18 дек. 2012 г.

Noam Xomski KİV, sol hərəkat, yeni Latın Amerikası və Occupy (" Rebelion", İspaniya) hərəkatı haqqında



"İctimai birliklərin inkişafı və işçilər tərəfindən idarə olunan kooperativ müəssisələrin yaradılması inqilabi addımdır."


Noam Xomski insanı narahat edən suallar verə bilir. O ABŞ-da doğulub və bu ölkənin cəmiyyətinə və hakimiyyətinə qarşı olduqca tənqidi yanaşır. Onun Ukraynadan mühacirət etmiş yəhudi ailəsində doğulması İsrail dövlətinin ayrı-ayrı aspektləri barəsində sərt fikir bildirməsinə mane olmur. Məhz öz inqilabçı ruhunun və sərt şərhlərinin sayəsində o müasir dünyanın ən nüfuzlu intellektuallarından biri hesab edilir.
Onun adı ilk dəfə 55 il əvvəl,onun avtobioqrafiyasının yeganə məşhur hissəsi linqvistika sahəsində tədqiqatları olduğu zaman, özünə diqqət cəlb etdi. Onun "Sintaksis strukturlar" kitabı bu elmi fəaliyyətin sferasında bir mərhələ oldu, tədqiqatların nəticələri isə informatika və tibb sahəsində müəyyən işlərə təsir göstərdi. O vaxtdan onun şöhrəti dayanmadan artmağa başladı, hər şeyi bilmək həvəsi isə digər vəziyyətlərə nəzər salmağa səbəb oldu. Bugün, məşhur filosof və politoloq olan Xomski öz 83 yaşında mövcud vəziyyətə qarşı tənqidlə çıxış etməyə davam edir və ondan müsahibə götürmək üçün növbəyə düzülən jurnalistləri sevinclə qəbul edir.

Üzərində kitab,kserokopiya və dəftər yığını olan kiçik dəyirmi masa arxasında Xomski dostcasına təbəssümlə və əlində çay fincanı ilə Tiempo Argentino qəzetinin jurnalistlərini qəbul edir. Onun Massaçusets texnologiya institutunun səkkizinci mərtəbəsində yerləşən ofisində kağızların arasında Qarom Alperoviç (Gar Alperovitz) tərəfindən yazılmış “Bəs biz nə edək?” (" What then must we do?") adlı sənəd tapmaq olar. Söhbətin gedişatında ABŞ-da ən əhəmiyyətli “inqilabçı”hadisələrdən birini- işçilər tərəfindən idarə olunan müəssisələrin fəaliyyəti,- anlamaq üçün onu oxumağı məsləhət görür. Bununla bağlı Xomski xatırladır ki, "əslində, bu təşəbbüs böhrandan sonra Argentinadan gəlmişdir".
Həmçinin oxuyun: Xomskiy - Obama və Romninin çəkindiyi problemlər

Söhbəti dayandırmadan İsrailin son hücumu ərəfəsində Xomskinin qayıtdığı Qəzza bölməsi mövzusuna toxunulur.O orada, indiyə kimi bütün xəbər məlumatlarında xatırlanan xəstəxanalara baş çəkir,və dərman çatışmazlığından şəxsən əmin olur. Xomski səfər zamanı tanış olduğu insanı yada salır. Sonra onun əllərində ölü uşaqla fotosu bütün dünya qəzetlərinin üz qabıqlarında yayılmışdı. Hadisə yerindən 9 min kilometr məsafə uzaqda olmasına baxmayaraq, filosof hadisələrin inkişafını diqqətlə izləməyə davam edir.

Yaxın Şərqdə vəziyyət KİV-in diqqət mərkəzində olsa da, Xomski Latın Amerikasının tarixini də diqqətlə öyrənib və son zamanlar bu qitə haqqında çox yazıb. Məsələ ondadır ki, XXI əsrin əvvəllərində,qərb ölkələrinin və ABŞ-ın 500 il hökmranlığından sonra Latın Amerikası ölkələri ilk dəfə mövcud vəziyyətin nizamına qarşı etiraz səsini ucaltdı, o izah edir. "Onlar həmçinin yavaş-yavaş, amma əminliklə birləşməyə doğru hərəkət edirdilər və, nəhayət, bəzi ciddi daxili məsələlərlə məşğul oldular", Barak Obamanın ikinci prezident müddəti zamanı Latın Amerikası və ABŞ arasında münasibətlərin perspektivlərinin analizinə başlamazdan əvvəl o qeyd edir.

"Latın Amerikası üçün müsbət olan bütün bu proseslər açıq-aydın ABŞ-ın ürəyincə olmadı. Bundan əlavə, onları hələ də qitədə qalan hərbi bazalardan qovmağa başladılar. Regional forumlarda ABŞ izolyasiyada qaldı, necə ki, məsələn, iki ay əvvəl Kartaxenada ABŞ və Kanada vacib məsələlər üzrə digər Latın Amerikası ölkələrinə qarşı çıxış etmişdi. Əgər hər hansı bir regional müşavirə çağrıldıqda ABŞ və Kanadanı ora dəvət etməsələr, mən buna təəccüblənməyəcəm. Buna görə Obamanın zamanında ABŞ qitə üzərində öz təsirini və nəzarətini bərpa etməyə çalışırdı. Məsələn, Hondurasda Obama dövlət çevrilişini həyata keçirməyi bacardı. Hərçənd ki, biz detallar bilmirik, amma güman edirəm ki, Paraqvayda Luqonun prezident vəzifəsindən dəyişdirilməsinin arxasında da ABŞ dayanır. Çilidə öz bazalarını bərpa etmək və əvvəlki rejimi dirçəltmək mümkün olmasa da, heç olmasa bu ölkədə öz mövqeyini möhkəmlətmək üçün ABŞ hərbi əlaqələri tədricən qaydaya salır.Amma düşünmürəm ki, onlar buna müvəffəq olacaq".

Həmçinin mövzu üzrə: Xomskiy - nə vaxt ki, məzhəkə faciəylə həmsərhəd olur.

– Latın Amerikası ölkələrinin inkişafı ABŞ-ın digər məsələlərlə məşğul olmasından nə dərəcədə asılıdır?

– ABŞ bu qitəyə nə qədər az diqqət ayırırsa, bu onlar üçün o qədər yaxşıdır. Amma onların bu regionu unutduqlarına ümid etmək lazım deyil. Həqiqətdə, onlar ona xüsusi diqqət ayırırlar.Latın Amerikasında nəsə baş verən kimi ABŞ dərhal orada peyda olur. 80-ci illərdə onlar Mərkəzi Amerikada coşqun fəaliyyət göstərdilər. Hakimiyyətə gəlişindən sonrakı ilk illərdə ABŞ bütün Cənubi Amerika diktatoralarını dəstəkləyirdi. Xüsusilə, Arqentina hərbi xuntasını. 90-cı illərdə əksər Latın Amerikası ölkələri onlara öz iqtisadi modellərini yeridən beynəlxalq maliyyə təşkilatlarının kontrolu altında idi, ona görə ABŞ-ın orada bir işi yox idi. Amma son onillik ABŞ onları sıxışdırmağa başladı və böyük inadla öz mövqeyini bərpa etməyə çalışırdı. Düşünürəm ki, nəticədə onlar əvvəlki siyasətlərini həyata keçirməyə çalışırlar, sadəcə bunu etmək üçün bu dəfə onların imkanları daha azdır.

– ABŞ-la bağlı daha sərt mövqe tutmuş bir sıra Latın Amerikası hökumətləri KİV-in fəaliyyətinin nizama salması üzrə onlar tərəfindən narazılıqla qarşılanan yeni tədbirlər qəbul etdi. Siz bunu necə qiymətləndirirsiniz?
– Latın Amerikasında KİV-in özünü necə aparması heç bir ölçüyə sığmır. Onlar həddindən artıq mərkəzləşdirilmişdir, xüsusi simaların nəzarəti altındadırlar, olduqca irticaçıdırlar və bu ölkələrə böyük ziyan verirlər. Onlar hadisələri olduqca təhrif edilmiş şəkildə təqdim edirlər. Yenə də mən düşünmürəm ki, hakimiyyətin fəaliyyəti məhdudlaşdırmağı düzgün olacaq. Alternativ ictimai KİV-in inkişafı daha doğru qərar olardı. Müəyyən mənada bu Venesuelada həyata keçirilməyə başlayır. Yeri gəlmişkən, orada hadisələr RCTV kanalı,hansını ki, bağlamadılar və onun sahiblərinə kabel yayımına keçməyi təklif etdilər, ətrafında dövr etməyə başlayanda mən yazdım ki, bu Qərbdə etiraz doğurdu, həmçinin ABŞ-da buna oxşar bir şey mümkün olmazdı. Bununla belə mən heç kimin dərc etmək istəmədiyi bəzi fikirlər də əlavə etdim. Bu ölkədə bu bir sadə səbəbdən mümkün deyil: əgər nəsə oxşar bir hadisə burada baş versəydi, tutaq ki, CBS televiziya şirkəti dövlət çevrilişini dəstəkləsəydi və bir neçə gün sonra qiyamçılar məğlubiyyətə uğrasaydılar, onda onun rəhbərliyinin üzərində heç bir məhkəmə olmazdı, televiziya şirkəti isə sadəcə translyasiyanı dayandırardı, kanal sahibini və rəhbərliyini isə xüsusi bölmə məhkəməsiz və istintaqsız məhv edərdi.

– Sizcə hakimiyyət və mərkəzi KİV arasındakı açıq qarşı durma insanlara onların öz maraqlarını güddüklərini dərk etməyə kömək edirmi?

– Ölkələrin əksəriyyətində hakimiyyət mərkəzi KİV-i dəstəkləyir. Belə olmadıqda isə, düşünürəm ki, ən yaxşı cavab təzyiq yox, alternativ KİV-in inkişafı olar. Hakimiyyət isə bunu etmək bacarığındadır.Bizdə kiçik miqyasda nəsə oxşar bir şey etmək istəyirlər. Məsələn, 70-ci illərin əvvəllərində ABŞ-da kabel televiziyası meydana çıxdıqda, Konqress kabel televiziya şirkətlərinə müəyyən zonalarda inhisarçı yayımı hüququna malik olmağı qadağan edən qanun qəbul etdi. Məsələn, bizim olduğumuz Kembricdə. Burada yayım niyyətində olan istənilən kabel televiziyası, ictimai verilişləri yayımın şəbəkəsinə daxil etmək məcburiyyətindədir. Bu imkandan istifadə etməyən ABŞ-ın sol gücləri böyük səhv edir. Burada yaxında ictimai televiziyanın studiyası yerləşir və əgər siz ora daxil olsanız münasib avadanlığı görəcəksiniz.Əlbəttə, bu CBS deyil, amma yenə də siyasi hərəkatların istifadə etdiyi avadanlıqlardan daha yaxşıdır. Başqaları onlara ona görə rəhbərlik edir ki, çünki sollar onlardan istifadə etmirlər. Onlar çox insanlara təsir göstərirlər və alternativ KİV-in əsası kimi istifadə edilə bilərdilər.

– Bu imkandan istifadə etmək üçün solçularda nə çatmır?

– Son 40 il ərzində məhz bunu müzakirə edirəm. Onlar KİV-in ünvanına bəraət qazandırılmış çox tənqid deyirlər, amma alternativ KİV-in yaradılması üçün çox az şey edirlər. Amma axı bunu etmək olar. Bu gün fəaliyyətdə olan Democracy Now nümunədir. Əgər sol güclər əlinin altında olan imkanlardan istifadə etsəydilər, onlar çox şeyə nail olardılar. Böyük məsələləri həll etmək lazımdır.

- Və burada təkcə məzmun əhəmiyyətli deyil, həm də bunların həyata keçiriləcəyi forma...

– Bir dəfə Lulu da Silva prezident seçilməzdən əvvəl mən Braziliyada idim və o məni çox maraqlı mənzərə ilə,məhz yerli KİV-in işi ilə qarşılaşdığım, Rio-de-Janeyronun şəhərətrafına dəvət etdi. Bilmirəm, onlar hələ də mövcuddurlarmı. Tədbirin mahiyyəti bundan ibarət idi. Rio-de-Janeyrodan peşəkar jurnalistlər qrupu axşam saat 9-da şəhər meydanlarından birinə yığılırdılar, bu praym-taym-dır, və ora üzərində ekran olan yük maşınını gətirirdilər. Bu ekranda xüsusi olaraq küçədə və ya qonşu barlarda olan insanlar üçün nəzərdə tutulmuş proqramlar göstərilirdi. Verilişlərin məzmunu bu ətrafdan olan insanlar tərəfindən hazırlanmışdı,onlar özləri aparıcı rolunda çıxış edirdilər. Veriliş marağa səbəb olurdu. Mən onların danışdıqları hər şeyi anlaya bilmirdim,amma aydın idi ki, hansısa süjetlər satirik, digərləri daha ciddi idi, və, məsələn, borc böhranı və ya xarabalıqların problemi haqqında söhbət gedirdi. Verilişi seyr etdikdən sonra jurnalistlərdən kimsə mikrofonla və videokamerayla yaxında dayanan insandan seyr etdiyi süjet haqqında öz fikirlərini bölüşməyi xahiş edirdi. Bu şərhlər yük maşınında yerləşdirilmiş ekran vasitəsilə translyasiya edilirdi, müzakirəyə digər insanlar da qoşulurdu. İnsanların bu qrupu daxilində ünsiyyət yaranırdı, hansılar ki, artıq adi teleproqramların əvəzinə bu süjetlərə baxmağa üstünlük verirdilər. Jurnalistlərin gətirdiyi avadanlıqdan başqa hər şey bu insanlar tərəfindən hazırlanmışdı. Bu metod tamamilə istifadə edilə bilər.

– “Ərəb baharı”, "Uoll-Striti işğal et" hərəkatı kimi siyasi proseslər və ya İspaniyada coşğun çıxışlar cəmiyyəti silkələdi. Sizin fikirinizcə, bu qruplar inqilabi potensiala malikdirlər?

– Düşünürəm ki, onlar əhəmiyyətli mənaya malikdirlər, amma qeyd etmək lazımdır ki, inqilabi məzmunlu başqa hadisə də olur. Xüsusilə, işçilərin özünün sahibi olduğu ictimai birləşmələr və müəssisələr. Bu təşəbbüs maliyyə uçqunundan sonra Argentinada yenidən doğuldu. Qar Alperoviç bu məsələylə məşğul olur və işçilərin özü tərəfindən idarə olunan müəssisələr şəbəkəsi mövcud olan Klivlend (Cleveland) kimi belə yerlərdən danışır. İspaniyada bəzi kooperativlər belə müəssisələrlə əlaqə qurmağa başlayır. Bu bütovlükdə ölkənin bir sıra yerlərində müşahidə olunur və inqilabi xarakter daşıyır. Bilmirəm, bu proses cəmiyyəti dəyişdirmək bacarığında olan miqyasa nail olacaq ya yox, amma onun böyük mənaya malik olması şübhəsizdir.

– Öz ölkəsindəki iğtişaşlarda iştirak etmiş bir gənc ispan qadını bildirdi ki, o "Uoll-Striti işğal et" hərəkətının təcrübəsinə heyrandır, çünki İspaniyada etiraz edənlər onların hüquqlarını qaytarmağı tələb etdiyi halda, ABŞ-da insanlar onların heç vaxt sahib olmadıqları hüquqları tələb edirdilər.…

– Məsələ ondadır ki, bizdə digər insanların haqları üçün mübarizə aparırlar. "Uoll-Striti işğal et" hərəkatında iştirak edənlər və Zukkotti (Zuccotti) parkında yığışanlar arasında kasıb yoxdur. Onlar hamısı babat qidalanırlar və səfil rayonlarda yaşamırlar. Kasıbların bunun üçün sadəcə vaxtı yoxdur. Yenə də mən düşünürəm ki, onlar bir sıra problemlərə diqqət cəlb etməyi bacardılar. "Uoll-Striti işğal et" hərəkatı ictimaiyyətin diqqətini özünə cəlb edən faktları işıqlandırdı. Əvvəl bərabərsizlik,bank sahəsində fırıldaqlar, seçicilərin səslərinin satın alınması haqqında çox az danışırdılar. Amma indi bunları müzakirə edirlər. Ciddi desək, "1%-ə qarşı biz 99% -ik" şüarını işgüzar mətbuatda oxumaq olar, bu haqda ümumiyyətlə hamı danışır. Bundan başqa, hansısa bir konkret addımlar atılır. Məsələn, bir neçə həftə əvvəl "Sendi" qasırğası fəlakəti zamanı yardıma birinci "Uoll-Striti işğal et" hərəkatının iştirakçıları gəldilər. Onlar həmçinin bankların evlərindən qovduqları insanlara yardım göstərirlər: onlara köçürdülməyə müqavimət göstərməyə kömək edirlər və ya gəmilərdə etirazlarla çıxış edirlər. Buna görə bu hərəkət olduqca konstruktiv bir şeyə çevrilə bilər. Mənə elə gəlir ki, ən vacibi (KİV-in əksəriyyəti bunu qəbul etmir, heç kəs bu haqda danışmır) odur ki, onlar cəmiyyət bölgüsü ilə qurtardılar. Bizim cəmiyyətdə insanlar təkdir, onlar heç kəsə lazım deyil və onlara heç kim kömək etmir. Bu demək olar ki, sosiopatik hadisədir. İnsanlar ünsiyyət qurmaq üçün yığışmırlar, saatlarla televizor qarşısında otururlar, istehlaka başları qarışıb. Amma "Uoll-Striti işğal et" hərəkatı insanları birləşdirdi, onları birgə hərəkətlərə itələdi. O , müzakirə sahəsi yaratdı, birgə hərəkətlər üçün imkanlar açdı. İnsanlar birgə hərəkət etməyi öyrənirlər, və bu xüsusilə bizim kimi cəmiyyətdə çox vacibdir. Əgər bu davam edərsə, onda başqa birliklərə hərəkətələnməyə ilham verə bilər.
– Hesab edirsinizmi ki, bu hərəkət cəmiyyətdə daha dərin dəyişikliklərə gətirə bilər?

– O olduqca əlamətdar hadisədir. Ölkədə çox şey baş verir. Bu qığılcım kimi bir şey idi, və nəticələr göz qabağındadır. Bu o zaman əyani göründü ki, Zukkotti parkında baş verən hadisələrin növbəti günü bütün ölkəni "Uoll-Striti işğal et" hərəkatının aksiyaları bürüdü, dünyanın başqa hissələrində də həmçinin. Cəmi il keçdi, çox yox, amma o müvəffəqiyyətli oldu. Və əgər başqa hərəkatları da cəlb etməyi bacaracaqsa, məsələn, işçilərin özü tərəfindən idarə olunan müəssisələrin hərəkati, onda bu çox maraqlı ola bilər.

Sosial şəbəkələrə baxış


Noam Xomskinin kabineti kitablarla doludur. L hərfi formasında otağın kənarlarında dayanan iki yazı masasının arasında ailə portretləri üçün boş sahələr demək olar ki yoxdur. Təəccüblü deyil ki, Xomski çox az televizora baxır və "tonlarla qəzet" oxuyaraq dünyada baş verənlər haqqında xəbərdar olur. "Mən daxili, işgüzar, beynəlxalq mətbuatı oxuyuram. Mühafizəkar baxışlar da daxil olmaqla, geniş nöqteyi-nəzər spektrinə malik xeyli miqdarda qəzet", -o deyir. Politoloq etiraf edir ki, bizlə görüşməzdən əvvəl o Vikipediyada öz bioqrafiyası haqda məlumatları yoxlayırdı.
« Mən bəzi suallar üçün Vikipediyadan istifadə edirəm. Əgər sən riyaziyyata və ya orta əsr tarixinə görə hər hansı bir məlumat almaq istəyirsənsə, onda o sənə yarayır. Amma əgər hər hansı müasir və mübahisəli mövzu haqqında söhbət gedirsə, onda daha ehtiyatlı olmaq lazımdır".

– bəs sosial şəbəkələr?
– Heç nə deyə bilmərəm, ona görə dəblə ayaqlaşmıram. İnsanlar deyirlər ki, mənim Facebook şəbəkəsində hesabım var, amma onu mən açmamışam.

– “Ərəb baharı” hadisələrində əhəmiyyətli rolunuz olduğunu qeyd edirlər.

– Onlar da orada həmçinin mühüm rol oynayırlar. İstənilən təşəbbüslü qrup sosial şəbəkələrdə insanları öz fəaliyyətinə cəlb etmək üçün özünü təqdim edir.Bu yaxşıdır, heç bir etirazım yoxdur. Amma mən dövri olaraq bloqları oxumağa daha çox meylliyəm. Düşünürəm ki, hər kəsin internetdə istədiyini yaza bilməsi çox yaxşıdır, amma bu o demək deyil ki, 99% ikinci dərəcəli şeylər haqda.

– Bloqları adətən ona görə tənqid edirlər ki, onlarda hadisələrin analizi olmadığından və məlumatlar yoxlanmadığından jurnalistikaya mənfi təsir edirlər....
– Buna görə mən qəzetləri oxuyuram, sosial şəbəkələrdə oturmuram. Amma “ərəb baharı” zamanı maraqlı bir şey baş verdi. Hansısa bir anda Misir prezidenti Hüsni Mübarək İnternetə çıxışı bağlamaq haqda göstəriş verdi. Və narazı olanlarla rejim arasında qarşılıqlı təsir gücləndi, çünki sosial şəbəkələr vasitəsilə yazışmaq əvəzinə insanlar öz aralarında birbaşa danışırdılar, hərəkətlərin koordinasiyası daha sürətli gedirdi. Yəni, internet prosesləri sürətləndirir, amma yenə də çox da yox.
Nəşrin orijinalı: Noam Chomsky analiza los medios y la izquierda, habla de la nueva América Latina y del movimiento Occupy

Tərcümə: Günel Muradova

Комментариев нет:

Отправить комментарий