13 мар. 2014 г.

Krım qarşıdurmasında bizim psevdointelektuallar da xal yığmaq və kütlənin hörmətini qazanmaq qərarına gəliblər. ABŞ-ı Azərbaycanın və Ukraynanın bütovlüyü narahat etdiyi qədər onları da krım tatarlarının taleyi narahat edir. Krım tatarları türk və müsəlmandırlar, dini və millətçilik hissləri ilə oynamaqla yaxşı qazanc qazanmaq olar. 1988-ci ildən başlayaraq Azərbaycanda xalqın adından danışmaq dəbə düşdü, hər bir nadürüst öz şəxsi marağını xalqın marağı kimi təqdim etməklə özünə xalq marağını ifadə etmək hüququ verdi. Onlar həmin bu xarakterlərini və ya psixi travmalarını digər dövlətlərdəki hadisələr üzərində istismar edirlər və artıq digər xalqların adından danışmağa başlayırlar. Hara baxırsan azərbaycanlı psevdointelektual krım tatarlarının adından danışır, öz fkirlərini onların adına çıxır, onların adından ruslara və Rusiyaya qarşı narazılığını ifadə edir... Bununla belə, krım tatarları da ruslar, azərbaycanlılar və digərləri kimidirlər – müxtəlifdirlər. Kimsə Rusiyaya birləşməyi dəstəkləyir, kimsə banderaçıların hakimiyyətini qəbul edir, kimsə nə vaxtsa Aİ-nın bir hissəsinə çevrilmək ümidilə banderaçıların hakimiyyətini qəbul edir, kimsə bütöv Ukrayna tərəfdarıdır, amma bu şərtlə ki, hakimiyyətdə çoxluğun marağını təmsil edən adekvat insanlar olsunlar, kimsə, yəqin ki, Türkiyəyə birləşməyin tərəfdarıdır, kimsə - hansısa islam xilafətinə.
“Krım banderaçı pisliklə var qüvvəsilə mübarizə aparır. Söz Rusiyadadır. Əgər RF qardaş Ukraynanı dost ölkə kimi tamamilə və birdəfəlik itirmək istəyirsə, Smolensk ərtafında özünə NATO ilə sərhəd qazanmaq istəyirsə qoy əyləşsin və Vaşinqtondakı və Brüsseldəki laqeyd praqmatiklər tərəfindən tamamilə maliyyələşdirilən və silahlandırılan bu banderaçı pisliyi krımlıların özlərinin necə təmizlədiyinə baxsınlar. Amma bizim kifayət qədər resurslarımız yoxdur”, - Krımın tanınmış ictimai xadimi, Ukrayna prezidenti yanında krım-tatar xalqının Nümayəndələr Şurasının sədr müavini Vasvi Abduraimov İslamNews informasiya agentliyinə bəyan edib.
Bizim qərbçi psevdointellektuallların “hansı prezident yanında?” donquldanmasını əvvəlcədən bilərək cavab veririk: fərqi yoxdur! Yanukoviç onun krım-tatar ictimai düşüncəsinə təsirini nəzərə alaraq onu bu vəzifəyə təyin etmişdi. Vasfi Abduraimov Krımda yaşayan tatardır, vəziyyəti qərbçi-burjua KİV-nin reklam etdiyi səhifələrdən yox, yaxından bilən, fikrinə qulaq asılan avtoritet şəxsdir. Bizim psevdointellektuallar aydın deyillər, onlar bir anlıq xeyir üçün yaşayırlar, Azərbaycan kapitalizminin yetişdirdiyi savadsız kütlənin alqışları üçün işləyirlər.
Həqiqət kimin üçün dəyərlidirsə, onlara krım-tatar ictimai xadiminin sözlərindən sitat gətirməyə davam edirik:
“Bütün Krım tatarlarının Avromaydan tərəfdarı olması bəyanatları qəsdən yayılır ki, sonra bunun üzərində qanlı xaqlararası və dinlərarası münaqişə təşkil etmək imkanı olsun. KİV canlı surətdə təsvir edir ki, bütün Krım tatarları Avropa, Avromaydan tərəfdarlarıdırlar, yerdə qalan krımlılar isə onun əksinə, Rusiya tərəfdarıdırlar. Amma bu, sözsüz ki, yanlış fikirdir. Mənim qiymətləndirmələrimə görə, 97% krımlı Avromaydana və hal-hazırda bütün Ukraynanı bürüyən maxnoçuluğa və banderaçılığa, özbaşnalığa qarşıdır. 2-3% əqidəsiz, müxtəlif xarici fondlar tərəfindən maliyyələşdirilən, öz qəpiyini QHT xadimlərinə işləməklə qazanan insanlar “tərəfdardır”. Məclis də Avromaydan tərəfdarıdır, o məclis ki, 2012-ci ilin seçki məlumatlarına əsasən krım-tatar əhalisinin cəmi 18%-i ona səs vermişdi. Məclis kifayət qədər nüfuzlu təşkilatdır, onları 23 il burada bəsləyiblər. Amma 1990-cı illərin əvvəllərinə onların tatarlar tərəfindən dəstəklənməsi 90%-ə qədər təşkil edirdisə, hal-hazırda 18% təşkil edir. Elə bu 18-20% Krım tatarları da, ehtimal ki, Avromaydanı dəstəkləyirlər, 60-70% siyasətdən uzaqdır və sağ qalmaq və öz ailələrini saxlamaq məsələləri ilə məşğul olurlar, və hardasa 10-15% aktiv şəkildə Avromaydana qarşıdırlar.”

Vasfi Abduraimov əmindir ki, “80%-dən 95%-ə qədər krımlı Rusiya, Krımın Rusiyanın tərkibinə qayıtması tərəfdarıdır. Bu yarımadada aparılmış müxtəlif növ sorğulardan alınmış məlumatlardır. Mən məclisi RF-nın prezidentinə, hökumətə və deputatlara vermək istəməzdim, bu düzgün olmazdı, amma Krımı 1945-ci il, nə zaman ki, Krım Muxtar Sovet Sosialist Respublikası RF-ı tərkibində cinayətkar şəkildə aradan qaldırıldı, statusuna qaytarmaq üçün bütün əsasımız var. Krımın RF-nın tərkibindən alınıb Ukrayna SSR-nin tərkibinə daxil edilməsi haqda əhəmiyyətsiz 1954-cü il hüquqi aktı da daxil olmaqla digər dəlillər də var. Burada sadəcə siyasi iradə lazımdır”.
Vasfi Abduraimov qeyd edir ki, 3-5 minlik yeni hökumət tərəfdarlarının yarıdan çoxu “Huzb-üt-Tahrir” islam təşkilatının tərəfdarları və aktivistləridir, onlar qəzəblə bütün ruslara və Rusiyayla bağlı şeylərə qarşı mübarizə aparırlar.
Bunda yeni bir şey yoxdur, Böyük Vətən müharibəsi illərində də din xadimlərinin təsiri altına düşən krım tatarları kollaborsionist idilər, işğalçı nasist qüvvələrin tərkibində Sovet ordusuna qarşı vuruşurdular.
Tarixi faktlardan birini nümayiş etdirək. Krım nasistlərin işğalında olanda 10 mart 1942-ci il tarixli “Azad Krım” qazetindən bir çıxarışı təqdim edirik: “Aluşta.Müsəlman komitəsi tərəfindən təşkil edilmiş yığıncaqda müsəlmanlar Böyük fürer Adolf Hitler-əfəndilərinə müsəlman xalqına bəxş etdiyi azad həyata görə minnətdarlıqlarını bildirdilər. Sonra Adolf Hitler-əfəndilərinin uzun ömrü və can-sağlığı üçün ibadət etdilər.”
Bax elə bu satqınlığa görə Stalin 200 min krım tatarının (şərəfini və ləyaqətini itirmişlərin iddia etdikləri kimi 2 milyon deyil) köçürülməsi haqda qərar verməli olmuşdu. Psevdointelektuallar bu haqda danışmazlar, onlar tarixin başqa cür şərhini üstün tuturlar: “Stalin qəddardır, bizim türk qardaşlarımızı (müsəlman qardaşlarımızı) köçürüb, onları əzab çəkməyə məcbur ediblər...”
Bütün krım tatarlarını “vətən xaini” elan etmək haqsızlıq olardı. Elə biz azərbaycanlılardan da nasistlərin tərəfində savaşan, onlara yardım edən azərbaycanlılar vardı. Və SSRİ-yə “türkləri, müsəlmanları deportasiya etdi” demaqoqiyası və bəhanəsilə nifrət təbliğ edən kəm ağıllara deyin ki, elə Osmanlıda da ermənilər satqınçılığa görə deportasiya ediliblər, ABŞ-da isə yaponlar heç bir satqınmılıq etmdən deportasiya ediliblər, özü də qəddarcasına. Və tarixdə bu cür hallar çox olub.
Onu da qeyd edək ki, Ukrayna müstəqil olandan krım tatarlarının problemləri heç vaxt köklü həll edilməyib. İndi isə krım-tatar dili Krımda rus dili ilə bərabər dövlət dili statusunda olacaq. Bundan başqa bütün vəzifələrdə 20%-lə təmsil olunacaqlar. Baxmayaraq ki, Krım əhalisinin cəmi 12% təşkil edirlər. Onlara başqa imtiyazlar da veriləcək. Əlbətdə krım tatarları özləri bilər, amma bizə elə gəlir ki, krım tatarları Kiyevdə iqtidarı ələ keçirmiş amerikan tulalarına dəstək verməməlidir.
Şəkildə : nasistlərin tərəfində vuruşan krım tatarı rəqs edir.



Akshin Sultanov

Комментариев нет:

Отправить комментарий