14 мая 2013 г.

Dünya müharibəsi ilə bəslənmiş korporasiyalar


Dünya müharibəsi ilə bəslənmiş korporasiyalar

İkinci Dünya müharibəsi zamanı hərbi biznes sahəsində dünyanın bütün transmilli korporasiyaları iştirak edirdilər, hansılar ki, sahibləri böyük qan kütləsi üzərində böyük pullar qazanmışdılar. Onlardan bəzilərini sadalayaq

Birinci Dünya müharibəsindən sonra alman iqtisadiyyatı xarici kreditlər hesabına bərpa olunurdu və böyüyürdü. Birinci dünya müharibəsinə qatılmağa özünü çatdıran amerikalılar sələmçilikdə digərlərindən çox uğur qazandılar: 1924-cü ildən 1930-cu ilədək Almaniyanın xarici borcları 18 milyard dollardan 25 milyard dollara qədər artdı. Uzunmüddətli borcların əksəriyyəti (55%-i) və həmçinin 37% qısamüddətli kreditləri ABŞ nümayəndələri, ilk növbədə Morqan bankları verdilər.
Borca verilmiş vəsaitlərin müqabilində almanlar müəssisələrin səhmlərini verirdilər. Bu şəkildə amerikan kapitalı alman iqtisadiyyatının bir hissəsinə çevrildi. Və artıq 1929-cu ildə alman sənayesinə yatırılmış güclü investisiyalar onu dünyada ikinci yerə çıxardı, əsas müəssisələr və sahələr isə nəhəng amerikan maliyyə-sənaye qruplarının nəzarəti altına düşdü.

1924-cü ildən 1929-cu ilə kimi sənayeyə investisiya və borc şəklində 63 milyard qızıl marka daxil oldu. Bununla bərabər borclar 30 milyard təşkil edirdi. Bu dövr ərzində Almaniya 10 milyard marka reparasiya (təzminat) ödəmişdi. 1933-cü ilə amerika maliyyə kapitalı və sənaye korporasiyaları alman sənayesinin bütün əsas sahələrində, həmçinin Almaniyanın nəhəng banklarında yerləşirdi.
Həmin dövrün nəhəng konsernlərindən olan “İG Farbenindustrie”, hansı ki, 30-cu ildə Hitlerin seçki qabağı kompaniyasının əsas sponsoru idi, həmin vaxt Rokfellerin “Standard Oil” şirkətinin kontrolu altında idi. 1926-cı ildə “Dillon Reed” (hazırda "Warburg Dillon Reed" investisiya şirkəti kimi tanınır) Rokfeller bankı Almaniyanın metallurgiya inhisarçısı - Vereinigte Stahlwerke polad trestinin əsasını qoydu.

Morgan qəbiləsi General Electric vasitəsilə praktiki olaraq bütün alman radio və elektrotexnika sənayesinə nəzarət edirdi. Bununla belə General Electric-in Almaniyada fəaliyyəti hətta ABŞ hökumətinin də narazılığına səbəb olmuşdu. Müharibənin qurtarmasından bir il sonra, 1946-cı ildə, şirkət Krupp alman korporasiyası ilə əlbir olaraq, metalın mexaniki emalı üçün vacib olan volfram karbidinin qiymətini qəsdən qaldırdığı üçün cərimə olunmuşdu. Cərimə qiymətlərin maxinasiyası nəticəsində əldə edilmiş gəlirlə müqayisədə cüzi idi – cəmi 36 min dollar. Amerikanın GE şirkəti aktiv şəkildə qul əməyindən istifadə edən və qaz kameraları quraşdıran Siemens şirkətində də paya sahib idi.

Morganlar həmçinin AEG-in (hansı ki, bütün texnoloji kəşflərini rus mühəndisi Mixail Dolivo-Dobrovolski-yə borcludur) 30%-nə sahib idilər, bugün də mövcud olan və səhmləri NYSE -ə yönləndirilən İTT əlaqə şirkəti vasitəsilə isə Almaniyanın telefon şəbəkəsinin 40%-nə nəzarət edirdilər. Həmçinin GE hərbi təyyarələr istehsal edən Focke-Wulf avia-tikinti şirkətinin 30% səhmlərinə sahib idi. Bir sıra amerika firmalarının hərbi patentləri almanlara satılmışdı, xüsusilə, “Yunkers-87” amerika texnologiyaları üzrə quraşdırılırdı.
Düponlar General Motors vasitəsilə Opel-ə daxil oldular. Məşhur Volkswagen isə  onsuz da tamamilə 100%-lik Henri Ford-a aid idi. 1938-ci ildə almanlar qoca Forda alman şahinin xidmət Ordenini – reyxin əcnəbilər üçün ən ali mükafatını təqdim etdilər. Buna səbəb vardı. Ford-un alman idarəsi müharibə zamanı alman ordusunun bütün hərbi yük maşınlarının 2/3-nin istehsalını təmin etmişdi və həmçinin məhbusların əməyindən istifadə etmişdi.

2000-ci ildə isveçrə firması Nestle avropa təşkilatlarına kompensasiya şəklində şərti qaydada 15 milyon dollar ödədi. Bu kompaniyanın iki dünya müharibələri ərzində qazandığı güclə müqayisədə qəpik-quruşdur. Braziliya istehsal artıqlığından əziyyət çəkdiyindən, kompaniya döyüşən amerika ordusunu tonnlarla əridilmiş kofe ilə təmin edirdi. Alman əsgərləri üçün isə Nestle dadlı şokolad hazırlayırdı, bütün dünya müharibəsi boyunca bu məhsulun inhisarçı tədarükçüsü olmuşdu.
Məşhur Fanta isə onsuz da Almaniyada doğulmuşdu. Kola üçün inqridientlərin Avropaya idxalında problemlər yarandığından, Coca-Cola-nın Almaniyadakı başçısı Maks Kayt fərasətli davrandı və texnoloqlarla birlikdə əldə olan materiallardan almanlar üçün istehsal oluna biləcək dadlı kimyəvi içkinin formulunu yaratdı. Almanlar müharibəni uduzduqda isə Coco-Cola-nın Almaniyadakı filialının orientasiyasını işğal qoşunları üçün içki istehsalına və avropa bazarında qazlı içkilər arasında liderlik qazanmağa dəyişdirdilər. Fantanı da əlbəttə ki, unutmadılar.

Qeyd etmək lazımdır ki, İkinci Dünya müharibəsi dövrü müasir transmilli korporasiyaların böyük əksəriyyəti üçün qızğın dövr idi. Onlar müharibənin son aylarına, almanlardan maksimum mümkün olanı sorub çıxarana kimi onlarla işlədilər, sonra isə yeni Avropada birinci yerləri tutdular və yeni artım tsiklinə başladılar.

Tərcümə: Günel Muradova

Комментариев нет:

Отправить комментарий