19 дек. 2012 г.

Ekososializmin manifesti



Bu ekososialist manifestin ideyası Coel Kovela və Mixail Levidə 2001-ci ilin sentyabrında Paris yaxınlığında yerləşən Vensendə keçirilmiş ekologiya və sosializm üzrə seminarda yaranıb. Bizim hamımız köhnə rejimin öldüyü (özüylə sivilizasiyanı da məhv edərək), yeni rejimin isə daha doğulmaq vəziyyətində olmadığı dövrdə yaşayaraq, Qramşi paradoksunun xroniki vəziyyətindən əzab çəkirik. Amma ən azından onun haqda bildirmək olar. Bizim üstümüzü almış ən qara kölgə nə terror, nə ekoloji kollaps, nə də qlobal iqtisadi resessiya deyil. Bu – mənimsənilmiş fatalizmdir, hansı ki,kapitalın dünya nizamının heç bir mümkün alternativinin mövcud olmadığını bildirir. Beləliklə, biz ehtiyatlı güzəştin və passiv razılaşmanın bugünkü vəziyyətini şüurlu olaraq inkar edən nitqin nümunəsini vermək istəyirik. Ancaq bu manifestə 1848-ci il manifestinin cəsarəti çatışmır, çünki, ekososializm hələ kabusa çevrilməyib və o hansısa bir konkret partiyada və ya hərəkətdə möhkəmlənməyib. O – mövcud böhranın və şəratin öhdəsindən gəlmək üçün onların dərk edilməsinə əsaslanan bir sıra fikirlər şəklindədir. Biz hər şeyi bilməyə iddialı deyilik. Heç də elə deyil, bizim hədəfimiz, hər şeydən əvvəl, bu anlayışın gələcəkdə necə reallaşdırılmasının dərk edilməsi üçün dialoqa, müzakirələrə, aydınlaşdırmağa dəvət etməkdən ibarətdir. Qlobal kapitalın bütün xaotik dünyanı mənimsədiyi ərazilər boyu birdən-birə saysız-hesabsız müqavimət mərkəzləri yaranır. Onlardan bir çoxu məzmununa görə immanent ekososialist olurlar. Onlar necə birləşə bilərlər? Biz "Ekososialist Beynəlmiləli" təsəvvür edə bilərikmi? Kabus həyata gətirilə bilərmi?

Manifest

XXI əsr faciəli notla başlanır: ekoloji tənəzzül və xaotik dünya nizamının görünməmiş səviyyəsiylə, hansı ki, planeti terrorla və böyük ərazilərdə qanqrena kimi yayılan və bütün xalqlara təsir edən, yavaş, amma dağıdıcı müharibə ocaqları-Afrika,Yaxın Şərq,Cənubi Amerikanın şimal-qərbi kimi- ilə bürüdü. Bizim fikirimizcə, ekoloji böhran və sosial böhran qarşılıqlı əlaqəlidir və eyni struktur güclərin müxtəlif təzahürləri kimi baxılmalıdır.
Bir çox şeydə ekoloji böhrana gətirib çıxaran Yerin amortizasiya və ekoloji destabilizasiya qabiliyyətini qabaqlayan yüksək sənayeləşmə oldu. Sosial böhran imperializmin qarşısına keçən cəmiyyətlərə parçalayıcı təsir edən qloballaşdırma adlandırılan forması tərəfindən doğurulmuşdur.Bundan əlavə, bu əsas güclər - faktiki olaraq, dünya kapitalist sesteminin ekspansiyasını hərəkətə gətirən əsas mərkəzi amillər, eyni prosesin müxtəlif aspektləridir.

Biz bütün evfemizmləri və ya bu rejimin qəddarlığının təbliğatçılıqla yumşalmaldılmasını rədd edirik: onun ekoloji xərclərinin bütün "yaşıl kamuflyaj"ını, demokratiya və insan haqqları adı arxasında gizlədilən insan xərclərinin mistifikasiyasını. Bunun əvəzində biz kapitalın real gördüyü işlərə görə qiymətləndirilməsində təkid edirik. İmperativi daimi gəlir artımı olan bu rejim təbiətə və onun ekoloji balansına təsir edərək, ekosistemləri stabilliyi pozan çirkləndirici maddələrin təsirinə məruz qoyur, geoloji dövrlər boyunca inkişaf edən və müxtəlif canlı orqanizmlərin təkamülünə imkan yaradan yaşam mühitlərini dağıdır, resursları israf edir və təbiətin hissiyatlı mühitini kapital yığımı üçün tələb olunan soyuq dəyişkənliyə yaxınlaşdırır. Öz müqəddəratını təyin etməli olan, cəmiyyətin və dərk edilmiş mövcudluğun, bəşəriyyətə gəlincə, kapital insanların çoxunu sadə işçi qüvvəsinə yaxınlaşdırır,qalan çox hissəsini isə faydasız maneə kimi rədd edir.O soxularaq cəmiyyətlərin bütövlüyünü konsyumerizmin və depolitizasiyanın qlobal kütləvi mədəniyyətiylə dağıtdı. O, insanlar arasında sərvət və hakimiyyət fərqini bəşəriyyət tarixində görünməməş həddə çatdırdı. O, korlanmış və hər göstərişi yerinə yetirən dövlətlərlə-müştərilərlə əlbir idi,o dövlətlər ki, yerli elitaları mərkəzi qınamalardan qoruyaraq onun əvəzinə repressiyaları həyata keçirirdi. O həmçinin özündə kapitalist mərkəzlə məcburi razılığı təmin edən böyük hərbi aparat saxlayan periferiyaların muxtariyyətini ləğv etmək və borc köləsinə çevirmək üçün qərb dövlətlərinin və ABŞ-ın tam nəzarəti altında transmilli şirkətlər şəbəkəsi yaratdı. Biz hesab edirik ki, mövcud kapitalist sistem özünün yaratdığı böhranları nizama salmaq,xüsusən də öhdəsindən gəlmək bacarığında deyil. O ekoloji böhranı həll edə bilmir, çünki bu gəlir yığımında sərhəd tələb edir – “çoxal və ya öl!” qaydasına əsaslanan sistem üçün yolverilməz variant.Və o terrorizmlə və ağır müqavimətin başqa formalarıyla doğurulmuş böhranı həll edə bilmir, çünki, bu imperiyanın qanunauyğunluğundan imtina etmək olardı, imperiya tərəfindən dəstəklənən artımın və bütün "həyat tərzi"nin yolverilməz hüdudlarına gətirib çıxarardı. Onun yeganə seçimi ağır gücə müraciət etmək, beləliklə, yadlaşmanı artırmaq və ardınca terrorizm toxumunu əkməkdən ibarətdir... və sonra faşizmin yeni və qorxunc variantında inkişaf edən, terrorizmə əks təsir. Ümumiyyətlə, dünya kapitalist sistemi - tarixi bankrotdur. O, uyğunlaşma qabiliyyəti olmayan imperiyaya çevrildi,öz nəhəngliyi onun əsas zəifliyini göstərir. O, ekologiyanın dili ilə desək, çox qeyri-stabildir və kökündən dəyişilməlidir - yox, əgər həyat üçün münasib gələcəkdən söhbət gedirsə, əvəz olunmalıdır. Beləliklə,Roza Lüksemburq tərəfindən bir dəfə qeyd edilmiş, mütləq seçim yenidən aktual olur: sosializm yoxsa barbarlıq! Sonuncunun siması indi keçmiş yüzilliyi əks etdirir və ekoloji böhran, terror kontrterroru və onların faşist degenerasiyası obrazını alır.
Bəs niyə sosializm, niyə XX əsr sosializmlərinin müvəffəqiyyətsizliyinə görə tarixin zibilliyinə göndərilmiş bu sözü yenidən dirçəltmək lazımdır? Yalnız bir səbəbdən: sındırılmış və həyata keçməyən, amma yenə sosializm əvvəlki kimi kapitalın öhdəsindən gəlməyi bildirir. Əgər kapitalın öhdəsindən gəlinməlidirsə, - bu indi sivilizasiyanın özünün sağ qalmaq ehtiyacından doğurulmuş məsələdir - onda nəticə lazım olduqda sosializm olacaq, çünki, postkapitalist cəmiyyətinə sıçrayış məhz bu sözlə ifadə olunur. Əgər biz kapitalın əslində yaşamaq qabiliyyətində olmadığını və barbarlığa yuvarlandığını iddia ediriksə, deməli biz həmçinin deyirik ki, kapitalın doğurduğu böhranların öhdəsindən gəlməyi bacaran “sosializm” qurmalıyıq. Və əgər keçmişin sosializmləri bunu edə bilmədisə, onda bizim borcumuz (vəzifəmiz), əgər biz barbarlıq tupiki ilə barışmaq istəmiriksə, öz məqsədinə nail olacaq sosializm üçün mübarizə aparmaqdır. Və Lüksemburq öz qaçılmaz alternativini xülasə edəndən, barbarlıq özündə keçmiş yüzilliyin inkişafını əks etdirərək dəyişə bildisə, sosializmin adı və mahiyyəti də həmçinin bizim dövrə adekvat olmalıdır.
Bu səbəblərdən biz sosializminin bu interpretasiyasını ekososializm adlandırmaq və özümüzü onun reallaşdırmasına həsr etmək istəyirik.

Niyə ekososializm?

Biz ekososializmi XX əsr "birinci dövr" sosializmlərinin inkar kimi deyil, ekoloji böhran kontekstində onların reallaşdırılması kimi görürük. Onlar kimi, ekososializm də kapitalın obyektivləşdirilmiş keçmiş əmək kimi qəbuluna əsaslanır və öz əsasını bütün istehsalçıların azad inkişafında görür, başqa cür desək, istehsalçıların istehsal vasitələrindən uzaqlaşdırılmasının öhdəsindən gəlinməsində. Biz başa düşürük ki, birinci dövr sosializmləri çox mürəkkəb səbəblərdən,hansı ki, bura müzakirə etmək üçün münasib yer deyil, bu hədəfə nail ola bilmədi. Biz onları ümumi şəkildə mövcud kapitalist dövlətlərinin düşmənçiliyi şəraitində iqtisadi geriliyin müxtəlif nəticələri kimi göstərə bilərik. Bu vəziyyət real sosializmlərə çoxsaylı zərərli təsirlər göstərərək, hər şeydən əvvəl kapitalist səmərəliliyi yamsılamaqla yanaşı daxili demokratiyadan imtinaya,və nəticədə bu cəmiyyətlərin iflasına və onların ətraf mühitinin dağıdılmasına gətirib çıxardı. Ekososializm birinci dövr sosializminin azadlıq prinsiplərini saxlayır və sosial-demokratiyanın ikili, reformist hədəflərini, sosializmin bürokratik versiyalarının produktiv strukturunu rədd edir. O, sosializm istehsalının yollarının və hədəflərinin ekoloji koordinatlar sistemində yenidən baxılmasında təkid edir. O bunu cəmiyyətin sabitliyi üçün əsas olan "artım həddinə" xüsusi diqqət yetirərək edir. Amma bu həddlər defisit, ehtiyac və yatırılma mənasında qəbul edilmir. Əsas hədəf tələbin transformasiyası və kəmiyyət ölçüsündən keyfiyyət ölçüsünə əsaslı keçiddir. Əmtəə istehsalı nöqteyi-nəzərindən bu istehlak dəyərinin mübadilə dəyəri üzərində prioritetinin artımına gətirib çıxaracaq- iqtisadi fəaliyyətə əsaslanan və daha geniş məna kəsb edən layihə.

Sosializm şəraitində ekoloji istehsalın ümumiləşdirilməsi mövcud böhranların öhdəsindən gəlməyə kömək edəcək. Azad əlaqəli istehsalçılar cəmiyyəti şəxsi azadlığı ilə kifayətlənmir.O həmçinin, öz mövcudluğunun şərti və məqsədi kimi bütün canlı varlıqların azad olmasında təkid etməlidir. Beləliklə, o obyektiv və subyektiv şəkildə imperializm impulsunun öhdəsindən gəlir.Bu məqsədin həyata keçirilməsinə doğru gedən yolda o hökmranlığın bütün formalarının öhdəsindən gəlmək üçün mübarizə aparır, xüsusən də gender və irqi. Və o, fundomentalist sapmalara və onların terror təzahürlərinə gətirib çıxaran şəraitin öhdəsindən gəlir. Nəticədə dünya cəmiyyəti mövcud şəraitdə təbiətlə ekoloji harmoniyanın inanılmaz səviyyəsinə gələcək. Bu tendensiyaların praktik nəticəsi,məsələn, sənaye kapitalizminin ayrılmaz hissəsi olan yanacaqdan asılılığın yox olmasında ifadə edilmiş olardı. Bu da öz növbəsində, neft imperializminin köləsinə çevrilmiş ərazilərin azad olması, ekoloji böhran tərəfindən doğurulmuş digər fəlakətlərlə yanaşı qlobal istiləşmənin sabitliyi üçün maddi əsası təmin edə bilər.

Bu sətirləri birincisi, nə qədər nəzəri və praktik məsələ qaldırması, ikincisi, hansı daha sarsıdıcıdır,bu məsələlərin institutlarda yoxsa insanların şüurunda qeyd edilmiş şəkildə mövcud dünya konfiqurasiyasından nə qədər uzaq olması, üzərində düşünmədən oxumaq mümkün deyil. Hamıya aydın olan bu tezisləri yəqin ki,təfərrüatı ilə izah etməyə ehtiyac yoxdur. Amma onların lazımı perspektivdə başa düşülməsi vacibdir. Bizim layihəmiz bu yolda hər addımın planlaşdırılmasından və ya malik olduğu hakimiyyət üstünlüyünə görə rəqibə güzəşt etməkdən ibarət deyil. Əksinə, bugünkü nizamın kifayət qədər və lazımi dəyişikliyini məntiqi inkişaf etdirməyə və bunu həyata keçirmək üçün hədəfə doğru addımlar atmağa yönləndirilmişdir. Biz bunu bu imkanları daha dərin dərk etmək və eyni zamanda oxşar şəkildə düşünən hər kəsi birləşdirmək üçün edirik. Əgər bu arqumentlər hər hansı bir dəyərə malikdirsə, onda belə ideyalar və onların həyata keçməsi təcrübələri dünyanın bütün nöqtələrində yekdilliklə yaradılmağa başlamalıdır. Ekososializm ya beynəlmiləl və universal olacaq, ya da ümumiyyətlə olmayacaq. Dövrümüzün böhranları inqilabi imkanlar kimi qəbul edilə bilər və elə də dərk edilməlidir, və bizim borcumuz - bu imkanlar haqqında bildirmək və reallığa çevirməkdir.

Azərbaycan dilinə tərcümə etdi Günel Muradova

1 комментарий:

  1. Madaqaskarda (Şərqi Afrika) yaşayıram və həyat mənim üçün və ailəm üçün indi rahat yaşamağa dəyər və həqiqətən övladımın tapdığı qədər ciddi bir problem yaşadığım üçün ömrüm boyu mənə göstərilən yaxşılığı görməmişəm. iki həftə davam edən dəhşətli qəza və həkimlər onun yenidən gəzə bilməsi üçün incə bir əməliyyat keçirməsi lazım olduğunu və hesabları ödəyə bilmədiyimi söylədikdən sonra əməliyyatınız banka getdi və borc verdiyimi söyləyərək məni rədd etdi kredit kartı yoxdu, oradan atama qaçdım və kömək edə bilmədi, yahoo cavablarına baxarkən kredit borc verən cənab Benjamin Breil Lee ilə əlçatan faiz dərəcəsində kreditlər təklif etdiyimə rast gəldim. lakin buna bir cəhd göstərmək və təəccüblü bir şəkildə hamısı xəyal kimi idi, oğlumun əməliyyatı üçün pul ödəmək üçün 110,000.00 dollar borc aldım, sonra özümə də getməyimə kömək edəcək rahat bir iş tapdım. Allaha şükür edirəm ki, bu gün yaxşıdır və gəzə bilirsən, işləyirsən və yük mənim üzərimdə daha çoxdur və yaxşı qidalandıra bilərik və ailəm bu gün xoşbəxtdir və öz-özümə möcüzələr dünyasında ucadan yas tutacağımı söylədim Tanrının mənə verdiyi bu Tanrı vasitəsilə borc verən cənab Benjamin Breil Lee və həqiqi və ciddi borc ehtiyacı olan hər kəsə bu Allahdan qorxan adamla əlaqə saxlamağı tövsiyə edirəm
    ...... vasitəsilə 247officedept@gmail.com. Və hamınızdan bu adam üçün mənim üçün dua etməyinizi və ya + 1-989-394-3740 whatsapp-da onunla söhbət etməyinizi istəyirəm.
    Çox sağ ol

    ОтветитьУдалить