23 янв. 2013 г.

bioloji yanacaq həyat üçün təhlükəlidir

Britaniya alimi: bioloji yanacaq həyat üçün təhlükəlidir ("Deutsche Welle", Almaniya)

Vladimir Fradkin

Planetimizin iqlim problemlərini həll etmək üçün nəzərdə tutulmuş bioyanacaq haqqında eyforiya çoxdan sakitləşib. İndi isə məlum olub ki, bioloji yanacaq istehsalı həm də sağlamlığa zərər vurur.

Yaxın vaxtlara kimi bioyanacaq bəşəriyyətin parnik effektinə və qlobal istiləşməyə qarşı mübarizəsində əsas elementlərdən biri hesab edilirdi. Avropa Birliyində biodizel-in və bioethanol-un həyatda geniş tətbiq edilməsilə bağlı xüsusi proqram qəbul edilmişdi, konkret hədəflər nəzərdə tutulmuşdu, sahələrin inkişafı üçün dotasiylar və nəzarət göstəricilərinə nail olunmaması üçün sanksiyalar nəzərdə tutulmuşdu. Ancaq bioyanacağın reputasiyası çox ləkələndi.

Bu azmış kimi aydın oldu ki, əksər avtomobil mühərriki modelləri belə bioloji yanacağı sadəcə " həzm etmir". Bu daha kədərlidir: bir halda ki, planetdə əkin sahələri heç də sonsuz deyil, bioyanacaq istehsalı üçün xammal kimi becərilən texniki təsərrüfatlar sahələrdən qida və yem təsərrüfatını sıxışdırıb çıxartmağa başladılar. Aydındır ki, bu ərzaq üzrə dünya qiymətlərinin kəskin artmasına gətirib çıxardı və xüsusilə kasıb ölkələrə ağır ziyan vurdu. Bundan başqa texniki təsərrüfat tarlaları kimi əkin sahələrini genişləndirmək cəhdi rütubətli tropik meşələrin də ixtisarına gətirib çıxardı. Burada hansı ekologiyadan, parnik effektiylə mübarizədən söhbət gedə bilər!

Biokütlə istehsalı atmosferdə ozonun miqdarını artırır


İndi isə Britaniya tədqiqatçıları aşkar ediblər ki, hər yolla nəzərdə tutulmuş göstəricilərə nail olmaq cəhdi insanların sağlamlığına neqativ təsir edə bilər və hətta çoxlarının həyatını itirməsinə gətirə bilər. Atmosfer kimyası sahəsində mütəxəssis, professor Nik Xyuitin (Nick Hewitt) başçılığı ilə Lankaster universitetinin alimlərindən ibarət qrupu bu nəticəyə gəliblər ki, Avropa Birliyinin direktivlərini həyata keçirməsi üçün lazım olan miqdarda biokütlənin alınması üçün müəyyən bitki növlərinin genişmiqyaslı becərilməsi havada ozonun miqdarının əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq, bu isə sağlamlıq üçün təhlükəlidir.


Tədqiqatın nəticələri Nature Climate Change elmi jurnalında dərc edilmişdir. Professor Xyuitt izah edir: "Ozon - atmosferin çox vacib çirkləndiricisidir, əgər üst qatı, yəni troposfer ozonunu nəzərdə tutsaq. Yer kürəsində bütün canlı həyatı ultrabənövşəyi şüaların məhvedici təsirindən qoruyan və buna görə də çox vacib olan stratosfer ozonundan fərqli olaraq troposfer ozonu insanlar, heyvanlar və bitkilər üçün zəhərlidir".


Fatal zəncir: qovaq və söyüdlər - izopren - ozon - sağlamlığa zərər


Troposfer ozonu günəş işığının təsiri altında azot və uçucu orqanik birləşmələrin oksidlərinin iştirakıyla kimyəvi reaksiyalar nəticəsində Yer kürəsi səthinə yaxın əmələ gəlir. Bu cür kimyəvi aktiv uçucu orqanik birləşmələrdən biri isə - izoprendir. Bəzi bitkilər izopreni sintezləşdirir və atmosferə buraxır. Ənənəvi taxıl təsərrüfatları və ya taxıl bitkiləri izopren istehsal etmir, amma bioyanacağın alınması üçün istifadə edilən ağac cinsləri - qovaq, söyüd və ya evkalipt, - böyük miqdarda karbihidrogen - izopren sintezləşdirirlər.


Bu ağac cinsləri üçün nə qədər çox sahə ayrılırsa, bir o qədər çox izopren atmosferə atılır və sağlamlıq üçün zərərli olan bir o qədər çox troposfer ozonun yaranır. Çətin ki, biz bu ziyanı qiymətləndirmişik, professor Xyuitt qeyd edir: "Bizim tədqiqatlarımızın əsasında model hesablamalar dayanır. Model atmosferdə baş verən prosesləri nəzərə alır. Axı əvvəlki tarla sınaqlarından biz qovaqlar və söyüdlər tərəfindən nə qədər izopren sintezləşdirildiyini, bunun nəticəsində əlavə olaraq nə qədər ozon yarandığını və onun insan sağlamlığına və kənd təsərrüfatı məhsuldarlığına necə təsir etdiyini bilirik".


Avropa Birliyinin planlarının icrası ildə 1300 artıq ölümlə nəticələnə bilər


Analizin nəticələri o qədər gözlənilməz oldu ki, tədqiqatçılar özləri indi öz işlərinin qaranlıq təəssüratlarını bir qədər hamarlamağa çalışırlar. " Bu konkret hipotetik vəziyyətin tədqiqatıdır, buna görə mən onun əsasında son proqnozu verməyə risk etməzdim, - professor Xyuitt deyir.- Öz modelimizdə biz Avropada 72 milyon hektar sahədə taxıl və taxıl təsərrüfatı əkinlərini qovaq və söyüd planatsiyaları ilə əvəz etdik. 72 milyon hektar - o sahədir ki, 2020-ci il üçün Avropa Birliyi tərəfindən nəzərdə tutulmuş göstəricilərə nail olmaq üçün bioyanacaq xammalı istehsalı üçün verilməli olacaq. Beləliklə, bu hipotetik hadisə zamanı atmosferdə o qədər ozon olacaq ki, təxminən ildə 1300 əlavə ölümə səbəb olacaq. Bundan başqa, biz təxminən 8 milyon ton buğda və arpa itirəcəyik".

Mənfi təsir


Artıq bu gün Avropa Komissiyası da vaxtilə bioyanacaqla bağlı o qədər düşünmədən-şad münasibəti (əlaqəni) yenidən baxır. Onun istehsalına ayrılmış subsidiyalar azaldılacaq, məqsədli göstəricilər azaldılmağa doğru təkrar gözdən keçirilib, xammal kimi əsasən tullantılar istifadə olunmalıdır, bunun üçün xüsusi olaraq becərilən təsərrüfatlar deyil. Eyni zamanda da Avropa Komissiyası benzinə 10% bioetanol əlavə etməklə onun hər yerdə tətbiq edilməsilə bağlı planlarından imtina etmək niyyətində deyil.


Eyni zamanda, artıq bu gün onlar bütün kənd təsərrüfatı sahələrinin Avropada onlar 2%-ni, dünyada isə 3%-ni təşkil edirlər. Professor Xyuitt deyir: "Düşünürəm, bizim tədqiqatımızın nəticələri onu göstərir ki, landşaftda bu qədər genişmiqyaslı dəyişikliklər edilməsilə bağlı qərarların qəbul olunması zamanı nəticələri daha böyük diqqətlə analiz etmək lazımdır. İqlimin qlobal istiləşməsinə qarşı mübarizə vasitəsi kimi bioyanacağın genişmiqyaslı istehsalı, bəlkə də müsbət nəticə verəcək, amma insan sağlamlığına və kəndtəsərrüfatı məhsuldarlığına təsir nöqteyi-nəzərindən effekt aydındır ki, mənfi olacaq".

Nəşrin originalı : dw.de

Tərcümə: Günel Muradova


Комментариев нет:

Отправить комментарий