrdimi? Silahların susmasından və İkinci dünya müharibəsinin qurtarmasından artıq 70 il keçib, amma mən hələ də əmin deyiləm – mən bilmirəm onların həyatı müasir cəmiyyətə dəyərdimi.
Şəxsən mənə elə gəlir ki, “bu gözəl dünya” tamamilə səhv qurulubdur – o, İkinci Dünya müharibəsinin gedişində qadınların və kişilərin “qanla, tərlə və göz yaşları” ilə qurduqları dünyaya uyğun gəlmir. Bizim müasir siyasi xadimlərimiz, teleşərhçilərimiz, eləcə də hərbi-sənayə kompleksimiz üçün keçmişin mübarizəsinə hörmətsizlik etmək rahat və xeyirlidir. Onlar “D günü”, “Suord”, “Cuno”,”Qold” və “Omaxa” əməliyyatları münasibətilə təntənəli nitq söyləyə bilərlər, sanki, bu sözlər qəti surətdə onların azadlıq ideyalarına bağlılığını göstərir. Amma bizim individual və kollektiv azadlığımız məhz bugün təhlükə altındadır, həm də bu təhlükə nasizm üzərində qələbə dövründən bu qədər ciddi olmamışdır.

Biz İkinci Dünya müharibəsində sağ qalanların evə qayıdarkən nə baş verdiyini unutduq – onlar sahildə bağlanmış qayıqları dalğanın üzərində qaldıran qabarma  kimi qayıdırdılar. Mənim nəslim acı yaşamalı, öz gözləri ilə soyqırım, etnik təmizləmə görməli oldu, ağlasığmaz çətinliklər çəkməli oldu – müharibədən qayıdan əsgərləri və dinc əhalini onlara çatacaq dinc həyatı belə təkid və inadla tələb etməyə məhz bunlar məcbur etdi.
Biz dəqiq bilirdik ki, biz bunlara layiqik və bilirdik ki, gələcək daha keçmiş kimi, nə vaxt ki, çoxları zibil qutularında eşələnməyə məcbur olmuşdu, olmamalıdır. Bizim “gözəl yaşıl ölkəmiz” müharibədən sonra hər kəsin ölkəsi olmalı idi – istisnasız, çünki, biz məhz belə bir ölkə üçün qan tökürdük və ölürdük. Biz həqiqi demokratik cəmiyyət tələb edirdik, harada ki, hər kəsə öz xidmətlərinə görə haqq verilməli idi və  artıq heç kim yoxsulluq içərisində yaşamayacaqdı. Hesab edirdik ki, heç kim xəstəlikdən və ya savadsızlıqdan həyatın xarabalığına atılmamalıdır. Müharibədən sonra biz qərb dünyasında radikal kökündən dəyişikliklər apardıq, məhz onda bizim cəmiyyətmizdə fikirlər yayılmağa başladı ki, bütün insanlar özlərinə uyğun münasibətə layiqdirlər, müstəqil hərəkət etməyə, ədalət üçün hüquqa malik olmalıdırlar,əhalinin ən zəif təbəqələri isə sosial yardım almalıdırlar.
Biz ödəməli olacağımız dəyəri çox yaxşı bilirdik, əgər cəmiyyət ədalətsizdirsə, bu nəticədə bütün demokratiyanın sonu deməkdir, insanların əksəriyyəti isə yoxsulluqda sürünməli olacaqlar. Biz ümumi səhiyyə sisteminin olmamasının nəyə başa gələcəyini bilirdik, bu əslində cəmiyyətin kiçik insan toplusunun çoxluq üzərində hakim olduğu əvvəlki modelinə qayıtmaq deməkdir. Və bugün, bizim dünyanın varının çox dəfələrlə artdığı zaman, bizim siyasi xadimlərimiz, maliyyə institutlarının nümayəndələri və sənaye nəhənglərinin sahibləri qəfldən bizə deyirlər ki, biz həmin müharibədə insanların uğrunda can qoyduğu layiqli həyatı yaşamamalıyıq. Bugün bizim başçılar bizə deyirlər ki, guya ümumi səhiyyə, dövlət tərəfindən təmin olunan pensiya, ədalətli əmək haqqı,həmkarlar ittifaqlarının müdafiəsi və bizim sosial təminat sisteminin digər aspektləri kimi “dəbdəbə”yə malik ola bilmərik.

Bugün mənim 90 yaşım var və yenidən döyüşə getmək üçün çox qocayam. Mən daha hətta etiraz nümayişlərində dayana və əllərimdə bugünkü siyasətin ağılsızlıqlarını tənqid edən plakat saxlaya bilmirəm. Mənə qalan öz dövrümün və nə vaxtsa uzaq keçmişdə Hitlerə və sivilizasiyanın əsas prinsiplərini məhv etməyə çalışan bütün hər kəsə qarşı apardığımız qəhrəman mübarizənin canlı şahidi olmaqdır.Bizim cəmiyyətin əsas problemləri vəsait çatışmamazlığı və borclar deyil, odur ki, bizim başçılar xalqa hesabat vermirlər, bir yığın Siti bankirlərinə və hedge-fund menecerlərinə hesabat verirlər. Onlar hamısı yalnız öz mühasibatlıq idarələrinə qulaq asırlar, xalqa yox.

Bilmirəm, ətrafımızda hər şeyi gərginləşdirən zülmətdən çıxış yolu tapa biləcikmi.Ola bilsin, insanlıq yenidən  nə vaxtsa əcdadlarının çıxdığı mağaralara qayıdacaq – belə bir ssenari tamamilə mümkündür – çünki, biz yalnız öz şəxsi maraqlarına xidmət edən siyasi partiya liderləri və var-dövlətinin mənbəyi tamamilə şübhəli olan biznes maqnatları tərəfindən tabe edilmişik və qorxudulmuşuq. Amma mən yenə də ümid edirəm ki, bu baş verməyəcək, heç olmasa gələcək nəsillərin xatirinə buna yol verməyəcəyik.

Bununla belə, əmin olduğum bir şey var: əgər bizim indiki siyasi xadimlərimiz və biznes çarlarımız 1939-cu ildə hakimiyyətdə olsaydılar, onlar nasizmlə mübarizəyə qatılmaq istəməzdilər. Nə Dyunkerk, nə də Britaniya uğrunda Döyüş olmazdı, və nəticədə bizim Ulduz Saatımız çatmazdı. Bizim müasir liderlər daha da Avropa üzərində işığın necə söndüyünə baxmağı üstün tutardılar, çünki, belə davranış hitler zülmkarlığına qarşı onlar üçün ən ucuz və ehtiyatlı variant olardı.

Harri Lesli Smit

Tərcümə Günel Muradova



Комментариев нет:

Отправить комментарий