22 янв. 2014 г.

Bugün 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun anadan olduğu gündür. Həzi Aslanov Böyük Vətən Müharibəsi zamanı göstərdiyi xidmətlərə görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni və medallarla təltif olunmuşdur.

 “Красная Звезда” qazeti 24 dekabr 1942-ci il tarixində onun haqda yazırdı: “Döyüş tarixi hələ H.Ə.Aslanov və onun döyüş dostları kimi vuruşan döyüşçülər görməyib.  Düşmən tankları və piyada qoşunu nə qədər güclü olsa da, qüvvətli, iradəli Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun rəhbərlik etdiyi hissə ilə müqayisə oluna bilməz”.


13 yanvar 1943-cü ildə Stalinqrad cəbhəsinin “Сын Отечества” qazeti qeyd edirdi: “... tank əməliyyatlarını piyada qoşunlarının və artileriyanın hərəkətləri ilə necə uyğunlaşdırmağı bilmək istəyənlər polkovnik H.Aslanovun qvardiya hissəsindən öyrənməlidirlər.Qoy Sovet İttifaqı Qəhrəmanı H.Aslanovun tankistlərinin döyüş bacarıqları bizim bütün bölümlərimiz üçün nümunə olsun...”

Комментариев нет:

Отправить комментарий